Uzun illər vətəndən uzaqda yaşayan tanınmış yazıçı, şair Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib. Kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb. Müstəqil.Az bu münasibətlə ədəbi tənqidçi Rəqsanə Süleymanın şairlə etdiyi qısa söhbəti təqdim edir:
-Azərbaycanda, vətəndə ilk şeir kitabınız çıxdı. “Gecikmiş kitab” desək?.. Kitabdakı şeirlərin çoxu 80-ci və 90-cı illərdə yazılıb. Niyə bu qədər gecikdiniz?
– Bəli, ilk kitabım, səhv etmirəmsə, 1992-ci ildə “Gənc şairin ilk kitabı” seriyası adı altında dövlət nəşriyatlarının birində çap olunmalıydı. Nəşriyyatın rəsmi planında vardı. Çap etmədilər… Bu haqda bir şeirim də var, həmin şeir əlinizdəki bu kitaba salınıb. Nəysə bu məsələlərə girməsək yaxşıdır, irəliyə baxacağıq. Keçən keçdi, olan oldu. Keçmişlə yaşamaq, bir şey qazandırmaz, gələcəklə və gələcəkdə yaşamaq lazımdır.
-Lakin bu sizin ilk kitabınız deyil, fərqli ölkələrdə və fərqli dillərdə onlarla kitabınız çap olunub; roman, elmi araşdırma, publisistika, lüğət, tərcümə və s. müəllifi olduğunuz kitablar var. Son kitabınızda 25 kitabın müəllifi olduğunuz yazılıb.
-Bəlkə də, 25-dən də çoxdur… Ancaq “Heç bilmədik necə sevdik sevəndə” adlı Azərbaycanda çap edilən bu son kitabın xüsusi bir yeri və mənası var mənim üçün. 40 illik duyğuların toplamıdır. Ordakı hər şeirin xüsusi bir tarixçəsi, ölkəsi, rayonu, kəndi, dağı, dərəsi, ağacı, gülü-çiçəyi var.
-Bir də vətəndə çap olunan ilk kitabdır… Kitabda xüsusi marağımı çəkən detallardan biri budur ki, şeirlər xeyli bir-birindən fərqli şəhərlərdə yazılıb. Sərgərdan bir şeirlər kitabı… Məncə, ədəbiyyatımızda bu qədər çox şəhərlərdə yaşayaraq yaratmış şairin şeirlərindən ibarət belə bir kitab yoxdur.
–Bu fikrimi və inancımı bir neçə dəfə demişəm və yazmışam: Vətən, hər şeydən qabaq insandır, insanlardır. Yəni sevdiyin, səni sevən insanların yaşadığı torpaq parçasıdır vətən. Çoxları doğulub böyüdüyün yerə vətən deyirlər. Heç bir etirazım yoxdur bu yanaşmaya. Əlbəttə ki, doğulduğun kənd, rayon, ölkə Vətəndir! Ancaq insan dünyanı, insanı, insanlığı daha dərindən anladıqca heçbir yerə aid ola bilməməyin və hər yerə aid olmaq istəyinin, ərdəminin lənətli dilemması ilə iç-içə, üz-üzə qalır. Mən 10 il yaşadığım Qırğızıstanı da vətən hesab edirəm. Çünkü tanıdığım, sevdiyim gözəl insanlar var orda. Azərbaycanı mənə vətən edən burdakı yaxşı insanlardır, Kəlbəcərdə bitən əzgil ağacı, qantəpər gülü deyil… Azərbaycanı mənə vətən edən Sizsiniz… bütün sevdiklərimdir. Dünən bir məclisdə belə bir cümlə işlətdim: “Bəlkə də, Azərbaycanda Faiq Balabəyli adında bir insan olmasaydı, bu gün bu kitab əlinizdə olmayacaqdı.” Əlbəttə ki, Faiqdən başqaları da var. Sevdiyim kişi adamlar, nazlı-ismətli xanımlar var… Faiq qardaşım bariz nümunə olduğu üçün adını hallandırdım. Adıma min bir qara yaxıldığı zamanlarda, Faiq Balabəyli qorxmadan, çəkinmədən dostluğumuzun, vətəndaşlığın arxasında durdu, məndən müsahibələr aldı, şeirlərimi çap etdi. Faiq elə vətənin özüdür.
–Kitabınızdakı şeirlərin çoxu 30-40 il əvvəlkilərdir. Amma son bir ildə yazılmış şeirlər də var. Şeirə qayıtdınız?
–Bilmirəm. Bu cümləni deyərli Aybəniz Kəngərli xanımla söhbətimdə də demişdim: Hər zaman şair oldum. Ancaq şeir yazmayan şair. Şeir yazmaq iztirabdır, müsibətdir. Başqalarını bilmirəm, amma mənim hər şeirim bir ton göz yaşı ilə yazılıb. Şeir yazmasam da, “Hər zaman şair oldum” dedim. 30 il aradan sonra son bir ildə on minlərlə şeir oxudum, Azərbaycandakı əksər şairi oxudum demək olar. 30 illik boşluğu doldurmaq hərisliyi bəlkə. Nəticədə 30 ildə çox şey itirmədiyimi gördüm. Amma ciddi qələmlər kəşf etdim! Xüsusi iIə qadın şairələr arasında. Nə qədər sevindiyimi təsəvvür etməzsiniz! 1980-1990-cı illərdən bu qədər güclü qadın şairələr yoxdur mənə görə. İndi var. Üç imzanı xüsusi ilə izləyirəm.
– Adları?
-Yox, deyə bilmərəm, başqalarını incidər… Qadın duyğusunun şeirə gətirilməsi başlı-başına hadisədir. Hamısı yaxşı yazır.
– Son sual. Özünüz imza günündə iştirak edəcəksiniz?
– Siz imza günündə iştirak etməyimə necə baxırsınız?
– Çox yaxşı. Sizi öz imza gününzdə gözləyirik!
-Yaxşı gününüz olsun. Demək ki, hər şey yaxşıdır. Bir də zəhmət olmasa Faiq Balabəyliyə deyin ki, imza gününün sahibi Odur.
P.S XÜSUSİ TANITIM
Həjar Şamiloğlu (Hejarê Şamil) kimdir?
Özündən soruşduq: Sizi necə təqdim edək? Belə cavab verdi: 1966-cı ildə Kəlbəcərdə dünyaya göz açıb. Bakıda filologiya fakültəsində oxuyub. Şeir, məqalə və kitablar yazıb. Azərbaycan və Kürdüstan arasında körpü olmaq misiyasına inanıb və hələ də inanmaqdadır. Ancaq ən böyük inancı Eşqdir. Həyatın mənasını tapıb: Sadəcə Eşq!
Zəruri xatırlatma:
Həjar Şamiloğlunun “Heç bilmədik necə sevdik sevəndə” adlı Azərbaycanda çap olunan ilk kitabının imza günü 25 oktyabr 2026-cı il, bazar günü saat 14:00–15:00 aralığında keçiriləcək. Tədbir 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində, “Mücrü” nəşriyyatının stendində baş tutacaq.
Bakı Ekspo Mərkəzi Heydər Əliyev prospekti, 515 ünvanında, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində yerləşir.
Rənglərin dili ilə mədəniyyətlər arasında qurulan sənət körpüsü, 21 oktyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə uşaq və yeniyetmələrin yaradıcılıq nümunələrini bir araya gətirən “MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” adlı rəsm sərgisi keçirildi. Misirin qədim tarixi, zəngin mədəniyyəti və sirli dünyası gənc rəssamların təxəyyülündə rənglərə, obrazlara və bədii kompozisiyalara çevrilərək sərgi salonuna xüsusi ovqat bəxş etdi. Uşaqların fırçasından doğulan əsərlər onların istedadını, dünyagörüşünü və incəsənətə olan sevgisini nümayiş etdirməklə yanaşı, fərqli mədəniyyətlər arasında mənəvi bağların qurulmasına da töhfə verdi. Sərgi uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılması, onların sənətə marağının təşviqi və Azərbaycan ilə Misir arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Tədbiri giriş sözü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor doktor Tarek Aboul Fotouh açdı. O, çıxışında uşaqların yüksək istedadını, Misir mövzusunda yaratdıqları bir-birindən maraqlı və rəngarəng rəsm əsərlərini xüsusi vurğuladı. Gənc rəssamları təbrik edən direktor onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova çıxış edərək Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Reda başda olmaqla bütün qonaqları, müəllimləri və şagirdləri salamladı. O, bu sərginin uşaqların istedadının üzə çıxarılması və yaradıcılıq həvəslərinin artırılması baxımından əhəmiyyətini vurğuladı, balaca rəssamlara sənət yolunda yeni-yeni uğurlar arzuladı. Ardınca təbrik nitqi üçün sözü qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadəyə verdi. Natiq Nəcəfzadə qonaqları salamlayaraq sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin, onların sənətə həvəsləndirilməsinin və istedadlarının cəmiyyətə tanıdılmasının vacibliyini qeyd edərək gənc rəssamlara səmimi təbriklərini çatdırdı. Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının müəllimi, rəssam Qənirə Əsgərova da sərgi iştirakçılarını təbrik etdi. O, uşaqların yaradıcılıq uğurlarının davamlı olmasını arzulayaraq onların gələcəkdə daha böyük sənət nailiyyətləri əldə etmələrinə inamını ifadə etdi. Tədbir çərçivəsində “Təxəyyül Art Group”un fəaliyyəti haqqında hazırlanmış videorolik nümayiş olundu. Videoçarx qonaqlara yaradıcı kollektivin həyata keçirdiyi layihələr, təşkil etdiyi sərgilər və incəsənətin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verdi. Nümayiş qrupun əsas məqsədinin — istedadları bir araya gətirmək, yaradıcı insanlara dəstək olmaq və sənət vasitəsilə yeni imkanlar yaratmaq — əyani təqdimatına çevrildi. Sərginin bədii-musiqili proqramı tədbirə xüsusi zəriflik və emosional çalarlar qatdı. Vokal üzrə I dərəcəli laureat, Xalq artisti Fidan Hacıyevanın tələbəsi Aynur Yunusova və onun bacısı Vüsalə Yunusova öz ifaları ilə qonaqlara unudulmaz musiqi anları yaşatdılar. İfaçılar Azərbaycan musiqi sənətinin dəyərli nümunələri olan Niyazinin “Arzu” romansını və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gözəlim yar, gözəlim” mahnısını səsləndirdilər. Musiqi və təsviri sənətin bir araya gəldiyi bu anlar tədbirin bədii ruhunu daha da zənginləşdirdi. Fırçanın rənglərlə söylədiyi fikirlərə musiqinin ahəngi qoşularaq sərgiyə xüsusi bir sənət atmosferi bəxş etdi. Tədbirin mühüm məqamlarından biri Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Houssam Eldine Redanın çıxışı oldu. Səfir uşaqları sərgi münasibətilə təbrik edərək onlara ürək sözlərini çatdırdı və gənc istedadların yaradıcılığını dəstəkləyən belə təşəbbüslərin əhəmiyyətini vurğuladı. Rəsmi çıxışlardan və musiqili proqramdan sonra cənab Houssam Eldine Reda, professor, doktor Tarek Aboul Fotouh, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın iştirakı ilə açılış lenti kəsildi və sərgi rəsmi olaraq ziyarətçilərin üzünə açıldı. Bu an gənc rəssamların zəhmətinin, müəllimlərin fədakar əməyinin və təşkilatçıların birgə fəaliyyətinin təntənəsinə çevrildi. Sərginin növbəti mərhələsində qonaqlar müəllimlər Aytən Yusifkənan, Cahangir Mikayılov, Elanura Mənsimova, Emiliya Həsənova, Əsmər Azadi, Gülüzə Bayramova, Xalidə Kazımova, Qənirə Əsgərova, Leyla Əliyeva, Lətifə Şamilova, Məzahir Rüstəmov, Musa Əmiraslanov, Nigar Həsənova, Rəşidə Bağırova, Vüsalə Yunusova, Yeganə Ağamalıyeva, Yenigül Həsənova, Zeynəb Həşimzadə və Zərif Həsənovanın şagirdlərinin rəsm əsərləri ilə tanış oldular. Nümayiş olunan əsərlərdə uşaqların zəngin təxəyyülü, rənglərdən məharətlə istifadə bacarığı, fərqli düşüncə tərzi və mövzuya yaradıcı yanaşması öz əksini tapmışdı. Hər bir rəsm kiçik bir müəllif dünyasını, hər bir rəng çaları isə gənc rəssamın duyğu və düşüncələrini ifadə edirdi. Əsərlərlə tanışlıq zamanı bir neçə balaca rəssam öz yaradıcılıq nümunələri haqqında ingilis dilində məlumat verdi. Onların sərbəst şəkildə fikirlərini ifadə etmələri, əsərlərinin məzmununu qonaqlara izah etmələri tədbirə xüsusi maraq qatdı. Bu məqam uşaqların yalnız bədii bacarıqlarını deyil, həm də özünəinamlarını və ünsiyyət qabiliyyətlərini nümayiş etdirdi. Sərginin sonunda tədbirin sevincini bölüşmək üçün xüsusi hazırlanmış sərgi tortu kəsildi. Uşaqlara sertifikatlar və hədiyyələr təqdim olundu, onların yetişməsində və yaradıcılıq qabiliyyətlərinin inkişafında əməyi olan müəllimlər isə təşəkkürnamələrlə təltif edildilər. Tədbirin ən yaddaqalan məqamlarından biri rəssamlar Vüsalə Yunusova, Xədicə Məmmədli, Melissa Quliyeva öz rəsm əsərlərini Misir Ərəb Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Houssam Eldine Redaya hədiyyə etmələri oldu. Bu hədiyyələr sadəcə rəsm əsərləri deyil, eyni zamanda sənətə, dostluğa və xalqlar arasında qarşılıqlı hörmətə verilən dəyərin ifadəsi idi. Rənglərin dili ilə təqdim olunan bu mənəvi jest tədbirin yaddaşlarda iz buraxan anlarından birinə çevrildi. Tədbir iştirakçıların birgə xatirə fotolarının çəkilməsi ilə başa çatdı. “MİSİR – SİRLİ VƏ RƏNGLİ DÜNYA” sərgisi uşaqların istedadını nümayiş etdirməklə yanaşı, müəllim əməyinin dəyərləndirildiyi, mədəniyyətlərarası dostluğun möhkəmləndiyi və sənətin birləşdirici gücünün hiss olunduğu əlamətdar bir gün kimi yadda qaldı. Bu tədbir bir daha göstərdi ki, sənətin dili yaşından və milliyyətindən asılı olmayaraq hər kəsə aydındır. Uşaqların çəkdiyi rəsmlər vasitəsilə Misirin sirli və rəngarəng dünyası canlandı, onların saf duyğuları və yaradıcı baxışları isə qonaqlarla bölüşüldü. “Təxəyyül Art Group” olaraq inanırıq ki, hər bir uşaqda kəşf olunmağı gözləyən bir istedad, hər bir rəsm əsərində isə gələcəyə açılan yeni bir pəncərə var.
Salam olsun, əziz və dəyərli Dostlar! Yazarlar Jurnalı ənənəvi hekayə müsabiqəsi elan edir: Mustafa Müseyiboğlunun anadan olmasının 75 illik yubileyi münasibətilə təşkil olunan müsabiqəyə heç bir şərtlə məhdudlasdirilmayan yaradıcılıq məhsullarınızı göndərə bilərsiniz (müəyyən çərçivədə Sİ redaktələrə icazə verilir). Vaxt: 21 oktyabr – 31 dekabr 2026. Qaliblər mükafatlandırılacaq. Hekayələr toplu şəklində çap olunacaq. Təqdimat 14 fevral 2027-ci ildə nəzərdə tutulmuşdur. Hekayələrinizi zauryazar@mail.ru email ünvanına göndərə bilərsiniz.
Война редко предупреждает о себе. Она не всегда начинается с грохота артиллерии, рёва бронетехники или свиста мин. Иногда она прячется в обычной тишине, среди деревьев, за каменной стеной кишлака, в густых зарослях у арыка. Человек ещё слышит журчание воды, ещё различает голоса товарищей, ещё думает о следующем шаге — и вдруг раздаётся сухой щелчок затвора. На войне такой звук способен разделить жизнь на то, что было до него, и то, что могло больше никогда не наступить.
Руслан Аушев знал цену этому звуку. Он слышал его в Афганистане, когда смерть оказалась совсем рядом, на расстоянии нескольких шагов, и только случай не позволил ей забрать ещё одного человека. Но война не ограничилась одним таким мгновением. Спустя годы она настигнет его снова, уже у перевала Саланг, где погибнет товарищ, а сам он получит тяжёлое ранение. Между этими эпизодами уместилась целая жизнь офицера, который не раз смотрел в лицо опасности и всё-таки возвращался туда, где его ждали солдаты.
Руслан Султанович Аушев родился 29 октября 1954 года в селе Володарском, ныне Саумалколь, на севере Казахстана. Его семья принадлежала к ингушскому народу, пережившему трагедию депортации. В истории этой семьи, как и тысяч других семей Кавказа, были разлука с родной землёй, чужие края и необходимость начинать жизнь заново. Возможно, именно поэтому в его судьбе так отчётливо проступает тема ответственности за своих, за людей, которых нельзя бросить, когда становится трудно.
В 1975 году Аушев окончил Орджоникидзевское высшее общевойсковое командное училище и начал службу в Советской армии. Он шёл обычным для молодого офицера путём, командовал подразделениями, учился понимать людей, отвечать за дисциплину и боевую подготовку. Но в 1980 году его направили в Афганистан, где военная служба переставала быть просто профессией. Там каждый приказ мог привести к настоящему столкновению, а любая ошибка — обернуться похоронкой.
Он стал командиром мотострелкового батальона 180-го мотострелкового полка 108-й Невельской мотострелковой дивизии. Молодые солдаты прибывали в страну, о которой многие знали лишь по карте. Их ждали горы, пыльные дороги, изнуряющая жара, нехватка привычных удобств и опасность, которая могла появиться внезапно, без предупреждения. Одно дело — учиться действовать на полигоне, и совсем другое — идти по незнакомой местности, понимая, что за ближайшим поворотом может оказаться засада.
Аушев предъявлял к солдатам жёсткие требования. Он заставлял их тренироваться, переносить тяжёлые нагрузки, привыкать к длительным переходам и действовать слаженно. В походе требовалось нести воду, боеприпасы и снаряжение, рассчитывая силы не на несколько минут, а на долгие часы. Усталость притупляет внимание, страх мешает думать, а неподготовленный человек в критическую секунду может не успеть сделать то, чему должен был научиться заранее.
Командир понимал простую и суровую истину. На войне неподготовленность оплачивается не выговором. Её цена измеряется человеческой жизнью.
Но за строгостью Аушева стояло не желание подавлять подчинённых. Он хотел, чтобы они вернулись. В этом и заключалась главная мера его командирского характера. Батальон должен был выполнить задачу, но не любой ценой. Солдаты не были для него безликими фигурами на карте. За каждым стояли родительский дом, письма, близкие, надежды, которые в мирной жизни казались естественными и само собой разумеющимися. Здесь же сама возможность однажды вернуться домой становилась надеждой, которую нужно было защищать каждый день.
В Афганистане он быстро понял, что война не похожа на стройную схему из учебника. Противник мог скрываться там, где местность казалась спокойной. Дорога, по которой недавно прошла колонна, через несколько часов могла превратиться в смертельную ловушку. Каменная стена становилась укрытием для стрелка, узкий проход — местом засады, а привычная тишина могла оказаться последней перед огнём.
Однажды Аушеву доложили, что пропала связь с шестой ротой. Нужно было выяснить, что произошло. Он взял с собой одиннадцать солдат и прапорщика и повёл группу на поиски. Шли цепочкой, впереди двигался сам командир. Маршрут проходил через картофельное поле. Впереди журчал арык, за ним стояли тополя и густые кусты. Местность выглядела вполне обычной, но именно такие места могли скрывать опасность.
Аушев подал своим знак быть осторожнее. Он ещё не видел противника, однако внимательно следил за тем, что происходило вокруг. И вдруг в кустах, совсем близко, раздался звук затвора. Кто-то досылал патрон в патронник.
На мгновение можно было предположить, что там находятся свои. Но за ветками мелькнула чалма, и почти сразу послышался удар бойка по капсюлю. Выстрела не последовало. Осечка.
Аушев мгновенно понял, что перед ним засада.
Он крикнул предупреждение, и группа рухнула в картофельные грядки. Высокие гряды дали возможность укрыться от прямого огня. Из кустов ударили автоматы. Пули прошивали растительность, бой разгорелся на короткой дистанции, где не оставалось времени на долгие размышления. Нужно было удержаться, ответить огнём, не дать противнику воспользоваться внезапностью. В ход пошли гранаты.
В такие секунды человек не размышляет о том, как будет выглядеть его поступок в наградном листе. Он действует, потому что рядом товарищи, потому что промедление может стоить жизни и потому что от его решения зависит, смогут ли люди выбраться из огня. Страх не исчезает оттого, что человек опытен. Опыт лишь учит не позволять страху полностью овладеть собой.
Когда стрельба стихла, Аушев подошёл к убитому противнику, который целился в него. Рядом лежала винтовка. В ней находился тот самый патрон, который не выстрелил. Командир внимательно осмотрел его и увидел, что боёк ударил чуть мимо капсюля. Он машинально сунул патрон в карман, после чего группа продолжила выполнять задачу.
Только ночью, когда бойцы вернулись с боевых, случилось то, чего не произошло под огнём. Аушев проснулся и внезапно осознал, насколько близко подошла смерть. Во время столкновения всё решали секунды, и он действовал, не позволяя себе отвлечься. Теперь, в темноте, опасность уже миновала, но понимание случившегося пришло с запозданием. Ещё немного — и выстрел прозвучал бы. Он мог не успеть крикнуть, упасть, укрыться. Всё могло закончиться там, на поле, среди картофельных грядок и кустов.
Патрон, который не сработал, остался с ним. Позднее он оказался в Центральном музее Вооружённых сил. Небольшой кусок металла стал свидетельством эпизода, в котором человеческая жизнь зависела от случайности. Не от силы характера, не от выучки и даже не от быстроты реакции, а от того, что боёк ударил чуть мимо капсюля.
В этом есть одна из самых страшных особенностей войны. Человек может готовиться, тренироваться, принимать правильные решения, но никогда не получает гарантии, что вернётся. Иногда его спасает опыт. Иногда — товарищ. А иногда — осечка, о которой в мирной жизни никто даже не подумал бы.
Другой бой, у кишлака Катайи-Ашу, стал одним из эпизодов, с которыми связано присвоение Аушеву звания Героя Советского Союза. Обстановка требовала от командира решительности и умения вести подразделение в сложных условиях. Противник использовал местность, укрытия и внезапность. В такой обстановке нельзя было позволить себе действовать механически. Нужно было оценивать ситуацию, выбирать направление движения и добиваться выполнения задачи, не забывая о людях, которыми командуешь.
Аушев не стремился превращать этот бой в личную легенду. В опубликованных воспоминаниях он гораздо охотнее говорил о том, как готовил солдат, как переносились нагрузки и почему на войне нельзя относиться к потерям как к сухой строке отчёта. Он знал, что за каждой такой строкой стоят человеческие судьбы. И если командир принимает решение отправить людей в бой, он должен понимать, что отвечает не только за результат операции, но и за тех, кто может не вернуться.
7 мая 1982 года Руслану Султановичу Аушеву было присвоено звание Героя Советского Союза. Он получил орден Ленина и медаль «Золотая Звезда». Награда признала его мужество и умелое командование подразделением. Но за официальной формулировкой оставалось то, что невозможно выразить языком приказов и наградных документов. Страх перед неизвестностью, тяжесть решений, напряжение боя и чувство ответственности за людей, чьи жизни зависят от твоих действий.
После возвращения из первой командировки Аушев поступил в Военную академию имени М. В. Фрунзе. Казалось бы, два года войны позади, впереди учёба и новая ступень военной карьеры. Но в 1985 году он вновь отправился в Афганистан, на этот раз начальником штаба 180-го мотострелкового полка.
Он возвращался уже другим человеком. Опыт первого периода службы научил его многому, но опыт не делал войну безопаснее. Он лишь позволял точнее понимать её опасность. На войне нет окончательной уверенности, что всё предусмотрено. Можно знать местность, изучать обстановку, продумывать действия подразделений, но противник всегда способен изменить ситуацию. Поэтому офицер обязан оставаться внимательным даже тогда, когда кажется, что всё идёт по плану.
Второй афганский период принёс ему новое испытание, которое оказалось гораздо тяжелее того короткого мгновения в засаде. 16 октября 1986 года в районе перевала Саланг проводилась общевойсковая операция, связанная с обеспечением движения колонн. Саланг был важнейшей дорогой через горы. Здесь проходили военные и транспортные колонны, от которых зависело снабжение подразделений. Горная местность осложняла движение и создавала условия, в которых любой обстрел мог привести к тяжёлым последствиям.
Аушев находился среди тех, кто обеспечивал выполнение задачи. Рядом был командир роты Владимир Киселёв, его товарищ по службе. По воспоминаниям Аушева, перед выходом он пытался оставить Киселёва в части, но тот всё же отправился вместе с подразделением.
В тот день Аушеву передали письмо с фотографией маленькой дочери. На обороте были написаны слова любви к отцу. На войне подобные письма приобретают особый смысл. Они возвращают человека к жизни, которая продолжается далеко от гор, бронетехники и выстрелов. Там ребёнок растёт, ждёт возвращения отца и не знает, насколько хрупкой может оказаться эта надежда.
Фотография напоминала, ради чего человек должен выстоять. Но она не могла защитить его от пули.
Когда началось столкновение, колонна оказалась в тяжёлой обстановке. В воспоминаниях Аушева этот эпизод остался как одно из самых страшных испытаний его жизни. Противник атаковал, вокруг шёл бой, и в этой сумятице события развивались стремительно. Первым погиб Владимир Киселёв. Пуля попала ему в шею. Он умер сразу.
Возможно, в мирной жизни человек долго готовится к утрате, пытается представить, как воспримет её, что скажет, как сможет жить дальше. На войне смерть не оставляет времени на подготовку. Ещё недавно товарищ находился рядом, выполнял задачу, разговаривал с сослуживцами. И вдруг его уже нет. Не будет следующего разговора, следующего выхода, следующей встречи после возвращения в часть.
Аушев был тяжело ранен. Его эвакуировали, положив в бронемашину рядом с телом Киселёва. В этом эпизоде нет необходимости что-либо украшать. Самой правды достаточно, чтобы понять, что такое война для человека, который только что потерял товарища и сам едва остался жив.
Броня отделяла раненых от внешнего мира, но не могла отменить случившегося. Один человек лежал мёртвым. Другой, тяжелораненый, ещё не знал, как сложится его дальнейшая судьба. Они вместе шли на боевую задачу, но назад возвращались уже не вдвоём живыми.
Для Аушева это было не просто ранение, которое предстояло пережить и преодолеть. Это была встреча с той стороной войны, где не помогает ни опыт, ни звание, ни мужество. Можно сделать всё, что зависит от человека, и всё равно не суметь спасти того, кто находится рядом. Иногда самое тяжёлое для выжившего — не собственная боль, а знание, что товарищ больше никогда не ответит.
Аушев прошёл лечение в госпиталях и вернулся в строй. Он снова оказался в Афганистане. В этом решении было не желание искать опасность ради красивой легенды, а продолжение службы, которой он посвятил жизнь. Офицер возвращался туда, где его опыт и знания были нужны другим. Он понимал, что война ещё не закончилась, а люди рядом с ним по-прежнему нуждаются в командире, способном принимать решения и отвечать за них.
За годы службы Руслан Аушев прошёл путь от молодого офицера до генерала, занимал ответственные должности, а позднее вошёл в общественную и государственную жизнь. Он стал первым президентом Ингушетии, много занимался вопросами ветеранов и воинов-интернационалистов. Но ни одна должность не может объяснить его судьбу так полно, как эти афганские эпизоды, в которых человек оказался перед лицом смерти и продолжил жить, не забывая тех, кто остался на войне.
В рассказах о боевом пути легко сосредоточиться на наградах. Золотая Звезда, орден, звания и должности дают понятную последовательность событий. Но настоящая память устроена иначе. Она удерживает не только даты. Она сохраняет звук затвора в кустах, осечный патрон, фотографию дочери, имя товарища и ту тяжёлую тишину, которая приходит после боя.
Война не делает человека героем автоматически. Она ставит его перед выбором, который нельзя отложить. Иногда нужно подняться и повести за собой людей. Иногда — мгновенно понять, что перед тобой засада. Иногда — продолжать действовать, когда вокруг гремят выстрелы и нет времени на сомнения. А иногда приходится принять самое страшное: ты выжил, а товарищ погиб, и изменить это уже невозможно.
Руслан Аушев прошёл через такие испытания и не раз возвращался к жизни, которую война пыталась у него отнять. Его мужество проявлялось не только в личной отваге. Оно проявлялось в требовательности к себе и солдатам, в понимании цены приказа, в стремлении сохранить людей и в готовности снова принять на себя ответственность.
Тот осечный патрон напоминает о мгновении, когда смерть промахнулась. Перевал Саланг напоминает о другом мгновении, когда она забрала товарища и тяжело ранила самого Аушева. Между этими двумя воспоминаниями заключена вся противоречивая правда войны. Она может оставить человека в живых там, где шансов почти нет, и может отнять жизнь у того, кто только что шёл рядом. Она не знает справедливости и не выбирает по заслугам.
Но человек способен сохранить то, что война пытается разрушить в нём. Память о товарищах. Верность своему долгу. Ответственность за тех, кто доверил тебе свою жизнь. И понимание, что ни одна победная реляция не должна заслонять человеческую цену боя.
Руслан Аушев вернулся из Афганистана. Он продолжил жить, служить, работать и принимать решения уже в другой обстановке. Но люди, с которыми он прошёл через огонь, навсегда остались частью его судьбы. Одних он смог вывести из опасности, других потерял. И в этом, пожалуй, заключается самое тяжёлое наследие любого командира, прошедшего войну.
О нём можно рассказывать через биографию, награды и высокие должности. Но чтобы понять его по-настоящему, нужно представить то картофельное поле, кусты у арыка, короткий звук осечки и несколько секунд, отделявших жизнь от смерти. Нужно вспомнить Саланг, погибшего Владимира Киселёва и тяжелораненого командира, которого эвакуировали рядом с телом товарища.
Тогда становится ясно, что за званием Героя Советского Союза стоял не бронзовый памятник и не человек, которому была незнакома опасность. Стоял живой офицер, который мог погибнуть, который терял товарищей, который знал цену человеческой жизни и всё равно находил в себе силы возвращаться к службе.
Война закончилась, но память не заканчивается вместе с ней. Она остаётся в именах тех, кто не вернулся, в историях тех, кто выжил, и в обязанности живых не позволить превратить человеческие судьбы в сухую статистику.
И если после прочтения этой истории человек остановится хотя бы на мгновение и задумается не только о подвиге Аушева, но и о цене, которую платят люди на войне, значит, рассказ достиг своей цели. Потому что самое важное в памяти о войне — не восхищение огнём и не романтизация смерти. Самое важное — понять, как дорого стоит человеческая жизнь и какой огромной ответственности требует право вести за собой других.
XARAKTER İNSAN Bir az uzaqdan başlamaq istəyirəm. Daha doğrusu, başlamalıyam. Çünki, haqqında söz demək istədiyim söz adamı o uzaq dövrlərdən qalmadı, köhnə kişilərdəndi. 80-ci illərin əvvəlləri… Jurnalistika fakültəsinin əyani kurs tələbəsiyəm. Radio-televiziya ixtisası üzrə təhsil alıram. Birinci il televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasında təcrübə keçdim, ikinci il isə radionun eyni profilli redaksiyasında. O zaman orada çalışanların hamısı bizə çox əlçatmaz görünürdü. İllərdi radiodan səslərini eşitməyə alışdığımız, televiziyadan üzlərini gördüyümüz insanlarla üz-üzə idik. Söz soruşmağa, sual verməyə çəkinirdik. Yaxşı ki, bu vəziyyətdən bizi özləri çıxarırdılar. Salam verən, hal-əhval tutan, xoş gəldin deyən, kompliment söyləyən… Hərə öz xarakterinə uyğun olaraq müraciət edirdi bizə. Fəridə Aslanbəyova, Zəhra Hüseynova, Şəlalə Əlibəyli, Arif Şəfizadə, Həsən Vəliyev, Ayətxan Ziyad, Şamxal, Oqtay… İlk baxışda ciddi, qaraqabaq görünsələr də hərəsinin içində bir mərhəmət mələyi vardı sanki və bu mələklərlə onların özləri kimi davranmaqdan başqa yolumuz yox idi. Əslində elə bizə də bu lazım idi. Tələbəlik illərindən başlayaraq 1990-cı ilədək – 10 ilə yaxın bir müddət radionun o balaca, yığcam otaqlarına, səsyazma studiyalarına böyük-böyük arzularımızla birlikdə biz də yerləşdik, hamımız bir qazanda qaynayıb qarışdıq…
İndi onlardan biri haqqında- Ayətxan Ziyad haqqında danışacam. Onun min bir zəhmətlə, məsuliyyətlə yola saldığı 75 ilə mənimlə çarpazlaşan müstəvidən işıq salmağa çalışacam. Dedim axı ilk dəfə təcrübə keçən tələbə kimi ayaq açmışdım ora. Əvvəllər müxtəlif həcmli süjetlər hazırlayırdım. Çox vaxt da mətnin səsləndirilməsini mənə həvalə edirdilər. Ləhcəsiz, təmiz ədəbi dildə, həm də sərbəst və oxunaqlı təqdim etməliydik işimizi. Bəzən dilimiz çaşırdı, doğulub yaşadığımız yerlərin danışıq tərzi girirdi araya. O zaman verilişin redaktoru Ayətxanın üzünü görmək lazımdı. Təkrar-təkrar başa qayıdırdıq. Ta ki, nəticə məhz onun istədiyi kimi olana qədər. Yəni qaydalar daxilində. O qədər məsuliyyətli idi, o qədər diqqətlə yanaşırdı ki, işinə onun tələblərinə uymaya bilməzdim. Bəzən daxilən əzəbiləşdiyim, narazı qaldığım vaxtlar da olurdu. Amma az sonra anlayırdım ki, bütün bunlar məhz ən çox bizə lazımdı. Bizi peşəkar jurnalist, radio işçisi kimi yetişdirirdi bu tələblər, bu məsuliyyət hissi. Ayətxan müəllim deyə müraciət edirdik ona. Başı aşağı, daim yazı masasının üstündə ayrı-ayrı müəlliflərin redaktə olunmalı yazıları… Kəsirdi, calayırdı, sözləri dartıb aid olduğu fikrin yanına çəkirdi, bəzən özünün də əlavələri olurdu. Sonra yazını bizə qaytarırdı, biz də makinaçı qızların yanına gedib redaktə edilmiş mətni yenidən təzə variantda yazdırırdıq. Beləcə özüm də hiss etmədən fakültədə keçdiyim “Redaktənin nəzəri əsasları” fənnindən öyrəndiklərimi təcrübədə təkmilləşdirir, mənimsəyirdim. Əsl müəllim yanaşması idi bu. Ayətxan müəllim bizə həm də müəllimlik edirdi, xəbərimiz yox idi bundan. Sonralar qəzetdə çalışarkən bu öyrəndiklərim o qədər karıma gəldi, əlimdən tutdu ki… Az keçməmiş mənə daha böyük etimad bəsləndi. Müəllif verilişi etibar olundu. Sonralar eşitdim ki, bunu Ayətxan müəllim təklif edibmiş redaksiyanın rəhbərliyinə. “Nəğməli-sözlü gənclik” və “Nəğməli-sözlü tələbə”. Tələbə verilişinin redaktoru istedadlı şair, gözəl insan Şamxal Rüstəm idi. (Nurlar içində yatsın). Diğər verilişin redaktoru isə Ayətxan müəllim idi. Belə ki, ayrı-ayrı müəssisələrin bədii özfəaliyyət kollektivlərinin çıxışlarını lentə alır, sonra verilişə ifaçılar barəsində mətn də əlavə edib çox maraqlı və zövqlü bir proqram hazırlayırdıq. Özfəaliyyət kollektivlərinin çıxışlarını yazmaq üçün radionun ayrıca səsyazma studiyasının yerləşdiyi maşınla həmin müəssisənin klubunun, ya da mədəniyyət evinin yerləşdiyi məkana gedirdik. Bu musiqiləri dinləyərkən Ayətxan müəllimin üz cizgilərinə baxmaq lazım idi. Gözəl, qüsursuz ifa dinləyəndə sifətində məmnun bir ifadə olurdu, gözlərini yumub musiqinin sehrinə dalırdı. Elə ki, kiçik bir qüsur sezdi, ya da ki, ifaçı səsi yerinə oturda bilmədi onu təkrar- təkrar oxutdururdu. Ta ki, mükəmməl bir iş ortaya qoyulanadək. O zamanlar Ayətxan müəllimin daha bir bacarığının şahidi oldum. Musiqi duyumu çox yüksək səviyyədə idi. Bir müddətdən sonra bu verilişi təkbaşına mənə həvalə etdi. Özünün vacib işi çıxanda, yaxud da yeni çəkilişi olanda mən səs rejissoru ilə bərabər gedirdim çəkilişə. Amma tez-tez əlaqə saxlayırdı, vəziyyətdən xəbər tuturdu. Demək istədiyim odur ki, o dövrün jurnalistləri, redaktorları hərtərəfli idilər, özlərini daim təkmilləşdirirdilər. Həm də ağıryana idilər, sözlərinin, hərəkətlərinin yerini və çəkisini, sanbalını bilirdilər. Ayətxan Ziyad da belələrindən idi və peşə fəaliyyətimizin düz 10 ili bir məkanda çarpazlaşdı. O zaman Ayətxan müəllim qarışıq digərləri də bizə yaşca çox böyük gəlirdi. Bəlkə də bu onların oturuşmuş xarakterlərindən, sözlərinin, hərəkətlərinin, davranışlarının ağırlığından irəli gəlirdi. İndi baxıb görürəm ki, aramızda vur-tut 10 yaş fərq varmış. Bu nəhəng söz adamının, bu böyük şəxsiyyətin sanbalı da elə çoxlarında rastlaşmadığımız fərqli, həm də kişiyana xarakterində imiş. Heç vaxt bərkdən danışmadı, səsini qaldırmadı, təhqiramiz söz işlətmədi, ədəbsiz hərəkət etmədi. Əsla. Nümunə olacaq xarakteri və mədəni davranışı ilə, istedadı, bacarığı ilə qəlblərdə taxt qurdu, həmişə sevgiylə, məhəbbətlə xatırlandı. Çox sonralar kitab təqdimatlarında, başqa tədbirlərdə bir-iki dəfə qarşılaşdıq. Həmin o təmkin, o ağıryana davranış… Heç dəyişməmişdi. Dərin sular heç bulanmazmış, – doğru deyiblər. Ömrünün kamillik çağında köhnə iş yoldaşım, əziz həmkarım Ayətxan Ziyada sağlıqlı və uzun ömür diləyirəm. Var olun, çox yaşayın əziz insan. Nə yaxşı ki, dünyamızda varsınız və Sizi tanımaq nəsibimiz oldu. Əntiqə QONAQ, Əməkdar jurnalist, müharibə veteranı
“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktorun müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, korrektor Sima Salamova, rəssam Sehran Allahverdi) 20-ci (2026) sayı ədəbiyyatsevərlərin görüşünə gəlib.
Dərgi təsisçinin “Söz yolçusu” qeydləri ilə açılır.
“Ədəbi təhlil” bölməsində Rüstəm Kamalın “Şuşa od içində, yaxud Mir Mövsün Nəvvabın istixarəsi”, Aygün Bağırlının “Azərbaycan poeziyasının Krılovu Hikmət Ziya”, İlhamə Qəsəbovanın “Hüseyn Saraclı məktəbinin formalaşması, inkişafı və irsi” ədəbi təhlilləri,
“Məşhurların həyatı” bölməsində İlahə Əhmədovanın “Gizlin” (Qabriel Qarsia Markesin gizlində qalan böyük sevgisi Taçia haqqında…) mülahizələri,
“Azərbaycan mühacirləri” bölməsində Mirzə Bala Məmmədzadənin “Vətən qaldı” hekayəsi,
“Sənət dünyası” bölməsində Mustafa Çəmənlinin “Muğam dünyasının bələdçisi” məqaləsi,
“Dünya ədəbiyyatı” bölməsində August Strindberqin ” Yarım vərəq” hekayəsi, Ku Unun şeirləri,
“Yeni kitablar” bölməsində “Xəzərdən Baltikə uzanan ruh körpüsü” (Mahir Həmzəyevin “Azərbaycan-Baltik mədəni əlaqələri (XIX-XXI əsrlər” kitabı haqqında təqdimat nəşr olunub.
Bütün ədəbiyyatsevərləri dərgidəki ədəbi nümunələrlə tanış olmağa dəvət edirik. Bizim ədəbi boğçamıza xoş gəlibsiniz. Rəy və təklifləriniz gələcək fəaliyyətimiz, uğurlarımız üçün önəmlidir. Hər birinizə uğurlar!