www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

ANDREASIN XƏTASI – TANRIVERDİ ƏLİYEV

ANDREASIN XƏTASI

İnsan bəzən öz xətalarının qarşılığını canı bahasına ödəyir. Bəzən elə bir səhv edir ki, həmin səhvin ucbatından ailəsini və yaxınlarını itirir. Lakin elə insanlar da var ki, hər şeyin dərinliyinə gedə-gedə xəta dənizində boğulub batırlar. Və bu səhvin qarşılığını ağılları ilə ödəyirlər. Bəli, mən elə bir dahi şəxs tanıyıram ki,O öz dahiyanə icadının güdazına getdi. Biz onu evində, ağlını itirmiş vəziyyətdə- dəli olmuş halda tapdıq. Bu dəli dahi mənim yaxın dostlarımdan olan Andreasdır.

   Andreası tanıdığım ilk gündən içimdə bir hiss var idi ki,bu adam hər şeyin dərinliyinə gedən biridir. Hər şeydə nəticə axtaran,hər şeyin səbəbinin olmasını iddia edən insandır. O,həmişə deyirdi ki, “səbəb olmasa nəticə də olmaz. Əgər bir insan pisdirsə,deməli onun pis olmasının səbəbi var. Heç kəs durduq yerdə pislik bataqlığında batmaz,onu kimlərsə,nələrsə o bataqlığa sürükləyir. Lakin kim sürükləyir,necə sürükləyir bunu bilmirik.”

  Belə fəlsəfi düşüncəsi olan birisi öz gəncliyini hərşeyin səbəbini axtarmaqla hədər etdi. Və nəticədə elə bir aparat icad etdi ki,kaş onu icad etməmiş olardı.

   İsti yay axşamı idi. Skamiyada oturub Markos mən və Andreas söhbət edirdik. Hava o qədər isti idi ki,kürəyimizdən axan tər ,sanki köynəyimizi soyuq su ilə yumuşdu. Əlimi köynəyimə vurdum, gördüm ki,suyun içindəyəm. Və uşaqlara dedim ki,hər dəfə bu skamiyada tərli-tərli oturub,oynayan uşaqlara baxanda sanki öz uşaqlığıma qayıdıram. Mən balaca olanda bu uşaqlar kimi qaçıb-oynayırdım tər içində olurdum. Anam gəlib paltarımı dəyişirdi,ya da kürəyimə quru əski parçası qoyurdu.

Bir anlıq nostajik hislər yaşadım və bu məni xoşbəxt edirdi. Andreas mənə dedi ki,nostajik hislərin səni bir anlıq xoşbəxt etməsi normal haldır.İnsan nostajik hislər yaşadığı yerdə rahat olur. Çünki uşaqlığı yadlarına düşür. Uşaqlıq illərində heçnəyi ağlın kəsmir,dünyanın problemini görə bilmirsən. Ona görə də o dövrlərdə xoşbəxt olursan. Və böyüyəndə problemlərlə kəllə-kəlləyə gələndə uşaqlığını yerdə,göydə axtarırsan.

Markos, Andreasa dedi ki,qardaşımsan bəsdi də hərşeydə niyə səbəb axtarırsan ki? bir gün bu səbəb axtarışın səni dəli edəcək.

Andreas: Qardaş, hərşeyin səbəbi olmalıdı da səbəbi bilmək lazımdı ki,problemləri həll edə biləsən. Dərdinə dəva olmaq üçün dərdinin səbəbini bilməyin vacibdir.

Markos: Sənin gələcəkdə dəli olacağının səbəbi elə hərşeydə səbəb axtarmağın olacaq. Bəsdir də,imkan ver gizlin elə gizlin olaraq qalsın. Sənə lazımdı camaatın daxili psixologiyası,nə bilim səbəbi filan?!

Andreas əsəbləşdi və üzünü çevirib çıxıb getdi. Hərşey o gecədən sonra başladı. Kaş yaşanmazdı o gecə. Kaş birlikdə oturub söhbət etməzdik. Onu əsəbləşdirməzdik.

O əsəbi halda evinə getdi. Soyuq su ilə başını yudu,isti çay dəmləyib içdi. Və ağlında olanları bir yerə qeyd elədi. Sən demə onun ağlında olanlar hərşeyin səbəbini açıb tökən bir icadın proyekti idi. O gecə Andreas tarixdə misli bərabəri olmayan bir icadın təməlini qoydu. Təxminən bir neçə həftə sonra icadı tamamlandı. İcadının adı deteraktius idi. Deteraktiusun mahiyyəti ondan ibarət idi ki,bir insanın DNT-sini və düşüncəsini kopyalayıb reallıqları açıb- tökə bilirdi. Reallıqları açıb-tökən bu alət hərşeyin səbəbini rahatlıqla söyləyirdi. Kiçik aparat idi,Andres onu boynuna taxırdı. Hər dəfə yeni düşüncəli insan görəndə sarı rəngli işıq ilə həmin adamı başdan ayağa darayırdı.

Deteraktiusla tanışlıq.

Saat 8:30 idi. Hamı yuxulu-yuxulu işə gəlirdi. Mən isə işə gecikmişdim. Tələsik paltarımı geyinib,həyat yoldaşımın üzündən öpüb evdən çıxdım. Avtobusa sarı qaçdım,tələsik tez mindim. Yolda gedərdən növbəti dayanacaqda iş yoldaşlarım Karl və İohannı gördüm onlar da avtobusa tələsik mindilər. Onlar da gecikmişdi. Salamlaşdıq. Və həmişəki kimi dərdləşməyə başladıq. Karldan soruşdum ki, sənin o qız məsələn nə oldu? Həll edə bildinmi?

Karl başını aşağı salaraq dedi: Yox,həll edə bilmirəm. Bilmirəm nə edim ki,bu qız məni sevsin. Rəfiqələri deyir ki, O, özünə uyğun tipdə bir insan axtarır,onu sevə biləcək,onu sonsuz dəyər verə biləcək birisi. Məgər mən balqabağam nəyəm? Bütün,şəhər bilir onun sevgisindən necə divanə olduğumu. And olsun Allaha ki,gecələr onun qapısının önünə ürək şəklində gül çələngi düzürəm. Səhər gəlib görürəm ki, gülləri tapalayır,dağıdır. Bir o qalıb ki,ürəyimi çıxardım verim ona,inan Allaha onu da edərəm.

 Karlın bu sözləri məni çox kövrəltdi. Əlimi çiyninə qoydum,dedim ki,düzələr inşallah. Allah böyükdür,O qız sənə qismət olmasa belə,sənə layiq olanı qismət edər. Allah qəlbləri görəndir. Bu sözlərim Karlı biraz rahatlatdı. Amma, İohannı rahatlatmadı. İohann da eşq dərdi çəkirdi. Lakin Karlın sevgisindən fərqli olaraq İohann öz sevdiyi qadını Tanrı səviyyəsinə qaldırmışdı,az qalmışdı ki,ona səcdə edə,ona Tanrım deyə. İohann sözümü kəsdi. Dedi ki,zəhləm gedir də sevdiyim qıza başqa birisininin alternativ gətirilməsindən . Mənim qismətim bu qızdır. Əgər qovuşmağımızda xeyir yoxdusa,Allahdan istəyirəm ki,xeyirli eləsin. Əgər qovuşmağımıza şans yoxdursa,Allahdan istəyirəm ki,şans yaratsın.Əgər o qız qismətimdə yoxdursa,Tanrı onu qismətimə yazsın. Çünki mənim sevdiyim qız Allahın cəlal və təcəllasıdır,hətta ona Allah belə deyə bilərəm. Çünki o Allah kimi gözəldir. İohanna dedim ki,sevgilin Allah kimi gözəl ola bilər. Amma Allah kimi mərhəmətli deyil. İşi-gücü sənə zülm çəkdirməkdi.

İohann dedi ki, onun çəkdirdiyi zülüm, mənə şirin şərbət içmək kimi birşeydir.

Daha heçnə demədim. Eşq sarmaşığı artıq onun ürəyinə sarılmışdı. Nəhayət sonuncu dayanacağa çatdıq. Avtobusdan düşüb, iş yerimizə doğru qaçdıq. Axır ki,gəlib sənaye laboratoriyasına çatdıq. Şükür ki,müdir bizi nə soruşub,nə də görüb. Tez bazar laboratoriya xalatlarımızı geyindik və işə atıldıq. Günorta yeməyinə qədər ağır radiasiya altında işlədik.

  Saat 12:50 olanda laboratoriyada zəng çalırdı. Artıq yemək vaxtı idi. Xalatımızı çıxarıb yeməkxanaya getdik. Orda Andreas və Markosu gördüm. Yaxınlaşıb, görüşdüm. Andreasa dedim ki,bu boynundakı nədir? Andreas dedi; bu yeni icadımdır. Bu icad vasitəsi ilə hər nəticənin səbəbini bilmək olur. Yadında idi bir neçə həftə əvvəl əsəbi halda evə getdim haa, bax o gündən bunun üstündə işləyirəm.

 Andreas başından keçən hər şeyi Markosla mənə danışdı. O bu alətin xüsusiyyətlərini sadaladıqca onun gələcəkdə böyük bir dahi olduğu gözümün önünə gəlirdi.Lakin Markos, Andreasın uğuruna mənimlə eyni prizmadan baxmırdı.

Markos: Əşi… çıxart o boynundakı dəmir yığınını,sənə camaat lazımdı?

Onun bu sözləri məni nəsə şübhələndirirdi. Axı niyə Markos öz dostunun icadını qəbul eləmək istəmirdi?! maraqlıdır. Birdən deteraktiusdan sarı rəngli bir işıq Markosla məni başdan-ayağa daradı. Andreas dedi ki,deyəsən o sizin DNT lərinizi kopyaladı. Bunu eşidən Markos deteraktiusu sındırmaq istədi,lakin Andreas kənara çəkildi və Markosu itələdi. Savaşmasınlar deyə onları ayırdım. Andreasl çölə çıxartdım. Siqaret verdim ki,çəksin və rahatlasın. Karl və İohann da yanımıza gəldi. Onu sakitləşdirdik. Bu ərəfədə deteraktius kataloqlanmamış iki DNT-ni yəni Karl və İohanı kopyaladı. İkisi də mat-məətəl bir-birlərinə baxdılar. Vəziyyətin nə yerdə olduğunu başa saldım və onları deteraktiusla tanış elədim. Onlar Andreası qucaqladılar və dedilər ki,sən həqiqətən də böyük adamsan,dostum. İohann zarafatca dedi ki, bir dənə də sevgi iksirindən,dərmanından hazırlasaydın sevdiyimiz qadınlara verərdik,bizi sevərdilər. İohannın bu zarafatından sonra kefimiz müsbətə doğru dəyişdi. Əhvalımız gümrah halda işə geri döndük. Sən demə müdir bizi gözləyirmiş.Əsas da Andreası. Müdir hamımızı otağına çağırdı və bizi tənbeh eləməyə başladı. O , Andreasın icadından və bizim işə gecikməyimizdən xəbərdar idi,yəqin kimsə xəbərçilik etmişdi. Müdir əsəbi halda üzünü bizə tutaraq qışqırdı; siz hamınız qudurmusunuz ə, işə gecikirsiniz,işləmirsiniz. Hələ buna bax, guya nəsə icad edib,təpənə dəysin icadın. Guya məndən ağıllısan da sən eləmi?! Bəlkə özünüzü ağıllı apara-apara oğurluq edirsiniz,yeni gələnlərdən rüşvət alırsınız hə? Sizdən şikayətlər var özünüzü yığışdırın! Xəbəriniz varmı? Laboratoriyadan 28 ədəd kolba, 5 ədəd natrium, 2 balon sulfat,1 butulka da xlorid turşusu oğurlanıb? Siz etmisiz ə bunu?

Müdirə dedim ki, vallah biz etməmişik. Məsələdən xəbərimiz yoxdur heç. Vəziyyətin gərgin vaxtında deteraktius müdiri başdan-ayağa daradı. Nə yaxşı ki,Andreas ağıllı iş görərək,deteraktiusun işığının gücünü azaltmışdı. Müdir deteraktius tərəfindən kopyalandığını bilmədi. Bizi danladıqdan sonra çölə çıxartdı. Laboratoriyaya geri döndük. Gecəyə qədər işlədik.

Andreasın xətası

İşdən çıxıb evə gedirdik. Hərkəslə sağollaşdıq. Andreas mənimlə biryerdə evə getmək qərarına gəldi. Dayanacağa doğru gedərdək deteraktius barədə söhbətlər edirik.Ondan soruşdum ki,təqribən deteraktius nə qədər insanı kopyalaya bilər ki?

Andreas dedi:1.717.273 nəfər kopyala bilir,lakin bu günə qədər cəmi 100 nəfər kopyalayıb.

Ağlımda bir şey taxılıb almışdı. Görəsən bu alət hərşeyi necə bilirdi? Ondan soruşdum ki,bəs kopyalayandan sonra nə olur ki? Hərşeyin səbəbini necə bilirsən?

Andreas deteraktiusun kənarını çevirib göstərdi ki,burda sensor var onun üstünə toxunursan və kim sənə maraqlıdı onun adını deyirsən,aparat da sənə hərşeyi deyir.

Həqiqətən,onun zəkasına heyran qalmışdım. Bu yaşda belə bir gəncin qeyri-adi aparat icad etməsi dahiliyin əlaməti idi. Söhbətimiz o qədər şirin gedirdi ki, avtobusun haçan gəldiyini fərq etmədik. Avtobusa mindik. Arxa yerlərdən birində əyləşdik. Dayanacağa qədər yüngülvarı mürgülədik. Məhəlləmizə çatan kimi Andreası oyatdım. Avtobusdan düşdük. Yolda Andreas mənə dedi ki,gedim görüm deteraktius başımıza gələnlər barədə nə deyəcək?

Ona xeyir dua arzularım. Evinə yola saldım getdi. Kaş ki, başını qatardım,icazə verməzdim evə getməyinə…

Andreas evə çatan kimi deteraktiusu işə saldı. Kənarındakı sensora toxundu və icadı süni intellekt vasitəsi ilə danışmağa başladı.

Mənim yaradıcım,Andreas. Sən məni bütün müşkülləri aşkar etmək üçün,hər şeyin səbəbini bilmək üçün yaratdın. Yadda saxla ki,Allah da özünü aşkar etmək üçün insanları yaratdı. Mənim yaradıcım sən olduğun kimi,sənin də yaradıcın səbəblər səbəbi olan Allahdır. Hər nəticə vahid bir səbəbdə dayanmalıdır ki, mən nətirəcələr barədə məlumat verə bilim.

Andreas birinci öz müdirinin niyə belə aqressiv olduğunu soruşdu.

Deteraktius: Yaradıcım,sənin müdirin sizi şərləmək istəyirdi,öz etdiyi günahları sizin üstünüzə atmağa çalışırdı. Əsl oğurluq edən,əsl rüşvətxor adam sizin müdirinizdir. Laboratoriyadan ləvazimatları oğurlayan,təzə işçilərdən rüşvət alan da odur. Bunu etməyinin səbəbi isə öz sevgilisinə dəm-dəzgahlı hədiyyələr almaqdır. Kimsənin bədbəxtliyi üstündə özünə xoşbəxtlik qurur. Sənin dostun Karlın sevdiyi qız sizin müdirin sevgilisidir. Karl kasıb olduğuna görə qız ona meyil etmirdi. O qız rəfiqələrinin tərif etdiyi kimi onu həqiqətən sevən birisini deyil, pullu imkanlı bir kişini axtarırdı.

Anreas bunları eşidəndə qulaqlarına inana bilmədi. Gözləri bərəldi,gözünün içi qızardı.

Yumruğunu sıxıb stolun üstünə çırpdı. Bir müdirin bu qədər alçaq olacağını ağlına gətirməzdi. Karla isə yazığı gəlirdi. Təmiz qəlb ilə sevdiyi qız,sən demə pul ovçusu imiş.

Deteraktius sözlərinə davam elədi. Müdiriniz ilə Karlın sevdiyi qız arasındakı əlaqənin səbəbi isə Markosdur. Markos müdirin sağ əlidir. Və Karlın sevdiyi qız ilə qonşudur. Bir gün müdiriniz Markosun evinə gələndə o qızı görür və bəyənir. Karlın o qızı sevdiyini bilə-bilə müdirlə qızın arasını Markos düzəldir.  Markosun məni məhv eləməyinin səbəbi də öz günahlarının üzə çıxmağından qorxması idi. Eyni zamanda onu da deyim ki, dostlarının gecikməyini müdirə xəbərləyən də elə Markosdur. Onun bu cür satqın olmağının səbəbi isə müdirdən əlavə pul alması idi. Hər yaltaqlığa və xainliyə görə müdirinizdən külli miqdarda pul alırdı.

İohannın pis vəziyyətdə olmasının günahkarı isə özüdür. Allah onu müstəqil varlıq olaraq yaradıb. O isə özünü bir qadının köləsi edib. Olmaz belə. İohannın öz sevdiyinə qovuşmamasının səbəbi də özüdür. Bir insana layiq olduğundan çox dəyər verdikdə, o insan səni sevməz. Əksinə sənə yuxarıdan aşağı baxar. Sonsuz dəyər yalnız Allaha aiddir. Çünki Allaha nə qədər dəyər versən, o qədər də səni sevər. Əgər İohann bu düşüncəsiz sevgidən əl çəkməsə qorxuram ki,Allah onun sevdiyini əlindən alar. Onda görəcək ki,Allah onu sevgilisiz necə yaşadır.

Andreas,mən səni də kopyaladım. Sənin başına gələn bu bəlaların səbəbi müxtəlifdir. Yadda saxla ki, yan yörəndə olan bəlaların sənə tuş gəlməsi Allahın nemətidir. Öz ibadətlərinə və əməllərinə biganə yanaşdığına görə bəlalar nazil olur. Allah istəmir ki,onun dərgahından uzaq olasan. Ona görə belə alçaq adamlarla bəla göndərir ki,özünə çəki düzən verəsən,həyatını nizama salasan. Bunu bil ki, bu dünyada hər şey nizam-intizamla işləyir. Ağzından çıxan hər kəlimə həyatına müsbət ,ya da mənfi təsir edə bilər. Mən cəmi 100 nəfəri kopyalamışam və sənə bir neçə insan barədə məlumat verdim. Çox güman ki,bir neçə insanın iç üzünü gördüyün üçün özünü yaxşı hiss etmirsən. Təsəvvür elə, mən 100 nəfəri aşkar eləsəydim nə olacaqdı. Hətta,bir anlıq təsəvvür elə, 1 milyonun hamısını kopyaladım. Həzm edə bilərdinmi belə həqiqətləri?

Deteraktius həqiqətləri dilə gətirirdi. Çox təəssüf ki,Andreas artıq öz icadının,onun barəsində nə dediyini bilmədi. Çünki artıq o, ağlını itirmişdi. Bəlkə də onun ağlının itməsini Allah istədi. Çünki bir insan əgər həqiqətləri bilsə,gərək digər insnaları doğruluğa dəvət etsin,onları maarifləndirsin.Bu iş də çətin işdir. Güclü psixologiya və dözüm lazımdır. Ona görə də Allah peyğəmbərlərə güclü dözümlülük və iradə vermişdi. Bəlkə də Allah, Andreası sevdiyinə görə, onu bu yüklə yükləmək istəmədi və dəli olmasına razı oldu. Çünki dəli insanın üstündən bütün hökmlər götürülür. Bu məsələ barədə dəqiq məlumat verə bilməyəcəyəm. Doğru məlumatı deteraktius verər,lakin artıq onun da fəaliyyəti dayanıb. Ancaq,bir şeyi dəqiq bilirəm ki,mənim Andreasla tanış olmağımın və onun xəta edib dəli olmağının səbəbi gələcəkdə, onun adına hekayələr və rəvayətlər danışmağım olacaqdır. Və o gün yaşanır. Bu hekayəni oxuyan hər bir oxucu bilir ki, insanların iç üzlərinin xain və bərbad olması,mənim dostumu dəli etmişdi. Bəlkə də dahi dostumun dəli olması barədə danışdığım bu hekayə,ədəbiyyata yeni mövzu və yeni cərəyanın yaranmasına da səbəb olacaqdı..

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Zəfər nəğmələri” kitabı Türkiyədə çap olunub

Tanınmış şair, esseist,Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı, Şahnaz Şahinin Vətən Müharibəsindən bəhs edən “Zəfər nəğmələri” kitabı Türkiyədə, “FERFİR” nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxmışdır. Kitabın redaktoru şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, baş direktoru isə Şərəf Yılmazdır. Kitabı qardaş dilə Ömər Küçükmehmetoğlu çevirmişdir. Poema və vətənpərvər şeirlərdən ibarət kitab qardaş ölkənin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

14 MAY 1993-CÜ İL YAŞMA

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ŞAİRLƏRİ

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏN MƏŞHUR AZƏRBAYCAN YAZARLARI

YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun), Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun), Hüseyn Abbaszadə (ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.

Qeyd:

İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR UĞUR YENİ KİTABINI TƏQDİMEDİB

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac  “13 əfsanə” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Elnur Uğura  “İsa Muğanna” diplomunu təqdim edərkən (12.05.2023 – Bakı şəhəri).

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doqquzu zər tuğun mübarək, dağlar!

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BU GÜN ZAHİD SARITORPAĞIN DOĞUM GÜNDÜR!

“Yazarlar” tanınmış şair, yazıçı, tərcüməçi, Zahid Sarıtorpağı doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. SEVİNC YAŞLARI.

SEVİNC YAŞLARI

(hekayə)

         Ömər beş bacının bir qardaşı idi. 7 yaşında olarkən – atasını, 14 yaşında olarkən – baba ilə nənəsini itirmişdi.  İndi bacılara Ömər baxmalı idi. Necə olmasa, evdə kişi xeylağı bircə o idi.

Yeddinci sinfi bitirən kimi Ömər məktəbi atıb xırda alverə qurşandı. Başqa əlacı yox idi. Ailəni dolandırmaq lazım idi. Anası da bir savad almamış, həm də çöl-bayır görməmişdi. Gedib harada işləyəcəkdi? Özü də dul qadın. Xadimə yeri vardı. Ona da Ömər razı deyildi.

Nə isə. Ömərin hesabına bir qarın ac, bir qarın tox dolanırdılar. Bacılar da yavaş-yavaş böyüyürdülər. Bir neçə il keçdi. Ömərin əsgərlik yaşı gəlib çatdı. Onu orduya apardılar.

Ömər Lənkərandakı hərbi hissəyə düşmüşdü. Bu ara Böyük vətən müharibəsi deyilən müharibə başlandı. SSRİ üzrə səfərbərlik elan olundu.  Lənkəran hərbi hissəsindəki əsgər və zabitlər də bir-bir cəbhəyə yola salınırdı. Burada yalnız sınıq-salxaqlar qalmışdı. Ömərin  astması vardı. Bəziləri kimi ona da dəymədilər.

         Ölkədə müharibə gedirdi. Hitler ordusu yeri-göyü lərzəyə salırdı. Kəndlərdə dolanışıq çox çətinləşmişdi. Amma heç kim səsini çıxarmırdı. Hamı eyni gündə idi.

Ömərin yarı canı qalmışdı ana-bacılarının yanında. Yazdıqlarına görə,    birtəhər dolanırdılar. Buna da şükür. Hər halda ac qalmırdılar. Kolxozda onlara iş vermişdilər.

         Cəbhədən hər gün bəd xəbərlər gəlirdi. Müharibənin ilk ayları idi. Bəzi evlərin qapılarını qara xəbərlər döyürdü.  Bu əsgərlər və zabitlər azalmış hərbi hissədə də hər gün cürbəcür söhbətlər dolaşırdı. Gah deyirdilər Ömər kimi hərbi işə yararsızları da göndərəcəklər ön cəbhəyə. Vuruşmasalar da, oralara bir iş tapılar. Hərbi hissənin təsərrüfat həyatında çalışarlar, yemək bişirərlər, at-arabada yük, çəlləklə su daşıyardılar, kartof soyardılar…

         Gah da söz-söhbət gəzirdi ki, onları buraxacaqlar evlərinə. Burada qalıb qarınlarını otarırlar. Gedib kənd-kəsəkdə çalışarlar. Arxanın özü də  cəbhədir – arxa cəbhə.

         Bir gün komandirləri kapitan Hünər Əlibəyli onları sıraya düzdü. Ömər də,   o biri əsgərlər də  fikirləşirdilər ki, bu gün onların taleyi həll olunacaq.  Ya evlərinə, ya da cəbhəyə gedəcəklər. Lakin gözlədiklərinin əksinə olaraq kapitan özü onlarla xudahafizləşdi:

         -Əsgərlər, siz burada qalası oldunuz. Gedən mənəm. Cəbhəyə yola düşməliyəm. Amma sizlərdən birini gərək öz yerimə komandir seçəm. Sizin hansınız hansı ali məktəbi, yaxud texnikumu bitirib?

         Əslində bu 15-20 əsgər arasında ali və orta ixtisas təhsili olan yox idi, amma hamısının ürəyindən komandir olmaq keçirdi. Ağıllarına gələn ali məktəbin adını çəkməyə başladılar. Əli dedi:

         -Mühəndisliyi bitirmişəm.

         Vəli dilləndi:

         -Aqronomluq qurtarmışam.

         Nağı irəli yeridi:

         -Mexanizatorluq oxumuşam.

         Tağı buyurdu:

         -Zootexniklik savadım var.

         Yoldaşlarının yalan-palanlarına qulaq asan Öməri fikir apardı. Komandirlik əldən çıxa bilərdi. Bəs o nə desin? Desin ki, 7-ci sinif  təhsilim var?! Yox. Olmaz. Odur ki, cərgədən irəli çıxaraq:

         -Komandir, mən aspiranturada oxuyuram, – dedi.

         Kapitan Hünər Əlibəylini gülmək tutdu. Lakin açıb-ağartmadı. O kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirdi. Kapitan cəbhə deyəndə əslində bir günlük aldığı icazəni nəzərdə tuturdu. Atası xəstə idi. Ona dəyib hərbi hissəyə dönəcəkdi. Amma bunu əsgərlərə bildirmədi.

         -Deməli, Ömər mənim yerimə olur sizin komandir.

         Ömər qulaqlarına inanmadı.  Özünü ələ alıb tez:

         -Oldu, komandir! – dedi.

         Kapitan Hünər Əlibəyli sağollaşıb hərbi hissəni tərk etdi. O gedəndən sonra Ömər əsgərləri  yenidən sıraya düzdü:

         -Bilirsiniz də, komandirin bir sözünü iki eləmək olmaz. Onun hər sözü, hər əmri qanundur. Kim nizam-intizamı, qayda-qanunu pozsa, o, cəzalanacaq.

         Kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıdana kimi Ömər əsgərlərin anadan əmikləri südü burunlarından tökdü. Onları tez-tez sıraya düzür, saatlarla sıra marşları keçirir, qaçış təşkil edirdi.  Kapitan Hünər Əlibəyli yalan olmuşdu Ömər gerçək.  Kapitanı yada salıb onun atasına rəhmət oxuyurdular. Ömər axşam  da əsgərlərə rahatlıq vermədi. Gecənin bir aləmi, yuxunun şirin vaxtında “həyəcan” siqnalı verib onları oyatdı. 

         Ertəsi gün kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıtdı və iş başına keçdi.

* * *

         Müharibəyə yaramayan əsgərləri evlərinə buraxmadılar, cəbhə bölgəsinə yola saldılar. Ömər Stalinqrada yaxın hərbi hissələrin birinə düşdü. Ona da bir iş tapşırmışdılar. Tez-tez evlərinə üçkünc məktublar göndərir, sağ-salamat olduğunu yazır, anasının, bacılarının əhvalından xəbər tuturdu.  Ömərin təkidli xahişinə görə ona da avtomat və əl qumbarası vermişdilər. O da döyüşlərə qatılmışdı.

         Ömər bir dəfə səngərdə uzanmışdı. Almanlar atəşə ara vermirdilər. Ömər də xala xətrin qalmasın, həm də düşmən hədəfinə tuş gəlməsin  deyə arada başını qaldırıb  necə gəldi atəş açırdı. İndiyədək əlinə avtomat almışdı? Kənddə gördüyü oraq, dəryaz, balta, bel, yaba idi. Lənkəranda hərbi hissədə olanda da onlara yalnız hərbi marşı, “düz dayan”, “farağat”, “azad” komandalarını öyrətmişdilər. Birdən-birə gətirib atmışdılar müharibə meydanına.

Sən demə, komandiri ona göz qoyurmuş. Sir-sifətindən, ləhcəsindən bilinirdi ki,  başqa millətin nümayəndəsidir.  Ömərin neçə gəldi güllə atmağı onu haldan çıxarıbmış. Əyilə-əyilə Ömərə yaxınlaşaraq pozuq rus dilində:

-Soldat, sənin ananı…

Onun ana söyüşü Öməri cin atına mindirdi. Bayaq yapışdı mayorun boğazından:

-Sənin, ananı da, bacını da… Əclaf mənim anam namaz qılır, oruc tutur, onu söyürsən? Bu dəqiqə avtomat güllələrini bədəninə sıxacam.

Mayor yalvar-yaxar edib ayağa qalxdı və üzr istədi:

-İzvini, brat…

Əlini uzadıb Ömərin avtomatını aldı:

-İndi mən sənə göstərərəm ki, necə atmaq lazımdır.

Mayor  ayağa qalxıb:

         -Elə yox, gülləni belə atarlar!– deyə atəşi açmaq istəyəndə tir-tap yerə sərildi. Düşmən onu qabaqlamışdı. Alman gülləsi onun alnına dəymişdi.

           Ömər tez onun başının üstünü kəsdirdi. Komandir ölmüşdü. Ömər ana söyüşünü ona qaytararaq:

         -Atəşi mənim kimi açmaq lazım idi, – dedi,  -elə atarsan, belə gorbagor olarsan!..

         …Bir müddət keçdi. Ömərin məktubları kəsildi.

         Kənddə bir nigarançılıq yaşanırdı.     Ana və beş bacı Ömərə görə narahat idilər.  Az keçmiş qara xəbər aldılar. Beş bacının bir qardaşı  itkin düşmüş, həlak olmuşdu.

         Ömərə yas tutdular, üçünü, yeddisini, qırxını verdilər. Qəbiristanlıqda rəmzi başdaşı da qoydular. Qohum-əqrəba, ana və bacılar “Ömər!!!” – deyib göz yaşı tökürdülər. Onlara təsəlli verərək: “Bu tək sizin başınıza gələn bəla deyil ha! Kərim kişi, Vəfa xanım, Qızxanım qarı, Hidayət kişi, Çopur Məlik, neçə-neçə ev, ailə siz gündədir. Müharibədir, nə edəsən? Qansız-qadasız olmur. Özünüzü öldürməyin, özünüzü üzməyin, səbir edin!”

         Böyük bacı gözü yaşlı cəhrədə yun əyirirdi. Fikir-xəyal onu tərk etmirdi. Birdən ayağa sıçrayaraq:

         -Ay ana, Ömər sağdır! – dedi.

         Fatma arvad yaxın gəldi:

         -Nə bildin, ay qızım?

         Böyük bacı:

         -Bu cəhrə dedi.

         Fatma arvad salavat çevirdi: “Görəcəkli günlərimiz varmış. Öməri əlimizdən  müharibə aldı. Bu qızın da deyəsən başına hava gəlib. Cəhrə də danışar?”

         -Qızım, toxta. Qardaşın həlak olub. Qırxını da verdik!

         -Yox, ay ana, Ömər sağdır!

         Anasının təəccüblə baxdığını görən böyük qız israrla:

         -Anacan, vallah cəhrənin səsindən duydum ki, qardaşım sağdır.

         Fatma arvad qızını qucaqladı, onu sakitləşdirməyə çalışdı. Eyni zamanda özünü saxlaya bilməyib göz yaşlarını tökdü:

         -Ömər vay! Cavan canın torpaq oldu! Müharibə törədənin tifağı dağılsın!

         Böyük qız inamla:

         -Anacan, ağlama, – dedi,  -Allah-taala gec-tez biz sevindirəcək!

         Qızının hərəkətindən və sözlərindən məyus olan Fatma arvad o biri qızlarına baxdı. Yəni “Görürsünüzmü, bacınız havalanıb”.

         Bacılar da təəssüflə böyük bacıya baxır, lakin bir söz demirdilər. Böyük qız:

         -Mənə inanın!

         O, sözünü qurtarar-qurtarmaz  həyət qapısı açıldı… Hamını heyrət götürdü. Lap möcüzə idi. Ömər əsgər şinelində və uzunboğaz hərbi çəkmələrdə,  başında əsgər papağı, çiynində hərbi çanta göründü. Ardınca da kənd camaatı. Eşidib-bilən, görən Fatma arvadın evinə sarı axışırdı. Ana və bacılar Ömərin üstünə atıldılar.

         Sən demə, Ömər ölməyib,  yaralanıbmış. Sonradan onu meşədən tapıblarmış. O, sürünə-sürünə özünü meşəyə veribmiş ki, almanlar onu tapa bilməsinlər. Burada huşunu itirib qalıbmış. Avtomatı da yanında idi. Onu tapan kimi, hərbi hospitalda yerləşdirmişdilər. Sağalandan sonra da bir həftəlik evə buraxmışdılar. 

         Ana və beş bacı göz yaşlarını saxlaya bilmirdilər. Bu yaşlar artıq qəm-qüssə, kədər yaşları deyil, sevinc yaşları idi.

Bakı şəhəri, 10 may 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru