“Bəyaz Durnalar” adlı kitabın təqdimatı keçirilib

“Bəyaz Durnalar” adlı kitabın təqdimatı keçirilib

Lalə İsmayılın “Bəyaz Durnalar” adlı kitabının təqdimatı keçirilib. Müəllif bu barədə təəssüratlarını bölüşüb:

“05.08.2026-cı il tarixində qardaşım İsmayıl Barat oğlu İsmayılovun doğum günü və həm də mənim yeddi qəhraman şəhid polisimizin əziz xatirəsinə ithaf etdiyim “Bəyaz Durnalar” adlı şeir Kitabımın təqdimat mərasimi qeyd edildi.
Xatırladım ki, kitab Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlının və Əmək qəhramanı Tərlan xanım Musayevanın dəstəyi, Xalq şairimiz Nəriman Həsənzadənin xeyir-duası ilə işıq üzü görüb.
Bu isti yay günündə xoş istirahətindən qalıb, bizimlə görüşə gələn çox dəyərli, doğma, əziz insanlara və kitabın çap olunmasında əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Əslində isti hava şəraiti və istirahət ayı olduğunu düşünərək qonaqlarımızın o qədər çox olacağına inanmırdım.
Deməli, bir daha inandım ki, könlü, ruhu zəngin insanların istəkləri əngəl tanımaz.
Görüşümüzü şərəfləndirən şəhid ata anaları, şəhid yarları, şəhid bacı qardaşları ilə birgə qələm, söz adamları, müəllimlər, şagirdlər, dostlar, qohumlar, dəyərli insanların səmimi çıxışları, isti, doğma münasibətləri oldu.
Hər kəsin çıxışı üçün zaman ayırmaq məkanda bizlər üçün ayrılmış vaxta sığmadı. Həm də gələn qonaqların sayına nisbətən yerin darısqallığı rahatsızlıq yarada bilərdi. Əgər kimsə bizlərdən incik getdisə, üzr istəyirəm.
Təbii ki, mənə də xoş olardı bütün qonaqlarımızın ürək sözlərini, təbrik və xeyir-dualarını eşitmək.
Sağlıq olsun. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir