Pərviz Yəhyalı – Kəpənəklərin rəqsi

Kəpənəklərin rəqsi
(hekayə)

Hərdən yorulub usanırdı. Min bir əziyyətlə, hər cümlə və nöqtəsi ürəyindən keçən ağrılardan yazılmış sətirlərdən küsürdü. Dəfələrlə redaktə etdir, sonradan ilkin variantının daha yaxşı olduğunu yəqin edib, yenidən başa dönürdü. Gözündən düşdüyü vaxtlar da olurdu. Tərəddüdləri, təəssüfləri üstün gələndə, atıb bir küncə üzünə baxmaq belə istəmirdi. Yox əsla! Bu əzablı yaradıcılıq axtarışlarından doğmurdu. Hətta vurğunu olduğu, qapqara gecələrin sehirli sakitliyinə qısqanmasından gəlib dururdu yazacaqları düşünəsinin qapısında. Məni yaz deyirdi! Amiranə göstəriş verirdi. Bəzən bu işə keçməyəndə acizanə şəkildə yalvarışlar edir, məni yaz deyirdi. Bəlkə də yüz ad keçmişdi ağlından. Bütün duyğu yaddaşında nə ad vardı bir-bir verirdi ona. Yuvasız qalmış balaca qaratoyuq da deyirdi, siyah gecələrin uyğusuz bəyazlığı da, yağışın səsi də, mavi əngilikdə al yelkən də… Yenə ürəyinə yatmırdı. Hərdən də dolan gözlərindən kağıza süsüzlən göz yaşlarından, pozulmuş hərflərə yenidən yas tuturdu. Qafiyələri azad quştək budaqdan-budağa qonan hıçqırıqlarını qələmə aldığından diksinirdi. Tez də üstündən xətt çəkib, dodaqlarının pıçıltısından belə qorxduğu tanrı ilə pünhan söhbətlərinin faş olmasından üşənirdi. Misraların üstündən çəkdiyi xətlərlə ürəyi soymur, əlinin pozana çatacağı zamanı belə gec olar deyib, barmağını göz yaşının nəmində isladıb uşaq kimi pozuqulayardı yazdığını.
İllərin uzaq keçmişindəki uşaqlığının burnunun ucun göynədən çağlarından, hörüklərinin ona qürur yaşatdığı bəxtiyarlığından, qorxularından, uşaq marağının kəşf etdiyi dünyadan ad qoymaq istədiyi kitabın hər hərfinin üstündə belə əsirdi.
Qayğısız uşaqlıq illərində arxasınca qaçmaqdan yorulmaq bilmədiyi kəpənəklərdən, atasının ezamiyəyə getdiyi vaxtlar da hamıdan gizlincə gedib, asılqandan onun paltosunu qoxulamaqdan, utana-utana, günah iş görürmüş kimi yazda qu-qu oxuyan quşların səsini sayıb, görüm nə vaxt ailə quracam sınamasından yazmışdı bu kitaba. Bütün şeirləri onun yaşadıqları, duyğularının səsi idi.
Çəkinə-çəkinə ürək dostu ilə ad da qoya bildi nəhayət işıq üzü görəcək kitabına.
“Kəpənək qanadlarındakı arzular”
Yox onlar sevgili deyildi. Oxşar baxışları vardı dünyaya. Etiraz etdikləri hər nə vardısa üst-üstə düşürdü. Bəlkə də taleyin qisməti raslaşdırsaydı daha əvvəllər onları hər şey başqa cürə olardı. Bəlkə də o qədər olmazlar olur ki….
Ancaq elə dəli-dolu ağılları da, qəribəlikləri də eynicə idi. Müəllifini çoxdan unutmuş bir birləri üçün yaranmışların dünyanın harasında olursa olsun, taleyi eyni cür olur ifadəsi heç çıxmırdı fikirindən. Doğrudan da onların taleyində oxşarlıq vardı. Hətta bir dəfə ağlından keçəni gətrib dilinə demişdir ona. Mənim seçimim olsaydı sizi seçərdim.

Əvvəl razılaşmadı. Sonra yaxınlarının təkidi məcburiyyət qarşısında hə dedizdirdi ona. Təqdimat mərasiminin keçirilməsinə razılıq verildi, qonaqlara dəvətnamələr göndərildi. Hətta tanımadığı insanlar zəng vurub onu təbrik edirdi. Ədəbi tənqidçilər çürbəcür epitetlər deyirdilər. Poeziya kəhkəşanında doğan parlaq ulduz, alatoran poeziya fəzasına kosmik sürətlə daxil olan komet də deyirdilər haqqında.

Niyə birdən soyuq küləklər əsdi? Niyə aralarındakı münasibətlər buz bağlamaq həddinə çatdı. Düzdür bir az iztirablarını görməzdən gəldim, bir az etinasız davrandım, bir az incik düşdüm, ancaq bütün bunları ona yaxşı olsun deyə edirdim. Əzabını görüb əzab çəkirdim deyə bir addım geri dururdum.
Hiss edirdi ki, son vaxtlar dostu bir az əsəbi olub. Bütün varlığı ilə səmimiyyətinə inanırdı. Özü isə elə bütünlüklə başdan-ayağa səmimiyyət idi onla münasibətində. Ah bu soyuq yellər!!!
Xətrinə dəyəcək nəsnələr axtarırdı. Hansı ki, bilmədən xətrinə dəyib bəlkə. Bir neçə dəfə sən mənə inanmırsan demişdi. Cavabı da incik-incik elə deyil, düz demirsən olmuşdu dostunun.
Düzü heç özü də əvvəlkitək maraqlanmırdı. Bir az biganə idi, hər halda biganə deyildisə də…. İstəmirdi, istəmirdi qətiyən ona acı yaşatmaq. Qadağalar da tərbiq etmişdi. Məni mübağiləli təşbeh, istiarə atəşinə tutma demişdi. Metoforalardan çələng hörmə, təkrir çələngindən tac düzəltmə demişdi.
Görünür elə hərəsindən bir az dostunu soyudub uzaqlaşdıran səbəblər öz işini görürdü. Hər halda bir az da kişi qüruru bu soyuqluqda rol alırdı.
Zənglər kəsilmiş, son görüşlərindən aydan artıq vaxt keçmişdir. Müəllifi olduğu kitabın təqdimatı ilə bağlı hər detalı ona danışmış, cavabında sadəcə uğurlu olsun eşitmişdir.

Heç gözləmədiyi adamlar tribunaya qalxıb elə isti sözlər deyirdi ki…. Natavan klubu belə izdihamlı mərasimə çoxdandır şahidlik etmirdi. Hər tərəf tanınmış insanlar, yaxınlar, doğmalar idi. Gülümsəyir, ona xoş münasibətini bildirənlərə minnətdarlıq edir, səmimi təbriklərdən məmnun qalırdı. Soyuq qış günündə bu qədər həraratli sözlər qəlbini isitsə də, əslində bunca insanların içində gözü başqa insan axtarırdı.
Gəlmədi, bu qədər ola bilməzdi. Hətta dar macalda ürəyindən peşmançılıq hissi də keçdi. Ona əziz olan əsərinə adın qoyulmasını belə məsləhət etdiyinə təəssüfləndi. Yox bir gərək kəpənək tutan qoyaydım ironiyasını da keçirdi ağlının ucundan.

Bütün zalı könül oxşayan musiq bürüdü. Mirza Babayevin əvəzsiz ifası
Sorağını gül-çiçəkdən alınca.., alınca mən…
Hamı qeyri-ixtiyari cevrilib təəccüblə baxırdı. Bütün zal boyu rəngbərəng kəpənəklər uçurdu.
Hamı ayaq üstə bu mənzərəni alqışlayır, göz yaşlarını saxlaya bilməyən, müəllif isə zalın qapısında dayanan dostuna baxırdı.
O baxışlarda hər şey vardı.
Niyə gecikdin? Bu yazıq kəpənəkləri soyuqdan öldürməkdir qəsdin?
Harda itib-batmışdın?

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏSVÜRÜN İŞIQ KİMİ YANMASI VƏ HƏQİQƏTİN SÖNÜŞÜ

TƏSVÜRÜN İŞIQ KİMİ YANMASI VƏ HƏQİQƏTİN SÖNÜŞÜ

(Nəzakət Bahadirovanın “Aldamçı təsəvvür” hekayəsinin ədəbiy təhlili
və şərhi)

Nəzakət Bahadirovanın bu hekayəsi insan təsəvvürünün, xəyal ilə həqiqətin arasındakı ziddiyyətləri diqqətlə işıqlandırır. Hekayə, insan qəlbindəki inam və ixlasın nə qədər qırılğan və aldadıcı ola biləcəyini açıq şəkildə göstərir. Əsərin baş qəhrəmanı olan uşağın təsəvvürləri adeta bir işıqlı çıraq kimi yanır və onu yola çıxarır. O, təsvirə təsirlənib, özünə ideyal bir şəxs olaraq qəbul etdiyi qadını təsəvvüründə ideal insan, işığa bürünmüş bir şəxs kimi görür. Lakin hadisələrin acı sonu bu arzunun açığa çıxmasına səbəb olur. 25 il boyunca o qadını yalnız gözəl xarici görkəmi ilə deyil, həm də yüksək əxlaqi keyfiyyətləri ilə tanımışdır. Burada uşağın saf qəlbi və insana inam keyfiyyəti əks olunur. Lakin həyatın həqiqətləri onun təsəvvürləri ilə ciddi şəkildə toqquşduqda, qəlbindəki işıq qaralır.

Hekayə insan təbiətindəki iki tərəfi öyrənməyə yönəldir: bir tərəfdən, arzular və idealların qurulması; digər tərəfdən, onların həyati gerçəkliklə parçalanması. Əsər aşağıdakı mühüm nəticələrə yönəldir:

  1. Təsəvvürlər aldadıcı ola bilər. İnsan öz ağlında kimsəni ideallaşdırdıqda, çox vaxt o təsəvvür real həyata uyğun gəlmir. Uşağın ixlası da məhz belə aldadıcı təsəvvürlərdən qurulmuşdu.
  2. Həyatın həqiqəti yalan xəyalları yox edir. Qəhrəman üçün qadınla gerçək görüş yalnız onun ixlasını məhv etmədi, həm də onun insanlara olan inamını sınadı.
  3. İdeallaşdırmaq insanı belə səhvlərə və əzablara gətirib çıxarır. Hekayə oxucuları gerçəkliklə belə olduğu kimi qəbul etməyə, artıq xəyallara dalmamağa yönəldir.
    Əsərin məzmunu çox həyatıydır. Hər birimiz təsəvvürlərimizin qurbanı ola bilərik. Lakin bu, bizə insanları tənqid etmək üçün deyil, özümüzü və başqalarını yaxşı başa düşmək üçün bir dərs olmalıdır. Nəzakət Bahadirova insanlıq əlamətlərini həqiqətlə müqayisə edərək oxucunu düşünməyə daldıran bir əsər yaratmışdır. Beləliklə, həyatda hər hansı bir təsəvvürə artıq bağlı olmadan, gerçək davranışları görə bilmək insan üçün vacibdir.
    İnsan üçün yaxşı niyyətdə olmaq və gözəl təsəvvürlər qurmaq – qəlbin ən gözəl xüsusiyyətlərindən biridir. Lakin hər şeydə bir hədd olmalıdır. Hər bir insan yaradılmış bir varlıqdır və kamillik yalnız Rəbbimizə aiddir. Buna görə də biz insanlar, çox vaxt öz səhvimizlə, kimlərisə öz xəyalımızda çox yüksək zirvələrə qoymaq istəyirik və həddi aşırıq. Biz o şəxsi yaxından tanımadan, onun həqiqi mahiyyətini anlamadan onu təsəvvürümüzdəki ideal şəxsə çeviririk. Və hansısa bir gün gəlir, o şəxsin bizim düşündüyümüz kimi olmadığını görsək, yalnız xəyalımız dağıldığı ilə qalmır, həm də qəlbimizdəki arzu və ümidlər boşluğa çevrilir. Bunun nəticəsində biz özümüzün qurduğumuz aldadıcı xəyal və normalardan çıxmış ideallaşdırmamızın qurbanı oluruq.
    Hər şeydə həddin olması yaxşıdır. Çünki həyatda hər bir insan öz güclü və zəif tərəfləri ilə yaradılır. Hər bir insan insanlıq qanunları çərçivəsində yaşayır və heç kim səhv etməkdən azad deyil. Buna görə də, birini yüksək bir mövqeyə qoymazdan əvvəl, onun həqiqi davranışını anlamaq, həyatda yerini obyektiv qiymətləndirmək lazımdır. Burada bir hikmətli fikir yadımıza düşür: “Artıq ideallaşdırmaq – qəlbdə şübhəyə, sonra isə ağrılı kədərlərə səbəb olur.” Buna görə də hər bir insana təbii yanaşmaq, onun insanlıq mahiyyətini başa düşmək – sağlam münasibətlərin əsasını təşkil edir. Yaxşı niyyətdə olmaq da, gözəl təsəvvürlər qurmaq da qəlbi zənginləşdirir. Lakin onları həddi ilə gözəl və əsl xəyala çevirmək isə ağıl və təcrübənin göstəricisi hesab olunur.
    Nəzakət Bahadirovanın “Aldamçı təsəvvür” hekayəsi insan həyatındakı dərin mənaları açan, həqiqi həyat həqiqətini, ibrət dərsini və parlaq ədəbiyyat nümunəsini təqdim edir.
    Bu əsər insan qəlbinin nazik iplərinə təsir edərək, bizə arzular, xəyallar və onların həqiqət ilə qarşıdurmasının necə nəticələrə gətirib çıxara biləcəyini yüksək bacarıqla nümayiş etdirir.

Hekayədəki əsas fikir — insanın aldadıcı təsəvvürlərin qurbanı olmağıdır. Biz tez-tez kəsləri uzaqdan ideallaşdırır, onları işıq və kamilliklə örtürük, lakin həyatda baş tutan gerçək görüş bu idealları parçalayıb atır.

Hekayənin qəhrəmanı qadına olan ixlasını illər boyu saf qəlbində saxlayıb, amma gerçək həyatda həmin qadının xarici görkəmi və davranışı, təsəvvürlərindəki işıqlı obrazdan tamamilə fərqli olaraq onun qəlbini yaralayır.

Bu sınaq vasitəsilə oxucuya bir daha həyatda artıq xəyallara dalmamaq, hər şeyə obyektiv yanaşmaq dərsi verilir.

“Aldamçı təsəvvür” — insan ruhunu öyrənmək üçün möhtəşəm ədəbi nümunədir. Bu əsər bizə yalnız aldadıcı təsəvvürlərdən qaçmağı deyil, həm də həyatda sağlam düşünməyi, hər bir insanı təbii olduğu kimi qəbul etməyin vacibliyini vurğulayır.

Hər bir oxucu bu əsəri oxuyaraq, öz təsəvvürləri və xəyalları ilə tənqidi yanaşmağı öyrənəcəkdir.

Mənə görə, Nəzakət Bahadirova öz əsəri vasitəsilə bizə belə hikmətləri çatdırır:
“Hər hansı bir ideallaşdırma həyatın sınağından keçməyibsə, o, boş təsəvvürdür.”
“Həqiqi həyat, insanın xarici görkəmi və davranışı həmişə təsəvvürlərimizdən fərqlənir.”

Eyni zamanda, hekayə insana öz arzularını sınaqdan keçirmək, obyektiv düşünmək və bütün insanlara sağlam münasibət bəsləyərək özünü qorumağı öyrədir. “Aldamçı təsəvvür” həyatın həqiqətlərinə üz tutmaqda məktəb kimi ədəbi zənginliyimizdə yer alır.

Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Lənkəran Səfərov – Yusifcanlı

4 yanvar (9 iyul 1975 Ağdam – 4 yanvar 2015, Bakı ) gözəl insan, əsl ziyalı, tanınmış həkim Lənkəran Səfərovun anım gündür…

QISA ARAYIŞ:

Səfərov Lənkəran İldırım oğlu 9 iyul 1975 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Ağdam rayon Yusifcanlı kənd orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirərək ürək – damar cərrahı ixtisasına yiyələnmişdi. Azərbaycan Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində Tibb Xidməti bölməsində həkim-zabit kimi xidmət keçmiş, ehtiyatda olan tibb xidməti həkim-zabiti idi. Öz ixtisası üzrə həkim işləyirdi. 4 yanvar 2015 -ci ildə qəfil ürək tutmasından dünyasın dəyişib. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru