SONA AMAL – MƏNİ

MƏNİ

Küsüb ilham pərim, təbim perikib,
Səsləmir çağlayan bulağa məni.
Hicran erkən gəlib, vüsal gecikib,
Qoymurlar eşq adlı o bağa məni.

Gəldin, ürəyimdə sevgi oyatdın,
Sevirdin, araya həsrəti qatdın?
Köhnə-küləş kimi atdın, sən atdın,
Atəşsiz, alovsuz ocağa məni.

Sanırdım qəlbini qəlbimin təni,
Sevgimə çox gördün, təmiz sevgini,
Əlimi buraxıb, tərk etdin məni,
Həsrət qoydun niyə, o çağa məni?!

Sənin gedişinlə, bil, çəkdim nələr,
Dərdimə ağladı, bu yerlər, göylər,
Gündüzüm fərəhsiz, zülmət gecələr,
Dərdkeş eyləmisən çırağa məni.

Amalam, tapmıram bir çarə, çözüm,
Susubdur ürəyim, tükənib sözüm,
“Sevənlər günüdür!” – ay canım-gözüm,
Atma ürəyindən qırağa məni.
Sevənlər çəkərlər, qınağa məni.

13.02.2025-ci il.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir