Qaranlıq bir otaqda, köhnə masanın üstündəki lampa sönük işıq saçırdı. Otağın dərin sükutunu yalnız divar saatının tıqqıltısı pozurdu. Nitsşe, qələmini mürəkkəbə batırıb bir an dayanaraq pəncərədən baxarkən gecənin qaranlığını seyr edir, sanki onun düşüncələri də bu sonsuz qaranlıqda itib-batırdı.
“Həqiqətən də Tanrı öldü” deyə düşündü. Bu fikir onun beynində bir ildırım kimi çaxdı. Necə oldu ki, insanlıq öz Tanrısını öldürdü? Onun əlləri titrəyirdi. Daxilindəki qarışıqlıq, cəmiyyətin yüzilliklərdir bərk yapışdığı dəyərləri yerlə bir etmək cəsarətindən gəlirdi. Qələm bir anda hərəkətə gəldi. Kağızın üzərində kəskin cümlələr yaranmağa başladı:
“Tanrı öldü. Onu biz öldürdük. Bu günə qədər heç kim belə bir fəlakətin məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi!”
Bu sözləri yazarkən qəlbində bir narahatlıq hissi vardı. Çünki Tanrını öldürmək təkcə dini inkar etmək deyildi; bu, bütün insanlıq üçün yeni bir yol seçmək, yeni bir mənəviyyat qurmaq demək idi. Növbəti gün Nitsşe kiçik bir kitabını, “Şən Elm” adlandırdığı əsərini bitirdi. Bu kitabda o, Tanrının yoxluğunu elan edir, insanların indi öz dəyərlərini yaratmaq məcburiyyətində olduğunu bəyan edirdi. Lakin onun bu fikirləri cəmiyyətin böyük bir qismi üçün şok təsiri yaratdı.
Bir gün Nitsşe Venesiyada bir kafedə əyləşib qəhvəsini içərkən yan masada bir neçə gəncin onun haqqında pıçıldayaraq dediklərini eşitdi:
“Bu adam deyir ki, Tanrı öldü. Amma əgər Tanrı yoxdursa, onda yaxşı ilə pisin fərqini necə biləcəyik?”
Nitsşe, onların dediklərini eşidərək üzünü çevirib gülümsədi:
“Tanrı olmadan insanın özünü tanıma vaxtı gəldi. Özünüzün yaradıcısı olmaq, güc istəyinizi dərk etmək sizin vəzifənizdir.Tanrısız azadlığın dadını çıxarın!” Amma bu sözlər qarşısında gənclərin baxışları qorxu ilə doldu. İnsanlar hələ azadlığın yükünü daşımağa hazır deyildilər. Nitsşe bunu anlayırdı. Sonrakı illərdə Nitsşe bir çox əsər yazdı. Onun fikirləri sanki dərin bir boşluqdan gəlirdi ” Zərdüşt belə deyirdi” onun həyatının ən böyük əsəri idi. Bu kitabda o, “üstinsan” konsepsiyasını irəli sürdü. İnsanlıq yalnız özünü aşaraq əsl mənasını tapacaqdı. Lakin bu fikir həm rəğbət, həm də nifrət doğurdu.
Nitsşe ömrünün son illərində tamamilə tənha idi. Sağlamlığı getdikcə pisləşir, fikirlərini dünyaya izah etməyə çalışsa da, çox vaxt yanlış başa düşülürdü. Bir gün, bacısının villasında, o, son dəfə pəncərədən baxaraq dərin bir nəfəs aldı:
“Bəlkə də məni anlamayacaqlar. Amma bir gün, insanlar Tanrısız azadlığın həqiqi dəyərini başa düşəcək. İnsan öz gücünü və öz dəyərlərini yaradacaq. O gün, mənim ruhum rahatlıq tapacaq.”
Bir neçə gün sonra, Nitsşe gözlərini əbədi olaraq yumdu. Lakin onun fikirləri hələ də yaşayır, hər bir azad ruhlu insanın düşüncələrində özünə yer tapırdı. Tanrını öldürən adamın adı tarixdə silinməz bir iz buraxmışdı.
XRİSTİANLIĞIN MÜQƏDDƏS KİTABI “BİBLİYA” NƏ ÜÇÜN “İNCİL” ADLANIR?
Xristianlığın müqəddəs kitabı olan “Bibliya” sözü xristian dinindən olan xalqlar tərəfindən işlədilir.İslam dinindən olan xalqlar Qurani Körimə əsaslanaraq “Bibliya”nı “İncil” kitabı kimi adlandırırlar. Ensiklopedik materiallarda “Bibliya” sözünün latın dilində “liber” – “kitab” sözündən yarandığı qeyd olunur. Latın dilində “liber” sözünün ilkin mənası “ağac lifi” deməkdir.Qədim insanların ilkin kağızı ağacın alt gövdəsindən kəsilmiş hissəsindən alınan ağac palçığını yoğurub qurudaraq kağız şəklinə salırdılar.Həmin kağız üzərində boya ilə yazılar yazılaraq kitab şəklinə salınırdı.Latın dilində “liber” sözünün sinonimi olan “book” sözü də “bamboo” – “bambuk” sözündəndir.Bambuk lifinin şirə ilə qarışdırılmasından alınan qarışıq qurudularaq kağız kimi istifadə olunurdu.İngilis dilində olan “book” – “kitab” sözü bambuk bitkisinin adındandır.(Bunu ingilislər də Oxford lüğətində yazmırlar…) Xristianlığın müqəddəs kitabı nə üçün “Bibliya” adlanmışdır? Məlumdur ki, İsa Məsih Yaxın Şərqdə ərəblərin, az hissə yəhudilərin vətənində doğulmuşdur. Ta qədimdə ilk kağız emalı misirlilər tərəfindən istehsal edilmişdir.Onlar Nil çayının deltasında bitən qamlşlardan kağız emal edirdilər.Onun üzərində qədim misir heroqlifləri təsvir olunurdu. Eramızdan 2min il əvvəl Fironun sülaləsi mərkəzi Misirdən Dəclə və Fərat çayı arasında yerləşən Beynəlnəhrə -Mesopotomiya (latınca mezo – “orta”; potomiya – “çay” deməkdir)köçürmüşlər.İkiçayarasının təbiəti gözəl, məhsuldar torpaqları var idi.Havası da həddindən artıq isti deyildir.Əkinçilik, suvarma, heyvandarlıq üçün münbit torpaqları var idi.Karvan, ticarət yolu və tərsanəçilik üçün çox əlverişli idi. Yerli əhali ərəbmənşəli şumerlər və akkadlar idi.”Babil” Akkad dilində “Tanrının qapısı” kimi mənalanır.”Bab” ərəb dilində “qapı”, “ila” sözü də “ilah” sözündən olub, “ilahi, allah” deməkdir.Qədim Misirdə “ilah” adlı bütə sitayiş olunub. İranln Kir sülaləsindən olan Dara II də Babilistanı aldıqdan sonra özünü Dara adlandırmışdır.Fars dilində “dər” – “qapı”; “ra” – “tanrı”.Daranın adındakı “yavahuş” qədim iraniskada “yavər”- “himayəçi, köməkçisi” kimi mənalanır.Bütövlükdə “Qapılar Tanrısının köməkçisi” anlamına gəlir.(Heç bunu İranın dilçi alimləri də bilmirlər) Tarixi mənbələrdə qeyd olunur ki, ilk yazı mədəniyyəti Akkadlar və Şumerlər tərəfindən yaradılmışdır.Məhz yazı mədəniyyəti Babilstanın adından yaranmadır.Misirlilər də yazı mədəniyyətini babillərdən mənimsəmişlər. Babil adı tarixdə yunanca Vavilon kimi getmişdir.Hətta Bizans dövlətinin adı da Vizantiya kimi səslənmişdir. Əslində latınmənşəli dillərdə kağız sözü “papirus” kimi nomnativləşmişdir.”Papir” sözünə sözduyumu ilə baxdıqda bu sözün “babil” sözündən yarandığı bilinir.”Babil” sözündə məlum b-p və r-l səsuyuşması hadisəsi baş vermişdir.Kətan lifindən hazırlanan parça növünə də “papilion” deyilir.”Papiros” sözü də tütünün kağız lüləsində çəkildiyindən bu nominasiyanı almışdır. İngilis dilində “paper” sözü də “babil” sözündəndir. Araşdırmadan nəticəyə gəlmək olur k, “Bibliya” sözü Qədim Babilistanın adından yaranmadır.Bibliya kitabının yazılmış şəkildə göydən nazil olması buna əsas verir.Qurani Kərim isə vəyh şəklində şifahi olduğundan “Quran” adlanməşdır.Dilimizdə “oxu” kimi mənalanır. Maraqlıdır, “Bibliya” şərqdə nə səbəbdən “İncil” adlanmışdır? Dini rəvayətə görə Tövrat və İncil kitabları Allah tərəfindən mələklərə ibranicə yazdırılmış və onlar tərəfindən göydən nazil olmuşdur.Bibliyanın (İncilin) qədim yazılışı ibranicə (yəhudi) olmuşdur.Xristianlıq Roma imperotoru II Konstantin tərəfindən qəbul edilən zaman Yaxın Şərq də romalıların tabeliyində idi.Bu səbəbdən də xristian dini dövlətə bağlı olduğundan saray dili olan Latın dilinə çevrilmiş və bu gün də qərbin kilsələrində Bibliya latın dilində oxunur.(məntiqi sintez) “İncil” sözü ərəb dilinə latın dilindən keçmədir.Yuxarıda qeyd olunduğu kimi “İncil” göydən mələklər tərəfindən yerə nazil olunmuşdur.Latın dilindı “angelus”- “mələk” deməkdir.İngilis dilində “angel” sözü transkripsiyada “eyncl” kimi oxunur.(İngilis dilində “g” hərfindən sonra “i, e, y” hərfləri gəldikdə “g” – “c” kimi oxunur.Hər hansı bir dildən başqa dilə keçən sözlər mütləq fonetik hadisələrə məruz qalır.Məhz “angel” sözü də ərəb dilində “incil” formasını almışdır.Heç də səbəbsiz deyildir ki, latın dilində “angel” sözünün 2-ci mənası “müjdə gətirən, tez xəbər çatdıran,çapar, qasid kimi məna bildirir.Şərq ölkələrində mələk eyni zamanda “huri” səzü kmi də vardır.Dilimizdə işlənən “xəbərçi adamı” frozoloji ifadə olaraq “atlı pəri kimi tez xəbər çatdıran” adlandərırlar.Pəri sözünün özü fars dilində “pər”- “qanad” sözündəndir.Mifologiyaya görə mələklər qanadlı olmuşlar. Dilimizdə olan”əncir” meyvəsinin adı da psixolinqvistikdir.Burada mümkün “l-r” samit əvəzlənməsi olmuşdur.İnsanlar Adəm və Həvvanı, mələkləri libassız təsvir edir, onları əncir ağacının yarpaqları ilə örtükləndiklərini təsəvvür edrdilər.Dünyanın məhşur rəssamlarının rəsm əsərlərində də mələklır çılpaq və əncir yarpağı ilə örtüklənmişlər. Qədim insanlar müqəddəs Bibliyanın papirus kağızından olduğunu bildikləri üçün, mələklərin də İncili i əncir ağacının yarpaqlarına yazmalarını təsəvvürə gətirmişlər.Məhz əncir ağacının yarpağının lövhəyəbənzər olması səbəbindən əncir ağacını cənnət ağacı hesab edir, hətta onun yandırımasını da günah hesab edirlər.Əncir ağacı yanarkən ondan qığılcım çıxır.İnsanlar bu ağacın tanrı ilə əlaqəsinə inanırdılar.Əncir oduncağından çıxan qığılcım insan gözünü kor edə bilir.Bu səbəbdən də çinar və əncir ağaclarının yandırılması günah sayılmışdır. Qədim Türklərin Orxon – Yenisey abidəsi də “gil-qamış” adlanır.Yazını qədim forması kimi yaddaşlarda qalmışdır.”Yazı” sözü də “qazımaq” sözündəndir. PS Bu sualın cavabı uzun müddət məni də düşündürmüşdü.Doğrudan da dillərdə olan hər bir söz mənadaşıyıcısıdır.Yazdığım məqalələrdə yüzlərlə sözlərin məna çaları açılmışdır. Görəsən hansı səbəbdən dünyanın tanınmış dilçi alimləri sözlərin təsadüfdən yaranmasına özləri də inanmış və dilçilik elmini də inandırmışlar… Təşəkkür edirəm.
Алиева Латифа Орудж кызы родилась 9 января 1960 года в селе Дуденге Шарурского района Нахчыванской АР. В 1976 году окончила среднюю школу имени Джалила Мамедгулузуда в селе Джалилкенд Шарурского района. В 1986 году с отличием окончила юридический факультет Азербайджанского Государственного Университета. Долгое время она была членом Коллегии адвокатов Азербайджанской Республики и работала юристом. Она дважды была кандидатом на парламентских выборах. Замужем, имеет сына и дочь.
Azər Nəsiboğlunun və onun timsalında bütün Yanvar şəhidlərinin əziz xatirəsinə
Bakı, Parlament prospekti. Bu prospektin başlanğıcındakı yeraltı piyada keçidi və yol ayrıcı. M. Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsi. 20 nömrəli məktəblə üzbə- üz, Respublika İncəsənət Gimnaziyasını qarşısı. H. Cavid prospektinin sonu. Burada bir büst var. Heykəltaraş məğrurluqla məsumluğun vəhdətini daş cizgilərdə məharətlə verməyə nail olmuşdur. Abidə 20 yanar şəhidi Azər Nəsiboğluna məxsusdur. Onun iyirmi iki illik həyat yolu 20 yanvar 1990-cı il tarixdə, o məşum gecədə qatil düşmən gülləsindən sona çatmışdı. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin lll kurs tələbəsi idi. Kim bilir, şəhidin arzusunda olduğu, xəyallarında dolaşdırdığı çəkəcəyi, ya quruluş verəcəyi əsər nədən bəhs edəcəkdi. Çox güman ki, onun həyat verəcəyi ilk əsər azadlığa gedən yol, ya da vətənin müstəqil olmaq arzusundan doğan motivlərə bağlı olacaqdı. Fəqət, düşmən məkri qanlı qayçısı ilə onun həyatını digər şəhid soydaşları kimi həmin gecə kəsdi. Yarımçıq ömür, gözdə qalan arzular… Təkcə bir təsəllimiz var. Şəhidin arzularının çin olduğunu bütövlükdə xalq olaraq görmək, yaşamaq nəsibinin xoşbəxtliyini daddıq. Azər Nəsiboğlu istedadlı gənc idi. Vətənpərvərlik hisslərilə alışıb, yanırdı. O, həm də ruhən ədəbiyyata bağlı olub. Onun “Bahar Sevinci” və “Yol Ayrıcı” hekayələri ədəbi kəhkəşanda kiçicik, lap iynə ucu böyüklükdə olsa da öz əbədi işığı ilə daim yanar olacağı şəksizdir. Həyat təcürbəsi zəngin olan, çox oxuyan, çox gəzib-dolaşan, zəkası üstün olan insanlar belə nabələd olduqları məkanda qarşılarına çıxan yol ayrıcında duruxar, gedəcəyi səmti seçməkdə fəhmin diktəsində bəxtə-bəxt amilinə üz tutar. Seçdikləri yolun isə yanlış və ya doğru olması məhz yolun sonunda bəlli olar. Azər Nəsiboğlu gənc yaşında ”yol ayrıcında” nagümanlıq yaşamadı. Azadlığımıza gedən yolu tutdu. Çığırdaşlıq edib, arxasınca müstəqil olmağımıza gedən milyonlarımıza bələdçi oldu. O soyuq və qanlı qış gecəsinin “bahar sevincinə” aparan cığırına öz mübarək ləpirlərindən iz salmağı bacardı. Azər Nəsiboğlunun abidəsi yol ayrıcındadır. Müşfiq kücəsi ilə aşağı düşüb Xəzərin öz sevgili sahili ilə görüşdüyü yerə, ya Cavid prospektinə üz tutub elm məbədlərinə sarı getmək olar. Lap elə küçəni düzünə keçib qayğısız uşaqlıq illərini yaşayan şən qəhqəhəli məktəbli uşaqların hər gün məktəbə tələsdiyi səkilərdə addımlamaq da olar. Azərsə Yol ayrıcında tunc köksünün sol tərəfindəki yolu tutdu. Bu yol Parlament prospektinin sonundakı müqəddəs məkanla, Şəhidlər Xiyabanı ilə sonunclanır. O son ki əbədiyyətimizin başlanğıcı, and yerimizdir.
18 yanvar 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı fotostend nümayiş olunmuşdur.
Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri ünvanlarına çatdı
Azaflı Sosial Yardım və Kültür Dərnəyində təqdimat mərasimi keçirilib
2024-cü il dekabr ayının 27-də Azaflı Sosial Yardım və Kültür Dərnəyi İdərə heyətinin qərarı ilə təsis edilmiş “Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri” təqdim olunub. Dərnəyin Ankarada yerləşən baş ofisində gerçəkləşən təqdimat mərasimi Aktau şəhərində qəzaya uğrayan təyyarədə həyatını itirmiş insanların, eləcə də Azərbaycan və Türkiyə uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad etməklə, hər iki ölkənin dövlət himninin səslənməsiyə başlanıb. Daha sonra dərnəyin rəhbəri, tanınmış vəkil, Arzuman Azaflı çıxış edərək idarə heyətinin qərarı ilə türk mədəniyyətinin qorumasında və dünyada tanıdılmasında, eləcə də türk dövlətlərinin yaxınlaşması istiqamətində fəal iş görmüş, müxtəlif layihələr gerçəkləşdirmiş məşhur elm və mədəniyyət adamlarına, icitmai-siyasi xadimlərə, diplomatlara, ümumilikdə 35 nəfərə medal təqdim edib. Mükafatçılar sırasında Türkiyə Prezidenti baş müşaviri Yalçın Topçu, Türkiyə Milli Məclisinin üzvü Şamil Ayrım, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Sərhəd Kabaklı, iş adaamı İrəm Əsli Aydın, general Zaur Zeynalov, prof. Teymur Rzayev, vəkil Həsən Bəsri Pəhləvan, Azərbaycan Vəkillər Birliyinin sədri Anar Bağırov, prof. Məhməd Yücə, Eko Avrasiya Vəqfinindən Hikmət Ərən, Xəzər Xalq Rəqsləri qurumundan Gülçöhrə Sebel Sangu, bəstəkar Turan Manafzadə, prof. Toğrul İsmayıl, Kəmalə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Üfüq Tuzman, Avrasiya Yazarlar Birliyinin keçmiş sədri Yaqub Öməroğlu (ölümündən sonra), “SOCAR-Türkiyə”nin əməkdaşı Kəmalə Paşayeva, ozanlar Mustafa Aydın, Səlahəddin Dündar, şair və yazarlar Azad Ağayev, Əli Yurdsevən, Odər Əlizadə, Azərbaycan Televiziyası Türkiyə təmsilçisi Yalçın Əliyev, Ayxan Kiçikaslan, jurnalist Veysəl Qavrayan, TÜRKSOY Baş katibinin müavini Səid Yusif , Gazi Universtitetindən Sinan Dəmirtürk, Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Natiq Adilov, prof. Özqul Çobanoğlu, prof. Məhməd Sezai, prof. Erkin Emet, Ankara Universitetindən Ləzzət Sancar, Berdi Sarıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLU da var. Təqdimetmə mərasimində iştirak edə bilməyən Səlim Babullaoğlu açıqlamasında bunları bildirib: “Bu mükafatın mənə verilməsinin təbii gözləmirdim, bilmirdim. Yeni il qabağı xoş bir sürpriz oldu. Mən əlbəttə ki, Azaflı Sosial Yardım və Kültür Dərnəyinin, dərnəyin rəhbəri, tanınmış vəkil Arzuman Azaflının geniş, ölkəmiz üçün, Türkiyə üçün, bütün türk coğrafiyası üçün səmərəli fəaliyyətindən xəbərdaram, eyni zamanda 3 il əvvəl Ankarada olarkən dərnəyin mərkəzi ofisini siyarət eləmişdim. O bizim qürur duyduğumuz həmvətənimizdir, yüzlərlə gərəkli işə imza atmış tanınmış hüquqşünasdır. Həm də Azərbaycan saz-söz sənətində öz qiymətli yeri olan Azaflı şəcərəsinin varisi, layiqli təmsilçilərindəndir. Bu mükafata görə həm Arzuman bəyə, həm dərnəyin idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bunu özüm üçün şərəf bilirəm. Bütün mükafat alan insanları təbrik edirəm…” Mərasimin sonunda xatirə şəkli çəkilib.
Təltif olunanlar arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLUnun olması bizi sevindirir.
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bir müddət əvvəl, ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan ədəbi mühiti üçün diqqətçəkən ədəbi layihə gerçəkləşdi. “mustagil.az” saytı şair Səlim Babullaoğlu və türkiyəli şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında 12 Danimarka şairinin şeirlərini təqdim etdi: Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrandt, Nils Hav, Marianna Larsen, Piya Tafdrup və Tomas Böberqin. Adıçəkilən şairlərin hər biri çağdaş Danimarkanın, bütövlükdə Skandinaviyanın XX-XXI əsr poetik xəritəsində vacib və bilinən şairlərdir. Bu layihənin sonucu kimi “Ulduz” jurnalı özünün bu ilki yanvar-fevral sayının “Dərgidə kitab” rubrikasında həmin şairlərin hər birinin 1 şeirini birgə təqdim etdi…
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, yaxın aylarda Danimarka ədiblərinin iştirakı ilə Bakıda “Danimarka şeiri gecəsi” keçirilicək. Tədbir “Dünya ədəbiyyatı” dərgisi, “Ulduz” jurnalı və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakıyla gerçəkləşəcək…