
GECƏLƏR
(Qəndab – Gecələr)
Kim, kimi daha çox sevir bilmirəm,
Məlum o, məhşərdir, qara gecələr.
Gündüzlər sözlərin çəkir meraca,
Gözlərin çəkirlər, dara gecələr.
Xəyalın taxt qurar başımın üstə,
Qurundan od sıçrar yaşımın üstə,
Arzular cücərir daşımın üstə,
Bağrımın başında, yara gecələr.
Hər gecə bir ümid çırağı yanır,
Hər gecə əvvəlki gecəni danır,
Hər gecə özünü astana sanır,
Ustacı aparır, hara gecələr?
15.05.2025. Bakı.
Müəllif: Zaur USTAC
AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var