VİDADİ MÜƏLLİMİNİN ÖZÜ DƏ İŞIQDI, SÖZÜ DƏ…

VİDADİ MÜƏLLİMİNİN ÖZÜ DƏ İŞIQDI, SÖZÜ DƏ…

O dağ vüqarlıdı, dağdan güc alıb,
Şöhrət zirvəsinə qalxıb, ucalıb.
Zülmət gecələrə bir işıq salıb,
İşığı dünyayla bir olan insa.

Öz nurlu ömrü ilə haqq yolunu daha da işıqlandıran,işığından hamıya pay düşən xoşbəxt bir müəllim ömründən az da olsa söhbət açmaq istəyim söz- söz, sətir – sətir ağ vərəqlər üzərində sıralandı…
İşığından hamıya pay düşən adam Vidadi müəllimdi. Bu gün də onun simasında dərin bilikli, zəngin təcrübəli, gözəl idarəetmə qabiliyyəti, sənətinə vurğun yaxşı bir ziyalı görürlər.
Söz düşəndə belə deyirlər: “Vidadi müəllim gözəl insandı, işıqlı, nurlu ziyalıdı. O, əsl vətəndaşdı, əsl müəllimdi, ürəyi xalqla, millətə məhəbbətlə döyünən əsl Vətən oğludu. O, yanar ürəyini çıraq eləyib qaranlıqları işıqlandıran bir ziyalı kimi sevilir və həmişə də seviləcəkdir.
Haşiyə: Vidadi Süleymanov 1 oktyabr 1961- ci ildə Şamaxı rayonunun indiki Osmanbəyli kəndində dünyaya göz açıb.
1966 – cı ildə Osmanbəyli səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1974- cü ildə səkkizinci sinifi bitirib, doqquz – onuncu sinifləri qonşu Carxan kəndində oxuyub. 1976- cı ildə orta məktəbi başa vurub və 1976-1979 cu illərdə ” Kalinin” adına üzümçülük sovxozunda işləyib.
1979-1981- ci illərdə Sovet Ordusu sıralarında qulluq edib. Hərbi xidmətdən sonra yenə də sovxozda əmək fəaliyyətini davam etdirib.
1983- cü ildə V.İ. Lenin adına APİ – nin filologiya fakültəsinə daxil olub.Hələ ikinci kursda oxuyarkən pedaqoji fəaliyyətə başlayıb.
Vidadi müəllimin dediklərindən: 1988- ci ildə institutu bitirdim. Hər il sessiyanın vaxtı çatanda elə fikirləşirdim ki, yenə professor, müəllimlərlə, tələbə yoldaşlarımla görüşüb könul söhbəti edəcəyik. Ancaq o günlər arxada qalmışdır. Əlimə jurnal alıb sinfə girəndə Mürsəl Həkimovun, İsrail Mustafayevin, Fərhad Fərhadovun dediyi sözlər, etdiyi məsləhətlər kino lenti kimi gözlərimiz önündə canlanırdı.
Bizim institutda oxuduğumuz illərdə də çox hörmətli müəllimlərimiz olub. Xeyrulla Məmmədov, Himalay Qasımov,Tərlan Novruzov, Həsən Mirzəyev, Adilə Bəşirova kimi alimlərin tələbəsi olmuşuq və bununla qürur duyur, iftixar hissi keçiririk.
Vidadi müəllimin fəaliyyətinə az – çox bələd olanlar yaxşı bilirlər ki, o, əlinə jurnal aldığı İlk gündən həmişə adına və amalına, məsləkinə, əqidəsinə sadiq qalmış, şagirdlərinə ürəklə, həvəslə dərs keçmiş, qəlbinin hərarətini,odunu onların yaxşı oxumasına sərf etmişdir.
O, poeziyanın vurğunudur. Bəxtiyar Vahabzadənin, Səməd Vurğunun, Əli Kərimin, Nəbi Xəzrinin, Ramiz Rövşənin yaradıcılığına həssaslıqla yanaşan Vidadi müəllim bu yaşında da mütaliyə etməkdən doymur.
Vidadi müəllim sözün əsl mənasında ziyalıdır. Sənətə, sənətkara, ədəbiyyata yüksək qiymət verməyi bacarır. Artıq bir neçə ildir ki, o, Bakı şəhərində yaşayır. Səhhəti ilə əlaqədar müəllimlik fəaliyyətini davam etdirə bilmir.
Ancaq neyləməli, mən xatirəyə dönən illərin o üzündəki sevincin, səadət və xoşbəxtliyin həm də gələcək illərin yollarına işıq salacağına əminəm!


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir