Fəlsəfə bir qaçış idimi? Albert Kamyu yazılarından birində insan psixikasında dərin rezonans doğuran bir həqiqəti söyləmişdi::“Cəsarəti olmayanlar həmişə buna haqq qazandıracaq bir fəlsəfə tapacaqlar”. O iddia edirdi ki, cəsarət olmadıqda, insan şüuru maraqlı mexanizmə – hərəkətsizliyi rasionallaşdırmaq üçün mükəmməl fəlsəfələrin qurulmasına müraciət edir. Qorxu və şübhədən doğan bu fəlsəfələr reallığın sərt həqiqətlərinə qarşı qalxan rolunu oynayır. Onlar rahatlıq zonalarının hüdudlarından kənara çıxmaq istəməyənlərə təsəlli verərək, tərəddüdləri ağıl donuna bürüyürlər. İstəksizliyimizi əsaslandırmaq üçün uydurduğumuz bəhanələrə nəzər salaq: “Doğru zaman deyil”, “Hazır deyiləm”, “Çox risklidir”. Hər bir bəhanə, bizi dəyişmənin narahatlığından və naməlumluğun gözlənilməzliyindən qoruyan ətalətdir. Bununla belə, fəlsəfi əsaslandırmanın altında həyata keçirilməmiş potensial və itirilmiş imkanlar hissi bir boşluq olaraq qalır. Uydurulan hər bir bəhanə üçün arzu yerinə yetirilməmiş hədəf, yaşanmamış bir həyat olaraq qalır. Çətin vəziyyətimizin ironiyası ondan ibarətdir ki, biz hərəkətsizlik fəlsəfəmizə sığınarkən, özümüzdən istəmədən ən çox arzuladığımız şeyi yerinə yetirməyi inkar edirik. Çünki biz yalnız cəsarətlə, həyatın qeyri-müəyyənliklərini qəbul etməyə cəsarət etməklə varlığımızın əsl mahiyyətini açırıq.
Любите тех, с кем вам легко и просто, Кто понимает сердцем, и душой, С кем нет обмана, лести и притворства, С кем можно просто быть самим собой.
Забудьте тех, кто спрятавшись под тенью, Смеясь в лицо вам, подло осуждал, Когда другие,вопреки презренью, Вас без сомнений в горе поддержал.
Любите тех, кого сейчас нет рядом, Кто, даже без тебя,- всегда с тобой, Кто приласкает словом, добрым взглядом, С кем точно, как за каменной стеной.
Цените тех, кто просто добрым словом, Вас одарит душевной красотой, Любите тех, кто под ночным покровом, Согреет страстью, сердцем и душой..
Забудьте тех, кто в Ореоле Славы, Поднявшись,вдруг, о близких забывал, Кто-то увяз в долгах,… а кто-то держит лавры, Но ценен тот лишь, кто – НЕ ПРЕДАВАЛ…!
Kölgəsi soyuqdu göydələnlərin, Küləklər sovurur göz yaşımızı. Bu qərib şəhərdə, bu yad şəhərdə Kimə miras qoyaq yaddaşımızı…
Kimə miras qoyaq xatirəmizi, Kimə miras qoyaq… Unudulmasın. Bizi xatırladan ağrının izi Xəfif bir gülüşlə ovudulmasın.
İlahi, dünyanın daşı vəfasız – Dərd desək Çatlayıb tökər içini. Payızı – vəfasız, qışı – vəfasız Bir ovuc yağışa, bir xışma qara, Bir büküm yarpağa bükər içini…
Axar… nəyi varsa Göz yaşı kimi – Yağışı süzülər, qarı əriyər. Burda qəlbimizin yağı tükənər, Burda qəlbimizin yarı əriyər.
…Bu axşam qapını döyən kimdi bəs?… Bir üzü payızdı, bir üzü bahar… Üzümə açılan qapılar – qəfəs, Arxamca çırpılan qapılar – məzar…
Kölgəsi soyuqdu göydələnlərin Tanrıya uzanan əllər üşüyür. Bu qonur şəhərin, bu boz şəhərin, Bu saxta, boyalı, …Ucuz şəhərin, Qəzəbli şəhərin, quduz şəhərin Soyuq əllərində güllər üşüyür…
Onun doğma Təbrizi qana boyananda hamı kimi düşünmədi. İnqilab adı altında pəhləviləri əvəz edən şarlatanlar mahiyyət ehtibarı ilə eynən türkə və türkçülüyə asi olduqlarını bəyan etdi. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxardı. Məhbəs həyatı yaşadı, amma gerçəklik aşiqi olmaqdan vaz keşmədi. Mühacir həyatı yaşadı, ancaq çətinliklərə sinə gərib haqq carçısı olmaqdan əl çəkmədi. Ruandadakı vəhşiliklərə, Əfqanstandakı müharibə acılarına, Somalidəki aclığa, Xocalıdakı erməni faşistlərinin azğınlığına, Sovet-rus imperiyasının 9 aprel Tibilisi qətliamına 20 Yanvar Bakı qırğınına özünəməxsus etiraz edən Rza Diqqəti dünyaya təkbaşına əsil həqiqəti çatdırmağa müvəffəq olmaqla yanaşı, yaşanan gerçək tarixlərin izinin itirilməsinə sipər olmağı bacardı. Onun üçün tikanlı dəmir məftillər, keçilməz sərhədlər, quş belə uçması mümkünsüz olan sədlər maneə olmaqda aciz oldu. Və o neçə-neçə susmuş vicdanları dilə gətirtməyi bacardı, görməzdən gəlinənlərə görmək məcburiyyəti diqtə etdi. Erməni vəhşiliyinə məruz qalan azərbaycanlı körpənin şəkilini Fransada sərgidə çırıb atan ”mədəni” erməniləri Rza Diqqəti özünəməxsus şəkildə ifşa etdi. O sərgidə çırılmış şəkilin də şəklini çəkib başqa sərgilərdə nümayiş etdirməklə erməni xislətini dünyaya car çəkdi. Fotojurnalist, kinorejissor, ssenarist Rza Diqqəti ilə gözəl bir yaz səhərində doğma Bakımızın tarixi küçələrinin birində görüşmək, xoş ovqata köklənmək çox böyük məmnunluq yaşatdı.
QAFAR KƏNDLİ HERİSÇİ İnqilabçı, Xaqanişünas-alim, “21 Azər hərəkatı” medalına layiq görülən fədai, filologiya elmləri doktoru, professor
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithaf edirəm)ýňň
Qafar Kəndli Herisçi 1923-cü ildə Təbrizdə doğulub. Adlı-sanlı Herisçi nəslindəndir.Herisçilər Təbrizdə qədim xalçaçı nəsli sayılırdı.
Haşiyə: Qafar müəllimin oğlu yazıçı Həmid Herisçi bəndənizlə söhbət əsnasında babalarının Güney Qaradağından gəldiyini vurğulayıb.
Qafargil yeddi qardaş, yeddi bacı olublar.Qardaşı İbrahim Herisçi də inqilabın fəallarından sayılırdı.Qafar müəllim Tehran hökumətinin izini azdırmaq üçün özünə “Kəndli” təxəllüsünü götürüb.
Qeyd: Ümumiyyətlə, fədailər arasında belə təxəllüslər çox idi.Özlərinə ən ağlasığmaz adlar götürürdülər ki, ünvanları məchul qalsın.
İnqilabçılar sırasında “Yoldaş Kəndli” kimi tanınırdı. Həmid bəy söhbət zamanı atasının “21 Azər hərəkatının” həmmüəlliflərindən olduğunu bildirir.Zatən bunu S.C.Pişəvərinin Qafar müəllimə olan məktub və dəvətnamələrindən də sezirik. Pişəvərinin Qafar Kəndliyə təqdim etdiyi sənəddə yazılıb: “Get Əhərə, orada inqilab elə!” Əhər inqilab üçün ən çətin yer sayılırdı.Camaatı ipə-sapa yatmırdı. Qafar Kəndli at belində Əhərə Seyid Cəfərin əmrlərini yerinə yetirməyə yollanır.Ordakı inqilabi hərəkata töhfə verir, sonra Zəncanda da döyüşür.Milli hökumət Şiri-Xurşid zalında elan olunanda rəsmi dəvətnamə ilə dəvət olunanlar sırasında Qafar Kəndli Herisçi də vardı.
S.C.Pişəvərinin məktubundan:
“Ağayi-Qafar Kəndli, Sizə Mərkəzi Komitə tərəfindən məmuriyyət verilir ki, Əhərə gedəsiniz, orada Vilayət Komitəsinin köməkliyi ilə Mərkəzi Komitənin nümayəndəsi vəzifəsini icra edəsiniz.
Mərkəzi Komitənin sədri, S.C.Pişəvəri. Təşkilat şöbəsindən-Dehqani.”
Demokratik Firqə süquta uğrayandan sonra Quzey Azərbaycana pənah gətirən Herisçi Pişəvərinin silahdaşı kimi döyüşmək niyyətindən dönmür.
Həmid Herisçinin söhbətlərindən: “Sən ki bunları yaxşı bilirsən, Turan. O vaxt fədailər pərakəndə halda, çox bərbad vəziyyətdə gəlmişdilər.Atam pərakəndəliyi aradan qaldırdı.Fədailərin bu taya keçməsində çox böyük rol oynadı.Ondan sonra güneylilərə münasibət dəyişdi.Elə Azərbaycan Demokratik Firqəsinin İran Xalq Partiyası “Tudə” ilə birləşməyi də atamın adı ilə bağlıdır”
Turan Uğur: Bildiyimə görə, atanızın 1979-cu il İslam inqilabına da töhfəsi olub.
H.Herisçi: Bəli, onun ssenarisini yazanlardan biri idi.
T. Uğur: Həmid ağa, dostumuz telejurnalist Günay Arda da o taydandır ha, bizimkilərdəndir- Kəleybərdəndi.
H.Herisçi: Sənə mən bir söz deyim? Bildim hansı Günayı deyirsən, onun babasıgil olan yer Kəleybər bilirsən necə yerdi? İndi də mal-qara ilə yatıb, mal-qara ilə dururlar.Mən ciddi deyirəm…
Məni gülmək tutur.Elə Həmid bəyin də üzündə təbəssüm yaranır.
T.Uğur: Elə deməyin, Həmid ağa, xətrini çox istəyirəm Günayın.Həmid ağa, aləm bir-birinə dəysə də nəsə Təbriz sakit görünür, hələ təmkinini pozmur.
H.Herisçi: Görünür, Təbriz ağayanalığın qoruyur.Görünür, gözləyir onun qapısını döysünlər, onu da ki, döymürlər.
Ancaq Qafar müəllim quzey Azərbaycanın qapısını ürəklə döymüşdü. Burada fəaliyyətini inqilabi müstəvidən elmi müstəviyə məharətlə köçürə bilir. 1969-71-ci illərdə Respublika Əlyazmalar İnstitunun yoxlanılmasında fəal iştirak edib.3200-ə qədər əlyazmanı oxuyub, onları kotoloqlaşdırıb.1973-80-ci illərdə Qafar Kəndli “Zərdüşt, Avesta və Azərbaycan”, “Nəsrəddin Tusi və Azərbaycan” kimi mövzularda 27 məqalə yazıb.Onların bir çoxu xaricdə də dərc olunub. Tezliklə Xaqanişünas-alim kimi şöhrət qazanır.Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasını bitirir.1980-ci ildən ömrünün sonuna kimi həmin institutda “Qədim dövr Azərbaycan Ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır. “Xaqani Şirvani: həyatı, dövrü, mühiti” adlı fundamental əsərin “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir.
Qeyd: Münşəat-ərəbcədir, “münşi” nin cəmidir. 1) yazıçının yaratdığı əsərlər; 2) məktublar; 3) idarələr, müəssisələr
Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlayan da məhz professor Qafar Kəndli Herisçi olub. Qafar müəllim dostu, silahdaşı Seyid Cəfər Pişəvərinin ölümündən 50 il sonra-1997-ci ildə, dünyasını dəyişir. Qafar müəllimin ən böyük arzusu son dəfə Təbrizi görmək idi.Yazıçı, ədəbiyyatşünas Mir Cəlal da alimin ən yaxın dostlarından idi.Mir Cəlal müəllimin vaxtilə Qafar Herisçiyə verdiyi “50 illik yubiley dəvətnaməsi” bu dostluğa nişanə, həm də nümunədir. Lap fədailərimizin nümunəvi həyatları, fədakar ömürləri kimi…
Sayğılarla!
20 may 2024
(Yazımda ruhunu minnətdar hisslərlə andığımız inqilabçı Qafar Kəndli Herisçinin oğlu, yazıçı Həmid Herisçinin bəndənizə danışdığı faktlara, habelə yazdığım şəxsi gündəliklərimə istinad etmişəm)
Sen bulutların üzerinde yürüyen bir tanrıydın ve ben de bulutların üzerinde çıplak bir dağdım Varoluşun tüm donuk aynaları, uzak dalgaların uğultusuyla dilimin ucuna yapışan bir hüzün şarkısını söyletiyor bana.
Derin düşünceler içinde derin bir nefes aldım Seni aradım ve bulduğumda çorak topraklarda ıssız kalan üç taşla meçhullere doğru aktın.
Sana çıkan her yol gecenin karanlığına, içinden geçtiğim her çiçek bahçesi dikenli bahçeye dönüşüyor.
Dehşetimin sessizliği sessiz mevsimler gibi köpürdü Ayak parmaklarımın yankısı gökyüzünün yankısına karıştı Aşkın zevkiyle Ateşli dallarımdan kızıl nehirler akmaya başladı ve Akdeniz kıyıları boyunca uzandık .
Tenimizden fışkıran alevler bizi bayıltıncaya kadar Yemen hurması eşliğinde kırmızı şarabımızı yudumladık.
Çığların, dikenlerin arasında aşk acısıyla kanat çırpan güvercinler Yüzlerce çıplak giyinmiş iri göğüslü kadın Kirpiklerimin altındaki koyu gözlerim bana sinsice baktı
Uykusuz gecelerimde seni görmeye alışık değildim Uzun yokuşlarda hissetmeyi beklemediğim bir şehvetle Çıplak tenin benimkine dokunduğunda ürperdin Vahşi atlar gibi dörtnala tarih sayfalarına koştuk
Bir veda gibi saran hüzün, tüberküloz gibi, sarı humma gibi, ateşle parlıyor Ve vahşi bozkırların rüzgarıyla Çığlığımızı yeşil gökyüzüne taşıdı
Sanki Tanrı ateşini isminden çalıp bana vermiş gibi Bir parmağımda bulutları taşıyorum Diğer parmaklarımla dokunduğum her şey önümde küçülüyordu. kıyı denizleri Sağımdaki sancak çiçekli bahçeler çocukluğumun anıları
Gözyaşlarımı tutan her şeyden, dehşetimin sessizliğinden kaçmak ister gibiydim. gecikmiş duygularım Ve her satırın ucunu ipek kıvrımlarının arasından geçiriyorum
Yağmalanmış arzularla geçiyoruz mor pencerelerden, palmiye ağaçlarından, taşlı tepelerden Yüksek bir ışık gibi iniyorsun, gecenin karanlığı gibi zamana karışıyorsun. Bir insan heykelinin bedenine inen ruh ışığının parıltısı gibi
Aşk saklandığı yerden çıktı Kaldırımlar daraldı Bütün kapılar küçüldü
Artık yabancı, bilinmeyen bir hayalet gibiydim Vadiler kokulu tırnaklarımın altında çiçek açıyor Tenler susuzluğunu giderdi , çalınan kalbin suyu aktı. Bilinmeyen şeyler ortadan kayboldu.
En ufak detayları kar rengine boyadım Bana herşeyi tattıran anlarla barıştım Küçük penceremden dışarı baktım Eski yaralarımdan çok uzakta Varlığımın meyvelerini toplamanın keyfini çıkardığım bir yerdeyim
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm) Adı Nəsrulla, soyadı Qurbanbəyov, Didə təxəllüsü ilə yazan şair Şamaxıda doğulub.18-ci əsrin son ucunda, tarixi də var, amma yazmıram, çünki səhih deyil. -Nə üçün “Didə?” -“Didə” farsca göz mənasını verir. Gerçəkdən də şairlər haqqın görən gözləridirlər, yəni belə olması lazım, amma zamanımızda haqqın yox, nahaqqın görməyən gözləri olublar.Xülasə, “göz” duracağında saxlayıb, keçək ulu sözümüzə. Didənin atası Qurban bəy Ağası xanın oğlu Mustafa xanın münşisi və dəbiri olub. Qeyd: Dəbir-ərəbcə: 1) katib, yazıçı; 2) hesabdar, mühasib; 3) müəllim; 4) maliyyə işlərini idarə edən məmur. Didənin həyatına diqqətlə baxanda sezmək mümkündür ki, Qurban bəyin bu sahələrin hər birinə vaqif adam olub. Nəsrulladan böyük qardaşının adı Əsədulla idi. Mustafa xan Qurban bəyin ölümündən sonra dostunun hər iki oğlunu Təbrizə oxumağa göndərib.Təhsil xərclərini də öz üzrərinə götürmək şərti ilə…Elm və təcrübə qazandıqdan sonra Şamaxıya geri dönən qardaşları Mustafa xan mirzə təyin eləyir.O gündən etibarən, şair Didə Mirzə Nəsrulla bəy adı ilə tanınır. Ömür boyu mirzəlik və məktəbdarlıq eləyən şairin dolanışığı heç də bəyzadə dolanışığı olmayıb:
Niyə yarəb məni xəlq elədin acü fəqir, Niyə yarəb məni xəlq elədin müflisi-mal.
Haşiyə: Araşdırma zamanı görürsən ki, o çağlarda uşaqlarını oxutduran atalar (onların sayı az idi) müəllim haqqını ayda 15-20 qəpik verirdilər. Bəzi valideynlər isə övladlarını 5-6 ay oxtdurub, sonra pul verməsinlər deyə məktəbdən çıxardırdılar.Didə isə onlarla xoşrəftar olur, şagirdləri təhsilə təşfiq edirdi.Haqqın yanında idi, nahaqqın qarşısında. Didə bütün şeirlərində xəsis, alçaq adamları məzəmmət eləməkdə mahir idi.
Sən yeyirsən həmədəm neməti-əlvanü lətif, O baxır ac qalıb qüssə yeyir ruzü lial.
Didənin həmin dövrün başqa şairlərindən fərqi o idi ki, onun əsərlərində badə, şərab, saqi və.s kimi rəmzlərə nişanə yoxdu.Qəsidələri olduqca manidar və rəvandır. Salman Mümtaz onun mərsiyələrinin də olduğunu vurğulayır, hərçənd onları əhəmiyyətsiz adlandırır.
Haşiyə: Mümtazı tam başa düşürəm, sovet hökumətinin idbar vaxtlarında bu yazını qələmə alan araşdırmaçının başqa əlacımı vardı?! Ya deməli idi ki, Didənin mərsiyələri olmayıb, ki, kişi qalaq-qalaq mərsiyə yazıb.Necə inkar edəsən?! Yaxud da onları o qədər önəmli saymadığını vurğulamalı idi ki, təqiblərdən yan keçə bilsin.Birincisinin ağ yalan olacağına görə, fədakar araşdırmaçımız ikinci varianta üstünlük verib. Hələ tutatutların pik vaxtına 10-11 il qalsa da, artıq repressiya maşınının acı rüzgarı qulaqlarda vıyıldayırdı.Mümtaz bu vıyıltını gözəl eşidir, məqaləsinin nəşri naminə mərsiyələrə köhnəlik libasını biçməli olurdu. Didə Q.Zakirin, Bahar Şirvaninin, Binamın müasiri olmaqla Seyid Əzimə, M.Ə.Sabirə də təsirsiz ötüşməyib.Təxminən 80 yaşında, payız fəslində, şaban ayının 10-cu günündə dünyasını dəyişib. Lap dəqiq deyim: Günortadan 3 saat keçmiş keçinib, amma irsi keçib-getməyib. Bir payız fəslində, hicri 1287-ci tarixində Didə şəxsiyyəti üçün təkcə Şamaxılılar deyil, həm də bütün məmləkətimiz gözü yaşlı qalacaqdı.Şair Didə üçün elə didəsi-giryan qalmaq da bir, bir fəzilət, bir ərdəm deyilmi, əcəba?!
(Yazımda Salman Mümtazın faktlarına istinad etməklə yanaşı, şəxsi mülahizələrimə də yer vermişəm)
Bu gün türkçülük ideyalarının inkişafında, millətinin maariflənməsində böyük xidmətləri olan Əhməd Ağaoğlunun anım günüdür.
Əhməd bəy Ağaoğlu “Bizim millətçilər” adlı məqaləsində yazırdı:”Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o xalqların həyatında bir zərurətdir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz, onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq… Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”.
Millətçiliyin gərəkliyi mövzusunda “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqaləsində isə yazırdı:” Cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!” deyə bildirirdi.
Milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirən, Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.
“Azad qadınsız milli inkişaf ola bilməz” fikrini məqalələrində sübuta yetirirdi.
Azərbaycan siyasi fikrinin görkəmli nümayəndəsi, türkçülük ideyasının əsasını qoyan ideoloqlardan biri, Cümhuriyyət dövrünün fəal ictimai xadimi Əhməd Ağaoğlunun xatirəsini dərin sayğı ilə yad edirəm!