İnsan kitabla insan olur

İnsan kitabla insan olur

İnsanın həyatında elə bir həqiqət var ki, onu hamı hiss edir, amma hamı dərk etmir: İnsan kitabla insan olur. Çünki kitab sadəcə kağız yığını deyil insanlığın yaddaşı, bəşəriyyətin şüuru, bir millətin ruhu, bir fərdin gerçək kimliyidir. Kitabsız yaşamaq isə, əslində, “yaşamaq” deyil var olmağın ən xam, ən natamam formasıdır. Fəlsəfə deyir ki, insanın içində iki dünya var: gördüyü dünya və anladığı dünya. Kitab birincini ikincisinə çevirən alətdir. Platon “mağara” alleqoriyasında insanları divara düşən kölgələrlə aldadılan məxluqlar kimi təsvir edirdi. Onların həqiqəti görməsi üçün ilk şərt oxumaq, öyrənmək, təfəkkür etməkdir. Kitab insanı mağaradan çıxaran işıqdır.Kitabsız insan dünya hadisələrini görür, amma ərinə bilmir.

Görür ki, cəmiyyət çalxalanır – səbəbini anlamır.
Görür ki, insanlar dəyişir – kökünü anlamır.
Görür ki, həyat çətindir – məntiqini anlamır.
Yəni görüntü var, amma təfəkkür yoxdur.

Filosofların dediyi kimi: Oxumayan beynin gözü açıq, amma şüuru qaranlıqdır. Kitab insana “Niyə?” sualını verir. Bu sual isə insanı yuxudan oyadır. Oxumayan adam sualsız yaşadığı üçün, əslində, başqasının həyatını yaşayır öz həyatını yox. Psixologiyada bir qanun var: “İnsanın şəxsiyyəti onun oxuduqlarının toplamıdır.” Kitab oxumaq beynin strukturunu dəyişdirir. Bu sadəcə metafora deyil neyroelm bunu sübut edib: Oxu zamanı beynin 7 əsas neyron mərkəzi eyni anda aktivləşir. Bu aktivləşmə insanın qərarvermə, yaddaş, empatiya və emosional dayanıqlıq funksiyalarını gücləndirir. Müntəzəm oxuyan insanların streslə mübarizə qabiliyyəti 68% daha yüksəkdir. Yəni kitab ruhu sakitləşdirir deyəndə bu yalnız ədəbi söz deyil elmi faktdır. Kitabsız insanın psixologiyası çox vaxt: dar olur, çünki yeni perspektiv görmür; qırılgan olur, çünki daxili dayağı yoxdur; emosional olur, çünki analitik düşüncə inkişaf etmir; aqressiv olur, çünki empatiya zəifdir; manevr qabiliyyəti aşağı olur, çünki müəyyən situasiyalar üçün təcrübə bazası yox dərəcəsindədir. Kitab oxuyan insan isə sən demə, təkcə başqalarının taleyini oxumur özünün potensial versiyalarını oxuyur. Hər roman, hər qəhrəman, hər faciə ona: “Bu vəziyyətdə sən nə edərdin?” deyə sual verir. Bu isə xarakteri formalaşdırır. Tarix bir həqiqəti dəfələrlə sübut edib: Millətləri güclü edən ordu deyil, iqtisadiyyat deyil, torpaq deyil. Millətlərin gücü kitabdan başlayır.

8-10 əsrlərdə müsəlman alimlərinin yaratdığı sivilizasiya məhz kitab mədəniyyəti üzərində quruldu.
Bagdadda “Beytül-Hikmə” ildə minlərlə kitab tərcümə edirdi. İbn Sina 450-dən çox kitab yazdı. Bəlxililər, Əl-Biruni, Əl-Xarəzmi hamısı kitab insanıdır. Həmin dövrdə Avropa qaranlıqda idi. Baxın sivilizasiyanı kim idar edirdi? kitabı olan tərəf. Avropa Renessansı da kitabın kütləvi çapı ilə başladı. Gutenberqin çap maşını Avropanı “karanlıqdan” çıxardı. 800 illik kilsə senzurasını kitab sındırdı. 1868-ci ildən sonra Yaponiya 30 ildə imperiya oldu. Necə? Çünki hökumət ölkəyə 2,5 milyon kitab gətirdi və bütün əhali oxumağı öyrəndi. Mirzə Fətəli, Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir hamısının mübarizəsi nə idi? “Oxu! Söz işıqdır!” Çünki maarifçilər bilirdilər ki, kitabı olmayan millət kor bir gəmi kimidir ümidlərlə üzür, amma istiqaməti yoxdur. Səmavi dinlərin hamısında bir həqiqət var: Allah sözlə danışır, kitabla tanıdır, hikmətlə yönləndirir. İlk əmri xatırla: “İqra!” – “Oxu!”. Deməli dinin də başlanğıcı kitabdır. Niyə? Çünki kitab yalnız məlumat vermir insanı dəyişdirir. Peyğəmbərlərin işi nə idi?, Milləti dəyişdirmək?, Dünyanı islah etmək?, Əxlaqı möhkəmləndirmək?, Bütün bunların aləti nə idi? KİTAB. Deməli kitabı olmayan insan təkcə dünyasını yox, axirətini də qaranlıqda qoyur.

Kitabsız insan: Gözü var amma görünəni görür, görünməyəni yox. Qulağı var amma səsi eşidir, hikməti yox. Dili var amma danışır, dərk etmir. Beyni var amma düşünmür, reaksiya verir. Ruhu var amma susuz bir çiçək kimidir

Kitab insana: Düşünmə gücü verir fəlsəfi qat. Daxili güc və empatiya verir psixoloji qat. Mədəniyyətin yaddaşını verir tarixi qat. Mənanın özünü verir dini qat

Kitabsız yaşamaq kor olmaqdır, çünki həyatın işığını görməyəcəksən. Kitabsız yaşamaq kar olmaqdır, çünki min illərin səsini eşitməyəcəksən. Kitabsız yaşamaq dilsiz olmaqdır, çünki dünyaya deyəcək sözün olmayacaq. Kitab oxumaq isə insanın özünü yenidən yaratmasıdır.

Mənbə və müəllif: Həsən Nağıyev

Həsən Nağıyevin digər yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir