www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

2 Fevral – Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda tədbir var.

Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında keçirilən hekayə müsabiqəsinin mükafatlandırma mərasimi 2 Fevral – Gənclər günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.

Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.

Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi.

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev,

Səma Quliyeva

3-CÜ YER

Xan Abdulla

2-Cİ YER

Orxan Cuvarlı

1-Cİ YER

Cavid Babayev.

Mükafatçılara tutduqları yerə müvafiq olaraq pul mükafatları, Fəxri Diplomlar və Xalq yazıçısı Anarın imzası ilə kitablar təqdim ediləcək.

Qeyd edək ki, müsabiqənin himayədarı “Azeristeel” MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı və “Şirvan” cəmiyyətidir.

Mükafatlandırma mərasimi saat 14-də başlayacaq.

Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə gənc yazarları stimullaşdıran növbəti müsabiqə isə yaxın günlərdə elan ediləcək. Bu dəfə gənc şairlər Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibətilə şeir müsabiqəsində qüvvələrini sınaya biləcəklər.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac qısa xülasə

ZAUR USTAC XÜLASƏ

Zaur Ustac – Hər gün nəfdir!

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

 www.yazarlar.az 4 Şərh Redaktə et

ZAUR USTAC – HESABAT-2023

 www.yazarlar.az 1 Şərh Redaktə et

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

AZƏRBAYCAN YAZARLARI

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİ

 www.yazarlar.az 2 Şərh Redaktə et

Zaur Ustac – Qaşqayda bir hürü ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Zaur Ustac – Göyçə dustaq, Urmu ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr olunmuş “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.

“Təhsil” nəşriyyatında çıxan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır.

Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır.

Kitab geniş oxucu kütləsinə – filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.

Kitabın redaktoru Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır. Üz qabığında isə rəssam Ədalət Həsənin “Qulu Ağsəsin portreti” əsərindən istifadə edilib.

“Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Amal – Nəyimə lazım?!

NƏYƏ LAZIM

Yalana hey qurban gedir həqiqət,
Astarından ucuz bez, nəyə lazım?!
Ayaqlar altına düşüb, ar, ismət,
Ar-namus bilməyən üz, nəyə lazım?!

Alanmasaq, el dilindən dəyəri,
Sevincə bükməsək, qəmi, kədəri,
Ümidlə açmasaq, hər gün səhəri,
Dünənə dikilən göz, nəyə lazım?!

Rüşvətlə mülk salıb, yuva quranlar,
Hər yerdə paklıqdan söhbət salanlar,
Elin alqışından məhrum qalanlar,
Lap sərvət gölündə üz, nəyə lazım?

Seçib-ayırmasaq, yaxşı, yamanı,
İtirsək, qəlblərdə ümid, inamı,
Xoş sözə qalmasa, daha gümanı,
“Qurandan don geyən” söz, nəyə lazım?!

Dost dostundan görsə, əgər xəyanət,
Ayaqlarda sürünməzmi, ədalət?
Bol olsa, süfrədə ruzi-bərəkət,
Haramsa, o çörək, duz, nəyə lazım?!

Elin duasından zaval gələrmi?
Naxələf övladın üzü gülərmi?
Amalın dərdini bölə bilərmi?
Qədirbilməz oğul, qız, nəyə lazım?!
Şəninə min dastan düz, nəyə lazım?!

30.01.2024.

Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ ( Amal)

SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimat mərasimi keçiriləcək.

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Milli Kitabxanasında Rizvan Fikrətoğlunun yeni tərtibatda və dizaynda “Ayaq səsləri” kitabının təqdimat mərasimi keçiriləcək.

Bütün dostlar, ədəbiyyatsevənlər dəvətlidir…

Təqdimat 2 fevral, saat 12:00-da baş tutacaq.

Qeyd: Aşağıdakı votsap qurupu “Ayaq səsləri” kitabının təqdimatında iştirak etmək istəyənlər üçündür. Keçidə daxil olaraq, bizə qatıla bilərsiniz:

https://chat.whatsapp.com/KaBVI0uXxDrKDacxAMpZcl

*GİRİŞ SƏRBƏST

Hörmətlə: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq – Xan yalanı

XAN YALANI

Bir şeyi əvvəlcə oxu, danışsan,
Bir aza da genəş çoxu danışsan.
Çin olar sulara yuxu danışsan,
Qan iyi gəlmirmi qan yalanından.

Gecə saxlayammaz gündüzü heç vaxt,
Bir əyri kəsəmməz min düzü heç vaxt.
Yalan danışmayın dan üzü heç vaxt,
Tanrı agah olur dan yalanından.

Biri gerçək kimi deyir yalanı,
Biri çörək kimi yeyir yalanı.
Dağıtmaz dünyanı şair yalanı,
Dünyanı qoruyun xan yalanından.

15 fevral 2021
Novxanı

Müəllif: İslam Sadıq

Zaur Ustac – Koroğlu

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Koroğlu

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülnarə İsrafil – Şak-şak

Şak-şak

Üşüyür parıltılı baxışların laməkanlığı,
lallığın sovruğunda.
İnsanın gözündən başlayır tanışlıq,
dərdindən qovulur,
səsindən bilinir kimsəsizlik…
Qulağında cırcırama ötüşür,
yuxusuzlayır gecələri.
Sabahın danı, mürgülü
bir çimirlik yol əsnəkliyi.
Gecən xeyirə dayanıqlıq,
sabit doğulur Qaffur zikirlər.
“Müqqətəə” fəslində
bağı qopur doğmalığın.
Lut qövmü kimi sonunu gətirir adamlar,
əsir ayrılıqlar.
Gecənin günortasında şəffaflanır
çəpəkilik
Səhərin dilində sərinləyir sözlüklər,
cəm gedir qaranlıqlar.
Mən bir səhərə,
bir qaranlığa boylanıram
don vurmuşumdan.
Qəlbimin ritm melodiyası şak-şak…

MÜƏLLİF: GÜLNARƏ İSRAFİL

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu – ÇOBANYASTIĞI

ÇOBANYASTIĞI

Axşama qonaqlıq var idi
Beş badə düzmüşdüm Masanın üstünə
Bir mum yandırmışdım
Bir dəstə də çobanyastığı
Almışdım güldana…
Yene gəldi qonaqlarım
Qaş qaralanda,
Göz gözü görməyəndə
Xoruzlar banlayana kimi
oturduq…
Birinci badəni sənsizlik qaldırdı
Sənin şərəfinə içdik
İkinci badəni xəyallara süzdük
Sevdiyin mahnını da qonaq çağırmışdım
Səhərə qədər sağlıq dedi dayanmadan
Şam kimi əriyən ömrümün
Badəsini göz yaşlarımla doldurmuşdum
Çobanyastığı “sevir” deyene qeder
Otağıma həbs edib ləçəklərini
soldurmuşdum…
Son badəni qaldıran olmadı
O axşam masada bir yer boş
Bir badə yiyəsiz qaldı
Sən adlı qonağım gəlmədi
Bu axşamkı qonaqlıqda da üzüm gülmədi…

Müəllif: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Göytürk – Var idi.

VAR İDİ

Güvənməzdik özgəsinə, yada biz,
Öz gücümüz, öz girimiz var idi.
Kəndimizin ortasında sehirli
Ocağımız, bir pirimiz var idi…

Nazik-nazik kəsilərdi əriştə,
İnanardıq bir xeyir var hər işdə,
Oynayardıq, yarışardıq örüşdə,
Kamanımız, öz tirimiz var idi…

Sığınardıq böyüklərin çətrinə,
Dəyməz idik bir kimsənin xətrinə,
Yığışardıq o çörəyin ətrinə,
Bir and yeri — təndirimiz var idi…

Kaş o günlər bir qayıda, gələ də,
Yadımdadır o nehrə də, sələ də,
Damağımda dadı qalıb hələ də,
Dəymiş motal pendirimiz var idi…

Yadımdadır o qurulan xanalar,
Kilim, xalı toxuyardı analar.
Hər çeşnidə, hər naxışda mənalar —
Allı-güllü kəndirimiz var idi…

Sönməyincə su atmazdıq kül, közə,
Nə söz olsa, danışardıq üz-üzə,
Baş qoşmazdıq xırda-para hər sözə,
Təmkinimiz, səbirimiz var idi…

Uzaq idik haram işdən, kələkdən,
Bala-bala kam alardıq fələkdən,
Zaman bizi keçirmişdi ələkdən,
Şadaramız, xəlbirimiz var idi…

Yüz ölçərdik, bir biçərdik hər işi,
Tez dəyişdi bu dünyanın gərdişi.
Şahlar, hanı o çağların vərdişi ?
Hara getdi? Öz yerimiz var idi!

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru