
ZÜYÇÜ
Bir naşı züy tutanı
Çəkdilər, böyütdülər,
Gətirib orkestrə
“Maestro” etdilər.
“Musiqi Birliyi”ndə
Saksfon sədr idi,
Həmin bu Züyçüyə o
Arxa idi, pir idi.
“Maestro” olan tək
Züyçü xaric bağırdı,
Tarı, kamanı, sazı
Kabinetə çağırdı:
– Hə… İndi gərək sizi
Bir-bir hesaba çəkəm,
Simli alətləri mən
Burdan biryolluq əkəm!
Diringiniz zəifdir,
Belə işləmək olmaz.
Xırım-xırda konsertlə
Heç baş girləmək olmaz.
BOŞ YER
Dəvə bir qonaqlığa
Çağrılmadan gəımişdi
Belə yerdən qalmağı
Şəninə ar bilmişdi.
Gördü başda Maralın
Yanında bir yer boşdu,
Gözləri parıldadı,
Dəvənin qanı coşdu.
Əldən vermək olmazdı
Bu fürsəti, məqamı,
Maralla qoşa ona
Həsəd aparsım hamı.
Boğazını uzadıb
Dedi: – Jol verin, keçim!
O yeri saxlayıbdır
Maralım mənim üçün…
Dedilər: – Sarsaqlama
Fil əyləşir orada.
Boş yer çoxdur,
keç otur
Eşşəklə bir sırada!
Müəllif: Mikayıl Məxfi
MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI