www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Akif ABBASOV – RAYONA EZAMİYYƏTƏ

Akif ABBASOV

                        RAYONA EZAMİYYƏTƏ

                                (hekayə)

         Mirzə bir növ adətkardə idi. Düzələnə oxşamırdı. Amma öz aramızdı, onun hərəkətləri bir çoxlarının xoşuna gəlirdi, görüb eşidir, deyib-gülürdülər.

Mirzə adam dolamaqdan, zarafatı zarafata calamaqdan yorulub usanmırdı.

Rayona ezamiyyətə gedəcəkdilər. Biri Mirzənin özü, biri də Yavər müəllim idi. O biri iki şəxsin biri Əliş, digəri Əvəz idi.

Mirzə ilə Yavər bir yerə düşmüşdü, Əlişlə də  Əvəz. Mirzə ilə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana gedəcəkdilər. Artıq ezamiyyə vərəqələri də hazırlanmışdı. Direktorun imzalamağı qalırdı.

Mirzə tez aşağı, kadrlar şöbəsinin müdiri Aidanın yanına düşdü.  Özü ilə yaxşı bir şokolad qutusu da götürmüşdü. Şokalad qutusunu Aidaya uzadaraq:

-Səndən bir xahişim var. Gərək məni peşman eləməyəsən.

Aida şokolad qutusunu alıb qutunun yan-yörəsinə baxdı. Moskva konfetləri idi, özü də təzə. Qutunu şkafa qoyub Mirzə müəllimə müraciətlə:

-Eşidirəm.

– Mənimlə Yavər – Masallıya, Əlişlə Əvəz – Salyana ezam olunuruq. Əslində eyni məsələ ilə bağlı yola düşməliyik. Xahişim belədir ki, Yavərin yerini dəyişib  Əlişlə bir salasan.  Mən ezamiyyəyə Əvəzlə gedərəm.

-Direktor əmri və ezamiyyə vərəqələrini hələ imzalamayıb. Amma kimin kiminlə gedəcəyini mənə deyib. Əmri də yazmışam.

Mirzə müəllim şirin dilini işə saldı. Aidanın adının qırağına “xanım” sözünü də qoşdu:

-Ay Aida xanım, nə qoyub, nə axtarırsan?! Başqa-başqa işdən ötrü getmirik ki… Mənimki Yavərlə tutmaz, Əvəzlə getməyim məsləhətdir.

-Yaxşı, nə deyirəm ki.

Bəli, Aida Mirzə müəllim deyənə əməl elədi. Şokolad qutusunun ağzını da açmış, nuş-canlıqla Moskva şokoladı ilə yaxşıca bir pürrəngi çay da içmişdi. Sağ olsun Mirzə müəllim.

Birdən-birə direktorun acıqlı səsi eşidildi. Aida ayağa sıçradı. Direktor onu çağırırdı. Tələsik çıxdı. Yavər müəllim direktorun yanında idi. Özü də əhvalı pozğun. Direktor əsəbi:

-Aida, sənə nə tapşırmışdım? – deyə soruşdu. –Ezamiyyəyə gedənlərin yerini niyə dəyişmisən?

Aida udqundu:

-Mirzə,..Mirzə müəllim gəlib xahiş etdi ki, onu…

Direktor qəzəbli:

-Mirzə müəllim…

Direktor sonrakı sözlərini dilinin ucundan geri qaytardı və belə dedi:

-Mirzə müəllim, nahaq sənə elə deyib. Özü də mənim başımın üstündən. İndi çağırıb aşını-suyunu verərəm. Sən get, mən deyənə əməl elə.

Aida çıxdı. Direktor Yavər müəllimə:

-Sən də get, hazırlaş. Salyana deyil, Masallıya gedirdən, Əliş müəllimlə yox, Mirzə müəllim özü ilə. Belə məsləhətdir.

Yavər müəllim:

-Çox sağ olun, -deyib çıxdı.

Direktor zəngi basdı, katibə içəri girdi:

-Mirzə müəllimi yanıma çağır.

Katibə “oldu” deyib çıxdı.

Nə hadisə baş vermişdi? Yavər müəllim niyə narahat olmuşdu. Mirzə müəllimlə münasibətləri pis deyildi. Bəs Mirzə müəllim niyə bu həngaməni düzəltmişdi? Niyə Yavər müəllimin, onunla deyil, Əliş müəllimlə birlikdə düşməsini istəmişdi. 

Hə, bunun səbəbini Mirzə müəllim daha yaxşı bilirdi. Bu işdə də bir zarafat, bir hoqqa vardı.

Deyim nə idi. Əliş müəllim iri gövdəli, uca boylu idi. Hündürlüyü az qala iki metrə çatırdı. Yavər müəllim isə həm çəlimsiz idi, həm də boyu güclə metr yarıma çatırdı. Mirzə müəllim məzə, gülüş xatirinə onların ikisinin bir rayona getməsini istəyirdi. Bunu başa düşən Yavər müəllim narahat olmuş, əl-ayağa düşmüşdü. Əliş müəllimin yanında o uşaq kimi görünəcəkdi. Yoxlamaya gələn bu cütlük rayonda gülüş doğura bilərdi.

Oyunun olsun, Mirzə müəllim!

                                    Bakı şəhəri, 25 fevral 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysu Türkel

Aysu Türkel – gənc yazar.

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

Aysu TÜRKEL 

(Tərcümeyi-hal)

Mən Aysu Türkel 1 aprel 2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. Əslən Göyçayın Çərəkə kəndindənəm. 2012-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 311 nömrəli məktəbin 1-ci sinifinə daxil olmuşam. Hazırda 9-cu sinifində təhsil alıram. Anam müəllimə olduğu üçün mənə 5 yaşımda oxuyub yazmağı öyrətmiş və məndə 5 yaşımdan tam oxuyub yazmağı bacarmışam.
Hələ 4 yaşımdan hərbiyə marağım olub. Televiziya kanallarında daim hərbi verlişləri izləmişəm. Hər zaman televiziyada xocalı faciəsindən, 20 yanvar qırğınından danışılanda ürəyimdəki vətən eşqi bir qədərdə artıq alovlanır, düşmənə nifrətim isə hədsiz dərəcədə artırdı. Hər zaman düşünürdümki kaş bütün torpaqlarımız azad edilə, orada 3 rəngli bayrağımız dalğalana. İllər keçdikcə, böyüdükcə ürəyimdə alovlanan vətən sevgisidə böyüyürdü. Və artıq 8 yaşımdan vətənpərvər şeirlər vasitəsilə vətən sevgimi biruzə etdirməyi bacardım. 2-ci sinifdən kiçik həcmli şeir və hekayələr yazmağa başlamışam. Daim yazılarım və səsləndirdiyim şeirlərlə hər kəsin diqqətini çəkməyi bacarmışam. Bütün əsərlərim vətən həsrəti, yurd sevgisi, türkçülük mövzusunda olub. Təhsilimdə və yaradıcılığımda uğurla addımladığıma görə çox sayda diplomlarla təltif olunmuşam. 2018-ci ildə AXC-nin 100 illiyinə həsr olunmuş yüksək səviyyəli, tarixçi alimlərində iştirak etdiyi tədbirdə “Ayağa dur Azərbaycan!” şeirini səsləndirmişəm. Bu şeirimlə bütün alimlərin diqqətini çəkmiş, onlardan çox xoş sözlər eşitmiş və diplomla təltif olunmuşam. 2019-cu ildən televiziya kanallarında çıxışlar etmişəm. “LİDER”TV-də yayımlanan Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu “SƏNİN ULDUZUN-9” televiziya yarışmasının qalibi olmuşam. Daim Türkçülüy yolunda addımladığıma, Turan sevdalısı olduğuma görə 2021-ci il yanvarın 20-i şair Ötərxan Eltac tərəfindən “Türkel” təxəllüsünə layiq görülmüşəm. Bu təxəllüslə çıxış etdiyim dövrə qədər izləyicilərim tərəfindən Türk sevdalısı, Turan sevdalısı, Asena kimi çağırılmışam. İlk dəfə isə şair Vahid Aslanın kitab təqdimatında, çıxış edən zaman elə Vahid Aslan tərəfindən Türk sevdalısı Aysu kimi təqdim olunmuşam. “LİDER”TV-də yayımlanan “Xoş ovqat”, “Çıxış yolu”, “AZTV”də yayımlanan “Tele oyun” və “AZƏRBAYCAN RADİOSU”da “Uğur” verlişinin qonağı olmuş, çıxışlar etmiş və öz uğurlarımdan danışmışam. “Sizi tanıyaq” layihəsinin ən fəal üzvlərindən biriyəm. Şəhidlər haqqında yazdığım hekayələr “Gününxeberi.az”, “Baku-art”, “Yazyarat.com” və başqa saytlarda, o cümlədən “Mədəniyyət” qəzetində dərc olunub və çox saylı oxucu kütləsinə çatıb. Fəaliyyətim dövründə şəhid ailələrinidə diqqətdə saxlayıb onları ziyarət edirəm. Sosyal şəbəkədə də şəhidlərimizi tanıtmaq üçün qruplar açıb şəhidlərimizin haqqında məlumat və şəklini paylaşıram. Hazırda müəllifi olduğum “Vətən övladları” layihəsində çox saylı gənc istedadlar, o cümlədən Güney Azərbaycanımızdanda vətən sevər insanlar iştirak edir. İnşallah bu vətən yolunda dahada əzmlə, məğrur addımlayar və daha böyük nailiyyətlərə imza atacam.

Mən: Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VƏKİLOV TƏLTİF EDİLİB

Tanınmış hüquqşünas Səməd Vəkilov “Vaqif Səmədoğlu” medalı ilə təltif olunub. Mükafatı Vaqif Səmədoğlu Mərkəzinin sədri, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nüşabə xanım təqdim edib. Səməd müəllim bu barədə belə deyib: “Vaqif Səmədoğlu Mərkəzinin sədri, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nüşabə B. Vəkilova təltif edildiyim Vaqif Səmədoğlu medalını mənə təqdim etdi. Bu medal mənə doğma olan, qiymətli Vaqif Səmədoğlunun adını daşıdığı üçün çox əzizdir!”

Yazarlar.az olaraq, Səməd müəllimi bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzu edirik!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Koçak Oruç – Şeirlər

Leyla Koçak Oruç – yazar, şair.

YAZ GELİR BANA

Mani olan nedir, söyle gazeli,
Sabır tesbih kırsın, yüz gelir bana.
Kılavuzdur sana, eyle güzeli,
Gönül kırmak olmaz, yoz gelir bana.

Bülbül kanat çırpar, güle çatarak,
Her bahar sonrası, sözü atarak,
Mâna dağında ah, bağı satarak,
Meydan okur cana, toz gelir bana.

Mavi sarmaşığın kokusu gülden,
Gecenin anlından öpüyor çölden,
Örgü örgü sessiz, yorganı tülden,
Bağsız bahçesiz ah, naz gelir bana.

Kuğular semahta, süzülür gizler,
Gök bahçesi demi, efsunkar hazlar,
Mayası ruhani, mevsimler izler,
Dilleri klavuz, saz gelir bana.

En divane aşık, solumdan ağlar,
Çoğalır böylece, düşçüldür çağlar,
Gözde gönülden ah, muhtaçtır dağlar,
Zaman kıyısında, haz gelir bana.

Şu alem otağı, misafir aykız,
Toros dağı gibi, uğurlu saykız,
Çevrilse kemerle, belinde yay kız,
Tülü sevda kokar, yaz gelir bana.

19 MAYIS 1919

Bağımsızlık gayesi, çağlarken bu vatanda,
Manevi kuvvet yardı, taşınmazdı esaret.
Samsun’a çıkan kudret, sağlarken şu vatanı,
Muvaffak hedef vardı, yaşanmazdı esaret.

Bin dokuz yüz on dokuz, Mayıs içinde atam,
Namus ve şeref hudut, işgal edilmiş vatan,
Ata yurdu kalmıştı, hükümet hasta yatan,
Mondros imzası ardı, yaşanmazdı esaret.

Kurtuluşa giden yol, zedelenmiş şartlar zor,
Dünya savaşındaki ordu yenilmişti tor,
Demir atmış düşmanlar, İstanbul, İzmir’de kor,
Rum çeteleri sardı, yaşanmazdı esaret.

İtilaf devletleri, stratejik heveste,
İştahları kabarır, Anadolu nefeste,
Şartlar ağır ateşkes, cephaneler kafeste,
Maraş, Urfa, Adana, yaşanmazdı esaret.

Her taraf yabancı asker, subay dolu vatan,
Hiristiyan azınlık, ajanlar kaynar kıtam,
Pontus Rum örgütlenmiş, Yunan’dı yurdum satan,
Hükümet aciz kaldı, yaşanmazdı esaret.

Karanlık belirsizlik, parçalanmış bir millet,
Ufukta bir meşale, düşmana oldu illet,
Mustafa Kemal adı, yüce ülküsü millet,
Ulusal savaş şarttı, yaşanmazdı esaret.

Türk devletini kurmak ülküsü bir de bayrak,
Kuvvâ-yı Milliye ki, halkına oldu toprak,
Milli gaye ile Samsun’a basmıştı ayak,
Yeğane amaç vardı, yaşanmazdı esaret.

Kurtuluş Savaşı övüncüm bu gün şanımız,
Gençlikten atasına yemin gazi canımız,
Aykız’ın tül minnettar, cumhuriyet tanımız,
Gençlik bayramı aldı, yaşanmazdı esaret.

GÖZLER

Umut ağacında hislenen çoktur,
Yiterken dostunda, yanıyor gözler,
Sevda kovanında beslenen toktur,
Gönlünün peteği sanıyor gözler.

Kızıl kızıl bağı, ağular şeker,
Ezilir ruhu ah, girdabı çeker,
Çoğalır sessizlik, efkar-ı eker,
Hüzünlü bahtını tanıyor gözler.

Yüzünde mahmeri gösterir cana,
Dönerken divane, sultandır tana,
Doludan içenler, ihvandır ana,
Beklerken vuslatı, donuyor gözler.

Usul usul süzüp, akarken zaman,
Avare ömürde, düşerken canan,
Benzersiz ürperti, yaparken liman,
Haykırırken korku, kanıyor gözler.

Aykız gök kubbede, çarkı dönüyor,
Felek yaren olmuş, hasret sönüyor,
Tülü nefes olur, kevser sunuyor,
Yedi derya görüp, banıyor gözler.

OZAN OLAN

Ağızlar bağlansa, perde bağlanmaz,
Kutsal olan sözü , zehir bal onda.
Bağnaz olan bilmez, terde çağlamaz,
Ozan taşar bazı, nehir sel onda.

İnsan kılığında, hattı yüzünde ,
Tanrı ile birdir, Kur’an özünde,
Ulu ozanlar hü, dilde sözünde ,
Anadolu hazı, mahir dal onda.

İrfan pazarında, taşarken dolmaz,
Öğün olur halka, eksilip yılmaz ,
Sofu taşı değse, kırılan olmaz,
Boyun bükmez nazı, ahir sal onda.

Doluda Beytullah, eser yanarken,
İkrar verir güle, bağban dönerken,
Kudret kitabı har, gezer kanarken,
Şelpe hü kazır, zahir kal onda.

Gücü nefes haktır, okutur gazel,
Demi çerağ iman, gönlünde güzel,
Katıksız sevgisi, türküde ezel,
Kul olandır bazı, tahir lâl onda.

Aykız’ım, hayranım, teline kurban,
Deli gönlüm seyran, tülüme urban,
Sadık yarimsin dost, fikirsiz kurban,
Acı tatlı sazı, zehir bal onda.

GELDİM

Yok olan zaman düş, derinde ezel,
Kutsal anlar izim, sezerken geldim.
Baş aşağı düşsel, serimde gazel,
Cansesimden canlar, yüzerken geldim.

Tanrıdan bir örnek, kudretten saldır,
Umulan ne varsa, evrende daldır,
Yüzümden nakıştır, kovandan baldır,
Petek petek anlar, süzerken geldim.

Bakmasını bilsen, yaratı sele,
Deyişler düşerken, aşığın tele,
Açar kapıyı hü, anahtar ele,
Cevlandayken onlar, çözerken geldim.

Nefeste saklanır, çağrının hası,
Genişler sonsuzluk, duadır ası,
Yok olur doğuşlar, ocaktan yası,
Çekilirken kanlar, bezerken geldim .

Aykız ayna tutar, vakit uyanır,
Ninni söyler tülüm, hancı ayandır,
Gelen misafir ah, saat sayandır,
Bir bilmece canlar, çözerken geldim.

BU ŞEHİR

Ah bu şehir,
Deli eder insanı.
Hangi balkona çıksam
Anberden çağlayan bir nehir;
Portakal çiçekleri,
Limon çiçekleriyle yarışır.

Ben nasıl mahrum kaldım,
Ben nasıl göç ettimde gittim?
Yıllar içinde yittim…

Ne kadar tanıdık bir dilde ötüşür kuşlar,
İnci renginde döşeklerde
Çığlık çığlık ,
Sarhoş sevişirler.
Kimin eseri dostlar?
Kimin?
Görkemli bu bahar.
Dünyanın hangi harikası
Şimdi yaralarımı sarar.?

Çok eksilmiş taşmışım ben,
İki öz bir yaşarken ten,
Kendimden göç etmişim ,
Ömür dağım aşarken ben.

Ben nasıl mahrum kaldım,
Ben nasıl göç ettimde gittim?
Yıllar içinde yittim…

Müəllif: Leyla Koçak Oruç

LEYLA KOÇAK ORUÇUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazim Yaquboğlu demək – həsrət deməkdir

Nazim Yaqub oğlu – şair.

NAZİM  YAQUBOĞLU İLƏ MÜSAHİBƏ

1. Nazim Yaqub oğlu,  əslində kimdir…
Nazim  Yaquboğlu  sadə  bir  vətəndaş müəllim , həyatı  çox  keşməkeşli   olan  sadə  bir  qələm  adamı ,  sadə  bir  şairdir :


Naziməm , həyatım  dönübdü  hərbə ,

Yüz  yerdən , min  yerdən  almışam  zərbə.

Bölündüm  Şimala , Cənuba , Qərbə ,

Vətən torpağıtək  paralanmışam .


Nazim  Yaquboğlu demək – həsrət  deməkdir. Nazim  sözünün  mənası  şeir  yazan , nəzmə  çəkən  olsa  da , əslində mən  deyərdim  ki , NAZİM  YAQUBOĞLU – HƏSRƏT  sözünün  sinonimidir .

 2. Sizi Müəllim kimi yaxşı tanıyırlar yoxsa şeirlərinizdən artıq sizi bilirlər…

 Açığı , bunu  bu  suala  dəqiq  cavab  verməyə  çətinlik  çəkirəm. Mənə   elə  gəlir  ki , bunu  məni tanıyanlar  daha  yaxşı  bilərlər.  Amma  mənə  elə  gəlir  ki , daha  çox  şair  kimi .

3. Hansı şeiriniz oxucularınızın qəlbinə yol tapdı O şeirdən bir bənd deyə bilərsiniz…
 Ölüb  torpağına  qarışmamışam , 

Yanında  qaradır  üzüm , Qarabağ .

Səni  əsir  edib  yağıyla , yada ,

Didərgin  olmuşam  özüm , Qarabağ .
Bir  də-
 Məni  tək tənha  qoyub sevgili  yarım  bu  gecə ,

Getdi  əldən  elə  bil  fövlətü – varım  bu  gecə .

4. Mövzularınız sizə yad olubmu heç   istəməsənizdə onu işləmisiniz…
 
Xeyir, Həmişə  içimdən  gələni  yazmışam .

 5. Öhdəsindən gəlmədiyiniz Mövzular olub günlərlə sizi yorsun amma bir şey alınmasın…
ALLAHA  ŞÜKÜRLƏR  olsun , hələ  ki , belə  bir  durumla  qarşılaşmamışam.  Amma  yazmaq  istədiyim  bir  neçə  şeir  var  ki , hələ  o  mövzulara. toxunmamısam .

5. Gənc yazarlar sizi qane edirmi…

Qane  edənlər  də  var , qane  etməyənlər də.

6. Ədəbiyyat sizə nə qazandırdı?

Həyatı  dərk  etməyi…

7. Razısınızmı yazdıqlarınızdan qane edir sizi.

Çətin  sualdır. Əgər  oxucuları  qane  edirsə , demək ,  nəsə  yaza  bilirəm .

8. Övladlarınız necə şeirlərinizi oxuyubmu bəyənirlərmi şeirlərinizi..?

2  ildən  artıqdır  övladlarımdan  ayrı  yaşayıram. Məhkəmə  qərarı  ilə  ünsiyyət  hüququmuz  var.  Ancaq  buna  baxmayaraq , övladlarıma  mənim  görüşməyimizə qəsdən  süni  əngəllər  yaradırlar. Buna  görə  2 ildən  artıqdır  övladlarımı  görə  bilməyirəm . Amma  övladlarım  yanımda  olanda  bəli  şeirlərimi  oxuyurdular , bəyənirdilər . Hətta  bir  çox  şeirlərimi  əzbər  bilirdilər.

9. Necə düşünürsünüz bu ayrılıq şeirlərinizə təsiri olub övladlarınızla danışırsız telefonda onlar nə düşünür bu haqqda ???

Xeyr , nə görüşməyə , nə  də  telefonla  danışmağa  icazə  vermirlər . 2  dəfə  oğlum  anasının  telefonu  ilə  gizlin  zəng  edib deyib  ki , darıxıram , gəl  məni  apar . Hər  ikisində  oğlum  ağlayıb  və zənglər  yarımçıq  kəsilib . Bir  dəfə  də  oğlum  2020 – ci  ilin  avqust  ayında  mənə  ad günü  təbriki  yazıb  və  5-10  dəqiqədən  sonra  bilib  həmin  təbriki  siliblər .

10. Kitab çap etməyi düşünmüsünüzmü? Dövrİ mətbuatda dərc olunursunuz?

Dövrİ  mətbuatda  2000 – ci  ildən  dərc  olunuram . 2008 – ci  ildə  ” BİR  ESQİN  HƏSRƏTİ ” adlı  ilk  seirlər  kitabım , 2015- ci  ildə  isə  ” MUSİBƏTDİR  BU  MƏHƏBBƏT  adlı  ikinci  kitabım  çap  olunub . Bundan  başqa    Azərbaycanda  Türkiyədə  çap  olunan  20 – dən artiq  antalogiyada  və  almanaxlarda  şeirlərim  çap  olunub . Ancaq  son  vaxtlar  şəxsi  həyatımdaki  problemlərlə  əlaqədar yaradıcılığa  və çap  məsələsinə  diqqət  ayırmağa  vaxtım  olmayır…

11. Son olaraq oxucularınıza nə demək istərdiniz…

Oxucularıma  cansağlığı  xoşbəxtlik və  səadət  arzulayıram . Bir  də xahiş  edirəm  ki , həmişə  diqqətli  olsunlar , əsl  şairlərlə  şeir  yazanları  bir – birlərindən  fərqləndirməyə  çalışsınlar .

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN SEVİMLİSİ…

Arzu Hüseyn – yazar.

ARZU HÜSEYNLƏ MÜSAHİBƏ

1. Oxuclarınız Arzu Hüseyni Necə Tanıyırlar Sadə Səmimi Və Ya Özünə Qapanıq…

Daha çox səmimi tanıyırlar deyə düşünürəm…

2. Necə oldu Ədəbiyyata gəldiniz…

Dil açandan şeir  “qoşurmuşam”  Çox güman ki, bu xüsusi istedad insanla bərabər doğulur Beləcə hara gedirsən get, ədəbiyyata gəlirsən.

3. Ailənizdə necə Narazılıq olubmu? Ədəbiyyatı qəbul etməsin Şeir yazmağınıza qarşı çıxsınlar belə bir şey olubmu Arzu xanım…


Qətiyyən yox Əksinə atam da, anam da mənimlə qürur duyublar və hər zaman dəstək olublar…Bu günə qədər Anam ən sadiq oxucumdur.

4. Bütün şeirlərinizdə Səmimisiniz…

Bəzən oxucular şeirlərimin çoxunu mənə və həyatıma aid edir Sadə düşüncə üçün bu əslində normal haldır Mən şeir yazmaq prosesini xüsusi bir ritual adlandırardım Həmin o ruhsal pillədə özümün kim olduğunu dərk etmədiyimdən, yazdığım şeirin də nədən bəhs edəcəyini təxmin edə bilmirəm Həmin an, bəlkə də, dünyanın bir küncündə eynən o hadisələri yaşayan birinin duyğularını yaşamış oluram.Və ən nəhayət sualınıza cavab olaraq onu deyə bilərəm ki, şeirdə səmimiyyət azadlıqdır  Və şeiri təsirli edən də elə o səmimiyyətdir  Gerisi oxuculara qalsın.

5. Ən sadiq oxucunuz Anamdır dediniz, Ananınza oxuduğunuz ən gözəl şeir hansıdır?

Bütün şeirlərimi ilk olaraq ona oxuyuram.Hər birini aid etmək olar…

6. Hansı Mövzularda daha çox özünüzü rahat hiss edirsiniz  Sevgi,  Ayrılıq,  Vətən, Dərd qəm və s ilə…

Mən lirik  şeirlər müəllifiyəm. Su daşdan süzülərək durulduğu kimi, dərd insan qəlbini durulda bilən yeganə yoldur və elə buna görə də bizi düşündürən bütün ²yazılar kövrək sətirlər üzərində doğulur.

7. Arzu Xanım biraz da işıq üzü görmüş kitabınızdan danışaq mən də sevə sevə oxuduğum kitablardan biri oldu.  Bəs sizi necə Razı qaldınızmı kitabınızdan yoxsa?

Mən hər il bir kitab çap edən şairlərdən deyiləm. Tək bir kitabım var oda 2015 ci ildə AYB tərəfindən dərc olunub.Əməyi keçən hər kəsə minnətdaram, o zamana görə  mənim üçün böyük dəyər idi.

8. Ədəbiyyata gələn Gənclərimizi izləyirsinizmi? Ədəbiyyatın tələblərinə cavab verə bilirlər fikrinizcə??

Bizim çox istedadlı gəncliyimiz var Hər birini fəxrlə izləyirəm və uğurlarına şad oluram  Hər növdə, hər formada, müxtəlif mövzuları əhatə edən ədəbi nümunələrlə rastlaşıram Onların çox böyük hissəsi gənc yazarların əsəridir.

9. Yeni kitab haqqında da düşünürsünüzmü yoxsa Oxucularınızı intizarda saxlamaq fikrindəsiniz.

Təbii ki, yeni kitab dərc etdirmək hər zaman fikrimdədir Bəlli durumlar səbəbindən dolayı bütün planlarım geciksədə, oxucuları daha gözəl tərtibatlı və yeni şeirlərlə zəngin kitabla sevindirəcəyəm.

10. Nə demək istərdiniz son olaraq Arzu xanım Təşəkkür edirəm dəyərli zamanınızdan ayırdığınız üçün

Diqqətiniz üçün sizə təşəkkür edirəm. Ümüd edirəm bütün suallara geniş əhatəli cavablar vermiş oldum.Hər zaman dəyərli müsahiblərinizlə söhbətlərinizin zövqünü yaşayaq Allaha əmanət olun.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir neçə söz və ya ANONS

WWW.YAZARLAR.AZ

Bildiyiniz kimi texnalogiyanın inkişaf etdiyi bir dövrdə hər şey əlimizin altındadır. Mən bu günə kimi nə WhatsApp, nə facebook işlətmişdim, hətta yoldaşlarım mənə geridə qalmış adam deyə, müraciət edirdilər.
Son günlər yenə də dostların təkidi ilə facebook səifəmi yaratdım gözəl insanlarla ünsiyyətdə oldum.
Hətta bu vasitə ilə müsahibə götürdüyüm insanlar oldu.
Razılığını verənlər də oldu, vaxtım yoxdur deyənlər də… İncindiyim insanlar da… Amma olsun. İki ilə yaxındır ki, müsahibələr kitabı üzrində işləyirəm. Kitabın çapını Azərbaycanda nəzərdə tuturam. İnşallah fikrim var ki, Azərbaycanda hər hansı bir nəşiryyatla müqavilə bağlayım alınarmı, onu uca Rəbbim bilir…. Təki işimiz alnımızın təriylə olsun. Onun dadı başqa olur.
Sadəlik insanla bir doğulur. İnsan nə qədər sadə olsa onun əhatəsi də geniş olar. İnsan texnologiyadan da səmərəli istifadə etsin. İstifadə etməyi bacarsın. Texnologiya sırf boş zaman keçirmək üçün deyil. Mən facebook səifəmi yaradandan milyon mesaj alıram; “salam necəsən”, “tanış olaq” axı kimisə narahat etməyə haqqınız yoxdur.
Cavab verilmirsə demək ki, o, insanın marağında deyilsiniz.
sayğılı olaq…



Sizlərə sonsuz sayğılarla: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün professor Flora Nacinin ad günüdür!

Professor Flora Naci.

Təqvimin bu günü gözəl insan, əsl ziyalı professor Flora Nacinin doğum günüdür! Ad günü münasibəti ilə Flora xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Flora xanım!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏADƏT QƏRİB

Səadət Qərib (Səadət Arif qızı Rzayeva) – 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kollecinin ) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir.
O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var.

Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır.
2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür.
Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır.
Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib.

İki kitabı “Mən bir həyat hekayəsi”  (şeirlər ), “Onun acı taleyi” (povest) işıq üzü görüb.

“YAZARLAR” kollektivi adından olaraq, Səadət xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Səadət xanım!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

SƏADƏT QƏRİBİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

O, ÜMİD İŞIĞI

Günay Ümid – yazar, şair.

GÜNAY ÜMİDLƏ MÜSAHƏBƏ

1. Şeir Günay Ümid üçün nədir?

Mən bu suala obrazli, poetik cavab verə bilərdim. Amma bunu etməyəcəm, çünki ŞEİR böyük hərflərlə Allahın lütfü, kiçik hərflərlə isə cəzası, sınağıdır.


2. İstmədiyiniz halda işlədiyiniz Mövzular olubmu?
Məktəbdə oxuduğum dönəmlərdə müsabiqələr üçün qoyulan mövzularda könülsüz şeir yazdığım olub.

3. Şeirlərinizin ilk Oxucusu kim olub?

Əvvəllər Anama oxuyardım, zaman keçdikcə daha dəqiq anladım ki, riyazi təfəkkürlü bir insana bu əziyyəti vermək ədalətsizlikdir))). Anamın riyazi təfəkkürü ona şeri sevməməyi, amma sonacan dinləməsi sadəcə istedadıma hörmət əlaməti olduğunu anladım. İndi demək olar ki “şeirlərimin ilk oxucusu” tanımadığım, görmədiyim oxuculardır.


4. Yaradıcılığınızda uğurlarınıza sevinən kimlər olub?

İstedadın yanında olan hər kəs sevinib.


5. Müasir Ədəbiyyat sizi qane edirmi?

Bu suala illər öncə “qane etmir” cavabını verirdim Zaman keçdikcə insan her şeyi olduğu kimi qəbul etməyə başlayir.


6. Yazdıqlarınız Cəmiyyətdə necə qarşılandı narazılığını bildirənlər olubmu?

Mən hələ də yerimdə olmadığımı düşünürəm Bəzən susqunluğu qışqırtılarımın fəryadına boğuluram Sonda da özümə təsəlli verib deyirəm ki, ” onsuz da şairi diri sevməyin cəmiyyətdə yaşayıram”.


7. İstərdinizmi Övladınız yolunuzu davam eləsin Şeirlərinizdən oxuyurmu övladınız?

Şairlik peşə olmadığı üçün bu suala belə cavab verəcəm, Əyər övladlarımda yazmaq bacarığı olsa “olmaz!” demərəm Çünki istedad mayali xəmir kimidi, onu qabın içində ağzı bağlı saxlasan da, O daşıb tökülməyə yer tapacaq. Oğlum yox, qızım çox sevir poeziyanı amma hələ mənim şeirlərimi oxuyub anlayacaq qədər böyüməyib.


8. Müharibə dövründə Şəhidlər verdik Qələbə sevincini yaşadıq Nələr yazdınız Şəhidlərə ağladıq Qələbə sevincimiz yerə göyə sığmadı hansı duyğuları misralara çevirə bildiniz?

Müsahibələrimin birində demişdim ki, nə qədər torpaqlarımız düşmən tapdağı altındadır, əsirlikdə qız, gəlinlərimiz var bizim Vətənpərvərlik şeirləri yazmağa haqqımız yoxdur Müharibə dövründə içimdəki işğal səsi qırıldı Və mən uzun illərən sonra vətənpərvərlik şeiri yazdım.

9. İlk kitabınızdan razısınızmı ürəyinizcə oldumu?

Kitabından o adamlar narazı olur ki, o kitabla Ədəbiyyata gəlməyə çalışır Mən isə Ədəbiyyatdan kitaba gələn şairlərdənəm.


10. Ədəbiyyat sizə nə verdi qazancınız nə oldu Oxucularınız sizi qəbul etdimi?

Ədəbiyyat mənə dünyaya daha fərqli, əslində olduğu kimi baxmağı öyrətdi – Məsələn, günəşin Rənginin əslində Xəzəl Rəngli olduğunu, çarəsizliyin həqiqət daddığını anladım Bir şerim də dediyim kimi “Anladım ki, böyük bir sıfır imiş dünya”.


11. Yeni kitab düşünürsünüzmü?

Yeni kitabım bu yaxınlarda işıq üzü görüb. ” ACI ŞOKOLAD “adlanan yeni kitabımda, ürəyimin işığını acılı, şirinli həqiqətlərimə tutmuşam.


12. ilk kitabınızın adı sizmi düşündünüz yoxsa?

Kitablarima adı, tərtibatı, üz qabığının necə olmasını öncədən bilirəm Və iş prosesində bunu tertibatçıyla bir yerdə edirik Mən yaradıcılığıma qarşı biraz qisqanc adamam Məsələn şeirlərimi yazib bitirəndən sonra da yenidən düzəliş etmirəm. Orjinallığına xələl gəlir deyə düşünürəm. Kitablarımın ikisində də bu səbəbdən “Redaktor” bölməsi boş olur…


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru