
SƏNSƏN TALİSMANIM, CƏLİLABADIM
Hər döyşdə igidlərin ad olub,
Ad olanlar uçmağa qanad olub.
Ulduzların yaxasından od alıb,
Bu sübh gözlü danım, Cəlilabadım.
Könüllərdə yerin düzüm-düzüm ki,
Bal dadından şirə çəkib sözüm ki.
Harda olsam,üstündədir gözüm ki,
Ey şöhrətim-şanım Cəlilabadım.
Bu milləti qurtarıb çox tuzaqdan,
Qazan köşkü əl eləyir uzaqdan.
Köks ötürüb şair dostum Qazaxdan,-
Səni deyir, canım Cəlilabadım.
Qismətinmiş bu yır-yığış,köç nədən?
Mişarçaydan bir udum iç köçmədən.
Bu dünyada qorxum yoxdur heç nədən,
Sənsən talismanım, Cəlilabadım.
Müəllif: Əlirza Həsrət
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru