
Türk Ağsaqqalları İctimai Birliyinin sədri Sudeyif İmamverdiyev:
Müsəlman Şərqində ilk dəfə olaraq demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin
cəmisi 23 ay davam etməsinə baxmayaraq bu qısa dövr ərzində böyük işlər həyata keçirildi: dövlət bayrağı, dövlət himni, dövlət gerbi, dövlət vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı, yüzlərlə mütərəqqi qanun qəbul edildi.
Müstəqillik tariximizin başlanğıcı olan “28 May Müstəqillik Günü” ölkəmizdə milli ruhun formalaşmasında böyük rol oynadı və gələcək inkişafına təkan verdi.
XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində müstəqil Azərbaycanın sürətli inkşaf dövrü başladı. Bu gün isə Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünyada nüfuzu günbəgün artmaqda olan, dünya dövlətlərinin hesablaşdığı, imzası imzalar içərisində olan bir dövlətə çevrilib.
Bu gün Azərbaycan Xalqı tariximizin şanlı və parlaq səhifələrindən biri olan 28 May Müstəqillik Günününü heç zaman olmadığı qədər güclü, qüdrətli, nüfuzlu, müstəqil, tam suveren və Qalib xalq olaraq qeyd edir. Bütün xalqımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, xoşbəxtlik arzu edirəm.
Müstəqilliyimiz əbədi və sarsılmazdır. Yaşasın müstəqil Azərbaycan!
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru