
Zaur Ustac – “Həyatın ilk nəfəsi”
Şahnaz Səxavətqızı qadına yazmağı təklif edir. Yazmaq burada yalnız qələm və kağız mənasında deyil; öz həyatını yazmaq, taleyinə sahib çıxmaq, seçim etmək, susmamaq, varlığını qəbul etdirmək mənasındadır. O, inanır ki, qadının hekayəsi onun öz səsidir və bu səs boğulmamalıdır.
Müəllifin sözləri ilə desək:
“Arxanızda heç kim olmasa belə, içinizdəki gücə inanın və bu həyatda əsla məğlub olmayın.”
Bu cümlə kitabın ideya qayəsini ümumiləşdirən əsas tezisdir. Burada qadına verilən mesaj aydındır: güc kənarda deyil, daxildədir.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Şahnaz Səxavətqızını təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında