NOVRUZ – dünyanın ən gözəl təbii bayramlarından biri!

NOVRUZ – dünyanın ən gözəl təbii bayramlarından biri!
Bütün Türk çevrəsində ən azı beş min ildir yazın gəlişi – Novruz Bayramı olaraq ortaq mədəniyyət dəyəri kimi qeyd olunur.
Hər il Martın 21-də el şənliyi kimi qeyd olunan Novruz bayramı təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edir.
Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, Başqırdıstanda və digər məkanlarda hələ eramızdan əvvəlki minilliklərdən başlayaraq Novruz Bayramı xalqları birləşdirən dəyər kimi oxşar ənənələri ilə yaşayır. Bu şənliklər bütün xalq tərəfindən coşqu ilə qeyd edilir.
…Bayramqabağı evlər silinib-süpürülür, təmizlənir, adamlar təzə paltar geyinir, hər evdə süfrələr bəzədilir. Süfrəyə səməni, paxlava, şəkərbura, qoğal, rənglənmiş yumurta düzülür, şam yandırılır, qazanlar asılır, dadlı milli xörəklər bişirilir…
Hər məhlədə tonqallar qalanır, qızlar, qadınlar, kişilər, cocuqlar tonqal ətrafında əylənir, oddan atılır, yallı gedir… Pəhləvanlar güləşir, kəndirbazlar cəsarətini göstərir, cıdırda yarışlar keçirilir… Qədim el havaları, mahnılar, rəqslər ifa olunur…
Meydan tamaşalarında Novruzun ənənəvi personajları Keçəllə Kosa şən zarafatları, məzəli atmacaları, hazırcavab dialoqları ilə camaatı şənləndirirlər…
Uşaq, yaşlı, cavan, qoca – hamısı bir yerdə deyir-gülür, yeni ilin gəlişini, təbiətin dəyişimini, torpağın oyanışını gözəl Novruz Bayramı olaraq elliklə qeyd edirlər.
Beləcə Türk yurduna bahar gəlir!
Novruz Bayramınız mübarək, dostlar!

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir