www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Zaman öz səhvini başa düşəndə – TANRIVERDİ ƏLİYEV

SƏNSİZLİK
Bəxtimlə saçımın rənginin yeri,
Baxıb görürsənmi necə dəyişib.
Saçlarım ağarıb, qarlı dağ kimi,
Bəxtimin üstünə kömür çəkilib.

Gözünün çəkdiyi yollarda səni,
Gözləyib,gözləyib axır qocaldım.
Şeir bağçasında bitən gülləri,
Kökündən pozaraq qırıb,qopardım.

Bir ayaq saxlayıb, misramı dinlə,
Görginən dərdindən necə ah çəkir.
Hər gecə barmağım sətir bağına,
Ayrılıq gülünü qələmlə əkir.

Yuxumun gözünün önündən heç vaxt,
Kənara çəkilib dayanmadın,sən
Yuxumda tutduğum zərif əlləri,
Bu gözəl həyatda tutanmadım,mən

TANIŞ OLDUĞUMUZ GÜN
“Siz” ilə başlayır ilkin tanışlıq
Sonra fırlanıb “sən”ə çevrilir.
Bir neçə mehriban söhbətdən sonra
Baxıb görürsən ki,qəlbin sevinir.
Daha sonra gülüm deyə xitab edirsən,
“Ömrüm”, “çiçəyim”‘,”sevgilim deyirsən”,
Saatın əqrəbləri ötüşdükcə sən,
Baxıb görürsən ki,onu sevirsən.
İstəmirsən zaman tez gəlib keçsin
Tez əriyib sönən şama bənzəsin
İstəyirsən zamanı saxlayasan
Möhkəm bir səslə üstünə qışqırasan!

Hara qaçıb gedirsən ay zaman,
İzin ver sevgilimin üzünə
Doya doya mən baxam.

Zaman öz səhvini başa düşəndə
Saatın əqrəbin dala fırlayır.
Bir anlıq gedirsən uzaq keçmişə.
Baxıb görürsən ki,bir gözəl
uzaqdan sənə baxır.

İlk görüş öncəsi fikirləşirsən,
Sözlərin üstündə sən məşq edirsən.
Cümlələr növbələşir
onun tərifini vermək üçün.
Ürəyin hazırlaşır
onun ürəyini sevmək üçün.
Amma onu görən vaxtı,
sanki ağzına qıfıl vurulur.
Əllərin əsir,dizin titrəyir,
Baxıb görürsən ki,dilin tutulur.
Sanki bir müqavilə imzalanıb aranızda,
Hər görüşəndə qarşılıqlı susacağınıza aid.
Sanki bir müqavilə imzalanıb aranızda,
Lal olub bir-birinizə baxacağınıza aid…

HARDASAN?
Bilmirəm mən səni harada tapım
Güllərin arasındasanmı?
Yoxsa mələklər kimi qeyb olmusanmı?
Bəlkə göylərə qalxmısan?
Axı ulduzların arasına da baxdım
Oralarda yoxsan
Bəlkə yerin altına enmisən?
Axı ağac kötüyü olub torpağa batdım
Yenə də səni tapmadım.
Bəlkə qəlbimin bir küncündə yatmısan
Oyandırmaq istəmədim səni amma,
Narahat idim.
Qəlbimin hər tin-bucağına baxdım
Yenə səni tapammadım.
Bəlkə də dəryalara qərq olmusan,
Hər dalğanı qaldırıb altına baxdım,
Səni tapmadım ki,tapmadım.
Getdiyin hər yerə nişanə qoyursan,
Amma,yenə heç yerdə yoxsan.
Bəlkə keçmişdə ilişib qalmısan,
Şəkillərimizin canlı olduğu vaxtlarda
Bəlkə gələcək günlərə gedib çıxmısan,
Bəlkə sən mənim daxilimdən mənə baxırsan,
Bəlkə xaricimdə durub,məni qoruyan qaraçuxamsan?
Bəlkə tanış olduğumuz gündəsən
Qarşılıqlı susduğumuz zamandasan
Tapa bilmirəm sən hardasan
Ola bilsin gözümün önündəsən
Səni görə bilmirəm
O qədər işıq paylayırsan ki,
Səni yalın gözlə seçə bilmirəm.

SEVGİ
Sevginin əvvəli:
Lalə yanağından ötrü ölürəm
Xoş ətir paylayan çiçəksən sanki.
Hara baxıramsa səni görürəm,
Burnumda oturan eynəksən sanki.

Sevginin sonu:
İndi o eynəyi çıxarmağın vaxtıdır
İndi o gülləri qoparmağın vaxtıdır.
Daha mən gedirəm başqasını sevməyə,
Bəlkə də indi ayrılmağın vaxtıdır.

Bəlkə bir ilham idim,gəldim ağlına
Sonra yaddan çıxıb,ayrılıb getdim.
Bəlkə bir əbrəşdim qondum çiyninə
Son dəfə qanad çalıb,çırpınıb getdim
Bəlkə bir səhv idim gəldim həyatına
Boş ümidlərlə səni ,çaşdırıb getdim.
Bəlkə bir həqiqət idi səni tanımağım,
Sənin timsalında eşqi ,tanıyıb getdim

Daha neynirsən məni?
Səni səndən çox istəyənin var.
Daha neynirsən sən məni?
Sənin Allah kimi bir sevgilin var.

İstəyirsən unut istəyirsən unutma
Mən səndən heçvaxt incimərəm amma
Unutmaq nədir ki? ayrılığın yanında
Guya nolacaq ki,adam unudar da unudular da

AYRILIQ
Gecələr eşqindən yata bilmirəm,
Hər ötən gecəmi əhya etmisən.
Gah ümid vermisən,gah ağlatmısan.
Qəlbimi oyuncaq əşya etmisən

Ayrılıb gedəndən,o gündən bəri,
Şeirdən alıram sənin ətrini,
Misrada ah çəkib, fəryad edirəm
Oxuyub duymursan mənim səsimi.

Səni heç sevməyən biganəni sən,
Xosrov Pərviz kimi sultan edərsən.
Sənə aşiq olan divanəni sən,
Bəxbəxt Fərhad kimi viran edərsən

SƏNİ TANIMADIM
Elə zənn etmə ki,bekar insanam,
Dərdini çəkməklə yaman məşğulam.
Bir sual vardı ki,cavabsız qalıb,
Bilmirəm mən sənə niyə vurğunam?!

Sənin mənə qarşı olan hislərin,
Həllin bilmədiyim misaldı sanki.
Soyuq məhəbbətin,soyuq ürəyin,
Buzlaqlar diyarı şimaldı sanki.

Məni yarı yolda atıb getməyin,
Sanki batil olmuş oruc kimidi.
Səni hər zaman arzu etməyim,
Allaha açılan ovuc kimidi.

Artıq sənin mənə geri dönməyin,
Tərsinə yozduğum yuxuya bənzər.
Gah səmimiyyətin,gah bədbinliyin,
Əhvalın dəyişən buluda bənzər.

HƏYATIM
İndi bir taksiyə minib gedirəm
Düz üç il əvvələ məni aparır.
Tanış olduğmuz ilə,həmin dəyqəyə,
Sənə vurulduğum günə qaytarır.

Müqəddəs sevginin nəhəng dəryasın,
Sən mənə həmişə qram etmisən.
Allahın müstəhəb etdiyi eşqi,
Sən mənə əbədi haram etmisən.

Dəniz gözlərinin buzlu baxışı,
Məhəbbətlə yanan qəlbi dondurur.
Soyumuş qəlbimin isti fəryadı,
Gözləri qızardıb, yaşla doldurur.

VAR
Ey bülbüli-yar fəxr eləmə ki, çəmənin var.
Fəxr eylə ki,sən qəlbdə uca vətənin var.

Səhra mehi düta edər ol qəddi-nihalı,
Təzim edərəm mən, sənə bil baş əyənin var.

Bir qətrə nur üçün gecə, ay həsrəti çəkdi,
İşraqi-cəmalın üçün ol qəm çəkənin var.

Qafil ki, məni boğdu məlamət dənizində,
Ol tənələr içrə səni qəlbən sevənin var.

Xəttat dedi yar,ölmək üçün sərfəliyəm mən
Şükr eylə gülüm bax sənin üçün ölənin var.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Yazarlar”jurnalının May -2023 N:5 (29)-ci sayı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

“Yazarlar”jurnalının May -2023 N:5 (29)-ci sayı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ruhu şad olsun. Amin.

PDF: >>>> Yazarlar-29

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI ŞUŞADA

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV – 100

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV – 100

“SİZ FƏXR ETMƏLİSİNİZ Kİ, MÜƏLLİMSİNİZ…” 

         Heydər Əliyev Azərbaycan təhsilinin inkişaf etdirilməsinə, onun tarixinə, məktəbdə əsas sima olan müəllimin təhsildəki roluna və şəxsiyyətinə dair çoxsaylı fikirlər irəli sürmüşdür. Biz bu məqalədə Ulu Öndərin yalnız 1998-ci il sentyabrın 25-də Respublika Sarayında müstəqil respublikamızın ilk müəllimlər qurultayındakı nitqində söylədikləri fikirləri diqqət mərkəzinə gətirmək istəyirik.

         Heydər Əliyev bu qurultayı təhsilimizin gələcəyi və ümumiyyətlə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələ hesab edirdi. O, müstəqil  respublikamızın ilk müəllimlər qurultayının iştirakçısı  olduğu üçün özünü xoşbəxt hiss edərək, sevincini salondakılarla bölüşmüşdür. Ümummilli Lider qurultay iştirakçılarına müraciətlə demişdir: “Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Bu gün bu barədə məlumatlar verildi. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk”.

Heydər Əliyev bütün varlığı ilə, keçdiyi həyat yolu ilə həmişə məktəbə, müəllimə borclu olduğunu; bütün həyatı boyu təhsil sistemi ilə bağlılığını bildirirdi. Eyni zamanda bütün bunların heç də təsadüfi olmadığını qurultay nümayəndələrinin nəzərinə çatdırırdı. Ulu Öndərin dediklərindən təhsil işçiləri, təntənəli tədbir iştirakçıları öyrəndilər ki, Heydər Əliyev 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirsə də, müəllimlik etməyib. Həmin  texnikum həmin dövrdə müəllim  azlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim kadrları hazırlayırmış. Heydər Əliyev də orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil olubmuş. Məqsədi  müəllim olmaq, müəllim işləmək və ailəsinə kömək etmək idi.  Bu barədə qurultayda danışdı.

Ümummilli Lider onu böyük müəllim kimi dəyərləndirənlərin sözlərinə qüvvət verərək dedi: “Siz məni də müəllim hesab edirsiniz. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. Mən pedaqoji texnikumu bitirəndən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt bir az dərs vermək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə filan dərsi verməlisən. Nə qədər hazırlaşmaq lazım idi. Nə qədər hazırlaşsaydın da, 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdin. Mən həmin günləri indi də xatırlayıram”.

Ulu Öndər müəllim işləməsə də, əslində özünün dediyi kimi, texnikumda təhsil alarkən pedaqoji təcrübə dövründə əlinə jurnal alıb sinfə girmiş, 2-ci, 3-cü, 4-cü sinif şagirdlərinə dərs demişdir.

Ümummilli Lider istər respublikamızda, istərsə də keçmiş ittifaqda yüksək vəzifələrdə çalışmış, Azərbaycana rəhbərlik etmiş, eyni zamanda SSRİ dövlətinin rəhbərlərindən biri olmuşdu. Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə məktəblərin inkişafına kömək göstərmiş, təhsilə, müəllimin şərəfli əməyinə yüksək qiymət vermişdir. Bu barədə müstəqil Azərbaycanın ilk müəllimlər qurultayında demişdir: “1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyim zaman mən daim məktəbə, ali məktəblərə maraq göstərmişəm və onların fəaliyyətində müəyyən xidmətlərim olubdur. Ancaq mən 1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonrakı fəaliyyətimin şübhəsiz ki, bütün sahələrini qiymətləndirərək, Azərbaycanda məktəbin, orta, ali təhsilin, texniki peşə təhsilinin inkişaf etməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam. Bu gün iftixar hissi keçirə bilərəm ki, o illər mən Azərbaycana rəhbərlik etdiyim zaman saysız-hesabsız məktəblər yaranıbdır, ali məktəblərin sayı, onların fakültələri, kafedraları artıbdır, yüksək səviyyəli müəllim kadrları, universitetlərdə dərs deyən alim kadrları hazırlanıbdır və bunların hamısında mənim xidmətlərim olubdur”.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsində çalışarkən bir çox istiqamətdə fəaliyyət göstərirdi. O,  bir sıra nazirliklər (Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi) bilavasitə onun rəhbərliyi altında idi. Ulu Öndər təhsillə bilavasitə əlaqədar olan bu nazirliklərə 5 il rəhbərlik etmiş, onların fəaliyyətində, tədbirlərində, kollegiya iclaslarında iştirak etmiş, onların   məruzələrini, hesabatlarını dinləmiş,  nitq söyləmişdi.

Heydər Əliyevin qənaətincə, Sovetlər İttifaqı dövründə yaranmış təhsil sistemi bir çox  üstünlüklərə malik olsa da,   o sistem  tam təkmil sistem deyildi,    onu təkmilləşdirmək lazım gəlirdi.

Məlum olduğu kimi, Heydər Əliyev 1983-1984-cü illərdə SSRİ-də məktəb islahatı ilə bağlı komissiyanın sədri olmuşdu. O zaman məktəb islahatı hazırlandı, 1984-cü ildə SSRİ Ali Sovetinin sessiyasında islahatın  müzakirəsi keçirildi.  Ulu Öndər həmin sessiyada məktəb islahatına dair  məruzə ilə çıxış etdi.

Məktəb islahatı ilə əlaqədar qanunlar, bir sıra qərarlar qəbul olundu.

Göründüyü kimi, Ümummilli Liderimiz təhsil və məktəb sisteminə istər gəncliyindən, istərsə də respublikamıza, eyni zamanda SSRİ-yə rəhbərliyi     dövrdən bələd idi.

1984-cü il məktəb islahatından danışarkən Heydər Əliyev qurultay nümayəndələrinə aşağıdakı məlumatı verdi:  “Mən Məktəb İslahatı haqqında” qanun hazırlamışam, o da qəbul edilibdir. Doğrudur, 1985-ci ildə Qorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra o illərdə görülmüş işlərə görə onda böyük bir qısqanclıq əmələ gəldi. Qorbaçov həm birinci qanunun, həm də məktəb islahatının həyata keçirilməsinə imkan vermədi, şərait yaratmadı. O özü hansısa yeni-yeni islahatlar irəli sürdü. Ancaq buna baxmayaraq, o qanunlar öz işini gördü. Məktəbin təkmilləşməsi sahəsində o illərdə bir çox işlər görüldü”.

Heydər Əliyev   Azərbaycanda  təhsilin, o cümlədən orta, texniki peşə, orta ixtisas və ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması  və təkmilləşdirilməsi istiqamətində   ciddi tədbirlərin görülməsini zəruri hesab edirdi. Bildirirdi ki, ölkəmizdə məktəb, təhsil bundan sonra da onun diqqət mərkəzimdə dayanacaqdır. 

Ulu Öndər respublikamızda yeni təhsil müəssisələrinin təmirini və  tikilməsini vacib hesab edirdi. Ötən əsrin 90-cı illərində yenidən müstəqillik əldə etdik. Müstəqilliyin ilk illəri idi. Maddi çətinliklərimiz vardı. Məktəblərin tikilməsi və əsaslı təmirində problemlər vardı. Odur ki, Heydər Əliyevi şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulmağa çağırırdı: “Burada tamamilə düzgün fikir söyləndi ki, bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası tikə, yaxud da mövcud məktəblərin təmirini öz üzərinə götürə bilərlər. Burada doğru deyildi, bəzi iş adamları məscid tikirlər, – o da lazımdır, mən bunu çox əhəmiyyətli hesab edirəm, – ancaq bir məscid tikəndə, bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də mən burada deyilən fikirlərə şərik çıxaraq üzümü tuturam Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinlər. Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı təmir edib müasir vəziyyətə salmağı öz üzərinə götürsə, şübhəsiz ki, o, dövlət tərəfindən müəyyən qayğı altında olacaqdır”.

Ümummilli Liderin qurultaydakı nitqində bütün bu məsələlərlə diqqət mərkəzində dayandı.

Heydər Əliyev Müəllimlər Qurultayına bir gün qalmış, yəni 24 sentyabr 1998-ci ildə bu tədbirə məktub da ünvanlamışdı (“Azərbaycan müəllimləri qurultayına”). Məktub təbrik xarakterli idi, qurultayın keçirilməsi təqdir olunurdu. Təbrikdə  müəllimin rolu xüsusilə dəyərləndirilirdi. Diqqət yetirək: “Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik xalqımızın ən çox hörmət etdiyi, ən çox əziz tutduğu bir peşədir. Təsadüfi deyil ki, cəmiyyətimizin ən layiqli nümayəndələri sənətindən, işindən asılı olmayaraq müəllim adlandırılır. Tariximizin bütün dövrlərində bu ada məhəbbətlə yanaşılmış və onun daşıyıcılarına xüsusi ehtiram bəslənmiş, diqqət göstərilmişdir”.

Təbrikdə eyni zamanda qurultayın böyük əhəmiyyəti qeyd olunurdu. Fikir verək: “Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycanda müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır”.

 Ulu Öndərin Müəllimlər qurultayındakı nitqində diqqətdə saxladığı məsələlərdən biri də müəllim şəxsiyyəti, müəllimin şərəfli peşəsi ilə bağlı idi. Bu xüsusda deyirdi: “Mən bəyan edirəm ki, bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir”.

Heydər Əliyev  öz işinə məsuliyyətlə yanaşan, şagirdlərin, tələbələrin təlim və tərbiyəsi ilə yaxından məşğul olan, öz vəzifəsinin öhdəsindən vicdanla gələn müəllimləri təqdir etməklə yanaşı, müəllimlərin cərgəsinə təsadüfən düşənləri də pisləyirdi. Onları nəzərdə tutaraq deyirdi: “Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz”.

Ulu Öndər qurultayda müəllim-təhsilalan münasibətinə də toxunmuşdur. O, müəllimin şagirdi öz övladı kimi sevməsini lazım bildiyi kimi, eyni zamanda şagirdin öz müəlliminə hörmət etməsini, onun nüfuzunu qorumasını vacib hesab edirdi.

 Ümummilli Liderin nitqindəki aşağıdakı sözlər diqqətimizi cəlb edir: “Biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Ona hörmət edirdik. Müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur.  Mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir“.

Çox qiymətli fikirlərdir.

Heydər Əliyev müəllim şəxsiyyətinə də böyük qiymət verirdi. Diqqət yetirək: “Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz. Buna görə də mən sizə “afərin!” deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm”.

Ulu Öndər övladlarının təlim-tərbiyəsinə qayğı ilə yanaşan valideynləri də hörmət və məhəbbətlə anırdı. Bu xüsusda demişdir:  “Bu, məndə böyük qürur hissi doğurur ki, Azərbaycan vətəndaşları, azərbaycanlılar təhsilə nə qədər bağlıdırlar, övladlarını nə qədər təhsilləndirmək, maarifləndirmək istəyirlər”.

Ötən əsrin 90-cı illərində və ondan əvvəl də uşaqlar 7 yaşından məktəbə gedirdilər. Uşaqların 6 yaşından I sinfə getmək məsələsi gündəmdə idi, lakin bu proses ləng həyata keçirilirdi. Odur ki, Ulu Öndər Müəllimlər Qurultayında haqqında danışılan məsələyə öz münasibətini bildirdi. Fikir verək:  “Burada məktəbə altı yaşından getmək məsələsi barədə də fikir söyləndi. Nə üçün bu, indiyə qədər müzakirə olunur? 1984-cü ildə “Məktəb islahatı haqqında” qanunda uşaqların 6 yaşından məktəbə getməsi məqbul hesab edilmişdi. Burada deyildi, doğrudan da bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Sizə öz təcrübəmdən deyə bilərəm. Mən özüm 6 yaşımda məktəbə getmişəm, – o vaxt hələ nə islahat, nə də qanun var idi, – məni məktəbə qəbul ediblər və on altı yaşımda məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə hələ altı yaşı da tamam deyildi. Bunlar hamısı təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildir.

Heydər Əliyevin öz nitqində diqqət yetirdiyi məsələlərdən biri də  Təhsil Şurasının yaradılması məsələsinə aid idi. Təhsil Şurasının üzvlərinin kimlərdən ibarət olması barədə müxtəlif fikirlər səslənirdi. Şuranın tərkibində hökumət üzvlərinin və Prezident Aparatının bəzi məsul vəzifəli şəxslərinin, digər vəzifəli şəxslərin, həmçinin daxili işlər nazirinin, müdafiə nazirinin və baş prokurorun  təmsil olmasını lazım bilirdilər.

Ulu Öndər məsələyə öz münasibətini tamam fərqli şəkildə və çox da düzgün olaraq bildirdi. Diqqət yetirək: “Təhsil Şurası ictimai təşkilatdır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də belə bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsillə məşğul olanlar olmalıdırlar. Belə bir şuraya hökumət üzvlərini və Prezident Aparatının bir çox məsul vəzifəli şəxslərini, başqa vəzifəli şəxsləri, hətta daxili işlər nazirini, müdafiə nazirini və baş prokuroru salmaqla bu şuranın tamamilə mənasını dəyişirsiniz. Əksinə, mən hesab edirəm ki, bu şuranın müstəqil olması üçün orada dövlət nümayəndələri olmamalıdır. Gərək bu şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Şurada nazirlərin olması sizə lazım deyildir.  Əminəm ki, bu şura formal bir təşkilat yox, işlək təşkilat olacaq və təhsilin, müəllimin, məktəbin problemlərini həll etmək üçün həmişə fəal olacaqdır. Azərbaycanın prezidenti kimi mənim tərəfimdən isə bu şura həmişə dəstək ala biləcəkdir”.

Yuxarıda diqqət mərkəzinə gətirdiyimiz məsələlərdən görünür ki,  Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanımızın ilk müəllimlər qurultayında iştirakı və nitqi həm bu möhtəşəm tədbirə böyük önəm vermiş, həm də  təhsilimizin qarşısında quran vəzifələri daha aydın işıqlandırmışdır.

Akif Nurağa oğlu Abbasov

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi

Qalib Nuri Arif haqqında

QALİB NURİ ARİF HAQQINDA

Qalib Nuri Arif (9.5.1970, Göyçay ş.) – şair, AYB-nin üzvü (2022).

Nuriyev 1976-84 illərdə Göyçay ş. 3 saylı beynəlmiləl orta məktəbində oxumuşdur. 1984 ildə 8-ci sinfi bitirərərk Göyçay 106 saylı Texniki Peşə Məktəbinə daxil olmuş, 1987 ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək imtahan vermədən Bakı Neft və Kimya Texnikumuna qəbul olmuşdur. 1988-91 illərdə hərbi xidmətdə olmuşdur. 1992 ildə AZNKİ-yə daxil olmuş, 1997 ildə ali təhsilini başa vurmuşdur. İlk şeiri 1984 ildə “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. 1985-90 illərdə “Yeni həyat” qəzetində şeirlərlə çıxış etmişdir. İlk kitabı olan “Atamın nəsihəti” 2004 ildə işıq üzü görmüşdür. 2012 ildə “Qızılgülün sirri” və “Xan qızı Natəvan” adlı əsərləri kitab halında nəşr olunmuşdur. 2022 ildə “Xan qızı Natəvan” əsərinin yenidən işlənmiş variantı və “Hikmət güzgüsü” kitabı çap olunmuşdur.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAX RAYONU, QIPÇAQ KƏND KİTABXANASINDA MƏLUMAT SAATI

Zaur Ustac haqqında

Bu gün – 09.05.2023-cü il tarixində Qıpçaq kənd kitabxanasında dəyərli yazıçı, şair Zaur Ustacın kitablarından ibarət məlumat saatı keçirdik.

İlk öncə kitabxananın müdiri Şükufə İbrahimova, kitabxananın sevimli oxucularına Zaur Ustac kimliyi, Zaur Ustac yaradıcılığı barədə məlumat verdi.

Oxucularımızdan Tunar Novruzlu, Həsənli Murad, Səfər Musayev , Səma Novruzlu və başqaları fəal iştirak etdilər.

Qeyd edim ki, Zaur bəyin “Güllünün şeirləri” adlı kitabı oxucularımız tərəfindən xüsusi ilə sevildi.

Şairin kitablarından şeirlər söylənildi. Sonda kitab mütaliəsi ilə görüşümüz sona çatdı. Tədbirdən fotolar:

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi: Aytac İbrahim

AYTAC İBRAHİMİN YAZILARI


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ГУСЕЙН АББАС ОГЛУ АББАСЗАДЕ

ГУСЕЙН АББАСЗАДЕ (ГУСЕЙН АББАС ОГЛУ АББАСЗАДЕ)

Гусе́йн Абба́с оглы́ Аббасзаде́”’  — азербайджанский прозаик и поэт.

Биография
Родился в Баку 22 ноября 1922 года в семье рабочего. Участник Великой Отечественной войны. Воевал в качестве курсанта, радиста, а затем командира огневого взвода зенитно-артиллерийской батареи. В 1945 году после тяжёлого ранения демобилизован как инвалид второй группы. В том же году вступил в ряды ВКП(б)

Окончил Бакинский театральный институт. Преподавал в вузе, работал в редакциях журналов.

  • 1967—1971 — главный редактор газеты «Литература и искусство».
  • 1971—1975 — главный редактор детского журнала «Голубь».
  • 1975—1991 — секретарь Союза писателей Азербайджана.

Умер в Баку 12 декабря 2007 года.

Творчество
Печатался с 1941 года как поэт. Прозу начал писать со второй половины 1950-х годов. Темы его произведений связаны как с войной, так и с жизнью современников. Первый его роман «Генерал» посвящён дважды Герою Советского Союза Ази Асланову.

Основным переводчиком произведений Аббасзаде на русский язык был писатель-фантаст Евгений Войскунский.

Сборники стихов

  • 1949 — «Годы испытаний»
  • 1951 — «Зелёная улица»
  • 1954 — «Товарищам по оружию»

Романы и повести

  • 1958—1961 — «Генерал»
  • 1962 — «Случай в Карадаге»
  • 1964 — «Ləpədöyəndə»
  • 1965 — «На дом упала тень»
  • 1967 — «Onu tanımadılar»
  • 1968 — «Стук в дверь»
  • 1974 — «Гость издалека»
  • 1979 — «Водовороты»
  • 1985 — «Трудный рейс Алибалы»
  • 2000 — «Смотри, какие люди ушли из жизни»
  • 2003— «Один из вернувшихся»

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ (ТУНДЖАЙ ШАХРИЛИ)

ZAUR USTACIN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELDAR İSMAYILOĞLU

Ölümlərin üzünə güzgü tutun,
Sevinməsin cücərtdiklərindən…
Qoy adamlar daşımasın gecələri xatirələrə,
Çünki günəşi ovcuna yığan qızın, dözmürəm üşütdüklərinə…

Ömrünü atıb gedənlərin pəncərələri də günəşdən gizlənər, yolları da.
Bağışla ,
Məni oyadan işıqlar,
Mən də atdım sizi adamların üzünə…

Yaşamağa gecikən qanadlar,
hər gün doğulmaqdan bezər.
Çünki göy üzünün sahili hələ də sahibsiz…
Aldadın qaranquşları,
Geciksin bu yaz,
Yoxsa qapıların xəyanətindən öləcək,
Sahibini gözləyən qadın yuvalar…

MÜƏLLİF: ELDAR İSMAYILOĞLU

ELDAR İSMAYILOĞLUNUN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏŞHUR AZƏRBAYCAN YAZARLARI

YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun), Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun), Hüseyn Abbaszadə (ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.

Qeyd:

İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru