Azərbaycanda insana ucaldılan ilk abidə 104 il bundan əvvəl böyük ədib, satirik şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəl hesab olunur. Bu heykəl 1922-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının I Qurultayı münasibətilə yəhudi mənşəli heykəltaraş Yakov Keylixis tərəfindən hazırlanmışdı. Sabirin heykəli təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman şərqində insana qoyulan ilk abidə sayılır. 1958-ci ildə bu heykəl dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki heykəli ucaldılır. Əvvəlki heykəldə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakı heykəldə oturaq vəziyyətdə təsvir olunmuşdu. Bu heykəlin müəllifi isə heykəltaraş Cəlal Qaryağdıdır. Ruhun şad olsun, böyük Sabir!
Doğum gününüz münasibətilə Şəmsinizdən səmimi qəlbdən gələn hər cümləsi dərin sevgi ilə yazılan təbrik! Dəyərli Ustadım! Cahangir Məmmədli, Sizi doğum gününüz münasibətilə dərin hörmət və səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gün yalnız bir ömür ilinin tamamlanması deyil, eyni zamanda Azərbaycan milli mətbuatının şərəfli tarixində iz qoymuş böyük bir yolun, zəhmət və xidmətlə yoğrulmuş mənalı bir ömrün bayramıdır. Siz Azərbaycan jurnalistikasının təkcə görkəmli siması deyil, həm də onun mənəvi dayaqlarından biri, məktəb yaradan ustadlarındansınız. Milli mətbuatımızın fikir yükünü, söz məsuliyyətini və ictimai vicdan missiyasını illər boyu ləyaqətlə daşıyan bir qələm sahibi kimi adınız hörmətlə çəkilir. Və mənim qəlb dünyam da qələminizin dəyəri hər gün sevgi ilə daha da çox yogrulur. Sizin yaradıcılığınızda söz heç vaxt təsadüfi olmayıb — hər cümlə düşüncənin süzgəcindən keçib, hər fikir ictimai məsuliyyətlə formalaşıb. Sizin qələminiz Azərbaycan mətbuatında əvəzolunmazdır. Mən bunu həm öz fikrimə istinadən həm də həqiqəti əks etdirən fakt olaraq vurgulamaqdan çəkinmirəm. Ustadımın üslubu mənim qələmimin qida mənbəyi, ruhudur., Sizin mətbuatımızda yaratdığınız ədəbi məktəbin rolu həqiqətin, obyektivliyin və ziyalılığın simvolu kimi qələmə verilən böyük bir istiqamət, yoldur. Hansı ki bu gün yüzlərlə qələm sahibi bu yolda addımlayır. Yazılarınızda zamanın nəbzi döyünür, cəmiyyətin ağrıları, düşüncələri və sualları əks-səda tapır. Elmi-publisistik irsiniz Azərbaycan mətbuatının yaddaşına həkk olunmuş bir düşüncə xəzinəsidir. Müəllim olaraq isə Siz təkcə bilik ötürmüsünüz, düşüncə formalaşdırmısınız. Neçə-neçə jurnalist, tədqiqatçı və ziyalı Sizin dərslərinizdə sözə məsuliyyətlə yanaşmağı, mövqeyə dürüst qalmağı, peşəyə vicdanla xidmət etməyi öyrənib. Siz tələbələriniz üçün sadəcə müəllim deyil, həm də mənəvi örnək, elmi və əxlaqi istiqamət verən bir ustadsınız. Hələ 1 ci kursda “online” mühazirələrimiz olarkən (2020 ci il də pandemiya səbəbindən ali məktəblərdə dərslər online formada tədris olunurdu) Cahangir müəllimimin mühazirələrini “bitməsini istəmədiyim və dərin sevgi ilə maraq göstərdiyim tamaşa” ya bənzətmək zənnimcə, yerinə düşər. Mən mühazirələrimizdən əlavə Ustadımla mütamadi olaraq əlaqə saxlayıb, hər yeni yazım olduqda Ustadımla bölüşür, müzakirə edirdik. Ustadımla hər söhbət bir elmi və bədii yaradıcılığın notlarını ifadə edirdi. Ustadım mənim ilk qələm təcrübələrimi olduğundan yüksək qiymətləndirir və mənə olan inamını əsirgəməzdi. Elə ona görə də mənim qələmimin mürəkkəbi Ustadımın mənə olan inamı ilə və mənim Ustadıma olan sonsuz və dərin sevgimlə formalaşıb. Sizin duruşunuzda ziyalılığın sakit vüqarı, sözünüzdə təcrübənin dərinliyi, baxışınızda isə milli mətbuata sədaqət açıq şəkildə hiss olunur. Bu gün Azərbaycan jurnalistikasında “ustad” anlayışı çəkilirsə, bu anlayışın içində Sizin adınız xüsusi çəkisi və yeri olan bir addır. Bu mübarək gündə Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, elmi və publisistik fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzulayıram. Qoy qələminiz daim iti, sözünüz təsirli, yolunuz işıqlı olsun. Qoy yetirdiyiniz nəsillərin uğurları Sizin zəhmətinizin ən gözəl davamı kimi yaşasın. Dərin hörmət, ehtiram və səmimi minnətdarlıq hissi ilə sizin Şəmsiniz.
Mən Azərbaycan Mediasını Cahangir Məmmədlinin doğum günü münasibətilə təbrik etmək istəyirəm. Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir MÜƏLLİM çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir. Qəribədir: insan ömrü elə məqama yetişir ki, sən artıq yalnız əllə toxunulan, hiss edilən, görünən, eşidilən deyil, həm də eyni zamanda şəffaf, görünməz, toxunulmaz olursan: Cahangir Məmmədli kimi. O qədər ehtiyatla, lətif, sakit, xəfif yaşayır ki… Sanki həm də Gəzərgi Ruhdur. Bizim Ruhumuz! O nəhəng bir Kitabxananın Oxu zalıdır. Səs salmaq istəmirsən… Onun varlığı saat kimidir. Artıq belə demək olar: -Cahangirə işləyir… -Cahangirə qalır… -Cahangirin yarısı… -Cahangir tamam… Əziz MÜƏLLİMİM! Bəs Sizin özünüzdə saat neçədir? Ad gününüzü təbrik etmək üçün soruşuram…
OĞUZ TÜRKCƏSİNİN TARİXİ VƏ LEKSİK İNKİŞAFININ FUNDAMENTAL TƏDQİQİ
(Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” monoqrafiyası haqqında)
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi müasir dönəmdə respublikamızda türkoloji araşdırmaların intensiv aparıldığı bir mərkəz sayıla bilər. Hər il Türk dilləri şöbəsinin əməkdaşlarının türkologiyanın müxtəlif problemlərinə dair əsərləri işıq üzü görür. Şöbədəki tədqiqatlar əsasən iki istiqamətdə gedir: qədim türk dillərinin, türkdilli abidələrin tədqiqi ; müasir türk dillərinin müqayisəli tədqiqi.
Şöbənin gənc və istedadlı əməkdaşı Arzu İsgəndərzadənin tədqiqatları əsasən XIV-XV əsr türkdilli abidələrin öyrənilməsini və Anadolu türkcəsinin tədqiqini əhatə edir. Arzu xanınmın bəhs edəcəyimiz əsəri də bu dönəmin abidəsi olan “Cəmşidnamə” nin linqvistik təhlilinə həsr olunmuşdur.
Türkologiya elminin mühüm və aktual istiqamətlərindən biri orta əsrlər yazılı abidələrinin sistemli şəkildə öyrənilməsi, bu abidələr əsasında türk dillərinin tarixi inkişaf mərhələlərinin, dialektoloji və regional xüsusiyyətlərinin müəyyənləşdirilməsidir. Bu baxımdan Arzu Tofiq qızı İsgəndərzadənin 2025-ci ilin son günlərində “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada mühüm elmi hadisə kimi qiymətləndirilməlidir.
Monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 17 noyabr 2025-ci il tarixli iclasının qərarı ilə nəşr olunmuşdur. Elmi redaktoru filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva, rəyçiləri filologiya elmləri doktorları Aygül Hacıyeva və Yadigar Əliyevdir.
Monoqrafiyanın əsas tədqiqat obyekti XIV–XV əsrlərə aid olan və oğuz türkcəsinin erkən yazılı nümunələrindən sayılan “Cəmşidnamə” məsnəvisidir. Müəllif bu abidəni yalnız ədəbi-bədii nümunə kimi deyil, tarixi-linqvistik faktlar toplusu kimi araşdırır. Əsərin İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsi əsasında tədqiq olunması monoqrafiyanın elmi dəyərini daha da artırır.
Arzu İsgəndərzadə tədqiqat prosesində tarixi-müqayisəli, tekstoloji, paleoqrafik, leksik-semantik və təsviri-statistik metodlardan kompleks şəkildə istifadə etmişdir. Bu yanaşma təkcə “Cəmşidnamə”nin dilini deyil, bütövlükdə oğuz türkcəsinin formalaşma və inkişaf mərhələlərini izləməyə imkan yaradır.
Monoqrafiyanın türkologiya üçün ən mühüm töhfələrindən biri oğuz türkcəsinin XIV–XV əsrlərdə Anadolu coğrafiyasında ədəbi dil kimi formalaşma prosesinin elmi əsaslarla şərh edilməsidir. Müəllif göstərir ki, “Cəmşidnamə” həmin dövrdə ədəbi dil normalarının hələ tam sabitləşmədiyi bir mərhələnin məhsuludur. Əsərdə fonetik paralelizmlərin, variantlı yazılışların mövcudluğu bu prosesi açıq şəkildə əks etdirir.
Bu faktlar türkologiya üçün olduqca əhəmiyyətlidir, çünki onlar klassik türk ədəbi dilinin təşəkkül mərhələlərini konkret yazılı mənbə əsasında izləməyə imkan verir.
Monoqrafiyada “Cəmşidnamə”nin lüğət tərkibi geniş şəkildə araşdırılmışdır. Türkmənşəli leksika, arxaik sözlər, ərəb və fars mənşəli alınmalar ayrı-ayrılıqda sistemləşdirilmiş, onların funksional və semantik xüsusiyyətləri izah edilmişdir. Müəllifin gəldiyi nəticələrdən biri budur ki, əsərin türkmənşəli leksikası ümumxalq dili üçün səciyyəvi olmaqla yanaşı, bir sıra sözlər bu gün də müasir türk dillərində aktiv şəkildə işlənir.
Bu yanaşma ümumtürk leksik fondunun formalaşması, alınma sözlərin türk dillərində “vətəndaşlıq hüququ” qazanması kimi mühüm məsələlərin aydınlaşdırılmasına ciddi töhfə verir.
Əsərdə “Cəmşidnamə”nin dili “Qutadğu bilik”, “Divani-lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Codex Cumanicus”, “Dastani Əhməd Harami” kimi klassik türk abidələri, eləcə də Qövsi Təbrizi, Qazi Bürhanəddin, Nəsimi və Füzuli yaradıcılığı ilə müqayisəli şəkildə təhlil edilir. Bu müqayisələr türk dillərində tarixi dəyişikliklərin səbəblərini, dildaxili və dildənkənar amillərin rolunu üzə çıxarır.
Beləliklə, monoqrafiya oğuz türkcəsinin ümumtürk dil sistemi içində yerini aydın şəkildə müəyyənləşdirir.
Əsərin mühüm elmi yeniliklərindən biri də “Cəmşidnamə”nin leksik-semantik sistemində sinonimlər, omonimlər və antonimlərin geniş şəkildə təhlil edilməsidir. Müəllif bu leksik vahidlərin yalnız struktur baxımından deyil, üslubi və funksional dəyər baxımından da əhəmiyyətini göstərir. Bu yanaşma orta əsr mətnlərinin poetik və estetik imkanlarının dildə necə reallaşdığını ortaya qoyur.
Monoqrafiyanın nəticə hissəsində təqdim olunan ümumiləşdirmələr türkologiya elmi üçün mühüm istiqamətverici xarakter daşıyır. Müəllif əsaslandırır ki, “Cəmşidnamə” oğuz türkcəsinin tarixi leksikasını, fonetik və orfoqrafik xüsusiyyətlərini öyrənmək üçün etibarlı və zəngin elmi mənbədir. Əsər gələcək tədqiqatlar üçün möhkəm baza rolunu oynayır.
Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada orta əsr oğuz yazılı abidələrinin öyrənilməsi sahəsində fundamental elmi töhfədir. Əsər oğuz türkcəsinin tarixi inkişafını, leksik-semantik sistemini və ümumtürk dil məkanındakı yerini müəyyənləşdirməklə türkologiya elmini yeni faktoloji materiallarla zənginləşdirir.
Bu monoqrafiya dilçi alimlər, türkologiya üzrə tədqiqatçılar, magistrantlar və doktorantlar üçün dəyərli elmi mənbə olmaqla yanaşı, klassik türk dili irsinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfə verir.
Belə gözəl və fundamental monoqrafiyanı yazıb ərsəyə gətirmiş Arzu İsgəndərzadə gələcəyinə çox böyük ümidlər bəslədiyimiz türkoloqlardan sayıla bilər. Türkiyə türkcəsini, əski Azərbaycan yazısını mükəmməl bilən Arzu İsgəndərzadə hərtərəfli bilik və savada malikdir. Bu əsər müəllifin ilk monoqrafiyasıdır. Lakin əsəri oxuduqca bir daha əmin oluruq ki, yaxın illərdə Arzu xanımın türkologiyamızı zənginləşdirən digər monoqrafiyalarının da işıq üzü görməsinə şahid olacağıq.
Arzu İsgəndərzadə həm gənc və istedadlı alim, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının ictimai həyatında fəal iştirak edən bir Azərbaycan gəncidir. Artıq bir neçə ildir ki, Arzu xanım Dilçilik İnstitutunun Gənc Alimlər Şurasına rəhbərlik edir. Rəhbərliyi dövründə institutun gənc alimlərinin bütün problemlərinin iştirakında gözəl təşəbbüsləri ilə çıxış etmiş, gənc alimlərin konfrans və tədbirlərinin keçirilməsində fəallıq göstərmişdir. Arzu İsgəndərzadə kimi gənc alimlərin belə dəyərli monoqrafiyalarını oxuduqca bir daha əmin oluruq ki, Azərbaycanda dilçilik elminin sabahı çox güvənli əllərdədir. Arzu Isgəndərzadə onlardan biri – birincisidir!
Onun yaradıcılığı və ədəbi fəaliyyəti barədə danışmaq istəmirəm. Qorxuram ki, nəyisə düz demərəm, nədəsə səhvə yol verərəm. Bu barədə ədəbiyyatşünaslar, ədəbi tənqidçilər danışsa daha yaxşı olar. Bir də ki, sosial mediada onun yaradıcılığından bəhs edən kifayyət qədər yazılar var. Kim istəsə tapıb oxuya bilər…
Bu gün mən sizə onu mənalandıran, taleyini istiqamətləndirən adı barəsində söhbət açmaq istəyirəm. Axı, adın insan taleyində böyük rolu var. Gülnarə! Fars mənşəli qadın adı. Mənası “nar çiçəyi”, bəzi mənbələrdə isə “qırmızıyanaq” deməkdir. Bu adın fonosemantik- yəni səslə məna arasında əlaqə təhlili adın sahibinin cəsarətli, güclü, eyni zamanda sadə bir insan olduğunu söyləyir. Bu adı daşıyan adam istənilən şəraitə asanlıqla uyğunlaşır. Dəyişikliklərdən və gözlənilməz vəziyyətlərdən qorxmur. Amma o, heç vaxt qayda və qanunları pozmur. O, bir insan kimi sədaqət və davamlılığı ilə xarakterizə olunur. Yaşa dolduqca daha da sakitləşir, duyğularının öhdəsindən daha asan gəlir, qətiyyət və əzmkarlıq göstərir. Bu adı daşıyan qadın münasibətlərdə tələbkardır, amma diqqət və qayğıya ehtiyacı var. O, dinamik və temperamentlidir, necə hərəkət etməyi yaxşı bilir. Bəli, Gülnarə adının daşıyıcısı mehribandır, həssas və ünsiyyətcildir. Bu adın sahibi ideya çeşməsidir, dayanmadan qaynayır və bu ideyaları özü həyata keçirməyi xoşlayır. Vaxtını mənasız yerə itirməyi sevmir. Qarşısına həmişə müxtəlif hədəflər qoyur, sonra da israrla uğura doğru tələsir. Və bundan mənəvi zövq alır. Heç də təsadüfi deyil ki, çalışqanlğına və təşkilatçılıq qabiliyyətinə görə, onu yüksək qiymətləndirirlər. Elə ona görə də ötən illər ərzində parlaq karyera qura bilib…
Bəli, söhbət AYB-nin Sumqayıt bölməsinin sədri, şair, publisist Gülnarə Cəmaləddindən gedir. Yanvarın 27-si bu gözəl xanımın növbəti ad günüdür. Yəqin ki, dostları, həmkarları təbrik etmək üçün, daha çox onun yaradıcılığından söhbət açacaqlar. Mən isə atasının qoyduğu Gülnarə adının mənasını və mistik gücünü izah etməyə çalışdım…
“Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən Difai hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. Difainin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü.”
Sən sevib-sevilməyi çoxdan unutdun, qadın! Sən bir ömür yaşadın, amma məmnun olmadın. Dərdlərini bilmədi, nə qohumun, nə yadın, Fikrin, düşüncən oldu tez böyüsün övladın.
Sən xoşbəxt yaşamağın dadını da bilmədin, Təbəssümün az oldu, heç ürəkdən gülmədin. Qəlbdə olan ağrını sən hamıdan gizlədin, Artdı, anbaan artdı qəm yükün taleh dərdin.
Qəlbindəki həsrətin öz köksünə sığmadı, Bulud kimi dolaraq yağıştəki çağladın. Kədərini, qəmini gizli tutdun saxladın, Dərdini pünhan edib, eşq qapısın bağladın.
Düz amalla yaşadın, ifrata da varmadın, Gündüzləri ovunub, gecələri ağladın. Duyğunla, hisslərinlə bu cahana sığmadın, Dünya çox kiçik oldu, sənsə kainat, qadın!
Göytəpə şəhəri – 16.02.2022
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.
Layihə rəhbəri: İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
A fruit that sits on this forgotten shrub often sat in old kitchen gardens. Cultivated since Roman times has a number of “vulgar” nicknames… I don’t think they are that bad just very descriptive. My favourite is “Tudor-Arse Fruit” or “Open-Arse Fruit”
The homeland of this plant is said to be Balkan peninsula surrounding areas of the Black Sea and more. This is important as the process for this fruit to grow and ripen requires temperatures of 20 degrees but the the fruit is hardy to frost. Also important as the very low temperatures (-20) make the fruit break down through a process called “bletting”. Think of it as a process of over-ripeness. Sure is sweet but the texture is super soft.
The purpose reduces the tannin content and fruit acids, the sugar content increases and many changes take place under this natural process. The flavour is like a toffee apple and reminds me of dates. So I’ve made a sauce here that I’m going to bake into a sticky toffee pudding with a fermented noble fir cone syrup for my sessions this next weekend.
400g medlars (bletted, passed through a sieve for a pulp)
250ml soya plant based alternative to milk
100ml water
1 tsp bicarbonate of soda
115g dairy-free spread
115g soft brown sugar
1 tsp vanilla extract
200g self-raising flour
pinch ground nutmeg
½ tsp ground ginger
½ tsp ground cinnamon
Once cooled I mixed well with the rest of the ingredients and baked in a lined tin at 180 degrees for 30 minutes. Checking it’s baked like a sponge with a toothpick or knife. Looking for them to come out clean. Cool sliced and served with my fermented noble fir molasses (new batch in shop) and plant based cream.
YARALI QƏLBLƏR (hekayə) Atası dünyadan köçəndə Chastity on doqquz yaşında idi. Bu yaşda insanın çiyinləri hələ həyatın ağırlığına tam hazır olmur. Qəlbi isə… qəlbi itkilə barışmağı heç bilmir. Atasının səsi bir anda kəsiləndə evin divarları da susmuşdu sanki. Saatın tıqqıltısı belə ona yad gəlirdi. O gündən sonra Chastity üçün zaman axmadı, süründü. İlk gecə atasının telefonunu əlinə aldı. Ekranda son dəfə yazdığı mesaj hələ də açıq idi. Barmaqları titrədi. Yazmaq istədi. Sanki yazsa, cavab gələcəkdi. Sanki atasının yoxluğu sadəcə bir anlaşılmazlıq idi. Və yazdı. — Ata, bu gün çox darıxdım… Mesaj getdi. Cavab gəlmədi. Amma Chastity özünü bir az yüngülləşmiş hiss etdi. Elə bil ürəyindəki daş bir az yerindən tərpəndi. Beləcə günlər keçdi. Günlər aylara, aylar illərə çevrildi. Chastity hər gün atasına yazdı. Səhərlər “sabahın xeyir”, axşamlar “gecən xeyrə qalsın”. Universitetə qəbulunu yazdı, ilk işini, ilk uğursuzluğunu, ilk göz yaşını, ilk sevincini yazdı. Bəzən qəzəbləndi, bəzən gülümsədi, bəzən uzun-uzadı susdu, amma yenə yazdı. Telefon susurdu. Amma Chastity üçün o səssizlik cavab idi. Atasının səssiz dinləməsi. Dörd il keçdi. Atasının ölümünün dördüncü ildönümünə bir gün qalmışdı. O gün Chastity daha ağır idi. Sanki köhnə yaralar yenidən açılmışdı. Telefonu əlinə aldı və yazdı: — Sabah mənim üçün çox çətin bir gün olacaq, ata… Mesajı göndərdi. Telefonu masanın üstünə qoydu. Ağladı. Uzun-uzadı. Bir neçə dəqiqə sonra telefon titrədi. Chastity əvvəlcə inanmadı. Sonra ekrana baxdı. Gələn mesaj vardı. Əlləri əsdi. Ürəyi döş qəfəsini yaracaq kimi döyündü. Mesajı açdı. — Salam, canım… O an zaman dayandı. Nəfəsi kəsildi. Göz yaşları yanaqlarından süzülüb ekranın üzərinə düşdü. — Mən sənin atan deyiləm… Dünyası silkələndi. Mesaj davam edirdi. Naməlum bir adam — Brad. Dörd ildir onun mesajlarını oxuyan, hər səhər salamını gözləyən, hər axşam həyatından xəbər alan bir ata ürəyi… Öz qızını itirmiş bir ata. Chastity oxuduqca göz yaşları daha da axdı. Bu dəfə kədərdən yox, qəribə bir təsəllidən. Dörd il boyunca yazdığı sözlər boşluğa getməmişdi. Kiminsə qəlbinə toxunmuşdu. Kiminsə yarasına məlhəm olmuşdu. O axşam Chastity atasına son bir mesaj yazdı. Amma bu dəfə tək deyildi. — Ata… sən getməmisən. Sən məni hələ də bir şəkildə dinləyirmişsən… Telefon səssiz qaldı. Amma Chastity artıq bilirdi: bəzən mesajlar ünvanını dəyişir, amma mənasını itirmir. Sevgi itmir. Sadəcə yolunu dəyişir. Və bəzən iki yaralı qəlb, bir səhv nömrədə tapır bir-birini.