
Bir Ömürdən Böyük İrs: Ulu Öndər Heydər Əliyevin Anım Günü
Tarix bəzi insanları zaman üçün deyil, gələcək üçün yetişdirir. Elə bu üzdən Heydər Əliyevin adı deyiləndə hər birimizdə yalnız bir xatirə deyil, bütöv bir dövr dirçəlir. Bu gün Ulu Öndəri anmaq sadəcə bir şəxsiyyəti xatırlamaq deyil, bir millətin taleyini dəyişən iradəni, qətiyyəti və dərin zəkani yada salmaqdır.Heydər Əliyev Azərbaycan üçün yalnız lider deyildi. O, dövlətçilik məktəbi idi düşüncəsi ilə yol açan, cəsarəti ilə qoruyan, uzaqgörənliyi ilə qurub-yaradan bir məktəb. Onun dahili təkcə idarəçiliyində deyil, xalqına göstərdiyi sevgidə, millətinin gələcəyinə olan sonsuz inamında idi. Bu gün ölkəmizin hər nailiyyətində, hər sabit addımında, hər qurulan dəyərdə onun imzası, onun nəfəsi var. Bəzən tarixdə iz qoyurlar. Heydər Əliyev isə tarixə yön verənlərdən oldu. Bu gün onun olmadığı hər gün, onun qoyduğu irsin nə qədər böyük olduğunu bir daha göstərir.Anım günü kədər deyil, minnətdarlıq günüdür.
Çünki bir millətin taleyinə nur salan belə şəxsiyyətlər dünyaya çox gec-gec gəlir və heç vaxt əvəz olunmur. Biz bu gün Ulu Öndəri yad etməklə yanaşı, onun yaratdığı sabahlara sahib çıxırıq. Onun düşüncəsi bu gün də yaşayır, yol göstərir, ümid verir və hər bir azərbaycanlının qəlbində “Vətən” adlanan müqəddəs hissi daha da ucaldır. Heydər Əliyev bir ömür yox, bir mirasdır.
Bu miras isə hər gün, hər addımda yaşamağa davam edir.

Müəllif: Gülər Nizamiqızı