ÖYÜNÜB DEMƏ Kİ DÜNYA MƏNİMDİR

ÖYÜNÜB DEMƏ Kİ DÜNYA MƏNİMDİR
(Varsağı)
Bəxtin gətirəndə lovğalanma çox,
Öyünüb demə ki dünya mənimdir.
Biz gəldi-gedərik, cahan əbədi,
Öyünüb demə ki dünya mənimdir.

Uca tut əməlin, sözün yerini,
Zülmətə nur saçar fikrin dərini,
Ətrafa yaxşı bax, aç gözlərini,
Öyünüb demə ki dünya mənimdir.

Valehəm, yolumu zirvədən saldım,
Suallar çoxaldı xəyala daldım,
Həyatdan bir müdrik cavab da aldım,
Öyünüb demə ki dünya mənimdir.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir