Экъвена зун

Экъвена зун

(“Gəzdim” Ləzgi dilində)

Xьайи чилиn экъвена зун гьар са чӏип,
Дагъарал, тӏамарал гел амукъна зи.
Инсандин кӏвач хкъун тӏавур гӏугӏушра,
Лекъериз тамашиз вил амукъна зи.

Экъвена кьвачерих такъат амай къван,
Багъда ригӏ секин яаз, дагъда къил къакъан.
Гьар хурал са шумуд шиир ккихьей кьван
Гьар къейи буӏахдал яал амyкъна зи.

Чӏана вал акӏунач чӏаварикй заз,
Экъвена хияалда са ватан аваз.
Никӏерин, цуькверин суракъ хабар къаз,
Ригӏе мани хьана чӏал амукъна зи.

Tərcüməçi: Əfsər Abdullayev

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist.

ZAUR USTACIN YAZILARI

 Əfsər Abdullayein yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

2024-2025-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR

2024-2025-Cİ TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASINDA TƏLƏBƏLƏRİMİZ UĞURLA İŞTİRAK EDİRLƏR

Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticə yönümlü; tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir.Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir.
2024-2025-ci tədris ilinin qiş imtahan sessiyasinda tələbələrimizin uğurla iştirak etmələri üçün Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun, Tədris departamentinin müdiri dosent Sənan Əliyevin, İmtahan və monitorinq,qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımovun umtahanların keçrilməs zamanı şəffaflığın təmin olunması, tələbələr üçün məsləhət saatlarının keçirilməsi , şəhid ailələrinə, qazilərə ,müharibə veteranlarına diqqət və qayğı göstərilməsi tövsiyələri fakültə rəhbəriliyi ,kafedraların professor müəllim heyəti, dekanlığın əməkdaşları tərəfindən diqqətdə saxlanılır.
Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır.Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.ADPU-nun İncəsənət və Fiziki tərbiyə fakültəsındə QIŞ imtahan sessiyasının kecirilməsi üçün lazımi hazırlıq işləri aparılmışdır. Fakültə dekanı Sos.ü.f.dok.Anar Fərmayılovun rəhbərliyi altında kafedraların professor müəllim heyəti, bütün personal imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışmışlar. Təbii imtahanlar zamanı tələbələrin uğurları fakültənin, fakültələrin uğurları Universitetdə tədrisin keyfiyyətinin əsas göstəricisi olduğundan daim diqqətə saxlanılır!

  Fakültənin İncəsənət müəllimliyi ixtisası üzrə:- Rəsm-1, Rəsm-3, Rəngkarlıq-1, Rəngkarlıq-3, Akademik rəsm. Dekorativ tətbiqi sənət, Heykəltaraşlıq fənnlərindən;
Musiqi müəllimliyi ixtisası üzrə :- Əlavə musiqi aləti, Dirijorluq-2, Vokal ansamblı, Xor sinifi-1, Xor sinfi-3 fənnindən Qış İmtahan sesiyasının nəticələrinin tətil edilməsi, imtahan sessiyasıda tələbələrin uğurlarla iştirakı üçün lazımı hazırlıq işlərinin aparılması nəticələri imtahanların gedişində öz təsdiqini tapır. İlkin nəticələr bunu deyəyə əsas verir.

İmtanların gedişi, fakültə üzrə koordinatorların imtahanda iştirak və s.çari məsələr vaxtaşırı müzakirə olunur, imtahanlar haqqında gündəlik rəhbərliyi məlumatlat təqdim edilir! İmtahanlar uğurla davam edir!
Zülfiyyə Vəliyeva
Fakültə üzrə koordinator rəhbəri
ADPU-ETM-nin elmi işçisi ,
Respublikanın əməkdar müəllimi

SAHİB ƏLİYEVİN AD GÜNÜ

SAHİB ƏLİYEVİN AD GÜNÜ
Mən nə vaxt yaxşı şeir haqqında fikirləşmək istəyəndə, ilk növbədə, Sahib Əliyevin şeirləri gəlib durur gözlərimin qabağında. Ona görə ki, onun şeirləri həqiqətən mənə xoş gəlir. Bu şeirlərdən aydın olur ki, o, yaxşı yazmağın sirlərini yaxşı bilir və həmin sirləri oxucunun diqqətinə çatdırmağı yaxşı bacarır. Sevinirəm ki, bu gün bu yaxşı yazan şairin ad günüdür. Elə bu ad günündə də onun qısa tərcümeyi – halını yada salmaq istəyirəm.
O, Yardımlı rayonunun Bilnə kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət Yardımlı şəhər 1 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, sonra üç il rayon komsomol komitəsinin birinci katibi olmuş, düz 31 il isə rayonda çıxan “Zirvə” qəzetinə baş redaktorluq etmişdir. Nəhayət, Bakıya gəlmiş, əvvəlcə “Siyasət” nəşriyyatına, sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşriyyatına direktorluq etmişdir.
Sevindirici cəhət odur ki, Sahib müəllim nümunəvi işi ilə həmişə diqqəti cəlb etmiş və bunun nəticəsində də Azərbaycan İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatı laureatı olmuş, Azərbaycan Rspublikası Prezidentinin fərmanı ilə pespublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, habelə, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir.
Sahib Əliyev harada işləməsindən asılı olmayaraq, bədii yaradıcılığa möhkəm bağlanmış, əsas gücünü poeziyaya vermişdir. Şeir və hekayələri müntəzəm olaraq müxtəlif qəzet və jurnallarda dərs olunur, radio və televiziyalarda səslənir, sosial şəbəkələrdə yayılır. Hazırda 26 kitabın müəllifidir, dörd ciliddən ibarər “Seçilmiş əsərləri” vardır. Onun kitablarında gedən şeir və poemalarda xalq ruhu var, misralar yüksək poetik ahəngə bürünsə də, dil sadədir, tez başa düşülür və oxucunun qəlbinə tez girə bilməyi bacarır. Həmin şeirlərin hər biri də mövzu aktuallığı ilə seçilir və yüksək tərbiyəvi xarakter daşıyır.
Bütün bu cəhətlərə görədir ki, Sahibin yaradıcılığı adi oxucularla yanaşı, ədəbi tənqidlə məşğul olan mütəxəssislərin də diqqətini cəlb edir.Onun yaradıcılığı haqqında qəzet və jurnallarda gedən çoxsaylı məqalələrlə yanaşı, ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunmuş kitablarda da geniş işıqlandırılır. Konkret desək, indiyədək şairin yaradıcılığından bəhs edən 6 kitab nəşr edilmişdir. Ayrı-ayrı tənqidçilər, görkəmli alimlər, ədəbiyyatdan başı çıxan başqa mütəxəssislər bu kitablarda gedən yazılarında Sahib Əliyevin yaradıcılığını yüksək qiymətləndirir, ona yüksək dəyər verirlər. Onların yazılarında şairin şeirlərindəki vətənpərvərlik, insanlara yüksək əxlaqı keyfiyyətlərin aşılanması, həyata, dünyaya bağlılığın sirləri, yaradıb-qurmağa həvəsin yüksəldilməsi və insan üçün vacib olan başqa məsələlərin həlli çox aydın dillə təhlil olunur. Müəlliflər oxucuları çox aydın dillə başa salırlar ki, Sahibin şeirlərində hər misra düşündürücü, hər bənd kəsərlidir. Şair mətləbi uzatmır, qısa və konkret yazır, yazdığı şeirlərin dili olduqca şirindir.
Bütün bunlar da aydın sübut edir ki, Sahib Əliyev müasir Azərbaycan poeziyasının sayılıb-seçilən nümayəndələrindən biridir. Buna görə də onu ad günü münasibətilə təbrik edir və ona uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB – nin və. AJB-nin üzvü.

Firuzə Məmmədli – 85

Firuzə Məmmədli – 85
Dəyərli şair, dəyərli pedaqoq Firuzə Məmmədlini 85 illik yubileyi münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

FİKİRLƏR

Deyən, darısqaldı fikrimin yolu,
Odur ki, dilimdən fışqırıb çıxır.
Ahıl duyğuların əsarətindən
Deyərsən, kəlmə yox, muşduluq çıxır.

Başımda tükümdü, dayanır biz-biz,
Beynimdə, zehnimdə oyanır biz-biz.
Qızarır, bozarır, boyanır biz-biz,
Tıxnaşır, tıncıxır, hıçqırıb çıxır.

Dil də tapammıram barı yaşımla,
Dərd-sər – yarıbayarı yaşımla.
Didişə-didişə qarı yaşımla
Boş söz də, xoş söz də qışqırıb çıxır.

Öldürmür, diriltmir, canım deyildir,
Damarda durası qanım deyildir.
Ay Allah, bu sözlər mənim deyildir,
Niyə gözlərimdən püskürüb çıxır?!

Düşdüyü torpaqdan dikəlməsi yox,
Dən kimi cücərib yekəlməsi yox,
Düşməni yendirən bir kəlməsi yox,
Özümü özümdən küsdürüb çıxır.
2013

SƏBR ELƏ

Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə

Bəhanə yox inciməyə, küsməyə,
Nəkarədir bizlə kəlmə kəsməyə!
Ha deyirəm durub özüm səsləyəm,
Kimsə çəkir ətəyimdən, “səbr elə”.

Ay Allahım bəxtəvəri, hardasan?
Bir qalanın şax divarı, hardasan?
Hər keçən gün vaxta varır, hardasan?
Tut ömrünün yedəyindən, səbr elə.

Sənlik deyil bu od-alov, yana dur,
Əl uzatma, barmaqların yanar, dur.
Balı bizə düşən deyil, kənar dur
Bu dünyanın pətəyindən, səbr elə.

Bəxt ardınca gör nə qədər qoşan var,
İndi ha çox heçə-puça coşanlar!
Üz-üzədi silahlılar-qoşunlar,
Daldalan daş-kəsəyindən, səbr elə.

Bu Gün ki var, hər dan üzü çırtlamır,
“Meydanları” meydan özü çırtlamır.
Sirr deyil a… Zaman sözü çırtlamır,
Çəkin də söz düzəyindən, səbr elə.

Küsüb gedən, bezib gedən, dön geri,
Şər-xatanı göndərənlər göndərir.
Heç bilirsən nə çəkir öz səngərin
Kəsəyəndən, küsəyəndən, səbr elə!
2013


NƏ YAXŞI

Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!

Çətinliyi dağdan aşan günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan günlərin
Varağını bükəmmədim, nə yaxşı!

Mənə doğru şərin dizi qırıldı,
Ömrə-günə düşən izi qırıldı,
Vaxtın mizan-tərəzisi qırıldı,
Çəkdiyimi çəkəmmədi, nə yaxşı!

Səbrin əli ətəyindən uzunmuş,
Vaxt deyilmiş, itirdiyim qızılmış.
Daş-qaş olub taleyimə düzülmüş
Dərdi-sərdən çəkilmədim, nə yaxşı!

Nə biləydim, amansızdı çərx belə,
Tərs damarda Yeri-Göyü çalxalar.
Çox üzlərə astar olur arxalar,
Arxalıdan çəkinmədim, nə yaxşı!

Mağar qurdu taleyimdə bir səda,
Pərt etmədim ürəyimi qırsa da.
Yolsuzluğu yolum üstdə dursa da,
Duruşuna təpinmədim, nə yaxşı.
2013

Mənbə və təqdimat: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi keçirilib

09.01.2025-ci il tarixində “Kitabçılar” kitab klubunun dəvəti ilə yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi keçirildi.

Yüksək səviyyədə təşkil edilmiş müzakirədə Nigar Səttar-zadə oxucuların suallarını ətraflı cavablandırıb. Tədbir oxucularla fikir mübadiləsi çərçivəsində davam edib.

Sonda qrup rəhbəri Esmira Abdullayeva tərəfindən Nigar xanıma hədiyyələr təqdim edilib, xatirə fotoları çəkilib.

“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!

09.01.2025. Bakı şəhəri.

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru