www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub.

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub. İsveçdə yaşayan dəyərli alim, pedaqoq, yazar Səadət Kəriminin təşkilatçılığı və moderatoluğu ilə 20.10.2023-cü il Bakı vaxtı ilə 20:55 -də başlayan online konfrans 21.10.2023-cü il Bakı vaxtı ilə 00:55-ə qədər – düz 4 saat davam etmişdir. Tədbirdə dünyanın dörd bir tərəfində müxtəlif ölkələrdə yaşayan azərbaycanlı aydınlar iştirak ediblər. Konfransda bütün çıxışçılar ancaq ana dilimizdə danışıblar. Konfransın gedişində Mehriban Vəzirin yeni kitabının online təqdimatı olub.

Tədbirdən fotolar:

Tam video material:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Yaqub – Payız üşüyür…

Nə yaman tez gəldi qışın soyuğu,
Yuvası üşüdür qaratoyuğu,
Payız üşüyür…

Bir sərçə sığınıb quru budağa,
Payızın fikrini çəkir deyəsən.
Sünbülotu yerə dikib başını,
Yaza toxumunu əkir deyəsən.
Payız üşüyür…

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür…

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür…

Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür…

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür…

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür…

Müəllif: Musa Yaqub

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Urmu axan göz yaşımdı…

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Salmanqızı. Qadın.

Qadın

Allahın bizlərə əmanətidir,

Cənnəti bizlərə, vəsf edən qadın.

Gülüşü aləmə, işıq saçandır.

Cənnəti bizlərə,vəsf edən qadın.

Baharın ətri var, sənin telində.

Cənnəti bizlərə, vəsf edən qadın.

Bütün bəşəriyyətin, anasısan sən.

Cənnəti bizlərə, vəsf edən qadın.

Günəş tək, hər yerə işıq saçarsan.

Cənnəti bizlərə, vəsf edən qadın.

Ümüdsən, diləksən, fədakar qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Cənnətin əksisən,mələksən qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Səmada ulduzsan,aysan,günəşsən.

Cənnəti bizlərə, vəsf edən qadın.

08.03.2021.

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Yadigar Təvəkgülün doğum günüdür! – Təbrik!

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq  Yadigar Təvəkgülü təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QARABAĞ – Vüsal Ağa

QARABAĞ…

Şirin yuxum yavaş-yavaş qaçırdı. Hiss edirdim ki, səhər açılır. Gözlərimi açmırdım. İstəmirdim ki, yuxu məni tez tərk etsin. Axı bu yuxunu zorla, gecədən xeyli keçəndən sonra tapmışdım. İstəyimin əksinə olaraq şirin yuxu məni tərk etdi. Yenə də gözlərimi açmayıb yerimdə qurcalanırdım. Gözlərimi açdım. Könülsüz yerimdən qalxıb su kranına doğru getdim. Yerimi yığışdırmadım. Sanki yenə də anamın: “Yekə kişisən, hələ də yerini mən yığışdırıram,” – deyə öz-özünə deyinməsini eşitmək üçün yerimi qəsdən yığışdırmamışdım. Otağın sükutunu su kranının şırıltısı pozdu. Candərdi yuyuyanaraq kranı bağladım. Yenə də sükut. Darıxdırıcı sükut məni sıxdı. Çay içməyə də həvəsim olmadı. Qapını bağlayıb pilləkənlərlə aşağı düşdüm. Sükut pozuldu. Avtomobillərin əcaib siqnalları, sirena səsləri… Bu səslərdən “qaçmağa” başladım. Sakit bir yer axtarırdım. Necə də qəribə adamam. Özüm özümü başa düşə bilmirəm. Elə bil evdən sükuta görə qaçmamışdım. İndi də səs-küydən sükuta döğru qaçıram. Marşuruta minib Bakıya getdim. Parka gəldim. O qədər də sakitlik olmasa da məni qane edirdi. Boş yer axtarırdım.. Skamyalarda oturan olsa da boş yerlər vardı. Mən isə bu böyük şəhərdə tək qalmaq istəyirdim. Dalda bir yerdə tamam boş skamya tapıb oturdum.
Yavaş-yavaş özümə gəlirdim…. Rahat nəfəs alıram, ürək döyüntülərim qaydasına düşüb, qan təzyiqim də, yaxşıdır. Xəzri də sərinlik gətirir. Ağaclarda oturmuş bülbüllərin, bəzək kollarının arasından qaratoyuqların cəh-cəhi eşidilirdi. Bir az aralıda qovaq ağacının kölgəsində ahılların kimisi şahmat oynayır, kimisi kəklikotulu çay içərək şirin-şirin söhbət edirdi. Nədənsə onlara qoşulmayıb, seyr etməklə kifayətlənirdim. Kəkliotunun ətri gül və çiçəklərin ətri ilə qarışaraq xoş rayihə yaradırdı. Bu rayihəni ciyərlərimə çəkməkdən doymurdum. Bir az aralıda bir neçə yaşlı qadın bir-birilərinin üzünə baxmayaraq, söhbət edə-edə nəsə toxuyurdu. Onlardan azca aralı uşaqlar oynayırdı. Arabir onlardan biri aralanaraq anasının yanına qaçır və barmağı ilə dəstədə hansı uşağısa göstərərək nəsə deyirdi. Ana əyilərək uşağın qulağına yavaşca, eşitmədiyim səslə pıçıldayır. Şikayətçi uşaq yenidən dəstəyə qoşulur. Mən də uşaqlara qoşulmaq istəyirəm. Gizlənpaç, qaçdı-tutdu, çiling ağac, bənövşə-bənövşə, qazlarım-qazlarım oynamaq istəyirəm. Anamın yanına qaçıb uşaqlardan şikayət etmək istəyirəm. Ağlamaq istəyirəm. İstəyirəm ki, anam başımı tumarlasın, qucaqlasın…

Qəfil bir səs məni xəyallardan ayırdı. Bir vaxt gerçək olan xəyallardan ayrılmaq istəmirdim. Fikrim məni xəyallardan ayıran, əlində yandırılmamış siqaret tutan 15-16 yaşlarında yeniyetmədə qalmışdı. Nə dediyini eşitmirdim. Qəribədir, diqqətim mənə lazım olamayan bu yeniyetmənin oğlan və ya qız olduğunu ayırd etməyə yönəlmişdi. Özüm də bilmirdim ki, bu, mənim nəyimə lazımdır? O səs bir də eşidildi: “Qaqaş”, səninləyəme, yandırmağa “zajqalkan” var?” Məni xoş xəyallardan ayıran yeniyetmənin üzünə baxa-baxa qalmışdım. Cavab vermək iqtidarında deyildim. Boğulmağa başladım, nəfəsim çatmırdı. Tərslikdən öskürək də başladı. “Niçeqo ne ponil”-deyərək çiyinlərini çəkərək uzaqlaşdı. Qulaqlarım uğuldayırdı. İki əllə qulaqlarımı tutdum. Əksinə qulaqlarımda səs-küy, dahada artdı. Bu səs-küydən “qaçmağa” başladım. Nağıllarda olduğu kimi, sağa getdim, sola getdim, düz getdim. Enli pilləkənlərlə, tələsə-tələsə aşağı düşən insanları gördüm. Bir az dayanmağa üstünlük verdim. Düşənlərin ardı-arası kəsilmirdi. Elə bil bu boyda şəhərin boyüklü-kiçikli bütün əhalisini doymaq bilməyən nəhəng bir əjdaha kimi udacaqdı. Bu pilləkənlərin nə olduğunu aydınlaşdırmaq istəyirdim. Girəcəkdə dairəvi lövhədə M hərfi yazılmışdı. İnsan axını çoxalmışdı.Geri qayıtmaq müşkül idi. Bir də gördüm ki, ”sehrli” pilləkənlərdəyəm. Yerimdə dayansam da məni həmin pilləkənlər aparırdı.

Birdən qəfil səs gəldi:”-hörmətli sərnişinlər”… Bu xoş səsin kəsilməyini istəmirdim. Qatar dayandı.Qapılar açıldı.Yenə o xoş səsi eşitdim: “-qapılar bağlanır”… Qatar sürətlə uzaqlaşırdı.Təkərlərinin səsi eşidilməz oldu. Yenə də sakitlik, sükut. Bu qədər geniş yerdə, yerin altında iki nəfər qalmışdıq. Bir mən, bir də əynində uniforma olan bir qız. Geyimi qızın gözəlliyini daha da artırırdı. Yadıma bir atalar sözü düşdü: “Gözəllik ondur doqquzu dondur” Ürəyimdə güldüm. Qəlbimin səsinə qulaq asmağa başladım. Qəlbimdəki səs get-gedə çoxalırdı:”- əzizinəm, Qarabağ… yaddan çıxmaz Qarabağ”. Bu, Seyidin səsi idi. Bu səsi elə bil anadan olanda həmişəlik beynimə həkk etmişdilər. Mənə elə gəlirdi ki,bu səs məni o dünyada da tərk etməyəcək. Gah Şuşa qayalarına dırmanır, gah Bazar düzündə at çapır, gah da İsa bulağının gözündən su içirdim.Yenə o xoş səs məni xəyallardan ayırdı. Bu sükutu pozan həmin o ikinci nəfər idi. İndi onu yaxından görürdüm. Qarşımda üzündə təbəssüm olan bir mələk dayanmışdı. Bu”mələk” dilləndi:

-Siz, hara getmək istəyirsiniz?

-Qarabağa.

Mələyin üzündəki təbəssüm kədərlə əvəz olundu…
“Az qalıb İnşəAllah gedəcəyik Qarabağa”…

Qəlbimdəki səs isə get-gedə yüksəlirdi: Əzizinəm, Qarabağ…yaddan çıxmaz Qarabağ…

PS: Şükürlər olsun artıq Qarabağa dönmüşük. Qradağ bizimdir. Qarabağ Azərbaycandır!
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad eləsin!

Hörmətlə: Vüsal Ağa

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlahəddin Əyyubi haqqında

Xristianların hegemonluğuna son qoyan, III səlib yürüşündə qalib gələn — Səlahəddin Əyyubi Azərbaycan türküdür!
Əbülfəz Elçibəy: Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda:
Tələbə: Hansı ölkədənsiniz?
Elçibəy: Azərbaycandan.
Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!
Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım.
Elçibəy: Haradan bilirsiniz?
Tələbə: Səhər mən sizə mənbəni gətirərəm.
Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Səlahaddinin cəngavər geyimində rəsmi var idi.
-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, Misirdə Əyyubilərin sülaləsinin hakimiy- yət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar:
-Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu?
Sultan:
-Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Əz-zib tayfasındanıq. Birbaşa-doğruya, o zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspirantura’da oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikan’ın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində. İbn Hellikan yazır:
«Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!».
Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçe’de geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır.
Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «menim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).
(C)Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164

XII-XIII əsrlərdə yaşamış ərəb şairi İbn Sənaülmülk bunu təsdiqləyir:
“Bi dovlət-it-Turki əzzət millətul Arab
Va bi ibni Əyyub zəllət şiətus sulub”

Tərcüməsi:
Türk dövləti ilə ərəb milləti izzətləndi
Əyyuboğlu əlində səlibçilər zəlil oldu (c)

Əkbər Nəcəf.
Tarixçi – Araşdırmaçı.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nuranə Rafailqızı Azərbaycan Yazıçılar Biliyinin üzvlərinin sıralarında

Jurnalımızın daha bir əməkdaşı Azərbaycan Yazıçılar Biliyinə üzv qəbul olunub. Tanınmış həkim – şair Nuranə Rafailqızı öz sevincini oxucuları ilə bölüşüb:

“Bugünlük, sevinc payım bir az çox olub. Və bu payı sizlərlə bölüşmədən dura bilmədim, əziz oxucularım!


Mənə dəstək olan hər kəsə, başda AYB-nin sədri Anar Rzayev, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, AYB-nin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, AYB-nin qəbul komisiyasının katibi Məlahət xanım Qəmbərova,Yazarlar jurnalının redaktoru Zaur Ustac olmaqla, böyük etimad göstərərək zəmanət verən dəyərli xanım yerlimiz qələm sahibi Südabə Sərvi, söz ustadlarıTofiq Nurəli, İsmayıl İmanzadə və İnqilab İsaqa dərindən minnətdarlığımı bildirirəm! Və sizlərin arasına qatıldığımçün böyük qürur hissi keçiriəm!”

“YAZARLAR”  JURNALI olaraq əməkdaşımızın nailiyyətlərinə sevinirik. Uğurlarınız bol olsun, Nuranə RAFAİLQIZI !!!

NURANƏ RAFAİLQIZININ YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİMİN MÜƏLLİFİ OLDUĞU “PARADOKS” KİTABININ TƏQDİMATI KEÇİRİLİB.-Fotolar

AYTAC İBRAHİMİN MÜƏLLİFİ OLDUĞU PARADOKS KİTABININ TƏQDİMATI KEÇİRİLİB.

18 oktyabr 2023-cü il tarixində Qax rayonu Qıpçaq kənd orta məktəbində Aytac İbrahimin müəllifi olduğu “PARADOKS” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərlinin iştirakı ilə keçirilən tədbirdə rayonun bir çox yazarları da iştirak ediblər.

Təqdimat mərasimində iştirak edən Qax yazarlarından Abdulla Şəhmir, Pərvanə Həşimova, Solmaz Elqızı, Nailə Hacıyeva, Rüfət Küskün, Qıpçaq kənd tam orta məktəbin direktoru, Şəhid qardaşı və şair Nadir Ziyad, gənc şairə Aytac İbrahimin doğmaları və şəhid ailələri, Şəki Zaqatala regional təhsil idarəsinin Qax rayon üzrə sektorunun müdiri Və həmkarların sədri Təranə xanım, Babək Heydərov da iştirak ediblər. Tədbir Azərbaycan respublikasının Dövlət himni səsləndirilidikdən və Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra başlayıb.

Tədbir Müstəqilliyimizin bərpasının növbəti ildönümü gününə təsadüf etdiyindən bu möhtəşəm günlə bağlı film nümayiş etdirilib. Daha sonra məktəbin direktoru Nadir müəllim sözü Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə verib. Əlmaniz müəllim öz çıxışında gənc yazar Aytac İbrahimin yazdığı “PARADOKS” kitabının təqdimatını məhz doğulub boya-başa çatdığı kənddə, onun təhsil aldığı məktəbdə keçirilməsini xüsusi vurğulayıb:”düşünürəm ki, tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivi və şagirdləri bu görüşdən stimul alacaqlar və kimlərsə tərəddüd içərisindədirlərsə artıq motivasiya alaraq onlarda yazmağa başlayacaqlar. Bu tədbirdə Qax rayonunda tanınmış yazarlar Azərbaycan Yazıçılar Birliyinin üzvləri iştirak edirlər. Biz belə bir möhtəşəm tədbiri təşkil etməklə Aytac xanımın çiyinlərinə böyük məsuliyyət qoyduq, daha bundan sonra ona yalnız yaradıcılıq sahəsində irəliləmək qaldı.

Daha sonra Azərbaycan yazıçılar birliyinin üzvü Qaxda xüsusi çəkisi olan Abdulla Şahmir çıxış edərək Aytac İbrahimin yazdığı “PARADOKS” kitabının işıq üzü görməsini yaxşı hal olduğunu vurğulayıb və gənc yazara uğurlar arzulayıb. Tədbirdə çıxış edən digər yazarlar Nailə Hacıyeva, Solmaz Elqızı, Nüyvər Şərifova, Pərvanə Həşimova, Rüfət Küskün vəs. gənc yazara yaradıcılıq işlərində uğurlar arzulayıblar.
Aytac İbrahim ona göstərilən diqqət və qayğıya görə tədbirdə iştirak edən hər bir kəsə ayrıca minnətdarlığını bildirib və daha yaxşı çalışacağına söz verib.
Şəki Zaqatala regional təhsil idarəsinin sektor müdiri Babək Heydərov da çıxış edərək gənc yazar Aytac İbrahimin yazdığı şeirlərə öz münasibətini bildirib və gənc yazara yaradıcılıq uğurları arzulayıb.


Tədbirin sonunda gənc yazar Aytac İbrahimi Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli “Qax rayonunda gənc yazarlar arasında seçildiyinə görə Aytac İbrahimi Bölmənin Diplomu ilə təltif edib. Daha sonra Qıpçaq kənd tam orta məktəbin direktoru Nadir Ziyadlı və təhsil işçiləri həmkarlar ittifaqının rayon üzrə sədri Təranə xanım da gənc yazarımızı təltif etdi. Qax yazarları Nüyvər Şərifova və Solmaz Elqızı da gənc yazara öz hədiyyələrini bağışladılar.
Tədbir çay süfrəsi arxasında davam etdi. Tədbirdən fotolar:

“YAZARLAR”  JURNALI olaraq əməkdaşımızın nailiyyətlərinə sevinirik. Uğurlarınız bol olsun, Aytac İBRAHİM !!!

AYTAC İBRAHİMİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MUNCUQ: – “Xocalı Azərbaycandır!!!

Xocalının işğaldan azad olmasını görməyən başda Xocalı -Gədəbəy mədəniyyətinin görkəmli tədqiqatçısı elmi rəhbərim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyevin və bütün dünyasını dəyişmiş mərhum arxeoloqlarımızın əziz xatirəsinə ithaf edirəm.

MUNCUQ

(hekayə)

Düz otuz bir il susdum. Yaddaşımın üç min illik tarixini lal dinməz edib səssiz qaldım. Yan-yörəmdəki körpə uşaqların, azğın vəhşət qurbanı saysız-hesabsız günahsızların sızlayan ruhlarından utanıb kirimişcə durdum. Əslində öz dərdimi unudub ətrafımdan göylərə ucalan ahlara için-için ağladım. O müdhiş gecədə eşitdiyim fəryadları, qışqırıqları bir-birinə calanan əsrlər boyu nə görmüşdüm nə də təsəvvürümə gətirmişdim.
Ruhum bədənimdən ayrılanda elə bilirdim min illiklər boyu mənim dərdim kimi dərd olmayacaq. Sən demə yanılırammış. İndi səmalarından doğma Xocalıya enən ruhum nələrə şahidlik etmədi.
Uzaq zamanlarda, indi insanların İsanın doğulmasından hesabladıqları eradan min il əvvəl göz açmışdım bu dünyaya. Ağılım söz kəsəndə bildim ki,bura doğma yurdum Xocalıdır. Mənim tapındığım, inandığım tanrım bu yerlərdən heç bir gözəllik əsirgəməmişdir. Hər fəsli biri-birindən ecazkar yurdumda hamı xoşbəxt və qayğısız idi. Təbiəti kimi insanlar da bəxtəvər. Fəqət fələk qələm çəkib taleyimi qara yazdı. Bu dünyanın nakam eşqi qismətimə tuş oldu. Qəbiləmizin mənə elçi düşən say-seçmə igidlərinin içərisindən könül vediyim Azay bir gün Araz boyundakı Quzğun dərəsində namərd oxuna tuş gəldi. Hardan biləydim ki, ikicə gün əvvəl görüşümüz sonuncu vüsal günümüz imiş. O vaxt tanrı yerə nə Davudu nə İsanı nə də Məhəmmədi hələ elçi göndərməmişdi. Biz xocalılar öz ay tanrımıza sitayiş edirdik. Öz tanrımızın izni ilə də nişanlanmışdıq. Azayla sonuncu görüşümüzdə onun uzaq Dəclə sahillərindən mənə hədiyyə gətirdiyi mucuğu boynuma öz əli ilə bağladığı anları indi olubmuş kimi xatırlayıram.
-Selin, bizim Xocalıdan çox uzaqlarda Dəclə çayı axır. Onun sahillərində Assuriyalılar məskundur. Qüdrətli hökmüdarları Adadnirari Nil vadilərinin ən yaxşı sənətkarlarını öz ölkəsinə toplamışdır. Onun sarayında Urmiyə ətrafının ən adlı-sanlı sənətkarları da çalışır. Bu boyunbağını çox guman ki, bizim mannalı ustalar düzəldib. Bax, bu xətləri görürsən? Burada hökmüdar Adadnirarinin adı yazılıb.
-Nədən bilirsən ki mannalı ustalar düzəldib?
-Muncuqlar elə cilalanıb ki, Urmiyyənin suları kimi şəffafdır. Doğma gəlir mənə nədənsə
-Gözəldir. Yəqin çox qiymətlidir. Tanrı bilir bəlkə də bir dənəsinə bir sürü qoyun almaq olar. Bir de görüm necə aldın?
-Urmiyədən aşağı Su ellərində qalın meşələrin əhatəsində bir orman var. Orada bir çeşmə başında yorğunluğumu alırdım. Ayaq səslərinə oyandım. Yanımdan gur sürüsü keçdi. Köhlənimi çapıb, sürüyə çatdım. Gurun birinin üstə atılıb, buynuzlarından yapışdım. Hökmüdar mənim ov ovlamağımı seyr edirmiş. Öz dəstəsi ilə yaxınlaşıb haralı olduğumu soruşdu. Qafqazlardan olduğumu bilincə bu muncuğu mənə bağışladı. Sonra da dedi ki, madyanın nə vaxt qulunlasa onun qulununu mənim sarayıma göndər. Əgər igidliyini gözlərimlə görməsəydim atını alacaqdım əlindən. Sənin atın ildırım təki şığıyırdı gurların arxasıca.
Azayın yoxluğu ilə barışa bilmədim. Ağlamaqdan gözlərim tutuldu. Tezliklə mən də əbədiyyətə qovuşdum. Qəbiləmiz adətlərimizə xilaf Azayın hədiyyəsini boynumdan açmadı. O vaxtlar Xocalıda dəfn olunanların yanında bəzək, zinət əşyaları basdırmırdılar. Mən ilk oldum.
O vaxtdan ruhum göylərə qalxıb doğma yurdun üstə əbədi sakin oldu. İllər qərinələrə çevrildi. Qərinələr əsrlərə calaq oldu. Nəsillər dəyişdi, insanlar yeni-yeni inanclara tapındı. Zəlzələlər, tufanlar tüğyan etdi. Amma doğma yurdumuza yağı ayağı dəymədi. Hər yaz dağ döşündəki laləli düzə enib köhnə, təzə bütün ruhlarla yurd gözəlliyindən zövq alırdıq.
Çox sonralar bildim ki, insanlar bizim Azayla xoşbəxt çağlarımıza İsanın mövludundan min il əvvəl deyirmiş. Elə o miladın XIX əsrində, 1895-ci ildə bir Resler soyadlı əcnəbi arxeoloq ruhumun gözləri qarşısında muncuğumu tapıb nəşimin boynundan götürdü. Eşitdiyimə görə indi onu uzaq Şimalda Neva sahillərində, Piterdə Ermitajda saxlayırlar. Zamana buraxsam da hər gün, hər saat mucuğumun Xocalıma, Azayın uyduğu torpağa qayıdacağını həsrətlə gözləyirdim. Ta ki, O dəhşətli gecəyə kimi. 1992-ci ilin 26 fevralı. Üç min ildə görmədiyim vəhşiliyi gördüm həmin gecə. Bu yerlərə köçürülüb gətirilən erməni azğınları körpə uşaqlara belə aman vermədən qətliam yapırdılar. Bu insanların “günahı” yalnız türk olmaları idi. Faryad, ah, nalə, qışqırıq səslərindən göylər belə lərzəyə gəlirdi. İnsan cildində quduzlaşmış ermənilər bir xocalılıya belə aman vermirdi. Biz bütün zamanların ruhları göylərdə qərar tutmaqdan utanırdıq. Bəlkə biz bulud olub tanrının aşağıdakı zülmü görməsinə mane oluruq deyə.
Düz 31 il idi mənim üçün əziz olan hədiyyəmin xiffətini çəkmirdim. Düz 31 il idi yanımızadakı 613 günahsızın ruh gözlərindən axan yaşı silirdik. Düz 31 sinə narahatlıqdan sızım-sızım sızlayan ruhların əhatəsində Azay niskilimi düşüncəmin ucundan belə keçirə bilmirdim.

Bir payız günü, bir günəşli küz vədəsi 15 oktyabr 2023-ci il Xocalının səmasında üç rəng kombinasiyasından ibarət, mənim göylərə qalxdığım e. ə. X əsrdə olduğu kimi müqəddəs bildiyimiz hilallı bəlgə ucaldı. Adına bayraq deyilən üç rəngli gözəllik dalğalanan səma köks dolusu nəfəs aldı. Bu bayrağın göylüyü Urmiyənin bir vaxtlar dupduru rəngindən rəng almış, alı Xocalımın sızlayan yaralarından qan rəngli lalələrdən qızarmış, yaşılı Murovdan Savalana uzanan ormanlardan rişələnmiş. Lap mənim mucuğum kimi rəngli gözəl.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

.

                  

.