Gün ərzində müəyyən işlərlə məşğul olursan. Bəlkə işə gedib-gəlirsən, şəxsi baxımına vaxt ayırır, gündəlik ehtiyaclarını qarşılayırsan. Bəzən gəzintiyə çıxır, bəzən isə monoton həyatın içində itib-batırsan. Axşam olanda isə üzərinə bir yük çökür. Bunun gün ərzində etdiyin işlərin yorğunluğu olduğunu düşünürsən. Amma keçmir. Zehnində bir qarışıqlıq, bədənində isə bir uyuşma var.
Bunları hiss etməmək üçün özünü məşğul edirsən. Telefonda qısa videolar izləyir, başqalarının “uğurlarını” göstərən paylaşımlara baxır, “vlogger” və “blogger”lərin səhifələrində saatlarla vaxt keçirirsən. Doğrusunu desək, zaman anlayışını itirirsən. Bir də ayılırsan ki, saatlar keçib gedib, amma daxilindəki narahatlıq hələ də qalır.
Düşünmək belə istəmirsən. Axı bu narahatlıq nədəndir? Çünki düşünmək üzləşmək deməkdir. Üzləşmək isə cəsarət tələb edir. O narahatlığın səbəbi daxilində gedən mübarizədir. Görünməyən və daimi olan bir mübarizə. Potensialını həyata keçirmək istəyi ilə məsuliyyətdən qaçmaq arzusu arasındakı mübarizə.
Çox vaxt tənbəllik adlandırdığımız xüsusiyyətin kökündə də məhz bu dayanır desəm, inanarsınızmı? Tənbəllik sadəcə heç nə etməmək deyil. Çox vaxt o, insanın daxili gərginliyindən qaçma formasıdır.
Müraciət edən danışanlarımdan biri tənbəl olmasından şikayət edirdi. Bu xüsusiyyətinə görə həm ətrafdakıların, həm də özünün qınaq obyektinə çevrilmişdi. Düşünə bilərsiniz ki, əgər insan özünü bu xüsusiyyətinə görə qınayırsa, deməli dəyişə bilər. Bəs niyə dəyişmir? Niyə bu xüsusiyyəti ilə yaşamağa davam edir?
Çünki bəzən tənbəlliklə qazandıqlarımızın həcmi itirdiklərimizdən daha çox olur. Belə olduqda insan tənbəlliyi “buraxa” bilmir. Tənbəllik onu məsuliyyətdən uzaqlaşdırır, zəhmətdən qoruyur, risk almaq məcburiyyətini azaldır.
Bu mövzu haqqında çox düşünmüşəm. Gəldiyim nəticə budur ki, hər insan müəyyən bir potensialla doğulur. Fikirlərini təqdir etdiyim amerikalı psixoloq Abraham Maslow öz ehtiyaclar iyerarxiyasında bu mövzuya toxunur. Maslow hesab edirdi ki, hər insanın daxilində öz potensialını həyata keçirmək, bacarıqlarını inkişaf etdirmək və həqiqi mənliyinə çevrilmək istəyi var. O, bu prosesi “özünü gerçəkləşdirmə” adlandırırdı.
İnsana öz potensialını gerçəkləşdirmək üçün resurs da verilir. Bu, sənin daxili enerjindir. Həmin resursu nəyə sərf etdiyin isə həyatını dəyişir. Məsələn, keçmişə bağlılıq, kin, nifrət, qeybət, paxıllıq, qəzəb, bitmiş münasibətlər, “boş” insanlarla mənasız söhbətlər və daha nələr, nələr…
Axı o resurs xərclənməlidir. Sən onu potensialını gerçəkləşdirməyə sərf etmədiyin halda, başqa istiqamətlərə yönələcək. Sadəcə həyatda qalmaq, “baş qatmaq” üçün nələrləsə məşğul olacaqsan.
“Bəs insan potensialını gerçəkləşdirməyə haradan başlamalıdır?” sualını versəniz, ilk olaraq bunu deyərdim: Enerjini yanlış yerlərə xərcləməməlidir.
Özünü kəşf yolunda addımlar atmaq bizi həm daha xoşbəxt edir, həm də potensialımıza yaxınlaşdırır. Başqalarının səhvləri, keçmiş hadisələr və ya gündəlik səs-küylə məşğul olmaqdan çıx. Öz qorxularına, arzularına və həqiqətlərinə baxmağa başla.
Məsuliyyətini qəbul et. Ekzistensial fəlsəfəyə görə azadlıq və məsuliyyət ayrılmaz anlayışlardır. Həyatının istiqamətini başqalarının deyil, öz seçimlərinin müəyyən etdiyini qəbul etmək inkişafın əsas şərtlərindən biridir.
Öz dəyərlərinə uyğun yaşa. Özündən soruş: “Mənim üçün həqiqətən vacib olan nədir?” Bir çox insanlar başqalarının onlar üçün təyin etdiyi qaydalara uyğun yaşayırlar. Öz dəyərlərinə uyğun olmayan həyat daxili boşluq yaradır. Dəyərlərinə uyğun həyat isə məna hissini gücləndirir və səni potensialına doğru aparır.
Və nəhayət, hərəkətdə ol. Nə qədər ki, axtarışdasan, bir o qədər çox məlumatlı olursan. Kitablar, mentor dəstəyi, psixoloji yardım, təlimlərdə iştirak və digər fəaliyyətlər öz yolunda addımlamağına kömək edən vasitələrdir.
Bəlkə də həyatın ən böyük yorğunluğu çox işləməkdən deyil, ola biləcəyin insandan uzaq yaşamaqdan yaranır…
Zaur Urtacın “Şehçiçəyim” şeiri saf və ülvi məhəbbətin poetik ifadəsidir. Şair sevdiyi insanı çiçəyə bənzədərək onu öz dünyasının ən qiymətli varlığı kimi təqdim edir. Şeirin ilk misralarında bu hiss aydın şəkildə görünür: “Tacısan dünyamda sən çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim…” Burada sevgili bütün çiçəklərin tacı, yəni ən gözəli və ən dəyərlisi kimi təsvir edilir. Şair sevgilinin gözəlliyindən və cazibəsindən o qədər təsirlənmişdir ki, onun “nur ləçəklərinin sehrinə” düşdüyünü etiraf edir: “Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim…” misralarında sevginin insanı valeh edən qüvvəsi ifadə olunur. Bu məhəbbət sadəcə zahiri gözəlliyə deyil, mənəvi cazibəyə də əsaslanır. Əsərin ikinci bəndində müəllif sevgilinin əvəzsiz olduğunu vurğulayır. O yazır ki, ətrafında çoxlu çiçəklər açsa da, onun seçimi yalnız Şehçiçəyidir:
“Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…” Burada “dürr” sözü inci mənasında işlədilmiş və sevgilinin nadir bir xəzinə olduğu göstərilmişdir. Şeirin son bəndində isə həsrət və qovuşmaq arzusu ön plana çıxır. Şair bir anlıq vüsalın belə onun üçün böyük xoşbəxtlik olduğunu bildirir: “Bir kərə, bir anlıq olsa da, vüsal…” O, hətta sevginin sonu ölüm olsa belə, sevgilisinin qoynunda olmağı həsrətlə yaşamaqdan üstün tutur: “Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…” Nəticə etibarilə, “Şehçiçəyim” şeiri məhəbbətin gözəlliyini, sədaqəti və həsrətin yaratdığı iztirabları yüksək poetik dillə əks etdirən lirik əsərdir. Şair bədii təsvir vasitələrindən istifadə edərək sevgilinin həm gözəlliyini, həm də özünün ona olan dərin bağlılığını oxucuya təsirli şəkildə çatdırmışdır.
Müəllif: Süleymanova Ümmü İsmayıl qızı Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.
Murad Eloğlu (Məmmədli Murad Elburus oğlu) 12 iyul 1988 – ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olub. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindədən olan Murad ana tərəfindən Şəhrilidir. İlkin təhsilini öz kəndində tamamladıqdan sonra keçmiş ittifaqın müxtəlif ölkələrinə səyahət etmiş, hal-hazırda bizim üçün xarici sayılan bir neçə ölkədə olmuşdur. Murad Eloğlu kiçik yaşlarından şeir yazmağa başlamış, “Yazarlar” jurnalının nəzdində mütəmadi olaraq təşkil olunan “Yazarlar Akademiyası”nın 2021-2023-cü il buraxılışının Poeziya şöbəsinin ən istedadlı məzunlarından biridir. “39” şeirlər kitabının müəllifidir. Ədəbiyyat sahəsində uğurlarına görə 2022-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
“Yazarlar” jurnalının tərəfindən “İlin şairi” (2026) və “Ziyadar” (2026) mükafatları ilə təltif olunub. “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür və hal-hazırda bədii yaradıcılıq sahəsində fəaliyyətini davam etdirir. Bakı şəhərində yaşayır. Evlidir. İki qız, bir oğlan olmaqla üç övladı var.
Cumanazar Abdulla, 3 Mayıs 1956 tarihinde Sirderya vilayeti Mirzaabad ilçesinde doğmuştur. Gülistan Devlet Üniversitesi öğretmenidir. “Özbek halk bilmecelerinin söz varlığı ve anlamsal özellikleri” başlıklı filoloji alanında kandidatlık tezini başarıyla savunmuştur. Filoloji bilimleri adayı ve doçent unvanına sahiptir. Ayrıca, Ahmet Yesevi Rozeti ile ödüllendirilmiştir. Aşağıda onun şiirlerini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öǧretmeni Hüsniddin Hayıt tercümesinden okuyacaksınız.
Parlasın, ışık saçsın güneş, Açılsın sayfalar, okunsun kitap. Dünyanın dayanağı, hayatı güneşdir, İnsanın dayanağı, kurtuluşu kitaptır.
KENDİNDEN BAŞLA…
(Kendime)
Kendin temiz ol, kendin saf ol, Arınmayı kendinden başla. Ağabey-kardeş, abla-kız kardeş, dost… Öz oğlundan, kızından başla.
Bıçağı vur kendine önce, Bir bak kendi yüzüne önce, Kendi kendinden utanmıyor musun? Dik bak gözlerinin içine önce.
Aslın kimdir, açıkça söyler o, Kendi gözünden kaçamaz insan. Kendi yansımasını tanımaz köpek, Çünkü o köpektir, çünkü hayvan.
Kısacası işe kendinden başla, Kendi takımından, kendi yönetiminden. Ta ki birisimiş senin izminde Kimse senden göğe şikâyet etmesin.
ANA DİLİM, GÜZELSİN…
Ana dilim, güzelsin – güzellerdan güzelim kendin, Lezzetin var, huzur veren ballardan da balım kendin. Her lehçen ayrı bir dil, her edipin sözü bir âlem – Ana dilim, zengin dilimsin – aşanlardan aşandığım kendin.
SEN YÂRSIN
Kendin varsın, kendin yârsın, özüne kurban olayım Rabbim! Kurtuluşumdur Kur’an-ı Kerim – sözünden kurban olayım Rabbim! Muhammed’in ümmetiyiz – müslümanız, binlerce şükür, Özün verdiğin nimet – nasib – rızkınden kurban olayım Rabbim! Yarattığın iki dünyanın anlamını anlamış gibiyim, On sekiz bin âleminin en yücesini anlamış gibiyim, Âdem Ata ve Havva nesli – soyunu anlamış gibiyim, En yüksek akıl, amel, söz yâr – hikmetini anlamış gibiyim. Lakin günah ve şüphede hem tenha tenhalığın anlamadım, Rabbim.
“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu Tarix dərsliklərindən sizə yaxş məlumdur ki, 30 yanvar 1829-cu ildə Tehranda Rusiya səfirliyinin əməkdaşları bir qrup təxribatçı tərəfindən qətlə yetirilib. Səbəbkar- iki təxribatçı erməni qadını olmuşdu. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. Söhbət təlcə bundan getmir. Bəs gəlin görək Rusiya imperiyasının rəhbərliyi bu məsələyə necə münasibət göstərdi və nəticə necə oldu? Tehran səfirliyində baş verən qətliam əvvəlcə ciddi diplomatik qalmaqala səbəb oldu. Bir il öncə biabırçı Türkmənçay sazişini bağlamış İran rusların yeni hədəfi oldu. Fətəli Şah qorxudan tez əl-ayağa düşdü, Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt Peterburqa bir növ girov göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Xosrov Mirzənin Rusiya imperatoru I Nikolaya təqdim etdiyi saysız-hesabsız zəngin hədiyyələr arasında məşhur, qiyməti milyardlarla ölçülən 88,7 karatlıq “Şah” almazı – brilliantı da var idi. Yeri gəlmişkən, həmin almaz 1450-ci illərdə Hindistanda (Qolkonda mədənlərində) tapılmışdır. Bu tarixi incəsənət əsəri günümüzdə Rusiyanın Almaz Fondunda (Moskva Kremli) nümayiş etdirilir. Mütəxəssislər ona qiymət qoya bilmir, qiymətsiz hesab edir. Çünki dünyanın ən qiymətli- brilliantının-almazın qiyməti milyardlar dəyərindədir. Amma misal olaraq deyim ki, almazın 1 qramının 10 min dollaracan qiymətləndirilir. Haqqında haqlı olaraq əfsanələr dolaşan almazı görəndə necə deyərlər Rusiya Çarının gözü kəlləsinə çıxdı. I Nikolay – Xosrov Mirzədən almazı qəbul edərkən çox məmnun oldu, baş verən qətliamı unutdu və sevincək dedi: “Mən bundan sonra faciəli Tehran hadisəsini əbədi unudacagam”.