
BİLSƏN Kİ, NECƏ
Bilsən ki, necə xəstədi can, mehrinə, ey yar,
Hər dəm gözünün düşmədədi sehrinə, ey yar.
Düşmənlərə nisbət gülürəm, məzuru varmı?
Biçarə canım yanmadadı qəhrinə, ey yar.
Gəl, gəl ki, gözün qarəsinın həsrəti sənsən,
Kirpikli qalaynan qorunan şəhrinə, ey yar.
Hərçəndi şirindir kədəri, möhnəti eşqin,
Bəsdirmi ki daldım yalanın bəhrinə, ey yar.
Məcnun ilə Leyla bizə hər dəm məsəl olmuş,
Zeynəb də zamanın baxacaq dəhrinə, ey yar.
Müəllif: Zeynəb Cəmaləddin