Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
Bu gün – 09.05.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin rayonun tanınmış pedaqoqu, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın həyat yolu və yaradıcılığına həsr etdiyi “Şəhla Rəvan zirvəsi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq sumalarının iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.
Tədbirin aparıcısı, eyni halda kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, ədəbi mühitin görkəmli nümayəndəsi Şəhla xanım Rəvanın ədəbi xidmətləri və uğurları ilə yanaşı, insani keyfiyyətlərindən söz açaraq, onun əsil insan kimi bir şair və əsil şair kimi bir insan olduğunu vurğulayıb, Şəhla Rəvan yaradıcılığına hakim olan insani və mənəvi hisslərdən danışdı. O, həmçinin, səmimiyyət və təvazökarlığın ədəbi mühitin əsas şərtlərindən sayıldığı, ədəbi mühitin gözəlləşməsi və inkişağı üçün hər kəsin həyatda və xüsusilə də ədəbi mühit çərçivəsində özündənrazılıq, mənəm-mənəmlik, təkəbbür və digər bu kimi mənfi xislətlərdən uzaq olmasının bir zərurət olduğunu vurğuladı…
Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, eyni halda Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvləri, “Həməşəra” Fəxri Diplomu laureatları, yazıçı-şairlər: Ustad Zülfi Vellidağ, Ustad Əfrahim Abbas, Mikayıl İnçəçaylı, Asif Həsənli, Sakit Üçtəpəli, Cəlil Ələsgərov, Gülşən xanım Şahmuradlı, Sevinc xanım Şirvanlı, Aydan xanım Nizamiqızı, Arzu xanım Əyyarqızı, Atlaz xanım Rzayi, Qurban Əhməd, Azər Mirzə və Elşən Türksoy, həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan: Əmək zərbəçisi və Əmək veteranı Hacı Paşa Rüstəmov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadə, ziyalı pedaqoqlar Xəlil Fərəməzoğlu, Dadaş Bayramov, Adıgözəl Nuriyev və Xatirə xanım Quliyeva, həmçinin, antiterror əməliyyatlarının iştirakçıları İlkin və Elçin Ələsgərov qardaşları öz çıxışlarında Şəhla Rəvanın Cəlilabad rayonunda elm, təhsil və ədəbiyyat sahələrində xidmətlərindən, həmçinin, xanım-xatınlıq xüsusiyyətlərindən söz açaraq ona və kitab müəllifinə uğurlar arzuladılar.
Tədbirin davamında “Həməşəra” mətbu orqanı tərəfindən rayonun tanınmış ziyalısı Hacı Paşa Rüstəmova 80 illik yubileyi və təhsil sahəsində xidmətləri münasibəti ilə yenicə təsis edilmiş “Dədə Qorqud” Ödülü, tanınmış ədəbiyyatşünas, TYB-nin üzvü, şair Şəhla xanım Rəvana yenicə təsis edilmiş “Ustad Niftalı Göyçəli” Ödülü, Asif Həsənli, Cəlil Ələsgərov, Elşən Türksoy və Aydan Nizamıqızına isə ədəbiyyat və jurnalistika sahələrində ugurları və xidmətlərinə görə “Həməşəra” Fəxri Diplomu və Azərbaycan bayrağı nişanı, həmçinin, Turan Yazarlar Birliyinə yenicə qəbul edilmiş bir neçə şair və yazara TYB-nin üzvülük vəsiqələri təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.

“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Gülnarə İsrafilin şeirləri

Gülnarə İsrafilin şeirləri

Gülnarə İsrafilin şeirləri ilə tanışlığım dörd il əvvəl başlayıb. Sonra özüylə görüşdüm. Axırıncı şeirlər kitabını “Sirran” və son illərdə yazdığı şeirləri də mənə verdi ki, oxuyum, fikirlərimi bildirim, “Torpaq adamlar” və “İki” adlı iki şeir kitabını da əldə etdim. İndi mən onun şeir dünyası ilə üz-üzəyəm.

Bir şeir dünyasından nələr əxz etdim?- Oxuduğum şeirlər müasir poeziyamızın yaddaşında yaşaya biləcəkmi? O şeirlər təkcə Gülnarə İsrafilin deyil, bizim də könül duyğularımıza yol tapa biləcəkmi?
Və Gülnarə İsrafilin şeirlərində onun bir şair kimi özünəməxsusluğu nəzərə çarpırmı? Adını çəkdiyim şeir kitablarına yazılan ön sözlərinə nəzər yetirirəm.

Kənan Hacı “Torpaq adamlar”a yazdığı ön sözdən: Gülnarənin şeirlərini oxuduqca görürsən ki, o, sanki öz hisslərini çarmıxa çəkir, yaşantılarının maddi formasını – söz formasını yaratmağa cəhd edir. Gülnarə hansı sözün hansı formanı tələb etdiyini duyur və hisslərini həmin formada ifadə etməyə çalışır. Onun şeirlərinin fərqli bir intonasiyası var.”

Bilal Alarlı “İki” şeirlər kitabına yazdığı ön sözdə deyir: “Gülnarə İsrafilin poetik dünyası, fərqli dil üslubu, obrazlı ifadəsi ilə diqqət çəkir.”

“Sirran” şeirlər kitabındakı ön söz müəllifi isə Naibə Yusifdir. O, şairin ayrı-ayrı şeirlərindən söz açır və onun bir şair kimi özünə məxsusluğunu nəzərə çarpdırır.”Özünəməxsusluq, bənzərsizliyi onun poeziyasının özəlliyidir.” Əlbətdə, hər üç ön sözdə tərif ahəngi üstündür. Belə də olmalıydı, çünki bu gün nəşr olunan bütün şeir kitablarına yazılan ön sözlərdə bu ahəng pozulmur.

Gülnarə İsrafili özünəməxsus bir şair kimi səciyyələndirmək üçün onun bir neçə şeirinə müraciət etmək istəyirəm.

Vətən və müharibə mövzusu son otuz ilin poeziyasında şairlərimizi düşündürüb və bu düşüncələr də müxtəlif şəkildə öz əksini tapıb. Nədir bu müxtəlflik?
İlk növbədə, ənənəvi tərzdə, demək olar ki, “sovet şeiri” üslubunda – Vətəni və müharibəni məlum ifadə vasitəsi ilə yazılan şeirlər.
İkincisi, dövrün, zamanın, gerçəkliyin ruhuna uyğun yazılan şeirlərdir. Burada Vətənin təsvir və tərənnümü o qədər də ardıcıl deyil, əsas məsələ vətənpərvərlik və səfərbərlik ruhunun aşılanmasıdır.
Məsələn: Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun “Qalx ayağa Azərbaycan” çağrışlı şeirləri kimi.
Üçüncü isə, Vətən və müharibə mövzusuna tamamilə fərqli bucaq altında yanaşan şeirlərdir. Bu tipli şeirlərdə ağrı, kədər motivləri üstünlük təşkil edir və əlbəttə bu motivlər vətənpərvərliyin ağrı səviyyəsində dərki deməkdir.
“Müharibə” şeirində müəllif bir nənənin müharibəylə bağlı ömrü qısaca “səhifələnir”.
“ Nənəmin tellərində ağarmışdı müharibə,
ala gözləri qonurlaşmışdı yanğıdan.”- Bu nənə ümumiləşmiş bir obrazdır, “qara kağız öpdü nənəmin kəhraba əllərini”. Və o nənə hər gün ölür, “son dəfə öləndə gözündəki yaş nəsə deyirdi.”- Metaforalardan ibarət bu şeirdə, nənə-qara kağız, ölüm simvollarında reallaşır. Göründüyü kimi, sırf müharibə nə deməkdir şeirlərdən fərqli olaraq, Gülnarə İsrafil ənənəvi mövzuya təzə rəng qatır.
“Vətən” şeiri mən deyərdim, Gülnarə İsrafilin metaforik şeirlər sırasında ən görümlü, duyumlu şeiridir.

“Bir şəhid gördüm ki, mən
Köynəyi can verirdi.
Dilində ilk yaddaşı,
Qurumuş son kəlməsi
Yerdən torpaq dərirdi.

Doğacaq körpəsinin
Qoxusuna tamarzı.
Unudurdu nığməni
Dodaqları qaçaraq,
Pıçıltı qovlayırdı,
Hənirti axtarırdı
Canından can açaraq.

Bir şəhid görüm ki, mən
Torpaqdan don geyinmiş.
Anadan köz atəşi,
Atadan sirr daşları
Geyinmiş də, geyinmiş…

Bir şəhid görüm ki, mən
Vətən olmuşdu, Vətən!”

Kimdir o şəhid? Anamı, atamı, oğulmu? Və sonda Vətənləşir o şəhid. Gülnarə İsrafil “Şəhid Vətən” ümumiləşmiş bir obraz yaradır. Gülnarə İsrafilin şeirlərində obraz yaratmaq xüsusiyyəti daha qabarıq nəzərə çarpır. O, ayrı-ayrı fərdlərin (müşahidə etdiyi insanların taleyi ilə maraqlandığı) obrazlarını həm zahiri, həm də daxili- mənəvi planda təqdim edir.

“Nə durmusan yol üstündə,
qarı nənə!
Gedənə də,
gələnə də əl açırsan,
ovcuna qəpik düşəndə
küçələrdə
qəpik-qəpik gül açırsan.
Kədərin yoxmu sənin
üzüləsən?”

İlk baxımdan adət etmədiyimiz bir mənzərə ilə qarşılaşırıq. Bir nənə dilənçilik edir, yalvarış, sızıltı ilə yox…Əksər dilənçilərə xas olan “yalvarış mexanizmindən” uzaq bir nənə. Amma bu zahiri bir görüntüdür və bu görüntü elə buradaca sona çatır. Amma Gülnarə İsrafil bu obrazı böyüdür, ümumuləşdirir və şeirin ifadə etdiyi məna bir dairədən digərinə adlayır.
“Sən dalansan,
sən küçəsən,
yox, elə sən,
özün boyda bir şəhərsən.”

O qarı nənə bütün gəlib keçənlər üçün bir dayanacaqdır, onun “əvvəlki şəhərinə” qayıtması lazım… Şeirdə bir insan həyatından cəmiyyət həyatına keçid diqqəti cəlb edir. Təfərrüata varmadan Gülnarə İsrafilin “Viran şəhərlərin uşaqlarıyıq”,”İşıqçı”,”hər gülün dibində bir şəhid”,”Ağdam”,”Balacam”,”İnsan” şeirləri haqqında da eyni fikirləri söyləmək olar. Mən Gülnarə İsrafilin nakam şair Həsən Kürə həsr etdiyi şeiri onun ən kədərli şeiri hesab edirəm.

Niyə “ən kədərli”? Çünki, Həsən Kürün faciəli həyatına şairin də öz kədəri qarışır. Ümumiyyətlə Gülnarə İsrafil bir çox şeirlərində kədər, ağlamaq, sıtqamaq yox, düşünmək əhvalını yaradır.

“Düşünmək əhvalı”ifadəsini nahaq yerə işlətmirəm. Əlbəttə hər hansı şeirdə müəyyən düşüncə – fikir öz ifadəsini tapmalıdır. Təbii ki, bu düşüncələr obrazlı şəkildə əks olunmalıdır.
Mən onun “Yol”və “Elə istəyirəm”şeirlərini bu baxımdan bitkin şeir hesab edirəm. O, yol obrazını insan obrazı ilə vəhdətdə təqdim edir.

“Bu yol məhəbbətdi, bu yol məşəqqət,
Ayağım torpaqda sırsıralanıb.
Yolun üzündəki mənim göz yaşım,
Yolun ürəyində sirr sıralanıb.

Bu yol arzuların budağı kimi,
Bu yol günahların otağı kimi,
Bu yol dirilərin ölüm ayağı,
Bu yol ölülərin torpağı kimi.”

Gülnarə İsrafilin şeirlərində lirik qəhrəman obrazı daha çox üstünlük təşkil edir. Bu lirik qəhrəman sevgi yolunun yolçusudur.
O öz sevgi yolunda “Mən”- dən “Sən”- ə doğru yol gedir və bu yolda xoşbəxtliyə ümid və çağrış da var, üzüntü də var, məyusluq da, anlaşılmazlıq da. Onun digər şeirlərindəki təzadlı hisslər, sevgi şeirlərində də öz əksini tapır.

“Yandırıb eşq oduna,
Qəlbimi şan-şan etmisən.
Şirinin qəmdən acı,
Qəmimi al-qan etmisən.
Nə məni öldürmüsən,
Nə də məni var etmisən.
Yaralanmış ürəyimi
hansı yana alım gedim?
Dəvətsiz qonaq olmuşam
bu sevgiyə, qalım, gedim?”
Qalsa yaxşıdır… Çünki sevgi ömrü tükənmir. Füzuli babamız demişkən:

“Ey Füzuli, çıxdı can,
çıxmam təriqi eşqdən,
Pərgüzari əhli-eşq
üzrə qılın mədfən mənə”.

Gülnarə İsrafilin şeirlərində sərbəst dil manerası ilə rastlaşdım. Doğrudur, çətin anlaşılan sözlər, ifadələr də var, amma bundan keçmək olar. Fəqət bir çox şeirlərində şeirə uyuşmayan sözlərə, ifadələrə nə deyəsən? Şair bir də baxsın “Mən adlı kim qaldı ki…”,”Boşluqda ulayan “mən”im”, “Sonsuzluq” şeirlərinə… Bu şeirlərdə fikir var, amma şeir yoxdur. Və birdə baxsan “Payız” və “Dirilim” şeirlərinə əsl şeir kimi şeir…

Gülnarə İsrafil! Sənin üç kitabının şeirlərini mən oxudum. Və sevindim ki, sən, əsl şairsən…Yoluna davam et!

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HƏYATDAN VAXTSIZ GETMİŞ ŞAİR VAMİQ ABBASOV

HƏYATDAN VAXTSIZ GETMİŞ ŞAİR VAMİQ ABBASOV

Şəkildə gördüyünüz bu adam mənim doğmaca dayım oğludur.
Abbasov Vamiq Həbib oğlu.
1942-ci ildə anadan olub.
O anadan olanda II Dünya müharibəsinin ən qızğın dövrü idi.
Vamiq anadan olanda onun atası, mənim dayım Həbib cəbhədədıydi, vuruşurdu və O, elə bu müharibədə, oğlunun üzünü görmədən qəhrəmanlıqla həlak olacaqdı.
Qardaşı müharibəyə gedəndə anamın heç 6 yaşı tamam deyilmiş. Anamın bütün ömrü boyu ən böyük andı qardaşı Həbibin canına içdiyi and olub…Bir də anam hər dəfə qardaşından söhbət düşəndə, Həbibin adının əvvəlinə bir “Cənnətlik” sözünü də artırırdı; “Cənnətlik Həbib” deyərdi.
Dayımın yeganə oğlunu- şəkildə gördüyünüz Vamiqi anası Nəsibə xanım tək böyüdüb.Nəsibə xanım partiya işçisi idi: Uzun illər Salyan Payon Partiya Komitəsinin lI katibi işləmişdi.1973- çü ildə Neftçala rayon kimi yenidən təşkil olunanda, Nəsibə xanımı Neftçala Rayon Partiya komitəsinə II katib vəzifəsinə təyin etmişdilər. Sərt, tələbkar, işgüzar, zəhmli, ciddi bir xanım idi.
Vamiq anasının işi ilə əlaqədar olaraq Salyanda yaşayıb, orta məktəbi də Salyanda oxuyub. Azərbaycan Dövlət Universitetinin (BDU əvvəllər belə adlanırdı) jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan Dövlət televiziya və radio Komitəsində işləyib…
Vamiq şeirlər yazırdı.
Bir dəfə şeirlərini, oxumaq üçün Rəsul Rzaya verir. Vamiqin yazdığı şeirlər Rəsul Rzanın xoşuna gəlir.Və Rəsul Rza Vamiq haqqında “Uğurlu yol” yazıb və həmin məqaləsini Vamiqin şeirləri ilə birlikdə çap etdirir. Beləliklə Vamiq o dövrün gənc şairi kimi tanınmağa başlayıb. Ən yaxın dostu Çingiz Əlioğlu olub.
Tele-radio komitəsində işləyərkən Vamiq ailə qurur. Bir oğlu və bir qızı dünyaya gəlir.Bakıda yaşayırdı.
Neftçalaya az -az gələrdi. Babası, əmiləri, bibiləri.. Neftçalada yaşayırdı. Neftalaya gələndə hökmən, yaş etibarı ilə ən kiçik bibisinə -yəni mənim anama da baş çəkərdi.
…Onu sonuncu dəfə gördüyüm günü yaxşı xatırlayıram.1969- cü il idi. İndi unutmuşam: Anamla hardansa gəlirdim. Evimizə az qalmış kimsə -Bibi- deyərək anamı çağırdı. Bu Vamiq idi.Eyni ilə şəkildəki kimi: Qara kostyum geyinmiş,saçlarını səliqə ilə daramış, hündürboylu, yaraşıqlı bir gənc. Anam qardaşının yeganə yadiğarını görüb ağlamsındı:
-Bibin sənə qurban olsun -deyib Vamiqin hündür boyünu quçaqladı.
O gündən az sonra, Vamiq gözlənilmədən vəfat etdi.
Vəfat edəndə 28 yaşı var idi.
Onu Neftcala qəbristanlığında dəfn ediblər.
Neftçalada gördüyüm ilk, ən izdhamlı dəfn mərasimi də Vamiqin dəfn mərasimi olub.
Taleyi əvvəldən gətirmədi Vamiqin. Atasının üzünü görmədi. Sonra özü gənc ikən vəfat elədi. İlk kitabı vəfatından səkkiz il sonra, yaxın dostu Çingiz Əlioğlunim redaktorluğu və ön sözü ilə çap edildi…
İndi Nəsibə xanım da yoxdur. Nəsibə xanımın vəfatından sonra, Vamiqin yeganə oğlu,babasının adını daşıyan Həbib də vəfat elədi.
…Haqqında Rəsul Rzanın “Uğurlu yol” yazdığı, dövrünün ən tanınmış gənc şairlərindən olan Vamiq,çox tez unuduldu. Bu gün demək olar ki,onu kimsə tanımır.
Amma qalsaydı, yaşasaydı bəlkə də Azərbaycanın ən böyük şairlərindən biri olacaqdı.
Mən bu yazımı Vamiqin xatirəsinə həsr edirəm. Gələn dəfə onun şeirlərini, Çingiz Əlioğlinun və qardaşım Azərin vaxtı ilə onun haqqında yazdıqları məqalələri paylaşacağam.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – Xoşbəxt ola bilərsən

Əsərin adı: “Qızıl naxışlı harmoniya” İl: 2025

Xoşbəxt ola bilərsən
Xoşbəxtliyin nə olduğun bilirsən?
Rənginin gözəlliyin, ruhunu hiss edirsən?
Hər açılan səhərdə bir məna, bir hikmət var,
Bu rəngli dünyada sən, xoşbəxt ola bilərsən.

Göy üzü bir ümiddir, torpaqsa yaşıl həyat,
Al rəngli sevinclərsə, ruhuna qonmuş qanad.
Gözəllik baxışında, duyğunda gizlənibdir,
Sevməyi bacarsan sən, xoşbəxt ola bilərsən.

Könül bil ki aynadır, sevgi onda görünər,
Nur saçan hər bir zərrə min bir rəngə bürünər.
Xoşbəxtlik bir mənzildir, yolu qəlbindən keçər,
O yolu addımlasan, xoşbəxt ola bilərsən.

1 may 2026

Arzum

Qızılı günəşdən bir nur istərəm,
Mavi səmadan mən, hüzur istərəm.
İnsan gözlərində sevgi, təbəssüm,
Könüldən könülə körpü istərəm.

Ağ rəngli saflığı, yaşıl həyatı,
Rənglərə bürüsün ömür saatı.
Dillərdən düşməsin şirin bayatı,
Hər kəs gülümsəsin, artsın büsatı.

Bəşər övladının bir sevinc payı,
Dünyanı bəzəsin günəşi, ayı.
Xoşbəxtliklə dolsun sevgi sarayı,
Qovuşsun qəlblərdə eşqin harayı.

Kədər buludları dağılsın, getsin,
Könül ağrıları dincəlsin, bitsin.
Mənim qəlbimdəki, bu saf arzumla,
Dünya cənnət olub murada yetsin.

3 may 2026

Bu qatarın yoluna bax!

Bu qatarın yoluna bax,
Ümid gəlir o qatarda.
Dərdi-qəmi uzaq burax,
Xoşbəxtlik var o qatarda.

Gözlərindən kədəri sil,
Bunu son yox, başlanğıc bil.
Gələndir o,gedən deyil,
Xoşbəxtlik var o qatarda.

Yollar daha yormaz səni,
Duman, çiskin sarmaz səni.
Yalnız qoyub getməz səni,
Vüsal gəlir o qatarda.

Daha parlaq bir sabaha,
İnan, ehtiyac yox aha.
Ayrılmarıq bir də daha,
Xoşbəxtlik var o qatarda.

6 may 2026

İlk sevincim, Cəmiləm

Evimizin ilk növrağı, baharı,
Atamın, anamın ilk bəxtiyarı.
Ömrümün mənası, gözümün nuru,
Xalanın bir dənə, tək yadigarı.

Sən mənim balamsan, həm böyük qızım,
Səmada parlayan sönməz ulduzum.
Sənə “ilkim” dedim, əzizim dedim,
Sənlə şirin oldu çörəyim, duzum.

Oxudun, ucaldın, boy atdı boyun,
Dillərə dastan oldu sənin şən toyun.
Adına oxunan mahnılar kimi,
Gözəl keçsin ömrün, hər günün, ayın.
Xoşbəxt ol,ay mənim könül bəzəyim,
Sənlə qürur duyur xala ürəyim.

25 oktyabr 2025

Gümüşü ox

Zaman qabaqlanır, ötür sürətlə,
Yollar salam verir böyük hörmətlə.
Mənzillər qovuşur şirin xəyalla,
Gümüşü bir ox tək süzülür yolla.

Relslər üstündə bir polad qanad,
Heç yorğunluq bilmir, hamıya inad.
Şəhərlər boylanır pəncərəsindən,
Dağlar da səs alır qatar səsindən.

Küləklə yarışır, dumanı yarır,
Mənzillər qısalır, yollar daralır.
Uzaq da gözündə tez yaxınlaşır,
Həsrətli qəlbləri tez qovuşdurur,
Gümüşü bir ox tək sürətlə çatır.

8 may 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qələbə günü və ya SAVAŞIN QANSIZ ÜZÜ

Baxış bucağı
SAVAŞIN QANSIZ ÜZÜ

Epiqraf əvəzi:
Babamızdan qalma bir misal var: çörəyini yeyib sənə xəyanət edəni qovma, onu çörək özü tutacaq.
Kəndimizdə bunu hamı bilir…
Müəllifdən

Kərəm Məmmədli– Borçalını, Dilavər Əzimlini gözdən iraq görənlər tarix meydanında at oynadır… Cavanşir, Babək, Koroğlu, Xətayi , Vaqif, Nəbi , Həcər , Mirzə Fətəli… Nəriman Nərimanov, Səməd Vurğun… hədəfdədir…
Tarix (ədəbiyyat) İnstitutu elnurlardan, sərdarlardan beləmi ehtiyatlanır…

Mən iki- üç cümləlik qeydimlə mütəxəssislərə eyham elədim ki, hardasınız, görünün, sözünüzü deyin…
Ancaq mütəxəssislər yox, Galib S-ov adlı birisi ortalığa çıxdı…
Ziyalılıqla bir araya sığmayan hədyanlar yazdı;Siz də oxuyun
Bəli, Galib S-ov yazır: “Elnur yüz ildir bolşevizmin sizə qəhrəman kimi soxuşdurduğu anti qəhrəmanları ifşa edir. Siz isə cəhalət və qəflətdən ayrılmaq istəmirsiniz. Neyləyəcək “inistitutşiklər” Elnur bəyə? Azərbaycanda real tarixi bilən tək alimdir! Allah onu qorusun”
Bu, Galib S-ovun “ziyalı” mövqeyidir
Nə deyəsən…Böyük elm məbədinin əməkdaşlarını “institutşiklər ” adlandırır…
Galib S-ov un, bu andırabadi adın sahibinin bu hazır cavabından sonra düşünürəm ki, xalqın ruhunu yaşadan tarixə hücumlar hansısa bir mərkəzdən idarə olunur
Yoxsa o, açıq — aşkar bu cür xəncər çəkməzdi..
Hörmətli oxucular!
Qısa qeydlərində onun opponentlik iddiasında olduğu şəxsə ,
yəni mənə hansı səviyyədə
” mədəniyyətli” münasibətinə də özünüz dəyər verin…
Qaldı cəhalət məsələsinə münasibət…
Bəli savadsızlıq özü cəhalətdir…
Nə isə… meydanı boş görəndə qorxaqlar da , cılızlar da özünü qəhrəman hesab edir…

16.09.2025.

Mənbə:Elirza Xelefli

MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Söz odası” jurnalının ilk sayı çapdan çıxıb

“Söz odası” jurnalının ilk sayı çapdan çıxıb

Tanınmış şair Elşən Əzimin baş redaktorluğu ilə nəşr olunan “Söz odası” jurnalının ilk sayı çapdan çıxıb. Yeni ədəbi-mədəni nəşr müasir ədəbiyyatın, poeziyanın və publisistikanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

YAZARLAR.AZ xəbər verir ki, jurnalın ilk sayında müxtəlif mövzularda ədəbi yazılar, şeirlər, esselər və mədəniyyət sahəsinə dair maraqlı materiallar yer alıb. “Söz odası”nın yaradıcı heyəti oxuculara fərqli və keyfiyyətli məzmun təqdim etməyi hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, nəşrin baş redaktoru olan Elşən Əzim Azərbaycan ədəbi mühitində seçilən imzalardandır:

“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi

Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi

Mayın 8-də M.F.Axundov adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə “Tarixdə iz, xatirələrdə işıq” mövzusunda tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu il müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən və Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. Direktor Ulu Öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısından da bəhs edib. Professor Kərim Tahirov Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin onun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında Heydər Əliyevin bizim üçün qoyduğu ən böyük əmanətin bu dövlət və gənc nəsil üçün gördüyü işlər olduğunu vurğulayıb. O, qeyd edib ki, Ulu Öndər öz ömrünü dövlətin bütövləşməsi, xalqın suverenliyi və azadlığı yolunda qurban verib.

Milli Məclisin üzvü Asif Əsgərov Heydər Əliyev haqqında danışmağın həm fəxarət, həm də çox çətin bir iş olduğunu diqqətə çatdıraraq, Ulu öndərin müstəqil Azərbaycanın memarı olduğunu, onun Azərbaycana qayıdışının xalqımızın, dövlətçiliyimizin xilası olduğunu bildirib.

Milli Məclisin deputatı Elnarə Akimova Heydər Əliyevin ədəbiyyatla, mədəniyyətlə bağllı görgüyü işlərdən bəhs edərək belə tədbirlərin Heydər Əliyev obrazını gənclərə tanıtmağımızda qiymətli rol oynadığını söyləyib. Ulu öndərin öz çıxışlarında ədəbiyyata, təhsilə, elmə, mədəniyyətə və yaradıcılığa böyük önəm verirdiyini diqqətə çatdıran millət vəkili bu dahi şəxsiyyətin milli mənəvi dəyərlərə qayğısının nəticəsi olduğunu xüsusilə vurğulamışdır.

Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və qələm adamları ilə yaxın münasibətdə olduğunu, daim bu sahəyə diqqət yetirdiyini bildirərək Azərbaycan mətbuatına Heydər Əliyev dövründə başlayan qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdiyini bildirmişdir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Tarix emləri doktoru Eynulla Mədətli çıxışında Heydər Əliyevin xatirəsinin həmişə işıqlı və əbədiyaşar olduğunu qeyd edərək, Ümummilli liderin şəxsiyyətinin formalaşmasında o dövrki ədəbi və siyasi mühitin böyük rolu olduğunu diqqətə çatdırmışdır.

Milli Məclisin üzvü Aydın Mirzəzadə Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, milli və mənəvi dəyərlərimizə sahib çıxdığını bildirmişdir. Onun Müstəqil Azərbaycanı ən müasir, yenilikçi bir dövlətə çevirdiyini vurğulayaraq, özündən sonrakı Azərbaycanın gedəcəyi strateji yolu cızdığını qeyd etmişdir.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ümummilli lider Heydər Əliyev” adllı Elektron məlumat bazası təqdim olundu və sonra iştirakçılar ənənəvi kitab sərgisi ilə tanış oldular.

Sonda xatirə şəkli çəkdirdilər.

https://www.millikitabxana.az/news/tarixde-iz_-xatirelerde-ishiq

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

8 may və sonsuzluq

Bu gün Şəhid Polkovnik İlqar Mirzəyevin anadan olduğu gündür. Ruhu şad olsun:

QARDAŞ
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.


Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…


İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…


Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…


Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Qəhrəman Polkovnik İlqar Mirzəyevin əziz xatirəsinə həsr olunur

Milli Qəhrəman Polkovnik İlqar Mirzəyevin əziz xatirəsinə
ZƏFƏR YOLU
(esse)
      Bəzən tarix səssiz yazılır. Nə böyük gurultular olur, nə də əvvəlcədən görünən möcüzələr. Hər şey adi görünən bir günün içindən başlayır. İnsanlar işinə gedir, analar övladına dualar edir, uşaqlar gələcək haqqında xəyal qurur. Amma elə günlər olur ki, həmin günlər sonradan millətin taleyini dəyişən başlanğıca çevrilir.
     Azərbaycan tarixində belə günlər az olmayıb. Lakin 2020-ci ilin Vətən savaşına aparan yol tamam başqa idi. Bu yol təkcə silahların danışdığı cəbhə yolu deyildi. Bu yol millətin özünə qayıdışı idi. Bu yol unutduğunu xatırlamaq, itirdiyini geri almaq, sınmış qüruru yenidən ayağa qaldırmaq yolu idi.
     O yolun başlanğıcında duranlardan biri də Polkovnik İlqar Mirzəyev idi.
     Bəzən böyük adamlar böyük sözlərlə deyil, böyük duruşları ilə tarixə çevrilirlər. Elə insanlar var ki, onlar yaşadıqları müddətdə nümunə olur, şəhid olduqdan sonra isə millətin yaddaşına çevrilirlər. Onların həyatı tərcümeyi-hal olmaqdan çıxır, xalqın mənəvi sərvətinə dönür.
    İlqar Mirzəyev də belə oğullardan idi.
    O, gülə-gülə getmişdi. Çünki vətən uğrunda döyüşə gedən adam qorxunun nə olduğunu bilməz. Vətən sevgisi ilə yaşayan insan ölüm anlayışını da başqa cür qəbul edir. Çünki onun üçün torpaq sadəcə coğrafiya deyil. Ana nəfəsi, ata öyüdü, uşaqlıq xatirəsi, müqəddəs əmanətdir.
     Şəhidlik zirvəsinə yüksələnlər torpağa girmirlər. Əksinə, torpağın ruhuna çevrilirlər.
     İlqar Mirzəyev fiziki olaraq bir insan idi. Lakin şəhidlik onu yüz minlərin ruhuna çevirdi. Gedəndə tək getdi, qayıdanda milyonların qəlbində yer aldı. Onun yoxluğu xalqın içində böyük boşluq yaratmadı, əksinə, böyük bir oyanış yaratdı.
     Çünki bəzən bir insanın susması milyonları danışdırır.
      Azərbaycan uzun illər işğal ağrısı yaşadı. Qarabağın həsrəti nəsillərin yaddaşına yazıldı. Məcburi köçkün həyatı yaşayan insanların gözündəki nisgil, şəhid analarının qəlbindəki yanğı, torpağını itirmiş millətin içindəki qürur yarası hər gün böyüyürdü.
     Amma millətlər tarix səhnəsində yalnız ağlamaq üçün yaşamır.
    Bir gün gəlir, ağrı gücə çevrilir.
    Bir gün gəlir, kədər qələbəyə yol açır.
    Bir gün gəlir, şəhidlərin qanı torpağın taleyini dəyişir.
    2020-ci ilin Böyük Zəfəri də məhz belə yarandı.
    Bu Zəfər bir gündə qazanılmadı. Onun təməli illərlə çəkilən ağrıların, səbrin, inamın və qəhrəmanlığın üzərində quruldu. Şəhidlər öz qanları ilə torpağın yaddaşını oyatdılar.
     Onlar yatmadılar.
     Onlar yatanları oyatdılar.
     Onlar millətə ayağa qalxmağı öyrətdilər.
     Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar bir amal ətrafında birləşdi. Siyasi baxışlar, fərqli düşüncələr, gündəlik narazılıqlar ikinci plana keçdi. Millət bir yumruq oldu.
      Çünki Vətən çağırırdı.
      Tarixin böyük anlarında xalq öz həqiqi simasını göstərir. Azərbaycan xalqı da öz həqiqi kimliyini göstərdi. Cəbhədə əsgər döyüşürdü, arxada xalq dayanırdı. Hər ev bir qərargaha çevrilmişdi. Hər dua bir sipər idi.
     Şuşaya gedən yol təkcə dağlardan keçmirdi.
     O yol şəhidlərin ruhundan keçirdi.
     O yol anaların göz yaşından keçirdi.
     O yol xalqın birliyindən keçirdi.
     İlqar Mirzəyev kimi qəhrəmanlar öz həyatları ilə sübut etdilər ki, Vətən sevgisi sadəcə söz deyil. O, məsuliyyətdir. O, fədakarlıqdır. O, lazım gəldikdə canını belə tərəddüd etmədən torpağa əmanət edə bilməkdir.
     Tarixdə bir çox xalqların qəhrəmanlıq  dastanları var. Ancaq Azərbaycanın “Zəfər yolu” tamam fərqlidir.
       Bəzi dastanların müəllifi qələm olmur.
       Qan olur.
       Cəsarət olur.
        İnam olur.
        Azərbaycanın “Zəfər yolu” kitabı da belə yazıldı.
        Bu kitabın hər səhifəsində bir şəhid adı var.
        Hər cümləsində bir ana duası.
        Hər nöqtəsində bir əsgər nəfəsi.
        Bu dastanı oxumaq üçün sadəcə savad yetməz.
       Bu dastanı anlamaq üçün ürək lazımdır.
       Çünki şəhidlik adi hadisə deyil.
       Şəhidlik millətin ölməzlik möhürüdür.
       Polkovnik İlqar Mirzəyev və onun kimi Vətən oğulları Azərbaycanın sabahına çevrildilər. Onlar torpağın altında yox, xalqın qəlbində yaşayırlar.
       Çünki həqiqi qəhrəmanlar ölmür.
       Onlar Vətən adlı əbədi kitabın ən müqəddəs səhifəsinə çevrilirlər.
     Və həmin səhifələr zaman keçdikcə köhnəlmir.
     Əksinə…
     Daha aydın oxunur.
     Daha dərindən anlaşılı
     Daha böyük qürurla yaşanır.
     Ruhunuz şad olsun, Vətənin qəhrəman oğulları.
     Azərbaycan sizi unutmayacaq.
14.07.2022. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Interview with Zaur Ustac

Interview with Zaur Ustac

1. What inspired you to write “A Book with the Scent of Roses”?

The main inspiration behind A Book with the Scent of Roses was my deep admiration for Azerbaijani poetry and the spiritual beauty hidden within our literary heritage. While reading the poems of Qandab Haqverdi, I felt a sincere emotional and cultural richness that deserved broader literary attention. I wanted to present that beauty to readers through analysis, reflection, and artistic interpretation.

2. How did you choose Qandab Haqverdi’s (Aliyeva) “Fragrant Flowers” to analyze in your book?

Fragrant Flowers attracted my attention because of its sincerity, lyrical spirit, and strong connection to national values. The poems carry deep emotional layers while preserving the simplicity and elegance of the Azerbaijani poetic tradition. I believed that analyzing this work would help readers better understand the spiritual world of the author and the cultural atmosphere reflected in her poetry.

3. What is the significance of analyzing literary works in understanding Azerbaijani culture?

Literature is the spiritual memory of a nation. By analyzing literary works, we better understand the traditions, moral values, historical experiences, and emotional world of the Azerbaijani people. Poetry and prose preserve the voice of generations. Through literary analysis, we not only study texts, but also discover the national identity and worldview of our people.

4. How do you see the role of poetry in expressing national culture and identity?

Poetry has always been one of the strongest expressions of Azerbaijani national identity. From classical poets to modern writers, poetry reflects our love, pain, patriotism, and moral values. Azerbaijani poetry carries the spirit of our language, folklore, music, and traditions. It protects our cultural identity and passes it on to future generations.

5. What challenges did you face while writing “A Book with the Scent of Roses”?

One of the greatest challenges was approaching the literary material with complete objectivity while still preserving its emotional atmosphere. I also wanted to maintain a balance between academic analysis and artistic language so that both scholars and ordinary readers could enjoy the book. Another challenge was presenting poetic subtleties in a way that would not weaken their original beauty.

6. How do you think your book will impact Azerbaijani readers?

I hope the book will encourage readers to pay more attention to contemporary Azerbaijani literature and especially to poetic creativity. I would be happy if readers discover new literary perspectives and become more interested in analyzing literary texts. I also believe the book can strengthen appreciation for national literary values among younger generations.

7. Are there plans to publish the book in other countries or translate it into other languages?

Yes, I would very much like to see the book translated into other languages and introduced to international readers. Azerbaijani literature possesses a rich artistic and philosophical heritage that deserves global recognition. Translation projects would help build cultural bridges and promote Azerbaijani literary thought abroad.

8. How do you see the future of Azerbaijani literature?

I believe the future of Azerbaijani literature is promising. Today, many talented young writers and poets are emerging with fresh ideas and modern literary approaches while still respecting national traditions. If literature continues to receive proper support from publishers, cultural institutions, and readers, Azerbaijani literature will become even more visible internationally.

9. What is the importance of preserving Azerbaijani literary heritage?

Preserving literary heritage means protecting the cultural soul of the nation. Our classical and modern literary works reflect centuries of wisdom, ethics, and artistic thought. If we fail to preserve and study this heritage, future generations may lose connection with their cultural roots. Therefore, literary preservation is not only a cultural duty, but also a national responsibility.

10. How do you see the role of publishers and editors in supporting Azerbaijani literature?

Publishers and editors play a crucial role in the literary process. They help authors reach readers, improve the quality of publications, and support the promotion of literary works. Professional editorial work and strong publishing initiatives can significantly contribute to the development and international recognition of Azerbaijani literature.

11. What advice would you give to young Azerbaijani poets and writers?

I would advise young writers to read extensively, remain loyal to their native language, and write sincerely. Literature requires patience, discipline, and continuous self-development. At the same time, writers should never lose their individuality while following literary trends. True literature is created through honesty, deep observation, and spiritual responsibility.

12. Do you have any upcoming literary projects planned?

Yes, I am currently working on several new literary and publicistic projects related to Azerbaijani poetry, literary criticism, and cultural heritage. I also plan to continue researching contemporary Azerbaijani authors and contributing to the promotion of our national literature both locally and internationally.

In Azerbaijani language /Azərbaycan dilində:

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB – PDF

Zaur Ustac ilə müsahibə

  1. “Gül ətirli kitab” əsərini yazmağa sizi nə ilhamlandırdı?
    “Gül ətirli kitab” əsərinin yaranmasının əsas ilham mənbəyi Azərbaycan poeziyasına və milli ədəbi irsimizin mənəvi gözəlliyinə olan dərin sevgim olmuşdur. Qəndab Haqverdinin şeirlərini oxuyarkən orada səmimi duyğuların, milli-mədəni zənginliyin böyük bir poetik güclə ifadə olunduğunu hiss etdim. Bu gözəlliyi təhlil, düşüncə və bədii yozum vasitəsilə oxuculara təqdim etmək istədim.
  2. Kitabınızda Qəndab Haqverdinin (Əliyeva) “Ətirli güllər” əsərini təhlil etmək qərarına necə gəldiniz?
    “Ətirli güllər” əsəri səmimiyyəti, lirik ruhu və milli dəyərlərlə sıx bağlılığı ilə diqqətimi cəlb etdi. Bu şeirlər Azərbaycan poeziya ənənəsinin sadəliyini və zərifliyini qorumaqla yanaşı, dərin emosional qatlara malikdir. Düşündüm ki, bu əsərin təhlili oxuculara müəllifin mənəvi dünyasını və poeziyasında əks olunan mədəni mühiti daha yaxşı anlamağa kömək edəcək.
  3. Azərbaycan mədəniyyətini anlamaqda ədəbi əsərlərin təhlilinin əhəmiyyəti nədir?
    Ədəbiyyat xalqın mənəvi yaddaşıdır. Ədəbi əsərləri təhlil etməklə biz Azərbaycan xalqının adət-ənənələrini, mənəvi dəyərlərini, tarixi təcrübəsini və duyğu dünyasını daha yaxşı anlayırıq. Poeziya və nəsr nəsillərin səsini yaşadır. Ədəbi təhlil vasitəsilə biz yalnız mətnləri öyrənmir, həm də xalqımızın milli kimliyini və dünyagörüşünü kəşf edirik.
  4. Milli mədəniyyətin və kimliyin ifadəsində poeziyanın rolunu necə görürsünüz?
    Poeziya hər zaman Azərbaycan milli kimliyinin ən güclü ifadə vasitələrindən biri olmuşdur. Klassik şairlərdən müasir yazarlara qədər poeziya sevgimizi, ağrımızı, vətənpərvərliyimizi və mənəvi dəyərlərimizi əks etdirir. Azərbaycan poeziyası dilimizin, folklorumuzun, musiqimizin və adətlərimizin ruhunu daşıyır. O, milli kimliyimizi qoruyur və gələcək nəsillərə ötürür.
  5. “Gül ətirli kitab” əsərini yazarkən hansı çətinliklərlə qarşılaşdınız?
    Ən böyük çətinliklərdən biri ədəbi materiala tam obyektiv yanaşmaqla yanaşı, onun emosional atmosferini qoruyub saxlamaq idi. Həmçinin istəyirdim ki, akademik təhlillə bədii dili taraz şəkildə təqdim edim ki, həm alimlər, həm də adi oxucular kitabdan zövq ala bilsinlər. Digər bir çətinlik isə poetik incəlikləri onların ilkin gözəlliyini zəiflətmədən təqdim etmək idi.
  6. Sizcə kitabınız Azərbaycan oxucularına necə təsir göstərəcək?
    Ümidvaram ki, kitab oxucuları müasir Azərbaycan ədəbiyyatına, xüsusilə də poetik yaradıcılığa daha çox diqqət yetirməyə təşviq edəcək. Oxucuların yeni ədəbi baxışlar kəşf etməsi və ədəbi mətnlərin təhlilinə daha çox maraq göstərməsi məni sevindirərdi. Həmçinin düşünürəm ki, bu kitab gənc nəsildə milli ədəbi dəyərlərə olan sevgini daha da gücləndirə bilər.
  7. Kitabın başqa ölkələrdə nəşri və ya başqa dillərə tərcüməsi planlaşdırılırmı?
    Bəli, kitabın başqa dillərə tərcümə olunmasını və beynəlxalq oxuculara təqdim edilməsini çox istərdim. Azərbaycan ədəbiyyatı zəngin bədii və fəlsəfi irsə malikdir və dünya miqyasında tanınmağa layiqdir. Tərcümə layihələri mədəni körpülərin qurulmasına və Azərbaycan ədəbi düşüncəsinin xaricdə tanıdılmasına kömək edərdi.
  8. Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsünüz?
    Mən Azərbaycan ədəbiyyatının gələcəyini ümidverici hesab edirəm. Bu gün milli ənənələrə sadiq qalmaqla yanaşı, yeni ideyalar və müasir ədəbi yanaşmalarla çıxış edən çoxlu istedadlı gənc yazar və şairlər yetişir. Ədəbiyyat nəşriyyatlar, mədəniyyət qurumları və oxucular tərəfindən lazımi dəstəyi almağa davam etsə, Azərbaycan ədəbiyyatı beynəlxalq səviyyədə daha da görünən olacaq.
  9. Azərbaycan ədəbi irsinin qorunmasının əhəmiyyəti nədir?
    Ədəbi irsi qorumaq millətin mənəvi ruhunu qorumaq deməkdir. Klassik və müasir ədəbi əsərlərimiz əsrlərlə formalaşmış müdrikliyi, əxlaqı və bədii düşüncəni əks etdirir. Əgər bu irsi qoruyub öyrənməsək, gələcək nəsillər öz mədəni kökləri ilə bağlarını itirə bilərlər. Buna görə də ədəbi irsin qorunması yalnız mədəni vəzifə deyil, həm də milli məsuliyyətdir.
  10. Azərbaycan ədəbiyyatının dəstəklənməsində nəşriyyat və redaktorların rolunu necə qiymətləndirirsiniz?
    Nəşriyyatlar və redaktorlar ədəbi prosesdə çox mühüm rol oynayırlar. Onlar müəlliflərin oxuculara çatmasına, nəşrlərin keyfiyyətinin yüksəlməsinə və ədəbi əsərlərin tanıdılmasına kömək edirlər. Peşəkar redaktə işi və güclü nəşriyyat təşəbbüsləri Azərbaycan ədəbiyyatının inkişafına və beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər.
  11. Gənc Azərbaycan şair və yazıçılarına hansı tövsiyələri verərdiniz?
    Gənc yazarlara çox oxumağı, ana dilinə sadiq qalmağı və səmimi yazmağı tövsiyə edərdim. Ədəbiyyat səbir, intizam və davamlı özünüinkişaf tələb edir. Eyni zamanda, yazıçılar ədəbi tendensiyaları izləyərkən öz fərdiliklərini itirməməlidirlər. Həqiqi ədəbiyyat dürüstlük, dərin müşahidə və mənəvi məsuliyyət üzərində qurulur.
  12. Qarşıdakı dövr üçün yeni ədəbi layihələriniz varmı?
    Bəli, hazırda Azərbaycan poeziyası, ədəbi tənqid və mədəni irslə bağlı bir neçə yeni ədəbi və publisistik layihə üzərində çalışıram. Həmçinin müasir Azərbaycan müəlliflərini araşdırmağa və milli ədəbiyyatımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyə davam etməyi planlaşdırıram.

Interview conducted by / Söhbətləşdi: Turkia Loucif

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]