Bəhlul Ataxallı – Sorsa məni

Sorsa məni

Kəsildim “həyat” dərsindən,
Ay Tanrım, yaz “kursa” məni.
Yağı belə, qan ağlayar,
Bu halımda görsə məni!

Bir eşq verib şah eylədin,
Taxt- tacı matah eylədin…
Sən hardan ürcah eylədin,
Bu höccətə,tərsə məni?!…

Kimim getdi,kim gələcək,
Yenə bəxtim kəm gələcək…
Göy üzünə nəm gələcək,
Kimsə günə sərsə məni!

Varımı bulaq eylədin,
Dərdimi qalaq eylədin…
Gah rusa yamaq eylədin,
Gah caladın farsa məni!

Sünbüləm,darı deyiləm,
Kimsənin yarı deyiləm..
Aşıqam,Sarı deyiləm,
Qoyarsanmı tərsə məni?!

Alnıma yazıb sitəmi,
Artırdın bir bəxtikəmi.
De ki, görüb cəhənnəmi,
Mələklərin sorsa məni!

      28.06.2026.

Müəllif: Bəhlul Ataxallı

Bəhlul Ataxallının yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir