Şəfəq Sahibli – Ayrılığın rəngi

Sənsizliyin
adını
Ayrılığın
Rəngi qoydum!
Gecə Ay işığında
pıçıldayan sulartək
axıb-axıb gedəydik .
Sarılaydım telinə
Qorxaraq gözləyəydik
Dan sökdüyü səhəri.
Sənsizliyin adını
Ayrılığın
rəngi qoydum!
Tənhalıq qoxulu
bir yaz gecəsi
nə bir ümid,
nə bir ovuc doğmalıq
yox…
Sənsizliyin adını
Ayrılığın rəngi
qoydum !
Həsrətli ürək kimi
Üşüyən ömrüm
Bir qərib nəğmə tək
Əl eylər sənə.
Yaddaşı üşüyən
xatirələrlə
Sənsizliyin
adını
Ayrılığın
rəngi qoydum!
Alovuna üşüyən
Şamında
Sözün də
O Şeirində
Sənsizliyin də
adın
Ayrılığın
rəngi qoydum !…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I