Yusif Mürsəl. Qapılar.

Dünya elə hiyləgərdi,
İti yal ilə aldadır.
Solu sağa möhtac edir,
Sağı sol ilə aldadır.
Fizulidən üzü bəri,
Səhra oldu eşqin yeri,
Gözəl qızlar şairləri
Qara xal ilə aldadır.
Kimə atdıq daşımızı,
Oynadıb göz-qaşımızı,
Arı sancır,başımızı
Şirin bal ilə aldadır.
Ya piyada,ya da atlı,
Getməlisən,bu həyatdı,
Şərab bizi bir saatlıq
“Xoşbəxt”hal ilə aldadır.
Bir ağ rəng var,bir də qara,
Çəkən bilir çəkir hara,
Şeytan bizi salır tora,
Şirin dil ilə aldadır.
Günlər keçir,quş qanadlı,
Biri dadsız,biri dadlı,
Ölüm bizi həyat adlı
Uzun yol ilə aldadır.

* * *

Qapılar
Niyə belə gec açılır
Bizə açılan qapılar.
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
Gözləyirik yana-yana
Səbrimiz yetdikcə sona
Qırxa,əlliyə,doxsana
Yüzə açılan qapılar.
Heç bilmirsən nədir dərdi
Qovub namərd edir mərdi
Barmağın sayı qədərdi
Düzə açılan qapılar.
Kim öyrədib bu sənəti
Guya açılmağı çətin
Hər gün açılır xəlvəti
Naza açılan qapılar.
Əriyirik ilmə-ilmə
Oğulsansa gəl bükülmə
“Yuxarıdan”bircə kəlmə
Sözə açılan qapılar.
Səbr eyləyək deyə-deyə
Ah-naləmiz çıxdı göyə
Qalmayıb halal çörəyə
Duza açılan qapılar.
Niyə belə gec açılır
Bizə açılan qapılar.
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.

Müəllif: Yusif Mürsəl


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir