Tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub

8 yanvar 2025-ci il tarixində Bakı şəhəri Məmməd Rahim küçəsində yerləşən “Novella” kitab evində tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub.  Müzakirədə yazıçı – tənqidci “Ədəbi ovqat” jurnalının baş redaktoru Vaqif Osmanov, folklor institutunun əməkdaşı yazıçı – şair Mahir Cavadlı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı – publisist Əli bəy Azəri, “Yazarlar” jurnalının baş redaktoru şair – publisist Zaur Ustac və “Novella” kitab evinin rəhbəri Səbinə xanım iştirak ediblər. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib.

Nigar xanım öz minnətdarlığını belə ifadə edib: “Bu gün çox dəyərli ədəbiyyat ustadları ilə Zaur bəyin vasitəsi ilə görüşümüz baş tutdu. “Novella” kitab evində baş tutan görüşdə Əli bəy Azəri, Mahir Cavadlı, Vaqif Osmanlı bəylə ünsiyyətdə olmaq imkanı əldə etmiş oldum. Mənimlə təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram.

Bütün səmimiyyəti ilə qulluğumuzda duran “Novella” kitab evinin əməkdaşı dəyərli Səbinə xanıma da xüsusi təşəkkür edirəm.

Eyni zamanda bu gün, Zaur bəyin doğum günüdür. Sizi ürəkdən təbrik edir və daim uğurlar arzu edirəm.”

“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!

08.01.2025. Bakı şəhəri.

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın anadan olduğu gündür – Təbrik

Zaur Ustacın anadan olduğu gündür. Kitab, qəzet, jurnal təbliğatında yorulmadan çalışan fədakar insana can sağlığı arzulayıram.
Şeirini paylaşmaqla xoş hisslərimi ifadə edirəm.

Sevgi adi bir əşyanı qiymətli dəyərə çevirir.
Onun cana hopmağı da var. Çoxunun adi qarşıladığı, xırdalıq hesab etdiyi böyük hisslər mövcuddur, amma bu duyğuları hər kəs duymur.

Yarım bardaq

O yarım buraxdığın
Bardaq, de, yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…

Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…

Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…

Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…

Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…

Dibçəklər Yer kürəsi,
Güllər mən, sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan…

Təbrik və təqdimat: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac- 50

Əzizimiz Zaur Ustac!..
Doğum gününüzü, 50 illik yubileyinizi təbrik edir, sizə cansağlığı, uzun ömür arzulayırıq. Siz bütün yazarların dostu, yaxınısınz. Hər birimizin yaradıcılığında xırdada olsa diqqətiniz və imzanız vardır.
Var olun, gözəl insan.

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın doğum günüdür! Təbrik

Bugün, Azerbaycan edebiyatının parlaq ulduzu, özünün bənzərsiz şeirlər və yüksək ideyaları ilə ədəbiyyatsevərlərin qəlbində dərin izlər buraxmış Zaur Ustacın doğum günü. Ustac yalnızca vətənpərvərliyi tərənnüm edən, insanlıq və yüksək əxlaqi dəyərləri şüar edən şeirləri ilə deyil, həmçinin özünün səmimi və təvazökar həyatı, insanlar arasında sevgi və qarşılıqlı hörmətə əsaslanan münasibətləri ilə də hər kəsin diqqətini çəkmişdir. Onun yaradıcılıq işləri, şübhəsiz ki, təkcə Azərbaycan ədəbiyyatına deyil, bütün Türk dünyasının ədəbi xəzinəsinə böyük bir töhfə olaraq tarixdə qalacaqdır.

Zaur Ustacın şeirləri hər bir oxucuda dərin düşüncələr və yüksək hisslər oyadır; onun sözlərində qəlbdən gələn səmimiyyət və özünə məxsus incəlik əks olunur. Ustacın şeirlərində insanlıq, sədaqət, vətənpərvərlik və insanlığın yüksək tərəfləri xüsusi yer tutur. Bu, onun şeirlərinin və sənətinin yalnız ədəbiyyatsevərlərə deyil, həmçinin bütün dünya mədəniyyətinə və ədəbiyyatına təsir etdiyini göstərir.

Zaur Ustac həmçinin “Yazarlar” jurnalının redaktoru kimi də geniş ictimaiyyətə tanınmışdır. Onun yaradıcılığı və mənəviyyatı bir çox gənc şairlərə ilham verir, ədəbiyyatda müasir inkişaflara etdiyi töhfə isə xüsusi tərifə layiqdir.

Bugün, onun doğum günü münasibətilə, Zaur Ustacı səmimi qəlbdən təbrik edirəm! Həyatının hər anı xoşbəxtlik, rifah və müvəffəqiyyətlə dolsun. Sağlamlıq, ailə xoşbəxtliyi, yüksək yaradıcılıq ucalıqları və yeni zirvələri fəth etməyinizi arzulayıram! Sizə uzun ömür, xoşbəxtlik və sonsuz ilham mənbələri nəsib olsun! Yaratdığınız əsərlər hər zaman yeni nəsli ilhamlandırsın və ölkəmizdə sizin şeirləriniz xüsusi şöhrət qazansın!

Hörmətlə: Cahangir NAMAZOV,
“Butov Azerbaycan” qəzetinin,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın doğum günüdür! – Yubiley

ZAUR USTAC-50
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın yubiley doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilini Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür. 2023-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyim “Ulu Öndərin işığında” adlı kitabımın Yasamal rayon Heydər Əliyev Mərkəzində və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimatında iştirak etmiş və gözəl nitq söyləmişdir. Həmçinin məni İsa Muğanna mükafatı və 2023-cü ilin yekunlarına əsasən “İlin gənc şairi” nominasiyası üzrə İldırım Əkbəroğlu adına diplomla təltif etmişdir.
Zaur müəllim əsl ədəbiyyat fədaisidir! Ədəbiyyatımızın inkişafı yolunda yorulmadan fəaliyyət göstərir. Yazıçılarımızın, şairlərimizin həyat və fəaliyyətini işıqlandırır, onları unudulmağa qoymur.
Hörmətli Zaur müəllimi 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edir və onunla fəxr edirəm!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 50

ZAUR USTAC – 50

Bu gün vətənpərvər şair, dəyərli povest və hekayələr müəllifi Zaur Ustacın 50 yaşı tamam olur. Bu yaş dövrü hər bir şəxsin həyatında ən məhsuldar dövrlərdən hesab olunur. Zaur Ustac da ömrünün ən parlaq – uğurlarla zəngin çağını yaşamaqdadır. O, təkcə şairlik, yazıçılıq fəaliyyəti ilə kifayətlənməyib, ədəbiyyat və mədəniyyət sahəsində baş verən əhəmiyyətli hadisələrə mütəmadi olaraq publisist rəylərini bildirməyi özünə borc bilən qələm adamlarından biridir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü olan Zaur Ustac eyni zamanda fəal ictimaiyətçidir. Onu bütün faydalı tədbirlərdə görə bilərik.
Ailəlidir. İki övladı var.
8 yanvar 1975-ci ildə Bakı şəhərində Mustafa Müseyiboğlunun ailəsində dünyaya göz açan Zaur Ustac ailəsinin öz doğma yurdu Ağdam rayonunun Yusifcanlı kəndinə köçməsilə əlaqədər olaraq, 1981-1991-ci illər ərzində Yusifcalı kənd orta məktəbində əla qiymətlərlə təhsil almış və təhsilini humanitar istiqamətdə fərqlənmə ilə btirmişdir. Özünün dəfələrlə qeyd etdiyi kimi həyatını yalnız kitablarla bağlı sakit bir sahədə təsəvvür edən gənc Zaur bu məqsədlə ixtisas seçən zaman Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq və Biblioqrafiya” ixtisasını seçir və 1992-1993-cü tədris ilindən bu təhsil müəssisəsində təhsilini davam etdirir. Günümüzdə heç bir hadisəyə biganə qalmayan Zaur Ustac həmin dövrdə də baş verənlərə laqeyid qala bilmir və 1993-ilin aprel ayından rəsmi olaraq döyüşən orduya qoşulur. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edir, dəfələrlə yaralanır (Müharibə veteranıdır). Atəşkəsdən sonra daha bir il ordu sıralarında xidmət etdikdən sonra təhsilini Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirməyə qərar verir və 1995-1999-cu illər ərzində bu xüsusi təyinatlı təhsil müəssisəsində təhsil aldıqdan sonra zabit kimi yenidən ordu sıralarına qayıdır. Sonrakı illərdə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda İKT üzrə mütəxəssis, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisasına yiyələnən Zaur Ustac bütün bunlarla yanaşı 24 may 1988-ci ildə Ağdamda dərc olunan “Lenin yolu” qəzetində “Əməyə məhəbbət” adlı ilk yazısı ilə çıxdığı ədəbi yaradıcılıq yolundada fəaliyyətini bir gün belə olsun səngitmir. Zamanla ayaqlaşır. Bütün dövrlərdə zamanın tələbinə çevik reaksiya verir. O, dəyişikliklərdən qorxmur, əksinə buna meyillidir. Yenilikçidir. Novatorluq onun tale yazısıdır.
2007-ci ildən təsisi etdiyi və bu gün də fəaliyyətini uğurla davam etdirən “Yazarlar” jurnalı, 2010-cu ildən isə “yazarlar.az” saytı idarəçiliyində olan Zaur Ustac günümüzdə 40 – dan artıq müxtəlif səpkili kitabın müəllifidir. 2019-2020-ci tədris ilindən etibarən metodik vəsaitlərə daxil edilmiş uşaq şeirləri məktəbəhazırlıq qruplarında uğurla tətbiq və tədris olunur. O, əsl zəmanə adamıdır. Yola saldığımız 2024-cü ildə “Top 100 in Azerbaijan” layihəsində yazarlarımız adına uğurla təmsil olunub.
Zaur Ustacı 50 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
“Xəzan” ədəbi-bədii jurnalının redaksiya heyəti
08.01.2025, Bakı şəhəri.

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru