Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar müəllim, professor Əbilov İmamverdi Xankişi oğlu
O, 1927-ci ildə Neftçala rayonunda anadan olmuşdur.
Buzovna pedaqoji məktəbini və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
İmamverdi Əbilov əmək fəaliyyətinə balıq vətəgələlərində başlamışdır. Pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olmuşdur.
Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
O, Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.
800-dən artıq məqalənin və onlarla kitabın müəllifidir.
İmamverdi Əbilov Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatının, “S. Vurğun” xatirə diplomunun, “Araz” ali ədəbi mükafatının, “Akademik Mehdi Mehdizadə” Ali pedaqoji mükafatının, “Rəsul Rza” və “Xudu Məmmədov” Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Qabaqcıl Maarif Xadimi, SSRİ maarif əlaçısı, Əməkdar müəllim fəxri adlarına layiq görülmüşdür. Neftçala rayon Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü idi
İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə Neftçalada və Salyanda elmi-nəzəri konfranslar keçirilmişdir.
9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat etmişdir.
1983-cü il 29 oktyabrda yaşadığı mənzildən Sumqayıt məzarlığına qədər insan axını-izdiham vardı. Sevənləri onu son mənzilə yola salırdı. Üzlərdə kədər, gözlərdə səssiz-səmirsiz göz yaşı… Dilimizdə ona deyə bilmədiyimiz, ürəyimizdə ona olan sevgi, sayğı…
26 oktyabrın axşamı idi. Xatırlamıram kim zəng etdi:Vaqif müəllimin getdiyi avtobus yol qəzasına uğrayıb, respublika xəstəxanasındadı. Vəziyyəti ağırdı.. O qəzada bir-neçə nəfər yüngül yaralanmışdı, yalnız o, həyatını itirdi. Tək O… Bütün gecəni xəbəri eşidənlər, rəhbəri olduğu Respublika Gənc Yazarlar ədəbi birliyinin bir çox üzvləri, yaxınları yatmadı. Onu son dəfə yatdığı otağın pəncərəsində olan iynə boyda yarıqdan gördüm. O görüntü hələ də gözlərimin önündədir. Nə o görüntünü, nə də o kiçik yarıqdan son dəfə gördüyüm adamın böyüklüyünü unuda bilmədim.
Onda cavan idim, çox cavan. Hələ pislərin, pisliklərin necə və neçə olduğundan o qədər xəbərim yoxdu. Yaşadıqca, adamları gördükcə O- Vaqif İbrahim bir az da böyüdü mənim üçün. O illərdə “Göyərçin” jurnalında məsul katib idi. Nə vaxt getsən, makinada gənclərin şeir və hekayələrini yazdığını görərdin. Yazardı, sonra da aparıb qəzetlərə verərdi. Əslində kiminsə şeirlərini makinada yazmaq onun işi deyildi, amma bilirdi ki, əksəri rayon və kəndlərdən gələn bu uşaqların yazı makinası yoxdu, hardasa yazdırmaqsa, əlavə xərcdir. Belə idi. Sevqi dolu, qayğı dolu. Hamıya kömək etməyə çalışırdı. Vaqif İbrahim. 80-ci illərdə ədəbi mühitə gələn çoxunun yaradıcılığında, həyatında onun adı var, zəhməti var, qayğısı var. Çoxu unutsa da… Dost idi. Qardaş idi. Doğma idi. O həm də şair idi. O illərin ən istedadlı imzalarından biri, bəlkə də birincisi idi. O qədər istedadlıydı ki, bir şeirinə, bir misrasına, bir hekayəsinə görə kimsəni tərifləməkdən qorxmazdı. Çünki hələ 1961-ci ildə, 16 yaşında yazdığı kimi bilirdi ki, adam ilk növbədə özünə cavabdehdi:
Bu ada cavabdehəm… Özümə cavabdehəm. Ömrümdən düşüb qalan İzimə cavabdehəm… Narahatam hər zaman.
Şəkidə orta məktəbi bitirdikdən sonra indiki ADNSU-ya (AZİ) qəbul olmuşdu. İxtisasca mühəndis olsa da, uşaqlıqdan ədəbiyyata olan bağlılığı üstün gəlir. Əmək fəaliyyətinə Sumqayıt radiosunda jurnalist kimi başlayır. Sonralar Əli Kərim adına Sumqayıt poeziya klubunun sədri olmuş, “Ulduz” və “Göyərçin jurnallarında çalışmışdır. O, SSRİ- Bolqarıstan “Drujba” jurnalının redaksiya heyətinin üzvü olub. Maksim Qorki adına Ümumittifaq və Azərbaycan SSR Lenin komsolu mükafatlarına layiq görülüb. Yaratdıqları, elədikləri qısa ömründən böyük idi. Poeziya onun həyatı idi həm də:
Nə vaxt ki, bir misra yaza bilmirəm. Sanıram qurumuş bir budağam mən. Dərsini bilməyib sinifdə qalmış Ən əfəl, ən tənbəl bir uşağam mən.
(Kədərli anlarım)
İstənilən mövzu var yaradıcılığında. Hər mövzuda yazılan şeirdə Vaqif İbrahim qələminin, duyumunun, ürəyinin zənginliyi var:
Yağış yağır Buludun büllur barmaqları görünür pəncərəmdən. Yağış yağır gilə-gilə. Bulud hardan bilib ayrılığımızı kövrəlib belə? Bəlkə külək deyib ona? Yağış yağır… Pəncərəmdə göz yaşlarının əksi, Qulağımda bu yağışda məni gəzən xəyalının addım səsi…( Bu yağışda)
Şeirlərini oxuduqca düşünürsən: bir şair ağacı, yarpağı, yağışı, sinif otağını, məzarlığı, insan qəlbini, müharibənin dəhşətlərini və s…belə görə bilir? Elə bil bu gün üçün yazıb vətən mövzulu şeirlərini.
Vətən sevgisini sözlə deməyi Ar bildi özünü oda atanlar, Ancaq bu Vətəni necə sevməyi Bizə ölümüylə göstərdi onlar!…
Sonra düşünürsən ki, axı o Vaqif İbrahimdir. İstedadlı, Sakit, təvazökar, alicənab, mədəni, əxlaqlı… Vaqif İbrahim.
30 sentyabr 1945-ci ildə Şəkidə dünyaya gəlmişdi. 1983-cü ildə bu dünyadan köçdü.Yaşasaydı bu il 80 illiyini qeyd edəcəkdi. Yaşasaydı? Belə yazdığıma peşiman oldum. Axı, o yaşayır. Poeziya sevənlər, sözə dəyər verənlər onu yaşadır. Bu sətirləri yazmaq mənim üçün həm də çox üzücüdür. Ağırdır. Onun doğum günləri, hətta yubiley illəri belə sükutla keçir. 80 illiyi də…
Amma sevməsə belə, arxasınca min söz danışsa belə, vəzifədə olan birini, ya necəliyindən xəbərsiz olduğu atasını qəbirdən çıxarıb oxşayan, əzizləyən, bağrına basanlar nə qədər istəsən var.
Niyə sevməyi bacarmırıq? Ürəyimizin sevgi tutumu nə qədərdi görəsən?
Onun 80 illik yubileyinin sükutu qədər…
P. S. 70 illiyində onun latın qrafikası ilə “Mən də varam” kitabını hazırladım. Çap etdirdim öz gücümə. Vaqif İbrahim üçün anım günü və kitabın təqdimatını keçirdim. Gələnlər çox oldu. Kitabı alan az. Hətta kitabda xatirələrini verdiyim imzaların da çoxu kitabı götürüb bir kitabxanaya verməyi belə düşünmədilər. Paşa Qəlbinurun 5-10 kitab alıb , gələnlərə hədiyyə etməsini xatırlayıram… Bir də “525-ci qəzet” və “Ədalət”-ə xatirə yazılarını, şeirlərini göndərirdim. Bir-neçə gün ardıcıl bu yazılar gedirdi. Bir daha onlara təşəkkür edirəm. Elə bu yazını verəcəklərinə görə də təşəkkür edirəm.
P.S. Vaqif müəllim nəşriyyatın mənzil növbəsində idi. Ailəsinə ikiotaqlı ev verdilər. Bu işdə ehtiramla andığım Tofiq Mahmudun da səyi oldu. İki uşaqla- Rəşad və Aytənlə tək qalan Məlahət xanım övladlarını böyüdə, oxuda bildi çətinliklə olsa da. Bu günə qədər oğlunun ailəsi ilə o kiçik mənzildə yaşayır. Deyir ki, müraciət etmək istəmişəm, amma əvvəl köçkünləri düşünüb, utanırdım. İndi də şəhidlər, qazilər var. Amma bizə də çox çətindi. Vaqifin 80 illiyidir. Görəsən, AYB-yə, prezidentə müraciət etsəm, bir otaqlı da osa mənə mənzil verərlər?”-deyə düşünür. Mən yazmasını məsləhət gördüm. Bilmirəm yazdımı?
Bahar Qasımovanın doğum günü – Ziyalılıq, vətənpərvərlik və qadın fədakarlığının simvolu
Bu gün “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri, dəyərli ziyalı, vətənpərvər və nümunəvi xanım Bahar Qasımovanın doğum günüdür.
Bahar xanım uzun illərdir Azərbaycan qadın hərəkatının, milli-mənəvi dəyərlərimizin və cəmiyyətin inkişafı uğrunda yorulmadan çalışan fədakar bir ziyalı kimi tanınır. Onun rəhbərliyi ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” bir çox sosial layihələrə, xeyriyyə tədbirlərinə, gənclərin və qadınların maariflənməsinə yönəlmiş proqramlara imza atmışdır.
Bahar Qasımova Azərbaycan qadınının yüksək zəkasını, mərhəmətini və vətən sevgisini öz şəxsiyyətində birləşdirən nümunəvi bir insandır. Onun fəaliyyəti, sözün həqiqi mənasında, xalqına və dövlətinə xidmət nümunəsidir.
Doğum günü münasibətilə Bahar xanımı səmimi qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, uzun ömür, yeni uğurlar və gördüyü işlərdə daim ilham arzulayırıq. Onun kimi ziyalı və fədakar qadınlar cəmiyyətin mənəvi sütunlarını möhkəmləndirən dəyərlərdir.
Bahar xanımın həyat yolu bir daha sübut edir ki, Azərbaycan qadını hər zaman millətin gücü, ailənin dayağı və Vətənin ləyaqət rəmzidir.
Baharın adıyla gələn Nur
Ana dediyin — bir işıq, bir sükut, bir sevgidir, Övladının yolunda çəkdiyi hər zəhməti, duadır O, Vətənin bağrında ilk bahar tək açandır, Soyuqda ümid, qaranlıqda işıq saçandır.
Bahar xanım da elə — bir ana nəfəsi tək, Mərhəməti dilində, şəfqəti hər səsində. Bir xalqın gücünü daşıyır o zərif çiyinlər, Qəlbində min qadının arzusu, sevgisi vardır.
Hər addımında iz var, fədakarlıq, mərdlikdən, Hər sözündə bir nur var — yanan vətən sevgisindən. Bahar kimi gəlir o, qəlblərə həyat verir, Ana misalı şəfqət, millətə qanad verir.
Ad gününüz mübarək, Bahar xanım! Varlığınızla cəmiyyətimizə bahar gətirirsiniz.
Naxçıvan Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru,Əməkdar müəllim dr.zarifbabayeva@gmail.com
https://orcid.org/0009-0009-3004-8455
BEYNƏLXALQ KONFRANSLARIN TƏHSİLDƏ, MÜXTƏLİF ELM VƏ PEŞƏ SAHƏLƏRİNDƏ, CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU
Elmi tədqiqatların beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasının elm, təhsil, müxtəlif peşə sahələrində, cəmiyyətlərin inkişafında mühüm əhəmiyyəti vardır. Həmçinin beynəlxalq konfranslar müasir elmin, təhsilin və sosial sahələrin inkişafında əvəzolunmaz platformalardır. Konfranslar elm adamlarının, müəllimlərin, siyasətçilərin və digər mütəxəssislərin öz təcrübə və biliklərini paylaşması, yenilikləri müzakirə etməsi və gələcək strategiyaların müəyyənləşdirilməsi üçün unikal imkan, təcrübə mübadiləsi yaradır. Beynəlxalq konfranslar sayısində təhsildə, müxtəlif elm sahələrində və ümumilikdə cəmiyyətin inkişafında təsirini daha da artırmaq mümkündür. Təhsil sahəsində beynəlxalq konfranslar, xüsusilə UNESCO, OECD, EBSCO, World Education Forum və s. kimi nüfuzlu təşkilatların təşəbbüsü ilə keçirilən tədbirlər, təhsil siyasətlərinin formalaşmasında həlledici rol oynayır.
UNESCO Dünya Təhsil Forumları dünyanın müxtəlif ölkələrindən təhsil ekspertlərini bir araya gətirərək 2030-cu il Təhsil Gündəliyinə uyğun inklüziv və keyfiyyətli təhsilin təmin edilməsi üçün strateji istiqamətləri müəyyənləşdirməyə çalışır. Bu konfranslarda rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi aktual mövzular müzakirə olunur.
OECD Təhsil İcmalları və Təhsil Forumları dünyanın qabaqcıl ölkələrinin təhsil sistemlərinin müqayisəli təhlilini təqdim edir və yaxşı təcrübələrin paylaşılması ilə sistemlərin təkmilləşdirilməsinə dəstək olur. OECD konfranslarında tələbə mərkəzli təhsil, öyrənmə analitikası, STEAM təhsili və rəqəmsallaşma məsələləri prioritet təşkil edir.
PhET İnteraktiv Simulyasiyaları və Təhsil Texnologiyaları Konfransı 2019-cu ildə keçirilən tədbirdə biologiya, fizika və kimya kimi fənlərdə virtual laboratoriyaların effektivliyi və istifadəsi barədə tədqiqat nəticələri təqdim edilmişdir. Bu tədbirlərdə elmi təcrübələrin rəqəmsal mühitdə necə daha əlçatan və motivasiyaedici olması müzakirə olunur. Elmi araşdırmaların inkişafında beynəlxalq konfransların rolu çoxsahəlidir:
CERN və HEP (High Energy Physics) Konfransları fizika sahəsində dünya üzrə ən qabaqcıl tədqiqatların müzakirə olunduğu platformalardır. Bu konfranslar, nüvə fizikası və kosmologiyada əldə edilən kəşflərin yayılmasına və yeni layihələrin koordinasiyasına səbəb olur. (Mənbə: CERN Annual Report, 2024)
BIO International Convention biologiya və biotexnologiya sahəsində ən böyük tədbir sayılır. Burada biotibb, gen mühəndisliyi və ətraf mühit biologiyası üzrə yeni tədqiqatlar və texnologiyalar təqdim olunur. Bu konvensiya şirkətlər, tədqiqatçılar və tənzimləyici orqanlar arasında əməkdaşlıq üçün əsas platformadır. (Mənbə: BIO Convention Reports, 2023)
IEEE International Conference on Robotics and Automation yeni texnologiyaların, süni intellektin və robototexnikanın inkişafını sürətləndirir. Bu konfrans vasitəsilə elm adamları və sənaye nümayəndələri arasında bilik mübadiləsi təmin edilir. (Mənbə: IEEE Conference Proceedings, 2024)
Beynəlxalq konfranslar yalnız elmi və təhsil sahəsində deyil, həmçinin sosial, iqtisadi və siyasi məsələlərdə də cəmiyyətlərarası dialoqu təmin edir. Məsələn:
Davos Dünya İqtisadi Forumu (World Economic Forum) müxtəlif ölkələrin liderlərini bir araya gətirərək qlobal iqtisadiyyat, sosial ədalət və davamlı inkişaf mövzularında dialoq təşkil edir. Bu forumda təhsil və texnologiyanın cəmiyyətə təsiri tez-tez müzakirə olunur. (Mənbə: WEF Annual Report, 2023)
COP Konfransları (UN Climate Change Conferences) iqlim dəyişikliyi ilə mübarizədə qlobal siyasətin formalaşmasında əsas rol oynayır. Bu tədbirlərdə dövlətlər və qeyri-hökumət təşkilatları təhsil və məlumatlandırma strategiyalarını da müzakirə edir. (Mənbə: UNFCCC COP26 Summary, 2021)
Global Education Summit 2023 təşkilatı BMT-nin təşəbbüsü ilə keçirilib və təhsil sahəsində inklüziv yanaşmaların inkişafına yönəlib. Burada ölkələr arasında əməkdaşlıq imkanları artır və qlobal təhsil hədəflərinə nail olmaq üçün praktik addımlar müzakirə olunur. (Mənbə: UNESCO Global Education Summit Report, 2023).
Beynəlxalq konfranslar elm, təhsil və cəmiyyət sahələrində innovasiya, əməkdaşlıq və davamlı inkişaf üçün mühüm rol oynayır. Onlar bilik mübadiləsi, təcrübə paylaşımı və qlobal problemlərə birgə həll yollarının axtarışı üçün unikal platformalar təmin edir. Real nümunələrdən göründüyü kimi, bu tədbirlər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin elmi və təhsil sistemlərinin modernləşdirilməsinə və gücləndirilməsinə böyük töhfələr verir.
11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi 2025-ci ilin 31 iyul – 3 avqust aylarında İstanbulda, Beykent Universitetində keçirildi. İqtisadiyyat, Texnologiya, Təhsil və innovasiya sahələrində çalışan beynəlxalq mütəxəssislərin qatıldığı bu tədbir, xüsusilə yeni dövrün çağırışlarına uyğun təhsil modellərinin müzakirəsi üçün geniş platforma yaratdı. Konqresdə sahibkarlıq, təhsil sahəsindəki innovasiyalar və bu qlobal problemin məktəb və universitet proqramlarına inteqrasiyası əsas mövzulardan biri olub. İştirakçılar arasında iqtisadçılar, texnologiya mütəxəssisləri, innovativ metodları təbliğ edən müəllimlər, ekologiya tədqiqatçıları və təhsil siyasətçiləri yer almışdır. 11-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresində iştirakımız çox verimli oldu. Konfrans çoxistiqamətli keçirildiyindən müxtəlif elmi tədqiqat sahələrindən 28 ölkədən 400-dən yuxarı elmi tədqiqatçı iştirak etdi. Konfransın proqramı zənginliyi ilə diqqəti cəlb edirdi və bölmələr İstanbulun müxtəlif səmtlərinin adı ilə adlandırılırdı. Moderatoru olduğum Taksim bölməsində mənim və Dünyanın bir çox ölkəsindən, o çümlədən Bakıdan gəlmiş tədqiqatçıların çıxışları maraqla qarşılandı. (July 31 and August 3, 2025, İstanbul Beykent University).
Sahibkarlıq və İnnovasiyalar, İdarəetmə və Təşkilat (Təşkilat Nəzəriyyəsi, HRM, Strateji İdarəetmə, Təşkilati Davranış), Biznes (MIS, İstehsalın İdarə Edilməsi, Marketinq, Kəmiyyət Metodları, Mühasibat-Maliyyə), Ünsiyyət (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Radio Televiziya Kino, Vizual Kommunikasiya Dizaynı), Hüquq, Beynəlxalq Münasibətlər, Dövlət İdarəçiliyi və Siyasi Elm, İqtisadiyyat və Dövlət Maliyyəsi, Bank işi və Maliyyə, Turizm, İdman Menecmenti və Sağlamlıq Elmləri, Psixologiya, Sosiologiya, Antropologiya, Fəlsəfə və Dinşünaslıq, Təhsil, Dil, Türk Tarixi, Arxeologiya, Ədəbiyyat və Gözəl Sənətlər, Uzaqdan və hibrid təhsilin inkişafı, Ətraf mühitin qorunması və davamlılıq, Biologiyada rəqəmsallaşmanın mexanizmləri: Virtual laboratoriyalar, PhET simulyasiyaları və VR tətbiqləri, Big Data və təhsil texnologiyaları və s. sahələri əhatə edən konqresdə XXI əsr Yeni Dünya Düzəni standartlarını əldə etmək yolunda fəaliyyətlər də diqqətə çatdırıldı.
Ümumiyyətlə, beynəlxalq konfransların cəmiyyət həyatında da mühüm əhəmiyyəti vardır. Hesablamalar göstərir ki, bir çox konfransların nəticələri müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur.
Beynəlxalq Konfransların Təhsil və Elmdə Əsas Təsirləri (2020-2025)
Mövzu
Əhatə Dairəsi
Tədbir Nümunəsi
Tədbir İştirakçı Sayı
Sahibkarlıq, Rəqəmsal Təhsil və Texnologiya
İqtisadi innovasiyalar, Virtual laboratoriyalar, VR/AR, simulyasiyalar
11th EMI Congress (2025)
400 mütəxəssis
STEAM Təhsili
Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat
UNESCO Global Education Summit (2023)
500+ ölkə nümayəndəsi
İqlim Dəyişikliyi və Təhsil
Ətraf mühit, davamlılıq, tədris proqramları
COP26 Təhsil Sessiyası (2021)
200+ ekspert
Müəllimlərin Rəqəmsal Bacarıqları
Müəllim təlimləri, peşəkar inkişaf
OECD Education Forums (2022)
350+ təhsil işçisi
Uzaqdan Təhsil və Hibrid Model
Onlayn platformalar, LMS, interaktiv dərslər
World Education Forum (2021)
400+ ölkə nümayəndəsi
Təhsil sisteminə sahibkarlıq düşüncə tərzinin inteqrasiyası şagird və tələbələrdə özünəinam, problem həll etmə və kreativlik bacarıqlarını inkişaf etdirir. Konfransda çıxış edən startap qurucuları öz təcrübələrini paylaşaraq, gənc nəslin təşəbbüskar olmasının vacibliyini vurğulayılar. Rəqəmsal platformalar və sosial şəbəkələrin biznes qurmaqda necə effektiv alətlərə çevrildiyi barədə praktiki nümunələr təqdim olunur. Müxtəlif ölkələrdən iştirak edən ekspertlər qlobal trendləri və uğurlu sahibkarlıq təşəbbüslərini nümayiş etdirirlər. Müasir dünyada sahibkarlıq yalnız iqtisadiyyatın deyil, həm də təhsilin vacib komponentinə çevrilmişdir. Startaplar – innovasiyaların təcəssümüdür: sürətli inkişaf, problem hədəfləmə və kreativ həll yolları. Gənclərin erkən yaşdan sahibkarlıq düşüncəsinə yönəldilməsi gələcək iqtisadiyyatların dinamikliyini təmin edir.
Startapların İnkişafını Dəstəkləyən Faktorlar – Texnoparklar, inkubatorlar, akseleratorlar (məsələn: SUP VC, Barama, Innoland); Universitetlərin nəzdində yaradılan “Innovation Hub”lar
Maliyyə və Hüquqi Dəstək – Dövlət və özəl qrant proqramları (e.g. SABAH.HUB, İNNOLAND, I2B); Vergi güzəştləri və hüquqi mentorluq xidmətləri
Mentorluq və Networking – Yerli və beynəlxalq mentorlarla gənc startapçıların əlaqələndirilməsi; Startup ekosistemində keçirilən tədbirlər (Startup Weekend, INNOSTART, İ2B yarışları)
Təhsildə Sahibkarlıq Bacarıqlarının Aşılanması – Məktəb və Universitet Səviyyəsində:
STEAM yanaşması çərçivəsində layihə əsaslı təlimlər
Təhsildə problem əsaslı öyrənmə – “real həyat məsələlərinin” həlli
Biznes plan yazma bacarığı, təqdimat bacarığı, “pitch” texnikaları
Əlavə Proqramlar:
“Edupreneurship” kursları – müəllimlər üçün sahibkarlıq bacarıqları
Startap yönümlü yay məktəbləri və təlim düşərgələri
Gənc sahibkarlar üçün biznes simulyasiyaları
Bəs qarşida duran çağirişlar hansılardır:
Təhsildə risk götürmə mədəniyyətinin yüksəldilməsi;
Müəllimlərin sahibkarlıq sahəsində hazırlığının artırılması;
Gənclərin davamlılıq və layihə menecmenti bacarıqlarının formalaşdırılması.
Bunun üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir: Təhsil proqramlarına “sahibkarlıq modulu” əlavə edilməli; Startapların ilkin mərhələdə dəstəklənməsi üçün universitet fondları yaradılmalı; Region gəncləri üçün sahibkarlıq təşəbbüsləri artırılmalıdır. Startap və sahibkarlıq bacarıqları XXI əsrin əsas təhsil prioritetlərindən biri olmalıdır. İnnovasiyaya açıq, yaradıcı, risk alan və sosial məsuliyyət daşıyan gənclər yetişdirmək üçün təhsil sistemi bu bacarıqları sistemli şəkildə formalaşdırmalıdır. Qarşıda duran vəzivələrin həyata keçirilməsi üçün, əlbəttə yaradıcı təfəkkür və təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq konfranslarda bunun üçün münbit şərait yarandığından yenilikçi tədqiqatçılarla bu sahədə müzakirələr yeni layihələrin yaranmasına təkan verir. Gələcək nəsillərin inkişafını təmin etmək üçün bütün səy və bacarıqların artırılması qayğısına qalmalıyıq.
Marşal Beriyanı güllələyən marşal – Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib
Onu əfsanəvi sərkərdə adlandırıblar. Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib. O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.
Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub. Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb. Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli. Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib. Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.
Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.
23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib. Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib. Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb: “Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim. O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı. Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi. Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım. O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq. Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum. Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum. Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu. Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım. Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi. Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım. Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:
-Sən nə etmək istəyirsən? Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:
-Gözlərini bağlamaq istəyirəm, adətən… O sözümü yarımçıq qoydu:
-Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün. Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq. Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı. Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü. Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi. Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı…” Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb. Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub. Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(c) Müəllif: Zakir Osmanov
Sen ömür kitabımın Aşk kokulu sayfası Masal Şatomun prensesi Annesinin su sesi, Canım kızım… Dünya kendisi efsane, İyisiyle, kötüsüyle Duasıyla, büyüsüyle… Sen Anka kuşunun Yavrususun, unutma, Masalın güzel olsun, Kınalı kuzum…
Sen her masalın sonunda Gökten düşen Kırmızı elma misalı Girdin kalbime, Alın yazım… Sen, yavru Asenam Arkadaşım, ninem, anam, Baharların bol çiçekli Yolların uğurböcekli olsun Canım kızım, kalbin hep Aşk ve mutlulukla dolsun…
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Soyuq qış günündə bu istilik heç cür başa düşülə bilməzdi. Hətta soba yansa belə, bu qədər içi isitməzdi. Amma bu nur sanki başqa aləmdən gəlmişdi. Pərdənin arxasından süzülən axın otağı nura boyayır, Xanımqız ananın ürəyində uzun illərdir donmuş olan ümidi də azacıq hərəkətə gətirirdi.
Birdən o, nura qarışmış bir kölgə gördü. Hündür boylu, sanki insan ölçülərindən böyük bir adam idi. Qadın əvvəlcə elə bildi ki, yuxudadır. Öz-özünə pıçıldadı: “Yox, bu ancaq yuxuda ola bilər.” Amma dərhal əllərini üzünə apardı, gözlərini ovuşdurdu, özünü sınağa çəkdi. Əgər bu yuxu idisə, tezliklə yox olacaqdı. Amma kölğə pəncərəyı bir az da yaxınlaşdı. O çox qəribə bir susqunluqla pəncərədən içəri baxırdı. Qadın nəfəsini güclə udaraq düşünməyə başladı: “Məni qarabasma tutur? Yoxsa doğrudan da kimsə var?”
İkinci mərtəbənin pəncərəsinin çölündə dayanmış hərbi geyimli nəhəng adamın hərəkətləri real görünürdü. Qadın, özünü yoxlayaraq sağ əlinin titrək barmaqlarını yatağın kənarına toxundurdu. Hiss elədi ki, hər şey gerçəkdir, ağlı başındadır. Deməli, bu gördüyü təsadüfi bir xəyal yox, hansısa sirli bir varlığın işarəsi idi.
Otağa dolan nur seli bir tərəfdən ağrılarını azaldırdı, digər tərəfdən isə bütün diqqətini həmin qəribə varlığa yönəldirdi. İndi artıq qadın dərk edirdi ki, pəncərədən baxan bu adamın boyu adi insan boyundan qat-qat hündürdür – azı üç metr olar. Belə bir nəhəng adamı o, ömründə nə eşitmiş, nə də görmüşdü.
Xanımqız ana bütün həyatını yaşamış, çox müdrik bir insan kimi adətən yuxulara, qarabasmaya, uydurma hekayələrə inanmayan bir qadın idi. Amma indi inanc ilə inamsızlıq arasında ilişib qalmışdı.
Fransanın Yesenini – Yusuf Demirağın “Uzaklardan Mektub”u
Eskişehirin mənə qazandırdığı dəyərli qələm dostum, əziz qardaşım Yusuf Demirağ şeirlerindəki ruhu, gözəl qələmi ilə Fransanın Yeseninidir. Eskişehirde universitedi bitirib geri dönmək hər bir tələbə üçün çətin olduğu kimi bizim üçün də asan olmadı. Bu şeirlər də möhtəşəm və unudulmaz Eskişehirin xatirəsi oldu bizlərə. Gənc qələm dostuma yeni- yeni yaradıcılıq uğurları arzulayıram.
Uzaklardan Mektup
Kalbin yuvamdır, Ben ise kalbinde bir damar. “Çirkin ördek yavrusu” annesini aradığı gibi özlemimdesin, Unutmam seni Eskişehir’im. Neden rüyama girmiyorsun? Bana mı küstün? Neden gurbetin ne olduğunu kavrayamadım. Sendeydim özlerdim doğduğum yeri, Paris’e gelir- gelmez, arar oldum seni. Boşluğun içine düştüm, can Eskişehir’im. Ulus Anıt’ının manzarası gitmiyor gözümün önünden. Akşamları çıkıp gezdiğim Adalar’ın ışıltılı çayı… Az mı çıkıp dolaştım şiir yazdım karşıda. Bir daha bulur muyum bilmiyorum dünyanın dört bir yanından gelen eski dostlarımı… Bir köprü olsun son sürat geçeyim o köprüden kavuşayım sana. Biraz maymun iştahlıyım, kusura bakma… Ne istediğini bilmeyen birisi gibi hissediyorum bazen… Ah! Hayır, hayır… Sadece, sadece her şey çok hızlı geçti, Uçaktan paraşütle atlar gibi, Aniden gelen bir kararla duygularımı bırakmış gibi oldum. Biliyorum ki, beni çeken bir yer varsa mutlaka bir şekilde kavuşacağım! Canım, az kaldı kavuşmaya…
Yusuf DEMİRAĞ 19/07/2025 Paris
Yusuf Demirağın “Uzaklardan Mektup” Şiirine Nazire.
Senin ki, damarlarında Akdeniz’in coşkun, köpüklü dalgaları… Ruhunda Paris’in pamuk şekeri tatlı bulutları, Göktanrı’nın altınkalpli çocuğu… Kalbin Eskişehir’in Masal Şatosu misali güzel anılarla dolu… Dünya Sana gurbet olur mu?! Nice çöllerde serap görmüş Nice zifiri karanlık kuyularda geceyi sabah eylemiş ruhun… Nice kıyılarda martılarla kanat çalmışsın Dünya Sana gurbet olur mu?! Sen Kapadokya’da Ağrı dağını özleyen Adalarda Sien nehrine şiir yazan, vefalı Yusuf, Dağ dağa kavuşmasa da Yer yüzünün bir tane gökyüzü var… Güneş her kes için doğar Ay her kesle dertleşir Hepimize yetecek kadar yıldız var gökyüzünde Yağmur hepimizi öper, rüzgar hepimize şarkı söyler… Dünya Sana hiç gurbet olur mu?! Tüm güzel anılar, sevdiğimiz şarkılar, arkadaşlar ruhumuzun bir parçasıdır Ayak bastığımız yollar kalbimizin yuvasıdır… Bizi özgürlüğe kavuşturan uçaklarda, Nehirlerin ninni söylediği kayıklarda Ankara’nın göğsünde Turna balığı misali yüzen hızlı trenlerde Bir gün mutlaka yeniden yolcu olacağız… Sen ey Göktürk’ün özgür ruhlu çocuğu Herkesin kalbinde kendine taht kurmuş, Laçının sevgili arkadaşı, güzel Yusuf, Dünya Sana hiç gurbet olur mu? 20.07.2025 Bakü