Fevralın 2-də Milli Kitabxanada gənc yazıçı Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Tədbirdə Əməkdar jurnalist, kitabın redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib. Yazıçı Zaur Ustac bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib. Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər. Gənc yazıçı Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.
Mənə elə gəlir ki, Dayandur bəzi şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən tez çıxır, bir az üstünü ay işığı ilə, bir az yağışla, bir az payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər və qəflətən, uzun bir dəqiqədən sonra çıxıb desin ki, “mən burdayam.”
Bu yazı ərəfəsində şeirimizdə onu çox axtardım, bəzən tez tapıldı, bəzən gec. Mən gec tapılan, axtarılan, şeirdə obrazını gizlədən şairi (Dayanduru) çox sevirəm və bu yazıda o şeirlərdən bəhs edəcəyəm ki, Dayandur şair kimi (özü də orijinal, maraqlı bir şair kimi) bu misralardadı. Dayandurun uşaqlıq və gənclik dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm ki, məhz bu şeirlərdə onun obrazı aydın görünür.
Mən Dayandurun ağlamağını görmüşəm və bilirəm ki, ağlamaq qədər insanı ifadə edən heç bir üslub ola bilməz. Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə xəbər verdi və doyunca ağladı, o hönkürtünü heç vaxt unuda bilmirəm.
Vaqif Bayatı Ödərin bir şeiri var: “Sirr verib, sirr saxladığım adamlar, yanlarında ağladığım adamlar, unutdular məni, unutdular”.
Dayandur unudulmayan adamdı.
İncikliyimiz də olub, küsülülüyümz də. Amma bir gün keçəndən sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub, heç özümüz də bilməmişik ki, niyə güldük, niyə küsmüşdük və niyə barışdıq?
Həmişə onun şeirlərini sevmişəm, yaxşı cəhətlərini ürək dolusu qeyd eləmişəm, çünki Dayandurda yarımçıqlıq yoxdur, ürək dolusu adamdır, sevgisi də bütövdür, şeiri də, hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir. Çünki o heca şeirinin tanınmış nümayəndəsidir. Hərdən mənim sərbəst şeirlərim haqqında belə deməyi var: “Axşam sənin o nağıllarından bir – ikisini oxudum”. Bu cümlədə o işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum gəlməyən nağıllarından.
Təəssüf edirəm ki, bir çoxları onun şeirdəki yerini təyin edə bilmir, bu da heç Dayandurun vecinə deyil, özü bilir ki, nəyi yazıb, necə yazıb, vəssalam. Yəni şeirdəki dəyərini bilir, amma hiss edirəm ki, bir az da özündən şübhəlidir. Bəzən ehtiyat edir şeir oxumağa. Amma mən yüz faiz əminəm ki, onda olan ilham az – az şair də var, çoxları (İçi mən qarışıq) şeiri quraşdırır, Dayandur quraşdırmır, şeir necə gəldisə, eləcə də vərəqə hönkürür.
Söz çıxarma sözümdən, Çox danışma dözümdən, Yolları yığ gözümdən, Bircə, gəl ey Bircə, gəl. Dayandur şair kimi burdadır, özü də dərindədir. Yerini nişan verir. Ola bilsin ki, Dayanduru yaxşı tanımayan, tapmaq və görmək istəməyən adamlar (tənqidçilər) elə bu mirsaların yanından sakitcə ötüb keçiblər. Şair şeirində gizlənməlidir. Ola bilsin ki, şeir yaxşı olsun, amma şeir müəllifin obrazını ifadə etmirsə, müəllifdən nəsə demirsə, mənim üçün bir az naqis şeir olur. Şeirdə şairin qeydiyyatı olmalıdır və bu,çox vacibdir. Bir dəfə demişdim, yenə deyirəm Ramiz Rövşən qeydiyyatında, ünvanında nə qədər yaşayan şairlər var. İlk baxışda kiməsə Dayandur sadə, adi və hamının tanıdığı adam kimi görünə bilər. Şeirdə Dayanduru tapmaq oxucudan və ya tənqidçidən yozum tələb edir. Yuxarıda misal gətirdiyim bənddə “söz çıxarma sözümdən” ifadəsi, sonuncu misradakı “ey” sözünün havası, intonasıyası çox xoşuma gəldi və bütün bunlar imkan verir ki, deyim, Dayandur müasir şeirimiz fərqli bir qanadıdır- “qanad” sözünə ürəklə bir söz də əlavə edirəm, – “uçuşudur”
Gözəl, gözəl deyirsən, Poeziyasan, şeirsən, Başdan-başa sehrsən, Gizli-gizli sircə gəl.
Dayandurun səslədiyi sirli, arazlı, kürlü, nurlu bu xuda kimdir? Müəllif onu elə qaibanə elə bir intonasiya ilə çağırır ki, o, gəlməyə bilməz. və burda Dayandur özünü tapır və biz Dayanduru tapırıq. “Zəhraya ağı “ ağı şeirinə diqqət yetirək.
Nağıldan çıxdı düşmən, Yaz ömrünə qış gəldi.
Bu iki misrada ilk baxışda gözə dəyməyən incə bir ustalıq var. Uşaqlar elə bilirlər ki, düşmən nağıllarda olur. Uşaq dünyasına bələdlik, təcrübə uşaqla bağlı hər hansı bir məsələ, problem olanda şair düyğuları nağıllara çəkilir. Şair bir başa düşmənin yerini göstərsəydi, bu, təbii olmazdı. İkinci misrada “yaz ömrünə qış gəldi” yaz və qış antonimi xöşbəxtliyi və ölümü ifadə edir. Nağıl, qış və yaz Zəhranın yarıda kəsilən ömrünün tərcümeyi halına çevrilir. Əlbəttə, bədii bir şəkildə.
Yenə həmin şeirdə “Göydən üç alma düşmədi, göydən güllələr düşdü” misraları nağıl ssenarisi əsasında müharibənin dəhşətləri sərgilənir. Harda uşaq varsa, ilk andaca yada düşən onun şeiri və nağılıdır, sonda düşən “üç alma”sıdır. Demək, şair müharibəni uşaq nağılları kontekstində izah edir və oxucunu təsirləndirir.
Dayandur şeirlərində mənəvi məsələləri, xüsusən müccərəd ismləri konkret faktlarla uzulaşdırır.
Farağat dayanmış bir əsgər kimi Ehtiyac həmişə yanımda oldu- Mən belə yetişdim əlli yeddiyə
Əsgərin bu cür duruşu ayıq, sayıqlığa, hucuma, əmrə hazır olmaq vəziyyətidir. Indi ehtiyac da hər an sərvaxtdır. İnsanı yaralamağa, sındırmağa hazırdır. Necə ki Koroğlu deyirdi: “Ehtiyac qul eylər, qəhrəmanı da”.
Dayandur Sevgin şeirlərində səmimidir, bəzən etirafın özü də gözəl bir şeir nümunəsinə çevirlə bilir.
Haqqın tərəfində dura bilmədim, Dilimin ucunda sözüm göynədi.
Mən elə gəlir ki, hər şair bunu etiraf edə bilməz. Dilində həqiqətin göynədiyini dilinə gətirməz. Yalandan deyər ki, həmişə haqqın tərəfində olmuşam.
Dayandur elat dilini gözəl bilir, həmişə folklordan bəhrələnir, el- oba həyatından, xüsusən, tərəkəmə köçündən maraqlı hadisələr danışır. Oğulsan, gəl gülmə.
“Əl ağacları” şeirində “Qurdu damaq eylər, oğrunu peşman, “ “Pulluya sandıqdı tüfəngə qundaq” misralarında ağac matiralından hazırlanan və unudulmaqda olan “damaq” və “qundaq” detallarına, sözlərinə yeni həyat verir.
Aşağıdakı iki misra Dayandur Sevgin şeirinin bədii həqiqətini, ağlını, yetkinliyini ortaya qoyur. Dayandur Sevgin şair kimi bu iki misradadır, yuxaıda misal gətirdiyim şeirlərin bədii (məhz bədii həqiqət) həqiqətindədir.
Əl atıb üzdüyün alma deyil ki, Qandı laxtalanıb bar ağacında.
Fevralın 5-də gözəl şairimiz Dayandur Sevginin ad günüdür, onu təbrik edirəm və oxuculara şair kimi onun yerini nişan verdim, tapmaq, oxumaq və dəyərləndirməyin özü də bir istedaddır.
Dayandur SEVGİN 65 yaşı münasibətilə Mətbuat Şurasının sədri Rəşad MƏCİD tərəfindən diplomla təltif olunub.
“Yazarlar” jurnalı olaraq, Dayandur müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol, Dayandur müəllim!!!
Yalnızlığın nahoş uğultusunu yabancılığımla dinliyorum, güneş bir başka duvara vuruyor yamacımda.
İki göğüs arasında acı çığlıklar yankılandı, güvercinler birer birer saçakların altına düştü. Sırtımın uçlarına değen güneş beni üşüttü ve sessizce ürperdim.
Bilinmeyenler Köklerimin ekildiği yere Toprağın sevincine hüzün mayınları döşüyorlardı
Kendime git, git diyorum, ne bekliyorsun?
Sağır yalnızlığın köşesinde saklı, içindeki tomurcuklar kan kırmızısı, sessizliğin sesi yok, umut yok, mavi sabah yok.
Bak rüzgar da esiyor, nefessiz, güneşsiz deniz karanlıkta dalgaların arasından yuvarlanıyor.
Yürüyorum, yürüyorum, yürürken etrafıma bakıyorum, her anımı hafızama kaydetmem gerekiyormuş gibi hissediyorum.
Sonra aniden durdum
Ve rüzgarın tüm ağırlığını kirpiklerimde taşıdığımı fark ettim
Korku ve cesaret arasında başımı kaldırdım ve gözlerimin ışığıyla uzak diyarlara baktım.
Her felaketten sonra Allah’ın karanlığı çöle taşıdığını gördüm. Korkuyla parmaklarımı kalbime dokundurdum ve kalbimin beni bilinmeyen diyarlara taşıdığını gördüm.
Bilinmeyen bir şehrin sokaklarında tüm anılarım beni terk etti ve tanımadığım insanların önünde diz çöktüm. “Parmak uçlarım bu ağırlığın altında eziliyor ve acıdan kıvranıyordu.”
Yasadışı duygularımla ıssız köşelere sıkışıp kaldık Ve bütün meçhul, kaçak geceler birer birer yerleşti koynuma
Asırlık bir aşk beni kollarında taşıyamadı.
İlk defa yanlış duygularıma lanet ettim
Gökyüzünün derinliklerine bağırdım neden, neden ben? Suskunluğuma sürekli kan damlıyor
Sanki bu evrendeki tek çıplak insan benmişim gibi Hayallerim paslı soğukla örtülüyor
Zalim kör kalplerin ağzına düşüyorum Aynada yüzümden yansıyan gölgem bana kızıyor
İlk defa sabah ışığında parlayan güneşin yüzüme çarpmasından korktum.
“Anılarımın kir gibi alnıma oturduğunu görmeye hazır değildim.”
Allah’ım, zavallı yüreğim nasıl bir çıkmaza düşmüş. Sanki şubat karı dudaklarıma düşmüştü ve yanaklarım lav alevlerinden akan kırmızı alevlerden daha kırmızıydı.
Bana ihanet eden yaşlı kalbim miydi, yoksa ağaran saçlarım mı, yoksa yoksulluğun büyüsü mü?
Neyi bilmediğimi bilmiyorum
Bildiğim tek gerçek yalnızlıktır ve rüzgar ne zaman esse koşup beni çöl kumlarıyla yıkıyorsun.
Zümrüt gülüşlerimle gözlerimden siyah zeytinler döküyorum, zifiri karanlıktan beslenen sessizlik, azgın nehirlerin bulanık sularında sonsuzluğa doğru akıyorum.
Çılgınca akan sular biraz sakinleşince beni terk edilmiş bir ağaç kökünün kıyısına bırakır.
Geçmişte yaşamış yaşlı bir dervişin sözleri gelir aklıma!
Sözlerin incisinin derin sessizliklerle geldiğini söylemişti
Bu sözleri hatırlamak beni biraz rahatlattı ve çok mutlu oldum.
Artık ben ıssız bir sonsuzluğun nefesiyim, sen ise yalnızlığımın bittiği yerin nefesi.
YUXU (Qar yağır) Qar yağır dənə-dənə, göylər yatmayıb yenə. Yuxulu baxışları yavaş-yavaş sığınır torpağın sinəsinə. Göylər yatmayıb yenə… Gecə qaranlığından torpağa gedən yola ağ-ağ cığırlar salır, torpaq bürünüb yatır gecə səssizliyinə.
Göylər yatmayıb yenə… Qar yağır dənə-dənə. Bu qış nəğməsi ilə təbiət layla deyir öz torpaq övladına. Qoy yatsın, rahatlansın, yuxusu şirin olsun, yuxusu dərin olsun. Pis yuxular görməsin. Tanrı dinc yaradıbdı asimanı, torpağı. Bu dincliyi pozmayaq, yuxusundan yarımçıq oyanmasın bu torpaq. Təbiət özü bir gün bahar nəfəsi ilə, şəlalə səsi ilə mehriban bir ana tək torpağı səsləyəcək,yuxudan oyadacaq. Öz səxavət donunu əyninə geyinərək oyanacaq bu torpaq. onu qoruyanlara min nemət bitirəcək, bərəkət gətirəcək.
AĞIL TƏKCƏ İNSANDA OLMUR Kİ… (hekayə) II Dünya müharibəsi illəri idi. Şabranın mərkəzi və kəndləri kimi Yosunlu dağ kəndi də ağır günlərini yaşayırdı. Kənddə hərdənbir kişi xeylağına rast gəlmək olurdu. Onlar da şil-kütül, şikəst, yaralandığı üçün ordudan buraxılmışlar və qocalar idi. Nəinki ev-eşikdə, kənd-kəsəkdə də hər işi qadınlar, qızlar görürdülər. İş-güc qadınlarda bir qadınlıq qoymamışdı. Nimdaş pal-paltarda gəzib-dolaşır, özlərinə fikir vermək yadlarına belə düşmürdü. Həm də kiminçin, nə üçün bəzəcəkdilər? Hansı günlərinə görə geyinib-keçinəcəkdilər? Ölkə qan ağlayırdı. Müharibə gedirdi. Kənd qadınları səhər tezdən tarlaya gedir, gün batanda yorğun-arğın, taqətdən düşmüş vəziyyətdə evlərinə qayıdırdılar. “Yaman günün ömrü az olar” – deyiblər. Fəqət yaman gün qurtarmaq bilmirdi. Əksinə, hər gün cəbhədən qara xəbərlər gəlirdi. Vay-şivən kəndi başına götürmüşdü. Nə isə, qayıdaq su məsələsinin üstünə. Kənd camaatı su sarıdan çox əziyyət çəkirdi. Kolxoz sədri Gülbacı arvadları öz başına yığaraq: -Ay xanımlar… Qadınlardan kimsə söz atdı: -Xanımlar ha…Bu günümüzə yaraşır xanımlığımız. İş-güç, çətinlik, gördüyümüz kişi işləri, müharibənin ağır xəbərləri belimizi elə əyib, bizi elə pis kökə salıb ki, elə bilirik qadın yox, kişiyik. Qadınlar gülüşdülər. -Ay Qızbacı, sən də başlama… Dayan görək yoldaş Gülbacı nə deyir. Bu su məsələsini necə həll edir. Gülbacı sözə başladı: -, Hamınıza məlum olduğu kimi, suyu yamacdan, təpənin yüksək nöqtəsindən gətirəcəyik. Qızbacı dilini saxlaya bilmədi: -Bə nə?! Kim dedi ki, suyu yoxuşdan yamaca aparacağıq? Söz danışdın da… Hamı güldü. Gülbacını da gülmək tutdu. -Sözümün canı var. Suyu gətirmək üçün bizim sərəncamımızda tələb olunan material yoxdur. Öz gücümüzdən istifadə etməli olacağıq. Yəni yamacdan yoxuşa arx çəkəcəyik. Bu işi başa çatdıra bilsək, su problemindən yaxamız qurtaracaq. Validə dilləndi: -Hər gün su daşımaqdan yorulub əldən düşmüşük. Bunun yayı var, qışı var. Qışda yamacdan yu daşımaq bir görün nə deməkdir! Gülbacı sözünə davam etdi: -Amma arx elə qazılmalıdır ki, sonradan bizə problem yaratmasın. Su necə gəldi çəkilə bilməz. Qazıntı işlərini biz özümüz aparacağıq. -Yəni deyirsən ki, marşrutu müəyyənləşdirməliyik? Bunu Südabə dedi. -Doğrun buyurursunuz. Yaxşı düşünüb-daşınmadan arxı qazsaq, başımız ağrıyacaq. Səhvə yol verilsd, arx tutula bilər. Onda işimiz-gücümüz arxı təmizləmək olar. Bunun da xeyrindən çox ziyanı olar. Bunu da Təranə dedi. Gülbacı sözə başladı: -Ona görə yaxşı bir mühəndisə ehtiyacımız var. Yeri-yerdən dilləndilər: -Bu hay-hayda mühəndisi haradan tapaq? Mühəndislər cəbhədə Hitlerlə vuruşur. Ona quyu qazırlar. Gülbacı dedi: -Mühəndis tapmışam. Buralardadır. Qadınlar ətrafa boylandılar. Mühəndis nə gəzirdi. Afət üz-gözünü turşutdu: -Gülbacı, heç zarafatın yeridir? Gülbacı bir az aralıda otlayan uzunqulağı göstərərək: -Mühəndisimiz o uzunqulaq olacaq, – dedi. -Dolamısan bizi? Bunu Zərnigar dedi. Gülbacı ciddi: -Zarafat etmirəm, – dedi. -O ağacın budağına bir xurcun aşırmışam. Xurcunun cibləri ağ daşla doludur. Uzunqulaq dağ yamacımdakı suyun mənbəyinə ən münasib yolla gedəcək. Əlverişli yolla mənzil başına çata bilmək uzunqulaqlarda adət halını alıb. Bu sahədə əvəzləri yoxdur. Ən əlverişli yolu seçirlər. İnanın. O irəlilədikcə xurcundakı ağ daşlardan yola atacaq, iz qoyacağıq. Deməli, uzunqulaq hansı istiqamətdə hərəkət edəcəksə, arx həmin yol boyu qazılacaq. Belə də oldu. Uzunqulaq ən əlverişli marşrutu müəyyənləşdirə bildi. Hamı onun mühəndislik qabiliyyətinə heyran oldu. Arx qazıldı. Kəndə su çəkildi. Bakı şəhəri, 30 yanvar 2024-cü il
…Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək “Ulduz”da hamı biləydi ki, Fərqanə iş başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə “Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək olurdu, səhər yeməyini Əhmədlidə, günorta yeməyini Salyanda, axşamı Gədəbəydə yeyən Fərqanənin həyatı civə kimi qaynayırdı… Xəbəri eşidən kimi mənə zəng vurdu, bacın ölsün, dedi. Öldü, dedim. İki gün sonra yenidən o idi, yas yerini soruşurdu, izah elədim. Məlum oldu ki, Fərqanə ayrı yasa gedib, orda ağlayıb, başsağlığı verib, pul da yazdırıb çıxanda… məni xəbər alıb – orda kimdi Qulu Ağsəs tanıyan?! Arxasınca maşın yolladım, Fərqanə yas yerinə girəndə üzündə günahqarışıq təbəssüm vardı…
Üstündən bir neçə ay ötməmiş özü o lənətəgəlmiş xəstəliyə yoluxdu, hər gün eyni sualı eşidirdim: “Bacın xərçəngə nə qədər tab gətirdi?” Hər gün onu inandırırdım ki, ondakı başqa şişdi, birtəhər qulağını doldurub İrana yolladıq, Təbrizdə əməliyyatı uğurlu alındı, ora gedib-gəldikcə oxucuları da artmağa başladı, hamı Fərqanəni evinə qonaq çağırırdı, kitabını da çıxardılar İranda, beləcə, Fərqanə yenə əvvəlki Fərqanə oldu: deyən, gülən, tədbirlər bəzəyi, ayaqqabısı ütülü, şeir qazanı dəmdə… Və bu dəmdə… korrektorumuz Rəfiqə xanım o lənətəgəlmiş xəstəliyə düçar oldu, tez də dünyasını dəyişdi… O vaxtdan Fərqanənin həyatı, ümidləri alt-üst oldu, oturub-durub özünə ölüm arzuladı, feysdəki statusları qara geydi, bir əlini bu dünyadan üzüb, o birini o dünyaya uzatdı. Yenə həkimlər, yenə diaqnostika, yenə Bakı-Təbriz yolları… Epikrizlərini mənə oxudurdu: “Gör burda nə yazılıb?..” “Doxsan il ömür!” “And iç, elə yazılıb?” “And içirəm!” “Sənə inanıram!” “İnan!” “Oğlumun toyunu görəcəm?” “Əlbəttə!” “And iç, elə yazılıb?” “And içirəm!” “Dəqiq oxudun?” “Dəqiq!” “Sənə inanıram!” “İnan!”
…Nə yaxşı ki, epikrizdə bir şey düz yazılıbmış: oğlunun toyunu görə bildi Fərqanə!.. Amma tək onu yox: nəvə sevgisini, oxucu rəğbətini, daha nələri, nələri! “Payızın yanında gözlərsən məni” kitabını mən redaktə eləmişdim, hər dəfə poçtuma bir şeir yollayırdı, kitabın adı üstündə neçə kərə çək-çevir oldu, axırda razılaşdı, təqdimatda uşaq kimi sevinirdi – hamı gəlmişdı deyə; Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da! Feysdə hamıya ürək şəkli qoyurdu – dost, düşmən bilmədən, bir yol hətta əleyhinə yazılan statusu da bəyənmişdi, bunu özü danışanda gülməkdən gözləri yaşarırdı. Mən işə getməyəndə votsapa mesaj yazırdı: “Töhmət alırsan!” Bu, o deməkdi ki, nigaranıq səndən, ona görə çəkilişə gedəndə mütləq Fərqanəyə xəbər eləyirdim, o da işdəkilərə: “Bu gün baş redaktora özüm icazə vermişəm!” “Ulduz”da qonaqlıq olanda Fərqanənin yeri başqaydı və başdaydı: şeir desin, oxusun, oynasın, amma yeməklə arası geniydi. Kefinin kök vaxtında qəfil halı pisləşərdi, “Doxsan!” deməyimlə rəngi üstünə gələr, təzədən həmin adam olardı. Yeddi il xərçənglə doyüşdü, yeddi günə təslim oldu… Şeirləri qalacaq, balaları, nəvələri onun xatirəsini yaşadacaq, biz də əlimizdən gələni edəcəyik. “Ulduz”un may sayını Fərqanənin şeirləri ilə açırıq, Fərqanəylə açılası hələ çox sabahlar var. İşdə yerinə adam götürmədik. O öz yerini özüylə apardı…