www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

65 YAŞINI BU GÜN QEYD EDƏN DAYANDUR SEVGİNİN POEPORTRETİNDƏN CİZGİLƏR – Qurban BAYRAMOV

Boyuna sevgi biçilən şair – DAYANDUR SEVGİN

Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) 65 yaşını yola salır… Dayandur Sevgin bu yaşa əliboş gəlməyib, o, “Boyuma biçildi dərd” (2000), “Mən bilmirəm ayrılmağın yolunu” (2003), “Əllidən o yana yollar yoxuşdur” (2009), “Xoş gəldin 55 yaşım” (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar, 2014), “İkinci addım” (2019) adlı kitabların müəllifidir…

Dayandur Sevgin adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz!! Onu Azərbaycan Yazıçılar Birliyinin (AYB) “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şeirə verən şair” də, adlandırırlar və elə də var…

Bütün bunlar onun torpaq – Vətən oğlu olmağından irəli gəlir… 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəndinin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb… Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənddən-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib…

Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…

“Dayandur Sevginə təşəkkür düşür” – misrası onun tale misralarından biridir. Əslində düz deyilib, bizim hamımızın müxtəlif məqamlarda ona təşəkkürümüz düşüb və düşür… Dayandur Sevgin təpədən-dırnağa azərbaycanlıdır, azərbaycançıdır. Buna sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcə “Azərbaycan bayrağı” şeiridir:

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

…Könlümdə göyərəni Qarabağda bitirsin,

Dalğalansın, arzumu Savalana yetirsin,

Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,

Düşmənlərin köksünü oda yaxan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azərbaycan bayrağına bir-birindən dəyərli, gözəl, vüqar hissi doğuran şeirlər yazılıb… Bu silsilə arasında Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirinin öz məkanı, öz məqamı var… Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər misrasında müəllifin doyumsuz duyğusu, doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi, vüqarı duyulur. Bu şeir dərsliklərə düşməyə layiq şeirdir. Ümumiyyətlə, Vətən, Millət və bu kimi keçmişə söykənən mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılığının, mənəviyyatının, lirik “mən”inin əsas qayəsini, ana xəttini təşkil edir. Onun poetik dünyasının dolanbaclarını gəzdikcə görürük ki, bu axar-baxar boyunca bizim özümüzün fikir və düşüncələrimiz, gündəlik qayğılarımız, sevgilərimiz, istək və arzularımız, bugünümüzüm özü sərgilənir.

Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun yaradıcılığını belə səciyyələndirir: “Dünəni, keçmişi və bu günü şeirlərində yaşadan şair… Səmimi şair… Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair… Dayandur Sevgin öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən”.

Sona Vəliyevanın, Qəşəm Nəcəfzadənin, İsa Kayacanın, Fariz Çobanoğlunun və başqa qələm dostlarımızın da Dayandur Sevgin haqqında, onun poeziyası barədə maraqlı fikirləri var.

Və bu fikirləri birləşdirən ən vacib xətt budur ki, o, vətənpərvər şairdir, xalqını, yurdunu, el-obasını sevir və şeirlərində də bunun inikasını görürük. Məsələ bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim səmimiyyət dolu duyğular elə bil bizim öz içimizdən axıb gələnlərdir, şeirin ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir ki, oxucunu özünə ahənrüba kimi cəzb edir… Və “Keçir” qoşmasında olduğu kimi və bu bəndlərdəki sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən kardioqramıdır:

Yolun gözlədiyim baharın, yazın,

Dolanıb yüz ilin qışından keçir.

Dərdindən Məcnuna döndüyüm qızın,

Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,

Mənə doğmalaşıb dərd qardaş kimi,

Başımın üstündən sevinc quş kimi,

Kədər gözlərimin yaşından keçir.

İlahi, tək sənsən, tək sən, əlacım,

Səndən qeyri kimim var ki, əl açım,

Bir tikə çörəyim, nəfim, qazancım,

Dağların çınqıllı daşından keçir.

Dayandurun bu şeirindən bir şah misra keçir və bu misra onun şair şəxsiyyətinin kredosudur: “Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir…” Bu misranın şöləsində şairin “qəmi, kədəri” major nota köklənir, qürura çevrilir.

Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Dayandur Sevgin “Ali Baş Komandanım” şeirində Vətən savaşı günlərində yaşadığı həyəcanları, qəlbindən keçən arzuları, Zəfər diləyini poetik dillə ifadə edib:

Mənim doğma yurdumda bu hayların nə işi,

İçimdəki bu dərdlə haçanacan utanım?

Dönüm sənin başına, dayandırma atəşi,

Şərəfi olmayanla sülh olmaz, Komandanım!

Ürəklərdə nalədi, qulaqlarda top səsi,

Qaramat zindan idi azad olan ruhumuz.

İndi-indi düzəlir belimizin əyrisi,

İçimizdə boy verib dikəlir qürurumuz.

Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini dərk edən qələm sahibidir və bütün yaradıcılığı boyu, ən azı, bu çağa qədər buna əməl edib. Nizami Gəncəviyə həsr etdiyi şeirindəki bu misaralara – “Minbir sınaq eylə, yüz çək şairi, Əyməz hər imtahan, hər yük şairi…” olduğu qədərincə şeirin, sənətin yükünün ağırlığını bilən şairdir o. Mənə elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımağı bacarır və bunu Tanrının istəyinə, qüdrətinə bağlayır:

Vaxt öldürmə, qədrini bil hər anın,

Olmayacaq nə şöhrətin, nə şanın.

Halal yolla uğur tapan insanın

Tanrı adda çiynində bir əl olur.

Dayandur bir şeirində elani-ərz edir ki, “Mən dərd padişahıyam!”, amma “Gündə çəkilirəm dara, görmürsən?” Qeyri-adi obrazdır. Klassik kəlamlar və müasir deyim tərzi var burada. Dayandurun poeziyasında aforizm səviyyəsində bu cür yeniliklər, klassik kəlamlara təzə həyat vermək bacarığı yetərincədir…

Müdiriklik, əqidəyə, haqqa, ədalətə bağlılıq onun şeirinin ümdə atributlarındandır. Tanrıya xitab etdiyi bu şeirindəki kimi:

Tanrım hara gedim, hara dalınca,

Düşürəm getdikcə dara dalınca,

Qara göndərirsən, qara dalınca,

Bircə yol demirsən: “Baxt verim sənə”.

Dayandur öz yaradıcılıq nəslinin taleyini belə xarakterizə edir və burada haqlı məqamlar var: “Bilirsiniz, bizim nəsli – 80-ci illərin ədəbi nəslini bir az bəxti gətirməyən nəsil hesab etmək olar. Bu nəsil bir sıra problemlərlə üzləşdi. Yaradıclığımızın əsas dövrü müharibə illərinə, ölkəmizin problemlərinin artdığı bir dövrə təsadüf etdi və bütün bunların nəticəsində bizim nəsil çox şey itirdi. Bir də baxıb gördük ki, artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən olan tənqidçilər də bizdən yazmadılar. Onlar da bizdən əvvəlki və sonrakı nəsillərdən yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi sayıla bilər”. Haqlı gileydir və anlaşılan məsələdir.

Bütün bunlar bir yana, gerçək budur ki, şair kimi də, insan kimi də Dayandur Sevgin hamıya doğmadır. Onun bir şeirindəki bu misra xəyalımın səmasında qəfil şimşək təkin çaxır: “Dayandur, şeir də dövlətdi, vardı!” Bəli, Dayandur Sevgin şeirinə belə yanaşıb, şeiri belə qəbul edib. Onun varı, dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti şeirdir, poeziyadır. O, sevgi şairidir, sevgi dolu ürək daşıyan şairdir, belədir ki, deyir: “Əllərin üzündə qalar, İlahi, Adam gözlərilə baxsan rəngimə”. Və arxasınca İlahidən bu təmənnada bulunur:

Sən bizi sevgidən yaratdın axı,

Ən ülvi sevgilər adından çıxıb.

Tanrın bu gözələ hər şey vermisən,

Bircə ürək vermək yadından çıxıb.

Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailənin qarşısında məsuliyyət hissini bütün qapsamıyla dərk etmək, paklaşmaq üçün dəyərli məqamdır. Onun xarakteri, düşüncəsi, rəftarı buna münbit zəmin yaradır. Söhbətlərində də, yazdıqlarında da Dayandurun yalnız özü var. Canıyananlıq, sadəlik, səmimiyyət, nəciblik onun gündəlik həyat tərzidir. Onu tanıyanların hamısı Dayandurdan “torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan” bir insan kimi söz açır. Çünki Dayandur həm sözə, poeziyaya, həm də əmələ, kişiliyə, mərdliyə könül vermiş insandır. Təsadüfi deyil ki, o, irfani şeirlər yazır, irfan düşüncəsinin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Nədən söz açırsa, insaniyyətlə, saflıqla, sevgi ilə süsləyir. Bir vaxt “Söz sorağında” adlı ədəbi birlik yaratmış Dayandur, bu gün də, üz-üzə dayandığı 65 yaşında da xas sözün, xoş sözün axtarışında, sorağındadır. Bu axtarışda Dayandur Sevginə yeni uğurlar, parlaq tapıntılar diləyir, “65 yaşın mübarək olsun və yeni yubileylərində görüşək!” deyirəm.

İlkin mənbə: Boyuna sevgi biçilən şair – Qurban Bayramov yazır


Qurban BAYRAMOV
,

tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


DAYANDUR SEVGİNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VAQİF OSMANLI – HƏSRƏT ACISINDAN ZƏFƏR ŞİRİNLİYİNƏ

Rəfail TAĞIZADƏ“Qarabağ – Həsrətdən Zəfərə”

HƏSRƏT ACISINDAN ZƏFƏR ŞİRİNLİYİNƏ

Qarabağın həsrətindən zəfərinə doğru uzun, ancaq incə olmayan yolun uzunluğunun ölçü vahidi, nə yaxşı ki metrlərlə deyilmiş. Metrlərlə olsaydı, orta və ahıl yaşlı zəfər təşnəlilərin zəfər sevincini dadmağa ömürləri çatmazdı. Qarabağ həsrətimizin zəfər vüsalına doğru yolu bir qərinədən uzun oldu. Təqribən orta insan ömrünün tən yarısı. Qarabağla qovuşmamızın ölçü vahidi qərinə imiş. Nə yaxşı ki, bir neçə yox, bir qərinə.

Qarşımda qaralı-qırmızılı bir kitab var: “Qarabağ – həsrətdən zəfərə”. Kitabın üzünə baxan kimi düşündüm: “Ey müdrik Məmməd Araz, sən doğrudan da dahisən. Özünlə oynadığın şahmata görə”.

Müdrik xalqımız da 35 il şahmat oynadı. Ancaq özüylə yox, Qərbin havadarlıq etdiyi xain, bədxah, başıboş düşmənlə. Rəqibimizə çoxgedişli kombinasiyalar öyrədənlər, əlindən yapışıb zəif füqurları irəli-geri itələyənlər çox oldu. Ancaq… Haqq nazilər, üzülməz. Bu da dədə-babalarımızın inamıydı. Onların inamı qalib gəldi.

Qüvvələr nisbəti qeyri-bərabər olan qanlı-qadalı şahmat oyununun nəticəsini qazi şair, publisist, tərcüməçi Rəfail Tağızadə müəllifi olduğu “Qarabağ – həsrətdən zəfərə” kitabının üz qapağındakı şəkillə və içərisindəki publisistik yazılarla, esselərlə, müxtəlif zamanlarda yazdığı şeirlərlə bizə bəyan edir. “Qarabağ – həsrətdən zəfərə” sözlərinin altında hiyləgər düşmənin şahı kəlləmayallaq qalıb, yox, təkcə mat olmayıb, ölüb.

Bəs kitabın içindəkilər bizə hansı ismarışları ötürür? Burada hıçqırtı da var, haray da, zəfər “URA!”sı da. “Sahibsizlik dərdi” də, “Həsrət yolçusu”nun nisgili də, “Ağdamsızlıq” da, “qəbri bölünən qardaş”ın “qıç başdaşı”nın sahibinin yolunu intizarla gözləməyi də var, analara gözaydınlığı da, “əsgərə məktub” da, “sevinc nəşəsi” də, “bizi qaytaran yollar”la gedib “Şuşada yaşananlar” da. Rəfail Tağızadə “qara-qırmızı” 35 ili bir kitaba sığışdırıb hərb tarixi yaradıb.

Bu Vətən sevdalısı qanlı-qadalı yoldan keçən yolçuya – doğmayamı, yadamı ilahi xahiş edir: “Yolçu mənə quş göndər, dimdiyində torpağım”. Bu torpaq həsrətinin kulminasiya nöqtəsidir. Bir quş dimdiyi torpağın qüdrətini, ətrini, dəyərini onun yolunda canını qoyanlardan yaxşı kim bilər? Belələrindən Vətən darda olanda “başqa sevgi gözləmək” mümkün deyil.

Və nəhayət zəfərin də zirvəsinə qalxdıq. Bundan uca duyğu, sevinc, qürur, başıucalıq, üzüağlıq tanımıram. Mən bu hisslərlə yaşadımsa, görün Rəfail müəllimin hisslərinin ölçüsü, biçisi, dərəcəsi hansı miqyasda olub. O, hətta neçə-neçə illərdi narahat idi ki, “görən kötüklər bizi öz kölgəsinə qoyacaqmı, sönmüş ocaqları kim yandıracaq?”

Bəli, müharibənin hər üzünü görən qazı şair bilirdi ki, qarşımızdakı qəvi düşmən kəmfürsətdi, yurd yerlərimizdə daşın daş üstündə qalmasına, həyətlərdəki məsum qızılgüllərin açılmasına, ətir yaymasına imkan verə bilməzdi. Həyətlərindəki doqquz qoz ağacının nəinki uca boyuna, heç kötüklərinin belə qalmasına inanmasa da, onların xəyali kölgəsinə bir doğması kimi sığınmaqla evin, bağ-bağatın ətrini alacağı, ilahi təsəlli tapacağı günə inanırdı. Elə hey düşünürdü, görəsən doqquz kötük də düşmənin tamahına tuş gəlibmi?

“Qarabağın Xirosiması”nın payızına, qışına bahar gəldi, yurd yerləri daha xəzan görməyəcək. Rəfail Tağızadə yeni bahar yaşayır – Qarabağ baharını. Bir qönçədə ümid görmək, yaşam eşqi yaşamaq! Hətta həsrətli yurdda “qanad çalan quş da, yarısökük divarda oxuyan bayquş” da (əlbəttə oxuyan, ulayan yox, bayquş da bilir ki, o yerlər abadlaşacaq, laləzara çevriləcək, ona görə oxuyur) artıq yaşam stimuludur.

Nə gördün, söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
Qəbirdə olanlarım?

Önəmlisi doğmaların addım səsləridir. Torpaq bir qərinəlik həsrəti çiynindən atıb ayağa qalxır. Elə əzizlərinin yolunu gözləyən qəbirlər də.

“Qarabağ – həsrətdən zəfərə” “Qarabağ ağrısı”, “Qarabağ dərdim”iz, “Torpaq sevgimiz ilə başlayır, “Yaralı azadlıq”la, “Yoxluğa yazılan məktublar”la, “Kimsəsiz evlər”lə davam edir, “Şuşa zirvəsi”, “Kəlbəcər ucalığı”, “Zəfər günü”, “Son kadans”la (musiqidə tamamlama) yekunlaşır. Hələlik yekunlaşır, “məğlub adı üstündən götürülmüşlərin” ürəkləri doludu, hələ “sevinc nəşəsi”ndən, Qələbə şirinliyindən cild-cild əsərlər yazılacaq.

Rəfail Tağızadə hisslərini birər-birər, ardıcıllıqla, lap elə durna qatarı nizamı ilə çözür. Bu hərb salnaməsi utanc tariximiz – “Tarixə çevrilən 8 may”dan 8 noyabra qədər uzanan Vətən tariximizdi. Bir ucu zülmət, həsrət, itki, qan-qada, o biri ucu işıq, azadlıq, bütövlük, qələbə, zəfər tariximiz. Əks qütblü uzun yolun işıqlı ucundakıları görmək bizim üçün taleyin ərmağanıdı. Biz bunu görmək üçün yaşadıq. Bizi başıaşağı yaşamaq əzabından “məğrur ordumuz” xilas etdi. “Sabahı gözəl Şuşamız”a yollar açıldı, “Ağdamsızlıq”dan, “Ağdam – varlığın yoxluq səhnəsi”ndən Ağdamın və başqa Vətən torpaqlarımızın varlıq səhnəsinə gedib çata bildik. Nə olsun ki, varlıq səhnəsində gördüklərimiz, tamaşa etdiklərimiz bizi məyus etdi. Torpağı Vətən etmək ulu Türkün alın yazısıdır. Biz Qarabağda daha uca, gözoxşayan “İmarət”lər tikəcəyik.

“Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur. Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu, özünəqayıdışdır. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu “mən”, hərbdə cərgədə qışqırdığın “Mən!”dən daha uca və əzəmətli səslənir”.

Bu, ana torpağın insana verdiyi qüvvətdir, inamdır, qüdrətdir!

“Qarabağ – həsrətdən zəfərə” kitabının bir özəlliyi də odur ki, müəllif uzun illər yaşadığı hisslərini nəsrlə başlayıb, şeirlə möhkəmləndirib yaddaşlara həkk edir. Nəsrlə poeziyanı əkizləşdirir, hətta Siam əkizləri kimi bir can edir. Sözün həmrəyliyi ilə Vətən, torpaq sevgimizi artırır, dəyərlərimizə sahib çıxmağı, “Qara-qırmızı Xocalı” yaramıza məlhəm qoymağı öyrədir, “Kəlbəcər ucalığı”na səsləyir. Anladır ki, Vətənsiz yaşamaq yaşamaq deyil.

Özünəqayıdışımız başlandı. Sevgimizin, inamımızın, ruhumuzun özünəqayıdışı. Bu gün nigaran ruhlar da sevinir.

Bu kitabın qəhrəmanları yazıçı təxəyyülünün, fantaziyasının yaratdığı insanlar deyil. Bir vaxtlar – keçən yüzilliyin 90-cı illərində qaçqın şəhərciklərində “vaqonun altından asılan beşiklər”də böyüyən Vətən oğullarıdır – “başqaları üçün yaşayanların – saçında Vətən yuxuları gizlənən” Hacı Əkbər Rüstəmovun, “payız taleli” şəhid mayor Vitali Salamovun, “Qəbri də Vətəni kimi iki yerə bölünən” Etimad Əsədovun, “Kod adı Rey” Rey Kərimoğlunun, birinci Qarabağ Müharibəsinin şəhid və qazilərinin müqəddəs yolunun davamçıları.

“Yoxluqda var olan şəhərim”də – Ağdamda Rəfail Tağızadənin duyğularının dadı bir başqadı – dadlılıqla dadsızlıq arasındadır:

“Ağdama baxdıqca, ətrafa əl uzatdıqca ancaq “…vardı” deyirsən. Yoxluğun içində varlıq axtararaq.

Dağılan otaqların içində xırda ağaclar, kollar bitib. Yəqin, adamları əvəz edən yaşıllığın boy atması bu evlərin, otaqların boş qalmaması, burda mütləq yaşayış olacağı anlamındadır. Yaşayışa nişanədir”…

Düşünürəm… Ağaclar, körpə pöhrələr insanlardan vəfalıdır. Özünün həyat mənbəyini heç vaxt yalqız qoymur. Düşməndən qorxmur. Doğmalarına yeni, təmiz hava, nəfəs vermək üçün həyatdan küsmədən, yalqızlıqdan bezmədən yaşayır ki, doğmaları qayıdanda – torpağı Vətən edəndə onlara yeni həyat versin. Qazi şairin təbiriylə desək, “əsas var olan Torpaqdır”.

2022-ci ilin iyulunda “Şuşada yaşananlar” da qəribə və qərib duyğulardı:

“Qayası barıt qoxulu, evləri xatirə yuxulu, səması ağ buludlu, gözü Ağdamda olan” Şuşada yaşanan qeyri-müəyyənliklə müəyyənlik, naməlumluqla məlumluq arasında vurnuxan düşüncələr heç bir il keçməmiş müsbətə doğru dəyişdi. Şuşa qoynuna doğmalarını çağırdı, barıt qoxulu şəhər yenidən poeziyalı, muğamlı, Xarıbülbül ətirli “Qarabağ incisi”nə çevrildi.

Şuşanın “sabahını gözəl” görən Rəfail müəllim, əlbəttə yanılmayıb. Son 2-3 il buna sübutdur. Şuşanın bu gün “sükutlu gecələri” də muğam, poeziya kökünə köklənib. Zirvələrdəki qartallar Cıdır düzündəki zəngulələrə, şeir məclislərinə səs verir. Üzeyir bəy, Xan qızı Natəvan, Bülbül Şuşaya qayıdıb. Natəvanın gözü yoldaydı. Daha “qoyubdur intizarda, neçin gəlməz, neçin gəlməz” yazmayacaq. Xan qızının yarasını Zəfər sağaltdı.

“Zirvə gözəldir. Adamı özü kimi dikəldir. Özünəinamını artırır. Zirvənin səninki olması sənə əlavə güc verir. Bəlkə də bunun adı məğrurluqdur.

Qalxa-qalxa ordan aşağılara baxırsan. Özgələr ayaq altında, səninkilər əl çatan qədər yaxın”.

Bu hisslərlə yaşamaq, “Şuşa zirvəsi”nə ucalmaq varmış taleyimizdə.

Uzun, intizarlı, ağrılı həsrətdən Zəfərə yolun qürur dayanacağı – Zəfər günü. Həsrətin dadını “bəsdir” deyincə daddıq. Zəfərin dadı isə hər an şirinləşir. Qələbə şirinliyini bizə bəxş edənlər heç vaxt unudulmayacaq. Unutmağa haqqımız da yoxdur.

“Şəhidlər qanlarıyla, Qazilər əzalarıyla, mübarizliyi ilə qazandılar bu Zəfəri.

Bu Zəfər Günündə şəhidlərin büküldüyü bayraqları başımız üstündə dalğalandıran, şəhidlərin sevinən, şad olan ruhlarıdı. Yoxsa bayraq belə möhtəşəm, sevinərək dalğalanmazdı”.

“Qarabağ – həsrətdən zəfərə” Rəfail Tağızadənin “ürəyinin qanıyla yazılmış” (Adil Mirseyid) növbəti “Qarabağnamə”sidir. Qazı şair üçün Qarabağ onu “harda olsa Ana kimi qoynuna çəkən torpaqdı, ciyərlərinin süzgəcsiz sorub qəbul etdiyi havadı”. Gecələr onu darıxmağa qoymayan “gecə xəyalları”dır, ulduzlu, əsrarəngiz səmadı, hərdən dərdlərimizə dözməyib bizə qoşulan, göz yaşları tökən kövrək buludlardı.

Neçə illərdi şair təxəyyülü “Bakı-Ağdam-Xankəndi” xəyal qatarıyla yollarda idi. “Nə yayı yay, nə qışı qış çadır şəhərciyində günahsız uşaqların baxışları”, qaçqın şəhərciyinin qara atributları – “yükünü sürüyüb apara bilməyən bəxtsiz dəmir, taxta vaqonlarda ömrə yazılmayan ömür artıran bəxtsiz adamlar”ın taleyinə düşən qara günlər uzandıqca uzandı.

Vaqonun altında böyüyən uşaq,
mənzilə çatmayan vaqon nədi ki,
sən ondan sallaşıb hələ yatırsan.
Gedə bilmədiyin yurd yerinə sən,
şirin röyalarda gedib çatırsan.

Yaman günün ömrü az olar, deyiblər. Bu “az” bir şəhid ömründən çox çəkdi. Gün o gün gəldi ki, başımız dikəldi. Üzümüzün qaralığını Vətən oğulları təmizlədi. Əsir torpaqlarımızın qapıları açıldı. Şəhid ruhlarının, qazilərin qarşısında baş əydik. Bu Zəfər qazilərin yaralarına məlhəm oldu. Vətənin, anaların zəfər sevincini gördük, artıq bütövük, qalibik. Rəfail müəllim demişkən, artıq məğlub məmləkətin vətəndaşı deyilik.

El-obalarımızda toy-düyün başlayıb. Həm də qeyri-adi qazi toyları. İndi ürəyimizi qazi toyları sızladır. Həyatın bu üzü də varmış. Amansız müharibə izləri. Bunu ancaq onu duyanlar belə yaza bilər. Bu ovqata köklənmək asan olmasa da, bu günümüzün həqiqətləridir. Həqiqətin üzü bütün halıyla bizi yaşamağa öyrədir. Əslində “ovqat” sözü müsbət assosiasiya yaradır. Ancaq “Qazi toyu”ndakı ovqata “müsbət” etiketi yapışdıra bilmədim.

Bu qazi toyunda, bu ər toyunda,
yerində oynayan süzənindən çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən çox.
Bu qazi toyunda, bu ər toyunda,
tək əl ovcun döyür çəpik yerinə,
çəliklər səs salır təpik yerinə.
Qazilər oynayır, qazilər indi –
başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar balağı….
…Dolaşan ruhlar da oynayır bu gün,
itən arzular da oynayır bu gün,
bu qazi toyunda, bu ər toyunda…

Nə vaxtsa Rəfail müəllimin yaradıcılığı haqqında düşüncələrimdə qeyd etmişdim ki, ağırdı, çox ağırdı ağrıları yazmaq. Doğrudan da elədi. Təvəzökarlıqdan uzaq zənn eləməyin məni, “Qarabağ – həsrətdən zəfərə” hərb salnaməsini oxuyandan sonra özüm öz fikrimi tam təsdiqləyirəm. Çox-çox ağırdı. Xüsusilə Vətən, torpaq, xalqın ağrılarını yazmaq. Vətən havasından “Ağdamın iyi gəldiyini” hiss edəsən, ancaq onu doyunca uda biməyəsən. Çəkiləsi dərd deyil. Ancaq neyləyəsən? Çəkməlisən. Sən çəkməsən, kim çəkəcək? Vətən kimlərindi? Ağrısını, dərdini duyanın. Ürəyin atlana-atlana doğma yurda gedəsən. Görəsən ki, ora 1945-ci ilin Xirosimasıdı, “mina xəritəsi”di. Ancaq nə edəsən? Onun qara günlərinin də havasını ciyərlərimiz qəbul etməlidir.

O hissləri, ağrıları yaşamalısan, yazmalısan, tarixin bir səhifəsinə çevirməlisən, nə fərqi ki, kədərli tarixdir, yoxsa qürurlu. Tarix bizim tariximizdir. Hər ikisi taleyimizdi. Taledən qaçmaq olmur.

Tale insanlara elə sürprizlər göndərir ki… “Özü qaçqın qəbiristanlığında, qıçı Qarabağda”. “Qıç başdaşı” var, torpağı kimi qəbri bölünən qardaş”ın – Vətənin baş qazisi Etimad Əsədovun. O, Vətənin Qarabağ zəfərini yaşamağa layiq Vətən oğluydu. Rəfail Tağızadənin “Qıç başdaşı” şeiri 11 misralıq kiçik kədər hekayəti deyil, nəhəng ağrı heykəlidi.

“Qarabağ – həsrətdən zəfərə” səngər və zəfər nəğmələridi. Bu kitabı yazmaq həm də niyə çətindi? Həsrətdən zəfərə köklənməlisən, birdən-birə 180 dərəcə dəyişməlisən? Bu, əlbəttə, dönüklük deyil. Vətənin kədərini və sevicini yaşamaq üçün dəyişmək əsl vətəndaşlıqı…

“Vətən sevdalıları”nın Vətən, torpaq, xalq sevgisini yaradan tükənməz verib.

“Hər şey sevgidən doğur”, qazi şair…

“Azərbaycanın İsveçrəsi” sayılan Kəlbəcərə çatıb ordan o yana – köhnə dədə-baba yurdlarımıza yeni baxışla, yeni düşüncəylə baxacağıq”…

Nəhayət yeni baxışın, yeni düşüncənin də vaxtı çatdı…

Yanvar 2024

MÜƏLLİF: VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gündəlik yazmaq haqqında Ustad tövsiyəsi – Ruzinamə

Siz “gündəlik” yazırsız? Yox? Niyə? Nə üçün?

Bir neçə gündür (əslində bir neçə aydır) gündəliklərimi qaydaya salmaqla məşğulam. Konkret həcmini deməyə çətinlik çəkirəm. Hər halda bir neçə oncilddən ibarətdir. Bu “səliqə-sahman” işi şərid kimi uzanıb getməkdədir…
…İllərdir gündəlik yazıram. Yazılan gündəliklər (təbii ki, orada heç də hər günün geniş mənzərəsi əks olunmur, bəzən ayda bir dəfə qeydlər aparılır) bir növ insanın gündəlik etirafıdır…
…Gündəlik səni daha çox keçmişə, artıq arxada qalan zamana çəkib aparır. Düzdür, daim keçmişlə yaşamaq yaxşı əlamət deyil. Amma burası var ki, arxaya nəzər salmamaq da yaxşı əlamət deyil. Zaman sürət avtomobili kimi çapıb gedir, di gəl ki, sürücünün bir gözü həmişə arxada olur…
…Zaman-zaman yazdıqlarımın bir çoxunu cırıb atmışam. Səbəb nədir? Zira bəzən mənə elə gəlib ki, gündəliklərdə hamı, yəni yalnız əfkar-ümum üçün gərək olan nəsnələr əks olunmalıdır. Amma sonra baxıb görmüşəm ki, bu fikir də doğru deyil. Bir çox hallarda hamı üçün “hamıyaməxsus” olan hadisələr deyil, məhz şəxsi-fərdi-intim-individual hadisələr daha maraqlı ola bilər və yaxud da olur.
…Yazdıqlarımın hamısını böyük tirajla nəşr etdirmək imkanından məhrumam. Bunun üçün böyük vəsait gərəkdir. Bu səbəbdən bir neçə nüsxə basdırmaqda qərarlıyam. O da şəxsi və ictimai kitabxana üçün…
…Məsləhətim. Çalışın gündəlik qeydlər aparın. Bu, şəxsi həyatınızla da bağlı ola bilər, planetar hadisələrlə də. Gündəlik yazmaq, xüsusən, qələm adamlarına hava-su kimi lazımdır. Bunun bir çox məziyyətlərini (və əziyyətlərini) qoyuram bir kənara, nəzərə alın ki, bizdə memuar ədəbiyyat az qala yox səviyyəsindədir. Yəni bu cür əsərlərin sayı barmaqla hesablanacaq qədər azdır.
İrəli baxın. Amma hərdən geriyə baxmağı da unutmayın. Zaman sürət avtomobili kimi çapıb gedir, di gəl ki, ən mahir sürücünün belə, bir gözü həmişə arxada olur. Elə hər bir normal adamın da…


MənbəFiruz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

(“Sevgi dolu şeirlər” kitabı haqqında)

Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət  “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.

Kitab gözəl insan, əsl ziyalı  bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.

Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara  dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.

 Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı  hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…” 

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

 Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər –  filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər  və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.

Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən  biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və  təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək,  müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.

Filologiya elmləri doktoru, professor  Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi  Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü  tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.

Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.

Zaur Ustac demişkən:  “Sevin ki, seviləsiniz!”

Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):

070-356-71-26(rayonlara poçtla çatdırılma var)

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ: 

  1. azertag.az ( archive.ph )
  2. edebiyyatqazeti.az ( archive.ph )
  3. az.baku-art.com ( archive.ph )
  4. tezadlar.az ( archive.ph )
  5. tehsil.biz ( archive.ph )
  6. xalqcebhesi.az ( archive.ph )
  7. beydemir.ru ( archive.ph )
  8. olaylar.az ( archive.ph )
  9. tehsil365.news ( archive.ph )

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RİZAVN FİKRƏTOĞLU TƏLTİF OLUNDU

RİZAVN FİKRƏTOĞLU TƏLTİF OLUNDU

Fevralın 2-də Milli Kitabxanada gənc yazıçı Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Tədbirdə Əməkdar jurnalist, kitabın redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib. Yazıçı Zaur Ustac bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib. Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər. Gənc yazıçı Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.

MÖVZU İLƏ ƏLAQƏLİ DİGƏR YAZILAR:

Mənbə: Rizvan Fikretoglu

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏNC YAZIÇI RİZVAN FİKRƏTOĞLU “AYAQ SƏSLƏRİ” KİTABINI OXUCULARA TƏQDİM EDİB -FOTOLAR

Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabı

Fevralın 2-də Milli Kitabxanada gənc yazıçı Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Tədbirdə Əməkdar jurnalist, kitabın redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib. Yazıçı Zaur Ustac bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib. Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər. Gənc yazıçı Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib. Tədbirdən fotolar:

Mənbə: Rizvan Fikretoglu

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Mədəniyyət TV”: Gənc yazıçı Rizvan Fikrətoğlu “Ayaq səsləri” kitabını oxuculara təqdim edib.

Fevralın 2-də Milli Kitabxanada gənc yazıçı Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Tədbirdə Əməkdar jurnalist, kitabın redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib. Yazıçı Zaur Ustac bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib. Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər. Gənc yazıçı Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.

Mənbə: “Mədəniyyət TV”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsi yaradılıb.

       Bu günlərdə görkəmli yazıçı Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsi yaradılıb. Səhifə geniş spektrlı olması ilə fərqlənir və xeyli marifləndirici, məlumatlandırıcı  əhəmiyyət daşıyır. Müasir cəmiyyətdə heç bir tərbiyəvi, intellektual, mədəni, elmi dəyəri olmayan materialların, videoların trend olduğu vaxtda belə bir səhifənin yaradılması mədəni mühitimizin hadisəsidir. Natəvan xanımın ədəbi yaradıcılığı, publisistik fəaliyyəti,  ictimai -siyasi, pedaqoji  xidmətləri bu səhifədə öz əksini tapıb. Siyasi, ədəbi, mədəni çəkisi, keyfiyyəti olan bu  səhifənin tanıdılmasına, daha geniş arealda yayılmasına yardımçı olmaq  lazımdır.

    Xatırladırıq ki, Mansurova- Atamoğlanova Natəvan Dəmirçi qızı (Natəvan Dəmirçioğlu) 1963-cü ildə  Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Əvvəl kənd 1 saylı orta məktəbdə ibtidai sinfi, sonra 2 saylı orta məktəbdə yuxarı sinfləri əla qiymətlərlə oxuyub. 1984 – 89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra – 1989-ci ildən  Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində- AzTV QSC- də   kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, direktor müavini işləyib. Hal-hazırda Azərbaycan Beynəlxalq Radiosunda Proqramlar şöbəsinin rəisi vəzifəsində çalışır.

        Natəvan Dəmirçioğlu imzası ilə yazıçı kimi ölkəmizdə və onun hüdudlarından  kənarda tanınır. . “Səbət”, “Yetim”, “Üç nöqtə” povestlərinin, “Avey əfsanəsi”, “Dözüm” və onlarla digər hekayələrin müəllidir. “Kəlağayı” hekayəsi Azərbaycan nəsrində kəlağayı haqqında ilk bədii əsərdir. Bu il  “Açar” romanını böyük müvəffəqiyyətlə tamamlayıb. Roman  “Azərbaycan“ jurnalının 3, 4, 5- inci saylarında dərc olunub. I və II Qarabağ müharibəsini, qaçqın və əsirlərimizin taleyini,  Zəfərimizi,  Ali Baş Komandan obrazını canlandıran bu roman artıq mütəxəsislərin böyük marağına səbəb olub. Bakıda, Moskvada, İstanbulda kitabları çap edilib, Amerikada, Tehranda, Ankarada əsərləri nəşr olunub. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazıçılar sırasında Prezident təqaüdü  alıb, 2010- cu ildə isə yaradıcılıq uğurlarına görə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzası ilə birillik Prezident təqaüdünə layiq görülüb. 2010- cu ildə “İlin qadın yazıçısı” elan olunub. “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında  nəşr olunub. Iki povesti əsasında radiotamaşa hazırlanıb. Baş rollarda Xalq artistləri Əminə Yusifqızı, Əlabbas Qədirov, İlham Təvəkküloğlu, Məhluqə Sadıqova oynadığı tamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.

       Natəvan xanım 40 ildir ki,  ixtisaslı, professional radiojurnalist kimi dövlətimizə, vətənimizə, xalqımıza xidmət edir. 20 ilə yaxındır jurnalistikanın həm də tədrisi ilə məşğuldur.  “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı elmi  dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, filologiya üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Həm də media üzrə ekspertdir. 1995-ci ildən 2020-ci ilə qədər Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycana verilən  verlişlərin şöbə müdiri kimi dövlətimizin Güney siyasətində yaxından iştirak edib, siyasi şərhçi kimi yetkinləşib. Son illər həmin qurumda daha yüksək vəzifə tutaraq fəaliyyətini geniş sferada davam etdirir. Azərbaycan diasporunun təşkilatlanmasında, vətənimizin haqları uğrunda mübarizəsində, azərbaycanlıların dünyada tanıdılmasında yaxından iştirak edir. Milli ideologiyamız olan azərbaycançılıq ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə  aşılamaq üçün yorulmadan, davamlı olaraq çalışmışdır.

        Ailəlidir, iki övladı, dörd  nəvəsi var.

        Natəvan Dəmirçioğlunun bədii yaradıcılığı, publisistik fəaliyyəti, siyasi dünyagörüşü, təfəkkürü, elmi- pedaqoji xidmətləri əhəmiyyətli olub, daim ciddi maraq doğurub. İnanırıq ki, yeni yaranan Yutub (Yootube) səhifəsi də diqqqətinizi çəkəcək.

Natəvan Dəmirçioğlunun Yutub (Yootube) səhifəsinə keçid linki:

>>>>>>>>>> https://www.youtube.com/@NatavanDamircioglu

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoglu – Hamı ölür

HAMI ÖLÜR

Tamarzıyıq dağ suyuna,
Ağzımızin tamı ölür…
Yurdunda bayquş ulayan
Elin arzu-kamı ölür.

Baş tutdu düşmən kələyi,
Səngimir həsrət küləyi,
Perikib uğur mələyi,
Şairin ilhamı ölür…

Qazıb atdılar kökümü,
Kim çəkər kədər yükümü?
Başlanıb yarpaq tökümü, –
Hamı ölür, hamı ölür…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bizim yalnız bir Prezidentimiz var!

Seçim? Bizim yalnız bir Prezidentimiz var! Zəfər qazanan xalqın seçimi…
Ölkəmizin gələcək siyasi və iqtisadi qüdrəti seçkilərin nəticələrindən asılıdır
2024 ölkəmizdə siyasi cəhətdən ən vacib illərdən biridir. Çünki Prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Sevindirici haldır ki, budəfəki seçkilər qalib, ərazi bütövlüyünü bərpa etmiş dövlət olaraq keçiriləcək.
Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edəcək. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.

Müəllif: Gülşən BEHBUD

GÜLŞƏN BEHBUDUN YAZILIRARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru