
O‘ZBEKISTON BILAN DO‘ST OZORBOYJON
Bir ildizdan ungan ikki guliston,
Yelkama-yelka turib doimo bir jon,
Allohim asrasin yurtlarni omon,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tariximiz tutash, yo‘llar ham bir yo‘l,
Qardoshlik rishtasi birlik tutgan qo‘l,
Bir dardda hamdardmiz, quvonchda ham ul,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tillarimiz o‘xshash, dil ham bir makon,
Qadriyatlar bizga aziz, bir imon,
Mehr bilan bog‘langan bu ikki jahon,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
To‘ylarimiz birga, kuylar ham bir xil,
Surnay-sadolarda uyg‘un har bir dil,
Sevinchga qo‘shilur quvonch yilma-yil,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Ajdodlar merosi yo‘limizga nur,
Ularning duosi bizlarga g‘urur,
Do‘stlik daraxtimiz barq urub surur,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Dunyo tan oladi bu pok do‘stlik,
Qadrlar yurakda barhayot tinchlik,
Abadiy ikkisi muqaddas suyuk,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Bayroqlar hilpirar osmon bag‘rida,
Orzular porlaydi xalqlar qalbida,
Hamkorlik gullaydi har bir asrida,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tinchlik yo‘lida ham birga qadamlar,
Yaxshilik hamrohdir begona g‘amlar,
Yorug‘ kelajakni qurmoqda damlar,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Mehr ila mustahkam bo‘lsin bu rishta,
Sadoqat yo‘ldoshi bo‘lsin har ishda,
Ikkisi mustakam eng buyuk kuchda,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
Qardoshlik qo‘shig‘i yangrar dillarda,
Ezgu niyat yashar pok ko‘ngillarda,
Bu do‘stlik yashasin uzoq yillarda,
O‘zbekiston bilan do‘st Ozorboyjon.
***
AZƏRBAYCAN DOSTUR ÖZBƏKİSTANA
Eyni kökdən bitən iki gülüstan,
Bir vücud, bir bədən, bir nəfəs, bir can,
Qorusun onları uca Yaradan,
Azərbaycan dostdur Özbəkistana.
Tarixdən başlayan yolumuz birdir,
Qardaşlıq bağıyla bağlanan teldir,
Bizi birləşdirən, sevinc, kədərdir,
Azərbaycan dostdur Özbəkistana.
Dillərimiz birdir, qəlbimiz birdir,
Dəyərlər, inanclar bizə əzizdir,
Aramızda sevgi safdır, təmizdir,
Azərbaycan dostdur Özbəkistana.
Səslənər toylarda eyni nəğmələr,
Zurna sədasında, ürək dincələr,
Sevinc böyüdükcə, kədər incələr,
Azərbaycan dostdur Özbəkistana.
Atalardan qalan miras bu sərvət,
Hər arzu, hər dilək, hər bir xoş niyyət,
Soy kök ağacımız bizə fəxarət,
Azərbaycan dostdur Özbəkistana.
Dünya bu dostluğa qoy duysun ilgi,
Yayılsın cahana xoş səda, bilgi
Daim var olduqca, müqəddəs sevgi
Azərbaycan dostdur Özbəkistana.
Göydə dalğalanır, bayraqlarımız,
Gerçəyə çevrilir, xəyallarımız,
Qoy duysun, eşitsin qardaşlarımız,
Azərbaycan dostdur Özbəkistana.
Biz birlikdə sülh yoluyla gedirik,
Hər millətə xeyirxahlıq edirik,
Aləmə car çəkib, bəyan edirik,
Azərbaycan dostdur Özbəkistana.
Qoy bizi bağlasın möhkəm məhəbbət,
Bizə yoldaş olsun, düzlük, sədaqət,
Bu bir yalan deyil, gerçək, həqiqət,
Azərbaycan dostdur Özbəkistana.
Bu dostluq yaşasın, saf ürəklərdə
Edilən duada, pak diləklərdə
Pıçıldasın , desin, qoy küləklərdə
Azərbaycan dostdur Özbəkistana.
Müəllif: Uzuloy Xaydarova
Tərcümə: Surxay Məhəmmədoğlu

Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında