
AZADLIQ
Azadlıq —
Bir söz,
Amma bütün mənaları özündə daşıyan…
Bu – xoşbəxtlikdir,
Bu – ahəngdir,
Bu – hörmətdir.
Amma biz nə edirik?
İnsan insanı öldürür,
İnsan insanı idarə edir…
Azadlıq –
Qanadsız iki quş arasında oynanan bir oyun.
Azadlıq –
İki ac mədənin içində gizlənən bir ümiddir.
Azadlıq,
Elefteriya –
Doğacaq günəşi gözləyən bir günəşdir.
Bizim günlərimizdə,
Bizim əsrimizdə
İkinci bir təhsil sisteminə ehtiyacımız var –
Yeni sözlər yazmaq,
Yaxud köhnələrin mənasını yenidən öyrənmək üçün.
Müəllif: Eva Lianou Petropoulou
Tərcümə: Cahangir NAMAZOV