Hər yarpağın öz rəngi var, Qırmızı, qızılı, sarı… Sanki xəzəllər ah çəkib, Boylanır şəhərə sarı…
…Burda yarpaqlar hamısı, Bir boyda, bir biçimdədi… Mən payızı axtarıram, Payız mənim içimdədi…
28.10.2018
SƏNİN HƏSRƏTİN
Mən səni sarı bir yarpaq kimi öpdüm, oxşadım. Gecə-gündüz həsrətinlə yaşadım. Elə ki, taleyin yelləri əsdi, hansı bəxtəvərinsə ovcuna düşməyə tələsdin… İndi sənin həsrətin sevdalı bəbəklərimə çöküb. Yarpaq kimi saralıb gözümün kökü…
31.10.2003 Qayakənd
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub
Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və universitetin Şamaxı filialının, eləcə də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri ilə görüşü keçirilib.
Tədbir həm görüş, həm də ədəbi-bədii məzmunlu yaradıcılıq gecəsi formatında təşkil olunub.
Tədbirdə Milli Məclisin deputatları, ADPU-nun və Şamaxı filialının professor-müəllim heyəti, tələbələr, məzunlar,mədəniyyət işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın, o cümlədən Şamaxının poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar.
Tədbirdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupu və “Eşq” ansamblı şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.
ADPU Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib. Müəllif tələbələrin çoxsaylı suallarlarını cavablandırıb. Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb.
Tarix boyu bir çox xalqlar öz kimliyini hakimiyyət, torpaq, ya da dil üzərində qurub. Amma türklük fərqli bir mahiyyət daşıyır: o, bir irq və ya millət anlayışı deyil mənəvi sistemdir, vicdan fəlsəfəsidir, dünyaya baxış tərzidir. Türklük nə qisas hissidir, nə üstünlük arzusu, nə də iqtidar davası. O, ənənə və dəyərlərlə dirilən insanlığın mübarizəsidir. Türklük insanın varlıq məqsədini dərk etməsindən doğur. Türk düşüncəsində insan yalnız özünü deyil, bütün aləmi nizama salmaq üçün yaradılıb. Bu baxımdan türklük Platonun ədalət ideyasına, Fərabinin fəzilətli şəhərinə, Konfutsinin harmoniya anlayışına bənzəyir amma onlardan daha praktikdir. Türk fəlsəfəsində “hakim olmaq” deyil, “haqqı bərpa etmək” əsasdır. Göytürk kitabələrində Bilgə Kağan yazırdı: “Türk xalqı üçün gecə yatmadım, gündüz oturmadım.” Bu iqtidar davası deyil xidmət fəlsəfəsidir. Türklükdə dövlət qurmaq, bir millətə hökm etmək deyil, insanlığın şərəfini qorumaq deməkdir. Türklük nizam və ədalət üzərində qurulmuş ruhdur. Bu səbəbdən türk imperiyaları silahla deyil, mənəvi sistemlə möhkəmlənib. Hər türk dövləti bir “ideya imperiyası” olub: Göytürklər azadlıq ideyasının, Səlcuqlar elm və ədalətin, Osmanlı mənəviyyat və bəşəri nizamın daşıyıcısı. Psixoloji səviyyədə türklük eqo ilə vicdanın mübarizəsindən doğan dəyərlər sistemidir. Türk ruhu heç vaxt “mən” deməyib “biz” deyib. Bu bir kollektiv şüurdur. Türklük fərdi mənfəət deyil, ümumi məsuliyyət hissidir. Bir türk üçün qəhrəmanlıq düşməni öldürmək deyil, öz içindəki qorxunu, tənbəlliyi, mənəvi zəifliyi məğlub etməkdir. Buna görə türk psixologiyasında “düşmən” anlayışı belə mənəvi bir xarakter daşıyır: düşmən, insanın içindəki zəiflikdir, acgözlükdür, yalançılıqdır. Türklük insanın daxilində bir mənəvi sabitlik sistemi yaradır. Bu kimlik insana mənəvi dayaq, psixoloji balans verir. Çünki türklük insana xatırladır ki, o, tək bir insan deyil bir tarix, bir yaddaş, bir ruhun daşıyıcısıdır.
Tarixə nəzər salsaq görərik ki: Türklər min illər boyu Asiyadan Avropaya, Afrikaya qədər doqquz sivilizasiya dövrü yaratmış xalqlardan biridir. Heç bir imperiya türklər qədər uzunömürlü və çoxmədəniyyətli olmamışdır. Bunun sirri nə idi Ədalət. Əgər Roma nizamı güc üzərində, Çin imperiyası tabeçilik üzərində qurulmuşdusa, Türk imperiyaları vicdan üzərində qurulmuşdu. Məsələn: Orxon kitabələrində “Türk xalqı üçün gecə yatmadım” ifadəsi xidmət və fədakarlığın dövlət ideologiyasına çevrildiyini göstərir. Səlcuq hökmdarı Alp Arslan döyüşdə əsir aldığı düşmənlə ədalətli davrandı və dedi: “Sən mənim qılıncımla yox, Allahın ədaləti ilə üzləşdin.” Osmanlı sultanları yeni torpaq fəth edəndə ilk iş məscid və məktəb tikdirirdi, çünki türk dünyagörüşündə bilik və iman torpaqdan daha dəyərlidir. Tarix göstərir ki, türklük heç vaxt yıxıcı güc olmayıb yaradıcı nizam olub. Harada türklər addımlayıbsa, orada körpülər, karvansaralar, su yolları, mədəniyyətlərarası dialoq yaranıb. Bu türklüyün gizli fəlsəfəsidir: qılıncla gəl, amma kitabla qal.
Türklük nə bir millətin qüruru, nə də bir tarixin hekayəsidir. O, bəşər ruhunun oyanış formasıdır. Türklük o zaman yaşayır ki, bir insan öz içində ədaləti, mərhəməti, vəfanı dirildir. Bu ruh yaşadıqca türk kimliyi millət sərhədlərini aşır və insanlığın ümumi mənəvi dəyərlərinə çevrilir. Əgər bir gün türklük yenidən öz mahiyyətində dirilərsə, dünya ədaləti də, insanlıq mənəviyyatı da yenidən doğular. Çünki türklük nə qisasdır, nə iqtidar. Türklük vicdanın, mədəniyyətin, insanlığın diriliş fəlsəfəsidir.
Как известно из пресс-релиза в столице Армении состоялась встреча представителей гражданского общества, экспертного сообщества и медиа. Официальные структуры Азербайджана и Армении создали условия для проведения встречи в сугубо двустороннем формате.
Впервые за долгие годы азербайджанский самолет приземлился в аэропорту Звартноц. Деталь, которая в скором времени может стать нормой в двусторонних отношениях.
Не секрет, что эксперты из Азербайджана и Армении периодически встречаются в рамках различных проектов и международных мероприятий. Однако на этот раз все детали были в двустороннем формате: от полета азербайджанского самолета в Ереван до формирования программы, текста пресс-релиза и других пунктов программы. Это очень важно в мирной повестке, так как проведение встреч, организованных самостоятельно, создает дополнительную ответственность и импульс мирному процессу.
Совместная Декларация, подписанная в Вашингтоне, создала рамки взаимодействия между Азербайджаном и Арменией. Президент Азербайджана Ильхам Алиев и премьер-министр Армении Никол Пашинян предпринимают меры для закрепления достигнутого и расширения уровня взаимоотношений. Это не легкий путь, так как нет внешнего спонсора, вся работа идет в двустороннем формате. Правительства уже создали достаточно контента для подключения представителей гражданского общества к мирному процессу. Существует нацеленность на долгосрочный мир и стабильность!
Встреча была организована на высоком уровне, обеспечена безопасность, обсуждался широкий спектр вопросов: от геополитики региона до тем, вызывающих беспокойства в наших обществах. Были обсуждены цели группы и возможная совместная деятельность.
Было интересно, конечно же, прогуляться по Еревану, увидеть всё то, что изучаешь и видишь каждый день на информационных ресурсов. Во время прогулки довелось даже случайно увидеть знакомого по эфирам журналиста…
Да, на просторах некоторых армянских ресурсов высказываются оскорбления и негодование… На некоторых азербайджанских ресурсах высказывается мнение, что невозможно договорится. Это нормально для нынешнего периода, предстоит еще много сделать, чтобы общества привыкли к мирной повестке правительств. На официальном уровне принимаются решения для продвижения процесса, и если в данный исторический период существуют условия для стабилизации ситуации и формирования устойчивого мира, то этим следует воспользоваться!
“İnsan Bir Daha Sevemeyecek Kadar İncinir miş Bu Hayatta”
Tanıtım (Özet):
Caroline Laurent Turunc’un kaleminden çıkan bu üç fasıllı şiir, bir ruhun yanıştan nura yürüyüşünü anlatan bir Divân-ı Kalp eseridir. İlk fasılda kalbin kırılışını, ikincisinde sükûtun derinliğini, üçüncüsünde ise küllerin arasından doğan içsel huzuru işler. Mevlevî bir teslimiyet, tasavvufî bir sezgi ve Osmanlıca estetiğiyle harmanlanan bu şiir, aşkın insanı Hakk’a taşıyan en ince hâlini dile getirir. ⸻ Türü / Şekli:
Tür: Tasavvufî – Lirik – Klasik Türk Edebiyatı Şekli: Üç Fasıllı Divân Tarzı Manzum Eser ⸻ İNSAN BİR DAHA SEVEMEYECEK KADAR İNCİNİR MİŞ BU HAYATTA
(Bir Divân-ı Aşk’tan)
⸻
I. Fasıl — Kırığın Başlangıcı
İnsanoğlu, bir kez incindi mi, bir daha sevemezmiş bu fânî cihanda; Zîrâ her yara, kalbin mihrabında açılan bir nevmîsedir. Bir bakış, bir sükût, bir nefes… hepsi yıkıma kâfî gelir, Ve gönül, kendi sedâsına dahi hicret eder o vakit.
Bir vakitler aşkın nûruna yönelen o kadın, Artık kendi gölgesinden ürker olmuş. Sevda, merhamet sanılmışken meğer bir imtihân imiş, Yanmakla kemâle eren, susmakla derinleşen bir sırmış.
Ben, bir gülün soluşunu seyrettim kalbimde; Bir damla gözyaşında bin şehir yıkıldı içimde. Sustum — her sükûtum duâya dönüştü; Zîrâ bazı sessizlikler, kelâmın kendisinden daha yakıcıdır.
Aşk, gönlün kenarında duran bir yâd imiş; Dokunsan dağılır, unutsan dahi kalır. Ben hem dokundum, hem unuttum, Ve nihâyet, kendi hayâlimde kendimi yitirdim.
⸻
II. Fasıl — Sessizliğin Derinliği
Artık her şeyin lisânı sustu; Rüzgâr bile adımı anmaz oldu. Bir vakitler duâ gibi yükselen kalbim, Şimdi sükûtun gölgesinde bekler hâlde.
Ben ki, bir damla yaşdan medeniyet kurmuştum, Şimdi o medeniyetin harâbelerinde yürüyorum. Küller arasında bir gül ararım hâlâ — Belki kokusuz, belki renksiz, lâkin bana meftûn.
Kırıklığın da bir asaleti varmış, İnsana kendi derûnunu öğreten bir hikmetmiş. Ağlamak bile bazen âciz kalır, Zîrâ gözyaşı dahi yorulur insanın içinde.
Ey kalbim, artık feryâd etme; Her yara bir hikmet, her sızı bir sırdır. Sevdin, yanıldın, sustun, Ve kendi aynanda Hakk’ın cilvesini gördün.
Bir bakışta bin hicrân gizliymiş, Bir kelâmda bir ömür defnedilmiş. Ben hepsini yaşadım, hepsini yuttum, Ve şimdi sükûtla yaşarım, sükûtla dirilirim.
Küskün değilim artık hiç kimseye, Zîrâ bu kırıklar yalnız bana emânettir. Yaralarımda kendi sûretimi buldum, Ve öğrendim: aşk, kaybolmakla başlar.
Ey gece, ey sükûtun yârı, Sen bilirsin kalbimin kaç kez öldüğünü. Ben hâlâ yazarım, Lâkin hiçbir kelimeye sığınmadan.
Bir gün bu sükût da konuşur belki, Bir duâ misali doğar içimden. Ama o vakte dek, Ben bu kırığın içinde ışığı bekleyeceğim.
⸻
III. Fasıl — Küllerle Konuşan Kalp
Bir vakitler ateşti kalbim, şimdi küldür, Lâkin o külde dahi bir harâret gizlidir. Bir nefes, bir fısıltı, bir duâ misali, Kendimle konuşurum, yanarak susarım.
Küllerimden doğacak kadar kudretim yok, Ama yanmaya râzıyım her dem. Bilirim ki yanmak da bir ibâdettir, Kırılmak da aşkın diğer adıdır.
Artık anlatmam içimi hiç kimseye, Zîrâ kelâm da bîtab düşmüş benden. Her harf, bir hatıranın gölgesinde saklı, Her cümle bir niyaz gibi sönüp gider.
Ey gönül, nice yangın gördün, Ama hâlâ bir nûr saklarsın özünde. İnsan kırılır, yanar, susar, Ve bir an gelir, kendi menbaına döner.
Aşk bazen kaybolarak büyür, Bazen hiç bulunmadan. Ben artık aramam, Çünkü yalnızlıkta buldum hakikati.
Bir ses var içimde — Ne bana, ne bu dünyaya ait. Sanki Hakk’ın nefesi değmiş kalbime, Ve ben o sükût içinde huzur bulmuşum.
Artık ne mâzi kalır, ne istikbal; Sadece an vardır, sadece ben. Ve içimde hâlâ yanan o küçük kıvılcım, Hakk’a giden yolun son kandilidir.
Küllerle konuşurum bu gece, Her biri bir duâ, her biri bir secde. Ve bilirim, insan kırılır evet — Lâkin her kırılışta biraz daha yaklaşır Mevlâ’ya.
Nəhayət, qadın bütün çaşqınlığını bir kənara qoyub özünü toparladı və ayağa qalxdı. Bu, son illərdə onun üçün möcüzə idi. Çünki adətən çarpayıdan qalxmaq üçün əl ağacına möhkəm söykənmədən, kimsənin köməyi olmadan addım atmaq mümkün deyildi. İndi isə qadın sanki bütün ağrılarını unudaraq, görünməz bir qüvvənin təsiri ilə rahatlıqla yerindən qalxmışdı.
Əslində, ayağa qalxmasına səbəb yalnız ağrısızlıq deyildi. Onun içini yandıran başqa bir güc, başqa bir maraq vardı. Bu maraq — qarşısında dayanan sirli adamın kimliyini bilmək istəyindən doğmuşdu. Ona görə də bütün ehtiyatını bir anlıq unutdu, pəncərəyə tərəf addımladı.
Çöldən içəri boylanan adam get-gedə aydınlaşırdı. İndi qadın onun gənc bir zabit olduğunu seçə bilirdi. Hərbi geyimi bədəninə yaraşırdı, mərd duruşu, sifətindəki izlər onun müharibə həyatını açıq-aydın göstərirdi. Cüssəli, yaraşıqlı bir zabit idi. Qadının ürəyi daha da sürətlə döyünməyə başladı.
Artıq o, ikinci mərtəbənin pəncərəsindən 0boylanan bu nəhəng adam ilə üz-üzə dayanmışdı. Gözlərini yumub-açdı, amma gördükləri dəyişmədi. Normal boylu adamlardan iki dəfə hündür olan bu adam sanki dumanın içindən çıxaraq bir addımlığında dayanmışdı. Qadın çaşqınlıq içində baxışlarını ondan çəkə bilmirdi. Dərin, qara gözlər ona tanış görünürdü. Son illərdə yaddaşında qarışıqlıq olsa da, yaxınlarının üzlərini gec tanısa da, bu baxışları bir anın içində seçdi.
Əlləri titrəyirdi. O titrək əlləri ilə pəncərənin kənarına toxundu, sonra adamın küləyə qoşulub içəri keçmiş hərbi paltarının ətəyini burnuna yaxınlaşdırdı. İllərin xəstə vərdişi ilə bunu edərkən gözləri doldu. Elə bil ki, paltarın qoxusundan illərin arxasından boylanan əziz bir nəfəs, doğma bir nəfərin hənirtisi gəldi.
Qadının boğazı düyünləndi. Dodaqları titrəyə-titrəyə pıçıltı ilə, amma bütün ruhunun həyəcanını yığaraq güclə soruşdu: — Teymursan?.. Bu kəlmə sanki onun dilindən deyil ruhundan qopdu. Ona elə gəldi ki, heç Teymuru doğanda bu qədər ağrı çəkməmişdi. İndi Teymur adlı bu ağrı ildırım kimi çaxıb Bakının göydələn binalarının arasında əks-səda veriərək susmaq bilmirdi.
Bunin göründüyü qədər sadə yazıçı deyil. Çexovdan sonrakı dönəmdə rus ədəbiyyatının ən böyük hekayə ustası odur. Buninin dünyagörüşü də Turgenevin, Çexovun həyata baxışına yaxındır. Hətta bu üç yazıçı arasında düşüncə bənzərliyindən doğan süjet oxşarlıqları da tapmaq olar: məsələn, Turgenevin “Dvoryan ocağı” romanında, Çexovun “Böyük Volodya, kiçik Volodya”, Buninin “Saf bazar ertəsi” hekayələrində qadın qəhrəmanların monastıra çəkilməsi kimi. Təsadüfi deyil ki, 1933-cü ildə ona Nobel mükafatını da “rus klassik nəsrinin ənənələrini böyük ustalıqla inkişaf etdirdiyinə görə” vermişdilər.
Siyasi ədəbiyyat yaratmasa da, Bunin siyasi baxımdan çox ayıq yazıçıydı. Sosial-siyasi romanlar yazan zavallı Qorkidən fərqli olaraq Stalin rejimi onun başını bişirib sovet Rusiyasına qaytara bilmədi, hərçənd Bunin rus torpağına hədsiz bağlı bir patriot idi; üstəlik əlli yaşında mühacirətə gedib yeni həyata başlamaq zarafat deyil, buna hər adamın təpəri çatmaz. Avropanın Banin imzasıyla tanıdığı fransızdilli mühacir Azərbaycan yazıçısı Ümmülbanunun “İvan Buninin son höcəti” povestində ədəbiyyat üzrə ilk rus nobelçisinin Parisdəki emiqrant həyatıyla bağlı maraqlı məqamlar var. Biri budur ki, sovet ədəbiyyatının marşalı Konstantin Simonov Parisə səfərə gedəndə Bunini dilə tutub vətəninə qaytarmaq üçün onunla görüşəsi olur. Simonov arvadıyla gəldiyindən Bunin görüşə Baninin də qatılmasını ondan xahiş eləyir. Ümmülbanu yazır ki, görüş çox darıxdırıcı, sıxıntılı keçirdi, elə bil qonşu otaqda tabut vardı. Arada Bunin Simonovun Rusiyadan gətirdiyi arağı gözünün önünə tutub şüşənin üstünə yapışdırılmış etiketi uzun-uzadı nəzərdən keçirir. Qadın buna belə yozum verir: elə bil yazıçı o bir parça kağızdan rus xalqının taleyini oxumaq istəyirdi.
Adını çəkdiyim əsərdə Buninin siyasi sayıqlığıyla bağlı bir maraqlı məqam da var. Həmin günlərdə Parisdə sovet Özbəkistanının çiçəklənməsiylə bağlı təbliğati sənədli film nümayiş olunur. Filmin təsiri altında Banin (əslində daha çox qoca aşiqini qıcıqlandırmaq üçün) sovetləri tərifləməyə başlayır, deyir ki, oradakı inkişafı vətənindən küskün yazıçının gözü götürmür. Bunin inciyib gedir, çox keçməmiş ərköyün qıza bu məzmunda məktub göndərir: “Əzizim Tanin, Banin! Özbəkistan əlli, yüz, min il bundan qabaq da gözəl idi. Yer üzündə üzüm Karl Marksa qədər də yetişirdi. Allahın adını kiçik hərflə nə qədər yazsalar da, o, insanların qəlbində əbədi yaşayacaq”. Zənnimcə, bu üç qısa cümlə yetmiş illik sovet təbliğatını darmadağın eləməyə yetər.
İvan Bunin sənətə baxışları, fəlsəfi-estetik dünyagörüşü baxımından da ayıq-sayıq adam idi. Onu realist də, modernist də sayanlar var, hərçənd bu məsələyə yanaşmada birmənalı mövqe tutmaq çətindir. Əslində Bunin realistlər içində modernist, modernistlər içində realist yazıçıdır. Onun Andrey Belı kimi fanatik, ehkamçı modernistlərdən, həyatı estetik kanonların çərçivəsinə dürtən sənət xürafatçılarından, modern mövhumatçılardan xoşu gəlmirdi, bununla belə Buninin, başqa ad çəkmirəm, “Kölgəli xiyabanlar” silsiləsini oxuyan kəs onun necə yenilikçi, necə yetik yazıçı olduğunu görməyə bilməz. Rus nəsri sonrakı mərhələlərə ondan keçməklə adlayıb.
Buninin povest-hekayələrinin mütləq çoxluğunun süjeti sevgi əhvalatları üstündə qurulub. Onun can, nəfəs verdiyi qız-qadın obrazlarından böyük bir qalereya yaratmaq olar, həm də on illər boyunca vücuda gəlmiş bu surətlər eyni gənclik şövqüylə, korşalmamış bir zövqlə yaradılıb. 1916-cı ildə qələmə alınmış “Zərif nəfəs” hekayəsinin müəllifiylə 1924-cü ildə ərsəyə gəlmiş “Mityanın məhəbbəti” povestinin müəllifi, 1925-ci ildə işıq üzü görmüş “Günvurma” hekayəsinin müəllifiylə 1944-cü ildə yazılmış “Saf bazar ertəsi” hekayəsinin (74 yaşlı!) müəllifi arasında yaş fərqi əsla sezilmir. Sonuncu əsərin də içində yer aldığı qırx hekayədən ibarət “Kölgəli xiyabanlar” silsiləsini Bunin öz nəsr yaradıcılığının zirvəsi sayırdı. Qırxı da nakam sevgidən danışan bu hekayələri müəllif iyirminci əsrin ən ağır illərində (1937-1945), öz ömrününsə sonuncu gənclik dönəmində qələmə almışdı. Hamısı da ya kədərli, ya faciəli sonluqla bitir. Göründüyü kimi, dünya savaşının kosmik hay-küyü içində, tarixin qırılma nöqtəsində yazıçı öz qəlbinin səsini dinşəyib öz ruhunun tarixinə dala bilmişdi.
Buninin sevgi hekayələrinin az qala hamısının avtobioqrafik bünövrəsi var. Yazıçı yeni könüllər kəşf eləməyə, yeni-yeni eşq sultanlıqlarına səyahətə çıxmağa təşnə duyğularını heç vaxt umsuq qoymamışdı, hər təzə təəssüratını bir yazıya çevirmişdi. Bu baxımdan Buninin fərdi yaşantılarından, şəxsi təcrübəsindən mayalanmayan əsəri tək-tək olar. “San-Fransiskolu cənab” (1915) povesti həmin sırada bəlkə də birincidir. Bu əsərdə həyatdan alınma yalnız bir fakt var – Kapridə amerikalı turistin qəfil ölməsi. Həmin vaxt özü də adada dincələn yazıçıya bu hadisə bərk təsir göstərmişdi. Daha sonra Tomas Mannın 1912-ci ildə işıq üzü görmüş “Venesiyada ölüm” kitabının üz qabığını görəndə ağlına “Kapridə ölüm” adlı əsər yazmaq ideyası gəlmişdi. İdeya dördcə günə həyata keçirilsə də, başlıq dəyişdirilmişdi. Yeri gəlmişkən, adıyla onu ilhamlandıran əsəri Bunin yalnız bir neçə ay sonra oxumuşdu, ancaq bəyənməmişdi.
Bəlli fakt istisna olunmaqla povestdə hər şey müəllif təxəyyülünün məhsuludur. Bunindən çıxmayan iş – bu əsərdə nə sevgi macərası, nə aşiqanə baxış, nə ehtiraslı görüş var. “San-Fransiskolu cənab” povesti həm fantaziyaya yer qoymayan realist hekayə, həm də gerçəkliyi fəlsəfi ümumiləşdirmə donunda təqdim eləyən bədii pritçadır. Buninin həyatı tragik qavrayışı burada bütün gücüylə əksini tapıb.
58 yaşlı milyonçu (müəllif onun adını bizə demir, bununla da həyatda bir ad, nişanə qoymadığına eyham vurur), nəhayət, bu yaşında dincəlmək haqqı qazandığı qənaətinə gəlib arvadıyla, qızıyla iki illik dünya səyahətinə çıxır. “Atlantida” adlı nəhəng səyahət gəmisi bu əsər qələmə alınandan üç il əvvəl okeana qərq olmuş “Titanik” transatlantik laynerinə bənzəyir. Bu gəmiyə Atlantik okeanının dibinə çökmüş əfsanəvi qitənin adını verməklə yazıçının nəyə eyham vurduğunu söyləməyə, zənnimcə, lüzum yoxdur.
“Atlantida” gəmisi kainat adlı qaranlıq, soyuq okeanda üzən yer adlı mavi gəmiciyin rəmzidir. Bu gəmidə həyat ikiqatlıdır: zirzəmidə fəhlələr üzlərini cəhənnəm alovu qarsa-qarsa ac sobalara daş kömür atır, varlı sərnişinlərin rahat dincəlməsi üçün gecə-gündüz çalışırlar; işıqlı kayutlarda, salonlarda qayğısız, yeknəsəq günlər keçirən ağalar, xanımlar isə gündə bir neçə dəfə ləziz təamlar düzülmüş süfrələrə çağırılır, hər yeməyə bir ayrı libasda gəlirlər.
San-Fransiskolu cənabın səyahət marşrutu uzundur: İtaliya, Fransa, Yunanıstan, İstanbul, Misir… ta Yaponiyaya qədər. Uzun illər boyunca çinli muzdurların istismarı hesabına yığdığı kapital özünə hər cür qulluğu rəva görməsi üçün ona geninə-boluna yetir. Müəllif yazır ki, cənab indiyədək yaşamamışdı, yalnız mövcud olmuşdu. Onun keçmişi haqda dolğun təsəvvür yaratmasa da, yazıçı milyonçunun ömrü boyu məhz bu gün üçün çalışdığını, ömrü boyu haradasa gələcəkdə onu gözləyən mücərrəd xoşbəxtliyə can atdığını anlamağa oxucuya imkan verir. İndi artıq San-Fransiskolu cənab zəhmətinin bəhrələrini rahat-rahat, arxayınca həzm-rabedən keçirə bilər. On illər boyu bu cənab zənginləri özünə örnək seçib, həm xəyalda, həm əməldə onlarla yarışa girib. Budur, artıq xəyallar gerçək olub, indi o da başı başlara (özü də necə başlara!) qoşub.
Burada bir az irəli qaçıb Buninin ustadı Turgenevin “Asya” povestindəki bir məqamı xatırlatmaq istəyirəm: həmin əsərin sonlarında müəllif qəhrəmanın diliylə deyir ki, xoşbəxtliyin dünəni, sabahı olmur, xoşbəxtlik ya indi-burada var, ya da yoxdur…
Cənabla ailəsi dekabr ayında Neapolda yağınlığa düşürlər, palçıq, çirkab onları bezdirir. Dinən deyir ki, indi Kapri adası hər yerdən səfalıdır, orada göyün üzü açıq, hava mülayimdir. San-Fransiskolu cənab ailəsini də götürüb kiçik gəmiylə qədim ada-şəhərə üzür. Burada onlar bahalı otelin ən bahalı nömrəsində yerləşirlər. Yorucu səfərdən sonra təntənəli nahara hazırlaşan cənab oteldə dəri kresloya yayxanıb qəzet oxuya-oxuya arvadıyla qızını gözləyir. Birdən onun gözündə sətirlər bir-birinə qarışır, eynəyi sürüşüb burnunun üstündən yerə düşür, nəfəsi təngiyir, qıvrılan gövdəsi döşəməyə sərilir. Yaxınlıqda oturan bir alman turist qışqırıb otelə hay salır, nahara yığılan qonaqlar bu xəbərdən ürküb pərən düşürlər, otel sahibi qonaqları sakitləşdirməyə çox çalışsa da, gecənin ovqatını geri qaytarmağa, pərtliyi aradan qaldırmağa gücü çatmır.
Nökərlər xırıldayan cənabı yerdən qaldırıb kiçik, nəm otaqdakı dəmir çarpayının üstünə uzadırlar. Arvadıyla qızı can verən milyonçunun ölümlə əlbəyaxa qalmasına çarəsiz-çarəsiz baxırlar. Cənab keçinəndən sonra xanımı otel sahibindən cəsədi onların nömrəsinə köçürməyi xahiş eləyir. Ancaq bu, mümkün deyil! Söz Kapriyə yayılsa, heç kim daha bu bahalı otağı kirayələmək istəməyəcək! Adada hazır tabut da yoxdur, gərək əvvəlcədən sifariş verəsən. Odur ki, San-Fransiskolu cənabın meyidini su şüşələrinin daşındığı yeşiyə yerləşdirəsi olurlar.
Səhəri cənazəni əvvəlcə kiçik gəmiylə adadan çıxarır, sonra həmin “Atlantida” layneriylə üzügeri – yeni qitənin sahillərinə doğru uğurlayırlar. Bu dəfə onu sərnişinlərin gözündən uzaq yerdə, gəminin cəhənnəmtək isti, qaranlıq dibində, qaynar sobaların, mexanizmlərin arasında qaçaq mal kimi aparırlar.
San-Fransiskolu cənab bu dünyada qazandığı hakimiyyəti bir andaca itirir. Ölümün cənginə keçən kimi onun həyatının gerçək mahiyyəti açılır – əlli səkkiz il bəslədiyi qiymətli cəmdəyinə nə kral ədasıyla qədəm basdığı oteldə, nə krallara layiq gəmidə yer tapılır. Mehmanxana sahibi bahalı müştərilərini oteldən qaçıran, bahalı proqramını pozan, ona filan qədər ziyan vuran ölünün əlindən zəncir gəmirir. Ölmək dirilərin əyləncəsini pozan ədəbsiz bir davranışa çevrilir. Ölümün lap yaxında dolaşdığını, gecə-gündüz sağ canlara keşik çəkdiyini yada salan cənab heç vaxt ölməyəcəyini zənn eləyən diri bəxtəvərlərin xoşbəxtlik illüziyasına tərbiyəsizcəsinə haram qatır. Buna görə onu cəzalandırıb gəminin cəhənnəminə atırlar. Yuxarı qatlarda isə ayaqlarının altındakı cəhənnəmdən xəbərsiz qayğısız sərnişinlər çıraqban salonlarda çalıb-çağırmağa, deyib-gülməyə, yeyib-içməyə davam eləyirlər…
İvan Buninin “San-Fransiskolu cənab” povestini kapitalist həyat tərzinin, burjuaziyanın, çağdaş sivilizasiyanın, snobizmin, istismarçılığın ifşası kimi yozanlar da tapılar, ancaq məncə, belə yanaşma bir az üzdən getmək olar. Müəllif öz əsərinə varlı olmayan bir adamı da qəhrəman seçə bilərdi, ancaq onun cəsədinin su şüşələri daşınan yeşiyə uzadılması bunca effekt verməzdi. Söhbət bu fani dünyada söz sahibi, nüfuz, hörmət yiyəsi olmaqdan ötrü bütün ömrü boyu dişiylə-dırnağıyla çalışmış, min-min bəşər övladının əzabları üstündə xaniman qurmuş bir insanın miskin aqibətindən gedir. O, başqalarının bədbəxtliyi hesabına qazandığı xoşbəxtlikdən barınmağa imkan tapmır; ona görə yox ki, qəfil ölüm canına müsəllət olur, ona görə ki, belə bir xoşbəxtlik ümumiyyətlə yoxdur. Əgər səfərini sağ-salamat başa vursaydı belə, xəstəhal qızına varlı adaxlı tapsaydı belə onun ömrü bir dəyər, məna, mahiyyət qazanmayacaqdı.
Onun gedişiylə qayıdışı bu həyatın bir-birindən doğan iki üzüdür – povestin mükəmməl kompozisiyası da bu gediş-gəlişin üstündə qurulub. Yazıçı bununla demək istəyir ki, mənəvi həyatdan məhrum insan fəzada bizi daşıyan gəminin dərin qatlarına quylanacaq, bu dünyada ondan heç bir əsər-əlamət qalmayacaq. Necə ki, San-Fransiskolu cənabın həyat səhnəsindən çəkilməsi kimsənin canından bir ovuc can aparmır, onun adını keçdiyi yollarda, o cümlədən Neapolda, Kapridə bir kimsə xatırlamır. Çünki onun adı, namı, fərdiyyəti, individuallığı yoxdur; o bu kosmik gəmidə üzən milyon-milyon şeytan fəhləsindən biridir. Ölüm onu layiq olduğu yerə göndərir, ona layiq olduğu dəyəri verir.
İşıqları qaranlıqda bərq vuran “Atlantida” gəmisini Cəbəllütariq boğazındakı bir qayanın üstündən, duman-çiskinin arxasından müdrikcəsinə izləyən qoca İblis də yəqin elə bunları düşünürmüş.
Anna Bartkulaşvili – dostluğun, dürüstlüyün və yaradıcılığın simvolu
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvilinin aforizmlərdən ibarət “ANNAdan” və görkəmli klassikimiz Cəlil Məmmədquluzadənin külliyyatından seçmələrin gürcü dilinə tərcümə olunmuş kitablarının təqdimatı və imza günü keçirildi. Müəllifin sabiq iş yoldaşlarının, dostlarının, tələbələrinin, eləcə də kitabsevərlərin iştirak etdikləri tədbirin aparıcısı, yazıçı-publisist, şairə, tərcüməçi, pedaqoq, professor Rəsmiyyə Sabir Anna xanımla uzun illik dostluğunu vurğulamaqla həm də onun zəngin və çoxşaxəli yaradıcılığından söz açdı, onun ali insane xüsusiyyətlərindən bəhs etdi və ona olan sonsuz sevgidən ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər – kitabın naşiri, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Elçin İsgəndərzadə, kitabın redaktoru və ön söz müəllifi, Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət, Əməkdar jurnalist, müharibə veteran Əntiqə Qonaq, Əməkdar jurnalist, “Yeni təfəkkür” təzetinin baş redaktoru Şəmsiyyə Kərimova, şair, ədəbiyyatşünas, araşdırmaçı alım, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, şair, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədr müavini, AYB üzvü Sara Göyçəli, yazıçı və tərcüməçi, Güney Azərbaycandan olan soydaşımız Məsumə Şükürzadə, Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşları David Çikvaidze və Ana Şiolaşvili, yazıçı-publisist, AYB üzvü Nüşabə Məmmədli, ilk qadın hərbi komandir müavini, polis mayoru, şair Aidə Şirinova, yazar, pedaqoq Nəzakət Kərimova, AzTV-nin əməkdaşı Arzu Bayramlı, şairə Arzu Nehrəmli, tələbələri, doğmaları söz alaraq çıxışlarında Anna xanımın alicənablığından, yaşadığı mənalı və çoxlarına görk olacaq ömür yollarından, zəngin və məhsuldar yaradıcılığından, yüksək insane keyfiyyətlərindən, humanistliyindən, insanlara yaxşılıq etməkdən zövq almağından, dürüstlüyündən, təmizliyindən, gözütoxluğundan, ən başlıcası isə Azərbaycanı, xalqımızı qəlbən sevməyindən söz açdılar, müəllifə gül-çiçək dəstələri və xatirə hədiyyələri təqdim etdilər.
Məlumat üçün bildirək ki, yazıçı-publisist, şair, tərcüməçi, pedaqoq, professor Anna Bartkulaşvili gürcü əsillidir, Gürcüstanın Bolnisi rayonunun Ayorta (gürcülərlə azərbaycanlıların kompakt yaşadıqları azsaylı kəndlərdən biri) kəndində doğulub, rus dilli məktəbdə təhsil alıb, ömrünün üçdən birini Gürcüstanda, çox hissəsini isə Azərbaycanda yaşayır, Azərbaycan vətəndaşıdır, Qarabağlı balası ilə ailə qurub, həyat yoldaşı xidməti vəzifəsini yerinə yetirərkən Əfqanıstanda vəfat etdikdən sonra yeganə qız övladını təkbaşına böyüdüb, ona ali tibb təhsili verib, azərbaycanlı oğlana ərə köçürüb, iki qız nəvəsi var: Fəridə və Fatimə. Bir çox məsul vəzifələrdə çalışıb. Ən çox media sahəsində, həm də pedaqoji fəaliyyəti ilə tanınır. Rus filologiyası üzrə fəlsəfə doktoru, professordur. Gürcü və rus dillərindən çoxlu tərcümələri var. Cəlil Məmmədquluzadənin külliyyatından seçmələri, bir çox Azərbaycan klassiklərinin əsərlərini gürcü dilinə tərcümə edib kitablar şəklində nəşr etdirib. İstedadının bir yönü də şairlikdi. Nəsr və nəzmdə fərqli yazı stilinə malikdir. Gözəl şeirləri var, məna yüklü, axar, oxunaqlı və bəyənilən. Geriyə qoyduğu ömür illərində çox faydalı və görk olacaq məhsuldar yaradıcılığı ilə seçilir, həm də məsul vəzifələrdə vicdanla, dürüst, adil və qeyrətlə çalışıb. Rüşvətə nifrət edib, halal zəhmətə tapınıb, hər zaman məzlumun yanında olub, ədalətsizliklə barışmayıb, daim nadanlarla və vəzifəsindən sui-istifadə edənlərlə mübarizə aparıb. Sözü çəkinmədən üzə deyəndi, kimsənin arxasınca danışmaz. Sözünü və tənqidini vaxtında, üzə deyər. Tələbələrinə hər zaman bir valideyn münasibəti bəsləyib. Onlarla yaxın münasibət qurub, problemlərini öyrənib, həllinə kömək edib, daim onlarla əlaqə saxlayıb. Həm şad günlərində, həm də qəmli günlərində doğmaları kimi yanlarında olub. Mən azərbaycanlıyam, azərbaycan xalqını çox sevirəm,- deyir. Azərbaycana, bu xalqın mədəniyyətinə, ədəbiyyatına, adət-ənənələrinə, məişət tərzinə çox maraq göstərməklə yanaşı, bunları sevir və məhəbbətlə, ürək coşqusu ilə təbliğ edir. Əks halda, tək Azərbaycan vətəndaşlığını daşımazdı . Əks halda, Gürcüstanda keçirilən media forumunda erməni jjurnalistin: “Siz məğlub xalq olduğunuz halda nədən hər gün deyib-gülür, şənlənir, bayram edirsiniz”,-sualına hazırcavablıqla və qürurla: “Biz hər səhər yuxudan qalxanda şükür edirik ki, nə yaxşı erməni doğulmamışıq. Şadyanalığımız da, bununla bağlıdır”, – sərrast cavabını verməzdi. Bu və bunun kimi o qədər misallar çəkə bilərəm ki… Bu ən azından böyük bir monoqrafiyanın, yaxudda bir kitabın materialıdır. İnanıram ki, nəinki Gürcüstanda, Azərbaycanda daha çox dostu və sirdaşı var. Dostu isə heç kimsə kimsəyə hədiyyə verə bilməz. Bunu ancaq özün qazanmalısan. İnsanlığa bəslədiyin sonsuz və tükənməz sevgin ilə, sədaqətinlə, ədalətinlə, dürüstlüyünlə, ali insani keyfiyyətlərinlə, mərhəmətinlə, humanistliyinlə, vəfalı olmağınla… Çox humanistdir. Təmənnasızdır. Etdiyi yaxşılığı heç vaxt dilə gətirməz. Təbiətcə sakit, nəzakətli, etik davranış qaydalarına maksimum əməl edən, nəcib bir xanım. Deyərdim ki, kübar, aristokrat. Mənəviyyatca çox zəngin, ədəbcə çox kamil. Zəngin təxəyyülə, dərin düşüncəyə, sanballı fikir və hikmətli ifadələrə malik bir insan. Xeyirxahlıq etməkdən xüsusilə zövq alan bir mərhəmətli ürək sahibi. İnsanları ilk görüşdən tanıyan, insan psixologiyasının bilicisi deyərdim. Adını eşitsəm də, fəaliyyətindən az-çox xəbərdar olsam da, onu yaxından tanıdığım on ilədək bir müddətdə gəldiyim qənaətlərimdi. Ondan yazılması o qədər cümlə, fikir var ki… Mən hələ ki, Anna xanımın xarakterinin kiçik bir bucağına işıq saça bildim. Aforizmləri oxuyandan sonra mənim hələ onun haqqında az yazdığıma əmin olacaqsız…
Əntiqə QONAQ, Əməkdar jurnalist, müharibə veteranı
Göbekli Tepe’nin Renkli Sırrı: Taş Çağı Abideleri Gerçekte Ne Kadar Canlıydı? “Tarihin sıfır noktası” olarak nitelendirilen ve insanlık tarihine dair yerleşik bilgileri kökünden sarsan Göbekli Tepe, 12.000 yıl öncesinin gizemini günümüze taşıyan devasa taş sütunlarıyla tanınır. Ancak gri ve bej tonlardaki anıtsal taşların arkasında, bu Neolitik merkezin aslında çok daha canlı ve renkli bir görünüme sahip olduğu yönünde güçlü kanıtlar ortaya çıkmaya başladı. Son dönemde yapılan arkeolojik keşifler, Göbekli Tepe’deki T biçimli sütunların üzerindeki büyüleyici kabartmaların ve buradaki heykellerin eskiden parlak renklerle bezenmiş olabileceği hipotezini destekliyor. Göbekli Tepe’nin ikonikleşmiş, stilize edilmiş insan tasvirleri olduğu düşünülen T sütunları, üzerlerindeki yılan, tilki, yaban domuzu gibi hayvan figürleri ve soyut sembollerle dönemin inanç dünyasına ışık tutar. Bu karmaşık ve özenli işçiliğin, yalnızca taşın doğal tonlarıyla sınırlı kalmadığı anlaşılıyor. Arkeologlar, alanda daha önce de çeşitli pigment kalıntıları bulmuştu; ancak bu izler, heykel ve kabartmaların boyalı olduğu konusunda kesin bir kanıt sunmuyordu. Bu durumu değiştiren kritik buluntu, 2023 yılında yapılan kazılarda gün ışığına çıkarılan ve döneminden günümüze ulaşan ilk boyalı heykel olma özelliğini taşıyan gerçek boyutlu yaban domuzu heykeli oldu. Heykelin yüzeyinde belirgin biçimde kırmızı, beyaz ve siyah pigment izlerinin tespit edilmesi, Neolitik Çağ insanlarının sanatsal ifadelerinde renkliliği aktif olarak kullandığını tartışmaya yer bırakmayacak şekilde gösterdi. Kazı ekibi, bu boya kalıntılarının heykelin dilinin ve üzerindeki kıl tabakasının özgün renklerini temsil ettiğini belirtmektedir. Bu çığır açıcı keşif, sadece tek bir heykelin renkliliğini değil, aynı zamanda Göbekli Tepe’deki tüm taş abideler topluluğunun görkemini yeniden hayal etmemizi gerektiriyor. Boyalı heykelin varlığı, devasa T sütunlarının üzerindeki güçlü hayvan kabartmalarının ve gizemli sembollerin de bir zamanlar parlak renklerle vurgulanarak, ritüel veya dini mekanın atmosferini çok daha etkileyici ve dramatik hale getirdiğini güçlü bir şekilde düşündürmektedir. Zamanın acımasız etkisi ve çevresel faktörler, on binlerce yıl boyunca bu organik boyaları silip süpürmüş olsa da, son bulgular Göbekli Tepe’nin sadece gri taşlardan oluşan bir mabet değil, aynı zamanda Taş Çağı’nın canlı renklerle bezenmiş bir başyapıtı olduğunu kanıtlamaktadır. Bu durum, Neolitik dönem insanının estetik anlayışı, sembolizmi ve anıtsal yapıları algılama biçimi hakkında bildiklerimizi yeniden yazmaya davet eden heyecan verici bir gelişmedir.