
Elə istəyirəm
Elə istəyirəm – bir külək əsə,
Əsə şıltaq külək, kür külək əsə.
Diksinə titrəyə Yer, külək əsə
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir yağış yağa.
Yağa leysan kimi, gur yağış yağa.
Təpə gözlərinə Yer, yağış yağa
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir günəş doğa.
Doğa üzümüzə nur, günəş doğa.
Gərnəşə, əsnəyə Yer, günəş doğa
Elə istəyirəm, elə – İlahi!
…Hələ ümidim var, hələ İlahi!
Beləyəm mən də bax, belə, İlahi!
Neyləyim, özümdən asılı deyil –
Elə istəyirəm, elə – İlahi!
Müəllif: Zöhrab Mehdi
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru