
TƏXƏYYÜL ART GROUPUN” TƏŞKİLATÇILIĞI İLƏ “QARANOHURUN PAYIZ MƏNZƏRƏSİ” ADLI YARADICILIQ TURU KEÇİRİLDİ
Təbiətin əsrarəngiz rəngləri, rəssamların, şairlərin, musiqiçilərin təxəyyülü və sənətin birləşdiyi unudulmaz bir gü18 oktyabr 2026-cı il tarixində
Təxəyyül Art Group-un təşkilatçılığı ilə
Azərbaycanın füsunkar təbiətini tanıtmaq, payızın rəngarəng gözəlliklərini sənət vasitəsilə ifadə etmək və sənət adamlarının yaradıcılıq imkanlarını nümayiş etdirmək məqsədi daşıyan bu səfər iştirakçılar üçün həm təbiətlə ünsiyyət, həm də yaradıcı fəaliyyət baxımından maraqlı bir təcrübə oldu.
Yaradıcılıq turunun marşrutu Şamaxı şəhərindən başlayaraq İsmayıllı rayonunun Talıstan kəndi və Qaranohur gölü istiqamətində davam etdi. Yolboyu Azərbaycanın təbiət mənzərələri, dağların əzəməti, meşələrin payız libası və ətraf aləmin yaratdığı rəng harmoniyası iştirakçıların diqqətini cəlb etdi.
Tur içtirakçıları dağ maşınları ilə qalxaraq, Qaranohura çatdıqda füsünkar gözəlliyin içində, gözəl sənətkar Elçin İsmayıllının və musiqiçi dostlarının gözəl musiqisinə qulaq asaraq qarşılandılar.
Daha sonra rəssam Vüsalə Yunusovanın ideyası olaraq, yaradıcılıq turunun ən maraqlı məqamlarından biri qrup rəssamlarının – Natiq Nəcəfzadə, Vüsalə Yunusova, Qənirə Əsgərova, Fərəh Babayeva, Nərgiz Verdiyeva, Məryəm Abdullazadə payızın əsrarəngiz qızılı rənglərindən və isti rəng çalarlarından istifadə edərək çətirləri yaradıcı iş səthinə çevirdilər. Yəhya Cəlilov, Sara Quliyeva və Cahan Səfərova isə o gözəlliyi davam etdirdilər. Ənənəvi rəsm səthlərindən fərqli olaraq, çətir üzərində işləmək rənglərin, formaların və kompozisiyanın yeni bir müstəvidə ifadəsini tələb edirdi. Payızın gözəlliyini özünəməxsus şəkildə ifadə etmək, rənglər vasitəsilə duyğuları çatdırmaq və adi əşyalara bədii məna qazandırmaq yaradıcılıq prosesinin əsas xüsusiyyətlərindən oldu.
Bunun ardınca vokal üzrə 1-ci dərəcəli laureat, Xalq Artisti Fidan Hacıyevanın tələbəsi – Aynur Yunusovanın, Sara Quliyevanın, Səadət Cəfərovanın, Sevil Soltanovanın ifasında gözəl musiqilər iştirakçılar tərəfindən çox gözəl qarşılandı.
Qrupun söz, şeir sənətkarları – Vüsal Ağa, Zaur Ustac, Bayraməli Qurbanoğlu, Mehman İsmaylov, Sara Quliyeva, Aidə Telmanqızı, Nofəl Ümid, Sevil Soltanova, Yəhya Cəlilov, Elçin İsmayıllı təbiətin füsünkar gözəlliyindən ilham alıb biri-birindən gözəl şeir nümunələri söylədilər.
Daha sonra qrup üzvləri Cəmilə Əsgərova və Məryəm Abdullazadənin doğum günləri qeyd olundu, ad günü tortu kəsildi. Qrup rəhbəri – Natiq Nəcəfzadə və qrup müavini – Vüsalə Yunusova tərəfindən yubilyarlara xatirə hədiyyələri təqdim olundu.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu.
Bakıya qayıdarkən tur iştirakçıları pürrəngi samovar çayı ətrafında toplaşaraq gün ərzində olan özlərinin xoş təəsüratlarını bölüşdülər.
Tur ərzində fotoqraf – Nofəl Ümid tərəfindən xatirə fotoları çəkildi.
Təbiət hər fəsildə fərqli gözəlliklər təqdim edir. Məhz bu baxımdan, belə yaradıcılıq səfərləri sənətlə təbiət arasında mənəvi əlaqənin möhkəmlənməsinə töhfə verir.
Təxəyyül Art Group bundan sonra da incəsənətə marağın artırılması, yaradıcı təşəbbüslərin dəstəklənməsi və Azərbaycanın təbiət gözəlliklərinin sənət vasitəsilə tanıdılması istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur.
Təbiətin rəngləri ilhamımız, sənət isə ifadə dilimizdir!
Təxəyyül Art Group — təbiətdən ilham alır, sənətlə dünyanı rəngləndirir!






“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!
Məqaləni hazırladı: Vüsalə Yunusov
Xatirə fotolarının müəllifi: Nofəl Ümid
Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov, Zaur Ustac
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında