Filologiya elmləri dokoru, professor Əbilov İmamverdi Xankişi oğlu (1927)

Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar müəllim, professor Əbilov İmamverdi Xankişi oğlu

O, 1927-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

Buzovna pedaqoji məktəbini və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

İmamverdi Əbilov əmək fəaliyyətinə balıq vətəgələlərində başlamışdır. Pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olmuşdur.

Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.

O, Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.

800-dən artıq məqalənin və onlarla kitabın müəllifidir.

İmamverdi Əbilov Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatının, “S. Vurğun” xatirə diplomunun, “Araz” ali ədəbi mükafatının, “Akademik Mehdi Mehdizadə” Ali pedaqoji mükafatının, “Rəsul Rza” və “Xudu Məmmədov” Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Qabaqcıl Maarif Xadimi, SSRİ maarif əlaçısı, Əməkdar müəllim fəxri adlarına layiq görülmüşdür. Neftçala rayon Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü idi

İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə Neftçalada və Salyanda elmi-nəzəri konfranslar keçirilmişdir.

9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat etmişdir.

Məlumatı hazıladı: Amina

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir