Mayın 23-də Litera kitab mağazasında ADU-nun əməkdaşı, Prezident təqaüdçüsü, şair Tural Cəfərlinin “Elə ki darıxdın” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlərdən millət vəkili, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist Səlim Babullaoğlu, yazıçı İlham Əziz, yazıçı Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev müəllifin ədəbi fəaliyyəti və kitabı haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, “Elə ki darıxdın” kitabı müasir oxucunun emosional dünyasına toxunan nümunələrdən biridir.
Tədbirdə müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlmə mərhələsi və gələcək ədəbi faəliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Qiraətçilər tərəfindən müəllifin şeirləri səsləndirilib, oxucuların sualları cavablandırılıb.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə fotoları çəkdirilib.
“Yazarlar” olaraq həmkarımız Tural Cəfərlini təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
(“Şəhid atası” kitabına) Sədulla Şirinovun “Şəhid atası” kitabı Balakəndə yaşayıb, yaradan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinov yeniyetməlik dövründən yaradıcılığıa nəzmlə başlasa da, ömrün ahıl çağında nəsrə üz tutub və son üç ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Sədulla Şirinov müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq simalarından biridir. O, həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də ədəbi mükafatlara layiq görülmüş uğurlu bir nasir kimi tanınır. Onun yaradıcılığı oxucunu cəmiyyətin dərin psixoloji qatlarına sürükləyərək, insan təbiətinin mürəkkəb tərəflərini incəliklə təsvir edən üslubu ilə seçilir. Sədulla Şirinovun yaradıcılığı bir neçə mükafatla təqdir olunub ki, bunlardan ən mühümü onun “Sönməyən qisas” əsərinə görə aldığı “Ziyadar” mükafatıdır. O eyni zamanda “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Fəxri yazar” mükafatının da sahibidir. Bu mükafatlar ədəbiyyat sahəsində ən populyar və prestijli mükafatlardan hesab olunur. Bu mükafatlarla təltif olunmuş yazarlar sənətkarlıq səviyyəsinin yüksək olması və eyni zamanda populyarlığı ilə seçilirlər. Bütün bunlardan başqa, Sədulla Şirinov “İsa Muğanna” diplomu ilə də təltif olunub ki, bu da onun nəsr sahəsindəki səmərəli və ardıcıl fəaliyyətinin nəticəsidir. Sədulla Şirinovun əsərləri əsasən hekayə və roman janrlarında yazılıb. Onun qələmindən çıxan əsrlər janrından asılı olmayaraq müasir insanın daxili dünyasını, ictimai münasibətləri, etika və mənəviyyat məsələlərini ön plana çıxarır. Onun yaradıcılığında həm gündəlik həyatın adi səhnələri, həm də cəmiyyətin mürəkkəb sosial qatları təsvir olunur. Əsərlərində rast gəlinən əsas motivlərdən bəziləri: -Əxlaqi və psixoloji dilemmlar – şəxsi borc, vicdan məsələləri və insanlararası münasibətlər barədə dərin düşüncələr. -Cəmiyyət və fərd qarşılaşmaları – insan təbiətinə təsir edən sosial və mədəni faktların təsviri. -İnsan və taleyin təsadüfi yönləri – qısa hekayələrdə çox zaman adi həyat hadisələri böyük mənəvi və simvolik yük daşıyır. Bu xüsusiyyətlər onun əsərlərində realizm və psixoloji dərinliyi uğurla birləşdirir. Şirinovun dili aydın, bəzən gündəlik nitqə yaxın olsa da, obrazların daxili aləmini gətirən incə təsvirlərlə zəngindir. O, sadə insani situasiyalarda belə dərin emosional və fəlsəfi suallar qoymaqdan çəkinmir. Oxucu onun hekayələrində və romanlarında öz həyat təcrübəsinin əksini tapa bilir ki, bu da müasir ədəbiyyatımızda ictimai rezonans yaradan əsas cəhətlərdəndir. Şirinovun üslubu həm klassik realist ənənələrə hörmətlə yanaşır, həm də müasir nəsr elementlərini daxil etməklə oxucu ilə dinamik əlaqə yaradır. Müəllif qısa, lakin mənalı cümlələrlə oxucu diqqətini saxlayır, obrazların düşüncə və davranışlarını psixoloji dərinliklə açır. Onun son üç il ərzində işıq üzü görmüş əsərləri arasında aşağıdakıları göstərmək olar: -“Sönməyən qisas” — oxucu və tənqidçi tərəfindən yüksək qiymətləndirilən əsərdir və bu kitab üçün müəllif “Ziyadar” mükafatına layiq görülüb; -“Gecikmiş etiraf” — insan münasibətlərinin mürəkkəb qatlarını araşdıran hekayətlər dəstidir; – “Zamanın pəncərəsindən baxanda” — zaman və taleyin insan həyatına təsirini poetik və fəlsəfi şəkildə təsvir edir; -“Heç nə olmazdan çox şey olurmuş” — kiçik gündəlik faktların psixoloji təsvirinə həsr olunub; -“Qudalar” — sosial münasibətlər və qohumluq əlaqələrinin təsviri;
“Kimdir xoşbəxt?” — müəllifin ən son işlərindən biri olaraq həyatın başlıca məqsədlərini düşündürən kitab kimi oxucularla görüşüb. Bu siyahı göstərir ki, Şirinovun yaradıcılığı müxtəlif mövzularda yazılmış əsərlərlə zəngindir və hər biri özündə bədii-estetik dəyər daşıyır. Sədulla Şirinovun əsərləri Azərbaycan cəmiyyətində oxucular arasında maraq doğurur. Onun dili və təsvir etdiyi mövzular ölkəmizin müasir reallıqlarını əks etdirir və bu, onu zəngin ənənələrə malik ədəbiyyatımızın aktual səslərindən birinə çevirir. Ədəbiyyat mühitində belə bir müəllifin mövcudluğu həm yeni oxucu kütlələrinin formalaşmasına, həm də gənc yazarlar üçün nümunəvi ədəbi xəttin inkişafına təsir edir. Onun əsərləri oxucu ilə ünsiyyət quran, həm də ictimai şüurda fikir oyandıran bədii mətnlər kimi dəyərləndirilir. Sədulla Şirinov ədəbi mühitimizdə öz səsinin gücü ilə fərqlənir — o, yalnız həyatın səthi hadisələrini anlatmır, eyni zamanda insanın daxili aləmini və cəmiyyətlə fərd arasında kompleks münasibətləri ustalıqla qurur. Onun mükafatlara layiq görülməsi və intensiv ədəbi fəaliyyəti onun bədii dəyərinin həm peşəkarlar, həm də oxucular tərəfindən qiymətləndirildiyini göstərir. Sədulla Şirinovun yaradıcılığı Azərbaycan ədəbiyyatında həm estetik, həm də mənəvi baxımdan uğurlu bir səhifədir — oxucunu düşündürən, hiss etdirən və ədəbi zövqünü zənginləşdirən bir sənət nümunəsidir. Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu yalnız bir faciənin təsviri deyil, həm də bir millətin yaddaşı, mənəvi dirənişi və varlıq səbəbidir. Tanınmış yazıçı Sədulla Şirinovun “Şəhid atası” romanı da məhz bu müqəddəs yaddaşın bədii salnaməsi kimi oxucunun qarşısına çıxır. “Şəhid atası” yazıçının nəşr olunacaq yeddinci kitabdır. Əsərin başlanğıcından etibarən müəllif oxucunu təkcə bir ailənin taleyinə yox, bütövlükdə bir xalqın ağrı-acısına, keçdiyi mürəkkəb tarixi yola aparır. Romanın proloqunda kainatdan başlayan fəlsəfi düşüncə tədricən insanın taleyinə, oradan isə cəmiyyətin və dövlətlərin ziddiyyətli inkişaf yoluna keçir. Bu keçid təsadüfi deyil — müəllif oxucuya göstərmək istəyir ki, insan taleyi ilə bəşəri proseslər bir-birindən ayrılmazdır. Əsərin əsas dramatik xətti isə “Qara Yanvar” (20 yanvar 1990) hadisələrinin fonunda açılır. Bu faciə yalnız tarix kitablarının səhifələrində qalmayan, hər bir azərbaycanlının yaddaşına həkk olunmuş bir ağrıdır. Müəllif həmin hadisələri adi insanların – xüsusilə də bir atanın gözü ilə təqdim etməklə faciəni daha da canlı və təsirli edir. Rəhman obrazı bu baxımdan ümumiləşmiş bir obrazdır: o, həm ata, həm vətəndaş, həm də tarixin içində qalan bir insandır. Romanda diqqəti çəkən əsas cəhətlərdən biri müəllifin hadisələrə yalnız emosional deyil, həm də düşüncə müstəvisində yanaşmasıdır. O, sovet dövrünün ideoloji ziddiyyətlərini, insanların aldanışlarını, inam və məyusluq arasındakı gərginliyi ustalıqla açır. Keçmişə tənqidi baxış, eyni zamanda milli kimliyə dönüş ideyası əsərin əsas xəttini təşkil edir. “Şəhid atası” yalnız müharibə və itki haqqında roman deyil. Bu əsər həm də ata-övlad münasibətlərinin, insanın daxili dünyasının, inamının və sınmasının bədii təcəssümüdür. Müəllif göstərir ki, qəhrəmanlıq təkcə döyüş meydanında qazanılmır — bəzən ən böyük qəhrəmanlıq itki ilə yaşamağı bacarmaqdır. Sədulla Şirinovun dili sadə, axıcı və eyni zamanda təsirlidir. O, xalq danışıq üslubunu bədii dilə uğurla gətirərək obrazların canlılığını təmin edir. Oxucu əsəri oxuduqca hadisələrin içində olur, personajların hisslərini yaşayır, onların ağrısını bölüşür. Bu roman, əslində, bir yaddaş kitabıdır — həm fərdi, həm də milli yaddaşın. “Şəhid atası”nı oxumaq yalnız ədəbi zövq deyil, həm də vətəndaşlıq borcudur. Çünki bu əsər bizə kim olduğumuzu, hansı ağrılardan keçdiyimizi və bu günə necə gəlib çatdığımızı xatırladır. Oxucuya təqdim olunan bu əsər, şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların valideynlərinə isə dərin bir başsağlığı və mənəvi dayaqdır. Eyni zamanda “Oxu!” Böyük Allah tərəfindən bəşər övladına əmr olunmuş vacib əməllərdən biridir. Oxuyaq!
(Foto ölümündən bir necə ay əvvəl Şamaxıda çəkilib)
Azərbaycan xalçaçılıq sənəti, xalqın minilliklər boyu yaratdığı, estetik zövqünü, tarixini və mənəvi dünyasını əks etdirən ən qədim və dəyərli mədəni irs nümunələrindən biridir. Atamın bu sənətə olan hörmət və sevgi, böyük zəhmətlə toxunması ilə təzahür edir. Ulu nənələrmizin dağ kəndlərmizdə toxuduğu xalçalara böyük diqqət ayırıb və məni bu sənətə yönəldərək xalçaçı-rəssam kimi yetişdirməsi onun isdədiyi olub.
DAHA BİR HESABAT GÜNÜ: QƏRBİ AZƏRBAYCAN İCMASINDA GÖRÜŞ Uzun illər ədəbi yaradıcılığımda rahat yolla yürümədim, qələmə aldığım mövzulara ötəri yanaşmadım. Jurnalistikada bədii düşüncəylə özünüifadəyə meydan açan publisistikaya bağlı olmağımla yanaşı, zərurət kimi qarşıma çıxan tədqiqat axtarışlarına da yol aldım.
1988-ci ildə dədə-baba yurdumuz olan Qərbi Azərbaycandan son nəfərimizə qədər qovulan insanların didərginlik ağrı-acılarını, 1990-cı il Yanvar müsibətlərini göz yaşımla qələmə aldım. Və bu ağrılarla İrəvan ədəbi mühiti, mətbuatı, bu qədim yurdun görkəmli şəxsiyyətləri, tarixi abidələri ilə bağlı illərlə yorulmadan tədqiqatlar apardım. Şükürlər olsun ki, ciddi araşdırmalarımın nəticəsi uğurlu oldu. Xeyli sayda tədqiqat xarakterli publisistik məqalələrlə dövri mətbuatda çıxışlar etdim. İrəvanın ilk anadilli mətbuatı olan “Ləklək” (1914), “Bürhani-həqiqət” (1917) jurnallarını ərəb qrafikasından transliterasiya edərək, genişəhatəli Ön söz və lüğətlə nəşr etdirdim.
Burada mütləqdir xatırladım ki, XX əsr İrəvan ədəbi mühitinin tanınmış ziyalılarından olan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi babam Məmmədəli Nasirin həyat və yaradıcılıq yolunun ilk tədqiqatçısı olaraq onun simasında ədəbiyyatşünaslıq elmini daha bir ədəbi şəxsiyyətlə zənginləşdirdim. Elmi işimi uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını aldım.
Bundan sonra M.Nasirin 1912-ci ildən başlamış əsərlərinin böyük bir qismini 10 il ərzində klassik mətbuat səhifələrindən arayıb-axtarıb ərəb qrafikasından latın əlifbasına çevirərək “İrəvanın müqtədir ziyalıları” seriyasından “Seçilmiş əsərləri” ni nəşr etdirdim. “İdrak işığında” publisistik məqalələr toplusunda genişəhatəli mövzularımla yanaşı, İrəvanın ədəbi mühitini əks etdirən tədqiqat xarakterli yazılarım da yer aldı. Beləliklə, bədii, publisistik və elmi yaradıcılığımda İrəvanın ədəbi mühiti, mətbuatı müstəsna əhəmiyyət kəsb etdi…
22 May 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında keçirilən “İrəvan ədəbi mühiti Şəfəq Nasirin yaradıcılığında” adlı tədbirdə bəndənizin uzun illər apardığı tədqiqatlar geniş ictimaiyyətin diqqətinə çatdırıldı. Tədbirin təşəbbüskarı və təşkilatçısı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili hörmətli Əziz müəllim Ələkbərliyə və zəhməti keçən bütün əməkdaşlara təşəkkürümü bildirirəm. Eləcə də ictimaiyyətə təqdim olunan kitablar, ümumən yaradıcılığım haqqında öz fikirlərini bölüşən elm, ədəbiyyat xadimlərinə, tədqiqatçı alimlərə – Auditorlar palatasının sədri prof. Vahid Novruzova, professorlar: Əsgər Zeynalov, Rüstəm Kamal, Abid Tahirli, t.ü.f.d. Cəbi Bəhramov və Nazim Mustafaya minnətdarlığım var…
Təbii ki, yaradıcılığım üzərindən deyilən bütün fikirlər, xoş sözlər elmi, ədəbi yaradıcılığıma olan məsuliyyət hissimi bir qədər də artırdı.
Və sonda: nə qədər ki, qələm əlimdədir, milli, ictimai amalla yazıb-yaradacam. Bir daha tədbirin bütün iştirakçılarına, qələm dostlarıma təşəkkür edirəm. 24.05.2026
ŞƏHRİLİLƏR – ƏSRLƏRİ AŞAN BİR TAYFANIN TARİXİ İZLƏRİ
Tarix yalnız dövlətlərin, hökmdarların və müharibələrin salnaməsi deyil. Tarix həm də tayfaların, nəsillərin, soyların yaddaşıdır. Minilliklər boyu müxtəlif coğrafiyalarda yaşayan, fərqli mədəniyyətlərlə təmas quran, öz adını və kimliyini qorumağı bacaran qədim toplumlar xalqların formalaşmasında mühüm rol oynamışdır. Bu baxımdan Şəhrililər adı da maraq doğuran qədim etnos-toplum ənənələrindən biri kimi diqqəti cəlb edir.
Türk xalqlarının tarixi inkişaf mərhələləri göstərir ki, Orta Asiyadan başlayaraq Ön Asiya, Hindistan, İran yaylası, Qafqaz və Anadolu istiqamətində baş verən böyük köçlər nəticəsində çoxsaylı tayfa birlikləri yaranmış, bəziləri böyük dövlətlərin təməlini qoymuş, bəziləri isə yaşayış məntəqələrinin, kəndlərin, tayfa adlarının içərisində öz izlərini qoruyub saxlamışlar.
Şəhrililər haqqında mövcud yerli məlumatlar onların qədim Şərq coğrafiyasında geniş yayılmış türksoylu toplumlarla bağlılığını ehtimal etməyə əsas verir. Asiyanın müxtəlif bölgələrində, xüsusilə Hindistan istiqamətində baş vermiş tarixi köç yolları, Orta Asiya – İran – Qafqaz xətti boyunca etnik hərəkətlilik türk tayfalarının geniş arealda yayılmasını təmin etmişdir. Bu proseslər nəticəsində bir çox tayfalar müxtəlif ölkələrdə fərqli adlarla yaşamlarını davam etdirmişlər.
Cənubi Azərbaycan əraziləri tarix boyu böyük mədəni və etnik keçid məkanı olmuşdur. Təbrizdən başlayaraq Qaradağ, Ərdəbil, Urmiya istiqamətlərinə qədər uzanan geniş ərazi müxtəlif türk tayfalarının məskunlaşdığı mühüm bölgələrdən hesab edilir. Burada yaşayan soy birlikləri əsrlərlə öz adət-ənənələrini, şifahi ədəbiyyat nümunələrini, ailə bağlarını və milli kimliklərini qoruyub saxlamışlar.
Şəhrililərin izlərinə Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrində də rast gəlindiyi barədə yerli yaddaşda məlumatlar qorunub saxlanılır. Xüsusilə Zəngilan rayonunun Xurama kəndi və Ağdam rayonunun Yusifcanlı kəndi bu baxımdan xüsusi diqqət çəkir. Ağdamın Yusifcanlı kəndi Qarabağın qədim yaşayış məntəqələrindən biri kimi tanınır. Müxtəlif tarixi mərhələlərdə bölgə əhalisi ağır sınaqlardan keçmiş, müharibələr və köçlər insanların taleyinə təsir göstərmişdir.
Qarabağ bölgəsində tayfa yaddaşı hər zaman güclü olmuşdur. İnsanlar öz soy-köklərini, nəsil şəcərələrini qorumağa xüsusi önəm vermişlər. Şəhrililər haqqında bu gün yaşayan məlumatların mühüm hissəsi də məhz həmin nəsil yaddaşı vasitəsilə nəsildən-nəslə ötürülmüşdür.
Tarixi baxımdan türk tayfa sistemində tayfa yalnız qan bağlılığı deyil, eyni zamanda sosial təşkilatlanma forması idi. İnsanlar tayfa daxilində qarşılıqlı dəstək sistemi yaradır, mədəni irsi birlikdə qoruyur, ortaq dəyərləri yaşadırdılar. Məhz bu xüsusiyyətlər əsrlər keçsə də müəyyən soy adlarının unudulmamasına səbəb olmuşdur.
Şəhrililər haqqında araşdırmaların gələcəkdə daha geniş aparılması mühüm əhəmiyyət daşıyır. Arxiv sənədləri, çar dövrü siyahıyaalma materialları, sovet dövrü kənd təsərrüfatı qeydiyyatları, şəcərə məlumatları, qəbiristanlıq kitabələri və şifahi tarix nümunələri bu istiqamətdə yeni faktların ortaya çıxmasına imkan yarada bilər.
Qloballaşan dünyada insanların öz soy-köklərinə marağı daha da artır. Çünki keçmişini tanıyan toplum gələcəyini daha möhkəm qurur. Şəhrililər də əsrlərin yaddaşından gələn, müxtəlif coğrafiyalarda iz qoymuş, öz kimliyini qorumağa çalışan qədim soy yaddaşının daşıyıcılarından biri kimi araşdırılmağa layiqdir.
Tarix yalnız yazılmış mənbələrdə deyil, insanların yaddaşında, kənd adlarında, ailə şəcərələrində, nəsillərin söylədiyi xatirələrdə yaşayır. Şəhrililər adı da məhz belə yaşayan tarix nümunələrindən biri olaraq keçmişlə gələcək arasında körpü rolunu oynayır.
Qeyd:
«Şəhrililər» (شهر لیلر) əsasən İranın müxtəlif bölgələrində, xüsusən Zəncan, Qəzvin və Tehran ətraflarında yaşayan, tarixən Azərbaycan türklərinin tərkib hissəsi olan etnoqrafik bir qrupa və ya tayfaya verilən addır.
Bir gün gələ,oyanasan yuxudan, Görəsən ki,dəyişibdi kainat. Görəsən ki,düzü-dünya azaddı, Sən azadsan,mən azadam,O azad.
Xəyalların gerçək ola bir anda, Ürəyinə sığışmaya sevincin. Yoxa çıxa ölüm-itim,qan-qada, Yer üzünə sülh gətirə göyərçin.
Buludlar da yağış-yağış dincələ, Azad çöllər nəfəs ala dərindən. Nur tökülə gözlərindən səhərin, Qurtarasan gecələrin şərindən.
Azad-azad gülümsəyə günəş də, Unudula canındakı ağrılar. Gözlərini həqiqətə açasan, Üzə çıxa zindan-zindan doğrular.
Azadlığı ciyərinə çəkəsən, Qaysaqlaya ürəyinin köz yeri. Səslənəsən qəfəsdəki quşlara– Azadlığın öz yeri var,öz yeri.
*** Sənə qəlbimizi sipər elədik, Döndük divarına,daşına ,Vətən. Çiçəyinə döndük,otuna döndük, Yenə də gəlmədik xoşuna,Vətən.
Adına müqəddəs dedilər,biz də And içdik müqəddəs adına sənin. Hopdun vətən-vətən yaddaşımıza, Biz niyə düşmədik yadına sənin?
Elə vətən-vətən öldürdün bizi, Biz öldük,sən döydün döşünə,Vətən. Örtdü gözlərini saxta sevgilər, Həqiqət gəlmədi işinə,Vətən.
Hər gələn bir medal taxdı sinənə, Tutdular yalançı alqışa səni. Cənuba böldülər,qərbə böldülər, Satdılar qəpiyə,quruşa səni.
Səni də etdilər gözükölgəli Bu cibəgirənlər,bu sələmçilər. Silib süpürdülər var-dövlətini Boğazı xaltalı bu dilənçilər.
Bal tutdu barmağı şarlatanların, Hamısı daraşdı yala,bilmədin. Səninçün hamımız vətəndaş olduq, Sən bizə bir Vətən ola bilmədin.
Sənə qəlbimizi sipər elədik, Döndük divarına,daşına,Vətən. Çiçəyinə döndük,otuna döndük, Yenə də gəlmədik xoşuna,Vətən, Nə desəm,nə yazsam boşuna,
VətəYenə geri döndü bahar, Bu qış bizdən nə apardı? Köçünü çəkdi buludlar, Yağış bizdən nə apardı?
Bizi yordu şaxta,sazaq, Uralandıq yarpaq-yarpaq, Şeir-şeir,varaq-varaq Bu qış bizdən nə apardı?
Xəzan vurdu telimizdən, Həsrət tutdu əlimizdən, Nələr keçdi könlümüzdən, Bu qış bizdən nə apardı?
Zülm elədi yoxuş bizə, Külək bizə,yağış bizə, Nə verdi ki, bu qış bizə, Bu qış bizdən nə apardı?
***
Buludlar səxavətlə göndərirdi yağışını yer üzünə, Yenə baharın ətri duyulurdu yaş torpaq qoxusundan. Çiçək kimi açılırdı üzü təbiətin, Yağış -yağış sevinirdi bağlar,bağçalar, Ağaclar yarpaq-yarpaq oyanırdı qış yuxusundan.
Başdan-başa gözəllikdi,gözəllik, Çəmənlərin nazına bax,nazına. Günəş-günəş nur tökülür üstünə, Bu yerlərin yazına bax,yazına.
***
Göy üzünə əl açırdı sevgimiz, Yavaş-yavaş gül açırdı sevgimiz, Təzə-təzə dil açırdı sevgimiz, Kim susdurdu bu sevgini görəsən?
Odu söndü,közü ilə oynadıq, Şaxta vurdu,buzu ilə oynadıq, Gecə-gündüz nazı ilə oynadıq, Kim küsdürdü bu sevgini görəsən?
Xoşbəxtliyə bir addımlıq yol vardı, Gözləsəydik gəlib bizi tapardı, Bu sevgini kim yolundan qaytardı, Kim azdırdı bu sevgini görəsən?
****
Qonşumuz Balaş nənəgillə bizi qamış çəpər ayırardı, Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı, Yay olanda bolluca bar gətirərdi, Külək meyvələrini çırpardı, Dibi həmişə əriklə dolu olardı. Sapsarı,badamı ,şipşirin əriklərdi, Baxanda adamın ağzı sulanardı, Nəfsimiz çəkərdi. Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında oğurluğa gedərdik Balaş nənəgilə, O vaxtlar ayrı aləmdi, Qonşular heç vaxt qapını bağlamazdılar. Bizi görcək ala it özünü yeyib tökərdi, Yazıq it əlimizdən zəncir gəmirərdi, Bəd idi deyə açıq saxlamazdılar. Səsi qulağımdadı hələ. Bir gözümüz itdə, ürəyimiz çırpına-çırpına ciblərimizi,əlimizi,ətəyimizi əriklə doldurardıq. Elə şirin əriklərdi ki, Dadı damağımdadı hələ. Ayağımızı tikan,paltarımızı kol-kos aparardı, Hər gün böyüklərdən bir kötək payımız vardı. Günlər keçərdi,yay bitərdi, Ağac da dincələrdi,biz də. Sonra payız,sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə. Ta ki,ağlımız kəsənədək. Bir gün öyrəndik ki, oğurluq günahmış sən demə.. Qorxduq, yığışdıq çəpərlərin başından, Ağacların dibindən yığışdıq. Sonra aləm qarışdı, Sökdülər qamış çəpərləri, Taxta qapıları sökdülər, Hündür,bərli-bəzəkli daş hasarlar tikdilər. Sonra Balaş nənə köç etdi bu dünyadan, Sonra ərik ağacı da qurudu, Sonra əlimizdən zəncir gəmirən ala it də öldü, Sonra baxıb gördük ki,bomboşdu kənd -kəsək, Ağaclar da azalıb,adamlar da.. Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar. Sonra o uşaqlar da qocaldı, Sonra ağaclar da.. Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha, Heç əriklərin də dadı olmadı əvvəlki tək. Sonra daha böyük oğurluqlar başladı, sevgilər oğurlandı,ürəklər oğurlandı, talelər,qismətlər,arzular,diləklər oğurlandı. Beləcə oğru-oğru yaşamağı öyrəndik, Beləcə unudulub getdi ərik oğruları. Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı– Şipşirin, badamı,sapsarı.
***
Bir günü də yola saldıq beləcə, Yenə heç nə könlümüzə yatmadı. Gah o sözdən,gah bu sözdən yıxıldıq, Bircə misra əlimizdən tutmadı.
Bircə borcu ödəmədi yüz fikir, Ha əlləşdik bir qərara gəlmədik. Heç bilmədik günü necə yaşadıq, Hardan gəldi,hardan getdi,bilmədik.
Ağrımızla,acımızla döyüşdük, Dərə keçdik,dağ adladıq beləcə. Bir də baxdıq yenə çöküb qaranlıq, Bir də baxdıq gəlib çatıb bu gecə.
Yenə qaldıq ümidinə həsrətin, İtib batdıq xəyalların köçündə. Görək bizi hara çəkir bu zülmət? Nə çıxacaq bu gecənin içindən?
ANAMA
Sən gedəndən itirmişəm zamanı, Günü aya dəyişirəm eləcə. Neçə vaxtdı unutmuşam özümü, Sənsizliklə döyüşürəm eləcə.
Şəkil-şəkil danışıram səninlə, Sən də durub şəkil-şəkil baxırsan. Aldadıram xəyalların başını, Gah o yandan,gah bu yandan çıxırsan.
Boğuluram gözlərimin selində, Damcı-damcı gülləyirsən varaqda. İçimdə bir söz çırpınır yaralı- Görən məni nə gözləyir qabaqda?
İlham pərim uçub gedib ,başıma Bir də nə vaxt şeir yağar,bilmirəm. Vurnuxuram qaranlığın içində, Bəlkə bir gün günəş doğar?-bilmirəm.
Azərbaycan Milli Kitabxanasının yaradılmasının 103 illiyi münasibətilə elektron layihələr və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Bu gün bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 103 yaşı tamam olur.
Bu münasibətlə Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, “Azərbaycan Milli Kitabxanası – 1923-2026” adlı virtual və “Azərbaycan Milli Kitabxanası – 103” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında(https://anl.az/el/emb/Milli_Kitabxana/index.html)“Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli Şəxsiyyətlər Milli Kitabxana haqqında “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn Xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” düymələrində materiallar tam mətnləri ilə təqdim olunur.
Virtual sərgidə (https://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm) rəsmi sənədlər, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat məqalələri tam mətnləri ilə təqdim olunur
Ənənəvi sərgidə ölkəmizin Baş Kitabxanasının bir əsrlik tarixi və keçdiyi şərəfli inkişaf yolu, möhtəşəm elm və mədəniyyət ocağının dünəni, bu günü və sabahı, zəngin mədəniyyət xəzinəsi olan Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, kitabxananın beynəlxalq əlaqələri və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları sərgilənir.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/milli-kitabxana-103
Etibar Həsənzadənin “Zəfərlərə Doğru” kitabı haqqında Sanatçı Şerif Sakanın düşüncələri
Değerli sanatçı Şerif Saka Azərbaycanlı Yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğru kitabı haqqında düşüncələrini sosial mediadan Ədəbiyyat sevərlər,kitab sevərlər və izləyiciləri ilə bölüşüb. Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir. Büyük Türkiye mizden Kardeş Azerbaycan a Selam olsun. Yazar ve Şair Etibar Hasanzade dostumun kaleme almış olduğu bu kitabı baştan sona inceledim. Öncelikle bu anlamlı eserinde, Türkiye mizi temsilen bize de yer vermiş olması, bizi ve ekibimizi ziyadesiyle mutlu etmiştir, bundan büyük şeref duyduğumu belirtmek isterim. Etibar Hasanzade kardeşimin “Zaferlere Doğru” eseri Türk – İslam Dünyasının yakın zamanda ki gerçekleşecek olan mutlak Zaferi öncesi büyük moral ve motivasyon mesajıdır. Kısaca, birlik beraberliğimize her zamankinden daha çok ihtiyacımız olan bu günlerde bu eseri çok yerinde, zamanında ve anlamlı bulduğumu ifade etmeliyim. Daha önce de, Etibar Hasanzade Şairimizin kaleme almış olduğu “Şuşa” eserimizi besteleyip Klibimizi Türk – İslam Dünyasına birlikte armağan etmiştik. Etibar Hasanzade kardeşimle yapmış olduğumuz bu çözüm ortaklığından, birlik ve beraber olmamızdan çok mutlu olduk. Bu gibi projelerin özelikle Türkiye – Azerbaycan kardeşliğimizi daha da kuvvetlendireceğinden hiç şüphemiz yoktur. Çok kıymetli, Etibar Hasanzade kardeşim zaten çok başarılı, daha da anlamlı projelere imza atacağından hiç şüphemiz yok. Kendisine en kalbi Muhabbetlerimizle saygı ve sevgilerimizi sunarız. Eserlerinin, Türk – İslam Dünyasının tüm mazlum coğrafyaların birlik ve beraberliğine daha büyük katkılar sunmasını temenni ederiz.
Büyük Türkiye den dostunuz, Sanatçı : Şerif Saka Qeyd edək ki Tasarimlar değerli Yazar Mustafa Sögüt bəyə aitdir.
Usmon Azim, 13 Ağustos 1950’de Sirdaryo vilayetinin Boysun ilçesinde doğmuştur. Özbekistan halk şairi ve oyun yazarıdır. Aşağıda onun şiirini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun öǧrencisi Medine Süleymankulova tercümesinden okuyacaksınız.
YAŞAMAYA YETMIYOR DİRENÇ
Yaşamaya yetmiyor direnç, Bakarım gökyüzüne – derin kedere. Duygusal kız, – Hayat koyar baş kırka girmiş yorgun omzuma Sanki asi bir yıldız gibi uçup, Ruh yüksekten Aşağı inmekte… Yorgunum. Yetmiyor gücüm, “Çok ağırsın, hayat”, demeye.
Çevirmen: Medine Süleymankulova, Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi Təqdim etdi: Hüsniddin Hayıt Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni
Çevirmen:Medine Süleymankulova, Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi