www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

“YAZARLAR”JURNALININ SENTYABR – 2023 N:09 (33)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR”JURNALININ SENTYABR – 2023 N:09 (33)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB PDF: yazarlar-33

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏNƏTİN SEÇDİYİ ADAM – ŞƏHİD HƏMDƏM AĞAYEV

SƏNƏTİN SEÇDİYİ ADAM – ŞƏHİD HƏMDƏM AĞAYEV

OTUZUNCU  YAZI

(Polkovnik-leytenant Həmdəm Ağayevə həsr olunub)

Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.

Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.

Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.

Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.

ZAUR USTAC “QƏLƏMDAR-2”

QISA ARAYIŞ

Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.

Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”

Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…

Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.

Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.

HAŞİYƏ

İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.

Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…

30.12.2020. BAKI.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Həmdəm Ağayev haqqında

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC: – Həmdəmi, Rəşadı alıb yanına,Zaura sən gözlə, demək də varmış…

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub

Ağayev Həmdəm Mayıl oğlu

Soyad: Ağayev
Ad: Həmdəm
Ata adı: Mayıl
Doğum tarixi: 09.09.1975
Şəhid olub: 09.10.2020
Rütbə: Polkovnik-leytenant
Fəaliyyəti: Kəşfiyyat-xüsusi əməliliyyatlar.

Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

Həmdəm Ağayev 1993-1994-cü illərdə – hələ 18 yaşında olarkən könüllü olaraq Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra da orduda xidmətini davam etdirən Həmdəm Ağayev 1995-ci ilin yayında Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olur və 1999-cu ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq, yeidən – bu dəfə leytenant hərbi rütbəsində zabit kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdır.

Döyüş yolu keçmiş peşəkar-tam hazırlıqlı kadr kimi Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələridən birinə gödərilir. Burada kəşfiyyat bölüyünün komadiri kimi xidmətini davam etdirən leytenant Ağayev qısa müddət ərzində müvəffəqiyyətlə icra etdiyi döyüş tapşırıqlarının nəticələrinə görə 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor hərbi rütbəsinə qədər yüksəlir. 2012-ci ildə isə növəti polkovnik-leytenant hərbi rütbəsini alır. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini – qərargah rəisi vəzifəsində xidmət eləyib. Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.

Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.

Xidməti müddətində Ağayev Həmdəm “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə” medalı, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,”Hərbi xidmətlərə görə” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medal,” Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cavanşir Qənbər – Məmləkətdə

MƏMLƏKƏTDƏ

Otellərdi, kafelərdi məmləkət,
Bir az keçsin, quş yuvası olacaq!
Ölüləri ağ geyinən millətin,
Tut yarpağı toy libası olacaq!

Evdən qacan efirlərdə yatacaq,
Ər arvadı, arvad əri atacaq.
Market, dükan abır-həya satacaq,
Namus-qeyrət beş abbası olacaq!

Torpaqların yiyəsi var ağalar…
Nə küçükdü, nə zibildi dığalar!
Top səsindən xoflanmayın qağalar,
Olsa-olsa su davası olacaq!

Nağılıymış çox adamın dediyi,
Qurd yemidi Tanrı bizə böldüyü.
Bu ölkənin vətəndaşa verdiyi,
Çoxlu, əlil arabası olacaq!

Beş gün ömrü yaşayırıq dərd ilə,
Gün xoş olsa, dərdim olmaz bir belə…
Belə getsə kasıb qalmaz on ilə,
Nə ehsanı, nə halvası olacaq!

Payız gəlib, sərinləşir havalar,
Kef sizindi, kef eyləyin ağalar…
Gün gələcək bu saraylar villalar,
Çox kişinin xarabası olacaq!

Cavanşirəm, çoxu görür bu halı…
Çox kişinin dağı yıxır, babalı.
Unutmayın, eh mən ölü, siz qalı…
Bu zülümün bir qisası olacaq!

Müəllif: Cavanşir Qənbər

Cavanşir Qənbəin yazıları

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Türkelin təşkilatçılığı ilə “Vətən övladları” layihəsi

Bu gün Sübhnur Tədris Mərkəzinin və Aysu Türkelin təşkilatçılığı ilə “Vətən övladları” layihəsi çərçivəsində bədii qiraət müsabiqəsinin final turu baş tutdu.
Tədbir açıq elan edildikdən sonra müsabiqə iştirakçıları bacarıqlarını nümaiş etdirdilər.
Müsabiqənin münsiflər heyəti Azərbaycan Respublikasının əməkdar artisti Qasım Nağı və BSU-nun dosenti Mübariz Əhmədov idi və 2 kateqoriya üzrə keçirilirdi. İştirakçıların ifaları bitdikdən sonra qaliblərin müəyyən olunması üçün fasilə elan edildi. Fasilə məqamında Aysu Türkel müəllifi olduğu “Vətənim” adlı şeirini, Amin Əsgərli isə “Azərbaycan” mahnısını ifa etdi. Müsabiqə ilə bağlı əməkdan artist Qasım Nağı, BSU-nun dosenti Mübariz Əhmədov, şair Ötərxan Eltac, Libra Kitab Evinin rəhbəri Nicat bəy , STM-nın direktoru Gülnarə Hüseynova öz fikirlərini bölüşdülər.
Sonda müsabiqənin qalibləri elan olundu, diplom və hədiyyələrlə mükafatlandırıldılar. 1-ci kateqoriya üzrə I yerin qalibləri Əliyeva Fidan, Əhmədzadə Gülnur, II yerin qalibləri Ağazadə Aylin, Baxşıyeva Fatimə, III yerin qalibi İbrahimli Mələk, Məmmədova Elfanə 2-ci kateqoriya üzrə I yerin qalibi Əsgərli Amin, II yerin qalibi isə Tağızadə Ləman oldu.


Təşkilati dəstəyə görə Azərbaycan Vətən Müharibısi Veteranlar Təşkilatının Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadəyə təşəkkürümüzü bildiririk.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər: – “Kim hardan keçir keçsin, mən özümdən keçirəm…”

Fənafillah
(Nirvana)

Çaylar hey axır-axır
dənizə qovuşmağa…
adamlar sevir, sevir…
özündən sovuşmağa…

Rəbbinə çatanadək
çaylar məcra dəyişir..
uçur bəzən adamlar…
yuxarıdan aşağı
göbələk tək görünür,
göydələnlər- o damlar…

Uçma vaxtı gələndə
mən də ruhən uçuram..
Uçuram səma boyu
ulduzları qucuram.

Sonsuz, mavi göylərə
səadət daşıyıram.
bütün arzularımı
səmada yaşayıram.

Heyif ki, çoxlarını
günah uçmağa qoymur,
mən elə uçuram ki,
kimsənin ruhu duymur.

Qanadlarım qırılır
fikir məni aldıqca.. –
çünki şeytan varlanır
ruhunu çox ucuza
satanlar çoxaldıqca…

Yox, yox,
zamanım yoxdur
adamları tanıyam,
Mən zamanın anıyam…
İndi uçma vaxtıdır,
şeytanı yox sayıram…

Çaylar dənizə axır,
adamlar adam sevir…
Görsən ki, tüstü qalxır
məndən,
üzünü çevir..

Kim hardan keçir keçsin,
mən özümdən keçirəm…

Sentyabr gecəsi…
Ah, nirvana, nirvana,
ey yoxolmanın həzzi…

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tələbəsən, Şəfiqə! – Aytac İbrahim.

TƏLƏBƏSƏN, ŞƏFİQƏ!

(tələbə adı münasibətilə təbrik)

Sən də daddın bu zövqü,
Yeni adın mübarək!
Tələbəsən, Şəfiqə!
Bu ünvanınn mübarək!

Üz tutdun elmə doğru,
Uğurların bol olsun.
Sevindirdin hər kəsi,
Qədəmlərin mübarək!

Tələbəlik başqadır,
Yolun gül-çicək olsun.
Müəllimlik şərəfdir.
Ucalığın mübarək!

Diləyirəm Tanrıdan,
Ömür yolun ağ olsun.
Xoş günlərə açılan
Gələcəyin mübarək!

İllər keçsə də yenə,
Xatırlarsan bu günü.
Köhnə günlər xatirə,
Yeni günün mübarək!

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu. Payız.

PAYIZ

Rütubət göndərib özündən qabaq,
Fal açıb, fallanıb üfüqdə payız.
Fəndindən, felindən pozulub damaq,
Tül kimi sallanıb üfüqdə payız.

Yayın puçurlanıb alnında təri,
Nəfəsi təngiyib, tərk edir Yeri,
Meşəyə, ormana səpilir zəri,
Sevincdən allanıb üfüqdə payız.

Gəlişi məhsulla dünyanı bəzər,
Tarlanı, bağları, ormanı gəzər,
Bəhərin toplayan arıya bənzər,
Şan kimi ballanıb üfüqdə payız.

Daha yaxındadır, üzü görünür,
Yaşılı dəyişir, ala bürünür,
Dumanla dərədə, düzdə sürünür,
Evinə yollanıb üfüqdən payız.

06. 09. 2023.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ədəbiyyat onunçün ən müqəddəs məbəd idi… – Qurban Bayramov

(Ədəbi portreti)

  
“Böyük ədəbiyyat sözün həqiqi mənasında əsl elmin həyata keçirdiyi vəzifələri obrazlı şəkildə əks etdirir. Ədəbiyyatın vəzifəsi dünyada, cəmiyyətdə və insanın mənəvi aləmində gedən prosesləri bədii cəhətdən əks etdirməklə müasir zaman haqqında düşünməkdə və çıxış yolları tapmaqda oxuculara bələdçilik etməkdən ibarətdir. Ədəbiyyat – həyatın güzgüsü, yazıçılar zamanın bələdçiləridirlər”. (Akademik Həbibbəyli İsa. Qoşa qanadların harmoniyası. “525-ci qəzet”, 14.07. 2018.)

             
Zaman və şəxsiyyət anlayışlarını özündə  birləşdirən, “zamanın bələdçisinə” çevrilən, qoşa qanadlı mənəviyyat sahiblərindən biri də şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (Qeyd: İndi  “Azərbaycan Yazıçılar Birliyi” adlanır) üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), professor Qasım Xansuvar oğlu Qasımzadədir.


Keçən əsrin ən tanınmış ziyalılarından olan Qasım Qasımzadə Azərbaycan poeziyasında imzasını parlatmış şairdir və ənənəyə sadiq orjinallığı ilə həmişə fərqlənmişdir. Rəssamlıqda belə bir anlayış var  –  “rənglərin simfoniyası…”  Təbiri caizsə, deyərdim ki, Q.Qasımzadənin poeziyası münis hisslərin, duyğuların, iztirab və sevinclərin, fikir və təfəkkürün simfoniyasıdır, drijoru da şairin özüdür.

         
Görkəmli Azərbaycan şairi Q.Qasımzadənin ədəbi fəaliyyəti 1943-1993-cü illəri, 50 illik dövrü əhatə edir. O, Azərbaycan ictimai fikrinin, ədəbi düşüncə tərzinin inkişafında əhəmiyyətli rolu olan görkəmli sənətkarlarımızdandır.  

         
Əsərlərində yalnız vətəninin, xalqının deyil, bütün bəşəriyyətin arzu və istəklərini, duyğu və düşüncələrini  ustalıqla əks etdirən və bu səbəbdən təkcə doğma vətəni Azərbaycanda deyil, bütün türk dünyasında, eləcə də dünyanın müxtəlif ölkələrində tanınıb sevilən şairin yaradıcılığında poeziya xüsusi mövqeyə malikdir…

         
Onun poeziyası çoxsaylı oxucusunun daim diqqət mərkəzində olmuşdur. Xalqının tarixinə, ədəbiyyatına, ümumiyyətlə, milli-mənəvi dəyərlərinə sevgidən qaynaqlanan əsərləri həmişə maraqla qarşılanmış, sevilə-sevilə oxunmuş, dillər əzbəri olmuş, lirizminin ahənginə, məzmununun realizmi və həyatiliyinə görə “sözləri dür, cəvahir” (oxucu fikridir – Q.B.) olan mahnı mətnlərinə çevrilmiş, xalq mahnıları səviyəsinə yükəlmişdir… Sözlərinə yazılmış “Olmaz, olmaz” (musiqisi Zöhrab Abdullayevindir), “Eşqimin növrağı” (musiqisi Hacıbaba Hüseynovun olan bu mahnı “Ögey ana” filmində Əbülfət Əliyevin ifasından sonra şöhrət qazanmışdır), “Məhəbbətin alovu” (musiqisi Xəyyam Mirzəzadənindir), “Qonşu olmaq istəmirəm” (Qeyd: Şairin oğlu Nəriman Qasımoğlunun təqdimatına görə, bu şeirin ilk variantı “Qonşu qız” adıyla  fərqli mətnlə 31 iyul, 1950-ci ildə Şuşada qələmə alınmışdır. Şair bu sözlərin üzərində sonradan işləmiş, şerin süjet xəttinə əlavələrdə qonşu qızın xitablarını da əlavə etmişdir: “QONŞU  QIZ”-  Qonşu kimi biz hər axşam, hər səhər,/ Gəzdik Şuşa dağlarında bərabər./ Indi sənə bir sözüm var, a dilbər,/ Soruşmadan səbəbini gəl dinlə: /Qonşu olmaq istəmirəm səninlə./ * Nə zaman ki, baxışımız öpüşür, /Bu atəşdən varlığıma od düşür. /Ah, bu yerdə günlər nə tez ötüşür… /Bir arzum var, coşub gəlir o dilə: /Qonşu olmaq istəmirəm səninlə. /*  Sənsiz heçdir bu yerlərin səfası,/ “Daşaltı”nın, “Şuşakənd”in havası, /Müxtəsəri budur, sözüm qısası: /Köç büzə gəl, quraq təzə ailə, /Qonşu olmaq istəmirəm səninlə.),  (musiqisi Telman Hacıyevindir) mahnıları toylarda, bayramlarda, ziyafətlərdə, efirlərdə ifa edilir, könül xoşluğu ilə dinlənilir. Bitgin bir eşq hekayətini andıran “Eşqimin növrağı” şeir-mahnısı belə səslənir:


Könlüm düşdü diyar-diyar

Bir kəkliyin sorağına,

Ha yalvardım, o qonmadı

Məhəbbətin budağına.

Meyl etmədim bir gözələ,

Sədaqətim düşdü dilə.

Mən and içdim ildən-ilə

İlk eşqimin növrağına.

…Sanma könül sınasıdır,

Kərəm olub yanasıdır.

O, körpəmin anasıdır,

Vurulmuşam bu çağına.

         
Qasım müəllim  ilk gənclik illərindən şeirlər yazsa da, birinci mətbu şeiri 1944-cü ildə “Kommunist” qəzetində çap etdirdiyi “Vəfasız olmaz” adlı poetik nümunədir. Şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş “Sular pərisi” (1945), “İstiqbala səyahət”, yaxud “Yerin övladı” (1946) başlıqlı əsərləri də, onun çap olunmayan ilk poemalarıdır. (Qeyd: Şairin arxivini tədqiq edən N.Qasımoğlu yazır: “Qasım Qasımzadə universitet təhsilinin ilk illərində Şərqşünaslıq fakultəsinin türk bölməsinin tələbəsi olmuşdur. O illərdən qalma səliqəli dəftərləri var. Türkiyə yazıçılarının əsərlərindən, qəzetlərdən parçaları bu dəftərlərə köçürürmüş. Türkiyənin “Qaragöz” qəzetində dərc edilmiş bir xəbər diqqətimi çəkdi. 2-ci dünya müharibəsi zamanında Qara dənizdə batmış bir alman yük gəmisi haqqındadır.  …Müharibə zamanı yazdığı dəftərdəki bu qəzet xəbəri diqqətimi niyə çəkdi? Məlum etdim ki, həmin məlumat gənc Qasımın ilk poemasının yazılmasına təkan veribmiş. Poema “Sular pərisi” adlanır. Yazısını 1945-ci ildə martın 3-də  bitiribmiş. İndiyədək çap olunmamış əsərdir.  …Müharibə dövrünə aid lirik sətirlərdə ifadə olunan süjet bundan ibarətdir ki, dənizdə fəlakətə uğramış bir gəminin yaşlı matrosu onu xilas etmiş düşmənlərinin gəmisindədir.  …Göydə üç təyyarə ilə bir təyyarənin döyüşünü təsvir edir. O tək təyyarənin üzərində ulduz nişanı var. Məhz burada bilinir ki, bu, sovetlərə məxsus təyyarədir. Qəhrəmancasına döyüşdə iki təəyyarəni pulemyot atəşi ilə sıradan çıxaran pilotun ulduz nişanlı təyyarəsi də zədələnir. Ona görə təyyarəsini salamat qalan düşmən təyyarəsinə çırpır, katapult edərkən isə həlak olaraq sulara gömülür: “Saçı dağıldı küləkdə,/ Ah, o ki, dilbər mələkmiş, /Inandırram gözəllikdə,/ Cəsurluqda o qız təkmiş.” Katapult edən qəhrəman qızın qara saçlı təsviri ilə, şübhə etmirəm, müəllif onun Azərbaycanlı kimliyinə işarə edir.  Yaşlı əsir matros gördüklərini danışandan sonra onu xilas etmişlər içində bir gəncin hönkürdüyünü görür. Gənc cibindən çıxardığı şəkli ovcunda tutur, şəklə baxaraq ağlayır. Demə, həlak olan pilot qız onun sevgilisi imiş. Əsir matros onu ovundurmağa çalışır: qədim Misirdə məhsul bol olsun deyə ən gözəl qızları Nil çayına atırmışlar; “odlar ölkəsi”ndə isə Əhrimənin qəzəbindən təbii fəlakətlər baş verərkən xalq nicat tapsın deyə yurdun ən gözəl qızı ilahi qüdsiyyətin gücünə sığınaraq özünü pərvanə tək oda atırmış.  Poema bu misralarla bitir:  “…Deyirlər ki, o bakir qız zülmət bağrı söküləndə, /Tutqun dəniz səmasına qızıl şəfəq töküləndə, /Su içindən pəri kimi asimana qanad açır, /Sonsuz göylər aləminə cəmalından şölə saçır. /Deyirlər ki, o güldükcə nur tökülür yanağından, /Pərvaz edir qumru kimi qəhqəhələr dodağından. /Fəzalarda büsat qurur bir ruhani xülya kimi,/ Yenə cumur dalğalara gözdən itən röya kimi.”    P.S. Vaxtım olanda Q.Qasımzadənin çap olunmamış “Sular pərisi” haqqında daha ətraflı bir yazı ilə mətbuatda çıxış edərəm. 9 Mart 2021.)

        
Q.Qasımzadənin ilk kitabı 56 səhifədən ibarət  “Bizim kənd” (1951) adlanır. Kitaba “Müqəddimə” yazan tanınmış tənqidçi Məsud Əlioğlu onun ilk poeziya nümunələrini və istedadını belə səciyyələndirirdi: “Gənclik illərindən başlayaraq Qasım Qasımzadənin şeirlərində əsasən sovet adamlarının rəşadət və qəhrəmanlığı göstərilir, onlardakı vətənpərvərlik, qorxmazlıq, düşmənə qarşı amansızlıq və yenilik hissləri tərənnüm edilir. “Hünərli dost”, “Arzu”, “Hücumdan əvvəl”, “Vəfasız olmaz” şeirləri bu cəhətdən səciyyəvidir.  …Dinc quruculuq dövründə yeni sovet kəndində yaranan maddi və mənəvi dəyişikliklər, sovet adamlarının gündən-günə artan ideya-siyasi səviyyəsi, zövqü və işi gənc şairin “Kimdir o gənc”, “Mənim hədiyyəm”, “Bağban və mən” şeirlərində ifadə edilmişdir”. (Bax: Məsud Əlioğlu. Müqəddəmə. Bax;  Qasımzadə Qasım. “Bizim kənd” (şeirlər) kitabı, Bakı: Uşaqgəncnəşr, 1951, s. 3.)

           
Həmin vaxtdan dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmiş və yazıları, qaldırdığı problemlərlər həmişə diqqətdə olmuş, maraqla qarşılanmışdır. Onun indiyədək 26 poetik, ədəbi, elmi əsəri, 4 tərcümə kitabı çap edilmişdir.

         
Q.Qasımzadənin yaradıcılıq həyatının ən fəal və məhsuldar dövrü AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi (1954-1959 və 1963-1973- cü illərdə baş elmi işçi, 1973-1993-cü illərdə sovet ədəbiyyatı şöbəsinin müdiri və 30 il İnstitutun ilk partiya təşkilatı katibi) illərə düşür.

         
Q.Qasımzadə öz ədəbi nəsli, gündaşları arasında fərqlənməyi bacarmış, özünə layiq mövqe və məqamda qərarlaşmışdı. Bu, heç də asan məsələ deyildi. Mənsub olduğu ədəbi nəslə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, Əliağa Kürçaylı, Xəlil Rza, Cabir Novruz, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir  kimi sənətkarlar daxil idi və bunların hər biri Azərbaycan poeziya kəhkəşanında məqamlanmışdılar. Bu kəhkaşanda Qasım Qasımzadə yaradıcılıq ulduzu da öz parlaqlığı ilə görsənirdi və onun özünəməxsus orbiti var idi… 

        
Şairin nəhayətsiz insansevərliyi, dosta sədaqəti, etibarlılığı, əqidəli xarakteri, gənc istedadlara qayğıkeşliyi sayəsində hamı ona “Qasım müəllim” deyə müraciət edirdi və o, üzərinə düşən müəllimlik missiyasını şərəflə yerinə yetirənlərdən idi.

          
Bu məqamda o dövrdə istedadlı gənclərdən biri olan, sonralar şair kimi xeyli populyarlıq qazanmış Nüsrət Kəsəmənlinin “Yol” qəzetində Qasım müəllimin hələ sağlığında dərc etdirdiyi xatirəsindən bir parçanı qeyd etmək yerinə düşər: “…Mənim üçün birinci amil yaxşını görüb etiraf etməkdir, qolundan tutub ayağa qaldırmaqdır. …Bu mənada şəxsiyyətinə ən çox hörmət etdiyim Qasım Qasımzadənin adını çəkmək istəyirəm. Bu şairin şəxsiyyəti ilə yazıları arasında “ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və sözübütövlüyü də əlavə etsək, şəxsiyyət tamamlanar. …Qasım Qasımzadə sözün böyük mənasında şəxsiyyətdir. Ramiz Rövşəni, Seyran Səxavəti, məni (bura Zülfüqar Şahsevənlini, Elnarə Buzovnalını da əlavə edərdim – Q.B.)  heç kimin tanımadığı, redaksiyalardan kor-peşman qayıtdığımız bir vaxtda Qasım müəllim “Uğur olsun” yazdı, bizi geniş oxucu kütləsinə tanıtdı. Və nə yaxşı ki, sonralar himayədarlıq etmədi. Elə indinin özündə “mənim yetirmələrimdir” deyib öyünmür. Hərçənd Qasım müəllimin buna haqqı var…” ( Bax: Nəriman Qasımoğlu. Qasım Qasımzadə ilə bağlı xatirələr. “Ədəbiyyat qəzeti”, 20.10.2017.). Baxın, himayədarlıq, kişilik, mərdlik, qədrkeşlik budur… Nüsrət Kəsəmənlinin və bu qəbildən qeyrilərinin Q.Qasımzadə haqqında bu qədər ürəkdən, sevgi ilə, minnətdarlıq və xoş duyğularla danışması artıq Qasım müəllimin cövhərində olan diqqətcilliyi, tələbkarlığı, qayğıkeşliyi, insanlığı, mənəviyyatı və bir sənətkar  kimi böyüklüyü barədə hər şeyi deyir, məncə.

          
Q.Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Onun nəsil səcərəsi Qarabağın acılı-şirinli hekayətləri ilə səsləşir. 

          
Babası Şahsuvar bəy Kələntərov (Hüseynbəyov) çar dövründə pristav, Cümhuriyyət dövründə Zəngəzur qəza rəisinin birinci müavini işləmişdir. Erməni daşnakları ilə mübarizədə ad qazanmış Şahsuvar bəy, kürəkəni Xansuvar bəy həmişə əqidələri, mərdanəlikləri ilə  Zəngəzur – Qubadlı camaatının rəğbətini qazanmışdılar. (Qeyd: Xansuvar bəyin hətta sovet dönəmində mərdliyi, bəy xarakteri, kişiliyi barədə ilk təsəvvürüm Xalq Yazıçısı Bayram Bayramovun “Üzlü-astarlı günlər” memuar romanından olub.)  Qasım müəllim belə bir səcərənin övladı olmuş və əcdadlarının mübarək ruhu onun xarakterinə, yaradıcılığına, məsləkinə yansımışdır:


Məsləkim yolunda gəlsəm üz-üzə,

Məndən əfv ummasın doğma qardaşım.

Hər yerdə, həmişə haqq gəzə-gəzə

Ağ gün yollarında ağardı başım.

            
Q.Qasımzadə məktəb təhsilindən sonra Şəki Pedaqoji Texnikumunu bitirmiş, Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax Rayon Xalq Maarifi şöbəsində metodist işləmişdir.

  
Əslən Zəngəzurlu olsa da, “Burdadır” avtobioqrafik məzmunlu  şeirində özünün dediyi kimi, ömrünün, ilk məhəbbətinin şirin çağları, ilk məktəb illəri, atası Xansuvar kişinin qəbir yeri, elə bu bölgədə ellər anası olan Arəstə xanım (Qeyd: Qasım müəllimin anası bəy qızı, bəy xanımı olan Arəstə xanm  şəxsi bacarığı ilə Kövərlərdə (Yevlaxda, Malbinəsi kəndində, “Kommunizm” kolxozunda)  müxtəlif illərdə ferma müdiri, kolxoz sədri, partiya komitəsinin katibi kimi vəzifələrdə çalışmış, 1941-1945-ci illər müharibəsi vaxtı cer-cehizini satıb pula çevirərək bir tankın qiymətini ödəmiş, buna görə şəxsən İ.V.Stalindən təşəkkür məktubu almış, M.C.Bağırovun hakimiyyəti dövründə Azərbaycan KP MK-nın üzvü seçilmiş (Bağırov onun kimin qızi olduğu barədə məlumatlandığı üçün MK-nın sonradan keçirilən plenumunlarında onun iştirakına qadağa qoymuşdu), 70-ci illərdə Yevlax rayon PK-nin plenum üzvü, büro üzvü olmuş, Qarabağ bölgəsində onun ictimai xadim səviyyəsinə yüksəlmiş, xeyirxahlığına görə “ellər anası” adını qazanmışdı, Bax: Nəriman Qasımoğlu.  Bu, Arəstə xanım Şahsuvarqızıdır, rəhmətlik nənəm,  “Ədəbiyyat qəzeti”.- 2017.- 9 sentyabr.- s.22-23.)

Qarabağla, Qarabağın Yevlax bölgəsinin Malbinəsi kəndinin Kövər adlanan oymağına bağlıdır:
 

Qarabağ! Durnalı – ceyranlı çöllər,

Qarabağ! Bülbüllü – Qumrulu dillər,

Qarabağ! Gözütox – sərvətli ellər,

Gücüm-arxam mənim, kürəyim mənim.

Ehtiyac bilmirəm əslimi danam –

Məni özgə kənddə doğubdur anam.

Uzaq bir mahaldan, Zəngəzurdanam,

Lakin burda gülüb taleyim mənim.

             
Qasım müəllim həm də olduqca nümunəvi ailə başçısı, ər oğlu ər, qayğıkeş ata idi. Onun ömür-gün yoldaşı, həkim Tamara xanım xanımlar xanımıydı, övladları Fəxrəddin (gənc ata olduğu çağda faciəvi şəkildə yaşadığı binanın lift qəzasında  həlak oldu…  Şair atanın bu ağır dərdə həsr etdiyi “Fəxrəddinli ucalığım” elegiyası poeziyada oğul itkisinə həsr olunmuş bəlkə də ən təsirli poetik mətndir), Nəriman, Xansuvar hərəsi şərqşünaslıq sahəsində sayılan, seçilən şəxslər olmuşlar. 

            
Q.Qasımzadə gəncliyindən öz cəsarətli, obyektiv mövqeyi, vətəndaş fəallığı, milli qeyrəti, mübarizliyi ilə fərqlənirdi. İstedadı, şəxsiyyəti 40-50-ci illər ədəbiyyat korifeylərimizin diqqətini elə o zamandan cəlb etmişdi. Təsadüfi deyildi ki, onun toy məclisi yazıçı Əli Vəliyevin evində keçirilmiş, məclisə masabəyliyi Səməd Vurğun etmişdi. S.Vurğunun da ilk sözü bu olmuşdu ki, Qasım yaşından çox irəli gedən cavanlarımızdandır. (Bax: Hacı Nərimanoğlu. “Qubadlısız 16 il” kitabı, “Elm və Təhsil”, 2019, səh.56-60.).

           
Q.Qasımzadə ali təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində almışdır (1945–1950). Ədəbi cameədə məhsuldar şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Qasımzadə eyni zamanda «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949), «Ədəbiyyat və İncəsənət» qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru (1957-1963) vəzifələrində uğurla çalışmışdır.

         
Onun «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktorluğu həmin dövr Azərbaycan ədəbi qəzetçilik işində tamamilə yeni bir səhifə, yeni bir təfəkkür tərzi yaratmışdı. Qəzet redaktorluğu üçün verdiyi nümunələr də önəmli idi. Məsələn, rəhbərlik etdiyi ədəbi orqanda gedən şeirlər onun təşəbbüsü ilə belə dərc edilirmiş: qəzetə daxil olan şeirlər redaksiyanın yığıncağında müəllifləri elan edilmədən oxunur və anonim qaydada keçən bu şeir oxusunda bəyənilən ən yaxşı nümunələr müəlliflərinin kimliyi nəzərə alınmadan qəzetdə dərc edilirmiş. Təsəvvür edin, məşhur xalq şairləri şeirlərinin dərcini gözləyir, tanınmayan birilərinin orijinal şeirləri növbəsiz çapa gedirmiş. Bundan əlavə, sovet imperiyası illərində Q.Qasımzadə bəlkə də yeganə baş redaktor imiş ki, qəzetdə tabe olduğu orqanın rəhbərliyini, eləcə də xalq yazıçılarını tənqid edən yazıların getməsinə şərait yaradırmış. Bu, ümumən sovet, eləcə də bizim mətbuat tariximizdə unikal hadisələrdən sayıla bilər. Onun baş redaktorluğu dövründə qəzet səhifələrindəki maraqlı ədəbi müzakirələrə, mübahisələrə görə “Ədəbiyyat qəzeti” Azərbaycanda ən çox oxunan mətbuat orqanı sayılırmış. Bunu da  xatırladım ki, ”Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olduğu vaxtlarda sətiraltı mənalar ifadə edən, xalqın, bütöv Azərbaycanın taleyini bu və ya digər şəkildə özündə əks etdirən yazıları çap etməkdən qətiyyən çəkinməyən Q.Qasımzadə ideoloji təqiblərə də məruz qalırdı. Xəlil Rzanın məşhur ”Azadlığı istəmirəm zərrə-zərə, qram-qram, istəyirəm qolumdakı zəncirləri gərək, qıram, qıram” misraları olan məşhur, üsyankar şeirini  (senzuradan adlatmaq üçün ”Afrikanın səsi” adı altında), Rəsul Rzanın zərərdidə Müşfiqə həsr etdiyi  ”Qızıl gül olmayaydı” poemasını müəllifin nüfuzuna baxmayaraq heç bir jurnal-qəzet yaxına buraxmayanda qəzetdə dərc etməsi hakim partiya nomenklaturası qarşısında tutduğu vəzifəsi üçün, əlbəttə, risqli idi. O dövrün acılı-şirinli olaylarını Qasım müəllim bir müsahibəsində belə xatırladır:  “…Mən də əlimə qələm götürən məqamda gözümün qarşısında həmişə Qlavlitin, DTK-nın məşum fiquru boyaboy dayanıb. Ürəyimdə tutduqlarımı sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışmışam. O zamanlar cürətli sayıla biləcək cüzi addımıma görə isə Azərbaycan KP MK-nın töhmətindən başlamış işdən götürülməyə qədər cəza payına layiq görülmüşəm. ”Ədəbiyyat qəzeti”ndə baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyimizə görə Mərkəzi Komitədə bizə vurulan “dini, milli həddini aşmaq” damğası, Xəlil Rzanın bir qədər üsyankar şeirləri üstündə töhmət aldığım, nəhayət, vəzifədən xaric edildiyim ədəbi ictimaiyyətin müəyyən qisminə məlumdur. Onda da, indinin özündə də bu cəzaları mükafat kimi qarşılamışam… İndiki günləri görəndə Allaha min dəfə şükr edirəm ki, ölmədim, imperiyanın süquta getdiyinin şahidi oldum. Bu mənada biz nəslin məncə, qazancı itkilərindən daha böyükdür, əvəzsizdir.” (Bax: Qasımzadə Q. ”Hamı öz mövqeyini açıq bildirməlidir” (müsahibə), ”Ədəbiyyat qəzeti”, 4 oktyabr 1991-ci il.).

         
Q.Qasımzadənin ədəbi və elmi yaradıcılığı bu bədii, elmi, tənqidi, publisist kitablarında  əksini tapır: “Bizim kənd” (şeirlər), 1951; “Bizim şəhər”(şeirlər),1953; “Bizim dağlar” (şeirlər),1955; ( Qeyd: Sovet dövrünün 1950-ci illərində bu başlıqlardakı “bizim” kəlməsinin işlədilməsi sətraltı çox mətləblərdən xəbər verir.); “Nikolay Ostrovski” (monoqrafik tədqiqat), 1955; “Azərbaycan ədəbiyyatında xalqlar dostluğu” (monoqrafiya),1956; “Ürək döyüntüləri» (şeirlər),1959; “Son görüş» (şeirlər), 1960; “Süleyman Rəhimov” (monoqrafiya),1960;  “Balaca dayə» (şeirlər), 1962. (Qeyd: Bu kitabın adı biblioqrafik məlumatda səhvən “Kiçik dayə” getmişdir. Q.Qasımzadənin 1962-ci ildə çapdan çıxan “Balaca dayə” poeması Əlcəzairdə fransız zülmünün yerli ərəblərə gətirdiyi faciələrin qısa, epizodik mənzum hekayəsidir. Fransanın hazırda Ermənistanın cinayətlərinə haqq qazandıran hoqqaları fonunda aktuallığını itirməyən poemadır. Təkrar çapına ehtiyac var…) ; “Nəğməli ürəklər” (şeirlər),1963; “Bənövşə yarpağı” (şeirlər və poemalar),1964; “İsmət” (şeirlər, poema),1966; “Утешение” (стихи),1968; «Aşıq gördüyünü çağırаr” (məqalələr), 1969; “Лес дышал» (Стихи и поэма), / Перевод с азерб. Н. Коржавина. — Москва : Сов. писатель, 1970; “Getdim, gördüm, düşündüm”,1971; “İnsan min il yaşardı” (şeirlər),1973; “Keçmə namərd körpüsündən” (şeirlər),1975; “Dağlar buraxmır məni” (şeirlər),1978; “Daşdan keçən söz” (şeirlər- poema),1981; “Ədəbiyyatda millilik və beynəlmiləllik” (monoqrafiya),1982; “Səndən ayrılalı» (şeirlər),1985; “Şəfa çantası (şeirlər)”,1986; “Seçilmiş əsərləri» (şeirlər), 1988; “Ədəbiyyatımız, mənəviyyatımız», (məqalələr),1988; “Seçilmiş əsərləri”, 2005. (Qeyd: Burada Qasım müəllimin yaradıcılığını və portretini yığcam şeir formatında təqdim edən mühüm bir faktı da xatırlatmaq istərdim. 1983-cü ildə Bakıda Aktyor Evində keçirilmiş 60 illik yubileyinə təbriklərlə gələnlərdən biri EA Şərqşünaslıq institutunun direktoru görkəmli alim, şərqşünas, akademik, şirin şeirlər və şairlərə məzmunlu, ironiyalı parodiyalar yazan Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi. Həmin təbriknaməni latın şriftilə ilk dəfə N.Qasımzadə sosial mediada təqdim etmiş, mətn mətbuatda çap edilməmişdir. Mətndə dırnaqlara alınan ifadələrin bəzisi Q.Qasımzadənin kitablarının adları, bəzisi də şeirlərinin başlıqlarıdır: “Görkəmli alim, istedadlı şair Qasım Qasımzadənin 60 illiyinə. Altmış yaşlı cavan Qasım müəllim, /Həm gözəl şairsən, həm gözəl alim! /Şerində baharın təravəti var, /Insanın torpağa məhəbbəti var. /Sən ki “El yolu”ndan sənətə gəldin, /Şöhrətə gəlmədin, qeyrətə gəldin, /Sənə qələm verdi əzəl “Bizim kənd”, /Gördü öz hüsnünü şerində bənd-bənd. /“Bizim şəhər”i də sözə gətirdin, /Hər nə gətirdinsə, təzə gətirdin. /Nə vaxt yolun düşsə “Bizim dağlar”a, /“Son görüş” yerində çəkildin dara. /Aşdın gədiklərin dəvə boynundan, /“Dağlar buraxmadı səni” qoynundan. /“Namərd körpüsü”nə ayaq basmadın, /Naxələf sözünə qulaq asmadın. /Vəsf etdin “Bənövşə yarpağı”nı sən, /Bənövşə ətrinə büründü Vətən. /Şerində çiçəklər, güllər açıldı, /Lalə yanaqlardan “İsmət” saçıldı. /“Daşdan keçən söz”ün ürəkdə yaşar, /Əməldə, arzuda, diləkdə yaşar. /“Aşıq gördüyünü çağırsın” gərək, /Sən belə söylədin vəcdə gələrək. /Gecəli-gündüzlü yazdın, yaratdın, /Qəlbinin odunu sözünə qatdın. /Min il əfsanədir, sən yüz il yaşa, /Adın vətəninlə çəkilsin qoşa! /Ərəbin, əcəmin, türkün və kürdün /Gəzdin ellərini, dərdini gördün. /Təbrikə gəlmişik Şərqin adından /Şərqin dərdinə də məşəl kimi yan! İmza: partkom, mestkom və direksiya, Alim, şair dostun Bünyadov Ziya.”)

          
Bu sonuncu kitabda “Olmaz, olmaz!” deyirsən”, “Şuşa Qarabağın zümrüd tacıdır”, “Təbiətin qız vaxtıdır”, “Onlar yaranışdan təzimdədirlər”, “Bosfor sahilinə düşdü güzarım”, “Fərəhli, ayazlı dünyam”, “Mənim gözüm ulduzlara, günə, aya zaman-zaman baxacaqdır” başlıqlı bölmələr var ki, bunların məna və mahiyyəti, estetik çalarları Qasımzadə poetik yaradıcılığını dürüstlüklə səciyyələndirir. Kitabın məzmun və mahiyyəti onun poeziyasının zəngin, rəngarəng mövzu, məzmun, forma palitrasından xəbər verir, taleyin güclü və amansız sarsıntılarına dözüm gətirərək xalq taleyi ilə şair taleyinin qovuşuğunu nümayiş etdirir. Toplunu şairin oğlu, tanınmış şərqşünas Nəriman Qasımoğlu şairin 1988-ci ildə cap olunmuş “Seçilmiş əsərləri” əsasında tərtib etmişdir. “Ön söz”ün müəllifi  tənqidçi-filosof Yaşar Qarayev, nəşrə məsul tanınmış nəşriyyatçı Ümid Rəhimoğludur.

          
Onun zövq oxşayan şeirlərinin başlıca xüsusiyyəti mövzularının orijinallığına və əhəmiyyətinə görə kəsb etdiyi təbiilik və xəlqilikdir. Bu nümunələrdə lirik “mən” lirik xarakterə, lirik xarakter isə lirik qəhrəmana çevrilir. Lirik qəhrəmanı hər cür biganəlikdən uzaqdır, türk ruhu daşıyan azərbaycanlıdır… 

         
“…Uzun zaman ideoloji yasaq və qadağalara, kommunist diktatorluğuna qarşı bəzən birbaşa, bəzən də dolayısı ilə mücadilə edən Sovet dövrü Azərbaycan şair və yazarlarının Türkiyə ilə ilgili xatirələri, səfər və görüşləri haqqındakı qeydləri bu gün üçün qiymətli sənədlərdir. Bu əsərlərdə olan məlumatlar bizə o dövrdə Türkiyə Cümhuriyyətinin ictimai-siyasi və sosial-mədəni durumu haqqında məlumatlar verir, həmçinin zorla sərhədlərə ayrılan Türkiyə və Azərbaycanın bir-birinə olan mənəvi bağlılığını, sevgisini özündə əks etdirir.” (Bax: Aygün Bağırlı.  “Sovet dövrü ədiblərimizin Türkiyə qeydləri”, “525-ci qəzet”, 21.12.2021.).

          
Qasım müəllim – azərbaycanlı türkü İstanbulda digər bir nəhəng türkün –  Tofik Fikrətin Aşiyan məskənini ziyarəti zamanı onun pəncərəsindən Bosforu seyr edərkən keçirdiyi hisslərini məhrəmliklə belə ifadə edirdi: “Dünyanın ən gözəl pəncərəsi!.. Bosfor. Uzaqdan görünən silsilə dağlar, yaşıllığa gömülmüş imarətlər, çəmənlik-çiçəklik, qədim qala divarları. Pəncərənin çərçivəsi həcmində Bosforun misilsiz, seçilib bir yerə cəm olmuş mənzərəsi, elə bil ki, gözümüz önündə dayanan canlı təbiətin bir guşəsi deyil, mahir rəssam əli ilə çəkilən əsrarəngiz bir lövhə üfüqdən asılmışdır. Həmin lövhə indi də gözümün önündədir…” (Bax: Qasımzadə Q. Aşiyan qeydləri. Türkiyəli araşdırmaçı Məsud Kaplanın təqdimatında. “Ədəbiyyat qəzeti”, 11. 07. 2020, s.6; “Ədəbiyyat qəzeti”nin saytı:  17.07.2020.) 

 
Tofiq Fikrətə (Qeyd: Tofiq Fikrət (1867 – 1915) – Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında “Sərvəti-fünun” və ya “Ədəbiyyati-cədidə” adlanan cərəyanın banisidir. İnqilabi və idealist fikirləri ilə Mustafa Kamal başda olmaqla dövrünün ziyalılarına təsir göstərmişdir. Türk ədəbiyyatının qərbləşməsində əsas rol oynamış müəlliflərdən biri kimi də məşhurluq qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət, Səməd Vurğun və b.-nın yaradıcılığına da təsitr göstərmişdir.) həsr etdiyi “Ən gözək pəncərə” şeiri bu misralarla başlayır:


…Bosfor sahilinə düşdü güzarım,

Nağılmı, röyamı bilə bilmədim.

Çoxaldı sevincim, artdı məlalım,

Ağlaya bilmədim, gülə bilmədim

         
Son iki sətirdə şairin əhvalını ifadə edən sözlər Q.Qasımzadənin Türkiyə sevdasını necə də məhrəmliklə bildirir. 1968-ci ildə qələmə aldığı “Türkiyə silsiləsi”ndən “Türk gözəli” şeiri eləcə türk gözəli kimi əlahiddə gözəlliyyə malikdir və şeiri yarımçıq şəkildə təqdim etməyi özümə də, oxuculara da rəva bilmirəm:
 

Mərmərəni seyr elədik ada-ada,

Gözəllikdən gözəlliyə çata-çata.

Ada demə, altı bacı – su pərisi,

Gülab səpdi arxamızca hər birisi.

Böyük ada, Yaşıl ada güldü gözə.

Heyran qaldıq uçrumlara, şamlıqlara,

Heyran qaldıq: dəniz hara, bulaq hara?

Xınalıda bir qız çıxdı gəmimizə.

Elə bil ki, süzülmüşdü o mahnıdan:

“Aman allah, gözlərə bax, gözlərə bax…”

Pəri idi, kim deyərdi bəni-insan.

Üzüb gəlmiş mavilikdən ayrılaraq.

Yox, tanışdı, doğma idi, qəşəng idi,

Salam verib yanımızda yer istədi.

Geyinmişdi yeni dəblə – donu dizdən.

Çantasyıla gizlətsə də bunu bizdən.

Danışdıqca incə-incə, şirin-şirin,

Hiss elədik qəlbi safmış, fikri dərin.

Gətirmişdi saçında çöl çiçəyini,

Baxışında dərələrin yuxusunu,

Yanağında zanbaqların ləçəyini,

Üst-başında zeytun, ardıc qoxusunu.

Gözlərində ləpələrin mor rəngini,

Gülüşündə Sakaryanın ahəngini.

Təbiətdən yoğrulmuşdu təbiəti.

Tapındığı – öz torpağı, öz milləti.

Mərd davransan niyyətini o, bilərək

Hörmət qoyar, yüz kişidən seçər səni.

Maral gözü şir gözünə çevrilərək

Baxışının qılıncıyla bicər səni

Tamah salıb sərxoş-sərxoş baxsan ona.

Qəzəbindən dönər çılğın bir aslana,

Atılar da üzərinə dəli-dəli

O mehriban, o füsunkar türk gözəli.

(Bax: Qasımzadə Q., Türkiyə silsiləsindən, 1968. “Seşilmiş əsərləri, B., 2005, səh.173.)

  
Bu, şeir deyil, mini-poemadır, sözlə çəkilmiş portretdir, türk qövmünə, Türkiyəyə məhəbbətdir, iki yurdun tək gözəlinə sədaqətdir, ülfətdir, türk gözəlinin namus, qeyrət, əxlaq mücəssiməsinin poetik bəyanıdır ki, şairin öz təbiətini də nişan verir. Xalq şairi, akademik Bəxtiyar Vahabzadə həmkarı və dostu haqqında bir yazısında onun özünün də belə bir əxlaq daşıcısı olduğunu qeyd edirdi: “Namus və əxlaq mücəssəməsi Qasımla uzun illər tələbə yoldaşı, dost olmuş, dərd və sevincimizi birgə bölüşmüşük… 

         
…Oğlu Fəxrəddinin vaxtsız itkisindən sonra Şuşa, Laçın, Kəlbəcərin işğalı şairin qəlbinə çalın-çarpaz dağ çəkmişdi. Şeirlərində “Belə qalsa, belə dursa, məzarım od tutub yanar” deyən şair ömrünün son çağlarında yazırdı: “Vallahi, billahi, ən səmimi ürək sözümdür ki, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağıma qarışsın. Bilmirəm bu təmənnamı necə çatdırım ki, məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedə başqa mənafeyim olmayıb….” (Bax: Hacı Nərimanoğlu. “Qubadlısız 16 il” kitabı, “Elm və Təhsil”, 2019, səh.56-60.)

          
Q.Qasımzadə poeziyasını yaşadan başlıca xüsusiyyətlərdən biri də cürətdir, vətəndaş cürəti, sənətkar cürəti. Bunu şairin ötkəm fikirlərində də, əsərlərinin şəkli xüsusiyyətlərində də görürük. 

          
Q.Qasımzadə süjetli lirikanın ustasıdır. “Bu gün səni gördüm”, “İnsan-alov”, “Gəlmişəm”, “Anamgildədir”, “Pənah gətirmişəm”, “Təbiətin qız vaxtıdır”, “Dağlar buraxmır məni”, “Şuşa Qarabağın zümrüd tacıdır” (“Zümrüd tac”), “Qartal gözü” və s. bu qəbildən onlarla şeiri çox hallarda daxili, gərgin monoloq, səmimi təhkiyyə, hissi-psixoloji xüsusiyyətləri, lirizm ilə epizmin (lirik təhkiyyənin) qovuşuğunda vətandaş, sənətkar cürəti ilə yazılmış mini-poemaları xatırladır.

          
Q.Qasımzadə torpağa, vətənə könüldən  bağlı sənətkar idi. O, Azərbaycanı qarış-qarış gəzib, təbiətini, gözəlliklərini könlünə köçürüb, sevərək vəsf etmişdir. “Azərbaycan”, “Sehrli torpaq”, “Vətən” yazdım”, “Diyarım”, “Qapını bağlayan fələk”, “Sinəsi dağlı dağ”, “Laçın qayası”, “Gəncənin yanında”, “Göygöl mənzərələri” – bu qəbildən şeirlərinin bir qismidir.  Vətən sevgisi hər kəsin doğulduğu, yaşadığı kənd, şəhər, yer-yurddan başlanır; Qasım Qasımzadə üçünsə Vətən onun zümrüd tacıdır:
 

Qarabağ…

Nə zaman çəkilsə bu ad

Gözümün önündə bir qız dayanır:

Hörüyünün kökü buz tutub qat-qat,

Atlaz paltarının

Ətəyi yanır…

…Mərdlik zirehiylə

Döşü sipərli,

Nüşabə idraklı,

Həcər təpərli.

Əli buludlarda,

Ayağı Kürdə,

Açıq süfrəsinin qonağı saysız…

Kim əsir istəyib

Onu bu yerdə

Boynunu qılıncdan keçirib o qız!

Bədxahı boğmaqçın qəsdinə duran

Xaçın, Qarqar onun qoşa saçıdır.

Başının üstündə yanıb bərq vuran

Şuşa Qarabağın zümrüd tacıdır!

           
Dramatik narahatlıq duyğusu ilə səciyyələnən şeirlərindəki əsrarəngiz təbiət detalları, çox sayda xarakter və obrazlar milli mənəvi-estetik məzmun daşıyır, yaddaşda cilalanan ümid və inam ifadə edən rəmzi çalar kəsb edir… Onun “Azərbaycan”, “Sehirli torpaq”, “Vətən”yazdım”, “Dəniz xislətli torpaq”, “Bənövşə yarpağı” qəbildəndir. “Qartal gözü” şeirindəki Azərbaycan xəritəsini ucan qartala, paytaxt Bakımızı bu qartalın gözünə bənzətməsi poeziyamızda tamamilə orjinal bir obraz idi:
 

…Kim deyər ki, var onun

Özgə quşa bənzəri?

Dimdiyində aparır

Elə bil ki, Xəzəri.

Bakı! Sən bu qartalın

Yanar, parlaq gözüsən.

Bədnəzərin gözünə

Batan oxun özüsən!

           
“Azərbaycan” onun poeziyasının baş mövzusu idi.  “Azərbaycan”a həsr etdiyi şeirlər  məzmun və mənaca Əhməd Cavadın, Almaz İldırımın, Səməd Vurğunun bu mövzuda yaratdıqları ölməz şeir silsiləsində öz ləyiqli yerini tutur. Şair bu şeirlərində vətənə sevgini insana – vətəndaş insana sevgilə birləşdirir və  üzvi vəhdət halında təqdim edir:
 

Babalardan qalma sözdür,- əziz mehriban

Ana deyə çağırırıq Azərbaycanı.

Vətən quru dağ-daş deyil…

Onu hər zaman

Seyr etdikcə biz görürük

Canlı insanı.

            
Və yaxud:

…Bir həyanım vardır, yol yoldaşıtək

Həmişə yanımca o, addımladı.

Onsuz qürbət eldə donardı ürək,

O əziz sirdaşın… vətəndir adı.

        
Şair “Azərbaycan” şeirində “vətən-insan”ı belə təqdim edir: “Şirvan yolu alnındakı qırışlarıdır”, “Nifrətidir, qəzəbidir Bakı küləyi”, “Abşeronum – onun isti, odlu ürəyi”, “Sazlı-tarlı, xoş avazlı Qazax, Qarabağ”, “Bol nemətli süfrəsidir – Ağdam, Lənkəran”, “Düşməninə yumruğudur Laçın, Qubadlı”, “Sol döşündə orden kimi yanır Naxçıvan”. (Bax: Qasımzadə Q. Bənövşə yarpağı. Bakı, 1964, s. 32.) Burada həm təbiət, həm mədəniyyət, həm də bunların hər ikisinə aid xarakterik xüsusiyyət Vətən obrazının poetik təqdimatı üçün istifadə olunmuşdur.

        
Filologiya elmlər doktoru, şair-alim Rafiq Yusifoğlu Qasım müəllimin yaradıcılığını belə dəyərləndirir: “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qasım Qasımzadə Azərbaycan təbiətini vurğunluqla tərənnüm edən şairlərimizdən biridir. Bu da təsadüfi deyil. Çünki Qasım Qasımzadə Azərbaycanın dilbər guşələrindən birində – Qubadlı rayonunun Xocamsaxlı kəndində dünyaya göz açmışdı. Hər daşının altından bir çeşmə paqqıldayan Xocamsaxlı kəndinin axarlı-baxarlı mənzərələri, şiş qayaları onu məftun etmiş, Ağa çayının laylası onun ürəyini şeirə, poeziyaya məhəbbət ruhunda kökləmişdi. Bol sulu Bərgüşad, Həkəri çayları, Çayzəmi, Əyin, Başarat meşələri, göylərə baş çəkən Kəpəz, Səngər dağları, Ballıqaya, Salvartı yaylaqları onun poeziyasının beşiyi olmuşdu… Onun poeziyasında vətənin başı qarlı uca dağları, diş göynədən bulaqları, zümrüd donlu meşələri, səfalı yaylaqları, göz işlədikcə uzanan bərəkətli çölləri vurğunluqla tərənnüm edilir.”  (Bax: Rafiq Yusifoğlu. Vətən təbiətinin yorulmaz tərənnümçüsü. “525-ci qəzet”, 12.06.23.)

           
Şairin poeziyasında gözəlliyə səyahət və gözəlliyi dərk ruhu vardır. Onun poetik nümunələri əsasında oxucular tarixlə, müasirliklə, gələcəklə, təbiətlə, ictimai həyatla ünsiyyətdə olur, şair milli yaddaşla vətəndaş arasında təmasın mənalı, ibrətli məqamlarını yaradır. “Günəş”, “Neyin əfsanəsi”, “Çərkəz oğlu” şeirlərində folklorizmdən qaynaqlanan “Danko ürəyi” simvolikasında, sətraltı ifadələrlə milli azadlıq, suverenlik, müstəqillik ideyalarını tərənnüm ediri.

           
Yazılarında ədəbi fakta, mətnə həmişə orjinal yanaşma və təhlil üsulu ilə fərqlənən ədəbiyyatşünas-tənqidçi, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Q.Qasımzadənin 70 illik yubileyi münasibətilə qələmə aldığı məqaləsində yazırdı: “Azərbaycanda milli gəlişmə demokratiya uğrunda mübarizə şəklində bəlirli bir ölçü və hüdudlar kəsb etdikcə ədəbi ictimaiyyətin də bir çox nümayəndələrini ictimai-siyasi savaşın ön sıralarında gördük. Qasım Qasımzadənin 70 illik ömür yolunda, 50 illik yaradıcılıq taleyində bu mərhələnin xüsusi yeri var. Q.Qasımzadə hər şeydən öncə usanmadan zamanın ideyalarını təbliğ edən, demokratiya, azadlıq və milli müstəqillik yolunda atılan hər bir addımı qələmi ilə müdafiəyə qalxışan və qələbələrimizi böyük bir sevgi və qısqanclıqla tərənnüm edən alovlu publisist kimi çıxış edir… Q. Qasımzadə və mənsub olduğu ictimai-ədəbi nəsil zamanla daim bilavasitə müxalifətdə olmuşlar. Şairin yaradıcılığının hərfini deyil, ruhuna bələd olmaq istəyənlər (istər o zaman, istərsə də bu gün) onun ”Seçilmiş əsərləri”ndə yalnız bir mövzu, bir predmet, bir ünvan tapır: seviləsi Vətən, sevgisində yaşayan millət, iftixara layiq Azərbaycan. Onun rəngarəng yaşantı və duyumlardan ibarət  şeirləri bir məqam üzərində qərar tutur: milli özümlük, milli fəxarət… O da qeyd olunmalıdır ki, bu, nəinki Q.Qasımzadə poeziyasının, onun bütövlükdə həyat və  fəaliyyətinin də məğzini, mayasını, poetikasını təşkil edən başlanğıcdır.” (Bax:Tehran Əlişanoğlu. Çağdaş Müsavatın işıqlı simalarından şair Qasım Qasımzadə.  “Yeni Müsavat” qəzeti,  8 iyul 1993-cü il; Tehran Əlişanoğlu. Çağdaş türkçülüyün göyü və yeri/T.Mustafayev //Yeni Turan. – 1993. – 24 mart.)

         
Müsavat Məclisinin fəal və müqtədir üzvü olmuş Qasım Qasımzadənin  hürriyyət sevinci və qürurunu əks etdirən fikrini təqdim etmək də yerinə düşər: “…Ölmədim, xain imperiya qüvvələri tərəfindən endirilmiş üç rəngli bayrağımızın “kişi kimi yaşayan” millətin cəsur oğullarının əlləri ilə Azadlıq meydanında bir daha ucaldığını gördüm. 1988-ci ildə kükrəyən meydan mitinqlərinin birində üç rəngin məna vəhdətindən yaranmış bu bayraqla ilk dəfə üz-üzə gəldiyim məqam ömrümün ən həyəcanlı, ən bəxtəvər anı idi. Baxışında övlad doğmalığı tapdığım gənci bağrıma basdım. Əlində tutduğu, nənəsinin ipəkdən tikdiyi bayrağı öpüb riqqətli göz yaşlarımla islatdım. Bu, əslində milli ideala qovuşma mərasimi idi. Milyonların əsrlərcə həsrətini çəkdiyi gündü ki, biz nəsil də kamsız qalmadıq… ” (Bax: Qasımzadə Q.“Ölmədim, üç rəngli bayrağımızın Azadlıq meydanında ucaldığını gördüm”, “Ədəbiyyat” qəzeti, 5 iyun 1992-ci il.).

        
Q.Qasımzadənin şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayrılıqlarından, sevinc və iztirablarından, milli-mənəvi qürur və öygülərindən gəlirdi.

        
Ədiblik – şairlik Q.Qasımzadənin stixiyasıdır… Bəzən iç dünyasını və yaşadıqlarını çılpaqlıqlarına qədər göstərməkdən çəkinməyən, cəsarətli, mərd və səmimi, bəzən də heç bir haqsızlığa dözməyən, üsyankar və barışmazdı Qasım müəllim…

        
Onun poetik ruhu lirikanın təbiətindən doğur. Professor, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov lirikanın təbiətini, təsir gücünü doğru olaraq belə müəyyənləşdirir: “Lirikanın emosional gücü və mərhəmətliyi ilk növbədə ondadır ki, o, hardasa oxucunun şəxsi “dərdlərini” təzələyir, nisgil və həsrətini yenidən yaşadır, kövrəldir, duyğulandırır. Xatirələr yada düşür, kövrəldir və bir növ fərdi dərdlərin də bədii tərcümanına çevrilmiş olur… Lirikanın əsl estetik cazibəsi məhz bu nisgil, həsrət müştərəkliyindədir!..” ( Bax:Mütəllimov T. Ədəbi müşahidələr., “Ədəbiyyat qəzeti”,  23.06.2023-cü il.).

         
Q.Qasımzadənin lirikası bütün səmimiyyət çalarları ilə eynən belədir. Onun lirikası çoxçeşidli tale şeirlərindən, etnik-kulturoloji əsasdan süzülərək natural emosiyalarla müasirliyə, çağdaşlığa xidmət edən xarakterdən ibarətdir, tale lirikasıdır. Bunlar bədii sözün nüfuzunu artıran, milli ruh yeniliyi, poetik düşüncəsinin orjinal rəngarəngliyi ilə fərqlənən yanğılı, təsirli poeziya nümunələridir, həyatımızın cövhərini üzə çıxaran lirikamızın ən gözəl örnəkləri sırasındadır.

        
Görkəmli ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru, professor Əkbər Ağayev şairin yaradıcılıq məziyyətlərini qiymətləndirərək yazırdı: “Qasım Qasımzadənin poeziyasında ardıcıl, fəal həyat mövqeyi və təbiilik aydın seçilir. Şair qətiyyən özünü müasir həyat hadisələrindən kənar hiss etmir, heç nəyə laqeyd baxmır, onun lirik qəhrəmanı həssasdır, görüş dairəsi genişdir, elə buna görə də, bu lirik qəhrəmanın qəlbindən keçib poetik incilərə çevrilən mövzular, həyat materialı zəngin və çoxşaxəlidir: səhrada dağ kölgəsi, əbədiyyət, haçaqaya, nəbzin vurması, qış, bahar, güllər, çiçəklər, ballı qayalar, zəriflik, mətanət, həsrət, məhəbbət, qanlı-qadalı illər, uzaq ellərin dərdi – bütün bunlar şairin poetik sözündə canlanır, mənalanır, bu anlayışların hər birində yeni çalarlar parlayır, fikirlərin əlvan poetik qövsi-qüzehi yaranır. Lakin bu zəngin poetik fikir silsiləsində Qasım Qasımzadənin diqqətindən heç bir zaman yayınmayan poetik ahəngin bütün məqamlarında öz yerini tapan bir mövzusu var: Azərbaycan!” (Bax: Əkbər Ağayev. “Azərbaycan Sovet poeziyası (1920-1970). İnkişafın əsas meylləri” (jurnal variantı), “Azərbaycan” jurnalı, 1974, № 7, s.77., № 1-10.; Əkbər Ağayev. Azərbaycan sovet poeziyası (1920-1970): inkişafın əsas meyilləri və sənətkarlıq, ənənə və novatorluq məsələsi, doktorluq dissertasiyası, Bakı, 1972. BDU-nun elmi kitabxanası, şifrə 2357, s.377.).  

   
“Qasım Qasımzadənin şeirlərində ictimai-siyasi motivlər incə, lirik hisslərin ifadəsi ilə gözəl birləşir.” (Bax: Əkbər Ağayev. “Əsrin tərənnümü” (məqalələr), Bakı, “Yazıçı”, 1980,  s..122-123. – 231 səh.).

         
Q.Qasımzadənin yaradıcılıq leytmotivi elmi-nəzəri tədqiqatlar siferasında da bir orbitdə, bir mahiyyətdə mənalandırılır: “Qasım Qasımzadənin poetik sözü sadə əmək adamlarının həyatını, fəaliyyətini və könül dünyasını ifadə edir, oxucusunun ən çətin anlarında həmişə ürək sirdaşı, yardımçısı, məsləhətçisi olmağı bacarır. Çünki bu poeziya xalqını, vətənini canından çox sevən vətən oğlunun, xalq şairinin qələminə məxsusdur. Onun mayası müdrik bir çeşmədən, xalq ədəbiyyatından, folklordan qaynaqlanır. Doğma xalqının, vətəninin dərdlərindən söz açarkən, şairin publisistik dili sanki bayatı çağırır, ağı söyləyir. “Qəzəbli dağlar” əsərində şairin səsini, harayını duymamaq mümkünsüzdür. Burada xalqın azadlıq ideyası özünün nikbin bədii ifadəsini tapır, vətən sevgisini estetik və emosional bir şəkildə təbliğ edir. Bu isə böyük ustalıq və sənətkarlıqdan xəbər verdiyi kimi, eyni zamanda, böyük ürəkdən, sənət yanğısından, vətənpərvərlik duyğularından “danışır”, şairin şəxsiyyəti, mənəvi ucalığı barədə oxucusunu agah edir, onları – müəllif  və  oxucunu – doğmalaşdırır.” (Bax: Cavadova Rəna.  “Müasir Azərbaycan poeziyasında vətənpərvərlik problemlərinin  bədii inikası ( Qasım Qasımzadənin poeziyası əsasında)”, Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  təqdim edilmiş dissertasiyanın “Avtoreferat”ı, Bakı – 2017, s.4. – 27 səh.).

         
Q.Qasımzadə yaradıcılığının mühüm bir qolu da tərcüməçilik fəaliyyəti ilə bağlıdır. Ədibin tərcümə fəaliyyəti M.Tursunzadənin “Hindistan balladası” (1950), M.Mirşəkərin “Qızılqışlaq” (1954), İ.Noneşvilinin “Qonaq gəlin Gürcüstana” (1955), M.Tursunzadənin “Asyanın səsi” kimi kitabları əhatə edir. Onun bu tərcümələri sırasında Y.Yevtuşenkonun “Афганский муравеу” (“Əfqan qarışqası”) şeirini (1983) təqdimatı unudulmazdır: bu, Rusiya imperiyasına Qasım müəllimin Yevtuşenko dili ilə vurduğu sərt sillə idi:
 

Sərilmişdir rus cavanı Əfqanıstan düzündə,

Gəzir müsəlman-qarışqa onun tüklü üzündə.

Çoxdan ülgüc toxunmayan sifətdə gəzmək çətin,

O mərhumun qulağına pıçıldadı xəlvəti:

“Heç bilirsən yaralanıb öldüyün yer haradır,

Bircə onu bilirsən ki, yaxınlıqda İrandır.

Burda islam sözünü də eşitmisən ilk dəfə,

Nə niyyətlə silahlanıb bəs gəldin biz tərəfə?

Həmvətənin kolbasayçın duran vaxtı növbəyə

Nə gətirə bilərdin sən bu dilənçi ölkəyə?

Azmı qurban veribsiniz, bu həmlə nə deməkdir,

İyirmi milyon rəqəminə əlavəmi gərəkdir?”

Sərilmişdir rus cavanı Əfqanıstan düzündə,

Gəzir müsəlman-qarışqa onun tüklü üzündə.

Pravoslav qarışqadan istəyir ki, soruşsun

öz qarışqa dilində: –

Bu ölünü diriltməyə varmı sizdə bir əfsun;

Lakin bilmir o şimalda, yetim-yesir elində

Elə qadir qarışqalar az qalıbdır tərstəki

Qaldıralar, aparalar belə ağır bir yükü…

         
AMEA-nın müxbir üzvü, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Yaşar Qarayev onun yaradıcılıq şəxsiyyətini belə səciyyələndirirdi: “Qasım Qasımzadənin  poeziyası onun şəxsiyyətinə bənzəyir – sərt və kövrək, sakit və çılğın, təbii və məğrur, milli və beynəlmiləl!.. Qasım Qasımzadə taleyi və şəxsiyyəti vəhdət təşkil edən şairlər sırasına mənsubdur. İstisnasız onun bütün yaxşı şeirləri həm zövqü, həm də məsləki eyni vaxtda və eyni dərəcədə oxşayan və ya narahat edən sənət nümunələridir.” (Bax: Qarayev Y. Poeziyanın və ömrün yaşı (ön söz). Qasımzadə Qasım. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, s.4. – 280 səh.). Ayaz Vəfalının da onun barəsində dediyi bir ifadə burada yerinə düşür: “İpək kimi yumşaq, ipək kimi möhkəm.” (Bax: Nəriman Qasımoğlu. Qasım Qasımzadə ilə bağlı xatirələr. “Ədəbiyyat qəzeti”, 20.10.2017.).

         
Ümumiyyətlə, Q.Qasımzadə parlaq ədəbi şəxsiyyət kimi istər bir-birindən duyğulu, kövrək, həzin təbiət lirikası, istər sevgi şeirləri, istər vətənpərvərlik, istər də  ictimai-siyasi lirikanın  kifayət qədər dəyərli örnəklərini yarada bilmişdir.

         
Q.Qasımzadə yaradıcılığında millilik və vətənpərvərlik ideyası mövzu və ruh etibarı ilə bir-birini tamamlayaraq şairin fərdi yaradıcılıq xüsusiyyətləri müstəvisində vəhdət təşkil edir. Şeir və poemalarının əksəriyyətində klassik ənənəyə söykənən, oradan orjinallıqla bəhrələnən, millilik, vətənpərvərlik və beynəlmiləllik ideyalarını mükəmməl poetik mətnlərlə tərənnüm edən şair doğma vətənində baş verən ictimai-siyasi, sosial prosesləri, qlobal hadisələri vaxtında və daha dolğun şəkildə, qeyd etdiyimiz ədəbi-estetik ideyalar səviyyəsində ictimaiyyətin, geniş oxucu kütləsinin diqqətinə çatdıra bilmişdir.

          
Q.Qasımzadə poeziyasının əhəmiyyəti onda idi ki, o, “Böyük vətən”in kiçik problemlərindən deyil, “Kiçik vətən”inin böyük problemlərindən” (Bəkir Nəbiyev)  bəhs edirdi. Belə bədii-estetik yanaşma üsulu vətənkeşliyin xidmətində idi. Xalqın mənəvi dünyasını, doğma Azərbaycanın dərdini, acısını dərindən duyan, bütün varlığı ilə ana yurduna bağlı şair vətəni bütün gözəllikləri və problemləri ilə  birlikdə “poetik sənəd” səviyyəsində tərənnüm etməyi bacarırdı.

           
Qasım müəllimin 1992-ci il mayın 28-də qələmə aldığı “Qapını bağlayan fələk” adlı dərd qalası olan on bənddən ibarət bir şeiri var. Həmin şeirə preambulada oxuyuruq: “Bir adı Qala, bir adı Pənahabad olan Şuşa, dağlar qalası olan Laçın təkcə bu günümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəh-cəhli yuvamızdır. Buna görə də, indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram”.
 

Ərşə qalxıb naləm mənim,

Alınıbdır Qalam mənim.

Əsir düşüb ciyərparam,

Şuşam mənim, qalam mənim.

…Misri qılınc hanı, hanı?

Sel-sel olsun gavur qanı.

Hayandadır bu günümün

Soltan bəyi, Pənah xanı?

Hayandadır, hayandadır,

Bamsı Beyrək, Xan Bayandır!?

Türk oğlu çox qandırıbsan,

Ermənini yenə qandır.”

(Bax: Qasımzadə Q. “Seçilmiş əsərləri”, Bakı, Şərq-Qərb, 2005, s.79-80. – 280 səh.).

          
2005–2020-ci illər arası, 15 ildən sonra Azərbaycanın Bamsı Beyrəyi, Xan Bayanduru – Zəfər ordusunun Baş komandanı İlham Əliyev şairin – millətin, Türkün, külli Qarabağın, bütöv Azərbaycanın arzularını yerinə yetirdi, Qarabağı, Qarabağın “zümrüd tacı” (ifadə Qasım Qasımzadənindir!) Şuşanı erməni faşizminin işğalından azad etdi, Azərbaycan bayrağı Qarabağ dağlarında, şəhərlərində dalğalandı… Şair bu günü görməsə də, inanırıq ki, ruhu şaddır, arzuları çin olmuşdur…

          
Q.Qasımzadə yaradıcılığı haqqında görkəmli ədiblərin, tənqidçilərin, alimlərin, ədəbiyyatşünasların, o cümlədən, Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Məmməd Rahimin, Süleyman Rüstəmin, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Bayram Bayramovun, İsmayl Şıxlının, İbrahim Kəbirlinin, Məmməd Cəfərin, Kamal Talıbzadənin, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Əkbər Ağayevin, Qulu Xəlilovun, Məsud Əlioğlunun, Şamil Salmanovun, Səfurə Hüseynovanın, Qurban Bayramovun, Rəhim Əliyevin, Şirindil Alışanlının, Rafiq Yusifoğlunun  və başqalarının fikir və mülahizələri vardır. “Azərbaycan ədəbiyyatı tarixi” kitabında 1950-1980-ci illər dövrünün poeziyasına aid fəsildə Q.Qasımzadənin yaradıcılığına da müraciət olunmuş, yaradıcılığı barədə dissertasiya yazılmış, müasir poeziya haqqında əksər elmi tədqiqatlarda ondan bəhs edilmişdir…

           
Q.Qasımzadənin əsərləri barədə xaricdə tanınmış zamandaşlarının maraqlı fikirləri də mövcuddur. Qafur Qulam yazırdı: “Qasım Qasımzadənin şeirləri hər cür biganəlikdən uzaqlıq, dramatik narahatlıq duyğusu ilə səciyyələnir. “Rədd olsun laqeyidlik!” – Qasımzadə özünün bu devizinə həmişə sadiqdir.” (Qeyd: Sitat Yaşar Qarayevin adı çəkilən məqaləsindən götürülmüşdür. Nəriman Qasımoğlunun təqdimatında bu fikir 1958-ci ildə Bakıda olmuş Həmid Qulama aiddir.)

            
Hələ sağlığında kitabları respublikanın hüdudlarından kənarda, Moskvada nəşr edilir, əsərləri bir çox xalqların – ərəb, ingilis, fransız xalqlarının dillərinə tərcümə edilir, Polşada, Bolqarıstanda, Türkiyədə, İraqda, İranda çap olunurdu.

          
Nobel Mükafatı laueratı Con Steynbek Nobel nitqində deyir: “Yazıçılar müxtəlif günahlara, uğursuzluqlara düçar ola-ola daha da təkmilləşmək üçün yazmağa məhkumdurlar. Yazıçılar (oxu – şairlər, alimlər, qələm əhli – Q.B.) insan ruhunun güçünü, qəhrəmanlıq və sevgini vəsf etmək üçün göndərilmiş adamlardır.  …İnsan bizim ən böyük ümidimizə və həm də ən böyük təhlükəmizə çevrilib.” Bu gün Con Steynbek fikrini öz sözləri ilə belə ifadə edərdi: “Son – sözdür, Söz – insandır və insan insanlardır.”  (Bax:Con Steynbek. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, “Nobel Mükafatı laeratı Con Steynbek Nobel nitqi.”,  səh. 885-886. –  888 səh.).

          
Şair, alim, tənqidçi, tərcüməçi, publisist, naşir Q.Qasımzadə də “insan ruhunun güçünü, qəhrəmanlıq və sevgini vəsf etmək üçün göndərilmiş adamlar”dandır və əminəm ki, onun parlaq siması, bütün həyatı, fəaliyyəti, fövqəladə missiyası sözə bürünmüş olaraq cazibəsini hər zaman saxlayacaqdır.

         
Taleyim elə gətirmişdi ki, 1967-ci ildən 1993-cü ilə qədər Q.Qasımzadənin rəhbərlik etdiyi şöbədə onun bərəkətli və xeyirxah əllərini çiynimdə hiss edərək fəaliyyət göstərmişəm. Onun təqdimatına və fəallığıma görə İnstitutun komsomol təşkilatının katibi, Gənc Alimlər Şurasının sədri, sonra Həmkarlar təşkilatının sədri ictimai vəzifələrini aparmış, professor Mirzəağa Quluzadənin, Yaşar Qarayevin, Əziz Mirəhmədovun, akademik Məmməd Cəfərin, akademik Bəkir Nəbiyevin direktorluğu müddətində, onların sədr olduğu elmi şuranın, üzvü olduqları partiya bürosunun üzvü olmuşam, onlardan böyük həyat və elmi təcrübə dərsləri almışam. Aspiranturaya daxil olarkən ilk elmi referatım Q.Qasımzadənin “Aşıq gördüyünü çağırar” ədəbi-tənqidi, elmi məqalələr kitabı haqqında olmuş, imzasız – gizli rəyə olduqca tələbkar və prinsipial tənqidçi-ədəbiyyatşünas Məsud Əlioğluna verilmiş, yüksək dərəcədə dəyərləndirilmişdi. Həmin referatı aspirantura dövründə məqalə şəklində dərc etdirdim. Tale üzümə yar olduğundan Q.Qasımzadənin yaradıcılığı haqqında bəyənilən (oxucu məktubları almışdım) iki məqalənin müəllifiyəm, hətta Qasım müəllimlə həmmüəlif məqaləmiz də var…

         
Qasım müəllim şöbəmizin müdiri timsalında əksər elmi tədqiqatlarımın redaktoru, rəyçisi, “Səməd Vurğun poeziyasında lirik qəhrəman” dissertasiyamın elmi müzakirələrinin təşkilatçısı və dəyərli tövsiyyəçisi olub, müdafiəmdə qayğı və köməyini əsirgəməyib, “Azərbaycan sovet poeziyasının inkişaf meyilləri” mövzusubda yazıb bitirdiyim və müdafiəyə layiq gördüyü doktorluq dissertasiyamın müdafiəsinin intizarını çəkib. Ailə qayğıları və digər səbəblər (səbəb gətirmək də bir bəhanədir) hazır dissertasiyanı vaxtında müdafiə edə bilmədim…

        
Şair-alim, profesor, “Sovet ədəbiyyatı” şöbəsinin müdiri, həmişə ustadım saydığım (indinin özündə də) Q.Qasımzadənin elmi fəaliyyətini öz müşahidələrimlə belə xülasələndirərdim:

       
1. Çıxışlarının, təhlillərinin aktuallığı, operativliyi, filoloji problemlərlə yüklənməsi, real mənbələrə istinadı, aydın, konkret ədəbi-elmi terminoloqiyası, nəzakət həddində milli yumoru, nitqləri və yazılarındakı sətiraltı ironiyası, həssaslığı filoloji prinsiplərə tam cavab verirdi.

      
2. Q.Qasımzadə öz üzərində ciddi, mütəmadi çalışır, fərqli mənbələrdən məlumat bazası formalaşdırır, şöbə əməkdaşlarından, dissertantlardan, aspirantlardan da bunu çox incə tərzdə, yəni inkar edilməz tərzdə “tələb” edirdi.

    
3. Filoloji  sahəyə dair informativ aparatı tələb olunacaq dərəcədə geniş idi, Azərbaycanda və İttifaq miqyasında tanınır, geniş əlaqələri, ədəbi-elmi dairələrdə dostları, tanışları var idi və bu tanışlıq Azərbaycanda ədəbi-elmi fikrə xidmət edirdi.

    
4. Gərgin fəaliyyət rejiminə baxmayaraq, çəkdiyi zəhmət təmənnasız idi, saf, təmiz, halal həyat tərzi sürür və bununla həmkarlarına əvəzsiz bir nümunə sərgiləyirdi.

    
5. On iki il Azərbaycan Dövlət Televiziyasında müəllifi və aparıcısı olduğum “Ədəbiyyatşünaslıq və zaman” verlişlərindəki çıxışlarını yaxşı xatırlayıram. İntellektual səviyyəsi yüksək, söz və düşüncə sərhədləri geniş idi, maraqla dinlənilirdi, səmimiyyəti güclü olduğundan xarizmatik idi.

     
6. İstedadlı gənclərin inadkar mühafizəçi idi… Bir tövsiyyəsini qətiyyən unutmamışam və əməl edirəm. Deyərdi: “Qurban, əlində qələm olanda heç vaxt qələm dostlarını və istedadlı gəncləri yaddan çıxarma, bir vasitə tap qiymətləndir, heç olmasa adlarını çək!!”

     
7. Tanınmış elmi şəxsiyyətlər arasında özünü inamlı hiss edirdi, nüfuz sahibi kimi qərəzsiz polemika mədəniyyətinə sahib idi.

     
Q.Qasımzadənin sənətkar şəxsiyyəti, küllən yaradıcılığı milli-mənəvi sərvətimiz, milli dəyərimiz və qürur məkanımızdır. O, Azərbaycanın bədii söz səltənətində özünəməxsus yer tutmuş, ədəbiyyatımıza başucalığı gətirən, milli məfkurə yüklü, sanballı, təkrarolunmaz, hünərvər, kamil, əbədiyyət qazanmış Azərbaycan sənətkarlarlarındandır.

“Əbədiyyət” şeirində deyir:
 

…Bir ağacdan neçə budaq

Şaxələnib çıxacaqdır.

Öyünməsin ölüm nahaq–

Mənim qanım milyonların,

Nəsil-nəsil insanların

Damarında axacaqdır.

Mənim gözüm milyonların,

Nəsil-nəsil insanların

Gözlərilə bu dünyaya –

Ulduzlara, günə, aya

Zaman-zaman baxacaqdır…

        
Bu, mistika deyil, özünə və yaradıcılığına, ən ümdəsi isə, ömrü boyu sevdiyi xalqına inamıdır!

        
Daha nə yazım… Çağdaş Azərbaycan ədəbiyyatında poeziyasının  mövzu rəngarəngliyi və özünəməxsus  xüsusiyyətləri ilə danılmaz mövqe qazanmış, elmi-nəzəri ədəbiyyatşünaslıqda əhəmiyyətli rolu olan, ədəbiyyatımızın  dəyərli səhifələrini yaratmış Q.Qasımzadə əsil yaradıcı ŞƏXSİYYƏT idi və bu gün özü də, sözü də bizimlədir. Hələ ötən əsrin 40-cı illərində qeyd dəftərinə ünlü türk yazıçısı Ruşen Eşrefin “Damla-damla” kitabından köçürdüyü bu parça indi onun özü haqqında deyil də, bəs nədir: “Ressam gider, resmi kalır; şair ölür, şiiri kalır; mimar yıkılmış, yapısı ayakta; bestekar susmuş, bestesi kulakta!… Bu cihan hep yaratılmışların cihanımı ki, yaratanlar birer hiç geçip gidiyor?!…”
 

Özü demiş:

Bu gün bir sehirlə durdum üz-üzə,

Qönçəsi çırtlayan adi çiçəkdi.

Çatmış olsaydı da ömrüm lap yüzə

Onu danışdırıb dindirəcəkdim…

          
Qasım Qasımzadə bu gün 100 yaşında da sənətinin sehri ilə çiçəkləri dindirməyə qadir sənətkardır.

22.08.2023.

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

İlkin mənbə: /modern.az/

QURBAN BAYRAMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru