Aşıq Mikayıl Azaflı – 100

Aşıq Mikayıl Azaflı – 100
Qoca Azaflıyam, dilim var, lalam

Bilirik ki, Aşıq sənəti son illər xalq kütlələrinin daha böyük ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız da milli mədəniyyətimizin və incəsənətimizin vacib resurslarıdır. Biz onları şifahi xalq yaradıcılığının ən qiymətli xəzinələri hesab edirik…
Bizim hər birimizin Aşıq sənətinə böyük məhəbbəti var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına, məlahətli səsi olan aşıqlara qulaq asanda könlümüz durulur… Həmin an xalq mədəni ruhu əhəmiyyətli proses kimi gözlərimizin önündə min şaxə qurur, içimizdə yeni əhval yaranır…
Sevindrici haldır ki, Aşıq sənəti UNESCO-nun maddi-mədəni irs siyahısına salınıb, bununla da beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti tanınır, həmçinin, aşıqlarımıza böyük rəğbət artır…
Bildiyimiz kimi, Azərbaycan Aşıq sənətinin sütunları çoxdur. Onlardan biri də Aşıq Mikayıl Azaflıdır. Ləngərli səsi və ifası ilə daim könüllərdə yaşayacaq Aşıq Mikayıl Azaflı aşıq sənətinin ən mükəmməl qoruyucularından, çoxəsrlik keçmişə malik aşıq sənətinin ən sadiq aşıqlarından biri olub. O, Aşıq sənətinin ənənələrinə ömrünün sonuna kimi şərəflə qulluq edib, bu sənəti tamlığı ilə yeni nəsillərə ötürüb.
Məhz 15 yanvar 2025-ci ildə Azərbaycan Aşıqlar Birliyi və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Rəşid Behbudov adına mahnı teatrında Əməkdar mədəniyyət işçisi, şair-aşıq Mikayıl Azaflının 100 illiyi ilə əlaqədar keçirilmiş ədəbi-musiqili gecə də Aşıq Mikayıl Azaflı sənətinə verilən böyük dəyər, ümumxalq sevgisi idi.
Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açdı. O, giriş sözü ilə Mikayıl Azaflının həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Məhərrəm müəllim bildirdi ki, Mikayıl Cabbar oğlu Zeynalov (1924- 1990 ) Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, lap gənc yaşlarından “Çoşğun” təxəllüsü ilə şeirlər yazıb. Aradan bir müddət keçəndən sonra o, şeirlərini “Əzablı” təxəllüsü ilə nəşr etdirib. Ən sonda doğulub, boya-başa çatdığı kəndin adına şərəf hissi olsun deyə şeirlərini “Azaflı” təxəllüsü ilə elə-obaya çatdırıb.
Məhərrəm müəllim daha sonra bildirdi ki, Qurbanidən, Abbas Tufarqanlıdan, Sarı Aşıqdan, Hüseyn Şəmkirlidən, Aşıq Ələsgərdən, Molla Cumadan, Mirzə Bilaldan üzü bəri və son olaraq da XX əsrin görkəmli aşıqlarından Hüseyn Cavan, Hüseyn Saraçlı, Şakir Hacıyev, Pənah Pənahov Imran Həsənov, Əkbər Cəfərov kimi görkəmli aşıqlar arasında klassik aşıq ənənələrini layiqincə davam etdirmiş sənətkarlardan biri də bu gün 100 illik yubileyinə yığışdığımız Mikayıl Azaflı olub.
Məhərrəm müəllim vurğuladı ki, bu gün biz bura saz-söz məclisinə yığışmışıq. Ona görə sözü aşıqlarımıza vermək daha məqsədəuyğundur.
Beləliklə, Məhərrəm müəllim tədbirin musiqili açılışı üçün ilk sözü ustadın nəvələri Raman Azaflı və Məzahir Azaflıya verdi. Onlar alqış sədaları altında səhnəyə gəldilər, babalarının yazdığı “ Qoca qartal” “Azaflı dubeytisi” ilə gecənin açılışını etdilər. Bu çıxış iştirakçılarda xoş əhval yaratdı.
Sonra söz ustadın sonuncu şəyirdi olan aşıq Nizami Cəlaloğluna verildi. Aşıq Nizami ustadının “Gözlərim” qoşmasını “Azaflı gözəlləməsi” havası üstündə ifa etdi. İfası zamanı da ləngərli səsi ilə ustadına olan sevgisini göstərdi.
Daha sonra söz Azaflı irsinin dərin bilicisi professor Qəzənfər Paşayevə verildi. O, aşıq-şairin 1961-1964-cü illərdə yazdığı “Zindan” şeirindən danışdı. Bildirdi ki, zindanda olmasına baxmayaraq, yazdığı divanilər, gəraylılar, qoşmalar Türkiyədə, İraqda, Gürcüstanda, İranda aşıqların dilindən düşmürdü… Məsələn, onun bu qoşması indi də el dilində əzbərdir:

Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Onlar ağardıbdı başımı mənim…

və başqa bir qoşmasında yazır

Azaflıyam , ağ saçlarım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyəcəklər, dözəmmədi zindana,
Ağarmayın , ay saçlarım, amandı

Qəzənfər müəllim bildirdi ki, Aşıq Mikayıl Azaflıya nə qədər təzyiq, işgəncələr edilsə də, o, yolundan və dediyindən dönməyib. Ona görə ki, bu böyük sənətkar azadlıq, ədalət aşiqi idi. O, telli sazını sinəsinə basıb heç kəsin deyə bilmədiyini el şənliklərində mərd-mərdanə dilə gətirirdi:

Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül ?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül.

və yaxud

İki qardaş bir zindanda,
O da məhbus,mən də məhbus.
Qollar bağlı, əl amanda,
O da məhbus,mən də məhbus.

başqa bir qoşmasında ustadı Aşıq Yusifə yazır

Gözlərim yoldadır,qulağım səsdə,
Usta, sənə sözüm var, gələrsənmi?
Əsirəm,məhbusam polad qəfəsdə,
Axır qanlı yaşım car,gələrsənmi ?

başqa bir şerində yazır

Azaflıyam, qaldım tər qan içində,
Dilim cilalanıb dahan içində,
Cəllad əlindəyəm, zindan içində,
Yollarım bağlıdı, gələ bilmirəm.

Bu kimi şeirləri o dövrdə demək, yazmaq əlbəttə böyük ürək və cəsarət tələb edirdi…
Qəzənfər müəllim əlavə olaraq bildirdi ki, həbsxana həyatı ustada bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun üzünə baxanda Dədə Qorqudun nur üzü gözlərimiz önündə canlanırdı. O, xalqın sevimlisinə çevrilmişdi. Xalq arasında “Qoca Qartal” kimi şöhrət qazanmışdı.
Qəzənfər müəllimin çıxışından sonra söz yenə saza verildi. Bu dəfə səhnəyə Gülarə Azaflının yetirmələri olan “Çeşmə” folklor qrupu, Gülarə Azaflı, Məhsəti Cabbarova və nəticəsi balaca Mikayıl “Nə yaxşı olar” bəstəsi ilə gəldilər və ürəkdən çıxış etdilər.
Aşıq Əli Zeynalabdinov və aşıq Nəcəf “Azaflı” gəraylısını ifa etdilər.
Sonra söz ustad aşıqlar Şaiq İncəliyə və Aşıq Avdıya verildi. Onlar da ustada olan sevgilərini məlahətli ifaları ilə təsdiq etdilər.
Daha sonra Şirvan Aşıq Məktəbinin layiqli aşıqlarından olan Əhmədəlinin qızı Xalq artisti Nazpəri Dostəliyevaya verildi. Nazpəri xanım ustadın “Ağarmayın, ay saçlarım, amandı” qoşmasını “Naxçıvani” havası üstündə yüksək səviyyədə ifa etdi. Bu ifa səhnədə böyük coşqu, iştirakçılarda yüksək ovqat yaratdı.
Daha sonra söz Vüqar Şəmkirliyə, Xəlil Qaraçöpə, Aşıq Asudə Şınıxlıya, aşıq Vüqar Şamilova və Eldar Ələkbərliyə verildi. Onların hər birinin çıxışı çox yüksək səviyyədə qarşılandı. Hər bir oxuyan aşığı yastı balabanın mahir ifaçıları Ələkbər Ələkbərov və Sərdar Məmmədov müşayiət edirdi .
Tədbirin aparıcısı Məhərrəm müəllim bildirdi ki, Azaflı Mikayıl haqqında el şairləri, aşıqlar yüzlərcə şeirlər yazıblar. Onlardan biri də canlı ensklopediya olan Zərgər Abbasdır. Sözü də bu məqamda məhz ona verdi. Zərgər Abbas Mikayıl Azaflıya həsr etdiyi bir necə şeirini söylədi. Şair gurultulu alqışlarla yola salındı.
Söz gənc aşıqlar Elməddin Məmmədliyə və Şəhriyar Qaraxanlıya verildi. Onlar da ustadın “Dünya” müxəmməsini baş müxəmməs havası üstündə ifa etdilər. Tədbirdə son çıxış olaraq Roman Azaflı səhnəyə çıxdı. O, babasının “Qoy ədalət zəfər çalsın ! ” Ozan marşı ” havası üstündə oxudu.
Tədbirin təşkilində göstərdikləri əzmkarlığa görə Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, Tovuz Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti Çingiz Abbasov, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Namazəli Məmmədovun təşəbbüsü ilə bir çox aşıq və şairlər “Azaflı” medalı ilə təltif olundular.
Sonra söz Azaflı Mikayılın övladlarına verildi. Hakim Azaflı, Maral Azaflı, Gülarə Azaflı tədbiri belə yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan Aşıqlar Birliyinə və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin üzvlərinə və zəhməti keçən hər bir insana minnətdarlıqlarını bildirdilər.

Əlavə: Aşıq Mikayıl Azaflının xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hissləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan Aşıq sənətinin parlaq səhifələrindəndir.
Aşıq Mikayıl Azaflının zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizə diqqətdir. Nə xoş ki, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Mikayıl Azaflı irsi silinməz tarixi yaddaş rəmzi kimi bu gün də yaşamaqdadır.
Elə bu gün də Aşıq Mikayıl Azaflı yaradıcılığı Azərbaycanın mədəniyyət inciləri kimi diqqət çəkir və gələcəkdə də bu ədəbi irs lazımınca təbliğ ediləcək.

Hüseyn İsaoğlu,
A Y B-nin və AJ B-nin üzvü,
Yazıçı-publisist

Natəvan Uğurlu – O bir Mələk

Axıdılmış qanın izi ilə” əsəri haqqında

Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” adlı kitab təqdimatında iştirak etdik. Maraqlı görüş oldu. Elə o gün də kitabı oxuyub bitirdim. 20 Yanvar hadisələrindən bəhs edən kitabda diqqətimi çəkən bəzi məqamları qeyd etmək istəyirəm. İlk cümlələr diqqətimi çəkdi, oxuya -oxuya baxdım ki, axıra gəlib çatmışam. Qəribə olan odur ki, mən sənədli, ya memorial bir əsər gözləyirdim. Nigar isə o müdhiş gecəni bədiiləşdirmişdi. “Anam və nənəm sanki məni qoruyan mələkdi” cümləsin oxuyanda müəllifin özünə “Mələk” təxəllüsü burdanmı gəlir yazdım. Ən qəribəsi bir an məndə elə təsəvvür yarandı ki, sanki ordakı Nazənin obrazı ilə Nigar arasında çox oxşarlıq var. Orda diqqətimi çəkən ikinci bir məqam atasının qəbri üstünə qoyulan qərənfil dəstəsin görəndə yazdığı cümlə ilə bağlı oldu. Əslində belə bir cümlə oxumuşdum. Kiminsə dərdini özününküləşdirmək. Burda isə tam fərqli bir fikir çıxır ortaya: Kimsə acımıza şərik olmuşdu. Bu cümlə yaxşı mənada yox, acını təsvir etmək üçün işlənir. Bu əsərə film çəkilsə çox gözəl olardı. Sonda çəkilən tabloda da təsvir çox gözəl olduğu üçün diqqətimi çəkdi. Hətta müəllifə rəsm kursuna getməyi də məsləhət gördüm. Axırıncı yox axarıncı olsun! Uğurların bol olsun, Nigar xanım.

Müəllif: Natəvan Uğurlu

Natəvan Uğurlunun yazıları

Axıdılmış qanın izi ilə” əsəri haqqında

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb

Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb

Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb. Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və başqaları iştirak edib.
Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb.
Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır.
Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək.
Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arif – Daşın hikməti

Daşın hikməti

Sənin görüşünə tələsən zaman,
Yolda ayağıma kəsik daş dəydi.
Ayağım büdrədi, ağrıdım yaman…
Kəsik daş dizimi, qəddimi əydi.

Əyilib oturdum. Götürüb daşı-
Qopmuş yarasına diqqətlə baxdım.
Görən nələr çəkib bu daşın başı?
Daşın əzabına cavab axtardım.

Düşündüklərimi duyurmuş kimi,
Kəsik daş əlimdə danışdı birdən.

Tanrı, daş yazsada bəxt taleyimi,
Hələ də özümü tapmamışam mən.

Düzdür, daşam ancaq, əsər deyiləm,
Məndən ilham almır baxanlar mənə.
Sahib çıxanım yox əsərə dönəm,
Ayaqlar altında dözürəm yenə.

Dedim, daş deyilsən, sən hikmətsən bir,
Səndən aldığım dərs bilgimdən artıq.
Güvənib ALLAHa eyləyib səbir,
Maddədən mənaya yol salmalıyıq.

Sənin görüşünə geciksəmdə mən,
Həyatdan yeni dərs öyrəndim bu gün.
Mənaya dönərsə varlıq maddədən,
Sevginin nuruyla bəzənər bütün.


Göyçay şəhəri
21.01.2025

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RUŞANA ALİMOVA

RUŞANA ALİMOVA

6 Temmuz 2007’de Semerkant viyaletinin Comboy ilçesinin Naimantepa mahallesinde doğdu. Halima Hudoyberdiyeva Adındaki Yara- tıcılık Okulu’nun 11. sınıf öğrencisidir. Bilimsel makaleleri “Kalbin Şarkıları”, “Hayal Dalgaları” kitaplarında; Amerika, Fransa, Kanada, Rusya, Hindistan gibi ülkelerin dergilerinde ve konferans koleksiyonlarında yayımlanmış.

MUTLULUK VE SEVİNÇ ŞAİRİ

12 Aralık 1909. Kışın hükmü her yeri sarmıştı. Baksıların yurdu olan Cizzah’ta tertemiz bir melek gibi bir bebek dünyaya geldi. Kaşları ve gözleri ceylan gözleri gibi koyu renkliydi. Anne-baba mutluydu. Nihayet, çocuğa isim verme zamanı gelmişti. Tanrı’nın sevdiği, halka faydalı olacak bir evlat olsun diye bebeğe Hamid Alimcan adını verdiler. Hamid Alimcan… Kim bilebilirdi ki, bu yankılanan isim bir gün akademik, şair ve araştırmacı olacak…
Günler günleri, aylar ayları kovaladı. Küçük Hamid en hareketli zamanında, yani dört yaşında babasını kaybetti. Artık genç Alimcan’ın terbiyesiyle annesi Komila ve dedesi Mulla Azim ilgileniyordu. Edebiyata olan ilgisi çocukluğunda kendini göstermeye başlamıştı. Bunun en büyük sebebi, dedesi ve annesiydi. Çünkü onlar küçük Hamid’e çeşitli masallar, destanlar anlatıyorlardı. Okul yıllarında çeşitli şiirler ve destanlar yazmaya başlaması onun yaratıcılığına atılan ilk “sağlam” adımlarıydı. Mutluluk ve sevinç şairi olan Hamid Alimcan sadece şiir yazmakla kalmıyor, gazete ve dergilerde gazeteci, editör olarak da görev yapıyordu. Ancak edebiyata olan sevgisi onu asla terk etmiyordu. Hamid Alimcan, M. Gorki ve V. V. Mayakovski’nin eserlerinden etkilenerek yaratıcılığını sürdürdü. Dedesi ve annesinden dinlediği destanlar, “Semurg'”, “Aygül ve Bahtiyar”, “Diyar”, “Baht” gibi büyük destanla- rın yaratılmasına vesile oldu. Vatan sevgisi ise “Muqanna”, “Cezâ” adlı dramalarında kendini buldu. Büyük şair, akademik ve Özbekistan Halk Şairi Zulfiya ile tanışır ve ona duyduğu aşkla şiirleri daha zarif hale gelmeye başlar. Nihayet, 23 Temmuz 1935’te hayatlarını bir ömür boyu sürecek bağlarla birleştirirler. Merhametli Allah onlara mutluluk ve sevgi meyvesi olarak iki çocuk (bir oğul ve bir kız) bahşeder. Mutlulukları adeta masallardaki gibi mükemmeldi. Fakat “Bir eksik dünya” dedikleri gibi, 3 Temmuz 1944’te Özbek halkı ünlü evladından, Zulfiya sevgili eşinden, çocukları ise şefkatli babalarından ayrılmak zorunda kalır. Sadık Zulfiya, hayatının sonuna kadar çocuklarına hem anne hem de baba oldu. Hamid Alimcan’ın her şiirinde sevgiliye duyduğu saygı ve sevgi yan- kıları hissedilirdi. Şairin “Erik Çiçeklendiğinde” şiirinde bahar, sevgilinin kavuşma hayaliyle iç içe geçmiştir. Ayrıca şairin vata- nına olan sadakati şu dizelerde açıkça görülmektedir:
“İşte sana alem-alem çiçek, gül, Eteğine sığdığı kadar al.
Bunda umud her şeyden de çok Ölene kadar bu ülkede kal.”
Biliyoruz ki Hamid Alimcan hayatını “Kara bir günde doğdum, doğduğum anda boğuldum” sözleriyle tanımlamıştır. Ancak sevgiliyi (Zulfiya’yı) bulduktan sonra bu kara günler ona artık yabancı olmuş, “Her yüreğin bir baharı var” şiirinde bu ifadeye rastlanmaktadır. Hamid Alimcan’a “Mutluluk ve Sevinç Şairi” lakabı verilmiştir. Çünkü her bir şiirinde mutluluk ve sevinç hissedilmektedir. Hamid Alimcan’a bir başka lakap vermek gerekirse, bence “Hayat Mevsiminin Yazarı” denilebilir. Bu unvanın anlamı, onun her şiirinde sadece mutluluk ve saadet imgeleri değil, aynı zamanda hayatın acı gerçekleri de anlatılmaktadır. Bağımsızlık yıllarında, Hamid Alimcan ve Zulfiya’nın anısını ebedileştirmek amacıyla Cizzah vilayetinde Hamid Alimcan ve Zulfiya adında bir yaratıcılık okulu açıldı, ayrıca birçok sokak ve mahalleye de onların isimleri verilmeye başlandı. Bunun dışında, Taşkent şehrinde de onun heykeli dikildi. Hamid Alimcan’ın parlak yaratıcılığı ve tükenmez bilgi hazinesi biz evlatlar için en büyük mirastır. Onları korumak, Üçüncü Rönesans’ın temelleri olan gençlerin elindedir!

Tercüme: Cihangir NOMOZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.