Sərvanə Dağtumas – “Mahirin sükutuna səs verən şair

“Mahirin sükutuna səs verən şair: Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri haqqında”
Şair Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri qəhrəmanlıq, şəhidlik, itki və həsrət motivləri kontekstində yazılıb, post-müharibə ədəbiyyatının dəyərli nümunələrindən biridir. Şeir 1968-ci il iyunun 11-i Cəbrayıl rayonunun Xanağabulaq kəndində dünyaya gəlmiş və 1993-cü il avqustun 23-ü Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində gedən döyüşlərdə (“İnçə” körpüsündə) qəhrəmancasına həlak olmuş məzarsız şəhidimiz Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur. Mahir Allahquliyev yaşasaydı, 57 yaşı tamam olacaqdı.
“Məzarsız şəhidin sükutu” şeirində Dağtumas kəndində kəsilən həyat ipinin səsi və bir ailənin parçalanması təsirli dillə ifadə olunub. Şeiri ilk dəfə şair-publisist və qiraətçi Arzu Heydərova Balsəs səsləndirib.
Əlisafa Quliyev “Məzarsız şəhidin sükutu”
(Cəbrayıl şəhidi Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur)
I bənd
Dağtumas uğrunda gedən döyüşdə,
Altı igidimiz canından keçib.
Mahirlə birlikdə altı silahdaş,
Şəhidlik zirvəsin, haqq yolun seçib.

II bənd
Yenicə olmuşdu toyu Mahirin…
Bu yerdə tükənər sözü şairin.
“Vətən” dedi, sındırmadı sözünü,
Yolda qoydu anasının gözünü.

III bənd
Bətnində körpəsi – nazlı nigarı,
Nigaran baxırdı dağlara sarı.
Altı qəhrəmandan yox idi xəbər,
Hər biri vətənə sadiq, mötəbər.

IV bənd
Neçə ildə bircə xəbər gəlmədi,
Ananın, bacının üzü gülmədi,
Мahir şəhid oldu, Mahir ölmədi,
Onun şəhidliyin ana bilmədi.

V bənd
İnçə körpüsündə döyüşən igid,
İyirmibeş yaşlı məzarsız şəhid,
Xanağabulağa qayıdaydı kaş,
Övladı Sadiqə olaydı sirdaş!

VI bənd
Bəy otağındakı yanmış xalçası,
Adını yazdığı dəmir parçası,
Alnında donubdu şəhid yazısı,
Bitəydi illərin ağrı-acısı.

VII bənd
Həsrət ilə köçdü dünyadan ana,
Rəhmət diləyirəm Allahdan ona,
Davanı zəfərlə yetirdik sona,
Qovuşduq Mahirin səssiz ruhuna…

Müəllif: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir