www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Azərbaycan adının mənası

ƏVVƏLİ BURADA:>>>>AZƏRBAYCAN ADININ MƏNASI

As tayfası və toponimik müəmmalar: Rusiyada Şəməxə (Şemaxi) çayı, Barda dağı, Sibirdə Tevriz (Təbriz) rayonu.

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

III hissə

Azərbaycan toponimilə bağlı oxucuya təqdim etdiyimiz onuncu fərziyyə Azərbaycan tarixçisi, akademik Mahmud İsmayılova (1920–2002) məxsusdur:

1. “Azərbaycan sözünün az–as hissəsi əski türk etnonimidir. As xalqının adı qədim Orxon–Yenisey yazılarında da təsbit olunmuşdur. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, Asiya qitəsinin də adı bu ərazinin ən qədim sakinləri olmuş asların adı ilə bağlıdır”.

Məlumat üçün qeyd edək ki, tarixdə as adlı bir neçə xalq və tayfa olmuşdur:

Azlar – Orxon-Yenisey abidələrində və digər əski mənbələrdə adı çəkilmiş türk boyudur. VIII əsrin əvvəllərində qədim alan xalqının az tayfası indiki Qazaxıstan və Altay ərazisində yaşamış, türk dilində danışmışdır. Həm qədim alanların, həm də azların türkdilli olduqlarını birmənalı şəkildə sübuta yetirən çox mötəbər bir mənbənin təqdim etdiyi məlumata nəzər salaq:

İslam alimi Əbu Reyhan ibn əl-Biruni (973–1048) “Tahidd nihayət əl-əmakin fi tashih məsafət əl-məsakinu” adlı əsərində yazırdı: “Su daşıb sola döndü, Xarəzm və Curcan arasındakı səhrada yerləşən, bugün Mazdubast adı ilə tanınan çayın mənsəbi boyunca peçeneqlərin ölkəsinədək axdı. Xeyli ərazi uzun müddət su altında qaldı, məhv oldu. Həmin yerlərin sakinləri Xəzər dənizinin sahillərinə köçdülər. Bu, alan və asların bir boyu (tayfası, soyu) idi. İndi onların dili Xarəzm və peçeneq dillərinin qarışığıdır”.

İzah. Hazırda başqırd, Altay, teleut, çeçen və osetin xalqlarının tərkibində müvafiq olaraq assı, yaxud aşa, baylak as, tört as, as və assı adlı tayfa və nəsillər mövcuddur. Həmçinin Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri Ordubadın Aza kəndidir.

Tədqiqat zamanı diqqətimizi çox maraqlı bir fakt da cəlb etdi. Belə ki, Rusiya Federasiyasının Omsk vilayətində Tevriz rayonu, Tevriz qəsəbəsi, Malıy Tevriz kəndi, Tevriz adlı çay vardır.

Xatırladaq ki, Omsk vilayəti qədim türk yurdudur. Bugün də Tevriz rayonu əhalisinin 20–25 faizini tatarlar təşkil edir. Tevriz rayonunun yaşayış məntəqələrindən biri Azı adlı tatar kəndidr. Azı adlı digər kənd Omsk vilayətinin Ust-İşim rayonundadır. Həmçinin Omsk vilayətinin Ust-İşim və Tevriz rayonlarından axan iki çayın adı Azıdır.

Ehtimala görə, Tevriz toponimi Tevriz çayının adından götürülmüşdür. İddia edilir ki, bu hidronim xantı dilindəki “tay” (qara) və “is” (su) sözlərindən yaranmışdır. Zənnimizcə, həmin fikrin ciddi əsası yoxdur. Çünki Omsk vilayətinin sözügedən hissəsində xantı xalqı yaşamır. Həmçinin Tevriz adı ilə “tayis” sözü arasında oxşarlıq tam deyil.

Lakin burada da diqqəti cəlb edən bir detal vardır. Xantı dili fin-uqor dil ailəsinin uqor qrupuna aiddir. Xantılar özlərini As-xoyat və ya As-jah (As adamları) adlandırırlar. Maraqlıdır ki, Qərbi Sibirdə axan və dünyanın ən nəhəng çaylarından biri olan Ob çayının xantı dilindəki adı Asdır.

Tanınmış sovet-rus tarixçisi İqor Dyakonov (1914–1999) və görkəmli Azərbaycan tarixçisi, professor İqrar Əliyev (1924–2004) hesab edirdilər ki, Azərbaycanın Təbriz şəhəri Assuriya hökmdarı II Sarqona (e.ə. 765–705) məxsus kitabədə adı çəkilmiş Tarmakis qalasıdır. Həmin kitabədə yazılmışdır: “(Mannanın) Tarmakis qalasının divarları ikiqat idi. Oradan Fərat çayı qədər geniş kanal axır, onun ətrafı isə qalın meşəliklərin əhatəsindədir. Şəhərdə gözəl binalar vardı. Mən Tarmakisə hücum etdikdə əhali oranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, hər biri istehkama çevrilmiş yaşayış məntəqələri arasında döyüşə başladım”.

Rusiyanın Omsk vilayətində Tevriz toponimlərinin mövcudluğu göstərir ki, İ.Dyakonov və İ.Əliyev Mannanın Tarmakis şəhərinin yerini düzgün müəyyən edə bilməmişdilər. Görünür ki, Təbriz adının həqiqi mənasını qədim assur və ya qədim pars dilində, yaxud zərdüştilikdə tapmaq mümkün deyil. Həmin toponim as–alan tayfası ilə əlaqəlidir. Bu fikri əsaslandıran çoxlu misal çəkə bilərik. Hələlik onlardan yalnız ikisi ilə kifayətlənirik.

– Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Nyazepetrovsk rayonunda Şəməxə və ya Şemaxi adlı kənd var. Onun yaxınlığından Şəməxə və ya Şemaxi adlı çay axır. Güman edilir ki, Şəməxə (Şemaxi) adını əvvəlcə çay daşımış, sonra isə həmin ad kəndə verilmişdir. Yazımızın bu yerində oxucunun diqqətini kifayət qədər maraqlı bir məlumata yönəldək:

Şəməxə (Şemaxi) kəndi 1713-cü ildə başqırdların xatay tayfasının qışlaq yerində salınmışdır. Sözügedən xatay tayfasının altı nəslindən biri yalan (alan–alban), digəri isə as və ya aşa adlanır. Amma bənzərlik bununla bitmir, gerisi daha maraqlıdır. Çelyabinsk vilayətindəki Şəməxə (Şemaxi) çayı öz mənsəbini xatayların Bardı adlandırdıqları dağ silsiləsindən götürür. Tatarlar isə Bardı toponimini Barda şəklində tələffüz edirlər. Xatırladaq ki, IV–VII əsrlərdə Qafqaz Albaniyasının (Qafqaz Alaniyasının) paytaxtı olmuş digər qədim şəhərimizin adı Bərdədir.

– Türkmənistanın Daşoğuz vilayətinin Üstyurt yaylasında Şemaxa-qala, Şirvan-qala, Diyarbekir və Hələb adlı qədim şəhərlərin xarabalıqları, eləcə də Şirvan adlı kənd vardır. Tədqiqat prosesində belə bir nəticəyə gəldik ki, bu bənzərlik də təsadüfi deyildir. Belə ki, Daşoğuz vilayətinin Üstyurt yaylasında yaşayan qaradaşlı türkmən tayfasının əski adı yazır olmuşdur. Yazır isə bildiyimiz kimi, oğuz elinin 24 əsas boyundan biri idi. Nüfuzlu sovet arxeoloqu və tarixçisi Sergey Tolstov (1907–1976) oğuz elinin yazır boyunu alan xalqının as tayfası ilə eyniləşdirmişdir. Yazımızın VIII hissəsində bu haqda daha ətraflı məlumat verəcəyik. IV–VII hissələr isə Hələb şəhərinin adına həsr ediləcək.

Roma imperiyasının indiki Şimali Makedoniya ərazisində yerləşmiş şəhərlərindən birinin adı Tauresium idi. Ostroqot kralı Theodahad (480–536) və Şərqi Roma imperatoru Yustinian (482–565) bu şəhərdə anadan olmuşdular. Şimali Makedoniya və Yunanıstanın ən böyük çaylarından birini makedoniyalılar (slavyanlar) Vardar, yunanlar Aksios, yerli albanlar isə Asi adlandırırlar. E.ə. IV əsrdə Yaxın Şərqi istila etmiş makedoniyalılar (qədim yunanlar) müasir Suriya, Livan və Türkiyə torpaqlarından axan nəhəng Oront çayının da adını Aksios qoymuşdular. Maraqlıdır ki, ərəblər də həmin çaya Asi deyirlər.

Ardı burada: >>>>Azərbaycan adının mənası

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ADININ MƏNASI

ƏVVƏLİ BURADA:>>>> AZƏRBAYCAN ADININ MƏNASI

Böyük bir təpə yarandı, onu Azərbaycan adlandırdılar.

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

II hissə

Azərbaycan adının mənasını izah edən daha bir fərziyyə yəhudi əsilli İslam və İlxani tarixçisi Fəzlullah Rəşid əd-Dinin (1247–1318) “Oğuz-namə” adlı əsərində verilmişdir:

“Oğuzlar Azərbaycan vilayətini də ələ keçirdilər. Oğuz öz atlarını Ucanın geniş, gözəl çəmənliklərinə və otlaqlarına buraxdı. Orada olduqları zaman Oğuz əmr etdi ki, hər bir kəs öz ətəyində torpaq gətirib müəyyən bir yerə töksün və beləliklə, orada təpə ucalsın. Əvvəlcə onun özü ətəyində torpaq gətirib həmin yerə tökdü.

Bunu şəxsən etdiyinə görə döyüşçülərin hamısı ətəklərində torpaq gətirib ora tökdülər. Böyük bir təpə yarandı. Onu Azərbaycan adlandırdılar. Türkcə azər uca, bayqan isə varlıların, uluların məskəni deməkdir. Bu ölkə belə bir adla tanındı və məhz ona görə də bugün Azərbaycan adlanır”.

İzah. Fəzlullah Rəşid əd-Dinin qələmə aldığı variantın həqiqətəuyğunluğunu müəyyənləşdirmək üçün Azərbaycan adını əvvəlcə elemenlərə bölək, sonra isə hər bir elementi ayrılıqda tədqiq edək:

Az–ər. Böyük türk filosofu və dilçisi Mahmud Kaşğari (1029–1126) “Divani lüğət ət-türk” adlı əsərində göstərmişdir ki, türk dilində “aziz yir” ifadəsi hündür, yüksək yeri bildirir. “Aziz yir” kəlməsilə “azər” sözü arasında bənzərlik tam deyil. Amma onu da nəzərə almalıyıq ki, “aziz yir” ifadəsi şifahi nitqdə zamanla “azir” və ya “azer” şəklinə də düşə bilərdi.

Bay. “Qədim türk dili lüğəti”nə əsasən, “bay” varlı, zəngin deməkdir.

Can. Divara, hasara çuvaş dilində “xume”, monqol dilində “xana” deyilir. İran dillərində isə “xanə” sözü evi bildirir. Fin dilində “huone” (otaq), ingilis dilində “home” (ev), Azərbaycan dilində isə “koma” (kiçik, sadə ev) sözü vardır. Vətən ingilis dilində “homeland”, macar dilində “hon” sözü ilə ifadə edilir.

Avrasiyada yayılmış dillərin əksəriyyəti üçün ümumi olan belə misallar kifayət qədərdir. Onları çəkməklə göstərmək istəyirik ki, Azərbaycan toponiminin sonuncu “can” (kan) hissəsi həqiqətən də vətən, ölkə, məskən kimi mənaları daşıya bilər. Beləliklə, Fəzlullah Rəşid əd-Dinin variantına görə, Azərbaycan adı dörd hissədən ibarətdir:

Az – aziz, yəni hündür.

Ər, er, ir – yer.

Bay – varlı, zəngin, bəy.

Can (kan) – ölkə, məskən, ev.

Qeyd. Onu da vurğulayaq ki, Fəzlullah Rəşid əd-Dinin sözügedən fərziyyəsi Azərbaycan tarixşünaslığında ilk dəfə məhz bu yazıda belə bir üsulla tədqiq edilmiş, qədim türk dilindəki “aziz yir” ifadəsi Azərbaycan toponiminin “azər” hissəsilə müqayisə olunmuşdur.

Növbəti iki fərziyyə fransız əsilli İngiltərə səyyahı Jean-Baptiste Chardinin (1643–1713) “Jean Chardinin səyahətnaməsi” adlı əsərindəndir:

“İranlılar deyirlər ki, bu əyalət Azərbaycan, yəni od yeri və ya od ölkəsi adlanmışdır. Çünki ən məşhur od məbədi burada tikilmişdir. Az yiyəlik halın artiklidir. Qədim Şərq idiomlarının əksəriyyətində olduğu kimi, əski pars dilində də oda ər və ya ur deyilir. Pekan isə yer, yaxud ölkə anlamını verir”.

“İranlılar onu (Midiyanı) Azərbeyan və ya Azurpekan adlandırırlar. Bəzi adamlar onu Asurpekan şəklində tələffüz edir və yazırlar. Bu da Assur ölkəsi deməkdir. Deyirlər ki, bu böyük əyalət vaxtilə Assuriya dövlətinin tərkibində olduğuna görə onu Assur adlandırmışlar”.

Abbasqulu ağa Bakıxanov (1794–1847) isə Azərbaycan sözünü xalqımızın qəhrəman oğlu Babəkin (798–838) adı ilə əlaqələndirirdi. O, “Gülüstani-İrəm” adlı əsərində yazırdı:

“Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan ifadəsindəndir. Ərəblər onu Azər-Babəcan kimi tələffüz edirlər. Azərbaycan Babəkin atəşi deməkdir. Hər halda, bizə məlumdur ki, atəşpərəstlik bugün Azərbaycan adlandırılan məmləkətdə zühur etmişdir”.

Doqquzuncu fərziyyəni birinci və dördüncü fərziyyələrin sintezinin nəticəsi kimi irəli sürürük:

“Ola bilsin ki, Atropat e.ə. IV əsrdə yaşamış Azərbaycan hökmdarının adı deyil, ləqəbi idi. Bu halda mümkündür ki, atropat (atəş keçikçisi) sözü həmin şahın, əslində, kahin və ya din xadimi olduğunu göstərirdi”.

Amma bir məsələ də var ki, tarixi mənbələrdəki məlumatlar e.ə. IV əsr zərdüştiliyində od məbədlərinin mövcudluğunu şübhə altına alır. Əsaslı ehtimala görə, od elementini zərdüştiliyə eramızın III əsrinin əvvəllərində Sasanilər daxil etmişlər.

Ardı burada: >>>>Azərbaycan adının mənası

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan adının mənası

Azərbaycan adının mənası – SİLSİLƏ

Azərbaycan adının mənasını izah edən 12 fərziyyə

I hissə

Bu yazımızda Azərbaycan adının mənasını izah edən on iki fərziyyə təsbit olunmuşdur. Əvvəlcə onlardan ən populyarını qeyd edək:

1.“Azərbaycan toponimi qədim Atropatena dövlətinin adından törəmişdir. Əhəmənilər imperiyası (e.ə. 550–329) süqut etdikdən sonra, həmin dövlətin satrapı olmuş Atropat (e.ə. 370–321) tarixi Midiyanın (e.ə. 670–550) şimal-qərbində öz şahlığını qurmuşdu. Onun ölkəsi əvvəl Atropat (Aturpat, Atorpat) Midiyası, sonra isə Atropatena adlandırılmışdı. VII əsrdə bölgəni istila etmiş ərəblər Atropatena sözünü Azərbaycan kimi tələffüz etmiş və yazmışlar”.

Yunan əsilli İslam coğrafiyaçısı və səyyahı Yaqut əl-Həməvi (1178–1229) “Kitab əl-Buldan” adlı əsərində Azərbaycan adının mənşəyilə bağlı üç fərziyyə sadalamışdır:

2. “Əbu Muhəmməd Abdullah ibn əl-Mukəffa (723–759) deyir ki, Azərbaycan Azərbaz ibn İran ibn Əsvəd ibn Sam ibn Nuh əleyhissəlamın şərəfinə belə adlandırılmışdır”.

3.“Digərləri söyləyirlər ki, Azərbaycan adı Azərbaz ibn Bayvarasfın adından yaranmışdır”.

Qeyd. Belə bir ehtimal da var ki, ərəblər Atropat şəxs adını Azərbaz kimi tələffüz etmişlər. Bu fikri nəzərə alaraq deyə bilərik ki, tarixdə Atropat adlı daha bir məşhur şəxsiyyət olmuşdur. Marəspəndanın oğlu Azərbaz (Adurbad-i Mahraspandan, Azərbəd-e Marəspəndan) 290-cı ildə dünyaya gəlmiş, 320-ci ildə Sasanilər imperiyasının Mobədlər Mobədi (zərdüştilikdə ali dini dərəcə) seçilmiş, 371-ci ildə vəfat etmişdir.

Azərbaz zərdüştiliyin müqəddəslərindən, eyni zamanda tarixin ən müdrik şəxsiyyətlərindən biri hesab olunur. Yeri gəlmişkən, “özgəsinə quyu qazan, sonda özü o quyuya düşər” məşhur Azərbaycan zərb-məsəlinin müəllifi ola bilsin ki, həmin Azərbazdır.

Zərdüştiliyin “Denkərd” (IX əsr) kitabındakı məlumata görə, Azərbaz İranın Kuran kəndində doğulmuşdur. Güman edilir ki, həmin kənd indiki Pakistanın Sind və Bəlucistan vilayətlərindəki Mekran səhrasında yerləşirmiş. Belə bir iddia üçün yeganə əsas isə, Kuran və Mekran (Makuran şəklində də yazıla bilərdi) toponimləri arasındakı bənzərlikdir. Digər ehtimala görə, Azərbazın əsli İranın Mazandaran ostanının Miandorud şəhristanının Makeran kəndindəndir. Yenə də ad oxşarlığına istinad edilmişdir. Üçüncü fərziyyəyə əsasən, Azərbazın vətəni İranın indiki Fars ostanıdır.

Qeyd etmək lazımdır ki, bugün İranda Kuran adlı ən azı on bir kənd vardır:

Kuran – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;

Kurani – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;

Kuran – Qərbi Azərbaycan ostanının Mehabad (Soyuqbulaq) şəhristanında kiçik kürd kəndi;

Kuran – Şərqi Azərbaycan ostanının Hurand şəhristanında böyük türk kəndi;

Kuran-e Türkiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında qədim türk kəndi;

Kuran-e Kurdiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında kiçik kürd kəndi;

Kuran-e Tat – Şimali Xorasan ostanının Əsfərəyan şəhristanında əski türk–tat kəndi;

Kuran-e Ulya – Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanında kənd;

Kuran-e Suflə – Sistan və Bəlucistan ostanının İranşəhr ostanında kənd;

Kuran – Hörmözqan ostanının Bəndər-Abbas şəhristanında xırda sünni fars kəndi;

Kuran – Hörmözqan ostanının Bəstək şəhristanında balaca fars kəndi.

Göründüyü kimi, mobədlər mobədi Azərbaz, əslində, azərbaycanlı da ola bilərdi. Zərdüştiliyin “Bundahişn” adlı kitabına əsasən, Azərbaz İranın əfsanəvi Pişdadilər sülaləsindən idi. Xatırladaq ki, İran mifologiyasına görə, qədim zamanlarda bu ölkə bir-birini əvəz etmiş dörd sülalənin hakimiyyəti altında olmuşdur. Onlardan birincisi Pişdadilər, ikincisi Kəyanilər, üçüncüsü Əşkanilər (Ərsaqilər), dördüncüsü isə Sasanilərdir.

Hər hansı bir əfsanə və mifin əsasında müəyyən bir həqiqət, real tarixi hadisə yata bilər. Rəvayətlərdə deyilir ki, Kəyanilər sülaləsi hakimiyyət başına Pişdadilər sülaləsindən sonra keçmişdir. İran mifologiyasının tədqiqatçıları Kəyanilər sülaləsini Əhəmənilər (e.ə. 553–229) sülaləsilə eyniləşdirirlər. Tarixdən isə bəllidir ki, Əhəmənilər sülaləsindən əvvəl indiki İran və Orta Asiyanın da böyük bir hissəsi Midiya (Azərbaycan) şahlarına tabe idi. Deməli, Pişdadilər, o cümlədən, Marəspəndanın oğlu Azərbaz maday, yəni qədim azərbaycanlı olmuşlar.

Belə bir haşiyədən sonra Yaqut əl-Həməvinin diqqətini cəlb etmiş üçüncü fərziyyəyə nəzər salaq:

4. “Bəziləri isə güman edirlər ki, pəhləvi dilində azər sözü atəş, bayqan sözü isə keşikçi və ya mühafizəçi deməkdir. Beləliklə, Azərbaycan sözü atəş məbədi və ya atəş mühafizəçisi anlamını ifadə edir. Bu, həqiqətə uyğundur. Çünki həmin ərazidə çoxlu atəş məbədi vardı”.

Ardı burada: >>>> AZƏRBAYCAN ADININ MƏNASI

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Sana ihtiyacım var !

Caroline Laurent Turunc

Sana ihtiyacım var !

Özellikle binlerce insan olmadan

sadece sesine ihtiyacım var

Her hareketimin herhangi bir noktasında bana dokunman için değil, aşırı mutluluk ve üzüntü yaşadığım her an için.

Çimlere uzanıp gökyüzündeki yıldızlara bakan herhangi bir aşık gibi.

Gözlerine öyle bakmak ve göğsünde kaybolmak istiyorum.

Bak dibe düştüm yaralarım yeniden açıldı

Yokluğun beni aşırı mahremiyetimle baş başa bıraktı.

Martıların uçtuğu gökyüzünü, bulutların ardındaki yağmuru, masmavi derinliklerin altındaki erik tarlalarını ne kadar özlediğimi bir bilsen”

Gözlerinde yeniden doğmak ve gözlerimde kaybolan tüm güzellikleri görmek ve hissetmek istiyorum.

Tek dileğim şehvetlerin en büyüğü ile yarına dalmak ve yarın seninle kimseye yük olmadan cennete girmek.

Şimdi sadece bir boşluğa dalıyorum

Zaman içimde derinlere sızıyor

çocukluğumdan bilmediğim acı dolu anılar

Kalbimin ortasında kırık cam parçaları gibi her yanıma batıyorlar

Söyle bana, bana gelmen için ne yapmalıyım?

Hangi dağın güçlü rüzgarına yalvarayım?

Hangi nehrin serin sularının bana yol göstermesini isterim?

Nefesim bana bile bu kadar ağırken hangi yüksek dağ kelebeğinden yardım isteyeyim?

Sana gelebileceğim bütün yollar taşlı ve dikenler o kadar uzun ki, üzerlerinden kuşlar uçmaya korkuyor.”

Her yerde sözde modernlik ama her yerde soykırım ve ihanetin ayak sesleri

söyle bana, beni özlemedin mi?

Oysa ben senin evin, senin büyük şehrin, memleketin ve göğsünün kafesiydim.

Beni sevdiğini söylediğin her kelimenin arkasında

ben senin cennetindim

Ve şimdi sana en çok ihtiyacım olan dağın tepesindeyim

Başım dik sana bakıyorum ve görüyorum ki Allah’ın yazdığı kaderi unutmuşsun, sözünde durmayanların dilini konuşuyorsun, bolluk içinde mesut yaşıyorsun ve ben sonsuz bir azaba sürükleniyorum

07/08/2023-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

N.Nərimanovun dul qadını Gülsüm xanım oğlu Nəcəflə ərinin məzarı başında

TARİXİ FOTO

N.Nərimanovun dul qadını Gülsüm xanım oğlu Nəcəflə ərinin məzarı başında. (Nəcəf İkinci Dünya Müharibəsində həlak olub).

Mənbə: Günel Natiq

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazarlara şad xəbər!

Cəlil Cavanşir bu xoş xəbəri izləyiciləri ilə bölüşüb:

“İstəyirəm yatmadan xoş xəbərlər paylaşım.

Bu həftə C.C. Literary Agency olaraq Türkiyənin bir nəşriyyatı ilə əməkdaşlıq qurduq. Eyni zamanda ədəbiyyat agenti kimi xidmət göstərdiyimiz ilk yazıçının romanın Avropada ingilis dilində nəşri üçün böyük bir nəşriyyatla danışıqlarımız uğurlu oldu.

Sentyabr ayına planlaşdırdığımız yeni bir layihəmiz üçün donor təşkilatdan razılıq aldıq. Bir sözlə ümidli gələcək üçün addım-addım irəliləyirik. Baxmayaraq ki, mən bir az hövsələsiz və darıxan adamam, ancaq inanıram hər şey gözəl olacaq.

Bir də bütün qəlbimlə arzuladığım böyük bir ədəbi layihə var. Danışıqlar, hazırlıqlar gedir. Ümid edirəm bu layihəyə də sentyabrda start verə biləcəyik.

Siz də kitabınızın Türkiyədə və Avropada, eyni zamanda ölkəmizdə yüksək keyfiyyətlə çapını arzulayırsınızsa, kimə müraciət edəcəyinizi artıq bilirsiniz.

Biz sizə ancaq keyfiyyətli iş vəd edirik.”

Ədəbiyyaımızın inkişafı və yazarlara dəstək uğrunda atılmış bütün addımları dəstəkləyirik.

Yazarlar olaraq başda Cəlil Cavanşir olmaqla bütün yaradıcı kollektivə yeni – yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacı – Kür qırağı…

 “SƏMİMİ SÖHBƏT”in qonağı olarkən KƏNAN HACInın bəzi suallara düşündürücü cavabları:


Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı?
Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir.
Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır.
Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır.

…

Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi?
Cavab: Dünya ilə çoxdan barışmışam.
Sual: Ən çox nədən qorxursuz?
Cavab: Doğmaları itirməkdən.
…

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏNAN HACININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

Bütün titulları adından sonra gəlir
Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost….
Rəşad Məcid… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü…
Bu yazı Rəşad Məcidin 55 yaşı tamam olanda doğum günü müasiəti ilə hazırlanıb.
Rəşad Məcidin ən qəribəliyi odur ki, adam onun yaşı barədə düşünə bilmir. Elə bilirsən ki, yaşca ondan kiçik və böyük adam yoxdur.
Unikal adam, yararlı adam, ağayana adam… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam…
Jurnalist Rəşad Məcid…
Hidayət Elvüsal: “Öncəliklə təbrik edirəm. Rəşad Məcid çox bacarıqlı insandır. Deyəsən şeir də yazır, amma yazmasa yaxşıdı (gülür). Yazıçı kimi də onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Rəşad yaxşı oğlandı. Düzünü deyim, yazılarını oxumamışam, amma bacarıqlı şəxs kimi tanıyıram. Rəşad olduqca xeyirxah və mehribandı. Hər kəsə, xüsusilə gənclərə kömək edir. O, jurnalistlərin, həmçinin gənc yazarların əlindən tutur. Yazılarını oxumamağıma baxmayaraq, Rəşada böyük hörmətim var, dostumuz-qardaşımızdı. Zarafatları kənara qoyum, Rəşad doğurdan çox yaxşı oğlandı, mən onun xətrini çox istəyirəm. Rəşadın ən çox sevdiyim xüsusiyyəti məhz gənclərə yardım göstərməsidir. O insan ki, gənclərə yardım göstərir, sadəcə oturduğu vəzifəni, özünü düşünmür, deməli o, əsl insandı. Rəşad həmçinin Yazıçılar Birliyinin katibidir və orda da gənclərdən öz yadımlarını əsirgəmir. Harda olursa olsun, Rəşad xeyirxah biri kimi tanınır.
Mənim 70 yaşım var. Ona arzu edirəm ki, mənim yaşıma gəlsin çatsın, sonrasına Allah kərimdir”.
Azadə Balayeva: “Rəşad Məcid “525-ci qəzet”dəki fəaliyyəti ilə jurnalistikada nə qədər böyük işlər gördüyünü ortaya qoyub. 525-ci qəzet neçə-neçə insanlar üçün məktəb olub. “525-ci qəzet”in yetirmələri olan jurnalistlər hazırda Türkiyənin də media orqanlarında uğurlu fəaliyyət göstərirlər. Rəşad Məcidi tək jurnalist kimi deyil, bir rəhbər kimi, dost kimi xarakterizə etmək istərdim. Çünki mən Rəşad Məcidlə eyni redaksiyada çalışmışam. 1990-cı illərdə-universitetdən məzun olduğumuz illərdə ən böyük arzularımızdan biri “525-ci qəzet”də işləmək idi. 4 il Rəşad bəylə eyni redaksiyada çalışdım. Jurnalistika fakültəsində necə mühit var idisə, “525”də də elə mühit var idi. Rəşad Məcid redaksiyada rəhbər-işçi münasibəti deyil, dostluq münasibəti yaratmışdı.
Biz Rəşad Məcidlə sirrimizi bölərdik, o da böyük qardaş kimi hər zaman bizim yanımızda olardı. Burdan təbriklərimi çatdırıram”.
“525-ci qəzet”in əməkdaşı, jurnalist Türkan Turan: “Rəşad Məcidlə bağlı günlərlə, aylarla, hətta bir ömürboyu danışa bilərəm. Yəni onu bir-iki cümləyə sığdırmaq çətin məsələdir. Amma yenə də “iki cümlə ilə söyləyin” desəniz, belə cavab verərdim:
Rəşad Məcid bütün hallarda, hər məqamda sığınıla biləcək qala kimi adamdır. Şükür, təşəkkür, minnətdarlıq səbəbidir. Sağlam və sevgi dolu 55 diləyirəm”.
Şair, yazıçı Rəşad Məcid…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Musa Urud:
“Rəşad Məcid Azərbaycanın tanınış qələm adamı, söz adamıdır, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan adamdır. Gənclərin inkişafında, formalaşmasında Rəşad Məcidin böyük rolu var. Olduqca istedadlı şəxsdir, onun gözəl şeirləri, hekayələri, gözəl publisistikası var. Onun yaradıcılğı şaxəli və genişdir. Eyni zamanda Rəşad Məcid ictimai-siyasi xadim kimi də Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan bir şəxsdir və daim fəal vətəndaş mövqeyində olan bir ziyalımızdır. Bu mənada Rəşad Məcidin həm yaradıcı fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti hesab edirəm ki, hər kəs üçün gərəklidir. Rəşad Məcid olduqca səmimi bir insandır, hər kəslə ünsiyyət qura bilən, dostluq edə bilən, hər kəsə qapısı açıq olan bir insandır.
Rəşad Məcidi ürəkdən təbrik edirəm, ona ümum yaradıcılıq uğurları arzulayıram. Şəxsi həyatında da can sağlığı və xoşbəxtlik arzulayıram”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca: “Rəşad Məcid aktiv yaradıcılıqla məşğul olan yazıçılarımızdandır. Hazırda daha çox jurnalist kimi fəaliyyət göstərir, amma orda da yaradıcılıq qabiliyyəti, yazıçılığı onun köməyinə çatır. Daha çox gənclərlə, gənc qurumlarla işləyir, yanına daha çox gəncləri alır və onlar üçün bir məktəb olur. Bu çox böyük işdir. O, gənc yazıçıları gələcəyə hazırlayır, onların yazılarını qəzetdə oxuculara təqdim edir.
Rəşad Məcid həmçinin Yazıçılar Birliyində də çox aktiv çalışır, yaxşı işlər aparır. Bildiyiniz kimi, “525-ci qəzet”in baş redaktoru kimi uğurlu fəaliyyəti ilə də öz sözünü deyib və deyir. Ona uzun ömür, can sağlığı və xoşbəxt gələcək arzulayıram”.
Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Kəramət Böyükçöl: “55 yaşı tamam olmağına baxmayaraq, Rəşad Məcidin fəaliyyəti Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi hələ də gənclərlə münasibətdən ibarətdir. Mənim Rəşad Məcidlə bağlı ədəbi-ictiamai mühitdə kəskin tənqidi yazılarım da olub, amma o, müəyyən zaman keçəndən sonra haqqında tənqidi yazı yazdığım adamlar içində məndə peşmançılıq hissi yaradan bəlkə də yeganə adamdır. Təbii ki, insan gənc, emosional ola bilər, insanı səhv tanıya bilər. Amma tək mən yox, zamanla onun haqqında tənqidi fikir söyləyən istər gənc, istər yaşlı nəslin nümayəndələri vaxt keçdikcə Rəşad Məcidin yaxşı insan olduğu qənaətinə gəliblər. Rəşad Məcid kinsiz insandı, bütün yönləri ilə yaradıcıdır. Mən hesab edirəm ki, zaman, tale Rəşad Məcid kimi insanlara daha çox ömür verməlidir. Anar müəllimi başa düşürdüm ki, həmişə bir yerdə olublar deyə Rəşad Məcid haqqında daim xoş sözlər deyir, amma Ramiz Rövşənin Rəşad Məcidi dərindən çox istəməsini heç vaxt anlamırdım. Müəyyən zaman keçəndən sonra mən Ramiz Rövşənin Rəşad Məcid haqqındakı fikirlərini başa düşə bildim.
Rəşad Məcid yaşından fərqli olmayaraq – 30, 40, 50, 55 yaşında da həmişə qaynar ədəbi mühitin içində olub, fəaliyyəti dayanmayıb. Həmişə fikirləşmişəm ki, niyə görə dünənin uşağı onun haqqında sərt fikir söyləyəndə Rəşad Məcid həmin gəncə də cavab verib. Belə baxanda, yuvarlaq götürsək, mənim 30 yaşım var, amma mən daha eqositəm. Mən hətta deyərdim: “O kimdir ki, mən ona cavab verim?!”. Rəşad bəyin isə içində belə şey yoxdur.
Mən Rəşad Məcidə burdan parlaq ömür arzulayıram. Mənə elə gəlir ki, onu ancaq sevmək olar”.
Dost Rəşad Məcid…
Milli Məclisin deputatı Aqil Abbas: “Rəşad Məcid tək kəlməylə dostluğun rəmzlərindən biridir. Sədaqətli, dostcanlı insandı və həmçinin böyük nəslin nümayəndəsidir. Rəşad Məcid gözəl şair, yazıçı və gözəl redakatordur. Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur.
Əvvəllər Rəşadın bir maşını var idi, onda mənim maşınım yox idi. Lakin onun maşını həmişə məndə olurdu. Ağdama gedəndə həmişə onun maşınını sürürdüm. Maşının markası “Vaz 2106” idi. Tez-tez həmin maşınla gəzməyə, yeyib-içməyə gedərdik. Arzum o olardı ki, indiki “Mersedes”lərimiz olmazdı, eybi yox, amma yenə o “Vaz 2106” ilə bulağa istirahətə gedərdik”.
Jurnalist, teletənqidçi Qulu Məhərrəmli: “Rəşad Məcid müasir mətbuatımızın ən parlaq simalarından biridir, çox gözəl redaktordur. “525-ci qəzet” indiki şəraitdə hadisələrə elə ölçülərlə yanaşır ki, onu mətbuatın önəmli nümunəsi kimi nəzərdə saxlayırıq. Əlbəttə, bu 15-20 il öncəki “525” deyil, amma Rəşad Məcid düşüncə etibarı ilə 15-20 il əvvəlin Rəşad Məcididir. O, hadisələrə yanaşma tərzi, intelektual cəhətləri ilə insanları ünsiyyətə cəlb edən xüsusiyyətlərə sahibdir. Onun həm şəxsi keyfiyyətləri, həm ictimai düşüncəsi bizim dövr üçün çox gərəklidir. Rəşad Məcid həm də Yazıçılar Birliyinin katibidir və o istiqamətdə də çox qiymətli işlər görür. Gənc yazarların müəyyən platformada birləşməsində Rəşad Məcidin çox böyük rolu var.
Mənim üçün Rəşad Məcid həm də dar gün dostudur. İstənilən çətin vəziyyətlərdə adam onu həmişə yanında görür. O, çox səmimi insandır. Hesab edirəm ki, belə adamlar Azərbaycanda barmaqla sayılası qədərdir. Yəni müəyyən dəyərlər var ki, RəşadMəcid həmişə onlara sadiq qalır. Biz onunla çox səfərlərdə olmuşuq, bizim onunla dərin yoldaşlığımız olub. Mən hesab edirəm ki, özü kimi məcid ailədəndir. Rəşad Məcid xalq dəyərlərini həmişə özündə saxlayır. Lakin bəzi müasirlərimiz kimi Rəşad Məcidin də bəxti o mənada gətirməyib ki, bu zamanda və bu cəmiyyətdə yaşayır. Ona görə ki, bu zaman və cəmiyyətdə yaşamağın spesifik çətinliyi var və Rəşad Məcid də bu çətinliklərdən əziyyət çəkən adamlardandır. Amma bütün bunlarla yanaşı o, bizim mətbuatın ən parlaq, istedadlı insanlarından biridir.
Rəşad Məcidin doğum gününü təbrik edirəm. Onun həmişə xoş sədasını eşitmək istəyirəm. Onun daim belə dostluğa və dəyərlərə bağlılığını, sadiqliyini görmək istəyirəm. Hesab edirəm ki, Rəşad Məcid özünün həm şəxsi dəyərləri, şəxsiyyəti ilə gənclərə nümunədir”.

İlkin mənbə: /modern.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

İSA HƏBİBBƏYLİNİN YAZILARI

NİZAMİ CƏFƏROVUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hər səngər məbəddi, pirdi hər əsgər…

  ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası

Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası
Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı» məqaləsini çap etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il də gecikdirəcəkdim… Neçə illərdir hər Rəşadı görüb onu hansısa yaradıcılıq uğuru münasibətilə təbrik edəndə əlavə eləyirəm ki, «Rəşad, gərək sənin bu möhtəşəm xidmətlərin barədə yazam”… O da özünəməxsus səmimi (və yumorlu) bir təbəssümlə, təvazökarlıqla söhbəti belə yekunlaşdırır ki, «bax da, professor».
Ancaq akademik İsa Həbibbəylinin geniş həcmli (monoqrafik) məqaləsi çap olunandan, hətta ayrıca kitab şəklində çıxandan sonra Rəşad həmin səmimi (və yumorlu) təbəssümü saxlasa da, təvazökarlıq məsələsində çox da dərinə getməyib cəsarətlə dedi ki, «professor, o boyda akademik yazandan sonra da hələ fikirləşirsən…” Dedim ki, «Rəşad, oxudum, vallah, akademik elə yazıb, sənin yaradıcılığını elə təhlil edib ki, mənə bir söz qalmayıb, qorxuram bundan sonra heç yazası olmayam…» Dedim… Ancaq elə o andaca düşündüm ki, ürəyi dünya qədər geniş bu yazıçı, jurnalist, ictimai xadim (və ziyalı!) barəsində həmişə yazmaq (və düşünmək!) üçün nə qədər istəsən material var. Hər şeydən əvvəl ona görə ki, Rəşad Məcid, İsa Həbibbəylinin dəqiq ifadəsilə desək, «müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin təfəkkürü» olan nümayəndəsidir. Və bu, o deməkdir ki, Rəşad Məcidin şəxsində (timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxşaxəli) istedad, yaradıcılıq enerjisi yalnız bir nəfərə məxsus, fərdi, subyektiv (və «qapalı», mücərrəd) bir hadisə deyil, bütövlükdə, bütün ictimai mütəvazeliyi ilə mənsub olduğu xalqa, cəmiyyətə məxsusdur… Mən Rəşadın «bütün yönlərilə yaradıcı» olmağının səbəbini, mənbəyini (metafizikasını!) , təkrar- təkrar deyə bilərəm ki, Tanrının ona səxavətlə bağışladığı dünya qədər geniş ürəyində görürəm!..
Heç bir şübhə etmirəm ki, Rəşad Məcidin həm yaradıcılığında, həm də geniş ictimai fəaliyyətində (əslində, bu da yaradıcılıqdır) qazandığı nə uğurlar varsa, Tanrıdan gəlir. Və deyəsən, bu, hərdən bir özünə də əyan olur…
Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə «Məsnəvi», birinə «Xəmsə»,
Birinə sevgidən roman yazdırır.
***
…Mənə də lütf edib öz kərəmini,
Yenidən yolladı öz qələmini.
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.
***
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard- arda düzülən söz çələngini,
Özüm yazmıram ki, yazan yazdırır.
Mən Rəşadı kifayət qədər gənc yaşlarından tanıyıram. Və onu həmişə istedadlı, ziyalı, yaradıcı insanlar arasında, elə gənc yaşlarından «ağsaqqal», nüfuzlu, sözünə, şəxsiyyətinə hörmət edilən görmüşəm… Onu az və ya çox tanıyanların hamısı yaxşı bilirdi ki, Rəşad bu dünyaya təmiz, müqəddəs və insanı «uyqudan bidar» (M.Füzuli) edən sözün arxasınca gəlib… O illərdə Rəşad Məcidin sözü hələ ağ işıq kimi bütöv idi, ancaq çox keçmədi ki, tamamilə təbii olaraq, öz spektrlərinə ayrıldı.
Və Rəşad ömrü boyu davam edəcək «söz oyunu»na girdi… Özü demiş…
Başlayanda macəradı,
Dəcəllikdi, zarafatdı.
Bir də gördün ciddiləşdi,
Yaxın gəldi addım- addım –
söz oyunu.
***
… Qaydası yox, düsturu yox,
Yüz yerə aparar səni.
Orbitindən aralayıb
Oxundan qoparar səni
söz oyunu.
***
Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər
söz oyunu.
Rəşad Məcid ilk gəncliyindən bu dünyada nə iş görübsə ürəklə görüb, nə «oyun» oynayıbsa ürəklə oynayıb. Qələbəsi, uğuru da ürəkdən gəlib, haradasa «məğlubiyyət»i, «uğursuzluğ»u da…
Hətta «peşimançılığ»ı da…
Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib,
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.
***
Mən dedim, yazdıqca unutduracaq,
Köhnə ağrıları, əski dərdləri.-
Bağrımın başında qalayıb ocaq,
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.
***
Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən,
Yenidən qopardı qaysaqlarını…
Bilsəydim, yazmazdım bu şeirləri.
Rəşadın şeirlərində ən çox işlədilən bir söz var, o da «ürək»di, hətta bu sözü işlətmədiyi şeirlərində, hekayələrində, məqalələrində, müsahibələrində də bir ideya var – o da ürək yanğısıdı…
İlişib bir küncdə qalan fikrimin,
Düşünüb, daşınıb sirrini tapdım.
Dəyişən halımın səbəbin gəzdim,
Yüz səbəb içindən birini tapdım.
***
Bildim bahar gəlib yenə payızda,
Duyğum çiçək açdı cansız kağızda.
Çoxları üzərkən hələ dayazda,
Yaxşı ki, adlayıb dərini tapdım.
***
Şırıltı duyulur mürgülü qandan,
Ayılır yuxudan, açılır dondan,
Beş ildi xəbərim yoxuydu ondan,
İtmiş ürəyimin yerini tapdım.
Rəşadın ürəyinin dünya qədər genişliyinin birinci göstəricisi onun qeyri- adi həssaslığıdır ki, bu keyfiyyət özünü ən bəsit məişət məsələlərindən başlayıb ən mürəkkəb sosial- siyasi, ideoloji proseslərə münasibətə qədər davam edir.
Qeyri-adi (və çoxmiqyaslı) həssaslıq Rəşad Məcidin təbiətən səmimiliyində, ünsiyyətcilliyində, dostlar arasında mütəvaze (və xarizmatik) liderliyində bütün aydınlığı ilə təzahür edir. Adətən, daxilən zəngin, intellektual insanlar bir az qapalı, eqoist olurlar, mümkün qədər çalışırlar ki, öz daxili mənəvi-intellektual enerjilərini, zənginliklərini hara gəldi sərf eləməsinlər. Və belə insanlar, bir qayda olaraq, hisslərini, düşüncələrini, mülahizələrini cəmiyyətə ünvanlı bir şəkildə, başqa sözlə, yazıb nəşr etdirərək çatdırmaq istəyir, «müəlliflik hüququ»nu qısqanclıqla qoruyurlar. Hətta hisslərinin müəllifliyini belə… Yəni mən keçirdiyim sevinci heç kim keçirməsin, mən çəkən dərdi heç kim çəkməsin…
Bu baxımdan Rəşad kənardan olduqca paradoksal görünə bilər… Çünki o nə qədər daxili dünyasının sakinidirsə, o qədər də cəmiyyət (məclis!) adamıdır. Və sayını-hesabını itirdiyimi çoxlu, eyni zamanda çox müxtəlif səviyyəli görüşlərimizdə Rəşadı bir dəfə də olsun nəinki darıxan, özünü camaatdan təcrid edən, heç belə bir fikrə düşən də görməmişəm… Əksinə, dərin (və həssas!) məntiqi, zərif yumoru, təmkinli, rahat, şövqlü səsi, sirayətedici, işıqlı təbəssümü ilə məclisə, məclisdəkilərin münasibətlərinə sözün böyük mənasında ton verən Rəşadı bircə dəfə görüb dinləyən, inanmıram ki, onun suqqestiv obrazını nə vaxtsa unuda bilsin.
Heç yadımdan çıxmaz ki, Antalyada, «Dialoq Avrasiya»nın kifayət qədər mötəbər bir toplantısında idik.
Toplantı beynəlxalq dialoqda medianın xidmətlərinə həsr olunduğundan dünyanın müxtəlif ölkələrindən çoxlu jurnalistlər, mətbuat işçiləri gəlmişdilər.
Azərbaycandan olan biz «dialoqçu»lar belə qərara gəldik ki, çoxşaxəli (və çoxmiqyaslı) «fəaliyyətlər»imizi koordinasiya etmək üçün özümüzə bir «ağsaqqal» seçək. Belə də oldu… Hamımızın çox hörmət elədiyi, nüfuzlu, intellektual (ancaq təşkilatçılıq qabiliyyəti o qədər də böyük olmayan, həddindən artıq demokratik, insanpərvər və ürəyi yumşaq!) bir dostumuzu «ağsaqqal» seçdik. Səhərisi gün bir yerə yığışanda «ağsaqqal» öz işi ilə məşğul olmaq, rəhbərlik missiyasını həyata keçirmək əvəzinə dedi ki, «Rəşad, Rusiyadan gəlmiş bir məşhur xanım jurnalistlə tanış oldum, xeyli səmimi söhbət elədik…» Rəşad zahiri bir laqeydliklə soruşdu: «Bu səhər liftin qabağında söhbət elədiyiniz xanımı deyirsiz?» Yəni ki, geniş izahata ehtiyac yoxdur, xəbərim var, görmüşəm… «Ağsaqqal» onun müvəffəqiyyətinə bu qədər diqqətsiz yanaşıldığına dözməyib «yox, əşi, bu tamam başqasıydı» deyəndə Rəşad məsələyə öz münasibətini elə bildirdi ki, hamımızın yaddaşına əbədi həkk olundu: «Ağsaqqal, siz əməlli-başlı məişət pozğunu imişsiniz ki…»
Bu sözdən sonra «ağsaqqal» ha çalışdısa özünün bizim üzərimizdəki beş-altı gün davam edəcək halal hakimiyyətini heç formal olaraq da bərpa eləyə bilmədi.
Çünki Rəşadın son sözü bizlə bir yerdə «yazdığı» bir şeirin, yaxud hekayənin son misrası, və ya son cümləsi idi…
Həssaslıq həm də həyatın insan qarşısına qoyduğu hər cür suallara cavab axtarmaqdır… Hətta cavabını verə bilməyəcəyinə əvvəlcədən əmin olduqlarımıza da…
Zamanında döyülmədi dəmirin,
Hələ çox su aparacaq xəmirin.
Topalaşıb məni qurdtək gəmirir,
Cavabını tapmadığım suallar.
***
Biri sönmür, mayak kimi hey yanır,
Üçü burda, beşi orda oyanır.
Gah divandan, gah mətbəxdən boylanır,
Cavabını tapmadığım suallar.
***
Düşünməkdən yağmalandım, talandım, –
Bəlkə, elə uydurmadı, yalandı?
Belə getsə axirətə qalandı,
Cavabını tapmadığım suallar.
Rəşadın ürəyinin dünya qədər genişliyinin ikinci göstəricisi onun yaradıcılığının (istedadının!) çoxşaxəliliyidir ki, İsa Həbibbəyli öz məqaləsində məsələnin bu tərəfini təfsilatı ilə təhlil etsə də, fikrimcə müəyyən mənada, polemikaya da yer qoymuşdur…
İsa müəllim yazır: «Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi- tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır».
Ancaq mən düşünürəm ki, Rəşad Məcid peşəkar publisist kimi formalaşana qədər artıq istedadlı bir şair olaraq tanınırdı, özü də yaxşı tanınırdı… Poeziya meydanında kifayət qədər ustalıqla söz oynadırdı. Və xeyir-duasını da Hüseyn Hüseynzadə (Arif) vermişdi…
Lakin təəssüf ki, «onun, demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır. Nəhayət, Rəşad Məcidin şeir yaradıcılığı müstəqillik ərəfəsinin və yeni dövrün (müstəqillik dövrünün –N.C.) Azərbaycan poeziyasındakı inkişaf proseslərini izləmək, təhlil etmək, nəticələr çıxarmaq baxımından da əhəmiyyətlidir» (İsa Həbibbəyli).
Mən inanmıram ki, Rəşad Məcidin poeziyasının ideya-estetik və poetexnoloji məzmun-mahiyyətini kimsə hələ bundan neçə illər sonra da İsa Həbibbəyli qədər dəqiqliklə, peşəkarlıqla (və həm özünəməxsus, həm də Rəşada layiq ürək genişliyilə!) aşağıdakı kimi interpretasiya edə bilsin:
«…Rəşad Məcid üçün şeir «bir dolu ürəyin püskürmə çağı»dır, «dikəlib asfaltı deşən bənövşə»dir, «sinədə boğmaq olmayan bir qəfil hönkürtü» kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin şeirləri daşdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir…»
Bu su bu daşdan keçincə,
Nə çəkir, Allah bilir.
Daş çəkir suyun,
Şəhdini-şirəsini.
Ən iri damcı da
Əzilir, didilir.
Bu su bu daşdan keçincə
Nə çəkir, Allah bilir…
Rəşad Məcid «təpədən dırnağa» şair olmasaydı bu qədər səmimi publisist olmazdı… Ola bilməzdi!..
Rəşadın ürəyinin dünya qədər genişliyinin üçüncü göstəricisi özünü təbiətinin (və yaradıcılığının) hər cür regionçuluqdan uzaq ümummilliliyində (və ümumbəşəriliyində!) göstərir…
Əsli-kökü etibarilə Qarabağdan olması, bu gün uğrunda bütün varlığımızla (həm maddi, həm də mənəvi!) mübarizə apardığımız bu müqəddəs torpaqda doğulub boya- başa çatması Rəşadın daxili aləmini, elitar ailə tərbiyəsini (və geniş mənada, təbiətini), böyük-kiçik yerini bilməsini, qandan-gendən gələn aristokratlığını təmin edən mənbə-amillərin ən mükəmməli, ən mötəbəridir.
Çox gənc yaşlarında atasına müraciətən yazdığı bir şeiri var…
Qəlbimiz bir olub, ürəyimiz bir,
Mənim kədərimə hər an yanmısan.
Mənim uğuruma özümlə birgə,
Duymuşam, şadlanıb qanadlanmısan.
***
…Ömrüm apaydındı qarşında sənin,
Yaxşımı, pisimi görmüsən, ata.
Bəzən təsəlliyə möhtac olmusan,
Mənəsə təsəlli vermisən, ata.
***
…Büdrəsəm, sızlayar yaran, bilirəm,
Ümid doğrulmasa, yaşamaq çətin.
Oğulluq adını haram bilərəm,
Əgər ucaltmasam başını sənin.
Rəşad atasının oğludur… Ona görə də doğma yurdun düşmən əlində olması onu körpə uşaq kimi kövrəldib ağlada bilər…
Bu qədər ağrını, bu qədər dərdi,
Sıxıb ürəyimdə saxlamamışdım.
Camaat içində, adam içində,
Bu qədər kövrəlib ağlamamışdım.
***
Sən, dostum, Ağdamdan danışma mənə,
Sən də heç Laçından, Şuşadan demə.
Məni yandıracaq xatirələri,
Sakitcə pıçılda, ucadan demə.
***
Mən indi o qədər kövrək, həssasam,
Gözümün suyundan pas tutasıyam.
Təkcə torpağa yox, təkcə elə yox,
Hətta hisslərə də yas tutasıyam.
«Cıdır düzü» deyəndə Rəşadın ürəyi qanayırmış… Hələ çox gənc ikən…
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.
***
Dili tutulubmu torpağın, daşın?
Görən niyə belə səssizdi bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.
***
…Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var…
Bununla belə Rəşad Məcid dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir. Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı, məhsuldarlığı ondadır ki, «amorf», sxolastik və ya pedant deyil, dünyayla onun öz dilində – onun az qala hər gün dəyişən «çağırışlar»ının (həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin, ritm-intonasiyalarında danışa bilir…
Məsələn… «525- ci qəzet»!..
Rəşad Məcid ürəyini səmimiyyətlə (və cəsarətlə!) dünyaya açır, onun əsərləri, xüsusilə şeirləri beynəlxalq aləmə çıxır. Və Azərbaycan bədii, elmi, publisistik təfəkkürünün humanizmini yüksək kürsülərdən nümayiş etdirir. Və sonra əlavə edir ki…
Bütün bunlar bir nağıldı,
Açdım mən sizə danışdım.
Hamının xəbəri oldu,
Guya gizlicə danışdım.
***
Cəmi bir fəslin içində,
Doğuldum, yaşadım, öldüm.
Ölümün dadına baxdım,
Həyatın qədrini bildim.
***
…Göydən on üç şeir düşdü,
Səhv saldım, dedim almadı.
Hamısını Sizə verdim –
Mənə biri də qalmadı.
Rəşadın ürəyinin dünya qədər genişliyinin dördüncü göstəricisi onun yaxşı tanıdığı, sevdiyi, hər hansı sahədəki istedadını dəyərləndirdiyi insanlara, dostlara sonsuz (və təmənnasız!) sevgisi, özündən yaşlılara daxildən gələn ehtiramı, özündən cavanlara təmkinli qayğısıdır… Hərdən mənə elə gəlir ki, Rəşadın bu dünyada sevmədiyi insan yoxdur və əgər Rəşad kimə qarşısa bir az laqeyd, yaxud biganədirsə, deməli, həmin Allah bəndəsini yaratdığına Allahın özü də peşmandır.
Kifayət qədər gənc yaşlarında bu gün ən təcrübəli (və populyar) mətbuat orqanlarından olan «525-ci qəzet»i yaratdı, gənclərdən ibarət gözəl bir yaradıcı kollektiv yığdı, heç bir şəxsi və ya qrup mənafeyi güdmədən bütün az və çox istedadlı qələm adamlarının yazılarını geninə-boluna çap elədi. Və Azərbaycan Yazıçılar Birliyinin katibi seçiləndən sonra Birlikdən «narazı» gəncləri bir yerə yığıb onlara sözün həqiqi mənasında böyük qardaşlıq qayğısı (və düz yol!) göstərdi… Həm də bu tarixi işləri elə bir təvazökarlıqla gördü ki, çoxlarına, xüsusilə qaşınmayan yerdən qan çıxarmaq həvəskarlarına həmişəlik dərs oldu.
Hansı gəncdə bir balaca yaradıcılıq qabiliyyəti – intellekt, ürək gördüsə, onu dərhal hər yerdə təbliğ eləməyə, məsuliyyətini artırmağa, özünü, ilk növbədə, öz gözündə ucaltmağa, qarşısında geniş meydan açmağa çalışdı.
Və bütün bunları bacardı. Sübut elədi ki, istedad heç zaman istedada mane olmur, yaradıcılıqda heç kim heç kimin yerini dar eləmir.
Rəşad Məcidin öz ətrafına olan bu «dopdolu» sevgisi özünü poeziyasının intim (təhtəlşüur) dərinliklərində də bütün açıq-aşkarlığı ilə göstərir…
Necə də dopdoluyam səninlə –
ağlınla doluyam,
sözlərinlə, coşğunla, ruhunla doluyam,
heyrətinlə, saflığınla doluyam,
inadınla, fədakarlığınla,
bəxş eləməyinlə doluyam,
ətrinlə, nəfəsinlə, baxışınla doluyam.
***
Gülüşün qanadlarımdı –
səmanla, göyünlə, torpağınla doluyam,
təmasınla, həyəcanınla, sevginlə doluyam.
Sənsən varım, varidatım, mülküm, dövlətim-
səninlə dopdoluyam.
Çox zənginəm, çoox…
Mövlanə Cəlaləddin Rumi deyirdi ki, istəyirsən buddist ol, istəyirsən iudaist, istəyirsən xristian, istəyirsən müsəlman, fərqi yoxdur, mənim dərgahıma gəl!..
Rəşad Məcid də ulu əcdadından altı-yeddi əsr sonra eyni şeyi deyir, ancaq fərqli «qrammatika», fərqli «terminologiya» ilə…
Əsəblərim tarıma çəkildi,
Damarımda qanım soyuyur.
Ürəyim zorla vurur,
Bu yandan da sən gəlmirsən.
***
Boğuluram səfalət içində,
Həyat adlanan
bu bataqlıqdan
çıxmağa gücüm qalmayıb.
Bu yandan da sən gəlmirsən.
Yorğunam.
***
Min ilin yorğunu,
havanın, işığın yorğunu.
Bu yandan da sən gəlmirsən.
Gicgahım ölür
dəmir bir «oyuncağın»
soyuq lüləsindən ötrü.
Bu yandan da sən gəlmirsən.
Və nəhayət, Rəşadın ürəyinin dünya qədər genişliyinin beşinci göstəricisi bu dünyadan, Tanrının ona bağışladığı bu gözəl həyatdan istedadla, göz (və ürək!) dolusu, özündən sonra iz (və nümunə!) qoya- qoya zövq almağı bacarmasıdır…
«Sevinci nə qədər bölüşərsən, o qədər çoxalar; kədəri nə qədər bölüşərsən, o qədər azalar» deyiblər. Rəşad həm həyatda, həm də yaradıcılıqda həm sevinci, həm də kədəri bölüşməyə həmişə (və ürəkdən!) hazır olan insandır. Və bu onun təbii müdrikliyidir… Elə bir müdriklik ki, ağıldan, düşünüb daşınmaqdan, ölçüb biçməkdən daha çox, ruhdan, candan, ürəkdən gəlir.
Nə vaxtsa müqəddəs kişilər deyib ki, dünyanı yaradan gözəl yaradıb, ona görə də insanın nə haqqı var ki, ondan zövq almasın… Əgər dünya boyda geniş (və böyük!) ürəyi varsa…
Zəmanəmizin bir müqəddəs kişisi (Nəriman Həsənzadə) də əlavə edib ki, «bu dünya gözəldi, yaşa dünyada!..»
Müəllif: Nizami CƏFƏROV
“Ədəbiyyat qəzeti” (07.XI.2015.)

NİZAMİ CƏFƏROVUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru