
ATA NƏSİHƏTİ
Vətənimin uca dağlar qoynunda,
Onuşaqlı bir ailə yaşardı.
Çəkərdi qayğısın, nazın onun da,
Təhsilli görmək, eşqiylə yaşardı.
Zəhmətkeş ataydı, adı Ehtiram,
Ailəcanlı Ana, çağrılır Nigar.
Evə bircə tikə girməzdi haram,
Sənətkar atanın hər işi pərgar.
Övladların xoşbəxt görmək arzusu,
Yaşadar, amalı həyat sevinci.
Bol idi, ailənin nemət, ruzisi.
Övladın uğuru, onun sevinci,
Bitirir övladlar, təhsili bir-bir.
Hərə bir sahədə başlayır işə.
Ehtiram Nigarla olaraq əlbir,
Toy-düyün eşqiylə girişir işə.
Atanın-ananın məqsədi birdir,
Əli iş tutana toy-düyün etsin.
Hər gün yaradana edərək şükür,
Təki Ata-ana arzuya yetsin.
Hər oğlu evlənib, qızı köçdükcə,
Çırpınır ürəyi, gözü dolurdu.
Oğlanlar ev tikib, evə köçdükcə,
Qəlbən rahatlanıb, xoşbəxt olurdu.
Övladlar ocaqdan uçduqca bir-bir,
Yeni bir ocaqda yuva qururdu.
Nəvələr doğulub, artdıqca bir-bir,
Sanırdı Ehtiram, şərəf-qürurdu.
Artıq hər oğulun ayrı ocağı,
Hərə öz evində, yaşayır rahat.
Gör neçə ocaqda yanır çırağı?
Qızlar ər evində xoşbəxtdir, xoşbəxt.
Bir axşam qərara gəlir Ehtiram,
Hər ay bir övladın evinə getsin:
” Öladlarım üçün çox nigaranam,
Hər oğlum, hər qızım murada yetsin!”
Böyük oğlugilə gedir Nigarla,
Oğlugil sevinclə çıxır yoluna.
Onlar qarşılanır, bax hay-harayla,
Nəvələr hey keçir, sağı-soluna.
Dincəldi Azərin evində o gün,
Çox tez isinişdi, nəvələr ona.
Gülüb-əyləndilər onlar bütün gün,
“Oğlum çox xoşbəxtdir!”- düşünür Ata.
Oğlum gəncliyimi gətirir yada,
İnsan bircə dəfə gəlir həyata.
Övladlarla nəfəs aldıqca Ata,
Sanır ondan xoşbəx yoxdur dünyada.
Nəvələr qatırlar nənənin başın,
Ata üzün tutur, bu an oğluna:
“Qonşulardan varmı, dostun-yoldaşın?”
Sorub, nəzər saldı, Ata oğluna.
Azər gülümsəyib, verdi cavabı:
“-Açıq sor, ay ata, nədir marağın?
Hər bir məsləhətin mənə bəhs edər.
Qapıbir qonşumuz hər axşamçağı,
Məni nərd atmağa dəvət eləyir.
Şirin söhbət edib, çay da içirik,
Çayı qəndsiz içər, mürəbbə ilə.
Hər bir kəlməmizi ölçüb-biçirik,
Vaxtın ötdüyünü duymuruq belə”.
-“Evin arxasında ağsaqqal qonşun?
Qonşuluq edirmi? Gedib-gəlirsiz?
Qonşun çox yaşlıdır, cavandır yaşın,
Sevinci paylaşıb, dərdi bölürsüz?”
-“Bəli! Ay ata, o, gözəl insandır,
Yaşı çox deyildi, dərdi böyükdür.
Qohuma-qonşuya candan yanandı,
Xəstə bir oğlu var, Ataya yükdür.
Onun müalicəsi, dava-dərmanı,
Təkcə bu atanın boynuna düşür.
Maaşı bitəndə təkcə gümanı, borc üçün qohuma- qonşuya düşür.
Bir necə dəfə də üz tutub mənə,
Utana-utana borc pul istəyib.
Pulu verdiyimdə o dönə-dönə,
Dua elədikcə, üzü tərləyib”.
Diqqətlə dinləyib oğlunu Ata:
“Aldığı borcunu tezmi, qaytarıb?”
-“Belələri tək-tək gəlir həyata,
Söz verdiyi vaxtdan öncə qaytarıb”.
-Oğlum, beləsiylə qonşuluq elə,
İmkanın olduqca əl də tutarsan.
“Qonşu, nə lazımdır? Soruşma belə,
Qonşu şad olarsa, rahat yatarsan.
Sağdakı qonşun, bəs, necədir, oğul?
Qonşuylasevincin-qəmin bölürmü?”
-“Xoşbəxtdir!-görən kəs eləyər ağıl,
Kitab oxumasa, rahat olurmu?
Hər bazar axşamı görüşürük biz,
Qonşu söhbət açır, oxuduğundan.
Onun söhbətlərin çox sevirik biz,
Qonşular razıdır, qonşuluğundan”.
-“Ay oğul, soldakı qonşun necədir?
Nə işlə məşğuldur, xoş güzəranı?”
-“Oturuşu-duruşu lap gülməçədir.
Hər sözü-söhbəti qaraldır qanı”.
-“Niyə? Nə söyləyir? Nədir istəyi?”
-“Mühasib işləyir, vardır hörməti,
Varlanıb, seçilmək onun istəyi.
Azacıq olsaydı, kaş, mərifəti,
Olmazdı qonşudan torpaq istəyi”.
-“Necə? Qonşun səndən torpaq istəyib?”
-“Mənə deyir, çoxdur, sənin torpağın,
Yarısını məndən, pay da istəyib.
Niyyətin biləntək mən bu axmağın,
Salam-kəlamın da kəsmişəm tamam”.
Qonşunun istəyi çəkdi marağın,
Oğluna məsləhət verdi Ehtiram:
“Qapıbir qonşunla vaxtı xoş keçir,
Hər gün nərd oynayıb, çay da içərsiz.
Oğlu xəstə olan, bilsən, nə çəkir,
Hərdənbir xəstəyə baş da çəkərsiz.
Borc üçün nə zaman dil açsa, sənə,
Əlüstü verərsən, heç düşünmədən.
Kitabsevər ilə dostluq et, yenə,
Görüşərkən qonşun hər oxuduğundan,
Nağıl eləyəndə dinlə səbirlə.
Qonşu qonşusuna dəstək olduğun,
Göstərər əməldə, həm də səbirlə.
Amma başabəla, tamahkar qonşun,
Bitməyəcək səndən sərvət istəyi.
Ay oğul,fikirləş, yaxşıca düşün,
Qonşu Qonşu olar, öz dəstəyiylə.
Özün savadlısan, az olsa, yaşın,
Kimsə xoşbəxt olmaz, var istəyilə.
Əzəldən dünyanın işi belədir,
Tamahkar insanın heç gözü doymaz!
Tamahkar insanlar başabəladır,
Dünyanı versən də, ac gözü doymaz!
Ata nəsihəti ağlına batdı,
Önündə diz çöküb, öpdü əlindən.
Amalın söhbəti, ta sona çatdı,
Təki xeyir-dua alsın elindən.
Elə ki, oxucum, könlünə yatdı,
Sənin də xoş sözlər çıxsın dilindən.
02.01.2025-ci il.
Müəllif: Sona AMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru