www.bitik.az tərəfindən yazılmış bütün yazılar

LALƏ İSMAYIL – MƏNƏVİ DÜNYAMIZA YENİ TÖHFƏ


MƏNƏVİ DÜNYAMIZA YENİ TÖHFƏ
Araşdırmaçı, yazar, ədəbi təhlilçi Vaqif Osmanlının yenicə çapdan çıxmış “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı xalqımızın əsrlərdən bəri keşiyində dayandığı, saflığını qorumağa çalışdığı, bəzən bu yolda qanına qəltan olduğu çağdaş dünyamızda üzərində bəzi xoşagəlməz çatlar görünməyə başlayan Türkün mənəvi dünyasını yad nəfəslərdən xilas etməyə hesablanmış bir söz töhfəsidir. Müəllif əslində xalqımızın dünənindən bu gününə, bu günündən sabahına körpü salmağı qarşısına məqsəd qoyub. Mənə elə gəlir ki, bunu uğurla edib, məqsədinə çatıb.
Kitabın redaktoru kimi çox fərəhliyəm ki, bu kitaba mənim də imzam düşüb. Onu da deyim ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu nəfis və qiymətli kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur.
Yeni kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır. 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində Vətənimizin müxtəlif bölgələrində, ən ümdəsi işğaldan azad olunmuş Şuşada tədbirlər keçiriləcək.
“Sözün, sazın kəlağayılı Güllüsü” şair, publisist, aktiv ictimai insan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, hamımızın sevimlisi Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır. Həmin ömür yolunun anlaqlı hissəsində Güllü xanımın fəaliyyəti hamımıza örnəkdir. Güllü xanımın yeniyetməlik, gənclik dövründən bu günə kimi yorulmaz fəaliyyəti ayrı-ayrı bölümlərdə çox maraqlı və səlis dillə təhlil olunur, Güllü xanımın özünün, anası Gülüstan ananın, onu yaxından tanıyanların söhbətləri, xatirələri ilə oxuculara çatdırılır. Hər bölümün başlanğıcında Güllü xanımın şeirlərindən seçilmiş bir bənd bölümə güzgü tutur, onun məqsədinə aydınlıq gətirir. Bu, müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır.
Hər bölümdə Güllü xanımın sözə, saza, mənəvi dünyamızın ayrı-ayrı dəyərlərinə vurğunluğu təkrarolunmaz fakt və dəlillərlə yanaşı, təxəyyülünün söz inciləri ilə təsdiqlənir.
Güllü xanımı tanıyanlar yaxşı bilir ki, onun bir dünya ana sevdası var – Gülüstan ana dünyası. O, Gülüstan ana ilə nəfəs alır, o ana onun zəngin mənəvi aləminin, uğurlarının memarıdır. Kitabda Gülüstan ananın bəzən kövrək, bəzən də baməzə söhbət və xatirələrinə tez-tez müraciət olunması oxucunu yormur, əksinə, əhvalını təravətləndirir.
Güllü xanım Vətən qızıdı, anadı, nənədi, Türk xanımıdı. Həm də şəhid analarının, bacılarının, bütün şəhid ailələrinin kədərinin ortağıdır, təsəlli verənidir. Bu yaxınlarda bizimlə birlikdə Zəngilana getməyi də özünə borc bildi. Zəngilanda biri mənim qardaşım İsmayıl olmaqla yeddi məzarsız polisin şəhid olduğu yeri ziyarət etdik, ruhlarını şad etdik.
Vaqif Osmanlı Güllü xanımın vətənpərvərliyini, insansevərliyini, qədirbilənliyini, qayğıkeşliyini məhz buna görə önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə xərcləyən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı” qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən , millət, yurd, el-oba, mənəviyyat məsələlərinə həssas yanaşan söz, fikir adamıdır.
Kitabın adı çox incə anlamlardan xəbər verir: “Sözün, sazın kəlağayılı Güllüsü”. Saz, söz ulu Türk yaranan gündən onunla birgədir, onun yaşam və fəlsəfi düşüncə tərzidi. O ki qaldı kəlağayıya, bu milli baş örtüyü Türk xanım-xatınlığının, abır-həyasının, ismətinin, namusunun, bir sözlə mənəvi aləminin qədim-qayım rəmzidir. Nənələrimizdən bizə miras qalan zərif baş örpəyini sandıqlardan çıxarmaq, başımıza tac etmək Güllü xanımın işinin əsas məqsədidir.
Gəlin “Sözün, sazın kəlağayılı Güllüsü” kitabını oxuyaq, nəticə çıxaraq, gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin təməlinin möhkəmlənməsinə nənə, ana, bacı töhfəmizi əsirgəməyək. Vaqif müəllimin yeni çapdan çıxmış kitabı bunları bizə aşılayır.
Vaqif Osmanlını və Güllü Eldar Tomarlını təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.

,Müəllif: Lalə İsmayıl,

Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü, yazar

LALƏ İSMAYILIN YAZILARI

VAQİF OSMANLININ YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏSL OXUCU KİMLƏRDİ…

ƏSL OXUCU KİMLƏRDİ…

İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş…
Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm…” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar…
Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər…
P.S. Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..

TRİBUNADA: İSMAYIL İMANZADƏ
AYB Mingəçevir bölməsinin sədri
17.06.2024

YAZARLARIN TRİBUNASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Qazaxda bir gün.

QAZAXDA BİR GÜN

Bura tariximin şanlı yeridi,
Bürcümə, qəsrimə, qalama gəldim.
Göyəzən bu yerin ocaq, piridi,
Didivan gölünü salama gəldim.

Uzaqda zirvələr bürünüb çənə,
Qazax Borçalıya arxa və təndi.
Hər daşı, qayası doğmadır mənə,
Hər qarış torpağı ana Vətəndi.

Çobanyastığından don geyib çöllər,
İndi ağacların gəlin vaxtıdı.
Ətrinə bələnib obalar, ellər,
Lalələr dərməyə gəlin, vaxtıdı.

Bura Dilbazini yetirən kəndi,
Bu yerlər Səmədi Vurğun eylədi.
Sevə-sevə keçdim bərəni, bəndi,
Demərəm ki, yordu, yorğun eylədi.

Dostum Ələddinin Vəkillə birgə,
Gəlib “Göyəzən”də qonağı oldum.
Düzmüşdü kababı cərgəbə-cərgə,
Bir təzə şeirdə sınağı oldum.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Varşava ev sahibliyi edir.

Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

İclasın ilk günü salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.

İclasın davamı olaraq Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs – zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.

Sonra CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Luksemburq, Estoniya Milli Kitabxanalarının rəhbərləri CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depositin statusu haqqında təqdimat ediblər.

Daha sonra CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, musiqi, təcrübələr haqqında danışılıb, iclas müzakirələrlə davam edib.

Konfrans öz işinə 18 iyun tarixində davam edəcək.

Mənbə və daha ətraflı:
https://www.millikitabxana.az/news/azerbaycan-milli-kitabxanasi-cenl


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri haqqında bəzi qeydlər

Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri haqqında bəzi qeydlər

XII əsr Azərbaycan yazıçısı, şairi, alimi və pedaqoqu Əbubəkr ibn Xosrov əl-Ustadın dövrümüzədək yalnız “Munisnamə” əsəri gəlib çatmışdır. Bu kitab bir zamanlar mədrəsələrdə dərslik kimi istifadə olunurdu.
Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin sarayında xidmət etmiş, böyük Nizami Gəncəvi müasiri və bəzi ehtimallara görə hətta dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustad haqqında, təəssüf ki, orta əsr mənbələrində və təzkirələrdə heç bir məlumata rast gəlinmir. Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi barədə müəyyən təsəvvürü yazıçının kifayət qədər zəngin yaradıcılığının hələlik əldə olan yeganə nümunəsindən – “Munisnamə”dən almaq olar.
Yazıçı əsərin müqəddiməsində özü barəsində bir qədər məlumat verir, sözün dəyanətindən danışır, şeirin üstünlüyünü vurğulayır, nəsrə keçməsinin səbəbini izah edir. XVI fəsildə isə imamların, filosofların, müxtəlif mütəfəkkirlərin əsərlərindən nümunələr verir, XVII fəsildə 31 maraqlı və ibrətamiz nağıllardan bəhs edir.
“Munisnamə” həcm etibarilə çox iri bir əsərdir. Belə ki, onun əlyazma nüsxəsi 750 səhifəyə yaxındır.
“Munisnamə”nin yeganə əlyazması Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində 1920-ci ilin aprelində şairin yaşadığı doğma Naxçıvan diyarından çıxarılaraq İngiltərəyə aparılmışdır. Əsərin üzərindəki qeyddən aydın olur ki, o, Ter-Avetisyan soyadlı bir nəfər tərəfindən Böyük Britaniya muzeyinə “Min bir gecə” adı ilə satılmış, burada nə az, nə çox, düz 50 il araşdırılmadan toxunulmaz qalmışdır.
Nəhayət, əlyazma ingilis şərqşünası Q.M.Meredit-Ouensin diqqətini cəlb etmiş və o, müəyyənləşdirmişdir ki, həmin əlyazma “Min bir gecə” nağılı yox, Atabəylər dövləti dövründə yaşamış Əbubəkr ibn Xosrov əl-Ustad adlı müəllifin qələminə mənsub “Munisnamə”nin unikal nüsxəsidir. Tədqiqatçı əlyazmanın qısa təsvirini hazırlamış və əsərin müəllifi haqqında onun giriş hissəsindən əldə etdiyi məlumatlarla birgə 1971-ci ildə Edinburqda “İran və islam” məcmuəsində dərc etdirmişdir.
Q.M.Meredit-Ouensin bu məlumatı həmin dövrdə Atabəylər dövlətinin tarixini tədqiq etməklə məşğul olan akademik Ziya Bünyadovun diqqətini çəkmiş və o, özünün “Azərbaycan Atabəyləri dövləti” adlı monoqrafiyasında Əbubəkr ibn Xosrov əl-Ustaddan bəhs etmişdir.
Sözü gedən əsərin foto-surətinin Azərbaycana gətirilməsi üçün mərhum akademik Ziya Bünyadov çox səy göstərmiş və sonda buna da nail ola bilmişdir. İndi onun təşəbbüsü ilə gətirilən foto-surət Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adma Əlyazmalar İnstitutunda “FS-178” şifrdə yüksək səviyyədə qorunub saxlanılır.
“Munisnamə”nin öyrənilməsi və geniş istifadə dairəsinə çıxarılması sahəsində ən mühüm xidmət professor Rüstəm Əliyevə məxsusdur. O, akademik Ziya Bünyadovun böyük zəhməti hesabına “Munisnamə”nin Bakıya gətirilmiş əlyazmasının mətnini rus dilinə tərcümə etməyə başlamış və 1991-ci ildə “Yazıçı” nəşriyyatında çap etdirmişdir. Təəssüf ki, həmin tərcümədə “Munisnamə”nin bəzi fəsilləri ixtisar olunmuşdur.
Bu dəyərli əsərin yalnız Naxçıvana aid olan hissələri 2008-ci ildə Hacı Səbuhi İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çap edilmişdir. Tərcüməçi əsərin giriş hissəsini, I və II fəsillərini, eləcə də XVII fəslin Naxçıvanla əlaqəsi olan 26-cı və 29-cu hekayətlərini dilimizə çevirmiş, kitaba geniş ön söz də yazmışdır.
2010-cu ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında A.M.Bağırovun tərtibçiliyi ilə “İlahi sözlər. Azərbaycanın folkloru və ədəbi abidələri” adlı iri həcmli kitab işıq üzü görmüş və bu kitabda “Munisnamə”yə də geniş yer ayrılmışdır. Belə ki, “Munisnamə”nin R.M.Əliyev tərəfindən rus dilinə edilmiş tərcüməsindən böyük bir hissə həmin antologiyaya daxil edilmişdir.
2016-cı ildə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayevanın “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” adlı kitabı işıq üzü görmüşdür (Bakı: “Papirus NP”, 2016, 196 səh.). Çox sanballı bir tədqiqat işi olan bu kitabda “Munisnamə” əsərini struktur baxımından iki hissəyə bölən müəllif, bunlardan birincisini, şərti olaraq didaktik, ikincisini isə bədii hissə adlandırmışdır.
Ümumilikdə əsər 17 fəsildən ibarətdir. Materialların fəsillər üzrə bölüşdürülməsində isə qeyri-bərabərlik müşahidə olunur. Belə ki, didaktik hissəyə daxil olan ilk 16 fəsil əsərin ümumi həcminin altıda birindən də az hissəsini təşkil edir. Bu hissənin özünü də iki qismə ayırmaq olar: 1-7-ci fəsillərə daxil edilmiş material islamdan sonrakı dövrü əhatə edir, 8-16-cı fəsillər isə qədim yunan, İran (pəhləvi) və qismən də hind etik-fəlsəfi fikri ilə əlaqədardır.
Bədii hissəni ehtiva edən 17-ci fəsil isə 31 hekayətdən ibarətdir. Bu hekayətlər də həcmcə bir-birindən fərqlənir və əlyazmada ən kiçik hekayət 2 səhifədən ibarətdirsə, ən böyüyü 86 səhifədir.
Sonralar, daha dəqiq desək, 2021-ci ildə hörmətli müəllif Rəna Rzayeva Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərini tam şəkildə fars dilindən doğma dilimizə tərcümə etmişdir (Əbubəkr ibn Xosrov əl-Ustad. “Munisnamə”. Bakı, Adiloğlu nəşriyyatı, 2021, 764 səh.). Müəllif həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin də müəllifidir.
“Munisnamə” əsərində “Əshabi-kəhf” haqqında da olduqca maraqlı məlumatlar vardır. Əsərdə 26-cı nağıl belə adlanır: “Əshabi-kəhf, Dəqyanus və onların başına gələn işlər haqqında hekayət”. Bu hissədə Naxçıvanda məşhur olan “Əshabi-kəhf” (“Mağara sahibləri”) əhvalatı geniş formada nəql olunur. Bu rəvayətin başlanğıcında müəllif qeyd edir: “Əfsanələri qoruyanlar və rəvayətləri yaşadanlar söyləyirlər ki, qədim zamanlarda Kəəb ibn əl Əkbər, Vahab ibn Munabbax, Həsən əl-Bəsri və Abdullah ibn Məsud “mağara sakinləri” haqda əfsanəni hərə bir cür rəvayət edir. Bizə elə gəlir ki, Kəəb ibn əl-Əkbərin söylədiyi Müqəddəs kitab Qurandakına uyğundur”.
Qeyd edək ki, “Munisnamə” əsərinin girişi və müəyyən fəsillərinin surətləri hazırda AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda da mühafizə edilməkdədir.
Biz, həmin Fondda olaraq surəti mühafizə edilən farsca olan əsərin hissələri ilə tanış olduq. Qeyd edək ki, saxlanılan kitabın surətinin vərəqələri tam deyil, 1-dən 20-yə, 558-dən 567-yə, 625-dən 635-ə, 734-dən 740-a qədər daxil edilmişdir.
“Munisnamə” orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir sıra məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və sözün əsl mənasında unikallığı ilə fərqlənən bir əsərdir. Təkcə ədəbi əsər kimi deyil, o, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri olan, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusudur.

Müəllif: Yunis XƏLİLOV ,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

YUNİS XƏLİLOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrətamiz kəlamlar

“Niye yatırsan İgid?
… Oğuz İgidlerine ne qeza gelse, yuxudan geler…”

“Kitabi-Dede Qorgud” Dastani

Fotoğraf: Âlimî – Halûk Tanrıverdi
Elinceqala Tarih ve Medeniyet Müzesi,
Nahçıvan Muhtar Cumhuriyeti,
Azerbaycan Cumhuriyeti
2018


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (14)

Qazı Əhməd Əfəndi – Zövqi – Azərbaycan şairi, filosofu

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

KÖNÜL İSTƏR Kİ…

Aşıq Ələsgərin sözü olmasın,
“Bəxtin yatsa, sən də yat!” Bilən bilir, şeiriyyat həm də tale, baxt məsələsidir.Aşıq Ələsgərin müasiri olasan, yazasan, yaradasan, amma 21 əsrin, 24 cü ilinə cəmi-cümlətanı bircə şeirin gəlib çıxa…
Bu, bəxtin yatmağı deyil də, bəs nədir?!
-Kimdir o bəxti yatmış?

  • Azərbaycan şairi Zövqidən bəhs edirəm.Əslində, Zövqinin şeirlərindən zövq almaq üçün yetərincə səbəblərimiz vardı.Beləki, şairin külliyatını vaxtilə Salman Mümtaz birikdirmiş, ilk fürsətdəcə nəşr etdirmək istəmişdi, lakin…Yenə gəldik, bəxt, tale məsələsinə, yenə gəldik mürgü vurmaq, yuxulamaq məsələsinə.Ancaq elə həssas dönəmdə yaşayırıq ki, mürgü vurmağın bədəli çox ağırdır.Yağıların bir əli tətikdə, bir əli pusquda olduğu vaxtda.
    O vaxt da belə idi- Biz yatanda, seçkin, mümtaz insanlarımız repressiya olunur, xəzinələrimiz viran edilirdi, Salman Mümtazın məhvi kimi…
  • Bəs kimdir Zövqi?
  • Şəkinin Baş Göynük kəndinin seçkin bir ziyalısı.19-cu əsrdə ayrıca bir mahal idi Göynük.Bəs qədər oxumuş, elm, mərifət kəsb etmiş yurddaşlarımız boy vermişlər Göynükdən.Əhməd də olsun onlardan biri.
    -Yox, olmasın! Necə sıradan birisi ola bilər axı?
    Şeirində təb şkalası 12-ni vururdu şairin, sözləri elə bil çeşmələrdən, əcdadlarının – Sak türklərinin könül bulaqlarından süzülürdü sanki. Qəlbləri ərp, xılt bağlamış, 19-cu əsr zülmətində oxucularına zövq verən şair idi – Zövqi.Yeri gəlmişkən, təxəllüsü Zövqi, ləqəbi isə Şikəst olan şairə “Şikəst” -demək üçün gərək özün şikəst olasan.Zira qayət dərəcədə təqvalı, imanlı birisinə, Nəsimi dəstiri şeirlər yazana Şikəst deməyin özü naqislikdir.Ancaq…
    Ancaq qəbul olunandır.Keçmiş kişilər təvazö nümunəsi olduğundan özlərinə bu sayaq ayamaları, ləqəbləri uyğun görmüşlər.

HAŞİYƏ:
Mənaca Füzuli-çərənçi, Əcəmi-xam olduğu kimi Zövqi də Şikəst ləqəbi ilə yazmağa peşman deyilmiş.
-“Yazdıqlarımızda bizdən nə var ki? Haqq-Taaladan gəlir nəyim varsa” prinsipi ilə yaşamağı bir əxlaq biçimi sayanlar hərdaim mütəvazi ömür sürüblər.Buna bənzər xüsuslara tarixdə çox rast gəlirəm.Məsələn, ötən əyyamlarda Anadoluda soruşanda ki:
-“Yaşın neçədir?”
Əgər qarşısındakı 60 yaşını haqlamış birisidirsə, deyərmiş ki,
-“Həddimiz aşmadıq, inşallah!”
Bu, o demək imiş ki, 63 il ömür sürmüş
Hz Məhəmmədin (əs) yaşını keçiriksə, həddimizi aşmış oluruq, o səbəbdən:
-“Həddimizi aşmayaq” deyə, Tanrıdan şəvqət umulardı.
Bu halda anlaşılırdı ki, insanın yaşı 60 -ı çoxdan keçmiş, lakin müqəddəslərə sayğısına görə dilə gətirə bilməmiş.

Əslində, toplumun şair Zövqiyə qazı deməsi də onun dindar, Allah adamı olmasından irəli gəlirdi.Güman var ki, Yaxın Şərqin ali dini mərkəzlərindın birində – Şamda təhsilini alan Zövqi dini təhsillə yanaşı, hüquqi biliklərə də vaqif olubmuş. Səbəbi apaçıq ortada.O vaxtlar qazılar şəriət məsələlərini həll etməklə yanaşı, mülki, hüquqi müstəvidə də işlər aparır, əhali arasında olan mübahisəli məsələləri, cinayət işlərini də həll edirdilər. Deyilənə görə, bu sahədə o qədər peşəkar imiş ki, onun yanına nəinki Şəki, Balakən, Zaqataladan, həmçinin Gürcüstan, Dağıstandan da gəlirmişlər.
Zövqi özü də məhbəs həyatı görüb.Şeyx Şamil hərəkatı geniş yayılanda, Əhmədgil də Qafqazda vüsət tapmış bu hərəkata qoşulublar.Daha dəqiq desək, hal-qəziyyə bu cür olub:
Dağıstanda baş verən üsyanların birində ləzgi Şah Qo adlı bir şəxs Çarın üsyanı yatızdırmasından sonra Şin dağ aşırımını keçib Nuxa və Zaqatala qəzalarına keçiblər.Həmin dəstəyə Zövqi və qohumları da qatılıb.Üsyan iştirakçıları öldürüləndə Qazı Əhməd əfəndi də həbs edilir, Şamaxı həbsxanasına göndərilir.Şamaxı qubernatorunun köməkçisinin yaxını olduğuna görə 6 ay sonra evə buraxılır.Amma məhbəsdə olan olmuşdu, sağlamlığı xeyli zərər görmüşdü.Ona görə də az keçmir ki, vəfat edir Şəkidə.Üç oğlu və üç qızı ondan yadigar qalır.
Bir faktı da deyim ki, hazırda Baş Göynük kəndinin 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır ki, Gülarə Köylü kimi tanıdığımız həmin ziyalı şair Zövqinin nəslindəndir.Gülarə Köylü
“Şərq qadını” jurnalının ilk fəaliyyətə başladığı gündən müxbiri və baş reaktoru olub.Redaktorluğu ilə millətçilik ruhunda əsərlərin nəşrinə görə 1939-cu ildə Sibirə sürgün edilib, 1942-ci ildə elə Sibirdə də dünyasını dəyişib.Bu sürgündə qardaşı Kərim Qazıyevin Müsavatçı olması və həyat yoldaşı Asəf Rəhmanovun 1938-ci ilin yanvarın 3-də güllələnməsi heç də az “rol” oynamayıb.
1957-ci ildə oktyabrın 30 – da bəraət alanlar içində Gülayə Qədirbəyova da vardı. Bəs Zövqinin talan olunmuş şeirlərinə kim bəraət verəcək?
Bu sual da cavabına qovuşmalıdır.Əlbəttə, könül istərdi ki, Zövqinin it-bat olmuş şeirləri, qəzəlləri tezliklə üzə çıxsın.
Bir də könül istər ki…

Yüz zümreyi- ərbab gər məkan ola mövcud
könlüm səni istər.
Yüz bəzminə zişərəfi-şan ola mövcud
könlüm səni istər.
Yüz hüsnü mələk tək özü insan ola mövcud
könlüm səni istər
Yüz ləli-cəvahirdir qəltan ola mövcud
könlüm səni istər
Yüz məqsədi-könlüm mənə asan ola mövcud
könlüm səni istər.

(Yazımda ədəbiyyatşünas Salman Mümtazın və şair Zövqinin nəvəsi Kərim Vadud oğlu Qazıyevin xatirələrinə, habelə şəxsi qənaətlərimə söykənmişəm)


16 iyun, 2024-cü il.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Bir gün…

Bir gün
Gözlərini açıb görəsən
Goy üzü yaxından yaxındı sənə.
Bir ilıq meh əsib
Son nəfəs kimi
Son dəfə…
Son dəfə toxundu sənə.

Bir gün
əllərini açıb görəsən…
dualar ovcunda işığa dönüb.
Bütün arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.

…Bir gün yaşayasan…
Elə bir gün ki,
Üstünə yüz ilin savabı gələ.
Sonra da…
ölümə məktub yazasan
“Səni gözləyirəm” cavabı gələ.

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sən ətirlən, mən küləyə yalvarım

Sən ətirlən, mən küləyə yalvarım

Həsrət boğur, deyəmmirəm dərdimi ,
Ayrılığın hər gün əyir qəddimi ,
Bacarmıram kecəm könül səddimi ,
Bulud ağla mən də sənə qarışım.
Eşq nağlımı yağışınla danışım

Necə vaxtdır qonağıyam yuxunun ,
Əsiriyəm mənə gələn qoxunun ,
Dərddaşıyam dərdlilərin çoxunun,
Bulud ağla, yağışına qarışım .
Eşq nağlımı yağışınla danışım.

Əllərimi uzadıram çatmıram ,
Gecələŕi sızlayıram, yatmıram ,
Əzabını ürəyimdən atmıram ,
Bulud ağla yağışına qarışım.
Eşq nağlımı yağışınla danışım.

Sən ətirlən külək alıb gətirsin ,
Bu həsrəti ürəyimdən götürsün ,
Göylərə de hicranımı bitirsin ,
Bulud ağla yağışına qarışım .
Eşq nağlımı yağışınla danışım .

Baxışlarım gözlərinin əsridir ,
Məhəbbətim eşq nağlımın kəsridir,
Yadigarın canı tanrı nəzridir,
Bulud ağla yağışına qarışım .
Eşq nağlımı yağışınla danışım .

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adı yurdu ilə eyni rəngə çalan Şair…

Adı yurdu ilə eyni rəngə çalan Şair…

Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu belədir, adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də… necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm onu oxuyarkən, müsahibələrini dinlərkən…

 Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!

Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlaylırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…indi yazan çoxdu, kitab da çoxdu, amma lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…

Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yiğınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı və bu gözəl tədadüf aydın bir yola çıxartdı və bu aydın yol özü demiş “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı… Ağ Səs varsa demək ki, hələ dünyadan əlimiz üzülməyəcək ümid var, işıq var, ağ səs var….

Hansı şerlərinizi deyim ki, Qulu Müəllim, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm…”, “Hərdən anamdan xəlvət…”, “Dağa bax, sən allah…”, “Sağ-salamat ölsəydim…”, “Nə olar, bir səhər durub görəsən…”, “Rum rəqəmiylə onuncu…”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu…”, “Görsən ki, qaranlıq çökür aləmə…”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən…”, “Tövbə, görünməyib fəlakət belə…” və s.,və s…

Bu sözləri hər yerdə daim məhşur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə, ilk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərinduyumlu olar, bir insan nə qədər özü olar- insan olar …

Onun yazılarından, fikirlərindən keçmiş Kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür… ancaq günümüzlə səsləşən avazdır bu… Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır.

Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
“Olmadı,
bu ki olmadı!”.
…Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı…

Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Buna misal olaraq onun işğal vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır amma bü gündə yaşayan, əksini də demək olar, bu günün adamıdır, keçmişi özüylə daşıyan…əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir…bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir…

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..

O bir söz sahibi olsa da inanclı bir şairdir həm də, ancaq, sözə inanclı biri… “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.” Q.A.

Qulu Müəllim şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şerlərində insanı oxuyur, yurdunu arayır, əslində o yurdda özünü arayır, tapmağa çalışır… sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir…Həm şerlərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir.

Görsən üşüyürsən yandır özünü!

Yazın Qulu Müəllim, yazın ki, üşüyəndə yana bilək!

Müəllif: Nigar HAQVERDİYEVA, ADU-nun baş müəllimi.

NİGAR HAQVERDİYEVANIN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru