
Sözün əhəmiyyəti
Sözlər bir dəyərdir kimi aşağı,
Kimi insanlıqda üstdə dayanır.
Kimi söz sözləyir yersiz bayağı,
Kimi danışdıqda ruhlar oyanır.
Sözlərin insana bir mükafatı,
Hörmət qazandırmaq, ad gətirməkdir.
Bir haqq üstələyər yüz xurafatı,
Yalanın peşəsi dad! gətirməkdir.
Sözlər məna vaxtı, yozum anında,
Gah bahar, xəzan tək əsərin qoyar.
Anlayış zamanı, çözüm anında,
Təsirin göstərib kəsərin qoyar.
Camal, sözlərini seçib ələkdən,
Dinməyi öyrənib, susmağı bacar.
Çıxarıb dəyişib yerin ürəkdən,
Sözləri yerinə asmağı bacar.
11.04.24.
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r