Pərviz Yəhyalı – Yakamoz

Yakamoz
(etüd)
Səmti bilinməyən qəfil dəli külək kimi gəlmişdi həyatına. Bilmirdi ki, qəfil gəldiyi kimi də getməsini istəyir ya yox. Hər halda onun əzab çəkməyindən özünü günahkar sayırdı. Fikirindən keçirdi ki, o, küsüb-inciyib, üz çevrib getsin. Ancaq ürəyinin hardasa lap dərinliyində, saysız-hesabsız qayğı yığınlarının altında “getsə darıxaram” da olduğunun fərqinə varırdı.
Onların tanışlığı da, dostluğu da qəribə olduğu qədər anlaşılan idi. Ruh və baxışları əkizlikdən çox üst-üstə düşən, bir-birinin eyni olan büsbütün oxşardı. Tez-tez də sən məni hələ düz-əməlli tanımırsan deyirdilər bir-birinə. Əslində elə bir məqam yox idi ki, fikir ayrılıqları olsun, xarakter fərqləri özünü göstərsin. Salıb zarafata deyirdi ki, səni öldürərəm. Hətta əlimdə çəkic olsa vuraram, əllərimlə boğaram. Əks tərəf isə “ heç bilməzdim nə vaxtsa ölümü bu cür xoşbəxtcəsinə qarşılayaram” cavabını verirdi.
Bəs mən nə edim ki, sənlə çıxıb gedəsən? Sualına da cavab belə olurdu “heç nə etmə, istəsən də özün olmaqdan dolayı bir şey edə bilməzsən”
Açıq pəncərədən dənizin üstə düşən ayın əksi onu ovsunlamışdı. Gecənin qaranlığını zərif ay işığı öz sarışın bəyazlığına bürüyüb, səmanın tavanından gülümsəyirdi. Sehrindən doya bilmədiyi mənzərə onu elə məftun etmişdi ki, kimsə çağırsaydı belə eşitməzdi. Sakit ləpələnən dənizin üstünü ayın suda əks olunan işığı mavi-yaşıl fonda üfiq harizontuna qədər aparırdı. Ensiz zolağın rəng çalarlarıda qırmızı da vardı. Bu an onun üçün dünya elə yakamoz cığırından ibarət idi. Hara uzanıb gedir sənin yolun ay yakamoz? -deyə fikirindən keçəni özü-özünə pıçıldadı. Bəlkə üfiqin arxasıda əl çatan, ün yetən xoşbəxtlik adası var? Bəlkə o adaya gedib çatsam heç vaxt yaşamadığım ən bəxtəvər hislərimin şaqaraq şəhanəliyinə qovuşacam. Görəsən orda, mən olmayan yerdə ulduzları üzüb göylərdən mənə verərmi? Yoxsa dəliliyimdən bezib arxada buraxdıqlarının xiffətində boğulduğundan həvəssiz olar göylərə qalxmağa. Görən yorularmı? Peşman olarmı?
Ah yakamoz! Ah yakamoz! Sənmi ayı bənd edib saxlamısan, aymı səni əsir edib sularda? Bəlkə fikirimdə kölgə kimi dolaşan o, gətirib gümüş kəmər kimi dolayıb ləpələrin belinə səni!
Yox daha onun zənglərinə cavab verməyəcəm. Daha onun haqqında heç düşünməyəcəm. Beş gün, on gün, bir ay o, da çəkilib dönəcək öz həyatına. Tərsdi? İnadkardı? Mən ondan da inadçılam. Getsin mənə acıq verdiyi əyləncələrinin yanına. Xizəklə sürüşsün, quşların cəh-cəhindən zövq alsın, alaçıq qurub gecələri dağlarda yatsın, həşəratların belə səsi gəlməyən sakitliklərlə baş-başa qalsın. Şəlalədə yuyunsun, paraşütlə atılsın, nə bilim üzüm salxımlarından şirə sıxıb, yanaqlarını bulaşdırsın. Lap gecələr səhərəcən əsgi radioda retro musiqilərə qulaq assın. Təki, təki məni unutsun! Çıxarsın məni yadından!
Birdən fikirlərinin sərtliyindən diksindi. Yazığı lap yaş yuyub quru sərdim ki… Dodağı da qaçdı. Bir az daş ürəkli oldum deyəsən. İnsafsızlıq etdim.
Nə bilim eeee. Bircə onu bilirəm o, mən kimi ola bilməz! Zamanla soyar məndən, misqal-misqal itrər sevgisini də, bağlılığını da. Nə olsun təkid edir ki, yox. İndi belə deyir.
Üfff ! Kabusdu kimdi, qafamdan da getmək istəmir. Deyəsən məni iraq olsun divanəliyə yoluxduracaq.
Niyə başa düşmür ki….
Ağlından həyatda heç vaxt etmədiyi bir şey keçdi. Bəlkə onu sınağa çəkim. Götürüm elə günü sabah deyim ki, gəl tutub əl-ələ gedək sənin arzularının adasına. Bir ömrün əbədi qoşa bəxtiyarlığına. Aa necə ağlıma gəldi. Çəkilər geri onda. Min bəhanə tapar.
Bu tərs birdən elə ağzımdan çıxan kimi….. arxasını ağlının ucundan belə keçirməyə cürət etmədi.
Amma….. gülümsüdü. Möhtəşəm idi. Duyğulu, bir az kədərli, ifadəli baxışlar yakamoza zilləkli. Bu məqamda onun simasını çəkməyə heç bir rəssam cürət etməzdi. Ən mahir təhkiyyəçi bu an fikirindən keçəni duyub, qələmə ala bilməzdi. Bəlkə, bəlkə tanrının özü də onun qəlbinin pıçıltılar düzüzülüb-qoşulan dərinliyinə vara bilməzdi.
Bəlkə heç onun düşüncəsindəki gümanlar artıq saatlarladı göz-gözə durduğu yakamoz kimi bir ilğımdı. Uzaqdan görünür. Hətta duyğularında dolaşıb dodaqlarına pıçıltı kimi axır….
Dönüm gedim ona sarı?
Bəlkə elə nağıllarımın içindən çıxıb, gəlib məni aparmağa… Axı ürəyimin qapıları bağlıdı. Bu tərsin balası hardan yol tapıb, keçib oturub üst başda görən? Yaxşı əllərimi versəm əllərinə, tutub bərk-bərk apararmı məni öz adacığına…
Yooox!!
Getməyəcəm yaxına, uzaq duracam! Gedib ovuclasam heç bir gözəllik qalmaz.Adi dəniz suyu. Lacivərd əsrarəgizliyin yerində bir ovuc duzlu dəniz suyu.
Yakamoz beləcə qal!
Sən də gəlmə yaxına bir ovuc dəniz suyu kimi axarsan gözlərimdən.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Münəvvərə Osmanova

Münəvvərə Osmanova Özbəkistan Respublikasının əməkdar mədəniyyət işçisi
“SƏADƏT” dərgisinin baş redaktoru.

Saf sevgi sönməz

Sevmək – bu, dörd fəsil titrəyən candır,
İztirab içində qalmaqdı sevmək.
Allahdan verilən böyük bir ənam,
Rəbbin nəzərində olmaqdı sevmək.

Sevmək – köksündəki quşa inanıb,
Göylərə uçmağa can atmaq demək.
Sevilmək – alışıb, ulduztək yanıb,
Ən gözəl qadınla bir olmaq demək.

Sevmək – bu, igidlik, istəsə yarın –
Ömrü əzizini çatdırmaq ada.
Sevilmək – cəsarət, qəlbdə vüqarın –
Tənha güc göstərmək bir qoşun yada.

Yarım, dözməliyik artıq, azına,
Eşqi təşvişlərə dəyişmək olmaz.
Düşəndə bir düşdük həyat toruna,
Saf sevgi yüz ilə sönməz, azalmaz.

DÜNYA

Əsil dünya məndən də qərib,
Daş dəyməkdən zəif, incəlib.
Yalan deyə, vəfasız deyə,
Tərk edərlər, qalar qəm çəkib,
Bir dosta  kef, bu miskin dünya –
Aləm üçün yaşamağım gərək.

Olarmıdı dünyaya üstün,
Tapılsaydı bir bağrıbütün?
Qalxan olaq qismət oxuna,
Əzabımdan tüsü çaxsa, mümkün
Ürək verdiyinə ömrünü verən
Anam üçün yaşamağım gərək.

Nur olmasa, pöhrələr bitməz
Əsən  küləklərə  tab etməz,
Civildəşər dövrəmdə giryan.
O sevinsə, varlıq sevinər,
Qara qəlbə  nur saçan ayım –
Balam üçün yaşamağım gərək.

Dərdi yoxun könlü – bir kəsək.
Sığırçından fərqi yox – bişək
Qəlb dibində sitəm çox, amma
Bu dünyadan ummaram istək
Sinəm içində könlü yer almış
Sənəm üçün yaşamağım gərək.

Yaxşı-yaman günümdə həmkar,
Alar dərdimi, gələndə azar.
Nadan dost satqın çıxsa da,
Tərk etməyən qardaşım var.
Səs salanda söykəndiyim əsa 
Qələm üçün yaşamağım gərək.

Büsatım yox, sözüm hədiyyə,
Var olan oğlum, qızım hədiyyə.
Qismətimdə hər  şeyi gördüm,
Dost tapmadım, özüm hədiyyə.
Canımın içində yaşayır bu el –
Vətən üçün yaşamağım gərək!

OVÇU

Uçan quşa dəysə ovçunun oxu, 
Qanadı qırılmış yerə gələndi.
Bircə nəfəslikmiş yer-göy arası,
Bunu adam bilməz, quşlar biləndi.

Nursuz baxışında yalvarış, ələm,
Səs salıb yol gözlər balaları ac.
Ovu olduğuna sevinər adam,
Laylalar söyləyər qoca qarağac.

Bir udum yeməkçün belə cəhalət,
Quşu, yuvasın da yandırar qada.
Ovçu əməlindən olmaz xəcalət,
Onu it ağzından almış olsa da. 

SƏN BELƏ BIR XALQI HARDAN TAPARSAN

Ey qaranquş, tələsirsən haraya,
Oxuyursan, nə qəm düşüb araya? 
Eyvanında  quş tikdiyi yuvaya
Baxıb qalan xalqı hardan taparsan?

Yuvasından həşəm düşsə, haylayıb,
Öz yerinə qaytarmağı iş sayıb.
Balaların uçuşunu gözləyib,
Sadiq duran xalqı harda taparsan?

Bu bir el ki, qəlbi genlikdə xatəm,
Yeddi dəfə ölçüb, atmaqda qədəm.
Qəlbinin evinə üz versə də qəm,
Gülüb baxan xalqı harda taparsan?

Bircə gün gəlməsə evinə qonaq,
Canın həlak edər, kefsiz olaraq.
Quşlar oxuyanda, gecələr ancaq.
Çörək yapan xalqı hardan taparsan?

On olsa  – hərənin yeri tək deyər,
Bir gün olar mənə o, dirək deyər.
Oğul el işində var, gərək deyər –
Deyib doğan xalqı harda taparsan?

Elinə baş çəkər gələndə bahar,
Sağlamlıqdır deyib, evin ağardar.
Gözünə gül-çiçək tutub da ağlar,
Belə bağban xalqı hardan taparsan?

Hal sorsan, süfrəsin açacaq dehqan,
Ömründə bir dəfə deməyib yalan.
Yerin göbəyini üzməyə imkan,
Qüvvə tapan xalqı hardan taparsan?

Hər övlad odur əzəldən məkan,
Zəhmət çəkib tapar xoşbəxtliklə şan.
Özü dirək durar, özü də tavan,
Belə olan xalqı hardan taparsan?

Quzğuna, qartala tor qurmaz ancaq,
Fikrini xətadan saxlayar uzaq.
Qonşusu öləndə qırx gecə çıraq,
Yandıran xalqı sən hardan taparsan?

Qaranquş, ey belə tələsən sənəm,
Getmə, qarlar yağa, bunun nəyi qəm?
Quşun yuvasına gecələrdə şəm,
Çıraq tutan xalqı hardan taparsan?
Sən belə bir xalqı hardan taparsan?..

ÖZÜMƏ DÖZÜM DILƏRƏM

Mənə gah əndişə, gah öyüd verər,
Nadanın yalanın susub, dinlərəm.
Ürəyimdə şimşək çaxıb dursa da,
Fağırtək arxada qalar, dinmərəm.

Ruhum qəfəsində başlanar üsyan,
Məhkum eləyərəm özümü özüm.
Haqsızları Haqqa tapşırıb, yanıb,
Bağrı qan ürəyə dilərəm dözüm.

Tercüme: Cihangir NOMOZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Çaros İslamova

Çaros İslamova 9 Kasım 2009’da Sırderya vilayetinin Boyovut ilçesinde doğdu. Halima Hudoyberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 9. sınıf öğrencisidir. “İrfan Ve Gençler”, “Sabah Yıldızı”, “Sırderya hakikatı”, “Tefekkür Ve Dünya” gibi gazetelerde yayımlanmış. Aşağıda onun şiirlerini okuyabilirsiniz.

ÇOCUKLUĞUM…

Keşke yine çocuk olsaydım,
Annemin ninnisini dinlesem sessizce.
Beşiğimde huzur bulup dinlensem,
Kimse rahatsız edemezdi beni o vakte dek.

İmreniyorum küçük kardeşime,
Ay ışığında tatlı bir uykuya dalıyor.
Annemin koynunda huzuru buluyor,
Hatta rüyasında bile annemi görüyor.

Keşke yine bir çocuk olsam,
O kokuların sonu olmasaydı.
Bundan daha fazlasına ne gerek,
Zaten bana bu kadarı yetiyor.

Birden düşünüyorum ürkekçe,
Ama mümkün değil böyle olmuyor.
Elbette bir bebek olamam yeniden,
Ama annem bana su ve hava gibi gerek.

Kendi ömrümle yaşamalıyım,
Çünkü annemin büyük umutları var.
Onun hayallerini ertelemeden, Gerçekleştirmeliyim, Tanrım, elbet!

BAŞKA BİR DÜNYA

Uçsuz bucaksız ovalar, tepeler,
Ufkun güzelliği başka bir dünya.
Güneşin ışıklarına doydu bedenim,
Gözümde canlanır türlü kaderler,
Uçsuz bucaksız ovalar, tepeler.

Ufkun güzelliği başka bir dünya,
Hayat meşalesi yanıyor orada, bak!
Bakışlarımı ondan zor ayırıyorum,
Görmeyen gözlere bu hüsran olur,
Ufkun güzelliği başka bir dünya.

Güneşin ışıklarına doydu bedenim,
Tutkularım artıyor, yetmiyor asla.
Işıklar yavaşça sönüyor bitmek üzere,
Varoluş bile onu benden fazla ister,
Güneşin ışıklarına doydu bedenim.

Gözümde canlanır türlü kaderler,
Kader sahiplerine açıyorum kollarımı.
Onlar ağaç ve bir bütün bahçe gibi,
Burada yaşayan gerçek kahramanlar,
Gözümde canlanır türlü kaderler.

Uçsuz bucaksız ovalar, tepeler
Çocukluk anlarını getirir aklıma.
O neşeli zamanlar hediye etti bana,
Hâlâ saklı pek çok sır onların içinde,
Uçsuz bucaksız ovalar, tepeler.

Tercüme: Cihangir NOMOZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

“VOLTERIN “SAFDIL” ƏSƏRI: Sadəlövhlüyün güzgüsündə cəmiyyətin ziddiyyətləri”

“VOLTERIN “SAFDIL” ƏSƏRI: Sadəlövhlüyün güzgüsündə cəmiyyətin ziddiyyətləri”

Volterin 1767-ci ildə nəşr olunan “Safdil” əsəri, dövrün ictimai quruluşunu və insan təbiətini kəskin şəkildə şübhə altına alan, cəlbedici satirik romandır. “Kandid” kimi daha məşhur əsərləri ilə müqayisədə roman daha az mürəkkəb bir quruluşa malikdir, lakin dərinlik baxımından əlbəttə ki, geri qalmır. Volter bu əsərində xüsusilə din, sosial ənənələr və fərd və cəmiyyət arasındakı əlaqəyə diqqət yetirir. Safdil Fransaya gələn və Qərb cəmiyyətinin adət-ənənələri, dini və siyasəti ilə tanış olan baş qəhrəman Huron hindlisidir. O, qəfildən özünü 17-ci əsr Fransasında tapır. Safdilin Qərb cəmiyyəti ilə qarşılaşması onun sadə və saf əxlaq anlayışı ilə bu cəmiyyətin mürəkkəb, süni və çox vaxt ikiüzlü quruluşu arasındakı toqquşmanı ortaya qoyur. Sadəlövh insan Fransanın dini və ictimai quruluşunu sorğulamağa başlayır və yaşadığı mədəni sarsıntıya görə öz dəyərlərini yenidən qiymətləndirmək məcburiyyətində qalır. Qəhrəmanın “sadəlövhlüyü” və təbii instinktləri dövrün Fransa cəmiyyətinin süni və korrupsioner qaydaları ilə toqquşur. Bu təzad Volterə cəmiyyətin ziddiyyətlərini və ikiüzlülüyünü ifşa etməyə imkan verir. Sadəlövh, təbii və azad insanın sosial qaydalara uyğunlaşma prosesində qarşılaşdığı problemləri əks etdirməklə cəmiyyətin təbiiliyi nə dərəcədə sıxışdırdığını göstərir.
Volterin “Safdil” əsərini Azərbaycan mühitinə və cəmiyyətinə uyğun olaraq təhlil etmək maraqlı perspektivlər ortaya qoyur. Safdil, Avropanın, xüsusilə Fransa cəmiyyətinin din, adət-ənənə və sosial quruluşdakı təzadlarını tənqid etdiyi kimi, oxşar problemlər Azərbaycan mühitində də müəyyən dövrlərdə mövcud olub və bəzən hələ də aktualdır. Volter əsərində insanın təbii azadlığı ilə süni quruluşlar arasındakı ziddiyyəti tənqid edir. Azərbaycan mühitində də xüsusilə XIX-XX əsrlərdə Qərb mədəniyyəti ilə Şərq ənənələrinin toqquşması diqqət çəkir. Mirzə Fətəli Axundzadənin və ya Cəlil Məmmədquluzadənin əsərlərində də belə mövzulara rast gəlinir. İnsanların ənənələr və süni məhdudiyyətlər arasında sıxışıb qalması Safdildəki qəhrəmanın yaşadığı mədəni şokla müqayisə oluna bilər. Voltaire dini təşkilatların riyakarlığını və insanların üzərindəki hakimiyyətini tənqid edir. Azərbaycan mühitində də dinin bəzi dövrlərdə mədəniyyət və siyasət üzərində böyük təsir gücünə malik olduğunu görmək mümkündür. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında da Volterin yanaşmasına bənzər tənqidi ruh müşahidə edilir. Baş qəhrəman Qərb sivilizasiyasının süni qaydalarını başa düşməyə çalışır və bu prosesdə təbii dəyərləri ilə toqquşur. Bu, Azərbaycanın Rusiya İmperiyası tərkibində olduğu dövrdə və ya sovet dövründə ənənəvi mədəniyyətin modernləşmə ilə qarşılaşmasına bənzədilə bilər. Voltaire’in qəhrəmanı kimi, Azərbaycan cəmiyyətində də modernləşmə prosesləri zamanı insanlar bir çox ziddiyyətlər və mədəni dilemma ilə qarşılaşıb. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri “Safdil” ilə müəyyən qədər müqayisə edilə bilər. Bu əsərdə də təbii və yad düşüncələr arasındakı konflikt göstərilir. Müsyö Jordan qərb elmini, Dərviş Məstəli şah isə ənənəvi, bir qədər də geri qalmış baxışları təmsil edir. Axundzadə də Voltaire kimi ironiya və tənqidi yanaşmadan istifadə edir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” və ya “Ölülər” əsərlərində cəmiyyətin geridə qalmışlığı və dəyişən dünyanın gətirdiyi çağırışlar “Safdil”dəki mövzularla çox bağlıdır.



Əsəri oxuyarkən, onun sadə süjetindən daha çox, altındakı güclü fəlsəfi və siyasi mesajlar diqqət çəkir. Bu bizi həm düşünməyə, həm də cəmiyyətin problemlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Sadə və məsum bir insanın – Safdilin – sivilizasiya ilə toqquşması əslində insanlığın öz dəyərlərini necə unudub süni bir dünya yaratdığını göstərir. Bu məni bir insan kimi düşündürür: biz doğularkən saf və azadıq, amma böyüdükcə cəmiyyət bizə qaydalar, dogmalar, məhdudiyyətlər yükləyir. Safdil, bu yükləri anlamır, çünki o, təbiətinə daha yaxındır. Bu, mənə Volterin “təbiətə qayıdış” çağırışını xatırladır:
İnsan niyə bu qədər saxta olmağa çalışır? Niyə təbii və səmimi olmaq çox vaxt qəribə qarşılanır?

Volterin fəlsəfəsi aydındır: insan ağlı ilə təbiət arasındakı harmoniyanı itirib. Dini sistemlər və sosial strukturlar bizi düşündürmək yerinə itaət etməyə məcbur edir.

Bu məqam mənim üçün çox təsirli idi, çünki hələ də müasir dünyada insanları sorğulamadan qəbul etməyə sövq edən sistemlər var. Volter, kilsəni sərt şəkildə tənqid edir, amma bunu açıq hücumla deyil, Safdilin sadə sualları ilə edir. Düşünürəm ki, bu yanaşma inanılmaz dərəcədə təsirlidir. Safdilin sualları, əslində, bizim də bəzən özümüzdən soruşmaq istədiyimiz suallardır:

“Niyə insanlar dini gücün təsiri altında ədalətsizlik edir? Niyə tanrı adına bu qədər əzab verilir?”

Belə suallar məni düşündürdü. Din mənəvi dəyər sistemi olmalı olduğu halda, bəzən güc və manipulyasiya alətinə çevrilir. Bu, yalnız Volterin dövründə deyil, bir çox dövrlərdə də belə olmuşdur. Bu tənqid həm həqiqəti vurğulayır, həm də insanı öz mənəvi inanclarını sorğulamağa çağırır.

Əsərin siyasi mesajı da diqqətəlayiqdir. Volter monarxiyanı və aristokratiyanı açıq şəkildə tənqid edir. Safdilin gözləri ilə biz görürük ki, bu sistemlər ədalətdən çox uzaqdır və yalnız güclülərin maraqlarını qoruyur. Mənim üçün ən təsirli məqam, Safdilin hüquq sistemi ilə qarşılaşdığı səhnələr oldu. Bu, bəlkə də ən çox düşündürən hissə idi, çünki hüquq sisteminin ədalətdən uzaqlaşdığı bir dünyada yaşayırıq. Bu əsərdəki tənqid o qədər aktualdır ki, özümüzü Safdilin yerində təsəvvür etmək mümkündür. Safdil mənə insan olaraq nə qədər azad və düşüncəli ola biləcəyimizi, amma cəmiyyətin bizi necə məhdudlaşdırdığını xatırlatdı. Volterin üslubu həm güldürür, həm də düşündürür. O, sadə bir hekayə ilə bizə mürəkkəb fəlsəfi və siyasi suallar təqdim edir:

Azadlıq nədir?

Cəmiyyət insanın xoşbəxtliyinə kömək edirmi, yoxsa ona mane olur?

Bu suallar məni əsərin sonunda öz həyatımı sorğulamağa vadar etdi. Biz hələ də Volterin tənqid etdiyi problemlərlə mübarizə aparırıq. Onun ironiya və yumor vasitəsilə bizə çatdırdığı mesajlar nəinki tarixən, hətta indi də aktualdır. Əsəri bitirdikdən sonra sanki bir dostla uzun bir söhbət etmiş kimi hiss etdim. Filosof sanki mənə baxıb dedi: “Sorğula, həmişə sorğula. Yalnız belə azad ola bilərsən.” Məncə, Safdil təkcə oxunmalı deyil, həm də hiss edilməli və həyatımıza tətbiq edilməlidir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəzakət Eminqızı – NƏBİ XƏZRİ ÖMRÜ

NƏBİ XƏZRİ ÖMRÜ
Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi respublikamızda geniş qeyd olunur!
Çagdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri( Nəbi Ələkbər oğlu Babayev) 1924 cü ilin dekabrında Xıırdalanda anadan olmuşdur.O,Azərbaycan Dövlət Universitetində,sonra isə Sankt- Peterburq Dövlət Universiteti və M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdı.Yaradıcılığa erkən yaşından başlayan şair ,elə ilk əsərləri ilə oxucuların diqqətini cəlb etmişdir.Şairin ilk şeiri 1940- cı 16 yaşında qələmə aldığı ” Günəş” şeiridir ki,bu şeir bütün yaradıcılıgı boyu onun poeziyasına işıq saçdı. Sonrakı illərdə ” İllər və sahillər”( 1969),” Ulduz karvanı”(1979),” Nəsillər və əsirlər”(1985),” Ağ şimşəklər”(1986),” Torpaq,sənə and içirəm (1989),” Ömür çinarından yarpaqlar”(1995),” Əsrin qanlı laləsi”(1996) adlı sanballı kitablar ortaya qoyur.
Nəbi Xəzri poeziyası milli- mənəvi dəyərlərimiz sırasında özünəməxsus yerin sahibidir.Azərbaycan mentalitetinin dünyada tanınmasında Nəbi Xəzrinin və onun əsərlərinin payı böyükdür. Nəbi Xəzrinin Vətən sevgisinin mükəmməlliyi yazdığı şeirlərində də açıq aydln hiss olunur.Onun şeirlərində təbiətin gözəlliklərinə,təbiətin öz ətri,öz rəngi,öz duyumu var.
Rus şairi Yeqor İsayev yazırdı ki:”Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından,havadan,buluddan canlı şəkildə gəlir”.
Nəbi Xəzri təbiəti necə sevməyin dərslərini öyrədib bizə.Onun poeziyasında İnsan, Təbiət,Sevgi vəhdət halındadır.”
Vaxtilə ustad tənqidçi Məmməd Arif isə yazmışdı ki:”Nəbi Xəzrinin öz poetik aləmi— məcazlar,bənzətmələr,bədii ifadələr aləmi vardır.Bu aləmi o,özü yaratmışdır və ona sadiq qalmışdı.
Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçib. Bir şair olmaqla yanaşı nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanmışdı.Onun yaradıcı əməyi yüksək qiymətləndirilib.Bir çox orden və medallara,dövlət mükafatlarıına,Əməkdar incəsənət xadimi”,Xalq şairi” fəxri adlarına,Azərbaycan Respublikasının ali dövlət təltiflərinə ” Şöhrət” və” İstiqlal”ordenlərinə layiq görülüb.
Yubiley tədbirlərinə ilk olaraq Fəxri Xiyabandan başlanıldı.Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar,AYB sədrinin l müavini ,Xalq yazıçısı Çingiz Abdullayev və digər tanınmış yazıçı,şair və görkəmli ziyalılar,ailə üzvləri onun məzarını ziyarət edərək, məzarı üstünə tər çiçəklər düzdülər.Tədbir AYB – nin Natəvan klubunda davam etdi.Çıxış edənlər- Anar, Çingiz Abdullayev, Rəşad Məcid və digər şairi tanıyıb,onunla görüşənlər xatirələrini danışdılar,.Sonda şairin oglu Arzu Babayev atasının xatirəsini yad edib ,tədbirdə iştirak etdiklərinə görə öz dərin minnətdarlığını onlara bildirdi.O,qeyd etdi ki, Nəbi Xəzrinin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyev sərəncam imzalamışdır.Yanvar ayının 28 – də H.Əliyev adına Respublika Sarayında təntənəli yubiley tədbirinin keçirilməsi planlaşdırılmışdır.
. Növbəti görüş Bakı Dövlət Univetsitetində keçirildi. Buradakı tədbir Universitetin filologiya fakultəsinin müəllim və tələbələrinin təşkilatçılıgı ilə hazırlanmışdı.Tədbirin rəhbəri ölməz şairin qızı, fakultənin baş müəllimi Gülümsər Abbasova idi.Maraqlısı o idi ki, burada təhsil alan xarici ölkələrin tələbələri də Nəbi Xəzrinin şeirlərini, mahnılarını incə zövqlə,məharətlə dinləyicilərə çatdıra bildilər. Tədbir elə gözəl hazırlanmışdı kı,çıxış edən yazıçı və şairlər,alimlər,deputatlar da tələbələrin ifasında səslənən şeir,mahnı və dram əsərindən hissələri səbrlə,maraqla dinləyir,alqışlarla qarşılayırdılar.
Görkəmli Xalq şairi Nəbi Xəzrinin poeziyası ona görə sevilir və unudulmur ki, onun Xəzərə çılgıncasına vurgunluğu,Günəşin şəfəqlərini rənglərlə vəsf etməsi,torpağın bərəkətini,dağların əzəmətini dərindən dərk etməsi,ümumiyyətlə,təbiətə sonsuz məhəbbətlə vurğunluğunu şeir,poema və dramlarında öz oxucusuna sadə dillə çatdıra bilmişdir.Bunları ümummilli liderimiz Heydər Əliyev də öz çıxışında xüsusilə vurğulamışdır:” Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini,həm də bu günki həyatını və sabahını yüksək ustalıqla,fitri sənətkarlıqla tərənnüm edir.Öz şeir və poemalarında sair cəmiyyətimizin inkişafı üçün ,indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır.Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir,onun xalqa bağlılıgı,onlara sədaqətlə xidməti nümayiş etdirilir”
Çıxışların sonunda
Gülümsər xanım tədbir iştirakçılarına bir daha ailə üzvləri adından təşəkkürünü bildirdi.
Bir birindən maraqlı keçən tədbirlərdən biri də Abşeron rayon Mərkəzi Kitabxana Sistemində,Xırdalanda keçirildi .
Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi ” Günəşin bacısı”poeması,üstündən illər keçməsinə baxmayaraq,ədəbiyyatımızın incilərindən sayılır. Bu poemasında şair,Sevil Qazıyevanın rəşadətli əməyini,parlaq obrazını yaratdı.Poema əvvəldən axıra qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır.Şairin fikirləri,hissləri ilə,kədər və sevincləri birləşərək bir dağ çayı kimi baş alıb gedir.Şairin lirikasına məxsus humanizm,insana,onun ləyaqətinə inam,poemada da çox qüvvətli səslənir.:
Dünən doğulsaydı Həcər olardı,
Bu gün Sevil kimi gəldi dünyaya.
Tədbiri giriş sözü ilə Abşeron rayon MKS – nin direktoru Rəşidə Rzayeva açdı.O,tədbirə aid qısa məlumat verdikdən sönra sözü Pərvanə Muradovaya verdi.Pərvanə xanım öz ürək sözlərini söylədi.
Tədbirə dəvət olunan qonaqlar arasında Zaqataladan gəlmiş,Sevilin bacısl Sona Qazıyeva ,vaxtilə Sevilin davamçısı olan,Ulu Öndərin çörəyi ilə böyüyən,halal zəhmətilə zirvələr fəth edən,müstəqil Azərbaycanın İ çagırış MM-in millət vəkili,H.Əliyevin ” canlı əsəri” “Qırmızı Əmək Bayrağı”,” Xalqlar Dostluğu” ordenli Tərlan Musayeva da vardı. İstər Sona xanımın,istərsə də Tərlan xanımın çıxışlarını hamı kövrək hisslərlə qarşıladı.Onlar Ulu Öndərin gənc mexanızator qızlara olan qayğısından danışaraq dinləyicilərə o illəri xatırlatdı!Sanki Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına həsr etdiyi şeiri söyləyirdi:
Siz yasa batmayın,ey çöl ,ey çəmən!
Çalınır qızımın toyu deyirəm.
Ey mənim qoynumda dünyaya gələn,
Gəl mənim qoynumda uyu deyirəm!
Burada da şairin şeirləri,mahnıları Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirildi.Şairin həyat və yaradıcılıgına və Sevil Qazıyevaya həsr edilmiş videoçarxlar da nümayiş olundu .Şairin oğlu Arzu Babayev,qızları Gülümsər Abbasova və Pəri xanım çıxışlarında tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Tədbirlər isə davam etməkdədir….,Xırdalan kənd ,məktəbində ,Abşeron rayon Mədəniyyət Mərkəzində……
Ölməz sənətkarımızın ruhu şad,məkanı cənnətdir!

Nəzakət Eminqızı
AJB və AYB – nin üzvü, yazıçıpublisist.

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI İŞIQ ÜZÜ GÖRÜB-PDF: yazarlar-49

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəlimxan Yaqub

Bura Azərbaycandır!

Zəlimxan Yaqub 75

Bu il çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, söz sənətinin böyük ustadı Zəlimxan Yaqubun 75 yubiley ilidir. Onun adı xalqımızın mənəvi dünyasında dərin iz buraxan, sazla sözü vəhdətdə yaşadan, ədəbi-mədəni irsimizin sadiq daşıyıcısı kimi daim qürurla anılacaqdır.

Zəlimxan Yaqub təkcə böyük şair, ustad sənətkar deyildi. O, həm də Aşıq Ələsgər yaradıcılığının vurğunu, ustad aşığın söz xəzinəsinə bələd olan və bu irsi böyük sevgi ilə yaşadan mütəfəkkir idi. Aşıq Ələsgər sənətinə duyduğu heyranlıq Zəlimxan Yaqubun yaradıcılığında xüsusi bir parlaq xətt olaraq diqqəti çəkir.

Zəlimxan Yaqub Aşıq Ələsgəri yalnız ustad kimi deyil, həm də mənəvi rəhbər kimi qiymətləndirirdi. Onun Aşıq Ələsgər haqqında yazdığı misralar söz sənətkarının sənətə, el-obaya, insanlığa olan sevgisinin ən gözəl ifadəsidir:

“El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.”

Zəlimxan Yaqubun poeziyasında Vətən sevgisi, xalqın taleyi, sazın müqəddəsliyi və sözün qüdrəti bir yerdə təcəssüm edir. O, sadəcə şair deyildi; sazın, sözün, Vətənin mühafizəkarı idi. Aşıq Ələsgərin yaratdığı mənəvi irsi yeni nəsillərə çatdırmaqda onun böyük xidmətləri danılmazdır.

Dədə Ələsgər Ocağı İctimai Birliyi olaraq, bu əlamətdar gün münasibətilə böyük ustadı hörmətlə anırıq. Zəlimxan Yaqubun saz və sözlə yoğrulmuş yaradıcılığı Azərbaycan ədəbiyyatının, aşıq sənətinin sönməz ulduzu olaraq daim parlayacaqdır.

Allah rəhmət eləsin! Sözümüzün əbədiyyət qazanan şairi, sənətkarı nur içində yatsın!

Dədə Ələsgər Ocağı İctimai Birliyi