www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Şuşada “Xarıbülbül” musiqi festivalı: 2-ci gün – Qalada Qala konsert

QALADA QALA KONSERT

Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYDIN XANIN AD GÜNÜDÜR!

Aydın Xan Əbilov – alim, yazar, fəal ictimai xadim.

Bu gün gözəl insan, əsl ziyalı, dəyərli alim, mədəniyyət və maarifçilik uğrunda usanmadan çalışan yenilikçi qələm adamı, fəal ictimai xadim, ədəbi cameənin şəriksiz xanı cənab Aydın Xan Əbilovun doğum günüdür! Onun 50 yaşı tamam olur. Ad günü münasibəti ilə yubiliyarı təbrik edir, uzun ömür, can sağlığı bütün fəaliyyətində uğurlar arzulayırıq! Uğurlarınız bol olsun, cənab Aydın Xan!!!

QISA ARAYIŞ

Aydın Xan – Aydın Əhməd oğlu Əbilov — yazıçı, kulturoloq.

HəyatI
Aydın Əbilov 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində dunyaya göz açıb. 12 saylı Bakı şəhəri Teхniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri хidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daхil olub, sonra əyani şöbəsində oхuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin “İntibah” Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən “Gənclər “Pen-klubu” adlı ictimai Birlik yaradıb və onun sədri seçilib.

1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda «Ədəbiyyat qəzeti» redaksiyasında хüsusi müхbir kimi işə göturulub və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir.
1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan və təsisçilərindəndir, hazırda sıralarında 500-dən çoх ictimai təşkilatı birləşdirən Milli QHT Forumun İdarə Heyətinin üzvüdür. Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub.

Müхtəlif vaхtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktor, təsisçi və baş redaktoru, «Xəzərçi» İnternet buraхılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir.
1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıхış edir.

Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və хarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.

«Virtualizm: yeni kultoroloji cərəyan», «Virtual Azərbaycana doğru», «Teхnomodernizm: yeni alternativ ədəbiyyat aхtarışında», «Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu», «Mədəniyyət: millətlərarası dialoq forması» və b. elmi-kütləvi yazıları, həmçinin müхtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıхışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilib.

AYB-nin hesabına «Yeni ədəbi nəsil: aхtarışlar, problemlər» və «Ədəbi həyat: qurultaydan qurultaya» adlı kitabları, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə «Kulturoloji – alternativ düşüncələr» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımiyla “Dunyanın kulturoloji dərki” (2008) adlı monoqrafik-analitik əsərlərdən ibarət iki sanballı kitabı nəşr olunub.

Hazırda «Ruhu – Milli Varlığımız, Məzarı – And Yerimiz» adlı kitabı nəşrə hazırlanır. Daha üç kitabı nəşrini gözləyir. «Ədəbi-bədii publisistika: poetikası və tipologiyası» mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək хaricdə nəşr olunub.

Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin rəhbəri, http://www.kitabxana.net – Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri, AYB elektron kitabxananın rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yananda QHT-lərə Dəstək Surasının sabiq eksperti, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daхil olan ölkələrin hər il keçirilən Beynəlхalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çoх ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üçüncü sektorunun inkişafında хüsusi хidmətləri ilə fərqlənir. 2007-ci ildən “Xəzər” Universitəsində ədəbiyyat müəllimi işləyib, Yeni media (İnternet) jurnalistika xüsusi kurs təşkil edib.

Bir çoх хarici ölkədə (Turkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və b.), o cümlədən Azərbaycanda keçirilən çoхsaylı mötəbər beynəlхalq və elmi konfransların iştirakçısı, eləcə də məruzəçisi olub.

Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın diplomları və mükafatlarına, habelə müхtəlif vaхtlarda «İlin Gənc yazarı», «İlin Jurnalisti», «İlin İctimai fəalı», «İlin Tənqidçisi», “Media açarı” kimi fəхri adlara, mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəхri fərmanları ilə təltif edilib.

2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən deputat seçkilərində fəal iştirak edib. Ölkə daхilində və хaricdə keçirilən müхtəlifx seçkilərdə müstəqil müşahidəçi və хarici beynəlхalq təşkilatların eksperti kimi iştirak edib.

2003-cü ildə «Prezident seçkiləri – 2003» Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. 2003 və 2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisin – 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən – seçkilərində deputatlığa namizəd kimi fəal iştirak edib. Özünün yaratdığı «Müstəqil Gənclər» Seçki Bloku, həmçinin «İctimai Liderler» Seçki Bloku, «Yeni Parlament» Seçki Bloku, AR Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, İctimai Nəzarət Kolaisiyası, Vətəndaş Cəmiyyəti Alyansı, kimi neçə-neçə ictimai-siyasi təşkilatlar onun Milli Məclisə namizədliyini dəstəkləmişlər.

2009-2012-ci illər Xəzər Universiteti Humanitar və Sosial Elmlər fakültəsi “Ədəbiyyat departmenti”nin müəllimi kimi çalışıb.

Ailəlidir, iki oğul atasıdır.

Elmi-ictimai fəaliyyəti

*1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda “Ədəbiyyat qəzeti” redaksiyasında хüsusi müхbir kimi işə başlayıb və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir.
*1998-ci ildə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (əvvəllər: Qurum) təsis edib, hazırda təşkilatın sədridir.
*1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan biridir, hazırda onun İdarə Heyətinin üzvüdür. Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub.

Müхtəlif vaхtlarda “Avanqard”, “Şəhriyar”, “Etimad”, “Gəncliyin səsi” qəzetlərinin, “Yeni Dalğa”, “Sara Xatun” dərgilərinin redaktor, təsisçi və baş redaktoru, “Xəzərçi” İnternet buraхılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir.
1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıхış edir.
Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun [[Azərbaycan Respublikası]]nın və хarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.

“Virtualizm: yeni kultoroloji cərəyan”, “Virtual Azərbaycana doğru”, “Teхnomodernizm: yeni alternativ ədəbiyyat aхtarışında”, “Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu”, “Mədəniyyət: millətlərarası dialoq forması” və b. elmi-kütləvi yazıları, həmçinin müхtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıхışları ilə tanınıb.
“Yeni ədəbi nəsil: aхtarışlar, problemlər” və “Ədəbi həyat: qurultaydan qurultaya” adlı, “Kulturoloji – alternativ düşüncələr” (2006), “Dunyanın Kulturoloji Dərki” (2008) adlı kitabları nəşr olunub.
Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək хaricdə nəşr olunub.

Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Surasının eksperti, AYB Gənclər Şurasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daхil olan ölkələrin hər il keçirilən Beynəlхalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir.
Bir çoх хarici ölkədə (Turkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və b.), o cümlədən Azərbaycanda keçirilən çoхsaylı elmi konfransların iştirakçı və məruzəçisi olub.

Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın müхtəlifx diplomları və mükafatlarına, habelə müхtəlif vaхtlarda ””İlin Gənc yazarı”, “İlin Jurnalisti”, “İlin İctimai fəalı”, “İlin Tənqidçisi”, “Media açarı”” kimi fəхri adlara, mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəхri fərmanları ilə təltif edilib.

2000-ci ildə Azərbaycan Respublikası daхilində və хaricdə keçirilən müхtəlif seçkilərdə müstəqil müşahidəçi və хarici beynəlхalq təşkilatların eksperti kimi iştirak edib.
2003-cü ildə “Prezident seçkiləri – 2003” Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. 2006-cı ildə Azərbaycan Respublikası Milli Məclisin – 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən – deputatlığa namizəd kimi seçkilərdə fəal iştirak edib.

Elmi kitab, araşdırma, məqalə və saytların siyahısı

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin müdiri, WWW.KİTABXANA.NET – Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri, AYB elektron kitabxananın rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yananda QHT-lərə Dəstək Surasının eksperti, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daхil olan ölkələrin hər il keçirilən Beynəlхalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çoх ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üçüncü sektorunun inkişafında хüsusi хidmətləri ilə fərqlənir. 2007-ci ildən “Xəzər” Universitəsində ədəbiyyat müəllimi işləyir.

Elmi kitablar

“Kulturoloji – alternativ düşüncələr”. “Elm ” nəşriyyatı. Bakı – 2006. 324 səh. (Azərbaycan Yazıçılar Birliyinin Tənqid seksiyası ilə Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə qərarıyla nəşr olunub. Elmi redaktor: fil.e.d., professor Şamil Salmanov, rəyçi: AMEA-nın müxbir üzvü, fil.e.d., professor Nizami Cəfərov.)
“ Dünyanın kulturoloji dərki”. “Mütərcim ” nəşriyyatı. Bakı – 2008. 124 səh. (Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası, Tənqid seksiyası və Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə qərarıyla nəşr olunub. Elmi redaktor: AMEA-nın müxbir üzvü, fil.e.d., professor Nizami Cəfərov, rəyçi: fil.e.d., professor Nizaməddin Şəmsizadə.)

Elmi-kütləvi kitablar

“Yeni ədəbi nəsil: axtarışlar, problemlər”. “Yurd” nəşriyyatı. Bakı – 2002. 68 səh.
“Ədəbi həyat: qurultaydan qurultaya”. “Yurd” nəşriyyatı. Bakı – 2004. 184 səh.
“Bir xalçanın rəngləriyik” (Azərbaycanda yaşayan xalqların ədəbiyyat antologiyası – I). “Avrop” nəşriyyatı. Bakı – 2007. 352 səh.
“Bir xalçanın ilmələriyik” (Azərbaycanda yaşayan xalqların ədəbiyyat antologiyası – II ). “MBM” nəşriyyatı. Bakı – 2008. 288 səh.

Elmi məqalələr

* Aydın Xan (Əbilov). “Azərbaycanda publisitikanın inkişaf mərhələləri”. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedoqoji İnstitutunun “Humanitar elmlərinin öyrənilməsinin aktual problemləri” (Ali məktəblərarası tematik məcmuə. I toplu). “Mütərcim” nəşriyyatı. Bakı – 1999. Səhifə 69-72.
* Aydın Xan (Əbilov). “Çağdaş publisitikanın yaranma tarixi haqqında”. Azərbaycan- Avropa ədəbi-mədəni əlaqələr Mərkəzinin “Tədqiqlər” ( Elmi-nəzəri konfransın materialları. I toplu). “Elm” nəşriyyatı. Bakı – 2000. Səhifə 35-38.
* Aydın Xan (Əbilov). “Milli bədii publisitikamızın təşəkkülü”. “Elmi axtarışlar” (III toplu). “Elm” nəşriyyatı. Bakı – 2001. Səhifə 111-114.
* Aydın Xan (Əbilov). “Tənqidçi-alim ömrünün yetmiş çaları”. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi-nəzəri Məcmuə”si (I kitab). “Nafta-Press” nəşriyyatı. Bakı – 2003. Səhifə 54-60.
*Aydın Xan (Əbilov). “Межкультурное обучение как средство развития демократического общества” – “Demokratik cəmiyyətin inkişafında mədəniyyətlərarası təhsilin rolu”. Gürcüstanda Avropa Birliyi ilə Qafqaz ölkələrin gənclər təşkilatlarının birlikdə Beynəlxalq konfransının materialı. “Правовая культура и роль молодежи в межкультурном сотрудничестве” ( Elmi-nəzəri konfransın materialları). “Kabuleti” nəşriyyatı. Gürcüstan Respublikası, Kabuleti – 2003. Səhifə 30-34.
* Aydın Xan (Əbilov). “Multiədəbiyyat: qlobal dünyanın fərqli poetik-kulturoloji dərki”. “Dünyada yeni inkişaf meylləri və Türk Dünyası” Beynəlxalq simpoziumun Azərbaycan araşdırmaları jurnalı” (Elmi-nəzəri konfransın materialları. II toplu, 2007-2009). “Xəzər Universitəsi” nəşriyyatı. Bakı – 2009. Səhifə 24-29.
* Aydın Xan (Əbilov). “Publisistik əsərləringənclərin mənəvi tərbiyyəsində rolu”. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin “Azərbaycan gənclərinin mənəvi tərbiyyəsinin aktual problemləri” elmi-praktik konfransının “Tezisləri” (Elmi-nəzəri konfransın materialları). “Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi”. Bakı – 2003. Səhifə 461-469.
*Aydın Xan (Əbilov). “Межкультурное обучение как средство развития демократического общества” – “Demokratik cəmiyyətin inkişafında mədəniyyətlərarası təhsilin rolu”. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycanın gələcəyi gənc alimlərin gözü ilə” elmi-praktik konfransı. “Azərbaycanın gələcəyi gənc alimlərin gözü ilə” (Elmi-nəzəri konfransın materialları).. Azərbaycan Gənc Alim, Aspirant və Magistr Cəmiyyəti. Bakı – 2007. Səhifə132-137.
* Aydın Xan (Əbilov). “Çağdaş milli ədəbiyyat: cəmiyyətin mənəvi inkişafı və yeni yaradıcı nəsil”. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin “Azərbaycan demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasında gənclərin rolu” elmi-praktik konfransının “Tezisləri” (Elmi-nəzəri konfransın materialları). “Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi”. Bakı – 2003. Səhifə 28-44.
* Aydın Xan (Əbilov). “Milli Mədəniyyət Tariximizin Heydər Əliyev mərhələsi”. “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” elmi-praktik konfransın materialları. “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” (Elmi-nəzəri konfransın kitabı). “QAPP-POLİQRAF” nəşriyyatı. Bakı – 2003. Səhifə 160-181.
* Aydın Xan (Əbilov). “Qlobalistin açıq gündəliyi”. “Qloballaşmaya doğru” (Elmi məqalələr toplusu. I kitab). “Qloballaşan Azərbaycan” Sivil İnkişaf Mərkəzinin Kitabxanası. Bakı – 2006. Səhifə 111-121.
* Aydın Xan (Əbilov). “Yazıçı zamanın harmoniyasını tutursa, böyük sənət əsəri yaradır”. “Söz haqqında söz” (Elmi məqalələr toplusu). “Əbilov, Zeynallov və oğulları” nəşriyyatı. Bakı – 2004. Səhifə 160-170.
* Aydın Xan (Əbilov). “Torpağa əkilmiş qələm”. “Qələm” (Elmi-publisitik məqalələr toplusu). “Qafqaz-Media İctimai Birıliyi. Bakı – 2007. Səhifə 107-111.
* Aydın Xan (Əbilov). “Milli detektiv: kriminal zamanın nəbzi”. Yusif Əhmədov. “Ələkeçməzlər – I” (Bədii redaktə və ön söz). “Şərq-Qərb” nəşriyyatı. Bakı – 2007. Səhifə 3-10.
* Aydın Xan (Əbilov). “Tanrı mənə yar olanda”. “Adil Cəmil mülahizələr müstəvisində” (Elmi-publisitik məqalələr toplusu). “Elm” nəşriyyatı. Bakı – 2009. Səhifə 64-67.
* Aydın Xan (Əbilov). “Lirik bədii nəsr: yazıçı ürəyinin ağrıları”. “Yusif Əhmədov – 70. Zamanın nəbzi” (Elmi-publisitik məqalələr toplusu). “AF Poliqraf” nəşriyyatı. Bakı – 2009. Səhifə 23-37.
*Aydın Xan (Əbilov). “Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatı”. Nurlan Quliyeva. “Sirli Kainat” (Bədii redaktə və ön söz). “MBM” nəşriyyatı. Bakı – 2010. Səhifə 3-20.
* Aydın Xan (Əbilov). “Həyat davam etdikcə, zamanın ədəbi nəbzi də vurur!” Yusif Əhmədov. “Ələkeçməzlər – II” (Bədii redaktə və ön söz). “Şərq-Qərb” nəşriyyatı. Bakı – 2007. Səhifə 3-13.
* Aydın Xan (Əbilov). “Şəbəkə (virtual) ədəbiyyat, İnternet (elektron) kitabxana, yazıçı saytları”. (Azərbaycan Yazıçılar Birliyinin qurultayqabağı məruzəsinin mətni). “Ədəbiyyat qəzeti”. 22 iyul 2011-ci il, N 27 (3778). Bakı – 2011. Səhifə 4.
* Aydın Xan (Əbilov). “Şəbəkə (virtual) ədəbiyyat, İnternet (elektron) kitabxana, yazıçı saytları”. (Azərbaycan Yazıçılar Birliyinin qurultayqabağı məruzəsinin mətni). “Ədəbiyyat qəzeti”. 29 iyul 2011-ci il, N 28 (3779). Bakı – 2011. Səhifə 4.

Dövri mətbuatdakı yazıları
Müхtəlif vaхtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktor, təsisçi və baş redaktoru, «Xəzərçi» İnternet buraхılışının rəhbəri vəzifələrini yerinə yetirib, çoxsaylı yazılarla onların səhifəsində çıxış edib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıхış edir. Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və хarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 1000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. «Virtualizm: yeni kultoroloji cərəyan», «Virtual Azərbaycana doğru», «Teхnomodernizm: yeni alternativ ədəbiyyat aхtarışında», «Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu», «Mədəniyyət: millətlərarası dialoq forması» və b. elmi-kütləvi yazıları, həmçinin müхtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıхışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilib.

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAYRAMINIZ MÜBARƏK!!!

Salam hörmətli oxucular və çox dəyərli ziyarətçilər! Bayramınız mübarək! Bu il Ramazan bayramını Şuşa məscidində bayram namazı qılmaqla, Cıdır düzündə “Xarıbülbül festivalı – 2021”-in qala konserti ilə qeyd etmək böyük xoşbəxtlikdir! Bu səadəti bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, hamınızı bütün bu şanlı qələbələr, nilliyyətlər, bayramlar münasibəti ilə təbrik edirik! Bayrağımız uca, uğurlarımız daimi, müstəqilliyimiz əbədi olsun, İnşəaAllah!!!

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XÜMS və ZƏKAT

Zaur Ustac “Əliş və Anna” poema.

Zaur Ustacın “Əliş və Anna” kitabından Ramazan Bayramı münasibəti ilə müəllifin eyni adlı poemasından bir neçə maraqlı parçanı sizlərə təqdim edirik:

(Zaur Ustac “Əliş və Anna” poemasından parçalar)

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

                                 TÖVHİD

Uca Yaradanın tək olduğuna,

Nə badə qəlbində şübhə oyana.

Çün, əgər olsaydı xilaf qeyrisi,

Bunu anlayardı mütləq birisi.

Günəşin saatı, ayın saatı,

Çox dəqiq döndərir, tüm kainatı.

Elə qurulub ki, nizam məhvəri,

Gecəylə gündüzün səhv düşməz yeri.

Zərrədən ən böyük ulduza qədər,

Bir “ol”- a bağlısa, onda nə kədər…

Həmd olsun Allaha, tanırıq onu,

Hər kəlmə başında anırıq onu.

Təkdir ehtiyacsız, biz ona bağlı,

Bunca dərk eyləyər, insanın ağlı…

                                      ƏDL

Şükür Yaradanın ədalətinə,

O Adil Allahın mərhəmətinə.

Elə bölüşdürüb, elə paylayıb,

Hamı qismətindən çox razı qalıb.

Duyuram içini şübhə gəmirir,

Xəyalın hardasa narazı gəzir.

Gəl, tamam  səmimi olaq bu ara,

Ağlından razıdır hər bir avara.

Ağlı elə bölüb, verib Yaradan,

Heç kim öz ağlından deyil bədgüman.

İlahi hikmətin qüdrətinə  bax,

Ağıldan kəmlər də deyilmiş axmaq.

Arif işarədən anlar hikməti,

Heç kim bu xüsusda yeməz möhnəti…

                                      NÜBÜVƏT

Salam olsun Sənə, ey “Haqqın səsi”,

Cəlal sahibinin seçkin bəndəsi.

Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,

Bütün kainatın son əfəndisi.

Haqqın yer üzünə müjdəsi, andı,

Haqqın yer üzündə qoşa qanadı.

Salam olsun Sənə, kitab sahibi.

Salam olsun, Sənə sonuncu nəbi.

“Qurani –Kərimi”  bizə gətirən,

Haqqın kəlamını bizə yetirən,

Xatəmül-Ənbiya hökm edibdi Haqq,

Höküm sahibinə məxsus höküm, haqq.

Salam yer üzünün işığı, nuru,

Ey höküm sahibi, bu nuru qoru.

                                     İMAMƏT

Nübüvət odundan nur alan işıq,

Atadan, babadan belə duymuşuq.

Rəsulun dizinin dibindən çıxan,

Çeşmədir heç kimə gəlməyib ziyan…

Nümunə olubdur cümlə cahana,

Əlbəttə, aiddir arif olana.

İmamət cığırdır Haqqa aparır,

Əlbət, qaynağını Haqqımdan alır.

Dəmiri dəmirçi oğlu bilən tək,

Bu elmi ən doğru yoldan öyrənək…

İstəməm bu yolda çaşqınlıq ola,

İncəcik bir fidan nahaqdan sola.

Elmin şəhərinin təkdir qapısı,

Bu işin belədir təməl, yapısı…

Salam olsun Sənə ey Əhli-beyt,

Allahım bu yolu daha rəvan et…

                                      MƏAD     

Müəllim verdiyi dərsi soran tək,

Əlbəttə, imtahan günü gələcək.

Sanma, kainatın yoxdu sahibi,

Boşuna gəlməyib bu qədər nəbi…

Hələki dəvət var, açıqdır qapın,

Dərk eylə dünyanı, Allaha tapın.

Həqiqi elmdən bir damla dadan,

Heç zaman dönməyib, bu doğru yoldan.

Bu yolun mənsəbi, elə mənbəyi,

Burda kəsilibdir elmin göbəyi…

Haqq ilə batilin mayası eyni,

İkiyə bölünmüş bir yolun sonu…

Qəzavü-qədəri qılma bəhanə,

Faili-muxtar tək gəldin cəhanə…

                                      NAMAZ

Namaz fərz əməldir,  bizə faydalı,

Dəstəmaz vacibdir, mütləq olmalı.

Namaz bənzədilib evmizdə çaya,

Gərəkdir beş kərə girək bu suya…

Ruhumuz arınsın, pak olsun bədən,

Təkbirdə əlləri asmayaq göydən.

Qüsulu, abdəsti, tam əməlləri,

Mat qoyub dünyada  tüm alimləri.

Heç nə əksik deyil, yox bircə artıq,

Namazdan həyatın dərsin alırıq.

İmkan et, xərcləmə boşa zamanı,

Həyat elə zaman, zamanın anı.

Çalış ki, ötürmə bircə azanı.

Ac qoyma nə ruhu, nə də əzanı…

                                           ORUC

Oruc bir əmrdir,  Haqqu – Təaladan

İnsanı qoruyar, min cür bəladan.

Elə ki, yetişdi Şahi – Ramazan,

Gərəkdir nəfsini duşaqlayasan…

Cismini, ruhunu səfərbər eylə,

 Ağzını, gözünü pəhrizkar eylə…

Dilindən çıxmasın fitnə, ya küfür,

Çevrəni sarısın xoş niyyət, zikir…

                                      ZƏKAT

Əgər istəyirsən ruzi – bərəkət,

Gərəkdir vaxtında verilə zəkat..

Bilirəm, burada qaçdı dodağın,

Düşündün ki, şair çıxartdı ağın…

Ancaq, tam səmimi, gəl, mənə inan,

Kimsəyə fayda yox zəkatsız maldan…

Sən verdin, vermədin çıxacaq o mal,

ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…

                                         XÜMS

Zəkatla malını qoruyan  insan,

Xümslə canını qorumalısan.

Zəkat mala paklıq gətirdiyi tək,

Xüms də canını hifz eyləyəcək…

Sonra loğman, təbib gəzməsin deyə,

LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…

                                        HƏCC

Haçansa  ibrətə  duysan  ehtiyac,

İlahi əmr var – yolun olsun hac…

Dünyanın mərkəzin ziyarət eylə,

Könül sarayını imarət eylə.

Zəm-zəm çeşməsində yuyulsun üzün,

MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…

                                        CİHAD

Cihad bizimlədir dandan qüruba,

Çoxunun dilində bitibdi  “toba”.

Yaradan dərs verər insan oğluna,

Min rəhmət diləyək Ağaoğluna…

Ruhu neçə kərə olub qonağı,

Edim, etməyimlə dolub  otağı…

Bu bir nümunədi, hamımız belə,

Cihad qadağadır, nəfsə, dilə…

Cihad eşidən tək, qavğa düşünən,

CİHADDA  ÖZÜNLƏ  DÖYÜŞMƏLİSƏN…

                                    ƏMR-BƏ-MƏRUF

Şükür Yaradana, Sən hikmətə bax,

Xeyir əməllərə daim tut çıraq.

Vacib buyurulub hər müsəlmana,

Gərəkdir xeyirə vəsilə ola.

Yaxşılıq əlindən gəlmirsə əgər,

Pislik də eləmə, başına gələr…

Fəqət, bu vacibdir, gərək biləsən,

Xeyirə çağırıb, dəvət edəsən.

Bu vacib əməldir, gərəkdir bilək,

Xeyirə çağıraq, xeyir öyrədək…

                                NƏHY-ƏZ-MÜNKƏR

Vicdanın yerini əzada gəzən,

Haqqa inananın ümidin üzən,

Bu vacib əməli unutma heç vaxt,

Əbədi deyildir, heç bir tacü – taxt…

Özünü müsəlman tanıdan kəsin,

Gərəkdir yanında pislik olmasın.

Pis işdən çəkinsin, həm çəkindirsin,

Bunu bilən yoxsa, qoy belə bilsin…

Yoldan ötəni də qoruyun şərdən,

Özünüz haqda da düşünün hərdən…

                                      TƏVƏLLİ

Allahın dostları dostun olmalı,

İlk əvvəl Allahın dostların tanı.

Cəlal sahibinə şərik qoşmayan,

Nəbiyə, İmama şəksiz inanan,

Müslimi  müslimin qardaşı bilən,

Mübarək İslamın yoluyla gedən…

Oturub –durduğun olsa bu şəxslər,

Kimsəyə toxunmaz səndən bir xətər.

Çevrəndə dostların dinsə elmdən,

Hər dəm dürr tökülsə  əgər dilindən,

Nə xoş halımıza, bəxtəvərik biz,

Allahın dostların dost seçərik biz…

                                         TƏBƏRRİ

Cəlal sahibinə şərik qoşanlar,

Onun dostlarına pis yanaşanlar,

Əndazəni pozub, həddin aşanlar,

Yersiz  körüklənib, coşub daşanlar,

Belə adamlardan uzaq dolan, gəz,

Hədsizdən kimsəyə bir xeyir gəlməz…

Bu Haqqın əmridir, qarşı gəlmərik,

Allahın düşmənin düşmən bilərik…

                                      MÜNACAT

Şükürdən güc alıb sözüm, söhbətim,

Səndən gizli deyil, şəksiz niyyətim.

Qəlblərdə olanı görüb, bilənsən,

Kimə nə lazımdı onu verənsən.

Yazar, ancaq yazar demişəm hər dəm,

Əgər söz sahibi eyləsə hərdəm.

Qələmə and içən uca Yaradan,

Münacata çıxıb bu qələmtutan…

Əllərim göydədir, dilim duada,

Dua eyləyirəm qohuma, yada…

Şamaxı torpağı qədimdən qədim,

Xaqanisi mənim, Nəsimi mənim…

Başqa bir dühanı gəzirəm burda,

Tarixin kələfin çözürəm burda…

Üstündə durduğum bu köhnə körpü,

Yüz  illər  əvvələ  atacaq  törpü…

Yazda da gəlmişəm, qışda da bura,

İçimdə bir ocaq möhtacdır qora.

Hər şey çin-çin durub ruhun rəfində,

Kəlmələr sıraya durub dilimdə…

Bir türlü “Bismillah” edə bilmirəm,

Yeddi yüz əqdəmə gedə bilmirəm…

Ruhuma qanad ver Adil Allahım,

Bir kərə o günə gedim qayıdım…

Bu köhnə körpünün daşı danışsın,

Otların qurusu, yaşı danışsın.

Düz yeddi əsrdir şahidlik edən,

Bu körpü bir namə versin himindən…

Ey bütün gizlindən agah Allahım,

Dağları, daşları yandırıb ahım.

Xeyirə yozulu  nişan ver mənə,

Şübhəsiz bəllidir hamısı Sənə…

Nə, harda, kimindir tək bilən Sənsən…

Kimə nə lazımdır onu verənsən…

                                  ÜSULİ-İLTİMAS

Səndən istəmirəm nə şöhrət, nə şan.

Səndən istəmirəm beş günlük ad-san.

Var dövlət, saraylar deyil şakərim,

Öz əlim, ayağım olsun nökərim…

Niyətim bəllidir, istəyim dəqiq,

Ustac heç istəməz nə altun, əqiq…

Mustafa oğlunun istəyi təkdir,

Zaurun arzusu dəqiqdir, yekdir…

Nurundan ruhuma çilə bir mərrə,

İynənin yıldızı olsun pəncərə.

Zərindən zərrəcik düşsün qəlbimə,

Aydınlıq, fərahlıq versin əqlimə.

Ərmək istəyirəm, həmin günlərə,

Varmaq istəyirəm, uzaq dünlərə…

Elmin qapıların üzümüzə aç,

O güllü bağçandan bir az ətir saç.

Ruhumuz məst olsun, olsa da anlıq,

Dili tərk etməsin bir an şükranlıq…

Zaur Ustac “Əliş və Anna” poemasından bir neçə parça



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD – ETİRAF

Təranə Məmməd – yazar.

ETİRAF
(Hekayə)
Qumlu səhradayam. Günəşin istisi get-gedə qumu qızdırır. Hərdən əsən külək qumu yerdən qaldırıb havada fırladır sonra da zərbəylə üzümə çırpır. Addımlarımı çətinliklə atıram. Nəhayət, dizlərim bükülür və mən yıxılıb isti qumun üzərinə düşürəm.
Qumun istisi bədənimin açıq hissələrini yandırır. Qəfildən, elə dayandığım yerdə qum burulğanı yaranır. Sanki kimsə var vücüylə məni aşağı, dərin bir yerə çəkir. Bədənim tam isti qumla örtülür. Nəfəsim daralır. Ürəyim bərk-bərk vurur. Saçlarım qumla qarışıb dolaşır. Mən əllərimi çıxarıb qumu ürəyimin üstündən təmizləmək istəyirəm, lakin taqətim çatmır… Ürəyimin döyüntüsü gah bərkiyir, gah azalır. Gözlərim yavaş- yavaş bağlanır… Mən bu naməlum səhrada, qum burulğanında batıb ölürəm…
Bu dəhşətli yuxunu son zamanlar hər gün olmasa da həftədə iki dəfə görür və hər dəfə dəli kimi oyanıram. Mənim yuxularım bəzən çin olur. Ona görə onlar məni qorxudur.
Yaşadığım ölkədə qumlu səhra olmadığından bu yuxunun çin olması o qədər də real deyildi.
Bu gecə yenə həmin yuxunu görmüşəm. Yenə həmin darıxdırıcı hisslər, yenə təlaş, yenə həyacan…
Çarpayıdan durub əllərimlə üzümə tökülmüş saçlarımı yığarkən istər- istəməz saçlarımda əlimi gəzdirib qum axtardım. Sonra özüm öz hərəkətimə gülümsəyib ayağa qalxdım və pəncərəyə yaxınlaşdım.
Günəş artıq hər tərəfi öz qaynar şüalarına bürümüş və öz hərarətini yerə ötürmüşdü. Bir sözlə, ətrafda həyat öz axarıyla davam edirdi.
Evdə həmişə tək oluram demək olar ki.
Həyatım o qədər də maraqlı deyil. Oğlum başqa ölkədə yaşayır. Ərim yeni ailəsiylə başqa şəhərdədir.
Amma bu həyat məni qane edir. Tək darıxmıram. Rəfiqələrim gələndə lap maraqlı olur. Hərdən qoça dayımın yanına gedirəm. Ya da o bizə gəlir.
Evim dənizə çox yaxındır. Hətta bəzən dənizin qoxusunu hiss edirəm.
Budur, dayım gəlir.O,anamın kiçik qardaşıdır. Ehh, qocalıq, qocalıq… Gör necə dəyişdirib onu qocalıq. Ailəmizin bütün üzvlərini tanıyır. Yeddi arxa dönənimizin hansının haqqında nə soruşsan bilir. Qəribə insandır.Həmişə fikirlidir. Qaraqabaqdır, amma məni çox sevir. Heç kimi yoxdur yer üzündə məndən başqa. Tək-tənha yaşayıb ömrünü.
– Gəl, Gəl!
– Nəyin var içməyə?
– Gəl, taparam bir şey.
Bax, indi həmişəki kimi gəlib evin pilləkənlərındə oturacaq. İçəri keçmir adətən.
– Qulaq as! Mən öləcəm.
Özüdə tezliklə,-deyə dayım söhbətə başladı.
Mənım güldüyümü görüb:
– Qulaq as! Gülmə!
– Dayı, mən səni tanıyandan sən ölürsən. Uzun illərdir eşidirəm bunu səndən.
– Yox. Bu dəfə həqiqətən öləcəm.Özüm bilirəm. Sən qorxma. Bir az pulum var. Dəfnə çatar.
Mən ona bir stəkan çaxır gətirdim. Qoca stəkanı əlimdən alıb başına çəkdi və:
– Qulaq as! Sən kiçik xalana çox bənzəyirsən. Sən onun təkrarısan. Kim bilir, bəlkə sən də qumda boğulacaqsan?
Adətən söhbətinə fikir vermədiyim qocanın dedyi sözlər məni dəhşətə gətirdi.
– Nə? Qumda? Nə demək istəyirsən sən?
– Sənin kiçik xalan var idi.
Sənə onun adını qoyublar. O da sənə bənzəyirdi. Elə gözəl uşaq idi ki.Məndən kiçik idi.
Bir dəfə ikimiz dəniz kənarına getdik. Mən onu quma basdırdım. Çox dərin bir quyu qazıb onu basdırdım. Üstünə qum tökdüm. O əvvəl gülürdü. Bu bizim oyunumuz idi. Sonra onun bütün bədəni qumun altında qaldı. Rəngi saraldı, sonra qaraldı…
Mən tələsik əllərimlə qumu qazmağa başladım. Lakin onu qumun altından çıxaranda artıq nəfəs almırdı.
O, öldü…
Mən öz əllərimlə bacımı öldürdüm.
Qoca danışır və ağlayırdı.
Mən yerimdə donub qalmışdım.
Artıq onun sözlərini eşitmirdim.
İllərcə məni izləyən bu dəhşətli yuxunun səbəbi bu imiş demək?
İlahi! Nədir bu? Bunun bir izahı varmı?
Mən ömrümün axırına kimi bu dəhşətli ölümün hədəfimi olmalıyam?
Qoca stəkanı mənə uzadıb:
– Mən öləcəm. Mən ölsəm bu sirr də mənimlə öləcək. Və bir daha heç kim bu haqda danışmayacaq. Sən də dilini saxla!-deyib getdi.
Bir necə gündən sonra dayımı dəfn etdik.
Qırx gündür hər gecə həmin yuxunu görürəm. Bu gün artıq qərara gəlmişəm ki, həkimə müraciət edim.
Əl üzümü yuyub geyindim. Şəhərə gedib həkimlə görüşməyi qərara almışdım. Lakin rəfiqələrim bütün planlarımı pozdular. Onlar yenə bizə yığışmağı qərara almışdılar.
Gecəni də bizdə qaldılar. Mən qorxa – qorxa yerimə girib
gözlərimi yumdum və dərin yuxuya getdim.
Səhər özümü çox yüngül hiss edirdim. Bədənimdən illərin yorğunluğu çıxmışdı sanki.
Dayımın sözləri yadıma düşdü:”Mən ölsəm bu sirr də mənimlə öləcək”.
Həqiqətən də belə oldu.Mən bir daha o dəhşətli yuxunu görmədim…

Müəllif: Təranə Məmməd



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÜHARİBƏ – REAL DÖYÜŞ SƏHNƏLƏRİNN TƏSVİRİ

Kapitan Zeynalov Elçin Əsədağa oğlu – 44 günlük müharibə zamanı taborun qərərgah rəisi.

MÜHARİBƏ – REAL DÖYÜŞ SƏHNƏLƏRİ

Salam olsun! İlk öncə nəzərinizə onu çatdırım ki, həmişə öyrəşdiyimiz şişirdilmiş qəhrəmanlıq söhbətlərinin əksinə tam səmimi real etiraf dinləyəcəksiniz. Həm də bu söhbəti sizə döyüşlərin ilk günündən ön xətdə olub, fərqli döyüş tapşırıqlarını yerinə yetirmiş 1987 – ci il (bu çox önəmlidir) təvəllüdlü 44 günlük müharibə zamanı döyüşən taborun qərərgah rəisi olmuş kapitan Zeynalov Elçin Əsədağa oğlu təqdim edir. Dəyərli qazimiz kapitan Zeynalovun söhbəti o qədər səmimi, o qədər realdır ki, döyüş səhnələrinin bu qədər dəqiq, çılpaq təqdimatı dinləyicidə tamam başqa hisslər oyadır. Söhbəti dinləməzdən əvvəl dəyərli qazimizi tanıyaq.

QISA ARAYIŞ

Kapitan Zeynalov Elçin Əsədağa oğlu 11 may 1987 – ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə hərbi liseydə sonra ali hərbi məktəbdə təhsil almış peşəkar hərbçidir. Döyüşlər başlayanda kapitan rütbəsində, taborun qərərgah rəisi vəzifəsində olub. İndi ardını özündən eşidək:

Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Qurban Bayramov – tənqidçi-ədəbiyyatşünas.

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Bir gün Pablo Nerudadan soruşurlar: “Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə də yer ayırardınızmı?” Pablo Nerudanın cavabı belə olub: “Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı.”Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti…  Həmçinin Nazim Hikmətin “Ceviz ağacı” şeirini də bilməyən yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə sinonimə çevrilibdir…Bu şeirdə belə bir qoşa misra var: ”  Ben bir ceviz ağacıyım Gülhane Parkında.  Ne sen bunun farkındasın, ne polis farkında.” Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin “farkında” olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk şairi, yazıçı, ssenarist, dramaturq və ictimai xadim. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavigözlü dev”dir. Əsərlərinin qadağan illərində Orxan Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
hasret ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. “Vətən fəryadı” adında ilk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər arasında da Sovetlər Birliyində yaşamışdı… “Günəşi içənlərin türküsü” adlanan  ilk kitabı da burada – Azərbaycanda, Bakıda nəşr edilmişdir. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir dünya bağışlayırdı. “Günəşi içənlərin türküsü” kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin və digər ünlü sənətkarların yaradıcılığında bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından  çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında  keçirmiş, 1950-ci ildən yenidən Moskvaya getmişdir. Nazimə görə bu həbsxana da belə xoşbəxt olaraq məşhurlaşmışdır… 3 iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş, ölümündən iki il sonra – 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır… 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə “Ədəbiyyat qəzeti”ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi “Kərəm kimi” mükəmməl əsərin müəlifi  Anarın “Zəfərin mübarək, Nazim” məqaləsi ilə qeyd edilmişdir.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Mahir pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə şairi “Türk şeirinin Prometeyi” adlandırmışdır. Müxtəlif vaxtlarda  onu “Nazim Hikmət qalaktikası”, “Dünya poeziyasının türk şahzadəsi”, “Şeir inqilabçısı – Nazim Hikmət”, “Dühanın tənhalığı”, “Türk sərbəst şeirinin banisi” təşbihləri ilə vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin “Mavi gözlü dev” adlandırdığı Nazimi “Nazim Hikmətov”, “Kommunist Don Kixot” adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: “Bu o Nazim Hikmətdir ki,
Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!”
Azərbaycan ədəbi mühitində fövqəladə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə gözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir…  Nazim Hikmətin “Otuz ildən sonra” adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb, orada bu misra keçir: “Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu”.
İndi 2017-ci ildir, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət “Ceviz ağacı”nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. “Ceviz ağacı”nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və “Rənglər” silsiləsi şeirlərinin birində “Üfüqdə göy gözlərin sarı həsrəti” deyərkən Nazim Hikmətin həsrətini nəzərdə tuturdu… Və bu həsrət “Ceviz ağacı” şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır…
Nazim Hikmət haqqında Azərbaycanda yazılan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin “Ceviz ağacı” essesi bizi bu  sətirləri yazmağa vadar elədi…
Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı… Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir… Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: “…O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. – Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, – deyirəm, – bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda – Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə…, Rusiyada – Sergey Yesenin, Braziliyada – Jorj Amadu… Səməd Vurğunun misralarını xatırlayıram: “Nazim də ucaltsın haqqın səsini / Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini” Qavalos Romadan, Siya-U Çindən… XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir.”
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse janrında yazılmış və nazimşünaslıqda “gizli” qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir…
Hamıya məlumdur ki, Nazim Hikmətin “Ceviz ağacı” şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta belə bir əfsanə də uydurulubdur: “Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm.  Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır.”  Əlbəttə, bu “Ceviz ağacı” şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstanbula düşən elə bir “Nazim sevdalı” ziyalımız, yazıçımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin ceviz ağacını aramasın…
… Gülhanə parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı bildiyindən özünü Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında  bir ceviz ağacı kimi təqdim edibdir. “Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…” – deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən  mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim “Sen” ifadəsini də sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına, istanbullulara xitab edibdir…
Hidayət müəllimin “Ceviz ağacı” essesinin ədəbi-estetik mahiyyəti də bu gerçəyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də Gülhanə parkında Nazim Hikmətin ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşayiət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər…
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: “…Əvvəlcə Topqapı muzeyində sehirlənirəm. …Topxananın sehirlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.”
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb…Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -“Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi…”  Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
“Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez…”
“Ceviz ağacı” şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim “farkında” olmayıbdır ki, bu ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində ceviz ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni qollara çevrilmiş yüz-yüz budağıyla qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır) yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir… Olmayanı oları etməkdir! Hidayət müəllimin “Ceviz ağacı” essesi mənim hisslərimdə bu kodun açarına çevrildi… Düyünləri açdı…
Müəllifin – Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyə edirdi və inandım… Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhanə parkında heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı əkdi…  Nazim Hikmət fiziksəl olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən Gülhanədə ceviz ağacına dönüb əbədən öz yerini tutdu… O, bütün şeirlərində “Qübbəli, çinarlı bir mavi liman” axtarsa da, yenə də Gülhanədə, Türkiyənin ürəyi İstanbulun ürəyində Ceviz ağaçı olaraq ucaldı…

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ehtiram İlham – Bilmədim

Ehtiram İlham – şair.

BİLMƏDİM

Sən yaxşı adamsan, Adam!
Mən yaxşı ola bilmədim.
Səni görə-görə,
gör ki,
Mən adam qala bilmədim.

Düz nə varsa, Allah sandım,
Haqq olmayanı dandım.
Hallı-hallı havalandım –
Gəldim nə hala, bilmədim.

Bilmədim eşq nə, yar nədir,
Bilmədim gen nə, dar nədir,
Bilmədim göy nə, yer nədir,
Dağ, dərə, tala bilmədim.

Dillərdə əzbər olardım,
Pis-yaxşı xəbər olardım.
Ölsəm, bəxtəvər olardım,
Vaxtında ölə bilmədim.

Məni boş ver….
Balam iki!
Onlar var olsunlar təki.
Eh…mənə nə qalmışdı ki,
Məndən nə qala, bilmədim.

10.05.2021.

Müəllif: Ehtiram İlham



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUYUR: ORXAN YUSİFCANLI

Orxan Yusifcanlı – Məmmədov Orxan Fərasim oğlu. Ağdam, Yusifcanlı.

ORXAN YUSİFCANLININ DİGƏR UĞURLARI

Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru