FİKRƏT QOCA 90 Bu gün Azərbaycanın xalq şairi Fikrət Qocanın doğum günüdür. Fikrət Qoca 1935-ci il avqust ayının 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.1998-ci ildən AYB-nin birinci katibi seçilmişdir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişdir. Onun bir sıra nəsr əsərləri də vardır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa tərcümələri vardır.Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.). Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995). 5 may 2021-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin. Amin.
Özü özümden Sözü sözümden Azizdi gözümden Kızlarbat Mendeli Türkmenelleri Güvence kaynağımdı haritam Türkmeneli Gider bu istikamette Yolunda bağlar, bostanlar Hemde kervan saraylar Ey yolcu yolun düştüyse Bizim ellere Şahsuvar babadan Kifri’ye selam söyle Canım yandı tutuştu Soğuk sudan buz istedi Kar istedi Meni bağrına basan Bir nazdar yar istedi Şahrabandan şirin meyhoş nar istedi Saydım hep yöreleri Unuttum Hanekin’i Anam tutturmuştu manisini Ah Hanekin’e bir getseydim Sevgilim amman O zaman mesud olurdum Sevgilim amman Malibam bir konuşsaydım Sevgilim amman.
Müəllif:Aydın Kerkük İrak Türkmen Edebiyatçılar Birliği Başkanı
Zaur Ustaj – The “Book Man” of Azerbaijani Literature
Zaur Ustaj, whose real surname is Ustac, is widely recognized as one of the most distinctive voices in contemporary Azerbaijani literature. Known as the “Book Man” (“Kitab Adam”), he has carved a special place for himself not only as a poet and writer but also as a cultural figure who embodies the timeless bond between man and book. His nickname reflects both his personal devotion to reading and writing, as well as his literary mission to preserve and enrich the cultural memory of Azerbaijan.
From an early age, Zaur Ustaj showed a deep affection for books. Growing up in a society where oral traditions, poetry, and literary gatherings held great value, he developed a natural inclination toward words and storytelling. This early fascination with literature shaped his creative path, leading him to embrace writing as a lifelong journey. The symbolic title “Book Man” was not just a label given to him; it was the result of years of dedication, study, and an unshakable love for the written word.
As a poet, Zaur Ustaj’s works often reflect a delicate balance between tradition and modernity. His verses carry the emotional depth and lyrical richness characteristic of Azerbaijani poetry, while at the same time addressing contemporary themes such as identity, cultural heritage, and the challenges of modern society. His writing demonstrates a unique ability to draw inspiration from the past while speaking directly to the present.
Beyond poetry, Ustaj has also made valuable contributions as a writer and publicist. His essays and articles highlight important social, cultural, and literary issues, bringing intellectual reflection into public discourse. Through his work, he positions literature not merely as an artistic pursuit but also as a tool of enlightenment and national identity.
What makes Zaur Ustaj especially notable in Azerbaijani literature is his identity as the “Book Man.” In this role, he symbolizes the inseparable relationship between human life and literature. To him, books are not only objects of knowledge but also companions, guides, and even sources of spiritual resilience. His image as the “Book Man” goes beyond personal identity—it stands as a metaphor for the enduring role of literature in shaping minds and hearts.
In conclusion, Zaur Ustaj is more than a poet or writer; he is a cultural emblem of the Azerbaijani literary tradition. His journey as the “Book Man” reflects an unbreakable devotion to books, creativity, and the intellectual heritage of his nation. Through his words and ideas, he continues to inspire readers, reminding them of the timeless power of literature in a rapidly changing world.
Milli təəssübkeşlik hər bir xalqın mənəvi varlığının, milli kimliyinin qorunmasının əsas dayaqlarından biridir. Bu duyğu insanın mənsub olduğu millətə sevgi, vətənə sədaqət, mədəniyyətə hörmət və tarixə bağlılıq hissindən doğur. Ədəbiyyat tarix boyu milli dəyərlərin yaşadılması və təbliği üçün ən güclü vasitələrdən biri olmuşdur. Müasir Azərbaycan ədəbiyyatında bu missiyanı öz yaradıcılığı ilə layiqincə daşıyan qələm sahiblərindən biri də şair, yazıçı və publisist Zaur Ustacdır.
Zaur Ustac yaradıcılığında milli kimliyin qorunması, vətənə məhəbbət və milli köklərə bağlılıq xüsusi yer tutur. Onun əsərlərində oxucu həm tarixi yaddaşın canlı təcəssümünü, həm də bu günümüz üçün aktual olan milli birlik çağırışlarını görür. Zaur Ustac üçün vətən yalnız coğrafi məkan deyil, həm də dəyərlər məkanıdır. O, milli təəssübkeşliyi sadəcə bir hiss kimi yox, həm də xalqın gələcəyini müəyyən edən güc kimi dəyərləndirir.
Şairin poeziyasında Azərbaycan torpaqlarının gözəlliyi ilə yanaşı, bu torpaqlar uğrunda aparılan mübarizələrin, şəhidlərin xatirəsinin uca tutulduğunu müşahidə edirik. Bu, oxucuda həm qürur, həm də məsuliyyət hissi yaradır. Onun qələmi milli birliyin, milli qürurun carçısına çevrilmişdir.
Zaur Ustac həmçinin “Kitab adam” obrazı ilə milli şüurun formalaşmasında ədəbiyyatın rolunu xüsusi vurğulamışdır. Onun fikrincə, milli təəssübkeşliyin ən böyük dayaqlarından biri məhz kitabdır. Kitab xalqın yaddaşı, dilin qoruyucusu, milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Bu baxımdan, onun əsərləri gənclərdə milli dəyərlərə hörmət, köklərə bağlılıq və vətən sevgisini daha da gücləndirir.
Zaur Ustacın yaradıcılığında milli təəssübkeşlik həm bədii sözün gücü, həm də vətəndaş mövqeyi ilə ifadə olunur. O, öz əsərlərində xalqını daha mübariz, daha ümidli görmək istəyir və bu yolda ədəbiyyatı mənəvi silah kimi istifadə edir.
Nəticə etibarilə, Zaur Ustac yalnız müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi deyil, həm də milli təəssübkeşliyin sadiq carçısıdır. Onun yaradıcılığı milli ruhun, vətən sevgisinin və milli kimliyin qorunmasının parlaq nümunəsidir.
Sözün və Vətən sevgisinin daşıyıcısı – Yazıçı Samir Abdullayev haqqında
Azərbaycan ədəbiyyatının müasir nəsr mənzərəsinə nəzər salanda görürük ki, yeni nəsil yazarlar arasında milli duyğunu, vətən sevgisini, şəhidlik məfkurəsini qəlbinin səsinə çevirmiş imzalar var. Onlardan biri də Samirdir. O, həm bədii sözün estetik gücünü, həm də milli düşüncənin ucalığını əsərlərində və həyat yolunda yaşatmağı bacaran qələm sahibidir.
Samir qədim və müqəddəs Göyçə mahalında dünyaya gəlmişdir. Taleyin hökmü ilə dörd yaşında ailəsi ilə birlikdə Bakıya köç etsə də, Göyçənin dağları, bulaqları, o torpağın kökü onun yaddaşından heç zaman silinməmişdir. Paytaxtın mədəni mühitində böyüməsi, 47 saylı orta məktəbdə aldığı təhsil, ədəbiyyata olan marağını erkən yaşlarından gücləndirmişdir. Ali məktəb illərində də o, həm təhsilini davam etdirmiş, həm də milli düşüncəsinə sahib çıxmağı özünə həyat amalına çevirmişdir. 2004-cü ildə əsgərliyə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirmiş, dönüşdə isə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə EHM zavodunda müdir müavini vəzifəsində çalışmış, sonrakı illərdə isə SOCAR ailəsinin bir üzvü olaraq ətrafının sonsuz hörmətini qazanmışdır. Samir gənc yaşlarından qələm dostluğunu həyatının ayrılmaz hissəsinə çevirmişdir. Onun yaradıcılığı Azərbaycan və türk ədəbiyyatının ortaq ruhunu daşıyır. Yazıçının əsərlərində üç əsas mövzu daim ön plana çıxır: Vətən sevgisi, şəhidlərə ehtiram və dövlətçiliyə sədaqət.
2007-ci ildə tanınmış yazıçı Dilara Nağıyevanın kitabında Samirin yaradıcılığından geniş bəhs olunması, onun artıq 2015 -ci ildə özünün povest və hekayələri ədəbi mühitdə fərqli bir səs kimi duyulduğunu təsdiqləyir.
Samir müxtəlif janrlarda – hekayə, povest, publisistika sahəsində məhsuldar qələm sahibidir. Onun “Son nəfəsdə bayraq”, “Ruhuna xəyanət etmərəm”, “Unudulmayan gecə” (Xocalıya həsr olunmuş), “Ümidlər ölmür”, “Acı sevgi”, “Qisas” kimi əsərləri oxucuya həm tarixi gerçəklikləri, həm də insan talelərinin dərinliklərini yaşadır. Xüsusilə “Ümidlər ölmür” povesti Türkiyənin “Ədəbiyyat dərgisi”-də çap olunaraq qardaş oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Onun yaradıcılığında qəhrəmanlar yalnız bədii obraz deyil, həm də xalqın yaddaşında yaşayan, tariximizdə iz buraxan insanlardır. Bu mənada Samirin əsərləri yalnız bir yazıçının qələmi ilə yox, həm də bir vətəndaşın vicdanı ilə yazılmışdır. Samirin əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə də yayımlanmış, həmin dillərə tərcümə olunmuşdur. Onun yaradıcılığı türk xalqlarının ədəbi-mədəni birliyini gücləndirən bir körpü rolunu oynayır.
Bu fəaliyyətlər onu Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, Qırğızıstan Yazıçılar Birliyinin də üzvünə çevirmişdir. Samir eyni zamanda Avrasiya Sanat Kültür və Ədəbiyyat Federasiyası – ASKEF-in Səs sənətçisi və ASKEF-in Qərbi Azərbaycan təmsilçisinin müşaviridir. Bu qurum vasitəsilə o, milli ədəbiyyatımızı beynəlxalq miqyasda layiqincə təmsil edir.
Samirin yaradıcılığında diqqətçəkən cəhətlərdən biri də onun bədii üslubudur. Hekayələrində sadə, anlaşılan, lakin poetik gücə malik dil seçimi oxucunu hadisələrin içinə aparır. Povestlərində psixoloji təsvirlər, insan xarakterlərinin dərin qatları açılır. Məqalə və esse janrında yazdıqları isə onun yalnız yazıçı deyil, həm də ictimai fikir adamı olduğunu göstərir. Samir müasir Azərbaycan ədəbiyyatında gənc nəslin fəxarəti, vətənpərvər ruhun təcəssümü, milli kimliyə sadiq söz adamıdır. Onun yaradıcılığı yalnız bir bədii mətn toplusu deyil, həm də gələcək nəsillərə ünvanlanmış vətəndaşlıq məktubudur.
Tezliklə işıq üzü görəcək kitabı isə oxuculara yeni duyğular bəxş edəcək, milli ədəbiyyatımızın çağdaş mərhələsində Samir Abdullayevin imzasını daha da möhkəmləndirəcək.
Maraqlı fikirləri var , eyni zamanda orijinal. Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin , küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü . Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir , poeziya qanına hopub. Düşüncələri fərqlidi . Elinə , obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir. Üzünü doğma elinə , obasına tutub :
-Nə qarlı dağların , buz bulaqların , Nə yaşıl nəğməli meşələrin var. Nə mavi suların , qağayıların , Nə dilbər qucaqlı guşələrin var, Bəs niyə bu qədər şirinsən mənə? -deyir şair Zabil Pərviz.
Vicdanlıdı . Pisə yaxşı , yaxşıya pis deməz. Dünyaya işıq tərəfdən baxar. Ədalət həyat amalıdı. Xaqaniylə , Saib Təbriziylə yola çıxar hərdən. Əlbəttə xəyalən. Bəzən onu anlamazlar. Sözünün dərinliklərində yatan fikirləri çox vaxt qaranlıq qalar bəzilərinə. Amma özü sözünün min il sonra da eyni dəyərdə qalacağına inanar. Haqlıdı da. Sözünə arxayındı axı. Təkliyiylə danışar çox vaxt..Özünü kiməsə etibar etməz. “Adamlar da maşın kimidi. Gərək məsafə saxlayasan. Yoxsa qəza olar”- deyir. Bu fikirləriylə də şərikiəm. Yaşıyla hərəkətləri bir -birini tamamlayır . Hər sözü zamana görə seçir.
Haçan ki ,”ev bizim , sirr bizim olar” Baharın yolunu qışla bağlarıq. Dostlarla qırılan əlaqəmizi Bəhanə gətirib işlə bağlarıq , Onda gəncliyimiz tərk edər bizi
— deyən şair ömrün bütün fəsillərini ürəyi dolu qarşılayır. Axı ömrün qışı bəhanələrin dolu olduğu fəsildi. İnsanın yorulan , dizinin gücdən , təpərdən düşən vaxtıdı. Zabil Pərviz bütün fəsillərdə sözünə söykənən şairdi. Demək qışdan da qorxusu yoxdu. Eyni zamanda çox maraqlı və zəngin daxili aləmi var. Arada telefon söhbətlərimiz olur. O özü də bilmədən oxumağa çalışıram onu. Hər söhbətimizdə bir az da yaxından tanıyıram Zabil Pərvizi. Bu söhbətlərin hərəsi bir ədəbi hadisədi deyirəm özünə. Ara -sıra qələmə alın , yazın , itib batmasın , heyfdi, deyirəm. Oxunmalı , nəticə çıxarılmalı , ibrətamiz söhbətlərdi hamısı. Kitab oxumağ , mütaliəni sevir. Oxuduğu kitab qəhrəmanlarına bənzədir özünü . Elə ləqəbi də özünə Xosrov Pərvizin eşqinə götürüb . Gözəl ədəbiyyatçı , səviyyəli oxucudu həm də. Sözə çox bağlıdı. Susayanda şeir yazır, darıxanda şeir yazır .Elə küsəndə , inciyəndə də. Antik ədəbiyyatı , xarici ədəbiyyatı , klassikləri heç vaxt yaddan çıxarmır. Müasirliyin də qətiyyən əleyhinə deyil, yetər ki, əndazəni aşmayasan. Əsl Sözə sufi sevgisi var. Saatlarla ədəbiyyat söhbətləri edir , yorulmur. Bir sözlə xəmiri sözlə yoğrulub. Titul , medal dalınca qaçmaz. Əsl titulu şairlikdi. Onu da Tanrı verib(özü demiş) Bundan böyük mükafat ola bilərmi? . Dopdolu şükranlığı var Yaradana. Ovucları duadan , ürəyi sevgidən asılıb. İddiası da böyük deyil. Sözdə çəkisini və yerini gözəl bilir. Məsləhət verir, məsləhət alır. Özünü qaldırıb dağ başına qoyanları sevmir. Adamı gendən-genə tanıyır. Sözündən. Vətəni ürəkdən sevir .Sözünün bu başı da Vətəndi , o başı da:
Mənim damarımda axan qan deyil , Vətən cövlan edir damarlarımda -deyir .
Şairdən gözəl şeir gözləyir . ” Mən əlahəzrət oxucuyam – deyir, zəhmət çək mənim zövqümü oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu məni yorasan və incidəsən”. Zabil Pərviz kədəri də , qəmi də olduğu kimi qəbul edənlərdəndi. Ağrıların gözünə dik baxan şairdi :
Yüz sevincə qatılsa da , Yüz gülüşə qarışsa da Yeyilməyən yavan kədər.. Sən babamdan qalan sərvət , sən atamdan qalan dövlət . Mən bələdəm dəyərinə , dəyməzinə yüngülünə , ağırına , Çeynədiyin oğulların varisiyəm , Çıxacağam axırına.
Bu misralarda böyük əzm , dəyanət və inam var – sabaha , gələcəyə , sevgiyə .. Şoran torpaqların şairi susuzluğunu sözlə yatırır . Ciyəri yananda sözlə ovunur. İlan mələyən torpaqların şairi olmağıyla həmişə fəxr edir. Bilir ki, onsuz da harda olsa səsi bütün Azərbaycana çatır. Bu sarıdan da xoşbəxtdi.
Bülbüllər oxuyar Kür sahilində , Bülbüllər oxuyar gecə sübhəcən. Xuraman ləpələr , xumar ləpələr Nəğmə yarışından keçər sübhəcən.
Başdan ayağa duyğu yüklü şeirdi . Oxuduqca gözümüzün önünə Kür sahili , gecənin qoynunda bir -birilə sevişən ləpələr gəlir , qulağımızda bəxtəvər bülbüllərin səsi cingildəyir.
Nə vaxtsa bu yoldan keçmişəm atlı, Tanışdır qarsımış çiçəklər mənə. Bir muğam oxuyur doğmalıq adlı Qarğılar , qamışlar , küləklər mənə.
Dizimi göynədən tikanlar tanış, Burda qarışmışam yovşan ətrinə. Doğma halalına haram qatmamış Biçənək ətrinə, kövşən ətrinə …
Bu misralarda nə gizlənməyib ? Həsrətin , ayrılığın , saflığın , doğmalığın havası uzaqdan vurur adamı. Dipdiri , dupduru hislərin təcəssümüdü bu lirik şeir. Qızmar kənd , yollar , çəpərlər , küləklər , tikanlar , kollar , yovşanlar , otlar dil açıb danışır adamla Zabil Pərvizin diliylə.
Ümumiyyətlə Zabil Pərviz lirikası qaynardı , od kimidi. Hamının ürəyindən keçənləri şeirə çevirmək məharəti var bu şairdə. Özünü əsrlər sonra Nizami , Nəsimi , Xaqaniylə eyni məkanda görəcəyinə çox inanır. İlham pərisi həmişə oyaq olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün münaqişələrdən və intriqalardan uzaq dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat söhbətlərində saatlarla adama yoldaşlıq edə bilir. Hər mövzuda dialoqa girməyi bacarır . Bir sözlə sözünə sadiq şairdi. Sözünə toxunan olmasa min il yoldaşlıq etmək olar Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi danışmaz. Yalançı tərifləri və alqışları sevməz. Sözü urvatdan salanlara qarşı qalxanı elə özü demiş əlahəzrət Sözüdü. Orta həddi sevmir. Onunçun ya var olmalısan , ya da yox. Dostluqda da elədi. Tələbkardı və eyni zamanda ona bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır. Obrazlı , poetik ifadələrlə zəngin şeirləri oxucuyla tez dil tapır . Ən çox heca vəzninə vurğundu. Deyir o vəznin özünün xüsusi ahəngi , ritmi var . Amma bütün vəznlərdə yazılan əsl şeirlərə də hörmət və ehtiramla yanaşır. Ütülü danışmağı xoşlamır , amma pərakəndəliyində də bir nizam var. Onunçun Azadlıq anlayışı bəşəridi, amma onun da sərhəddi olmalıdı. Keçdinsə azadlıq deyil. Məmməd Araz , Xəlil Rza sevdalısıdı. Tez -tez onlardan söz açır , kövrəlir , qürurlanır . Deyir vaxtilə ədəbiyyata məni nəhəng söz adamları uğurlayıb. Ustadlarını daim məhəbbət və ehtiramla xatırlayır. Sinədəftərdi. Zaman -zaman sevdiyi şeirləri hafizəsinə köçürüb. Hansı mövzuda desən şeir tapmaq olar Zabil Pərvizdə. Gözəl şeir görəndə sevinir. Uşaq kimi safdı. Ürəyində həsrət yaşayan şair bəzən sükutun diliylə də danışır adamla. Səssizliyində gizlədər bəzən ürəyindən keçənləri. Bilirəm ki, deməsə də bu yazını da çoxdan gözləyirdi məndən. O da gözləyirdi , mən də. O da darıxırdı , mən də. Axı bu yazı da doğulmalıydı. Şeir kimi . Nəhayət ki, doğuldu– Gecənin aydınlığında , ay işığında , başında külək , gözlərində işıqla doğuldu. Əsl Zabil havasında. Bütün şeirlərimi muğam üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun. Xəmiri ədalətdən və həqiqətdən yoğrulan bu yazının da öz oxucuları olacağına inanıram. Ömrünün payızında könlündə bahar çiçəkləri açan şairin oxucuları da özü ruhda olmalıdı axı . Ruhu yorulmasın nə şairin , nə əlahəzrət oxucunun.
Poema ilk dəfə “Maarif və mədəniyyət” jurnalının 1923-cü il(№4,5) və 1924-cü il tarixli(№1,2,3,) saylarında çap olunub.Poemanın 2-ci hissəsini yazıçı həbsdə(1923) olarkən təkmilləşdirib.
Cəfər Cabbarlı “Qız qalası” poemasından parçalar
Quzğunun sahilində pək qocaman Bir yapı, əski sirlər yuvası, Sanki dalmış dərin düşüncələrə, Duruyor sakitanə Qız qalası. Bu yaxın keçmişin gözəl gəlini, Baxıyor, sanki qəm büküb belini, Qocalar tək həyatdan doymuş, Baxıyor dövrəyə yarımuyumuş. Hər yan altın bəzəkli şən yapılar, Dirilik dörd yanında qaynamada. Arxada bir gurultu, bir yenilik. Öndə çapqın vaporlar oynamada. Qara, yüksək, şubay buruqlardan Neft atılqanları nöyüt sərpər. Həp yarım milyon işçinin çəkici Öylə çarpar ki, yer əsib titrər. Gecə sahil boyunda seyr edəsən, Gəzişirlər yığın-yığın qızlar; Günəşin istiqanlı yavruları Hərə bir canlı gül seçib izlər; Oxşayıb güldürər, gülər, dinlər, Söyləyər, yalvarar, deyər, inlər. Hər tərəf başqa dürlü bir yenilik; Hər tərəf sevgi, hər tərəf şənlik; Dirilik tam gurultusilə özün Göstərir sahilində bir dənizin. O fəqət bunlara qoyarmı məhəl? Yox, yox, o iştirakə pək tənbəl. Görkəmindən düşündüyün sonsuz Andırar sanki dərdli bir öksüz. Unudulmuşmudur, ona darılar? Əski elxanlılar çağınmı anar? Kim bilir, söyləməz, qonuşmaz ki, Qaynayan dirliyə uyuşmaz ki. Dalmış o pək dərin xəyalə, durur, Nələr, Allah, bu əski ev düşünür?!
Son illərdə mənə elə gəlir ki, xüsusilə vəzifə, mənsəb sahibləri dostlarıma qarşı bir az ədalətsiz olmuşam, bircə addım atmadığım halda, özümə qarşı diqqət gözləmişəm. Beləcə, neçə dostdan uzaq durmuşam, bunu bir Allah bilir. Bu da xarakterdir, dəyişəsi deyil. Ancaq bu gün 70-ə çathaçatda artıq nə isə təmənnada olmağıma güman yeri qalmadığı bir vaxtda mehriban, diqqətcil tələbə yoldaşıma layiq olduğu ad günü təbrikini yazmağım, yəqin ki, kimsədə səmimiyətimə zərrəcə şübhə doğurmaz. Jurnalistika fakültəsinin köhnə binasında hamı bir-birini yaxşı tanıyırdı. Çünki hamı özünü tez tanıtmaq həvəsində idi, filan qəzetdə işləyirəm, filan qədər məqaləm, şeirim çap olunub və sair və ilaxir. Bizim qrupun əksər istedadlı uşaqlarını rəhmətlik Qulu Xəlilov ilk dərs günündə, özü də haqlı olaraq qamçıladı; – bir neçə nəfərdən başqa jurnalistika sahəsində işləyən yox idi! Mən Zəngilandan gəlib neft sahəsində çalışırdım (çalışmağa fəhləlikdən başqa bir yer tapmaq olmurdu), cəlilabadlı İlham kolxozda hesabdar, qubalı Rahim konserv zavodunda nəzarətçi işləyirdi. İş yerimizi dedikcə kişinin başından alov qalxırdı sanki. Bu gün respublikamızın tanınmış jurnalisti Rövşən Binətlinin özünü komsomolçu kimi təqdim etməsi Qulu müəllimi lap hövsələdən çıxardı:
Ay, qızıldiş kamsamol, ay uşaqlar, Allah evinizi tiksin, niyə bu istedadlı uşaqların qarşısını kəsirsiniz, diplom almaq üçün gərək jurnalistika fakültəsinə girəydiniz, hə? Bura istedadlı adamların yeridi axı. Gedin hüquqa girin, müəllimliyə girin, dədənizin puluynan katib olun, prokuror olun! Görün nə qədər istedadın qarşısına keçmisiniz axı?!… Hələ orta məktəbdə oxuyandan rayon qəzetində yazılarım çıxsa da, ən böyük arzum jurnalist olmaqdısa da, bu irad mənə çox təsir eləmişdi. Ona görə də tənəffüslərdə çox vaxt itirmirdim, evdə çatdırmadığımı fakültənin 3-cü mərtəbəsindəki boş otaqlarda tamamlamağa çalışırdım. Tələbə yoldaşlarım, o cümlədən Rəşad Məcidlə də qısa salam-əleykümlərim elə o dövrdən başlamışdı. Bir də Zeynəb xalanın çayxanasında 2-3 sosiska (birini pişik ayağıma dolaşıb əlimdən alardı) ilə bir çaynik çayla nahar edəndə bu gursəsli tələbə yoldaşımızın adətən başda oturduğu, çox zamanda hesabı ödədiyi məclisə dəvət alsam da, oturmağa vaxt eləmirdim. Bu məclislərin birində Aqil Abbası başda gördüm, birində digər məşhur jurnalisti, başqa bir vaxt respublikada tanınmış adamla masalar qoşalaşar, stulların sayı artardı, səs-küy də çoxalardı. Mən isə yerində olmayan tələbə kimi özümə qapanardım. Bu şeiri də o vaxt yazmışam: Yersiz görünməkdən qorxduğumdandır, Hələ də yerimi tapa bilmirəm. İllər keçdi, 525-ci qəzet fəaliyyətə başladı və doğrudan da maraqlı mətbu orqana çevrildi. Mən MTN orqanı olan, əslində sərhədlərimizdən yazan “Sərhəd” qəzetində məsul katib idim. Qəzetin hər bir əməkdaşı, o cümlədən redaktor, məsul katib sərhəd və müharibə bölgələrinə səfərlər edir, məqaləsini tamamlayan kimi dərhal ezamiyyət kağızını hazırlayardı. Hərbi müxbir kimi daha çox ermənilərin qaniçənliyindən, vəhşiliklərindən yazırdım. Bir gün zəng olundu ki, Xocalı faciəsi ilə bağlı müsabiqənin münsif heyətinə seçilmişəm. Şifrələnmiş 70-dən çox yazı oxudum, qiymətləndirdim, indi adını çəkmək istədiyim bir nəfərdən zəng gəldi, mənə yazısının adını və məzmununu bildirmək istədi, qəti surətdə haqsızlığa yol verməyəcəyimi bildirdim. Müəyyən olunmuş vaxtda yazı müəllifləri və münsiflər bir zala toplaşdıq. Əsas təşkilatçılardan biri də Rəşad Məcid idi. O, çox mehribancasına dəvət etsə də, 7 nəfərlik münsifdə mənim soyadım qeyd olunmuş yanındakı stola əyləşmədim, zalda özümü daha rahat hiss edirəm, dedim. Fürsətdən istifadə edən bir jurnalist cəld özünü yuxarı saldı, mənə ayrılmış yeri tutub, adım yazılı lövhəni üzüqoylu çevirdi. Rəşad Məcidin səmimi təbəssümü zaldakıların, həm də mənim diqqətimdən qaçmadı. Bir azdan qızğın mübahisə getdi, kimsə birinci yerə layiq olduğunu iddia etməyə çalışdı. Biri lap irəli gedərək “kimdir axı Mahir Cavadlı ki, bizim yazılara o qiymət verə, mən belə bir jurnalist tanımıram”- dedi. Onda Rəşad Məcid haqqımda xoş sözlər deyərək, bu qədər ağrılı yazını oxuyub qiymətləndirdiyimə görə minnətdarlığını bildirdi, məni zala təqdim elədi. Ayağa qalxanda o jurnalist pul kimi qızardı,- onun “Sərhəd” qəzetinə gətirdiyi yazıları yanındaca redaktə edir, qaçqın olduğu üçün yaxşı da qonorar yazırdım (baş redaktorumuz mərhum şair Ramiz Duyğun bir-iki dəfə qonorar cədvəli ilə dəqiqləşdirmə apardıqdan sonra bir daha bu məsələ ilə maraqlanmazdı). Rəşad Məcidin təklifi ilə mükafata layiq görülmüş üç yazı oxundu və seçimin düzgün aparıldığına şübhə yeri qalmadı. Tədbiri yekunlaşdırıb çay süfrəsinə gedəndə gülümsəyərək atmaca da atdı: “Allah insaf versin, dedim gəl otur rəyasətdə, bilmirsən adamların əksəriyyəti yuxarı tribunalardan qorxur?” Düz sözə qarşılıq heç nə deyə bilmədim. Rəşad Məcid həm məclisi ələ alaraq haqqı bərpa etmiş, həm də mənim pərtliyimi aradan götürmüş oldu. Belə situasiyalarda onun məharəti danılmazdır. Bilərəkdən R.Məcidin şeirləri və mətbu yazıları haqqında fikirlərimi yazmıram, çünki onun qələmindən çıxan hər bir sətir, hər bir misra geniş müzakirəyə səbəb olur, haqqında ustad şairlər söz deyiblər, “Ulduz” jurnalının baş redaktoru istedadlı şair Qulu Ağsəsin şeir kitabına ön söz əvəzi yazdığı fikirləri ən azı təkrarlamaq üçün hər iki şairin fikir dəryasında üzməyi bacarmalısan. Rəşad Məcid, demək olar ki, gündəlik sosial şəbəkə istifadəçisidir. Feysbuk paylaşımlarında, yazdığı şərhlərdə təkcə məsuliyyətini çiynində daşıdığı Mətbuat Şurasının, Yazıçılar Birliyinin mövqeyində dayanmır, dövlətin, dövlətçiliyin, azad və doğru sözün, müstəqil düşüncənin, saf məsləkin qoruyucusu kimi çıxış edir. Bilik və çoxillik təcrübəsi ilə mətbu orqanları, onları yönəldənləri düzgün fikirləri dolğun ifadələr fonunda oxucuya çatdırmağı tövsiyə edir, şok effekti yarada biləcək yanlış sərlövhələrlə ictimai rəyi çaşdırmamağa çağırır. Dünyanı düşündürən qlobal problemlərlə bağlı şərhləri də mətbuat başçısının sağlam bəşəri düşüncəyə malik olmasının ifadəsidir. Avqustun 21-də yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Tələbə yoldaşım, həmkarım, yazılarımı ən çox çap etdirdiyim qəzetin rəhbəri, üzvü olduğum AYB-nin məsul şəxsi, mətbuatımızın baş sözçüsü kimi Rəşad Məcidlə müəyyən tədbirlərdə qısa söhbətlərimiz olub, inanıram ki, bundan sonra da görüşməkdən çəkinməyəcəyik. Təmsil etdiyim Zəngilan rayonunun yaradıcı heyətinin Azərbaycan Yazıçılar Birliyi və yeni fəaliyyətə başlayan “Yeni Zəngilan” qəzeti ətrafında sıx birləşməsi naminə səylərimiz tezliklə səmərəsini verəcək. Əsas 60 yaşı adlamaqdır, dəyərli Rəşad Məcid, ondan sonra qəti qorxusu yoxdur! Təbrik edirəm, xoş arzularla,
Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində xüsusi yeri olan Zaur Ustac yalnız şair və yazıçı kimi deyil, həm də milli düşüncə daşıyıcısı, vətənpərvər bir ziyalı kimi tanınır. Onun yaradıcılığında Vətən sevgisi, milli kimlik, tarixi yaddaş və xalqın gələcəyi ilə bağlı düşüncələr əsas yer tutur.
Zaur Ustacın şeirlərində Vətən sadəcə coğrafi məkan deyil, həm də müqəddəs amal, ruhun dayağı, qürur mənbəyidir. O, Azərbaycan torpaqlarının hər qarışını, Qarabağın işıqlı gələcəyini, şəhidlərin qəhrəmanlığını poetik dillə tərənnüm edir. Şairin misralarında doğma yurdun dərdi də, sevinci də, həsrəti də, ümidləri də səmimi və ürəkləri titrədən bir üslubda əks olunur.
Ustacın poeziyası yalnız nostalji duyğularla məhdudlaşmır; o, eyni zamanda oxucunu düşünməyə, vətən üçün faydalı işlər görməyə, milli dəyərləri qorumağa səsləyir. Onun şeirlərində qəhrəmanlıqla yanaşı, çağırış da var – Vətənini sev, onu qoru, onun üçün yaşa!
Zaur Ustacın əsərlərində tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə xüsusi yer verilir. Bu da onun poeziyasını həm maarifçi, həm də milli ruhu gücləndirən bir mənbəyə çevirir. O, yazdıqları ilə təkcə bir sənətkar mövqeyi sərgiləmir, həm də bir vətəndaş mövqeyi nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Zaur Ustac sadəcə istedadlı bir şair deyil, həm də millətin ruhunu yaşadan, oxucularını Vətən sevgisinə səsləyən vətənpərvər bir sənətkardır. Onun poeziyası hər bir azərbaycanlının qəlbində milli qürur hissini gücləndirir, vətən torpağına bağlılığı möhkəmləndirir.